BETEK CARD QEYDİYYAT ŞƏRTLƏRİ
ÜMUMİ ŞƏRTLƏR
KART SAHİBİ OLMAQ VƏ KARTIN GÖNDƏRİLMƏSİ
•
BetekCard’ın mülkiyyəti, Betek Boya ve Kimya San. A.Ş. yə (qısa “Betek Boya”) aiddir.
•
BetekCard qeydiyyat formasının doldurulması ilə qeydiyyat sahibi,buna bağlı Ümumi Şərtləri və Betek
Boya`nın BetekCard sistemindəki iş prinsiplərini qəbul etmiş sayılır.
•
Betek Boya, BetekCard`ı istənilən vaxt, bir müəssisə, bank və ya finans təşkilatına təhvil verə bilər.
•
Betek Boya, bu Ümumi Şərtlərə zidd bir vəziyyət aşkarladığında və ya ehtiyac gördüyündə BetekCard`ı
ləğv edə bilər və ya geri qaytarılmasını tələb edə bilər. Kart sahibi bu şərtləri qəbul edir.
Kart sahibi, BetekCard`ı aldığı zaman, imza bölməsini imzalamalıdır. Kart sahibi, kartı yaxşı vəziyyətdə
saxlamaq və şəxsən istifadə etmək məcburiyyətindədir.
•
Kart sahibi ola bilmək üçün vətəndaş 18 yaşını tamamlamış olmalıdır.
•
Kart sahibi, formda doldurduğu məlumatların doğruluğuna və özünə aid olduğuna şəxsən cavabdehdir.
Verilmiş səhv məlumatdan Betek Boya cavabdeh deyil. Kart sahibi, formda verdiyi ünvana hədiyyənin
göndərilməsini əvvəlcədən qəbul edir.
•
Kart sahibi, BetekCard qeydiyyat formuna yazdığı məlumatların, Betek boya və bağlı şirkətlər
tərəfindən təşkil olunan tədbir, aksiya, dəvət, elan, poçt və e-mail, SMS və bənzər marketing
fəaliyyətlərində istifadə oluna biləcəyini və bu məqsədlə üçüncü şəxslərə və servislərlə verilə biləcəyini
qəbul edir.
•
BetekCard, Betek Boya`nın BetekCard Programı daxilində kart sahibi tərəfindən mesaj servisi, telefon
programları, internet saytı üzərindən və daha sonra əlavə olunacaq və ya dəyişdiriləcək digər
kanallarla, Betek Boya satış nöqtələrindən verilən mal və xidmət alımında, paket üzərindəki barkodu
oxutmaq ya da kod göndərilərək xal qazanmaq və xərcləmək üçün istifadə olunacaq.
•
Betek Boya, BetekCard proqramını və ya proqramdakı hədiyyə xal dəyərlərini və xal qazanma şərtlərini
bir tərəfli olaraq, istədiyi zaman və ölçüdə dəyişdirə bilər.
•
BetekCard programının sui-istifadə edildiyi aşkarlandığı zaman, hüquqi nəticələri ilə bərabər, kart
sahibi
xal və hədiyyə qazanmayacaq, daha əvvəl alınmış xalları silinəcək.
•
BetekCard programı, elan olunaraq istənilən vaxt və səbəb göstərilmədən durdurula bilər və ya qismən
ya da tamamilə ləğv oluna bilər.
BetekCard formunu tamamlayaraq və imzalayaraq; EKOM – Əhməd Rəcəbli küçəsi 31, Bakı ünvanına
göndərməyiniz və ya (012) 564 47 02 fax atmanız lazımdır.
Qeyd.BetekCard qeydiyyat müraciəti,Betek Boya`ya muraciəti qəbul etmə və ya BetekCard yaxud başqa hüquqi müştəri
sədaqət kartı hazırlama məcburiyyəti gətirmir.
HƏDİYYƏ QAZANMA VƏ ÇATDIRILMA
•
Betek Boya`nın xal qazanma sistemlərini və xal istifadə qaydalarını , BetekCard`ın istifadə şərtlərini,
BetekCard hədiyyə kataloqunda olan hədiyyə növlərini və hədiyyə xallarını bir tərəfli olaraq istənilən
zaman dəyişdirmə və yeniləmə haqqına sahibdir.
•
Kart sahibi, BetekCard sistemində qeyd olunan xalları miqdarında BetekCard hədiyyə kataloqundan
uyğun gələn hədiyyəni tələb edə biləcək. Şifahi tələblər qəbul olunmayacaq.Hədiyyə tələb formu
doldurulub imzalanaraq EKOM – Əhməd Rəcəbli küçəsi 31, Bakı ünvanına göndərilməli və ya (012)
564 47 02 nömrəli telefona fax gönderə bilərsiniz.
•
Betek Boya, BetekCard hədiyyə kataloqunu və hədiyyələrin xal dəyərlərini istənilən vaxt bir tərəfli
olaraq dəyişdirmə haqqına sahibdir.
•
BetekCard hədiyyə kataloqundakı hədiyyələr, məhdud saydadır.
•
Betek Boya, kart sahibinin xal əvəzində tələb etdiyi hədiyyənin yerinə, o xala ən yaxın dəyərdə başqa
bir hədiyyəni ya da BetekCard hədiyyə kataloqunda mövcud olan hədiyyələrdən hər hansı biri yerinə,
kataloqdan kənar xala uyğun gələn ən yaxın xüsusiyyətdə bir hədiyyə haqqına sahibdir.
•
BetekCard hədiyyə kataloqunda mövcud olan məhsulların keyfiyyət və zəmanət məsuliyyəti,
istehsalçı/idxalatçı firmaya aiddir. Betek Boya heç bir şəkildə hədiyyələrin cavabdehi deyil.
KARTIN OĞURLANMASI VƏ İTMƏSİ
•
Betek Card`ın oğurlanması, itməsi, haqsız və ya süi-istifadənin aşkarlanması yaxud istifadəyə yararsız
vəziyyətə düşməsi zamanı, kart sahibi dərhal vəziyyəti Betek Boya`ya bildirəcək və Betek Boya Betek
Card`ı ləğv edəcək. Bu xəbərdarlığa qədər meydana gələ biləcək hər növ zərərdən kart sahibi tam
məsuliyyət daşıyır.
•
Kart sahibi, itirilmiş BetekCard`ı ilə qazandığı xalları yeni kartına yüklədə bilmək üçün, (012) 409 8 409
nömrəli telefondan Betek Boya Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq köhnə kartında yığılmış xalların
yeni karta yüklənməsini tələb etməlidir.
•
BetekCard ilə əlaqədar hər növ ixtilafda Türk hüququ nəzərə alınır və İstanbul Anadolu Məhkəmələri
məsul və səlahiyyətlidir.
YUXARIDAKİ HÖKMLƏRİ OXUDUM, BAŞA DÜŞDÜM VƏ EYNİYLƏ QƏBUL EDİRƏM.
MURACİƏT SAHİBİ:
Ad – Soyad :
Tarix :
İmza