BəXTİyar tuncay alban (qafqaz) TÜrkcəSİ SÖZLÜYÜ ÷ (Əlyazma hüququnda) IV bölüm (E – ğuzur) baki 2012


el I (-ninq, -gə, -ni, -də, -dən, -inqninq, -inqni, -inə, -in, -indən) ism. – el, xalq, dövlət, oba: Eli alarnınq ya oğlu cınsnınq



Yüklə 0,83 Mb.
səhifə2/5
tarix19.10.2018
ölçüsü0,83 Mb.
#74849
1   2   3   4   5

el I (-ninq, -gə, -ni, -də, -dən, -inqninq, -inqni, -inə, -in, -indən) ism. – el, xalq, dövlət, oba: Eli alarnınq ya oğlu cınsnınq (Yar. 19: 36). Onların xalqı ya tayfalarının övladı. Elim menim Tenqrimninq. Mənim xalqım-Tanrının xalqı.

el II (-inə, -inədir, -indən) ism. (azərb.) - əl: Da uçmax da tamux – adam oğlununq elinədir kirməgə. Cənnətə və ya cəhənnəmə girmək insanın öz əlindədir. Toğaraq adəmilikni azad etti eski duşmannınq elindən. O bütün bəşəriyyəti əski düşmənin əlindən azad etdi. Zaman el bersə. Zaman əl versə (əlverişli olsa).

el III Bax: yıl

Elam x. ism. (yəh.) – Tövrata görə, Nuh oğlu Samın oğullarından biri. Babildən şərqdə məskən saldığı və məskun olduğu torpaqda onun adını daşıyan dövlətin (Elam dövləti) qurulduğu söylənilir. Yəni Elam dövlətini (e.ə. III-II minilliklər) quran elamlıların onun nəslindən olduqları sanılır.

elbət Bax: həlbət

elçi (-ninq, -gə, -ni, -nqninq, -si, -sin, -miz, -lər, -lərdirlər, -lərninq, -lərni, -ləri, -lərinə, -lərin) ism. – elçi, səfir, qasid, mələk: Xayda ki elçimiz bizim Yisus kirdi bizim üçün (İbr. 6: 20). Hara ki elçimiz İsa bizə görə daxil oldu.Yeberdilər hayrabedləri Rimanınq axpaşlar da xan – biylərin elçi xanına xağanlarnınq. Romanın patriarxları yepisoplarını, xan-bəyləri isə öz elçilərini xaqan xalqının (hunların) xanının yanına göndərdilər.

elçibaşı ism. – elçibaşı, baş səfir

elçilən ~ fel. – elçi olmaq, səfir olmaq: Ne üçün ki elçiləniyirmen bağlanmaxım bilə ki, anqar bolğaymen ki ne türlü tiyişlidir manqa sözləmə. bağlarda ona görə səfirlik edirəm və çox çalışıram ki, lazım olduğu kimi söyləyə bilim.

elçilix (-ninq, -kə, -ni, -tə, -i, -lər, -lərin) // elçilik (-təbiz) ism. – elçilik, səfarət: Ne elçilix blə kelip edi kensinə? Hansı elçilik missiyası tapşırıkmışdı ona?

elçiliyin – elçi qismində, elçi kimi: Yeberip Tatulnu manqa elcyiliyin... tatulu yanıma elçi qismində göndərib...

elçuraqal ism. (yun.) – yunan mifologiyasına görə nəfəs alarkən ağzından od püskürən, aslan başlı, keçi bədənli və əjdaha quyruqlu mifik varlıq. Başlarından birinin aslan başı, ikincisinin keçi, üçüncüsünün isə əjdaha başları olan üçbaşlı bədheybət kimi də təsvir edilir. Tifon və Exidnanın qzı olduğu söylənir.

elə ~ (-mə, -dim, -di, -rmen, -məndir, -cəkmen, -cəksen, cəkbiz, -cəksiz, -cəklər, -sər) fel. - ələmək

elək I ism. - ələk

elək II Bax: eşək

elən ~ (-dim, -dinq, -di, -dix, -dinqiz, -dilər, -gən) // elen ~ (-gən) // elin ~ (-dim) fel. - ələnmək

eli I Bax: el

eli II Bax: elli

Eli I // Eali (-ni) x. ism. (yəh.) – Eloi (mənim Tanrım). İncilə görə, Həzrət İsa (ə) çarmıxa çəkilərkən Tanrıya brlə müraciət etmiş və arami dilində bu sözləri söyləmişdir: Eli, Eli, Lama sapaktani ? (İlahi, İlahi, Məni nə üçün tərk etdin?)

Eli II Bax: Elia

Elia (-sen, -nınq, -ğa, -nı, -dan, ların) // Eliaj // Eli // Elya // Yelija // Yehija x. ism. (yəh.) – Həzrət İlyas (ə) - Eliyahu, Eliya (mənim Tanrım). Ahavanın şahlığı dövründə yaşamış yəhudi peyğəmbərlərindən biri. Yəhudi mənbələrinə görə, əsas möcüzələri ölüləri diriltmək, axan çayı saxlamaq olmuşdur. Ölümündən sonar odlu çarxda (NLO?) göyə qalxdığı və Həzrət Musa (ə) ilə birlikdə Həzrət İsanı (ə) ziyarət erdiyinə inanılır.

Eliazar x. ism. (yəh.) – Hor Elizar. Bibliya personajlarından biri: Tağ üsnə Xor Eliazar boldu enq ulu kahanayabed xoyulğan (Say. 20: 22). Dağda Hor Elizar ən böyük kahin təyin edildi.

elikla ~ Bax: erikla ~

elin ~ Bax: elan ~

Elisapet x. ism. – Bibliya personajlarından biri. Onun adı albanlar arasında yayğın qadın adlarından olub.

eliyir Bax: ela ~

El-Xatun x. ism. – albanlar arasında yayğın qadın adlarından biri: Yovanesninq xatunu El-xatun. Yovanesin arvadı Elxatun.

ellatalı ism. – elladalı (yunanıstanlı, yunan)

elli say. - əlli: Elli başı. Əllibaşı. Əlli kün. Əlli gün (xristian bayramlarından birinin adı).

ellibaşı ism. - əllibaşı

ellibaşlı Bax: ellibaşı

ellinçi s. sayı. - əllinci

ellişər say. - əlli-əlli

elpək Bax: həlbət

elt ~ (-mə, -məgə, -kin, -inqiz, -mə, -tim, -tinq, -ti, -tilər, -mədi, -ərmen, -ərsen, -ər, -ərbiz, -ərlər, -məs, -məslər -ərlər edi, -iy edim, -iy edi, -iy edilər; -iyirmen, -iyirsen, -iyir, -iyirsiz, -iyirlər, -iyir edilər, -kəymen, -kəysen, -kəy, -kəysiz, -kəylər, -məgəy, -məgəybiz, -kəy edi, -sənq, -sələr, -sər, -sərlər, -sər edi, -sərlər edi, -kün, -kündir, -künni, -kündə, -kənində, -kənlər, -məxkə, -məxtə, -ip, -kinçə) fel. – çatdırmaq, gətirmək: Söz eltkənlər. Söz çatdıranlar. Eltti kensi blə

eki xulluxçu. Özü ilə iki qulluqçu gətirdi.

eltim – göndərilmək üçün nəzərdə tutulan və ya göndərilən əşya

Elya Bax: Elia

em I ədat. - ən: Em burun, Qamdan ki atası xarğap edi, bu Orus cınsı da xarğışlinnq oğlanlarıdır. Ən əvvəl, Xamdan ki, atası onu qarğışlamışdı (lənətləmişdi), urus cinsi bu qarğışlının nəslidir. Müq. et: enq II, enqgə, enqkə

em II Bax: hem

em ~ (-dinq, -di, -sərlər, -isər edi) fel. - əmmək

Embey x. ism. – albanlar arasında yayğın kişi adlarından biri

emçək (-ni, -tən, -indən, -lər, -lərni, -lərim, -lərinq, -ləri, -lərin, -lərindən) // yemçək (-ləri) ism. - əmcək: Emçek uçu. Əmcək ucu.

emçəktəgi ism. – südəmər (südəmər uşaq), körpə. çağa: Ağızlarından igit oğlanlarnınq, töştagilərninq toxtağay alğış // Aczından oğlanlarnınq, yaşlarnınq, emçəktəgilərninq toxtattınq alğışnı (Məz. 8: 3).

Körpələrin və çağaların səsi ilə

Yağılarına qarşı qala qurdun.

emdi (-dən, -gi) zrf. – indi: Ne üçün emdi yazdıq (yazdıx)..? (Mxitar Qoşun “Törə Bitiqi” kitabından). Nə üçün indi yazdıq..? Tiyəsidir emdidən sonqra bitik bilə yöpsünməgə törəlarni, tanqlap barça (barçanı) ari bitiklərdan (Mxitar Qoşun “Törə Bitiqi” kitabından). Bundan sonra bütün müqəddəs kitablardakı qanunları mənimsəmək və onlara əməl etmək lazımdır. Emdigi vaxtta. İndiki vaxtda.

emgək (-ninq, -ni, -tə, -tən, -im, -imni, -inq, -inqdən, -i, -inə, -in, -indən, -imizni, -inqiz, -lərdə, -ləri, -lərinə) ism. - əmək. zəhmət: Oğlu Tenqrininq kelipbiz alnınqa seninq bu keçəni emgənlənip (emgaklənip) da ağır yüklənip // Ertədan emgangənlər da ağır yüklülər. Bu axşam zəhmət və ürək ağrısı ilə Tanrı Oğlunun hüzuruna gəldik // Səhər trzdən zəhmətə qatlaşaraq və ürək ağrısı keçirərək.

emgəklət ~ fel. – işlətmək, zəhmət vermək, əziyyət vermək Bax: emgət

emgəkli (-men, -dir) // emgəgli (-men) – zəhmətkeş: Tiyişylidir oğlanlar atasın-anasın sövgəylər, anınq üçün ki, ata-ana emgaklidir Tenqrininq alnina ki, toğdurur da östürür da ilgəri keltirir, eskə -axılğa övrətir. Uşaqlar ata-analarını sevməlidirlər, çünki onlar Tanrı qarşısında zəhmətə qatlanmışlar, onlar dünyaya gətirir, böyüdür, cəmiyyət içinə çıxmalarını təmin edir və onlar öyüd-nəsihət verirlər.

emgən ~ (-mə, -sin, -inqiz, -mə, -məgə, -mənqiz, -dim, -di, -dix, -dilər, -irlər, -iyirmen, -iyirsen, -iyir, -iyirbiz, -iyirlər, -gəy, -gən, -gəngə, ~gənlərgə, -gəni, -gəninə, -gənlər, -gənlərgə, -gənlərni, -gən bolğaysiz, -məx, -məxni, -məxtən, -ip, -ginçə) fel. – zəhmət çəkmək, əmək sərf etmək, çalışmaq: Egər ki Biy yasamasa (yasamas) edi övnü (övni), heç yergədən emgəniyir (boş emgənirlər yasağanları (yasavuıları) alarnınq (Məz. 126/127: 1).

Evi Rəbb tikməzsə,



Bənnaların zəhməti boşa gedər.

emgənüçi ism. – zəhmətkeş, əməksevər, çalşqan: Ki siz də hnazant bolğaysiz anınqkibiklərgə da barçasına ki, birgə boluşuçıdırlar da emgənüçi (1 Коr. 16: 16). Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun.

emgət ~ fel. – işlətmək, zəhmət vermək, əziyyət vermək: Bundan sonqra kimsə meni emgətməsin (Qal. 6: 17). Bundan sonra kimsə mənə əziyyət verməsin.

emin (-gə, -ni) ism. (< azərb. < ər.) - əmin, əminlik, əmin-amanlıq: Ekisi biri birinə yük berdilər eminlik üçün ki, emin keçingəylər. Hər ikisi əminlik üçün bir-birinə yük verdilər ki, amin-amanlıq olsun. Emin-aman bolğay. Qoy əmin-amanlıq olsun.

Emin Bax: Xoca-Emin

eminlət ~ (-ti) fel. - əminlik yaratmaq, əmin-amanlıq bərqərar etmək, rahatlıq vermək: Biyi xuvatlılarnınq, eminlət boyumuznu bizim barça şaytanlıx, xalabalarından da dunyalıq yubanmaxından. Ey qüdrət sahibi olan Rəbb, qəlblərimizə hər cür şeytani istək və dünyəvi həvəslərədən rahatlıq ver.

eminlətüçi ism. – rahatlaşdırıcı, əminlik verən, əmin-amanlıq yaradan

eminlik (-tir, -ninq, -kə, -ni, -tə, -təbiz, -tədir, -tən, -im, -imninq, -imni, -inq, -inqninq, -inqni, -i, -inə, -in, -imiz, -inqiz, -ləri, -lərinə, -lərində) // eminlix ism. - əminlik, əmin-amanlq: Haybat biyiklikkə (biyikliktə) Tenqrigə da yergə (dunyağa) eminlik (emin) dunyağa, adamlarğa bazlıx (biyənçlik) adamilarğa biyənmaəlix (biyəncylik) adamilərgə (bazlıx) adamlarğa! (Luk. 2:14). Tanrının böyüklüyünə alqış və dünyaya, insanlara əminlik. Eminlikni berüçi Krisdos. Əminlik bəxş edən Məsih. Friştəsi eminlikninq. Əmin-amanlıq məlyi. Eminliktə da sövüktə keçingəylər, neçik xardaşlar. Qardaş kimi əminlik və məhəbbətlə keçinirlər.

emin-sövünçlü sif. - əminlik və sevinclə

emir // ömür (-lər, -lərni) ism. (< azərb.< ər) - əmr, fərman: Türk yolununq emirləri. Türk ölkəsinə gedən yolla bağlı fərmanlar.

emir ~ Bax: yemir ~

emizdir ~ (-di, -iyirmen, -məxin) // yemizdir ~ (-di, -iyir edi) fel. - əmizdirmək

en Bax: enq I

en ~ (-mə, -gin, -sin; -dim, -dinq, -di, -dix, -dilər, ~ip edi, -ərmen, -ər, -ərlər, -ərlər edi, -iy edi, -iyir, -gəy, -gəylər, -səm, -sənq, -sə, -sələr, -sərsen, -sər, -gən. –gəninə, -gənlər, -məx, -məxi, -ip) // enq ~ (-məx, -məxi) fel. – enmək, düşmək: Neçik yağ ki enər başqa da saxalına Aharonnunq, saxalından (da saaalından enər köksünə kiyinişininq anınq (köksü üsnə tonununq anınq (Məz. 132/133: 2). Harunun başından sqqalına, saqqalndan donunun üstünə axaraq enən yağ kimi. Xaytsın ağrıxlar başına anınq, tebəsi üsnə anınq törəsizliki kendininq ensin // Xayttılar ağrıxları başına anınq, üstünə tebəsininq anınq törəsizlikləri kendininq engəy (Məz. 7: 17). Qaytar onun baş ağrıların, özbaşınalqları qoy başna dərd oldun. Zera ot palayladi yürəklənməximdən menim, küydürgəy da kirgəy tibdəki tamuxqa dirə // Zera ot xapundu (palayladı) öçəşlənməximdən menim, örtəsər da ensər çax tamuxnunq tibinə (Qan. 32: 22). Çünki atəş Mənim qəzəbimdən alovlanıb və onun yaxıcı dilləri cəhənnəmin dibinədək çatır.

endir ~ (-mə, -iyim, -dinq, -di, -dilər, -ir, -gəysen, -gəy edi, -iyir, -gəndir. -ip) fel. – endirmək, salmaq: Endirdinq (Saldinq bizni sirtmaxqa, xoydunq tarlıxqa (tarlıxta) arxamıznı (tarlıxnı) arxamızğa bizim (Məz. 65/66: 11). Sən bizi endirib tələyə saldın, belimizə ağır bir yük qoydun. Sen, Tenqri, endirgəysen alarnı çuğuruna (çoğuruna) buzuxluxnunq (Məz. 54/55: 24). Sən, ey Tanrı, onları çürüyəcəkləri əzab çuxuruna saldın (endirdin).

Enquryalə Bax: anğuryalı

enillik Bax: yenqillik

eniş // enqiş (-tən, -lər) ism. – vadi: Sanlıdır er, xaysınınq ki boluşluxu sendəndir, çıxmaxnı xoydu esinə kendininq enqiştən xayğulu ol yergə, xaysına ki niyət etti (Məz. 83/84: 6). Nə bəxtiyardır Səndən qüvvət alanlar, vadidən keçərək, çağlayan bulaqları görməyi niyyət edənlər

enməx ism. – eniş

Enovs (-nunq) x. ism. (yəh.) – Enos, Enoş. Bibliyaya görə, Sifin birinci oğlu və Həzrət Adəmin nəvəsi.

enq I (-inq, -i, -inə, -ləri) // en (-inq) // yenq (-lərim, -ləri, -lərindən) ism. – çiyin: Enqləri Eyəmizninq kimgədir açılğan? Rəbbimizin çiyinləri kimin üzünə açıqdr? Kök yara xınqır enqi üsnə. Çiynində dərin bir yara və xıncır ...Yenqləri (enqləri) üsnə yürütiy edi. (Yolda tapdığı quzunu) çiyinlərində aparırdı.

enq II ədat. - ən: Enq axıllı. Ən ağıllı. Xaysı ki bardir ya enq əvəltin. Hansı ki, ən başdan mövcuddur. Anqlağan kibik, enq axılli kibik. Dərrakəli kimi, ən ağıllı kimi. Enq tügəl, ya sonqğuda, ya hər yarı yayılğan, tağılğan. Ən kamil və sonda hər tərəfə yayılmış. Enq ulu çakuç. Ən böyük çəkic. Enq uzun, ən uzun. Müq. Et: em I, enq// enq

enq ~ Bax: en ~

enqgə Bax: enqkə

enqiş Bax: eniş

enqkə ədat. - ən: Enqkə burun. Ən əvvəl. Enqkə igi. ən yaxşı. Enqkə kiçisi. Ən kiçiyi. Enqkə murdar. Ən murdar. Müq. et: em I, enq II

enqsə (-lər, -m, -nq) ism. - ənsə, kəllənin arxa hissəsi

epişkopus Bax: ebisğobos

Eprades (-tir) // Eprad // Eprat x. ism. (yun.) – Fərat. Mənsəbini Türkiyənin cənub-şərqindən alan, suriya və iraqdan keçərək Hind okeanına tökülən çay: Eprades barıyır Ermenilikkə, Erzingan ulusuna. Fərat çayı Arameyaya (aramilər ölkəsinə), Ərzincan ulusuna varır.

Eprat Bax: Eprades

er (dir, ninq, -gə, -ni, -dən, -im, -inq, -inqə, -inqni, i, -isen, -idir, -idilər, -ininq, -inə, -in, -ini, -ində, -indən, -lər, -lərninq, -lərgə, -lərni, -lərdə, -lərdən, -lərinqizgə, -lərininq, -lərinə, -lərin, -lərindən) ism. - ər, kişi: Xatun alıyırmen, ergə barıyırmen. Arvad alıram, ərə gedirəm. Bir bolğan er kibik. Kişi kimi bir olaq.

er ~ (-di) Bax: e ~

erani sif. (orta fars.) – xoşbəxt, bəxtəvər: Dügüldürlər erani ki, yoxtur dostatokları kensilərininq da nencə içinə mirminalıyırlar Biy Tenqrigə xarş da izdiyirlər sposob nepristoynı kensilərinə na poratovane: ya oğurlamax blə, ya xarağçilix blə, ya aldamax blə, ya nepristoynı xuluxu blə ozgəsinə etip (mühacir albanların yarı albanca, yarı slavyanca – qarışıq bir dildə yazıya aldıqları mətnlərdən). Xoşbəxt deyillər o şəxslər ki, varlı olmadıqları üçün bunun səbəbini Tanrıda görür və xilas olmaq üçün, yalan, oğruluq və ya başqasına yaltaqlanmaq kimi şərəfsiz üsullara əl atrlar.

erən ism. - ərən, kişi: Erənlərgə tiyməstir xatın kişininq tonu içinə yürümə (yürməgə). Kişilərgərək qadın paltarında gəzməsinlər (Kişiyə qadın paltarında gəzmək yaraşmaz). Sen, Tenqri endirgəysen alarnı çuğuruna buzulmaxnınq (buzuluxnunq); erənlar (adamlar) xan töküçilər da hilləlilər (ustatlar) birlaməgəylər (barabarlatmağaylar) künlərin kensilərininq. Yoxsa men sanqa, Biy, umsandım (Məz. 54/55: 24).

Ey Tanrı, qanlı, hiyləgər kişiləri

Çürüyəcəkləri çuxura (qəbirə) endirəcəksən.

Onların ömrü yarıya çatmayacaq.

Amma mən yalnız Sənə güvənirəm.

Xutxar meni alardan, kimlər ki aılınıyırlar (etərlər) törəsizlikni, erənlərdən (erlərdən // adamlardan) xan töküçilərdən abra (tirgiz) meni (Məz. 58/59: 3).

Ey Tanrım, məni düşmənlərimdən qurtar,

Qan tökən kişilərin əlindən hifz et.

Erən x. ism. – Ərən. İlk Albaniya (Aran) şahı və Aranşahlar sülaləsinin banisi. E.ə. II əsrdə yaşadığı sanılan və türk Arsaqlar (Arşaklar) sülaləsindən olan bu şəxsin adı Azərbaycan elmi ədəbiyyatına Aran kimi çəkilir.

erdə Bax: ertə

Eremi. Bax: Eremia

Eremia (-ğa, -da) // Eremiay // Eremiayi // Erəmia (-nınq), Eremiy // Eremiya // Yeremia x. ism. (yəh.) – Yeremiya. Yəhudi peyğəmbərlərindən biri və onun adı il adlanan və Əhdi-Ətiqə daxil olan kitabın müəllifi: Yenqməx. Salmos Tavitninqdir. Sarnamax avaz bilə Eremia da Ezegiel da joğovurtnunq, xaçan çıxma klədilər yat ulustan (Məz. 64/65: 1). Musiqi rəhbəri üçün. Davudun məzmuru. Yeremiya, Yezekil və yad ölkəni tərk edən xalqın sasi ilə oxunan bir ilahi.

erevanlı ism. – irəvanlı: Mama erevanlı, xaysı ki turar edi ketxoyalıxnınq xuçununq xaxrasında. İçma binasının zirzəmisində oturan (yaşayan) irəvanlı Mama.

ergən sif. – həddi-bülüğa çarmış, yrtişkin: Ergən igitlər. Həddi-büluğa çatmış gənclər.

Ergən x. ism. – albanlar arasında yayğın olan şəxs adlarından biri

eri ~ I (-di, -dilər, -r, -rlər, -yir, -gəy, -gəylər, -giy edim, -sə, -sər, -sərlər. –gən) fel. - ərimək: Eridilər barça turuçıları Kanannınq (Çıx. 15: 15). Kənan ölkəsinin əhalisi əridi (azaldı). Eriyir ya axıyır. Əriyir və axır. Boldu yürəkim neçik balağuz erigən (erilgən içinə xarnımnnq (yürəkimninq) menim (Məz. 21/22: 15).

Bütün sümüklərim oynaqlarından çıxdı,

Köksümdəki ürəyim mum kimi əridi.

eri ~ II Bax: en ~ (-iyirmen)

eriklə ~ // eliklə ~ fel. - ələ salmaq, ecəşmək, sataşmaq: Yazixlımen ağzim u tilim bilə: boş sözlərni sözləpmen, yalğannı aytıpmen, panbas etipmen, sökünç beripmen, xarğapmen, erikləpmen, küfür u yaman aytıpmen, artıxsı külüpmen, özgələrni küldürüpmen, akah yepmen, akah içipmen, boş ğalacılar bilə özgələrni sağ fikirindən yaman sağışqa keltiripmen da ne ki ağız u til yazıxı bar, barçanı xılınıpmen, meğa Tenqrigə. Ağzım və dilimlə günaha batmışam mən: boş-boş danışır, yalan deyir, şər atır, söyüş söyür, əl salır, pis sözlr danışır, həddən artıq gülür, başqalarına gülür, acgözlüklə yeyir və içir, boş sözlərimlə başqalarını doğru yoldan sapdırır, onları xeyir fikirlərdən ayıraraq şər fikirlərə yönəldir, ağzım və dilimlə mümkün olan bütün günahları edirdim. Tanrı qarşısında günahkaram.

eriktir ~ fel. - vaxtını almaq, boş işlərlə məşğul olmağa məcbur (sövq) etmək: Sen anı xayğurma da yalımnı ber ki, bügün kün uzun eriktirdinq sendən seninq deli sozlarinq bilə. Bu barədə narahat olma və mənim əmək haqqımı ver. Çünki bu gün bütün günü öz dəli – dəli (boş və mənasız) söhbətlərinlə vaxtımı almısan ( məni boş içlərlə məşğul olmağa məcbur etmisən).

eril ~ (-gən) Bax: eri ~

erin (ernimni, erninə, -lər, -lərni, -lərim, -lərimninq, -lərimə, -lərimni, -lərimdə, -lərimdən, -lərinq, -lərinqninq, -lərinqə, -lərinqni, -lərinqdən, -lərimiz, -lərimizdə, -lərimizdən, -lərinqiz, -ləri, -lərininq, -lərinə, -lərin, -lərində, -lərindən) ism. – dodaq: Axtırğay erinlərim menim alğışınqnı seninq (Məz. 118/119: 171). Qoy dodaqlarımdan sənə alqışlar tökülsün. Biy, egər erinlərimni menim açsanq, ağzım menim yırlağay alğışınqnı seninq (Məz. 50/51: 17).

Ey Xudavənd, Sən dodaqıarımı aralasan,

Ağzımla Sənə həmdlərimi söylərəm.

Xoyğın, Biy, közətüçi ağzıma menim da esyik bek erinlarimə menim (Məz. 140/ 141: 3).

Ya Rəbb, ağzıma nəzarətçi qoy,



Dodağımın qapısını qoru.

erin ~ I (-mə, -ipmen, -iyirmen, -iyirsen, -gənlər) fel. - ərinmək, tənbəllik etmək: Erinmə, Biy, boşatlıx bermə seninq xulunqa. Ərinmə, ya Rəbb, qulunu bağışlamağa. Müq. et: erinçəklə ~ (-mə) və erinçəklən ~ (-iyirmen, -ip)

erin ~ II (-iyirmen, -gən) Bax: eri ~ I

erinçək (-ni, -in, -lər, -lərgə, -lərni) // örinçək ism. və sif. - ərincək, tənbəl

erinçəklə ~ (-mə) Bax: erin ~ I və erinçəklən ~ (-iyirmen, -ip)

erinçəklən ~ (-iyirmen, -ip) fel. . - ərinmək, tənbəllik etmək: Xaytıp işitirbiz xaysılarından sizdə ki, bizmilik bilə yüriyirlər, iş nemə işləməslər, yoxsa erinçəklənip biri birin buzmax bilə yüriyirlər (II Sol. 3: 11). Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri və tənbəllik etdikləri halda hər şeyə qarışırlar.

erinçəklənməx Bax: erinçəklik

erinçəklik (-tən, -im, -imə, -imni, -lər) ism. – tənbəllik: Erinçəkliktən ya bilməməxtən özgə ulukünlərni da unuttux. Tənbəllikdən və ya məlumatsızlıqdan digər bayram günlərini də unutduq.

erinçəksiz sif. – tənbəllik etmədən, tənbəl olmayan: Xorxusun yarğunqnunq möhürlə yürəkimdə menim ki, erinçəksiz, evet bar könqül bilə saxlağaymen seninq sımarlağanınqnı. Sənin məhkəmənin qorxusunu ürəyimə həkk et ki, sənin buyuruqlarını tənbəllik etmədən, ürəkdən qəlbimə həkk edim.

erinçələnməx Bax: erinçəklənməx

erinsiz sif. – dodaqsız

erit ~ (-mə, -tim, -tinq, -ti, -ir, -kəy, -kən) fel. - əritmək

erk (-ni, -tə, -təndir, -im,-imə, -imni, -imdən, -inq, -inqninq, -inqə, -inqni, -inqdən, -i, -idir, -ininq, -inə, -inədir, -inçə, -in, -ində, -indədir, -indən, -imiz, -imizgə, -imizgədir, -imizni, -imizdədir, -imizdən, -inqizgə, -inqizni, -lər, -lərninq, -ləri, -lərininq, -lərinə) ism. - ərk, icazə, haqq, ixtiyar: Manqa erkli bolmısar aytılğan övnü anı satma, tusnaxlama мне не Mənim bu evi nə satmağa, nə də girov qoymağa ixtiyarım yoxdur.

erklik // erklix ism.- azadlıq, sərbəstlik: Bergəy yük sağlıxnınq erkliki üçün ki, bolğay erkli kensi sağlıxına. Ona həyatı və sağlamlığı barədə zəmanət verilməlidir ki, öz həyatı və sağlamlığı üçün keçirdiyi həyacan hissindən azad olsun.

erklilik (-im, -ləri) // erklilix ism.- azadlıq, sərbəstlik, iradə, ixtiyar Bax: kendierklilix

erksiz sif. – qeyri-ixtiyari: Dayma kimsə anqar yamanlamasın, kim ki erksiz yanqılır. Qryri-ixtiyari olaraq yanılanları daima yamanlamayın (pisləməyin, tənbeh etməyin)

erksizlik (-tən, -lərinə) // erksizlix ism. – qeyri-ixtiyarilik, ixtiyar sahibi olmamaq, haqq sahibi olmamaq, qul vəziyyətinə salınmaq

erlan ~ fel. – kişiləşmək, bığ yeri tərləmək

erli (-lərni) sif. - ərli, ərdə olan: Erli xatun. Ərli qadın. Saxla seni erli xatundan. Ərli qadından özünü qoru.

erlik (-inə, -lər) ism. – kişilik, mərdlik:

ermeni I (-ninq, -gə, -ni, -dən, -lər, -lərninq, -lərninqdir, -lərgə, -lərdən, -ləri, -lərinə, -lərində) ism. – arami. Suriyanın ərəblərə qədərki sami mənşəli və samidilli əhalisinin və dilinin adı. Bibliya ənənəsinə görə, aramilər Həzrət Nuhun (ə) oğlu Samın övladlarından biri olan Aramın nəslinin törəmələridirlər. Bu xalqın dili Aşşur-Babil dilinin bir ləhcəsi idi və fars-Əhəmənilərin, eləcə də fars - Sasanilərin hakimiyyətləri dövrlərndə bütün Yaxın və Orta Şərqdə, o cümlədən Misirdə bir müddət ikinci rəsmi dil kimi işlənmişdir. Xristian ənənəsinə görə Həzrət Adəm (ə) bu dildə danışmışdır: Da anda unuttular ekibdaçi tilni da ermeni tilini Ekibdosta. Unutup edilər da keçti Adam atamıznınq tili, xaysi ki hali Asorida tek bar ya Kalteaçı millattə. Və o vaxt Misirdə qibti və arami dillərini unutdular. Unutdular və ulu babamız Adəmin dili (arami dili Misirdə) yox oldu, amma bu dil hələ də Aşşurda (Assuriyada) və Kəldani (Xaldeya) tayfasında yaşamaqda davam edir. Evet ki baduhas edi yazıxlılarğa, yoxsa işi Tenqrininq edi, körklülük boldu adamlarğa ki bir alçax tildən köp da türlü-türlü xuvatka ayırıldı. Imşax sözlü Helen milləti, hroznıy sözlü Franğ milləti, yürəkləngən kibik Honin milləti, xoltxa kibik Asori, körklülük bilə Alpan milləti, kültkülü Kut milləti, aldağan kibik Ekipdaçi milləti, açıx Parsi milləti, tez sözlüvüçi Hndi milləti, tahimli sözlövüçi Ermeni milləti. Bəli, günahlara görə cəza Tanrının insanlara görkü idi ki, bir tək dil çox və cürəbəcür dillərə ayrıldı. İncə sözlü ellin (yunan) milləti, qəzəbli firəng (latın) milləti, ürəkli (cəsarətli) hun milləti, dua kimi aysor (Aşşur), gözəllik timsalı alpan (alban) milləti, gülməli qot (alman) milləti, yalançı qibti (kopt) milləti, ac-yalavac fars milləti, tez-tez danışan hind milləti, xoşagəlimli arami milləti. …Aprahamnınq oğlu boluptır Sahag ki, ermeni cınsı mundan boluptır. İbrahimin Sahaq adlı oğlu olubdur ki, arami xalqı bundan törəyib. Ulu Ermeniliktənbiz, xulları ermeni Apqar xanınınq. Biz Böyük Arameyadanıq (aramilər ölkəsindənik), arami Abqar xanın nökərləriyik. ...Torunları Hajğnınq da ermenilar. Haykın nəvələri (haylar) və aramilər. Bax:Ermenilik” sözünün qeyd hissəsinə.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə