Bəxtiyar Tuncay azərbaycan xalqinin maddi



Yüklə 1,44 Mb.
səhifə4/15
tarix24.10.2017
ölçüsü1,44 Mb.
#6511
1   2   3   4   5   6   7   8   9   ...   15

Diktor mətni:
Minilliklər boyu nəsildən nəslə ötürülərək dövrümüzədək ulaşmış bu motivi bizim üçün maraqlı edən xalçada, sxematik şəkildə də olsa, əllərini yuxarı qaldırmış bir qadın təsvirinin boğaz nayihəsini bəzəyən ağac təsviri ilə birlikdə əks edilməsidir ki,bu da Eneolt dövrünə aid olan,qarın nahiyələrində ağac təsvir edilən, Umay ilahəsini təmsil edən heykəlciklərlə eyni semantik məna yükünü daşımasıdır.”

Ekrandakı xalçanın fonunda Eneolit dövrünə aid olan,qarın nahiyələrində ağac təsviri bulunan heykəlcik təsvirləri peyda olur və qısa müddət sonra itir.

Diktor mətni:
Xalçadakı ilahənin qarnı iki kameralı əsvi edilmişdir.Bunda məqsəd bir yandan onun hamilə olduğunu diqqətə çatdırmaq,digər yandan diqqəti buna çəkərək söhbətin Umaydan getdiyini vurğulamaqdır.Çünki,artıq qeyd etdiyimiz kimi qədim türk dilində qadın bətninə “umay” deyilirdi.Ən maraqlı cəhətlərdən biri isə odur ki, bu təsvirdə ağac ilahənin qarın nahiyəsində deyil, boğaz nayihəsində təsvir edilmişdir.Bunun da səbəbini bilmək üçün qədim türk dilindəki omonimlər sistemindən xəbərdar olmaq lazımdır.

Məsələ burasındadır ki, qədim türk dilində “boğaz” kəlməsi təkcə insan bədəninin gövdəsini başla birləşdirən hissəsinə deməmişlər,eyni zamanda bu kəlmə ilə hamiləliyi də ifadə emişlər.Bu gün də Azərbaycan türkcəsində hamiləlik mənasında “boğaz” kəlməsi işlənməkdədir.Eyni kəlmə əski türk yazılı abidələrində daha məhsuldar olmuşdur.”
Ekranda “Oğuznamə”nin uyğur variantının birinci səhifəsinin təsviri görüntülənir.

Diktor mətni:


Məsələn,“Oğuznamənin uyğur variantında bu kəlməyə “töl boğaz” söz birləşməsi şəklində rast gəlirik.”

Ekrandakı təsvirin fonunda yazılır:


TÖL BOĞAZ BULDİ, KÜNLERDEN SONQ,KECƏLƏRDƏN SONQ YARUDİ.”
Bir qədər aşağıda isə bu cümləni Azərbaycan türkcəsindəki tərcüməsi yazılır:
O,DÖL BOĞAZ OLDU,GÜNLƏR,GECƏLƏR SONRA YÜKÜNÜ YERƏ QOYDU.”
Diktor hər iki cümləni oxuyur.

Ekranda yenidən Quba xalçası görünür.

Diktor mətni:
Bu xalçada diqqəti çəkən daha bir maraqlı məqam Umay ilahəsini ətrafını 22 çiçəyə bənzər elementin bəzəməsidir.Çox güman ki,bu,22 oğuz boyuna işarədir.Məsələ burasındadır ki,oğuz boylarının sayını 24 kimi qeyd edən Yazıçıoğlu Əlidən fərqli olaraq Mahmud Kaşğarlı onların sayını 22 göstərmişdir.”

Ekrandakı xalça təsvirini bir vaxtlar Macarıstanın paytaxtı Budapeştdəki əntiq mallar mağazasında saxlanılan,19-cu əsrə aid Şirvan xalçasının təsviri əvəz edir.

Diktor mətni:
Bir vazxtlar Macarıstanın paytaxtı Budapeşt şəhərindəki əntiq mallar mağazasında saxlanılan və haqqında Azərbaycan elmi ictimaiyyətinə sənətşünas alim Rasim Əfəndi tərəfindən məlumat verilən,19-cu əsrdə toxunmuş Şirvan xalçasında da oğuz boylarına işarə edilməkdədir.Beləki bu xalçanın üzərindəki 3 romba bənzəyən 8 bucaqlı fiqurlardan ən altdakında 24 qarmaqvari işarə gözə dəyir.Ola bilsin ki,bunlar 24 oğuz boyunu təmsil edir.

Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur.Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan üçoxları təmsil edir. “Oğuznamə”də deyilir...”

Ekrandakı xalça təsvirinin fonunda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Oğuz Kağanın yanında ağ saqqallı,ağ saçlı bir kişi vardı.Xeyirxah,müdrik bir kişi idi,yuxu yozan,qeybdən xəbər verəndi.Onun adı Uluğ Türük idi.Günlərin bir günü o,yuxuda bir qızıl yayla üç gümüş ox gödü.Bu qızıl yay gündoğandan günbatanacan uzanmışdı,üç gümüş ox isə quzeyə tərəf qanadlanmışdı.Oyandıqdan sonra Uluq Türük yuxuda gördüklərini Oğuz kağana bildirdi.Söylədi:

-Ay Kağanım,sənin ömrün olsun uzun!Ay Kağanım,qoy ədalət olsun sənə qanun!Göy Tanrı mənə yuxumda bildirdi.Qoy yuxum çin olsun!Aldığın torpağı sənin uruğuna versin!

Oğuz Kağan Uluq Türükün sözünü bəyəndi,öyüdünü dinlədi,öyüdünü tutub əməl elədi.Sonra sabah olunca,böyük qardaşları,kiçik qardaşları çağırtdırıb gətirtdi.Onlara belə söylədi:

-Könlüm ov istəyir.Qocalıqdan yox məndə daha taqət.Gün,Ay,Ulduz,siz gündoğana tərəf gedin,Göy,Dağ,Dəniz,siz də günbatana tərəf gedin.

Bundan sonra üçü gündoğana,üçü də günbatana doğru getdi.Gün,Ay,Ulduz çoxlu vəhşi heyvan,çoxlu quş ovlayıb,sonra yoldan qızıl bir yay tapdılar.Yayı götürüb,atalarının yanına gəldilər.Oğuz Kağan sevindi,güldü,onu üç hissəyə böldü. Dedi:

-Ay böyük qardaşlar,yay sizin olsun.Oxları göylərə atın!

Bundan sonra Göy,Dağ,Dəniz çoxlu vəhşi heyvan,çoxlu quş ovlayıb,sonra yoldan üç gümüş ox tapdılar.Götürdülər,atalarına verdilər.

Oğuz Kağan sevindi,güldü,oxları hər üçünün arasında bölüşdürdü.Belə söylədi:

-Ay kiçik qardaşlar oxlar sizin olsun.Yay oxu atdı.Sizlər olun oxlar tək.”

Ekranda Şirvan xalçasının üzərindəki üç ox təsviri iri planda görüntülənir.

Diktor mətni:
Dastandan belə məlum olur ki,Oğuz Kağan yayı verdiyi oğullarının nəslini Bozoklar,oxları verdiyi oğullarının nəslini isə Üçoklar adlandırmışdır.Deməli,sözügedən Quba xalçası üçok, yəni üçox tayfasının yaratdığı çeşnilərdəndir.”

Ekrandakı təsviri 24 xanalı Anadolu türkmən xalçasının təsviri əvəz edir.

Diktor mətni:
Anadoluda geniş yayılmış 24 xanalı türkmən-oğuz xalılarındakı xanaların sayı da 24 oğuz boyunu ifadə etməkdədir.”

Ekrandakı 24 xanalı Anadolu xalısını Altaydakı Pazırıq kurqanından tapılan xalçanın ümumi görüntüsü və ayrı-ayrı elementlərinin təsvirləri əvəz edir.

Diktor mətni:

20-ci əsrin ortalarında Altayda yerli türklərin “Pazırıq”,yəni “Basırıq” ad-landırdıqları yerdə qazıntı aparan rus arxeoloqları iskitlərə aid qədim bir kurqandan Hamını heyrələndirən əşyalar tapdılar.iskit-saqa boylarına məxsus bu sənət nümunələri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da var idi.”

Ekranda dilçi alim Firidun Ağasıoğlu peyda olur.Ekranın alt tərəfində onun adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
Pazırıq xalısı adı altında bu gün Sakt-Peterburqun “Ermitaj”muzeyində saxlanılan və nümayiş etdirilən bu xalının yaşı miladdan əvvəl 5-ci əsrə aid edilir.180 x 200 santimetr ölçüsündə olan Pazırıq xalısını üzərindəki naxışların-at və maralların ortasındakı çərçivədəki 24 xananın anlamı bir çox alimin tədqiqat mövzusuna çevrilmişdir.”

Ekranda yenidən Pazırıq xalısının ümumu görüntüsü çanlanır.

Firidun Ağasıoğlu kadr arxasından deyir:
Tədqiqatçılar bir-birindn xəbərsiz bunun 24 oğuz boyu ilə bağlı olduğunu söyləmişlər.”

Ekranda Nəsir Rzayev görünür və deyir:


Qədim Şərqdə yazı mədəniyyəti üç inkişaf mərhələsi keçmişdir.Birinci mərhələ piktoqrafik yazıların,yəni təsvirli yazıların yaranması və inkişaf dövrüdür. Bu dövrdə piktoqrafik yazıların ortaya çıxması qədim insanların magik təfəkkürü ilə üzvü surətdə bağlı olmuşdur.Piktoqramlar magik təfəkkürün məhsuludur.Magik təfəkkür isə ibtidai şüur səviyyəsində olan insanların təxmini və şərti anlayışlarının nəticəsi idi.Qədim insanların magik təfəkkürü müxtəlif vaxtlarda formalaşdığı üçün piktoqramlar qədim xalqların hamısında eyni vaxtda yaradılmamışdır.Misal üçün,təsvirli yazılar Çin,Hindistan,Misir kimi qədim ölkələrdə yeni Daş dövründə meydana çıxdığı halda,bu mədəniyyət Azərbaycanda daha əvvəl,orta Daş dövründə yaranmağa başlamış,Mis-Daş dövründə isə özünün ikinci mərhələsinə-ideoqrafik yazı mərhələsinə keçmişdir.”

Ekranda İohannes Fridrixin öncə öz,daha sonra isə “Yazı tarixi” kitabını üz

qabığının təsvirləri görüntülənir.

Diktor mətni:


İohannes Fridrixin yazdığına görə,piktoqrafik yazı vasitəsi ilə yalnız baş vermiş hadisə barədə ümumi məlumat çatdırılır və buradakı şəkillər ayrı-ayrı sözləri ifadə etmir.İdeoqrafik yazıda isə hər bir şəkil və ya işarə,tamğa konkret bir sözü bildirir.Alim qeyd edir ki,bu iki yazı növündən daha qədim yazı növü əşya

yazısı olmuşdur.Bu yazı növündə şəkillərin yerinə sözləri ayrıayrı əşyalar ifadə etməkdə idi.”

Ekranda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bir qalanın sirri filmindən Mətanətin Elşənə bir boxçada əşya yazısı təqdim etməsi və gəncin onu oxuması səhnəsini əks etdirən süjet canlanır.

Ekranda “Azərbaycan nağılları” kitabının üz qabığı görünür.O acılır və səhifələr bir-birini əvəz edir.

Diktor mətni:


Azərbaycanda piktoqrafiya və ideoqrafiya mərhələlərindən öncə əşya yazısının da mövcud olmuş olması barədə Azərbaycan folklorunda,ilk növbədə də nağıllarımızda kifayət qədər məlumat vardır. Bu baxımdan Daşdəmirin nağılı deyilənlərə ən gözəl misaldır.”

Ekranda peyda olan aktyor əlində tutduğu kitabdan oxuyur:


...Qadın çadrasının altından bir boşqab çıxarıb Daşdəmirin qabağına qoydu.Daşdəmir baxıb gördü ki,boşqabda bir nar,bir top iynə,bir qayçı var,bir vərəq kağız var,bir tikə ət var,bir də bıçaq var.

Qadın dedi:

-Əgər Mirzə Möhsündən öyrəndiklərin yadından çıxmayıbsa bu şeylərdə gərək çətinlik çəkməyəsən.

Daşdəmir heç bir söz demədi.Bıçağı götürüb əti tikə-tikə doğradı.Qayçını götürüb kağızı kəsik-kəsik elədi,sonra iynələri bircə-bircə nara sancıb boşqaba qoydu.Qadın güldü,dedi:

-Afərin!Ancaq de görüm bununla nə demək istəyirsən?

Daşdəmir dedi:

-Xanım,mən başa düşdüm ki,sən mənə gizli bir sirr demək istəyirsən,ancaq qorxursan.Mən bununla demək istəyirəm ki,əgər mənim bədənimi bu ət parçası kimi parçalasalar,bu kağız kimi tikə-tikə doğrasalar,bu nar kimi oxla doldur-salar,yenə də bu sirri heç kəsə açmaram.Qorxma,danış!

Bunu deyəndə qadın üzünü açdı.Daşdəmir baxdı ki,Mirzə Möhsünün qızı nardandı.

Daşdəmir soruşdu:

Bu nə haldı,atan haradadı?



Nardan dedi..”

Ekranda aktyorların ifasında milli geyimli Nardan və Daşdəmir görünür.On-lar gül-cicəkli bir bağçada ayaq üstə dayanmışlar.Qız deyir:


Dayan!Elə bunun üçün gəlmişəm.”
Nardan yerdəki üzərinə döşəkçə və mütəkkələr döşənmiş xalçanın üstündəki döşəkçələrdən birini üstünə oturur və deyir:
Daşdəmir,o gün ki,atam saraya,padşahın yanına getdi,daha geri qayıtmadı.Bu günə qədər də başına nə gəldiyini bilmirəm.Ancaq elə haman gün bizim qonşumuz mənə bir şey gətirdi ki,atan bazarda məni gördü,bu şeyləri alıb verdi ki,sənə çatdıram.

Mən şübhələndim ki,atamın başına bir iş gəlib.Odur ki,daha o evdə qalmayıb,gecə ilə köçdüm.Atamın göndərdiyi şeylərdən üçünü başa düşürəm,ikisini başa düşə bilmirəm.Səni buna görə axtarırdım ki,mənə kömək eyləyəsən.”
Daşdəmir də oturub soruşur:
Atanın göndərdiyi şeylər nədi?
Qız cavab verir:
Atam bir armud,bir gavalı,bir əl dəyirmanı,bir parça dəmir,bir dənə də daş göndərib.Əl dəyirmanı ovdandır.Daşla dəmir də sənsən.Amma armudla gavalını başa düşə bilmirəm.(O,çadrasının altından bir armud və gavalı çıxarıb oölana verir.)
Daşdəmir meyvələrə baxır,gülür və deyir:
Sən düz tapıbsan.Daş,dəmir,əl dəyirmanı sən dediyin kimidi.Ancaq mən bu meyvələri də tapdım.”
Nardan soruşur:
Nədi?”
Daşdəmir armudu qıza göstərib deyir:
Nardan,bu armudun adı Abbasbəyi armududur.Bu gavalıya da bağbanlar “Vəzir Alı” deyirlər.Atan demək istəyir ki,Daşdəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abbas bəylə,bir də vəzirlə əlaqədardır.”

Ekranda yenidən İohannes Fridrixin şəkli görünür.

Diktor mətni:
Yazı tarixinin gözəl bilicisi,tanınmış alman alimi İohannas Fridrixin sözlərinə görə,ideoqrafik yazı əşya yazısının bazasında,yazıda istifadə olunan

əşyaların şəklinin çəkilməyə başlaması ilə ortaya çıxmışdır və bu yazılardan birincisindən ikincisinə keçidin nə zaman baş verdiyini,eləcə də onlar arasında sərhədi müəyyən etmək çətindir.Fəqət “Daşdəmirin nağılı”ndakı bir epizod bunun tədricən baş verdiyini və bir müddət əşya yazısı elementləri ilə ideoqrafik yazı elementlərinin birlikdə işlədildiyini söyləməyə əsas verir.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Daşdəmiri məclisə apardılar.Padşah çevrəni ona göstərib cavab istədi.Daşdəmir əlinə bir ağac alıb,çevrəni ortadan iki yerə boldü.Düşmən tərəf işi belə görəndə gətirib çevrənin bir tərəfində bir ox qoydular.Daşdəmir də padşahın qılıncını götürüb ikinci tərəfə qoydu.Belə olanda düşmən tərəf çevrənin içinə bir ovuc darı tökdü.Daşdəmir tez əmr elədi,bir xoruz tutub gətirgilər.Xoruz bütün darını dənlədi.Düşmən tərəf heç nə deməyib,yola düzəldi.

Bu danışıqsız sual-cavaba hamı məəttəl qalmışdı.

Padşah soruşdu:Daşdəmir,mən heç nə başa düşmədim.De görüm onlar nə soruşdu,sən nə cavab verdin?

Daşdəmir dedi:

-Padşah sağ olsun,o çevrəni ki,onlar çəkmişlər,demək istəyirdilər ki,bütün dünya gərək bizim ola.Mən də arada xətt çəkib dedim ki,bizim bu dünyada öz

yerimiz var,heç kəsi ora qoymarıq.Sonra onlar oraya ox qoydular ki,əgər belə olsa, biz dava eləyəcəyik.Mən də sənin qılıncını çəkib onların qabağına qoydum ki,biz sizdən qorxmuruq.Sonra onlar çevrəyə darı tökdülər ki,bizim qoşunumuzun sayı-hesabı yoxdu.Mən də bütün darını bir xoruza dənlətdim ki,bizdə də belə oğlanlar var.Ona görə də durub getdilər.”

Ekranda Azərbaycan xalcaları və Qobustan təsvirləri sıra ilə bir-birini əvəz edir.

Diktor mətni:
Nağılın bu epizodunda hər iki yazı növünün elementi birlikdə çıxış edir. Beləki,düşmənlərin yerdə çəkdikləri çevrə və Daşdəmirin çəkdiyi xətt ideoqrafik, tərəflərin istifadə etdikləri ox,qılınc,darı və xoruz isə əşya yazısının elementləri-dir.”

Ekranda Herodotun “Tarix”kitabının üz qabığının təsviri görünür.

Diktor mətni:
Herodotun fars şahı Daranın iskitlər ölkəsinə hücumu zamanı iskit türklərinin ona göndərdikləri əşya yazısı barədə verdiyi məlumat da çox maraqlıdır.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


İskit xanları vəziyyəti belə görüb Daraya qasidlə quş,siçan,qurbağa və beş ədəd ox göndərdilər.Farslar qasiddən bunların mənasını soruşdular,fəqət qasid ona yalnız bu şeyləri çatdırmaq və dərhal geri dönmək əmr edildiyini söylədi və dedi ki,əgər ağlınız varsa,onların mənasını özünüz başa düşərsiniz.Bunu eşidən farslar məsləhətə toplandılar.Dara belə düşündü ki,iskitlər bununla ona boyun əyməyə hazır olduqlarını bildirmək istəmişlər.Lakin Qobriy bu fikrə qarşı çıxdı və dedi ki, iskitlərin bununla söyləmək istədikləri budur: Əgər siz-farslar quş olub göyə qalx-masanız,siçan olub yerin altına girməsəniz və ya da qurbağa olub bataqlığın dərinliklərinə enməsəniz,geri qayıda bilməyəcək,bizim oxlarımızdan məhv olacaqsınız.”

Ekranda Araz çayı görünür.

Diktor mətni:
Qədim yunanlar,artıq qeyd etdiyimiz kimi,Eneolit dövrünün başlanğıcına start verən hadisəni,yəni misin kəşfini iskitlərlə bağlamışlar.Həm Herodot,həm də Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını,sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmişlər.Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl 7-6-cı əsrlərə aid

Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz aç-maqdadır.Təbi ki,Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi

və yox idi də.Lakin fakt budur ki,bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.”

Ekranda tarixçi alim A.Seyidov peyda olur.Ekranın alt tərəfində onun adı,atasını adı və elmi dərəcəsi yazılır.O deyir:


Naxçıvan ərazisi çox-çox qədim zamanlardan,eramızdan əvvəl 6-cı minillikdən başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir.Burada çox sayda qədim metal məmulatı nümu-nəsi,eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.

Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələ-rindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çıxarmışdır.Kültəpənin erkən Eneolit dövründən son Tunc dövrünə qədərki bütün mərhələlərini əks etdirən və qalınlığı 22,2 metr olan mədəni təbəqəsindən tapılan məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen mərhələsinin olduğu dünyaya məlum oldu.”

Ekranda Naxçıvan mənzərələri görüntülənir.Alimin səsi kadr arxasından eşidilir:


Məlum olduğu kimi,metallurgiyanın yaranması və inkişafı üçün xammal bazasının olması vacibdir.Naxçıvan ərazisində belə bir baza vardır.Bu,mis,arsen və polimetal yataqlarıdır.Azərbaycanda qalaydan başqa bütün zəruri metal yataqları mövcuddur.Və bu yataqlarda malaxit ,azurit, xalkopirit ,helenit ,sfalerit ,antimonit və sairə minerallara da rast gəlinir.Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri tapılmışdır.”

Ekranda yenidən A.Seyidov görünür və sözünə davam edir:


Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ , Dizixçay,Parağaçay, Göy-göl,Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”

Ekranda kurqanlar görünür.

Diktor mətni:
İslama qədərki türklərin,o cümlədən iskitlərin ayrılmaz atributlarından biri də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmiş-lər.Eyni hal qədim şumer mədəniyyətinə də xasdır.Maraqlıdır ki,yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir.Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.”

Ekranda tarixçi alim Nəcəf Müseyibli peyda olur.Ekranın alt tərəfində onun adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:


20-ci əsrin 80-ci illərində Azərbaycanda,Ağdam rayonu ərazisində,aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi.Buradan tapılan,dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qablar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi.Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə,Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı.

Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və son Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu.20-ci əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.

2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa

rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi.Bu,sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 2,eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.

Bu dövrə qədər bütün Güney Qafqaz,o cümlədən Azərbaycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi.Tapılmış bütün məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi.Yəni Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.”

Ekranda rəşid Göyüşov peyda olur və deyir:


Eneolit dövründə hətta dəfn adətlərindən də danışmaq olar.Məsələn,Kür çayının orta axarında yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli kənarda,Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə yaşayış yerlərinin özündə-evlərin arasında,döşəmənin altında və yaxud da həyətdə dəfn etmişdir.Çox vaxt ölü tək və bükülü vəziyyətdə basdırılmışdır,ancaq az da olsa kollektiv dəfn adətinə rast gəlmək mümkündür.1-ci Kültəpədə olduğu kimi,Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır.”

Ekranda yenidən Nəcəf Müseyibli görünür.O deyir:


Son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir.Biz bu kurqanları 2004 –cü ildə,neft və qaz kəmərlərinin 432-ci kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik.Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur.Onların sayı otuza qədərdir.”

Ekranda kurqan təsvirləri görüntülənir.

Diktor mətni:
Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil,eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı olmuşdur.”

Ekranda tarixçi alim Q.Qoşqarlı peyda olur.Ekranın alt tərəfində onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:


2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir.2002-2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı.Sözügedən marşrut üzrə aparılan qazıntılar

zamanı tapılan xro-noloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1,Böyük Kəsik 2, Poylu 1,Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır.Bunların içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmışdır.Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən mədəni qata sahib olduğu məlum idi.Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən Uruk mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu.”

Ekranda tarixçi alim F.Quliyev görünür.Ekranın alt tərəfində onun adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:


Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır.Bu qalıntılar yer səthindən 80 santimetr aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir.Tapılan keramika nümunələri bir neçə tipə bölünür.Onlar küp,nimçə,su qabı və müxtəlif qablardır.Buradakı keramika ilə Uruk keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir.”

Ekranda Ağstafa rayonu ərazisindən tapılmış son Eneolit dövrünə aid maddi mədəniyyət nümunələri əks olunur:

Diktor mətni:
Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Messopatamiyanın,yəni bu günkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır.Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer,yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu,ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər.Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti (Ekrandakı təsvirləri şumer mədəniyyətinə aid maddi mədəniyyət abidələrinin,o cümlədən gil kitabələrin təsvirləri əvəz edir.) bir-birindən Nuh tufanının nəticəsi olan qədim lil qatı ayırır.Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir.Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir.

Şumerlər kimdir?

Tədqiqatçılar ilk dəfə “şumer”ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə