Bəxtiyar Tuncay azərbaycan xalqinin maddi



Yüklə 1,44 Mb.
səhifə6/15
tarix24.10.2017
ölçüsü1,44 Mb.
#6511
1   2   3   4   5   6   7   8   9   ...   15

bunu görüb mat qaldı.Arabalar düzəltdilər.Kanğa,kanğa deməklə kanğa sözü belə yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.”

Ekranda Gəmiqayadakı araba təsviri görüntülənir.

Diktor mətni:
Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar.Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir.Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır.Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımı barədə müəyyən təsəvvür əldə etmiş oluruq.Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələ-rimizin kökləri barədə dolğun məlumat almış oluruq.
Ekranda karvanın getməsini əks etdirən süjet canlanır.Süjeti Soltan

Hacıbəyovun “Karvan simfonik” suitası müşayiət edir və süjetin fonunda

yazılır:

İKİNCİ SERİYANIN SONU


3-cü seriya
Yarıya qədər doğmuş günəşin fonunda hərəkət edən dəvə karvanının silu-eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik suitasının müşayiəti ilə cərəyan edir.

Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:


Azərbaycanın maddi və mənəvi mədəniyyəti,incəsənəti,ədəbiyyatı xalqı-mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta Şərqin qədim tarixinin bütün istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf etdiyi ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib olan,eyni dildə danışan,eyni inancları paylaşan vahid bir etnosun yaşadığını birmə-nalı şəkildə sübut edən çox sayda əvəzsiz maddi mədəniyyət nümunəsi tapılmışdır.”

Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:


Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dönyada insanın formalaşdığı ilk məskənlərdəndir.Arası kəsilmədən yaşayış məskəni olmuş bu torpaqbəşər tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr ölkəsidir.

Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-nan zəngin folklor nümunələri əks etdirir.”
Ekranda “Azərbaycanfilm”in istehsalı olan “Yeddi oğul istərəm” filmindən bir qadının atlıların dalınca su atması səhnəsi çanlanır.

Diktor mətni:


Bu gün Azərbaycanda,eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır.Belə hesab olunur ki,yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs”dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki,yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Sabunlu köklər ilə bədənini yudu o.

Öz qamətinə layiq gözəl paltar geydi o.

Sinəsinə yaraşan boyunbağı da asdı

Belinə qurşaq vurub,başına tac qoydu o.

İgidlərin ardınca bir cam təmiz su atdı.

Pillələrlə çıxıb o evin damına qalxdı.”

Ekranda yenidən Tofiq Hacıyev görünür.O deyir:


Türk dillərindəki bir sıra köməkçi sözləin əslini şumer dilində tapmaq mümkündür.Məsələn ,türk dillərindəki çoxaltma mənasında işlənən “ən” ədatının şumercədə “yüksək”, “qam”, “kahin”mənalarında “an” kəlməsi müstəqil leksik vahid kimi çıxış edir. “Kimi”, “gibi” qoşmalarının məqamında da şumercədə müqayisə bildirmək üçün “qi-qim-qimi” variantlarında çıxış edən ünsürün işləndiyi də məlumdur.”

Ekranda İraqın Kərkük şəhərindən və İraq türkmənlrinin həyatından görüntülər canlanır.

Diktor mətni:

Qədim şumerlərin birbaşa nəsilləri olan İraq türkmənləri bu gün də İraqda,əsasən Kərkük, qismən də Mosul,Ərbil və Süleymaniyyə şəhərlərində yaşayırlar və türk dilinin oğuz qrupuna daxil olan Azərbaycan türkcəsinin fərqli bir şivəsində danışırlar.Bu üzdən onları İraq azərbaycanlıları da adlandırırlar.Sayları 3 milyondan artıqdır.İranın cənubunda yaşayan kəngərlilər də şumerlərin birbaşa varislərindəndir.Onlar da Azərbaycan türkcəsinin şivələrindən birində danışırlar. Sayları 1 milyona yaxındır.”

Ekranda “Yeddi oğul istərəm” və “Dəli Kür”filmlərindən Novruz bayramı ilə bağlı səhnələr canlanır.

Diktor mətni:


Bir çox Şərq xalqlarının,ik növbədə də türk xalqlarının hər il mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü və tarixi ilə bağlı bir çox mülahizələr irəli sürülmüşdür.Bəziləri onu zərdüştiliklə,bəziləri isə İslamla,daha dəqiq demsək,Həzrət Əlinin doğum günü ilə bağlamağa çalışmışlar.Həqiqət isə budur ki,sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki,bu mətnlərdən eyni bayramı martın 21 –də şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı Dumuzu şərəfinə keçiildiyi məlum olur.Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-ramı adlandırırdılar.Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr”adlı kitablarında məlumat verməkdədirlər.Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir.Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur,ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-ya enir,7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş verir.Həmin gün ağaclar yenidən çiçək açır,təbiət oyanır.”

Ekranda Tofiq Hacıyev görünür və deyir:


Şumer dilində yerlik hal üçün işlənən “ra”şəkilçisi “ra” və “ru” formasında türk dillərində, o cümlədə, Azərbaycan dilində eyni mənada fəaliyyət göstərmişdir. Məsələn,sonra,yuxarı və sairə.Şümer dilinin çıxışlıq halındakı “ta”,yerlik halındakı “a” yenə maraq doğurur.Azərbaycan dilində yerlik və çıxışlıq,yönlük və yerlik hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq.Deməli,bu qrammatik hadisənin kökü onunla bağlıdır ki,vaxtilə “ta” ,“da” şəkilçisi çıxışlıq məzmunu bildirmiş,sonralar çıxışlıq halı kim “tan”, “dan” müəyyənləşərkən,o , “ta”, “da” yerlik halı vəzifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər birbirinin mənasını əvəz etmişdir.Yəni yeni mənasını bildirməklə,köhnə-ilkin mə-nasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.

Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir.,yəni “a”morfemi yerlik vəzifəsindən yönlük funksiyasına keçdiyi zaman əzəllər ikimənalı olmuşdur.Hətta bu qeyri-differensiallıq,görünür,o qədər çəkmişdir ki,şumercədə xüsusi yerlik-yönlük hal yaranmışdır.Çıxışlıq halı şəkilçisinin yerlik,yerlik halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur.Bunun nəticəsidir ki,Azərbaycan dili tarixinin təşəkkülü dövründə,ümu-miyyətlə,məkani halların hər biri o birilərinin mənasını ifadə etmişdir.Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq: “...Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə “yüzünə”işlənmişdir.Eyni mənbədə belə bir ifadəyə rast gəlirik: “Topuğunda sarmaşanda qara saçlum.”burada isə “topuğuna” əvəzinə “topuğunda”

işləndiyinin şahidi oluruq.Şah İsmayıl Xətaidə də “muna”,yəni buna əvəzinə “munda”,yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”Bənzər

halı Nəsimi yaradıcılığında da müşahidə etmək olar: “Sorma,ey dilbər,mana...” Əslində belə olmalıdır: “Sorma,ey dilbər,məndən””

Ekranda Elməddin Əlibəyzadə peyda olur və deyir:


Təsəvvür edin ki,arada 6500 illik zaman məsafəsi var.Amma tellər,bağlar qırılmayıb.Müasir dilimizin qayda-qanunlarının çox dərin kökləri üzə çıxır.Ayrı-ayrı ifadə şəkilləri,şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə müasir Azərbaycan –türk və ümumən türk dilləri arasında əbədi tellər,bağlar olduğunu təsdiq edir.”

Ekranda kurqan təsvirləri əks olunur.

Diktor mətni:
Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”,yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmış-dılar.Təsadüfi deyil ki,Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir.Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.Yeri gəlmişkən qeyd edək ki,Tunc dövründən başlayaraq Azərbaycanda da kurqan qəbirlərinə daha geniş rast gəlinməyə başlanmışdır.”

Ekranda Rəşid Göyüşov görünür və deyir:


İlk Tunc dövrünə aid qəbir abidələri Mingəçevir.Qəbələ,Vardanlı,Xoşbu-laq,Xankəndi,Gəncə və Xanlar zonalarında öyrənilmişdir.

Mingəçevirdə üzə çıxarılan sadə torpaq qəbirlərdə skelet bükülü vəziyyətdə,müxtəlif istiqamətlərdə dəfn edilmişdir.Hər qəbirdə,skeletin baş tərəfin-də bir gil qab qoyulmuşdur.Xoşbulaqda isə daş örtüklü kurqan tipli qəbirlər vardır. Kurqanların altında dördkünc qazılmış,planlı və küncləri yarımoval düzəldilmiş qəbirlər yerləşir.Bu qəbirlərdə skelet arxası üstə oynaqları bükülü vəziyyətdə,başı qərbə doğrudur.Belə qəbirlərdə, bir qayda olaraq,qara rəngli,küpə formalı üçqulplu qablara daha çox təsadüf olunur.Nəhayət, kurqanlarda tək qəbirlərlə yanaşı, kol-lektiv dəfn adətinə də rast gəlinmişdir.”

Ekranda şumer mixi yazıları ilə yazılmış gil kitabə və şumer mədəniyyəti nümunələrinin təsvirləri bir-birini əvəz edir.

Diktor mətni:
Qeyd etdiyimiz kimi,şumerlər özlərinini “kəngər” və “kanq” alandır-mışlar.Qonşuları isə onlara “qarabaş” və ya “qarapapaq” demişlər.Maraqlıdır ki,bu gün də Azərbaycanın qərb hissəsində,Qazax-Qarabağ-Naxçıvan-Maku xətti

üzrə onlarca “Kəngərli”, “Kəngər” adlanan kəndlərimiz var.Görkəmli coğrafiyaşünas və etnoqraf alim Vəliyev-Baharlının yazdığına görə,qarapapaq tayfaları da kəngərlilərdən olmuşlar.

Tanınmış şərqşünas alim Süleyman Əliyarov “kanqlı” və “kəngər” etnonimlərinin sinonim olduğunu bildirmişdir.Görünür,elə bu səbəbdən də şumer mixi yazılarında “kəngər”adı əvəzinə bəzən “kanq” adı işlənmişdir.Bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan əvvəl 2-ci minillikdə yad edilmiş,bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir.Lakin eradan əvvəl 5-ci əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki,həmin kitabda bu etnonim turanlıların,yəni türklərin sinonimi kimi işlənir.”

Ekrandakı təsvirləri “Dədə Qorqud” filmindən oğuzların həyatlarından bəhs edən süjetlər əvəz edir.

Diktor mətni:
Eramızdan əvvəl 3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvar-ların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki,kəngərlər İkiçayarasının cənubunda,suvarlar isə şimalında yaşamışlar.Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır.

Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir.Mə-sələn,10-cu əsr salnaməçisi Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan beçeneklərin bir hissəsinin Kanqar,yəni kəngər adlandığını bidirməkdədir.Qiyasəddin Qeybullayevin yazdığına görə,Kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrində yer aldığını qeyd edilmişdir.Moravçikin də fikrincə,oğuz-beçenek tayfasının bir qismi kanqlı adlanmışdır.

Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba-xımından çox genişdir.Məsələn,orta əsrlərə aid erməni tarixçilərinin verdiyi məlumatlardan belə məlum olur ki,kəngərlər Qərbi Azərbaycandakı Kəngər dağlarında,eləcə də Albaniya ,yəni Şimalı Azərbaycan ərazisindəkə kəngərlər ölkəsində yaşamışlar.Erməni mənbələrinin birində deyilir ki,482 –ci ildə erməni və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə müharibəyə girişmişdilər. “7-ci əsr erməni coğrafiyası”ndan belə məlum olur ki,Göyçə gölündən şimala yrləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır.

Tarixi mənbələr 18-ci əsrdə kəngərlilərin bir hissəsinin Gürcüstan ərazisindən Qarabağa köçdüyünü qeyd edir.Naxçıvan ərazisindəki kəngərlilərdən 6-cı əsrə aid bir anonim Suriya mənbəyi sönbə açmaqdadır.”
Ekranda Rəşid Göyüşov peyda olur və deyir:
Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var.Otağın divarları gillə suvanmış, üstündən isə ağ gillə şirələnmişdir.Hamar divarda həndəsi xarakterli naxışlar çəkil-mişdir.Bu bina çox güman ki,ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir.. Daşdan və gildən düzəldilən insan fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir.”

Ekranda “Bilqamıs dastanı” kitabı görünür.O açılır və vərəqlər bir-birini əvəz edir.

Diktor mətni:

Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqur-ları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə də sonrakı dövrdə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya qurban vermişlər.”

Ekranda peyda olan aktyor əlində tutduğu kitabdan oxuyur:
Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.

Sonra taxtadan böyük bir masa da çıxartdı.

Əqiqdən qayrılmış qabı balla doldurdu.

Lacivərddən düzəlmiş qabı yağla doldurdu.

Masanı bəzəyərək Utu üçün apardı.”

Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:


Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.”
Sonra qızlar birlikdə oxuyurlar:
Budu daşı,

Bulutların

Kudu daşı,

Bişirmişəm

Xəmiraşı.

Qonaq gəlsin

Godu başı,

Gətirsin

Qızıl günü,

Aparsın

Yağışı.

Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.”


Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-dan diktorun səsi eşidilir:

Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal,yağ kimi yeməli şeylər apardığı kimi,Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş.Qeydə alın-mış “Qodu-Qodu”nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq do-



ğurmaqdadır.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.”

Ekranda “Bilqamıs” dasanının üz qabığı görünür.

Diktor mətni:
5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi,Azərbaycan türkləri də 20ci əs-rin ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qo-du” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.”

Ekranda tanınmış rəssam və tədqiqatçı Elçin Aslan peyda olur.Ekranın al-tında onun adı,soy adı və məşğuliyyəti yazılır.O deyir:


Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy-maq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu

8
əsatiri tamaşa,get-gedə ilkin önəmini itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli,sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”,sonra yenidən “dirildirdilər.”

Ekranda Nəsir Rzayev görünür və deyir:
Tunc dövründə,eramızdan əvvəl 3-2-ci minilliklərdə Azərbaycanda gü-nəş kultu çox geniş yayılmışdı.O vaxt günəş tanrısının bir sıra simvolları məişət-də,ictimai həyatda tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur.Tunc dövrünün sonunda əmək məhsuldarlığının artması,istehsalın,maldarlığın inkişafı varlanmaq-da olan qəbilə və ailə başçılarının,əcdadların hüququnu genişləndirir,yeni dini eti-qadların yaradılmasına səbəb olurdu.Odur ki,günəş tanrısının “funksiyasında” yeni elementlər ortaya çıxırdı.Onlardan biri günəş tanrısının əcdadlara və bununla əla-qədar olaraq ölülərə himayəkarlıq göstərməsi idi.Bunun nəticəsində cəmiyyətdə “atalar kultu” və “ölülər kultu” kimi yeni ideoloji tendensiya yaranırdı.Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı ki,qəbir isti,işıqlı ol-sun, axirət evinə dirilik bəxş edilsin və ölüləri kurqanlarda dəfn etməyə başlayırdı-lar.Kurqan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sistemi”nə riayət edilirdi.Kurqanların daxilində də kromlexlər tikilirdi.

Görkəmli arxeoloq Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların səpələnmiş halda deyil,müəyyən ərazidə toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki,bütün qəbirlər bir nöqə ətrafında- günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir.Onun kəşf etdiyi bu qanunauyğunluq “şüa sistemi” adlanır.Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər.

Təsərrüfatda günəşə ehtiyac olanda,onu buludlar arxasından çıxarmaq la-zım gələndə,günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu-Qodu”nəğmə-si oxunurdu.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Qodu palçığa batmışdı,

Qarmaladım çıxartdım.

Qızıl qaya dibindən

Qırmızı gün çıxartdım.

Yağ verin yağlamağa,

Bal verin ballamağa.

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.”
Ekranda Rəşid Göyüşov görünür.O deyir:
Tarixdə Eneolitdən sonra gələn dövr Tunc dövrü adlanır.Bu dövr eradan əvvəl 4-cü minilliyin sonu və 3-cü minilliyin əvvəllərindən başlayaraq eradan əv-vəl 2-ci minilliyin əvvəllərinədək davam edir.Misin qalay və ya sürmə ilə qarışı-ğından alınan tunc daha möhkəm və əlverişli metal olduğundan-insan fəaliyyətinin bütün sahələrinə yarmışdır.Ondan müxtəlif növ silahlar,əmək alətləri,məişət ava-danlığı,bəzək əşyaları və sairə hazırlanmışdır.Arxeoloji tədqiqatlar göstərmişdir ki, Azərbaycan ərazisi Tunc dövrü abidələri ilə zəngindir.”

Ekranda Rəşid Göyüşovu H.Cəfərov əvəz edir.O deyir:


Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Həmin mərhələlər şərti olaraq ilk,orta və son Tunc dövrləri adlanılar.Bu mədəniy-yətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır.Lakin Kür-Araz mədə-niyyətinə xas olan əlamətlər daha geniş ərazidə təmsil olunmuşdur.Bu mədəniyyə-tin izlərinə Qafqazdan başqa Anadolu yaylası,Şimali İran.,Suriya və s.ərazilərdə tə-sadüf edilmişdir.Şübhəsiz ki bu mədəniyyət Kür-Araz ovalığında formalaşmış təd-ricən ətraf ölkələrə yayılmışdır.

Kür-Araz mədəniyyətinə uyğun gələn ilk Tunc dövrü Azərbaycanda era-dan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədərki dövrü əhatə edir.Ölkəmizin bu dövrə aid Babadərviş,Göytəpə,Qarahacılı,Ağtəpə,Üçoğ-lan,Cüttəpə,Dəyirmanyeri,Mişarçay,Qaraköməktəpə,Günəştəpə,Xantəpə,Kültəpə, Sərkərtəpə və sairə kimi yaşayış məskənləri bir qayda olaraq çay kənarında,bulaq-

ların yaxınlığında,başqa sözlə yaşayış və təsərrüfat üçün əlverişli sahələrdə,strate-

ji baxımdan yaxşı mühafizə edilən təbii təpə üzərində salınırdı.Füzuli rayonu ərazi-sindəki Qaraköməktəpə,Təbriz yaxınlığındakı Yanıqtəpə,Urmiya ətrafındakı Göy-təpə kimi bəzi yaşayış məskənləri qalın müdafiə divarı ilə əhatə edilmişdi.

Bu dövrün Cüttəpə,Üçoğlan,Qarahacılı,Qaraköməktəpə,Qobustandakı “Dai-rə” və sairə kimi bəzi yaşayış məskənləri əvvəllər yaşayış olmayan sahələrdə,Kül-təpə, Babadərviş, Yanıqtəpə, Göytəpə və sairə kimi məskənlər isə Eneolit dövrü kəndlərinin yerində yaranmışdı. Bu məskənlərdə bir neçə tarixi dövrün izləri qal-mışdır. İlk Tunc dövründə əhalinin sayı artmış, yaşayış məskənləri daha böyük sahəyə,bir çox halda 3 hektardan artıq sahəyə malik olmuşdur. Tikinti texnikasında Eneolit dövrünün ənənələri,Yəni dairəvi və düzbucaqlı binaların inşası davam etdi-rilmişdir.Lakin binalar həm ölçü baxımından,həm də davamlılıq baxımından xeyli fərqlənirdi.Evlərin və təsərrüfat tikililərinin bünövrəsi əsasən daşdan,divarı çiy kərpicdən inşa edilmiş, binaların bir qismi isə çubuqdan hörülüb suvanmışdır.Mingə-çevir ərazisində yarımqazma tipli evlərə də təsadüf edilmişdir.Binanı qızdırmaq və yemək hazırlamaq üçün nəzərdə tutulmuş ocaqlar evin mərkəzində və ya künclə-rində qurulurdu.Xüsusi quruluşlu ocaq qurğuları Kür-Araz mədəniyyətinin səciy-yəvi əlamətlərindən

biridir.Gildən hazırlanmış ocaq qurğuları əsasən nal şəklində-dir.Başqa tip ocaq qurğuları da geniş yayılmışdı.”

Ekranda ilk Tunc dövrünə aid yaşayış evlərinin və məhəllələrinin qrafik təs-virləri görüntülənir.

Diktor mətni:
İlk Tunc dövrünün yaşayış məskənlərindən,xüsusən də ətrafına müdafiə sədləri çəkilmiş məskənlərdən ilk şəhərlər kimi söz açmaq mümkündür.Şumer şə-

hərlərinin yaşıdı,hətta daha qədim olan bu şəhərlərin İkiçayarasının erkən şəhər-ləri ilə əsas ümümi cəhətlərindən biri müdafiə sədlərinin qurulması idi.Bu ba-rədə “Bilqamıs dastanı”nın akkad variantında maraqlı məlumat bulunmaqdadır.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


O hər sirri bilərdi,o hər şeyi görərdi,

Yeri su basmasından bizə xəbər verərdi.

Uzun yollar dolaşıb,yorulub əldən düşdü,

Başına gələnləri sal bir qayaya döydü,

Sonra hasara alıb,adını Uruk qoydu.
Müqəddəs Eananın qalası oldu Uruk.

Divarlara nəzər sal,bürcləri düzüm-düzüm,

Bu cür səddə bərabər sədd görməz əsla gözün.

Keçmişin yadigarı bu qədim divara bax,

İştarın mənzilinə-Eanaya gəl çıxaq.

Heç gələcək şahlar da tikə bilməz bu sayaq.

Çıx Uruk qalasının divarı üstə, yeri,

Gor bünövrə necədir,necədir kərpicləri.

Divar bişmiş kərpicdən bərk hörülüb başa-baş,

Yeddi müdrikmi qoyub qalanın himinə daş?”

Ekranda Rəşid Göyüşov görünür və deyir:


İlk Tunc dövründə binalar və onlara bitişik inşa olunmuş təsərrüfat tikililəri çox zaman ümumi bir kompleks təşkil erir və təbii ki,bu komplekslər ayrı-ayrı ailə-lərə məxsus idilər.Yaşayış və təsərrüfat tikililəri ilə yanaşı, ibadət,dini ayinlərin ic-rası üçün də xüsusi binalar mövcud olmuşdur.Məsələn,Sərkərtəpədə çiy kərpicdən tikilmiş dairəvi quruluşlu böyük ibadət evi üzə çıxarılmışdır.Bina səliqəli suvan-mış,əhənglə ağardılmışdı,divarının qarşısına mehrab ucaldılmış,dini ayinlər zamanı istifadə olunmuş saxsı qablar düzülmüşdü.

Yaşayış məskənlərində xüsusi sənətkarlıq məhəllələri yaranırdı.Əslində sə-nətkarlıq sahələrinin meydana gəlməsi hələ Eneolit dövrünün son mərhələsində başlamış,ilkTunc dövründə isə həm dulusçuluğun,həm də metallurgiyanın inkişafı ilə əlaqədar xüsusi sənətkarlıq məhəllələri meydana gəlmişdi.”

Ekranda Tarix muzeyinin öncə xaricdən,daha sonra isə daxildən görüntüləri canlanır.Muzeyin əməkdaşı eksponatları nümayiş etdirə-etdirə deyir:


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə