Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə14/23
tarix21.06.2018
ölçüsü2,1 Mb.
#49949
1   ...   10   11   12   13   14   15   16   17   ...   23


Hətəm Məlik:

-Ömür vəfa etsə,hə!Mən milli tariximizə və mədəniyyətimizə çox bağlı adamam.(Üzünü Ərtoğrula tutur.)Sənin qopuzun hanı?

Ərtoğrul “buradadır”-deyib ayağa qalxır və otaqdan çıxır.

Hətəm Məlik sözünə davam edir:

-Bu Ərtoğrul çox qabiliyyətli gəncdir.Bizim qarqar havalarımızı gözəl ifa

edir.


Ərtoğrul əlində qopuz içəri daxil olur.Hətəm Məlik gözləri ilə ona çalma-

sını işarə edir.Ərtoğrul da qıpçaq(qazax-qırğız)havası ifa etməyə başlayır.Çaldıqca

Hətəm və Usub məliklər gözlərini yumub ləzzət alırlar.Eyni halı Ərtoğrul da keçi-

rir.Samvel onları istehza ilə süzür.Sonqur isə başını aşağa salır.

Musiqinin yarı hissəsində içəri nökər girir və musiqinin bitməsini gözləyir.

İfa bitdikdən sonra gözlərini açan Hətəm Məlik nökəri görür və soruşur:

-Hə,Vazgen,de görüm,nə olub?

Nökər:


-Şuşadan İbrahimxəlil xanın vəziri,tanımadığım bir ağa və Ohan keşiş gə-

liblər,sizi görmək istəyirlər.

Hətəm Məliklə Usub Məlik təəccüblə bir-birinə baxırlar və cəld ayağa qal-

xırlar.


***

Ətrafı uca təpəliklər olan dar və uzun bir düzənlik. Təpələrdə Abbas bəyin başçılıq etdiyi tüfəngli əsgərlər və topçular mövqe tutmuşlar.Məqsəd Əli xan Əfşa-rı ordusuilə birlikdə tuzağa salmaqdır.Uzaqda toz duman qopararaq sürətlə çapan və tuzaq yerinə doğru yaxınlaşan yüzə qədər atlı görünür

***

Atlıların ön cərgələri.Süvarilərin hamısının çiynindən tüfəng,bellərindən isə qılınc asılmışdır.Ən öndə Səfərəli bəy çapır.



***

Atlıların quş uçuşu məsafəsindən görüntüsü.Onların arxasınca toz dumanı uzanır.Təqribən yüz nəfərlik olan bu dəstəni sayca ondan təqribən üç dəfə böyük

olan ikinci bir dəstə təqib edir.Bu dəstənin də ardınca toz dumanı uzanmaqdadır.

***


İkinci süvari dəstəsinin ön cərgələri.Ən öndə Əli xan Əfşar və oğlu Toğrul bəy çapırlar.Onlar əllərindəki qılınclarını başları üstündə yelləyirlər.Üzlərindən və

hərəkətlərindən qələbəyə əminlik oxunur.

***

İkinci dəstə birincini təqib edərək,hündür təpələrlə əhatələnmiş uzun və dar düzənlik sahəyə daxil olur.Bu an birinci dəstə atları geri döndərərək,çiyinlərindən çıxardıqları tüfəngləri öz təqibçilərinə tərəf tuşlayır.Bu hal ikincilərin atlarını əylə-mələrinə səbəb olur.



***

Çaşqın vəziyyətə düşən Əli xan Əfşar geriyə boylanıb gəldikləri yolda üçüncü bir atlı dəstəsinin onların geri dönmə yolunu kəsməkdə olduğunu görür.Bu dəfə o,təpələrə tərəf boylanır, onlara tərəf tuşlanmış tüfəng və topları görüb,oğlu Toğrul bəyə tərəf dönür:

-Tuzağa düşdük.Müqavimət göstərməyin heç bir mənası yoxdur.Yeganə çı-

xış yolu əsgərləri qırğına vermədən təslim olmaqdır.(Üzünü əsgərlərinə tutur.) Heç kəs yerindən tərpənməsin! Toğrul,oğlum,ardımca gəl.

Əli xan Əfşar və Toğrul bəy atlarını Səfərəli bəyin süvarilərinə tərəf sürmə-

yə başlayırlar.

***

Hətəm Məliyin evinin qonaq otağı.Otaq boşdur.Kadr arxasından Hətəm Məliyin səsi eşidilir:



-Xoş gəlmisiniz,buyurun içəri.

Otağa bir-birinin ardınca Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş,Usub Məlik

və Hətəm Məlik daxil olurlar.

Hətəm Məlik xalçanın üstünə döşənmiş döşəkçələrə işarə edərək deyir:

-Buyurun,əyləşin!Xoş gəlmisiniz,səfa gətirmisiniz! Həmişə siz gələsiniz.

Hər kəs oturur.Nökərlər dərhal qonaqların qabağına tüstülənən sulu qəl-yanlar qoyurlar.

Vaqif:

-Hətəm Məlik,elə yaxşı oldu ki,Usub Məlik də buradadır.Səninlə etməli olduğumuz söhbəti onunla da edərik.Vaxtımız az olduğundan birbaşa əsas məsələ-yə keçmək istəyirəm və ümid edirəm ki,bunu bizə böyük qüsur görməzsiniz.



Hətəm Məlik:

-Allah eləməsin!O nə sözdür,buyurun.

Vaqif:

-Xan bizi Şahnəzər Məlikgilə gedib onun ortancıl qızını istəməyə məmur



edib və bura gəlməkdə məqsədimiz sənin də və əgər vaxtı olarsa,Usub Məliyin də

bizimlə getməyinizi rica etməkdir.

Hətəm Məlik:

-Allah mübarək etsin!Əlbəttə ki,gedərik.(Usub Məliyə baxır.)

Usub Məlik:

-Əlbəttə,əlbəttə!Çox mübarəkdir.Nə zaman yola çıxmağı düçünürsünüz?

Vaqif:

-Əgər müsaiddirsə,elə bu dəqiqə.



Hətəm Məlik:

-Yol gəlmisiniz,çörək yeməyəcəksinizmi?

Kələntər Ağası bəy:

-Vaxtımız yoxdur.İnşallah geri dömərkən sənin də çörəyindən bir tikə kə-sərik.İndi isə yolçu yolda gərək.

Vaqif:

-Yallah!


Hamı ayağa qalxır.

***


Tehran şəhərinin məhəllələrindən biri. Kub şəkilli böyük bir daşın orta-sından böyük təzyiqlə bol su çıxaraq, küçə boyu qazılmış və içinin divarları çay daşları ilə hörülmüş kəhrizlərlə şırhaşır axır.Bu halı seyr etmək və bu münasibətlə

təşkil edilən şənliklərdə iştirak etmək üçün xalq kütlələr halında bu küçəyə axışır.

Hər kəsin üzündən sevinc hissi yağır.Su mənbəyinin yaxınlığında durmuş zurnaçı,

balabançı və təbilçi oynaq bir hava ifa edirlər.Sakinlərin bir qismi musiqi sədaları

altında yallı gedirlər.Kiçik oğlan uşaqları növbə ilə axan suyun altına girib-çıxırlar.

Bir qədər kənarda kəndirbaz kəndirdə gəzir.başqa bir tərəfdə isə bir nəfər dörd-beş yanar məşəli atıb-tutur.

Ekranda kənardan durub bütün bunları seyr edən iki fars canlanır.Onlar-dan biri digərinə deyir:

-Türklər yenə bayram edirlər.

O biri fars ona cavab verir:

-Düz də edirlər.Şəhərin su məsələsi həll edidi.Onların şahının millət üçün

etdiyini bizimkilər etdilərmi?!Yox,etmədilər! Kərim xan Zənd və adamlarının işi-gücü ancaq onun-bunun qız-gəlininin namusuna sataşmaq,şərab məclisləri düzəlt-mək idi.Lütfəli xan Zənd hər gün beş-on adamın başını kəsdirir,gözünü çıxartdırır-dı.Zindanlarda yer yox idi. Nəcəf xan Qumda vergilərin sayını iki-üç dəfə artıraraq

camaatı zinhara gətirmişdi.Cəfər xan isə xacənin qabağından siçan pişikdən qaçan

kimi qaçdı.

Birinci fars:

-Vallah, sən lap türklər kimi danışırsan.Kərim xanın da,Lütfəli xanın da, Cəfər xanında məqsədi bu məlunlar tərəfindən işğal edilmiş qədim fars dövlətini yenidən müstəqil etmək və böyük İran səltənəti qurmaq idi.Xacə onların hamısının

axırına çıxdı.Allah ona və bütün türklərə lənət eləsin.

İkinci fars:

-Bəsdir,insaf da yaxşı şeydir.Allahdan qorx!Şəhərə su çəkilib,suya görə heç kəsdən pul alınmır.Bu türkə də xeyirdir,farsa da!

***

Şahnəzər Məliyin evi.Şahnəzər Məlik,Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş, Hətəm Məlik və Usub Məlik süfrə arxasında əyləşib qəhvə içə-içə söhbət edirlər.Başına şahlıq quşu qonmuş və bu üzdən də kefi kök olan Şahnəzər Məlik deyir:



-Xanla qohum olmaq mənim üçün böyük şərəfdir.Siz də bu boyda yolu gəlməkdə nahaq zəhmət çəkmisiniz.Xan mənə xəbər göndərəydi,qızımı da qoluma

vurub özüm Şuşaya gələrdim.

Vaqif:

-Elimizin adəti var,ənənəsi var.



Şahnəzər Məlik:

-Əşşi,zarafat edirəm də.Bizi müsəlmanların “erməni”adlandırmasına fi-kir verməyin,bizim əslimiz-kökümüz türkməndir.Yəni biz də sizin kimi oğuzuq,sa-

dəcə,dinimiz fərqlidir.Dilimizsə birdir.Düzdür,gənclərimiz indi daha çox erməni

dilində danışırlar,çünki,bu dildə dərs oxuyur,ibadətlərini bu dildə edirlər.Amma türk dilini hər kəs bilir.Qızımsa türk dilində ermənicədən daha yaxşı danışır.

Hətəm Məlik:

-Hə, siz ana dilinizi yaxşı saxlamısınız,çünki,müsəlmanlarla diliniz bir-dir.Biz qıpçaq-qarqarların dili isə yavaş-yavaş unudulur.Ona görə də qərara gəlmi-şəm bizim dildə olan bütün kitabları erməni dilinə tərcümə etdirim.İndi “Alban ta-

rixi”nin tərcüməsi gedir.Usub Məliyə həmin kitabı göstərmişəm.Yeri gəlmişkən,

həmin kitabda,ay Şahnəzər,sizin türkmənlərdən də söz açılır və iki xanınızın adı çəkilir.İki qardaş olublar-Qor xan və Qazan xan.Öncə ikisi də isəvi olmuşlar.Sonra

Qazan xan islamı qəbul edib,Qor isə əski dinində qalıb.Müsəlman olan Qazan xan

barədə “Kitabi Dədə Qorqud”da da söz açılır və o, “albanlar başı Qazan xan”ad-landırılır.

Vaqif:

-Doğru söyləyir.Əgər Usub Məlik özünün iddia etdiyi kimi,doğrudan da



Qıpçaq Məliyin nəslindəndirsə,deməli onun ulu babası ilə həmin bu Qazan xan qan düşməni olublar...Nə isə...Ay Sahnəzər, yolumuz uzaqdır,icazə ver,biz tərpənək.

-Bəs,çörək-filan yeməyəcəksiniz?

Kələntər Ağası bəy:

-Yemək məsələsini Hətəm Məliyə söz vermişik.Odur ki,bizi bağışla.

Şahnəzər Məlik:

-Allah bağışlasın.Madam ki,tələsirsiniz,mən nə daha nə deyə bilərəm ki? AlLah mübarək eləsin!

Hər kəs “Allah mübarək eləsin!”-deyib,ayağa qalxır.Vaqif deyir:

-İnşallah,üç gün sonra gəlib,qıza nişan taxarıq,bir həftə sonra toyunu edib,apararıq.

Hər kəs “İnşallah”-deyir.

***


Məmməd bəy,Kiçikbəyim və Qədimi at belində meşə içi ilə gedirlər.On-ları öndən və arxadan hər biri 5 atlıdan ibarət olan mühafizəçi dəstələri müşayiət edir.

Məmməd bəy:

-Vallah əmimin bizə meşəyə gedib,böyürtkan toplamağa icazə verəcəyini,

doğrusu,heç sanmırdım.

Kiçikbəyim:

-Atam təzə arvad alır deyə,kefi o qədər yüksəkdir ki,nə xahiş edirsən,dər-

hal “hə”deyir,sanki, “yox”sözünü unudub.Hacı Kərimin qızı Zübeydə ilə evlənmə-

mişdən qabaq da belə idi.Doğru deyiblər ki,qadın böyük qüvvədir.

Hər üçü gülür.Qədimi deyir:

-Yadımdadır,sənin ananla evlənəndə də elə beləcə idi.Ümmə xanın bacısı

Bikə xanımı alanda da həmçinin.

Məmməd bəy səsinin tonunu aşağı salaraq,Qədimiyə deyir:

-Bu əsgərlərə de,bizdən bir az da aralansınlar rahat söhbətimizi edə bilək.

Qədimi öncə öndəki dəstəyə tərəf səslənir:

-Ay Əliheydər,bir az qabağa gedin.

Sonra o,üzünü arxadakı dəstəyə tərəf tutur:

-Ay uşaqlar siz də bir az geri qalın.

Bu sözlərdən sonra öndəki atlılar sürətlərini bir qədər artırırlar.Arxadakı-lar isə atlarını əyləyirlər.

***

Maral və Gülpəri sarayın hərəm hissəsinin döşəmələrini yumaqla məşğul-durlar.Maral Gülpəridən soruşur:



-Bilmirsən,xanımlarımız hara gediblər?

Gülpəri:


-Vəzirin xanımı Qızxanım bu gün ziyafət verir,ora gediblər.Guya özün bil-mirsən,xanımların işi-gücü ya ziyafət verməkdir,ya da ziyafətlərdə iştirak etmək-dir.Bizim kimi gecə-gündüz işləməyəcəklər ki...

Maral:


-Deyirəm,ay Gülpəri,bizim də bəxtimizə bir bəydən,xandan çıxmadı ki,biz

də xanımdan-zaddan olaq.İndi biz də ziyafətlərdə iştirak edərdik,bizə də qulluq edərdilər.

Gülpəri:

-Eh, Allah hərəyə bir alın yazısı yazıb.Yazıya da ki pozu yoxdur.

Maral:

-Bəs,Kiçikbəyim haradadır gözə dəymir?



Gülpəri:

-Məmməd bəylə böyürtkan yığmağa gediblər.Qədimi də onlarladır.

Maral:

-Son vaxtlar üçlükdə xəlvətə çəkilib yaman tez-tez nə isə barədə pıçılda-



şırlar.Mənə elə gəlir böyürtkan bəhanədir.Məqsədləri pıçıldaşmaqdır.

Gülpəri:


-Ay Maral nə isə sözlü adama oxşayırsan.Ürəyini boşalt,gəlsin.

Maral:


-Yadındadır,o gün Şahnisə xanım ziyafət verəndə xanımlar deyirdi ki,nə bilim, dövlətpərəstlər belə gəldi,səltənətpərəstlər belə getdi,nə bilim dövlətpərəst-

lər İbrahimxəlil xanın padşah olmasını istəyir,səltənətpərəstlərsə Ağa Məhəmməd

şah Qacarı istəyir?

Gülpəri:


-Hə,nə olsun ki?

Maral:


-O olsun ki,Qədimigil bir gün xəlvətə çəkilib pıçıldaşanda mən yaxında

idim,onlarsa məni görmürdülər,qulağım bəzi sözlərini çaldı.Onlar da səltənətdən,

Qacardan danışırdılar.Deyirəm,bəlkə səltənətpərəstlər elə Qədimigildir,Xanın xə-

bəri yoxdur?

Gülpəri:

-Ay qız,boş-boş danışma,işini gör.Səltənətdən,dövlətdən sənə nə?

Maral:

-Heç,bir sözdür də deyirəm.



***

Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş,Hətəm Məlik və Usub Məlik atla yamaca dırmanırlar.

Hətəm Məlik:

-Bu,sonuncu yamacdır.Onu aşdıqdan sonra Çiləbörd görünəcək.Atlılar bir

qədər də irəlilədikdən sonra üfüqdə Çiləbörd gözə dəyməyə başlayır.Fəqət kənd-dən qalın və qara tüstü çıxdığı da diqqəti cəlb edir.Ohan keşiş deyir:

-Deyəsən,kənddə yanğın var.

Bu söz ,sanki, hər kəsi yuxudan oyadır və atlılar dərhal atlarını qırmaclayıb

sürətlə kəndə doğru çapmağa başlayırlar.

***

Kəndin mərkəzində,Hətəm Məliyin İki mərtəbəli mülkünün yaxınlığındakı



qədim kitabların saxlanıldığı ev tamamilə yanıb kül olub.Alov ,sadəcə,bəzi yerlər-də gözə dəyir.Kəndlilər evi əhatəyə alıblar.Adamlar,o cümlədən Sonqur alovun son

qalıqlarını söndürməklə məşğuldurlar.Kəndlilər bir cərgə halında düzülüb, içi su ilə

dolu vedrələri bir-birilərinə ötürürülər.Balaca oğlan uşaqları boşalan vedrələrlə əks

istiqamətdə qaçırlar.Tüstü aləmi başına götürüb.Nəhayət,atlılar hadisə yerinə çatır-lar.Özünü cəld atdan yerə atan Hətəm Məlik yanaraq kül olmuş evə tərəf yürüyür və fəğan qoparır:

-Ah,mənim kitablarım!!!Xalqımızın yazılı salnaməsi,mədəni irsi məhv ol-du.!!!Allah səbəbkara lənət etsin!(Gözü Sonqura sataşır və dərhal üzünü ona tərəf

tutur.)Bu necə oldu?!Kitablardan xilas etmək mümükün oldumu?!

Sonqur məliyə yaxınlaşaraq:

-Kitabxanaya Samvel od vurub,özü də qaçıb.Bahadurgil onu axtarmağa ge-diblər.Sizin “səkkiz ən qiymətli kitab”dediyiniz kitabları Ərtoğrul xilas edə bildi. İkinci dəfə özünü oda vuranda evin tavanı üstünə çökdü və o...(ağlayaraq)...həlak

oldu.

Hətəm Məlik növbəti dəfə fəğan qoparır:



-Vay,can bala,vay!Bu nə fəlakətdir başımıza gəldi?!

Vaqif Hətəm Məliyə yaxınlaşaraq əlini onun çiyninə qoyur:

-Yazıya pozu yoxdur,hərənin əcəli bir yerə qədərdir.Allah rəhmət etsin!

***


Meşənin ortasında bir tala.Talanın kənarında böyük-böyük böyürtkan kol-ları görünür.Məmməd bəy və Kiçikbəyim xanım əllərində səbət böyürtkan yığırlar.

Qədimi kənarda oturub çubuq çəkir.Məmməd bəy deyir:

-Dəqiq məlumat var ki,Ağa Məhəmməd şah Qacar İsfahanı alıb və Farsa yürüşə hazırlaşırmış.Bəlkə,bu günlərdə xəbər gəldi ki,artıq Şiraz da alınıb.Şirazın alınması isə bütün Farsın alınması və Zənd xanlarının hakimiyyətinə son qoyulma-sı deməkdir.İnşallah ondan sonra sıra Azərbaycan xanlıqlarına və xanlarına gələ-cək və nəhayət,Azərbaycan səltənəti Səfəvilər dövründəki qüdrətinə yetişmiş olar. Molla Vəli Vidadi demişkən,Qara dənizdən Hind ümmanına qədər uzanan Böyük Azərbaycan səltənəti!

Kiçikbəyim:

-İnşallah!

Qədimi:


-İnşallah!Amma o zaman İbrahimxəlil xanı hansı taleyin gözləyəcəyini bilirsiniz də...

Kiçikbəyim:

-Mən Vətənimizin səadəti naminə bütün varlığımı,hətta ata-anamı da qur-

ban verməyə hazıram,təki Vətən sağ olsun,Vətən yaşasın,indi düşdüyü zəlil vəziy-

yətdən qurtulsun!

Məmməd bəy:

-Mən də!

Qədimi:


-Mən də bu yolda övladlarımdan belə keçməyə hazıram.

***


Gecədir.Vaqif,Ağası bəy və Ohan keşiş at belində Şuşanın Gəncə qapıları-na yaxınlaşırlar.Ağası bəy deyir:

-Çiləbörddə baş verənlər çox pis əlamətdir,bu evlilikdən xeyir gəlməyə-cək!

Vaqif:

-Yaxşı olar,inşallah!Bu barədə xana bir söz deyib,qanını qaraltmasaq məs-ləhətdir.



Gələnlərin kim olduqlarını tanıyan keşikçilər qapıları açırlar.Vəzir və yol-daşları şəhərə daxil olurlar.

***


Seyrək meşəlik bir yer.Yüzə yaxın təbilçi bir xətt üzrə təbillərini döyə-

döyə irəliləyirlər.Onlar arasında məsafə təqribən iki metrdir.Səs-küydən qulaq tu-tulur.

***

Döyülən təbil səsləri bir qədər uzaqdan eşidilir.Səs-küydən hürkən cey-



ran sürüsü ora-bura vurnuxur.Ara-bir hürkmüş dovşan,tülkü və quşlar da gözə də-yir.Ekranda atlarının üstündə tüfənglə ov edən Ağa Məhəmməd şah Qacar və Xan-

baba ov edirlər.Onların hər ikisinin atının yəhərindən bir vurulmuş ceyran asılıb. Öncə şah atəş açır. Bir ceyran qıvrılaraq yerə sərilir.Sonra Xanbaba atır və başqa bir ceyran eyni aqibətə nəruz qalır.Ov itləri yaralı heyvanlara tərəf qaçır.

***

Təbilçilər təbillərini döyə-döyə irəliləyirlər.Bir nəfər atlı arxadan onlara yaxınlaşıb ehtiyatla iki təbilçinin arasından keçir və onlara xətər toxundurmayaca-ğına əmin olduqdan sonra çapmağa başlayır.



***

Ov davam edir.Artıq şahın və vəliəhdin atlarının hər birinin yəhərindən iki

ceyran asılıb.Uzaqdan təbil səsləri eşidilir.Şah yenə nişan alıb atır və bir tülkü yerə

sərilir.Ovçular tülküyə tərəf hərəkət edirlər.Şah atdan enmədən,əyilərək tülkünü yerdən qaldırır və onu əlində ora-bura çevirərək deyir:

-Gəncliyimdə tələlər qurub tülkü ovlamağı sevərdim.Həmişə də tutduğum

tülkünü buraxardım.Bir dəfə ehtiyatsızlıq etdim və tülkülərdən biri əlimi dişlədi. Onu cəzalandırmaq üçün boynuna bir zınqırov asıb azad etdim.Bu zınqrov üzün-dən onun ovlamaq istədiyi bütün heyvanlar vaxtında duyuq düşüb qaçmağa macal

tapırdılar.O da ac qalmalı olurdu.(Vurduğu tülkünü atının yəhərindən asır.)Bir gün

onu acından heydən düşərək ölmüş vəziyyətdə tapdım.

Bu anda çapar çaparaq onlara yaxınlaşır, atını əyləyərək yerə enir, sağ əliylə atının yüyənini saxlayaraq təzim edir və deyir:

-Şahım,müjdə!Ordumuz Zəncandan qələbə xəbəri ilə gəlib,Əli xan Əfşar və oğlu əsir alınıb.Bizim əsgərlər içərisində isə bir nəfər də itki yoxdur.

Şah:

-Səni xoşxəbər olasan.Müjdən məndə.



Xanbaba:

-Məndən də sovqat alacaqsan.

Atlılar capmağa başlayırlar.

***


Molla Pənah Vaqifin evi.Vaqif oturub yazı yazır.Otağa girən Qızxanım deyir:

-Gün bu gün görəsən haradan çıxıb ki,sən evdəsən?

Vaqif başını qaldırıb arvadını yuxarıdan aşağı süzür və gülərək cavab ve-

rir:


-Günün haradan çıxdığını bilmirəm,amma onu dəqiq bilirəm ki,bu barədə

çox danışsan,gözə gətirəcəksən və yenə də bir iş çıxacaq,harasa getməli olacağam.

Qoy oturduğum yerdə oturm.

Qızxanım:

-Vallah,xanın başı indi toy-nişana qarışdığından səni heç yada da salmır. Barı,Şahnəzər Məliyin qızını gördünmü,doğrudanmı tərif edidiyi qədər gözəldir?

Vaqif:


-Gözəllikdə sənə tay ola bilməsə də gözəldir.

Bu dəm Qasım içəri daxil olur:

-Ata, sənlə çox vacib bir məsələ barədə danışmalıyam.

Vaqif:


-Buyur,danış,qulaqlarım bütünlüklə səndədir.

Qasım:


-Bilirsən,Axund Mirhəsən ağa bir-bir sənin oxumaq üçün İstanbula gön-

dərmək istədiyin tələbələrinin evlərinə gedib,onların valideynlərini inandırmağa çalışıb ki,övladlarını İstanbula buraxmasınlar.Deyib ki,İstanbulda oxuyub gələn-

lərin hamısı məzhəb dəyişib kafir olurlar.Bəs,sizin də uşaqlar gedib sünni olub, qayıdacaqlar üstünüzə.Artıq Camalın atası tərəddüd etməyə başlayıb.

Bunu eşidən şair “Allah lənət etsin!”-deyərək,ayağa qalxır və qapıya tərəf yönəlir.Qızxanım onun ardınca səslənir:

-Nə oldu,göz dəydi?!

Vaqif otaqdan çıxır və Qızxanıma artıq kadr arxasından cavab verir:

-Sənə dedim,axı...

***


Şuşanın mərkəzi məscidi.Hava qaranlıqdır.Vaqif atını çapa-çapa məscidə yaxınlaşır.Atdan düşüb onu ağaca bağlayır və sürətli addımlarla məscidin qapısına tərəf yönəlir.

***


Axund Mirhəsən ağa öz hücrəsində oturub nə isə yazır.Vaqif içəri daxil olub soyuq və bir qədər qəzəbli halda salam verir:

-Əssələmu əleyküm!

Axund gələnin vəzir olduğunu görüb,cəld ayağa qalxaır və bir qədər əyilə-rək cavab verir:

-Və əleykəssəlam,xoş gəlmisiniz!Buyurun əyləşin.

Vaqif:

-Yox,oturmayacağam.Ə axund,qoduq oğlu qoduq,sünnilər nə vaxtdan ka-fir olublar? Və sən nə haqla mənim tələbələrimin evlərinə gedib, onların elm ardın-



ca İstanbula getmələrinin əleyhinə təbliğat aparırsan?!

Axund dili dolaşa-dolaşa:

-Vvvvvallah, vvvvəzir ağa mən demişəm ki,uşaqlarınız oxumaq üçün Qqqquma və Mmmməşhədə göndərsəniz daha yaxşı olar.İmamlarımızı daha yaxşı

tanıyarlar.Bbbbir də demişəm ki,sünnilər imaməti inkar edirlər.

-Sən özün Qumda da oxumusan,Məşhəddə də,amma necə cahil və nadan

idin,eləcə də qalmısan.Niyə qoymursunuz bu millətin övladları elm-mərifət sahibi olsunlar.Bəs deyil milləti baş yarıb,zəncir vurmağa,göz yaşı axıdıb sızlamağa məc-

bur edib,dunyanı üstümüzə güldürdünüz?!Bəs deyil sədəqə-nəzir adı altında millə-ti soya bilmək üçün onu avamlığa sürüklədiniz?!Ə mürtəd oğlu mürtəd,bəs deyil

sünni-şiə adı altında türkü türkə,müsəlmanı müsəlmana düşmən etdiniz?!

Bu sözlərdən sonra Vaqif axundun yaxasından yapışıb,onu bərk-bərk silkə-

ləyir və deyir:

-Bir də ayağıma dolaşsan, anandan əmdiyin südü burnundan gətirərəm.Ba-şa düşdün məni?!

Axund:


-Hə!

Vaqlf hücrəni tərk edir.

***

Vaqifin yataq otağı.Qızxanım yataqda tək uzanıb.O, bərk kədərlidir.Üz –gözündən qəhər və kədər hissi açıq-aydın hiss olunur.Onun gözləri önündə özünün



və Vaqifin toy səhnəsi canlanır.

***


Küçə boyu düzülmüş insanların əlində benqal odları yanır.Öndə gələn atlı-lar bir-birinin ardınca havaya tüfəng və tapançalardan atəş açırlar.Onların ardınca piyada zurna-balaban çalanlar,daha sonra əllərində güzgü,yanan şam və xonça tut-muş qadımlar, onların da ardınca ağ ata minmiş gənc Vaqif bəy paltarında gəlir.İki gənc atın yüyənindən tutmuşlar.Bəydən sonra üstündə gəlin kəcavəsi olan,başdan-başa gül-cicəklə bəzədilmiş dəvə gəlir.Ekrahda ən sonda gəlinin cer-cehizini daşı-yan bəzəkli at arabaları canlanır.

***


Hər tərəfi dül-çiçəklə bəzədilmiş və çox sayda şamın yandığı gəlin otağı.

Vaqif yaxınlaşaraq,gənc Qızxanımın duvağını açıb, onu yanaqlarından,boynundan və dodaqlarından öpür,sonra isə bir-bir şamlara yaxınlaşıb, onları üfürərək söndü-rür.Ətraf zülmət qaranlığa bürünür.Kadr arxasından at ayaqlarının səsi gəlir.

***

Qızxanım yataqda hələ də təkdir.At ayaqlarının səsi aramsız davam edir.



O,sanki,bu səsdən diksinir,dik atılaraq uzanmış vəziyyətdən oturmuş vəziyyətə

keçir.Ayaq səsləri səngiyir və pillələrlə qalxan adam ayaqlarının səsi ilə əvəz olunur.Qızxanım əllərini göyə qaldırıb,deyir:

-İlahi,şükr sənə!

***


Ağa Məhəmməd şah Qacarın Tehrandakı sarayı.Şah taxtda oturub.Xanba-

ba da yanında əyləşib.Abbas bəylə Səfərəli bəy qarşısında ayaq üstə durublar.Səfə-rəli bəy deyir:

-Qibleyi-aləm,eynən siz deyən kimi etdik.Mən ordunun əsas hissəsi ilə pusquda durdum,Abbas bəysə öz atlı dəstəsi ilə düşməni tüzağa saldı.Sadəcə,göyə

Bir güllə atdıq.Əli xan vəziyyəti başa düşdü,adamlarını qırğına verməmək üçün

oğlu ilə birlikdə gəlib,təslim oldu.Dedi ki,böyük bir səhv etmişəm.Şahdan bağış-lanmağımı xahiş etməyə mənə imkan verin.Və biz də onu və oğlunu əsir aldıq.Əs-

gərlərinin silahlarını alıb,özlərini atları ilə birlikdə azad buraxdıq.

Şah:

-Düz etmisiniz.Amma o da əsgərlərini qırğına verməməklə kişi kimi hərə-



kət edib və bu hərəkətinə görə bağışlanmağa layiqdir.Onları gətirin.

Abbas bəy ucadan qapıya tərəf səslənir:

-Əsirləri gətirin.

İki nizəli əsgər Əli xan Əfşarı və oğlu Toğrul bəyi əl-qolu bağlı halda içə-ri gətirirlər.Xan və oğlu içəri girər-girməz diz çöküb gözlərini aşağı dikirlər.Ağa Məhəmməd şah Qacar onlara yaxınlaşır və bığ yerləri təzəcə tərləmiş Sonquru baş-

dan ayağa süzür,gözləri önündə bir vaxt əl-qolu bağlı vəziyyətdə Kərim xan Zən-din hüzuruna gətirildiyi dövrü xatırlayır.Gözləri önündə həmin epizod canlanır.

***


EPİZODUN TƏKRARI

Kərim xan Zəndin Şirazdakı sarayı. Səbzəli, ardınca da iki keşikçinin itə-ləyə-itələyə içəri saldıqları zəncirlənmiş Ağa Məhəmməd xan daxil olurlar So- nuncunun əynində cırılıb parça-parça olmuş qanlı köynək var.Həddən artıq yorğun və halsızdır.Buna baxmayaraq,məğrur-məğrur durub gözlərini Kərim xanın gözlə-

rinin içinə dikir.Səbzəli bəysə içəri girər-girməz,şaha baş əyir və deyir:

-Ey böyük şəhriyar,qanlı düşməninizi və Mazndaran valisi Məhəmməd xan Savadkuhinin Sizə ünvanladığı məktubu hüzurlarınıza gətirmişəm.


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə