Bəxtiyar Tuncay azərbaycan xalqinin maddi



Yüklə 1,44 Mb.
səhifə3/15
tarix24.10.2017
ölçüsü1,44 Mb.
#6511
1   2   3   4   5   6   7   8   9   ...   15

2-ci seriya

Yarıya qədər doğmuş günəşin fonunda hərəkət edən dəvə karvanının silu-eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik suitasının müşayiəti ilə cərəyan edir.

Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
Azərbaycanın maddi və mənəvi mədəniyyəti,incəsənəti,ədəbiyyatı xalqı-mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta Şərqin qədim tarixinin bütün istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf etdiyi ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib olan,eyni dildə danışan,eyni inancları paylaşan vahid bir etnosun yaşadığını birmə-nalı şəkildə sübut edən çox sayda əvəzsiz maddi mədəniyyət nümunəsi tapılmış-dır.”

Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:


Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dönyada insanın for-malaşdığı ilk məskənlərdəndir.Arası kəsilmədən yaşayış məskəni olmuş bu torpaq bəşər tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr ölkəsidir.

Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-nan zəngin folklor nümunələri əks etdirir.”

Ekranda İohannes Fridrixin “Yazı tarixi”kitabının üz qbığının təsviri və ardınca da müəllifin öz şəkli görünür.

Diktor mətni:
Görkəmli alman alimi,yazı tarixinin gözəl bilicisi İohannes Fridrix özünün məşhur “Yazı tarixi”kitabında deyir ki,söhbət piktoqrafiyadan düşəndə tədqiqatçılar bir qayda olaraq,nəzərlərini qayaüstü təsvirlərə tərəf çevirirlər.Əksər halda da misal kimi Şimali İspaniya ərazisindəki Pasyeqa mağarasındakı qayaüstü

təsviri misal çəkirlər.”

Ekranda Pasyeqa mağarasında tapılmış təsvir canlanır.

Diktor mətni:
Alimin yazdığına görə,sol tərəfdəki iki ayaq təsviri mütəxəssislər tərə-findən “getmək”kimi,sağdakı təsvir isə inkar işarəsi kimi qəbul edilir və iki təsvir birlikdə “giriş qadağandır” kimi şərh edilir.

Bu “oxunuş” və şərhin nə qədər doğru olduğunu söyləmək çətindir.Lakin bir şeyi tam əminliklə söyləmək olar ki,Gəmiqayadan tapılan “qurd ağzı bağlamaq” ovsununu əks etdirən piktoqram qədim piktoqrafiya sənətinin ən gözəl və sözün əsl mənasında klassik nümunəsi kimi əvəzsizdir.Çünki bu piktoqramda ifadə edilən informasiya səsli-sözlü formada da dövrümüzədək gəlib çatmışdır.”
Diktorun son cümləsi səslənərkən ekrandakı təsviri sözügedən Gəmiqaya

piktoqramı əvəz edir.

Ekranda Azərbaycanın müxtəlif dövrlərə aid maddi mədəniyyət nümunə-ləri,ardınca küp qəbirlər,ən son da isə mingəçevirdən tapılmış küp qəbrin üstündəki

piktoqramlar görüntülənir.

Diktor mətni:
Ölkəmizin ərazisində ən azı Mezolit,yəni orta Daş dövründən məlum olan piktoqram,başqa sözlə təsvirli yazı mədəniyyəti minillər boyunca nəsildən-nəslə ötürülərək eramızın ilk əsrlərinə qədər davam emişdir.Bu baxımdan Mingə-çevirdən tapılan bir küp qəbirin üzərindəki piktoqramlar deyilənlərə ən gözəl mi-saldır.”

Ekranda Nəsir Rzayev peyda olur və deyir:


Eramızın birinci əsrində də çəhrayı rəngli keramik küplər üzərində oxra vasitəsilə təsvirl yazılar yazılmışdır.Belə abidələr Mingəçevirin küp qəbirlərindən tapılmışdır.Bir küpün çiyinlərində,dairəvi kompozisiyada çəkilmiş üçbucaqlar,iki quş.iki maral və bir ağac rəsmlərini biz piktoqram,yəni təsvirli yazı hesab edirik.”

Ekranda sözügedən piktoqramların qrafik təsviri görünür.Alim kadr arxa-sından sözünə davam edir:

Bu yazı küpün xarici səthində iki dəfə təkrar edidiyi üçün ümumi kom-pozisiyada hər rəsmə iki dəfə rast gəlirik.”

Ekranda Nəsir Rzayev görünür və sözünü tamamlayır:


Bu rəsmlər o dövrdə ortaya çıxmış konkret anlayışların simvolik təsvir-ləridir.”

Ekranda Qavaldaşda ifa edilən ritmlərin fonunda Qobustan və Gəmiqaya təsvirləri bir-birini əvəz edir.

Ekranda yenidən Mingəçevir küpünün üzərindəki piktoqram təsvir olu-nur.

Diktor mətni: .


Mingəçevirdən tapılan və üzərində hər biri bir məna verən şəkillər olan küpdən qəbir kimi istifadə edildiyi üçün,şübhəsiz ki, onun üzərindəki piktoqramın məzmunu da dəfn mövzusu ilə bağlı olmalıdır.Çünki qəbirlərin üzərindəki bütün yazılar adətən mərhum barədə informasiya xarakerli məlumatdan ibarət olur.

Bu piktoqramdakı ağac həyatı,yəni bu dünyanı simvolizə edir.Tanınmış mifiloq alim Mirəli Seyidov göstərmişdir ki,ağac bir çox Şərq xaqlarında,o cümlə-dən qədim türklərdə həyatı ifadə etmişdir.Buradakı quş təsviri isə ruhun bədəndən ayrılaraq uçub getməsini,yəni ölümü və o biri dünyanı simvolizə edir.Maraqlıdır ki,qədim türk dilində “uçmaq”feli “ölmək” felinin sinonimi kimi işlənmişdir.”

Ekranda Orxon-Yenisey mətnləri görünür və bir-birini əvəz edir.Diktorun

səsi eşidilməkdə davam edir:
Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb.Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində,16-cı sətirdə deyilir: Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan atam öləndə səkkiz yaşımda idim.

24-cü sətirdə isə deyilir:Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü.

Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,şimal tərəfinin 1-ci sətrində,eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu,qərb tərəfinin 2-ci,Moyunçur abidəsinin 12-ci sətirlərində və sairə üzləşirik.

Qeyd etmək lazımdır ki,qədim türk dilində “uçmaq” kəlməsinin bir məna-sı da cənnət,behişt olmuşdur.Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında,o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlin-məkdədir.

Deməli,Mingəcevir küpünün üzərindəki piktoqramdakı ağac və quş təsvir-

ləri birlikdə bu dünyadan o biri dünyaya köçü ifadə edir.Piktoqramdakı üçbucaqlar isə kurqanı,yəni goru simvolizə edir.Məlumat üçün bildirək ki,qədim

şumerlərdə üçbucaq üç mənada – şəhər,dağ və gor mənalarında işlənirdi və “kur” kimi oxunurdu.Bu oxunuş türk dillərindəki “gor”sözü ilə üstiüstə düşür.

Səkkiz guşəli ulduza gəlincə,qədim şumerlərdə bu işarənin də iki mənası var idi:1)göy,2)Tanrı.Həmin işarə “dingir” kimi oxunurdu ki,bu da qədim türk dilindəki “Tenqri”,yən “Tanrı” kəlməsinə uyğundur.Ulu babalarımız Tanrıya həm də “Gök Tenqri”,yəni göyün Tanrısı və yaxud göydəki Tanrı deyirdilər.

Piktoqramdakı maral isə çox güman ki,mərhumun mənsub olduğu qəbilənin totemidir və onun hansı qəbilədən olduğunu göstərir.Bütün bu deyilənlərdən belə çıxır ki,piktoqramı belə oxumaq lazımdır:Maral qəbiləsinin bir üzvü bu dünyadan ayrılaraq cənnətə,Tanrı dərgahına köçdü.

Ekranda Azərbaycan,Şərqi Anadolu və Türkmənistan ərazisindən tapılan, Eneolit dövrü abidələrindən tapılan müxtəlif gil qadın heykəl təsvirləri birbirini əvəz edir və ən sonda qarın nayihəsində ağac şəkli cızılmış bir heykəlcik təsviri canlanır.

Diktor mətni:
“Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur.Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir.İndiyə qədər Azərbaycan,Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır.Maraqlıdır ki,onların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır.Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır.Məsələ burasındadır ki,qədim türk miflərində ağac qadınla,doğum ilahəsi ilə birbaşa bağlıdır.”

Ekranda Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürün qaynaqları kitabının üz qabığının,daha sonra isə alimin öz şəkli peyda olur.

Diktor mətni:
Azərbaycan və türk dünyasının mifologiyasının böyük bilicisi,dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik

təfəkkürünün qaynaqları”adlı monoqrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir.”
Ekranda peyda olan aktyor sözügedən kitabdan oxuyur:
Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur.Həmin pirlər əsasən uşqa-doğum pirləri kimi də məşhurdur.Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar,səcdəyə düşərmişlər.Ağacın doğum piri olması ,onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür.Bizcə,ardıca və başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamətidir. Bir çox

axtarışlar göstərir ki,ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş ol-muşdur.Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi-mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir.Eradan əvvəl 4 -3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içərisində bir əl-üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.”

Ekranda sözügedən əl-üz dəsmalının üzərindəki şəkil canlanır.

Diktor mətni:
Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur.Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki,burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur.Dəsmaldakı təsvir

Sübut edir ki, qədim türklər,o cümlədən Altay türkləri ən qədim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar.Mirəli Seyidovun sözlərinə görə,hətta bəzi abidələr göstərir ki,türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər.Bu mifoloji baxımdan təbii haldır.Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı,hamisi sayılırmış.Belə inam hökm sürürdüsə, deməli,uşaqları himayə edən ilahə,yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi.”

Ekranda dahi rus türkoloqu V.Radlovun şəkli görüntülənir.

Diktor mətni:
Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki,türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərin-dən topladığı materiallarda deyilir:Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir.”
Ekranda qarın nayihəsində ağac təsviri cızılmış qadın heykəlciyi peyda olur.

Diktor mətni:


Bu sitatdan göründüyü kimi,qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar.Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığını sübut edir.Deməli,bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da hüykəlcik-lərin məhz Umaya aid olduğunu sübut edir.Məsələ burasındadır ki,qədim türk dilində ana bətninə,yəni qadın uşaqlığına “umay” deyilmişdir.Bu fakt Radlovun “Qədim türk lüğəti”ində də təsbit edilmişdir.Bu səbəbdən də ilahə heykəlciklərinin

qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər.”

Ekranda Orxon-Yenisey abidələrinin təsvirləri bir-birini əvəz edir.Sonda ekrana Kül Təkin abidəsinin şərq tərəfi gəlir.

Diktor mətni:
Kökü minilliklərin dərinliklərinə enən Umaya inamınn izlərinə Orxon-Yenisey abidələrində də rast gəlimnməkdədir.Belə ki,Kül Təkin abidəsinin şərq tərəfində,31-ci sətirdə yazılıb:Umay tək ögim katun kutunqa inim Kül Tiqin at bultı.Yəni, Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül Təkin ad qazandı.”
Ekrandakı təsviri Tonyukuk abidəsinin qərb tərəfinin təsviri əvəz edir.

Diktor mətni:


Tonyukuk abidəsinin qərb tərəfində,38-ci sətirdə belə deyilir:Tenqri, Umay,ıduk Yer-Sub basa berti erinc.Yəni,Tanrı,Umay və müqəddəs Yer-Su qələbə bəxş etdilər.”

Ekranda Azərbaycanın müxtəlif xalça çeşnilərinin təsvirləri bir- birini əvəz edir.

Diktor mətni:
Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf et-mişdi.Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1,Hacı Firuz,İlanlıtə-pə,Babadərviş,Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları,habelə Əlikömək-təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.

Ekranda İngilis arxeoloqu Jeyms Mellartın şəkli görüntülənir.

Diktor mətni:
Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit-Eneolit dövrlərin-də formalaşdığını sübut etməkdədir.Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal-Hüyük abidəsində qazıntılar apararkən kö-mürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi.Lakin qazıntıların son-rakı mərhələsində o son Eneoli dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş,bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalrının naxışları ilə tam eyni olduğunu görüb təəccüb-lənmişdi.”

Ekranda rus arxeoloqu Sarianidinin şəkli peyda olur.

Diktor mətni:
Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi.O,tapdığı son Eneolit-erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrət-lənmişdi.”

Ekranda türkmən xalcası fonunda Türkmənistan ərazisindən tapılmış qabların təsvirləri canlanır.

Diktor mətni:
Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum:Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır.”

Ekranda peyda olan aktyor eyni təsvirlərin fonunda sözügedən kitab-dan oxuyur:


Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə başladı.Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu.Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır.”

Ekranda sənətşünas alim Kübra Əliyeva görünür.Ekranın aşağı tərəfində onun adı,soy adı,elmi dərəcəsi yazılır.O deyir:


Hər bir xalqın naxış sənəti nüəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir.Xalqın mədəniyyəinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır.Naxış sənəti xalqın məişəti,ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı,onun

fəlsəfi-dini və magik dünyagörüşünü də əks etdirir.Naxış motivləri təkrarlanaraq ritmlər yaradır.Təsadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar.Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının naxışlarının öyrənilməsi böyük önəm daşımaqdadır.Həmin dövrə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən keçirməklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkündür.Bu qabların üzərindəki naxışlar içərisində nəndəsi fiqurlar:romblar,üçbucaqlılar,latın əlifbasının “S”hərfini və üç rəqəmini xatırladan spiralvari elementlər,spirala çevrilən düz xətlər və sairə geniş yayılmışdır.Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir.”
Alim danışdıqca arxa fonda xalça və saxsı qab naxışları görüntülənir.

Ekranda “Azərbaycan nağılları” kitabımın üz qabığı görüntülənir.

Diktor mətni:
Mütəxəssislər xalça naxışlarının qədim pikoqrafiya və ideoqrafiya nü-munələri kimi qiymətli mənbə olduğunu və qədim insanların dünyagörüşü barədə

informasiya daşıyıcıları olduğunu qeyd edirlər.Belə hesab edilit ki,hər bir naxış müəyyən bir sözü ifadə edir və bu naxışlar əslində mənaları unudulmuş təsvirli yazılardır.Bu fikri “Şahla qız” adlı bir Azərbaycan nağılının məzmunu da təsdiq etməkdədir.(Ekrandakı kitab açılır və səhifələr bir-birini əvəz edir.).Həmin nağılda şahın bir qıza aşiq olmasından,qızınsa ona şərt olaraq bir sənət öyrənəcəyi halda ərə gedə biləcəyini söyləməsindən,şahın da xalçaçılıq sənətini öyrənməsindən söz açılr.Bir gün şah əsir düşür.O,əsirlikdə bir xalça toxuyur.Arvadı həmin xalçanın naxışlarını oxuyaraq şahın başına gələnlərdən xəbərdar olur və onun əsir olduğu yeri başa düşür.Bundan sonra şahı əsirlikdən xilas edirlər.”

Ekranda tanınmış qumuq tədqiqatçısı Murad Aci peyda olur.Ekranın alt tərəfində onun adı,soy adı və məşğuliyyəti yazılır. O deyir:


Практичные тюрки,оказывается, не просто так укзрашали свои шашки, шлемы, колчуги, сбрухи коней. Орнамент означал принадлежность

вещи ее хозяину из того или иного тухума,рода, он служил своеобразной меткой. Этим подчеркивалось единство рода.У тюрков стандартизировались даже орнаменты. Потому что орнaменты несли информацию!

Оригинально и талантливо расшифровал эту информацию чуваш-ский ученый Трофимов,очень наблюдательный человек.Он устоновил,что в орнаментах предки часто шифровали слова и фразы.Мастерство художника позволяло придать руническим письменам витеаватый вид узора. Иследовав вышивки украинцев,казаков,чувашей Трофимов прочитал их и сделал неожиданный вывод, что eщe в глубокой древности именно орнаменты выполняли роль визитной карточки человека. В ниx была не просто красота. А, красота , понятная только своим: тайнопись!”
Murad Aci danışdıqca kadr arxasından diktor onun sözlərini sinxron tərcümə edir:
Praktik insanlar olan türklər,demə,öz qılınc,dəbilqə və zirehlərini,eləcə də at nəsnələrini bəzəmək xatirinə bəzəmirdilər.Naxış onun sahibinin bu və ya digər soy və ya boya mənsub olduğunu bildirirdi,yəni işarə rolunu oynayırdı.Beləcə soyun birliyi vurğulanmış olurdu.Türklərdə hətta ornamentlər standartlaşdırılırdı.Çünki naxışlar informasiya daşıyıcısı idilər.

Bu informasiyanı çox istedadlı və diqqətli adam olan çuvaş alimi Trofi-mov orijinal yolla və çox uğurla deşifrə edə bilmişdir.O,əcdadlarımızın adətən ornamentlərin köməkliyi ilə söz və kəlmələri ifadə etdiklərini təsbit

etmişdir.Rəssamlar ustalıqla tamğalara naxış şəkli verirdilər.Ukraynalı,kazak və çuvaşların tikmələrini araşdıran Trofimov onları oxudu və gözləniçməz bir nəticəyə gəldi:Ən qədim dövrlərdə insanların vizit kartı rolunu məhz naxışlar oynayırdılar. Onlar sadəcə gözəlliyə xidmət etmirdilər,yalnız özünkülərin başa düşəcəyi gizli yazı kimi də çıxış edirdilər.”
Ekranda Murad Acini dilçi alim Firidun Ağasıoğlu əvəz edir. Alt tərəfdə onun adı, soy adı və elmi dərəcəsi yazılır. O deyir:
-XlX əsrdən üzü bəri Tomsen, Şifner, Aristov, mallitski, Polivanov, Emre, Batmanov, Bekmıradov və bir çox başqa alimlər türk - run əlibasının qədim türk tamğalarından yaranması fikrini söyləmişlər. Lakin onlardan daha öncə türkmən şairi Əndalipin qələminə məxsus "Oğuznamə"də bu fikir söylənmiş, əski türk hərflərinin 24 oğuz boyunun tamğalarından törədiyi vurğulanmışdır.

Azərbaycan xalçalarında rastlanan qədim loqoqram, tamğa və runik işarələr artıq ilkin unksiyasını itirərək naxışlaşmışdır.Lakin onların bugünə qədər xalçaçılıqda işlədiımə gələnəyi göstərir ki, vaxtilə onlar inormativ yük daşımış və geniş şəkildə işlədilmişdir...
Ekranda Azərbaycan xalçalarında rastlana tamğa və loqoqramlar görünür. Alim sözünə kadr arxasından davam edir:
-...Runik əlifba və tamğaların yayılma arealını tədqiq edən türkiyəli tədqiqatçı alim Doğana görə, mərkəzləri Doğu Anadolu və Quzey Qafqaz olan bu əlifba loqoqramdan tamğaya keçid dönəmini Qafqazda keçirmişdir.
Ekranda “Damğalı”tipindən bir xalça təsviri görünür.

Dikor mətni:


Ornamentlərinin hər biri “gizli yazı”nın ayrı-ayrı kəlmələri kimi çıxış edən,yəni ideoqrafik işarə rolunu ifa edən Azərbaycan xalçalarından biri də “Damğalı” tipli xalça növüdür.Adından da göründüyü kimi bu xalçanın naxışları kimi qədim türk tamğaları çıxış etməkdədir.”
Ekrandakı xalçanın fonunda sənətşünas alim Rasim Əfəndi peyda olur və deyir:
Orijinallıq baxımından 1960-cı ildə Almaniyanın Münhen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən Qazax xalçası da diqqəi cəlb edir.Bu xalça da əksər xalçalarımız kimi üç haşiyəli yelən və enli arasahədən ibarətdir.Uzunu 235 santimetr,eni 168 santimetr olan bu xalçanın arasahəsi xüsusən bəzəkli və rəngarəngdir.Xalçanın al qırmızı yerliyində ardıcıl olaraq təkrarlanan rəngli 7 göy sxematik xonça yerləşdirilmişdir.

Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış,ucları 4 müx-təlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir.Bu ornament elementinə biz təkcə “Damğalı”adını almış bu tipli Qazax xalçalarında deyil,dekorativ-tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik.

Azərbaycan dekorativ-tətbiqi sənət tarixinin,demək olar ki, bütün mərhə-

lələrində bu bəzək həmişə səma cisimlərinin “şahı“ sayılan günəşi təmsil etmişdir.”

Alim ekrandan itir,xalça təsviri isə qalır.

Diktor mətni:
Damğalı” tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı “S”hərfini xatırladn elementdir.”

Ekrandakı xalçanın üzərində yer alan sözügedən element böyüdülmüş vəziyyətdə təsvir edilir.

Diktor mətni:
Folklorşünas alim Məhəmməd Hatəmi Tantəkin və sənətşünas alim Kübra xanım Əliyevanın yazdıqlarına görə,bu element əjdahanı təmsil etməkdə-dir.

Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır.”

Ekranda sözügedən naxışın böyüdülmüş şəkli təqdim olunur.

Diktor mətni:
Sənətşünas alim,Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kəri-mov bu naxışın “qoç”,”qoyun”mənaları verdiyini bildirmişdir.”

Ekranda yenidən “Damğalı” xalçası təsvir olunur.

Diktor mətni:
Deməli qarşımızda üç ideoqrafik elementli bir “yazı” vardır.Bu “yazı”nı əski tük dilinin sinonim və omonimlər sistemini bilmədən “oxuya” bilmək qeyri-mümkündür.Öncə günəşi təmsil edən svastikavari ideoqramla əjdahanı əmsil edən “S”vari ideoqramın birlikdə nə məna ifadə etdiklərini anlamağa çalışaq.

Məlum olduğu kimi türk xalqlarının,o cümlədən Azərbaycan türklərinin folklorunda əjdahanın günəşi udması ilə bağlı süjet geniş yayılmışdır.Bu süjet türk xalqlarından digər xalqların da folkloruna keçmişdir.Şübhəsiz ki,bu mifoloji

süjetin əsasını günəşin üzünün qara buludlar tərfindən örtülməsi kim real təbiət ha-disəsi təşkil etməkdədir.(Eranda qara buludun günəşi örtməsi ilə bağlı süjet göstərilir və bu süjet yenidən həmin xalça təsviri ilə əvəz olunur.) Buludun əjdaha ilə eyniləşdirilməsinin səbəbi isə odur ki,qədim türk dilində həm buluda,həm də əj-

dahaya “buka”deyilmişdir.Yəni “buka”ifadəsi həm “bulud”,həm də “əjdaha sözünün sinonimi idi.Üstəlik də bulud mənasındakı “buka” ilə əjdaha mənasındakı “buka”omonim sözlər idi.

İndi isə üçüncü elementə keçək və hər üç elementi birlikdə “oxumağa”çalı-şaq.İlk öncə qeyd etmək lazımdır ki,qədim türk dilində “qoyun” sözünün “koy” və

ud” kimi sinonimləri olmuşdur. Bu sinonimlərdən “ud” eyni zamanda “udmaq” felinin kökü olan “ud” kəlməsi ilə omonimdir. Deməli, buradakı “qoç”işarəsi ilə “ud”kəlməsi “yazılmış və bu kəlmə udmaq mənasında işlənmişdir.Odur ki,xalcadkı



ideoqrafik yazı belə oxunmalıdır: Buka,yəni bulud və ya əjdaha günəşi uddu.

Bu baxımdan başqa bir Azərbaycan xalçası da özündə çox maraqlı bir mifoloji informasiya daşımaqdadır.Söhbət Nyu-Yorkda Berq Andonyanın şəxsi kolleksiyasında saxlanılan 19-cu əsrə aid bir Quba xalçasından gedir.”

Ekranda sözügedən xalçanın təsviri görünülənir.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə