Bəxtiyar Tuncay azərbaycan xalqinin maddi



Yüklə 1,44 Mb.
səhifə7/15
tarix24.10.2017
ölçüsü1,44 Mb.
#6511
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Kür-Araz mədəniyyəi dövrü insanları sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuş,ənənəvi sənət nümunələrini yeni dövrün tələbləri səviyyəsində yaratmış və inkişaf etdirmişdir.Onların içərisində dulusçuluq sənəti xüsusi yer tuturdu.Kür-Araz mədəniyyətinin dulusçuluq məmulatı bir çox əlamətləri ilə,yəni forması,tipi,hazırlanma texnologiyası və sairə ilə seçilirdi .Dulus çarxından istifadə nəticəsində bu dövrdə məhsuldarlıq daha da artmışdı.Qabların forma və növ müxtəlifliyi,estetik dəyərinin yüksəkliyi,dulus çarxının varlığı sənətkarlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.Qabların səthinin pardaqlanması və şüyrələnməsinin yeni sirlərinə bələd olmaqla dulusçular əsl sənət nümunələri yaratmışdılar.

Bu dövrün mühüm yeniliklərindən biri metallurgiya və metalişləmənin sürətlə inkişafıdır.Azərbaycanın ilk Tunc dövrü yaşayış məskənlrində metallurgiya və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxe-oloji materiallar-soba,buta,parç,qəliblər və hazır məhsul tapılmışdır.Məsələn ,Baba-dərviş yaşayış məskənində metaləridən soba üzə çıxarılaraq öyrənilmişdir.Tuncdan muncuq,qolbaq və sairə kimi bəzək və biz,iynə,bıçaq və sairə kimi məişət əşyaları ,əmək alətləri və silah nümunələri,qızıldan isə Xankəndi və Xaçınca kurqanla-rından tapılmış bəzək əşyaları kimi şeylər düzəldirdilər.Metallurgiyanın inkişafı ilə əlaqədar olaraq daş alətlərin məişət və təsərrüfatda istifadəsi getdikcə azalırdı.”

Ekranda H.Cəfərov görünür.O deyir:


Tunc dövründə yerli əhalinin dünyagörüşündə və bədii təfəkkürünün inkişafında mühüm yeniliklər baş verir və bunlar ətraf aləmə.axirət dünyasına mifik aləmə inam,qəbir abidələri-kurqanlar və sairə,dəfn məasimi,ölülərin yanına müxtəlif avadanlığın qoyulmasında,məişət və təsərrüfat avadanlığının naxışlan-masında və nəhayət çoxsaylı qaya təsvirlərində özünü göstərir.”

Ekranda qayaüstü rəsmlər bir-birini əvəz edir və ən sonda Qobustandakı Ya-zılı təpənin 24 №-li daşında cızılmış maral şəkli görüntülənir.

Diktor mətni:
Son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir.Bu dövrdə ən çox rast gəlinən petroqlif-

lər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvir-lərdən öz gözəlliyi ilə fərqlənməkdədir.Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsin-dəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.”

Ekrandakı maral təsvirini sözügedən qoşa maral təsviri əvəz edir.Daha sonra Sibir və Altayın maral daşlarının təsviləri,ardınca isə Pazırıq xalcasındakı maral təsvirləri görüntülənir.

Diktor kadr arxasından sözünə davam edir:
Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə,yəni Avropanın içlərindən uzaq Sibir,Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda,daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir.Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki,bu təsvirlər iskit-türk mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir.Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir.Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir.

Ekranda tədqiqatçı alim X.Mahmudova peyda olur.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


Maral daşları iskitlər dövrünün incəsənətini,ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir.20-ci əsrin 70-ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil,Avropada təsbit edil-mişdir.Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumı-niyada ,Dinoqeti-Tarvan adlı yerdə,Bolqarıstanda,Almaniyada,Gürcüstanda,Şərqi və Mərkəzi Qazaxıstanda,Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.

Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir.Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”

Ekrandakı təsvirlərin yerini növbə ilə Yazılı təpənin 134 №–li daşındakı maralı qovalayan atlı təsviri və 9№–li daşındakı maral ovlayan atlıların təsviri tuturlar.

Diktor mətni:
Tunc dövrünə aid təsvirlər içərisində diqqəti ən çox çəkən məqamlardan biri də həmin dövrdə,daha dəqiq desək,erdan əvvəl 3- cü minillikdə atlı

süvarilərin əks olunmasıdır.Bu təsvirlər Azərbaycan ərazisinin təkcə od,ox,yay,şalvar,dəri geyim,dulus kürəsi və çarxının,eləcə də metallurgiya, təkər və arabanın ilk dəfə kəşf edildiyi məkan deyil,həm də atın ilk dəfə əhəliləşdirilərək minildiyi məkan olduğunu sübut etməkdədir.Atın ilk dəfə məhz ölkəmizin ərazisində əhəliləşdirildi-yini Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisindəki Əliköməktəpədən əldə edilən arxeoloji materiallar da təsdiqləməkdədir.Qədim yunan və Çin mənbələrindən belə məlum olur ki, farslar və qədim çinlilər minillər sonra şalvar geyib,at minməyi və ox atmağı məhz türklərdən öyrənmişlər.Məsələn, qədim Cin salnaməçilərinin yazdığına görə,eradan əvvəl 325-298-ci illər arsında bu ölkənin hökmdarı olmuş Vu Lunq Cində hərbi islahatlar gerçəkləşdirərək,öz əsgərlərinə hun türkləri kimi at minməyi,ox atmağı və gen dəri şalvar geyməyi öyrənməyi əmr etmişdi.Bundan ön-cə bu ölkədə atlar yalnız arabaya qoşulmaq üçün istifadə edilərmiş,əsgərlərin silahı isə qılınc və nizədən ibarət imiş.Eyni mənbələrdən o da məlum olur ki,cinlilərin tunc əşyalarla tanışlığı da hunlar vasitəsilə baş vermiş və bu ölkəyə ilk tunc məişət və təsərrüfat alətləri Altaydan gətirilmişdir.

Ekranda qədim əlyazmaların saxlandığı kitabxana rəfləri və bu rəflərdəki kitablar görüntülənir.

Diktor mətni:
Antik müəlliflər odun,metalın,dulus çarxının və sairənin türklər,daha dəqiq desək,iskitlər tərəfindən kəşf edildiyini söyləməklə yetinməmiş,erməni və farsların öz mədəniyyətlərini Azərbaycan türklərinin ulu babalarından hesab edilən midiyalılardan əxz etdiklərini,farsların şalvar geymək,at minmək və ox atmaq sənətini də onlardan öyrəndiyini qeyd emişlər.Bu baxımdan Strabonun söylədiklə-ri böyük önəm daşıyır.”

Ekranda görünən aktyor əlindəki kitabdan oxuyur:


Deyilənlərə görə,midiyalılar ermənilərin,onlardan daha öcnə isə farsların adət-ənənələrinin əsasını qoyanlardır. Farsların ox atmağa,at minməyə,şahlara qulluq eməyə olan həvəsləri və geyimləri midiyalılardan qaynaqlanır.Tia-ra,kitara,uzunqollu xiton,yun papaq və şalvar midiyalılardan farslara keçmişdir.Bu da təbiidir.Çünki bu cür geyimləri midiyalıların ölkəsi kimi soyuq ölkələrdə geyinmək daha rahatdır.”

Ekranda türkoloq alim Əfzələddin Əsgər görünür.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


Ox-yay qədim türk təfəkküründə həm dini,həm siyasi,həm də dövlət quruluşunda müəyyən simvolik məna ifadə edirdi.Oxun qədim türk təfəkküründə

belə çoxşaxəli məna daşıması heç şübhəsiz onun əmək aləti olmasından,ən başlıca-sı isə hərbi funksiysından irəli gəlirdi.

Yay-ox istə hun ürklərinin,istərsə də göytürklərin ən çox işlətdikləri silah növü olmuşdur.Türklər silahın bu növündən məharətlə istifadə edirdilər.Bizim eradan əvvəl 2-ci əsrə aid olan Çin qaynağında deyilir:Yay və ox işlətməkdə təcrübə və hünərləri çoxdur.hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər.

Yenə də həmin dövrə aid başqa bir Cin yazısında deyilir:Hunlar at üstündə dördnalla çaparkən belə,ox ata və yay çəkə bilirlər.

Türklərin yay çəkmə bacarığı haqqında məlumatlara ərəb və farsdilli mənbələrdə daha çox tuş gəlirik.Bəsrəli Cahiz türklərin bu fitri qabiliyyətini incədən –incəyə açıqlamışdır:Əgər min türk süvari oxu çəkib bir dəfə atsalar,min atlı həlak olacaq və belə zərbədən sonra ordudan heç bir əsər qalmayacaq.Nə xarici, nə bədəvi atı üstündə belə ox ata bilmir.Türk isə oxşar şəkildə həm vəhşi heyvanları,həm quşları,həm yarış zamanı nişani,həm adamları,həm hərəkətsiz fiquru,həm çəkilmiş təsviri,həm də yırtıcı quşları oxlayır.O,ox ata-ata öz atını irəli,geri,sağa.sola ,yuxarı,aşağı sürür,xarici bir ox atınca türk doqquzunu atır...”

Ekranda Nəsir Rzayev peyda olur və deyir.


Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır.Dağ və dağətəyi zonalarda rast gəlinən,hündürlüyü təqribən 1metr və daha çox olan və şaquli şəkildə yerə basdırı-lan bu abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir.Arxeoloqlar müəyyən etmişlər ki,menhirlər Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir.Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli,yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur.Belə güman edilir ki,hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış.Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir.Maraqlıdır ki,tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da,kişi və qadın heykəllərinə rast gəlmişlər.”

Ekranda üzərində baş heykəlləri olan menhir təsvirləri görünür.

Diktor mətni:
Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir.”

Ekranda görünən aktyor əlindəki kitabdan oxuyur:


Ürəyini dinlədi,ürəyi vurmur daha,

O,dostunun üzünü örtdü gəlin tək.

Özü fırlanıb qartal kimi gəşt edirdi

Elə bil ki,balası tələyə düşən şirdi,

Qəzəblə var-gəl edib,ora-bur gedirdi.

Kətan kimi dartırdı,saçlarını yolurdu,

Paltarını didib,cırıq cındır olurdu.

Üfüqə səda düşüb ağaranda dan yeri

Bilqamıs ölkəsini çağırdı adbaad.

Misgərlər,dəmirçilər,daşyonanlar gəlirdi,

Heykəltaraşlar gəlir,daş qoyanlar gəlirdi.

-Dostum,sənə mən elə başdaşı düzəldəcəm,

Beləsini heç kəs dostuna düzəltməyib.

Saçı lacivərd,altı daşdan hörüləcək,

Üzü əhəngdən,özü altundan yonulacaq.”

Ekranda Nəsir Rzayev görünür və deyir:


Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır.”
Ekranda daş heykəl-balbal təsvirləri görüntülənir.Alim sözünə kadr arxasından davam edir:
Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış.Menhirlərdə olduğu kimi,bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi.”
Ekranda yenidən Nəsir Rzayev görünür və sözünə davam edir:
Göründüyü kimi,menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir.Hər ikisi animistik təsəvvürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır.”

Ekranda sənətşünas alim Rasim Əfəndi peyda olur.Ekranın alt tərəfində onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:


Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları önəmli yer tutur.Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlərin böyük marağına səbəb olmuşdur.”

Ekranda yenidən müxtəlif daş balbal təsvirləri göüntülənir.

Alimin səsi kadr arxasından eşidilir:
Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı yaxınlığından tapılmı heykəllər üslub etibariylə bir-birinə bənzəsə də,ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş

müxtəlif tipli kişi fiqurlarını təsvir edir.Şamaxıdan tapılmış fiqurların ən böyüyü-nün hündürlüyü 2,23 metr,ən kiçiyinin isə 1,35 metrdir.

1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır.Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir.Həmin fiqur bu ərazidə aşkar edilmiş bir neçə başqa heykəl kimi başsızdır.Baş yerinin formasından məlum olur ki,fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır.Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.

Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür.Kürə-yin yuxarı hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır ki.bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.

Tarixi mənbələrdən belə aydın olur ki.türk xalqları islamdan öncə hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyardılar.İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən,eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin əsərlərindən göründüyü kimi,bu tipli heykəllər müqəddəs sayılır və onlara sitayiş edilirdi.

Musa Kağankatlı özünün “Alban tarixi”kitabında Azərbaycan ərazisində yaşayan soy və boyların daşdan heykəllər yonub, ona sitayiş etdiyini,onların şərəfinə hətta at,qoç,sığır qurbanları verdiklərini xüsusi qeyd edir.Musa Kağankatlının yazdığına görə, bu boylar uzun saç saxlayıb mahir ox atan idilər.”

Ekranda Rasim Əfəndinin yerini yenidən Nəsir Rzayev tutur və deyir:


Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dol-menlərdən də söhbət etmək lazımdaır.Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir.Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa,İran,Hindistan,Yaponiya, Koreya, Krım,Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur.Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır.

Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır.Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş Azərbaycanın ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı.”
Ekranda Qobustanın gəmi təsvirləri canlanır.

Diktor mətni:


Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır.Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkməkdədir.Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir.Şumerlər inanıdılar ki,ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar.Bunun üçün onlar Kur çayını keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir.Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlinməkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır.

Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə-ni Kür çayı barədə,eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir.Hər halda belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus-tanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat,eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək lazımdır.”
Ekrandakı gəmi təsvirlərini Qobustanın öküz təsvirləri əvəz edir.

Diktor mətni:


Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki dövrlərdən fərqli olaraq,bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir.Bu isə o deməkdir ki,onlar artıq sitayiş obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq edir ki,əgər Mezolit və Neolit dövrü insanlarının rasionun nümayiş etdirən heyvan sümükləri arasında öküz sümüklərinə rast gəlinmirdisə, Eneolit və ilk Tunc dövrünə aid məskənlərdən tapılan sümük qalıqları içərisində iribuynuzlu malqaraya aid sümüklərə də rast gəlinir. Bu isə o deməkdir ki,həmin dövrlərdən etibarən öküzləri yeməyə başlamışlar.Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər.Bir sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.”

Ekranda “Bilqamıs dastanı kitabı göünür.Kitab açılır və səhifələr bir-birini əvəz edir.

Diktor mətni:
Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də

təsdiq etməkdədir.Bu baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


“ “Dostum,mən də görürəm buğada çılğınlığı,

Bizi qorxuda bilməz onun bu azğınlığı.

O buğanı ikimiz bir yerdə öldürərik,

Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.

Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram.

Sən onun quyruğunun yapış yoğun yerindən,

Alnına,peysəinə xəncər vuracağam mən.”

Enkidu hərləyərək onun dalınca qaçdı,

Quyruğunun lap yoğun yerindən o yapışdı.

Bilqamıs öz dostunun igidliyini gördü,

Buğanın alnına,peysərinə xəncər vurdu.

Gətirdilər qoydular Utunun qarşısına,

Bir az kənarda durub,səcdə etdilər ona.”

Ekranda Gəmiqaya təsvirləri bir-birini əvəz edir,sonda isə ekranda yallı rəqsini təsvir edən petroqliflər görünür.

Diktor mətni:
Tunc dövünə aid təsviri sənət nümunələri və piktoqrafik yazılar kimi Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya təsvirlərinin böyük əhəmiyyəti var.

Buradakı yallı rəqsləri xüsusi önəm daşımaqda və kökü ən azı Mezolit dövrünə qədər uzanan bu rəqsin Tunc dövründə də dəbdə olduğunu göstərməkdədir.Fəqət dövrün təsviri sənəti və musiqi mədəniyyətini öyrənmək baxımından Təbriz yaxınlığındakı Cığamış yaşayış məskənindən tapılan və eradan əvvəl 3-cü minilliyə aid edilən bir daşın önəmi heç bir ölçüyə sığmır.”

Ekranda Cığamış daşı və onun üzərindəki musiqiçilər qrupu təsvir edilir.

Diktor mətni:
Bu daşın üzərindəki təsvir özünün realistliyi və yüksək sənət nümunəsi olması ilə seçilr.Lakin həmin təsviri əhəmiyyətli edən onun təkcə bu məziyyəti deyil,həm də daşıdığı informasiya yüküdür.Təsvirdə Azərbaycanın qədim musiqi alətlərindən olan cəng,qara zurna,qoşanağara və saxsı qablarda ifa edən musiqiçilər qrupu,başqa sözlə dünyanın elmə məlum ən qədim orkestrı,eləcə də eynən bu günkü xanəndələr kimi əlini qulağının dibinə qoyub mahnı ifa edən müğənni təsvir edilmişdir.Bu tapıntı sayəsində qədim musiqi mədəniyyətimiz, alətlərimiz,ifaçılıq və vokal sənətimiz barədə müəyyən təsəvvür əldə etmiş oluruq.”

Ekranda Rafiq İmraninin “Muğam Şumerdən başlayır” kitabının üz qabığı görünür və rast muğamından bir parça səslənir.

Ekranda Rafiq İmrani peyda olur,Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
Cığamış təsvirində biz dünyanın ən qədim orkestrini və qədim musiqi alətlərimizi görürük.O dövrdə musiqi mədəniyyəti çox yüksək səviyyədə olmuşdur və bunu amerikalı mütəxəssislərin üzə çıxararaq çözə bildikləri qədim şumer notları sübut edir.Sözügedən notlarda ifadə edilən musiqi özünün professionalizmi ilə seçilir və öz səs ssteminə görə Azərbaycan musiqisinə tam uyğun gəlir.Tədqiqatlar nəticəsində məlum olmuşdur ki,azərbaycan muğamının kökləri şumer mədəniyyətinə dayanır.”

Ekranda Soltan Hacıbəyovun “Karvan”simfonik suitasının sədaları altında hərəkət edən karvan görüntülənir.

Ekranda üst-üstə yığılmış çox sayda qalın kitab görünür və bu görüntünü ki-tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.

Diktor mətni:

Azərbaycanda qurulan ilk dövlət,onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır.Lakin təd-

qiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da

bir-biri ilə üst-üstə düşməkdə,bir-birini tamamlamaqdadırlar.Həmin məlumatlara əsasən,Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı

Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır.Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu,samilərin Yafəs,türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir.”
Ekranda Musa Kağankatlının “Alban tarixi”kitabı görünür.Kitab açılır və səhifələr bir-birini əvəz edir.

Diktor mətni:


8-ci əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verilməkdədir.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb,Midiyanı Babildən ayıran dəclə çayının aşağı axarına qədər idi.”



Ekranda yenidən “Alban tarixi” kitabı görünür.

Diktor mətni:
Bu məlumatdan göründüyü kimi,8-ci əsr tarixçisi Yafəsə verilən torpaq-lardan söz açarkən Midiyanın adını çəkir.Midiya isə eramızdan əvvəl 7-5-ci əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır.Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O,kitabının “Yafəs və Arandan başlayaraq 3-cü Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı 7-ci fəslində Yafəsi Albaniyanın,yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir,ondan hökmdar kimi söz açır. Kitabının 2-ci fəslində Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı,yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində var.Bu baxımdan 4 –cü əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur.”

Ekranda yazılır:


...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya,okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar,albanlar,qarqarlar..,sarmatlar..,meotlar,iskitlər,tavriyalılar..,bastaranlar..

Yerləşdikləri ölkələr isə bunlardır;Midiya,Albaniya,Meotiya,Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...”
Diktor kadr arxasından yazılanları təkrar edir.

Ekranda üst-üstə yığılmış çox sayda qalın kitab görünür və bu görüntünü ki-tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.

Diktor mətni:
Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir.”

Ekranda Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabının,daha sonra isə müəllifin şəkli göüntülənir.

Diktor mətni:
19-cu əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur.O,13-14 –cü əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Güzidə” və 15-ci əsr müəl-lifi Xondəmirin “Xülasətül-Əxbar”əsərlərinə istinad edərək Yafəsin oğulları barədə ətraflı məlumat vermiş,onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir.”

Ekranda yenidən qalaq-qalaq kitablar peyda olur.

Diktor mətni:
Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mətkəz kimi Türküstsnı qeyd et-məkdədirlər.Bu baxımdan 14-cü əsrin böyük tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir.”

Ekrana gələn aktyor kitablardan birini götürüb oxuyur:


Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki,Nuh əleyhissəlam, Allah ona rəhmət eləsin,yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında bö-ləndə şərq ölkələrini,Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi.Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı.O,səhrada yaşayırdı. Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi:Yaz aylarını o,İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir,qışlayanda isə yenə o tərəflərdə- Qaraqorum adı altında məşhur olan qaraqumdakı Borsuk adlanan yerdə olurdu.Həmin yerdə iki şəhər vardı:Biri Talas,o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı.İndi orad müsəlman türklər yaşayır,həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır..Olcay xanın paytaxtı da burada yeləşirdi.”

Aktyor əlindəki kitabı yerinə qoyub kameranın obyektivindən çıxır.Kadr arxasından diktorun səsi eşidilir:


Olcay xanın,yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar bir-birindən fərqlənsə də birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik.Çünki həm yazılı mənbələr,həm də mövcud arxeoloji və yerüstü abidələr bir-birini heyrətamiz şəkildə tamamla-yaraq Azərbaycan ərazisinə işarə etməkdədir.Deyilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əleyhissəlamın məzarının Azəbaycanda,daha dəqiq desək,Naxçıvanda olmasıdır.

Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast gəlirik.Tövrat və Qurani-Kərimdəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa,bü-tünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə yad
edilməkdədir. Baş verənlər isə onun öz dilindən nəql edilir.Xatırladaq ki,söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.”

Ekranda Elməddin Əlibəyzadə peyda olur.Alt tərəfdə onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


Zəngin Şumer mədəniyyəti bəşər sivilizasiyasının hələlik ilk mənbəyi və çıxış nöqtəsidir.Çox qədim zamanlardan insanları kainatın və adamların yaranması məsələsi məşğul etmişdir,əcdadlarımız bu barədə düşünmüş,öz ilk miflərini yaratmışlar. “Bibliya”da kainatın və insanın yaranması barədə bir sıra müddəalar öz qaynağını məhz şumer miflərindən almışdır.Bu baxımdan Nuh tufanı ilə bağlı süjet də istisna deyildir.

Nuhun adı “Bilqamıs dastanı”nda Ubar Tutunun oğlu Utnapişti şəklində xatırlanır.Dastanda deyilir ki,dəhşətli leysan-tufan gözlənildiyindən xeyir tanrısı Eyanın məsləhəti ilə Ubar Tutunun oğlu var-dövlətindən,mal mülkündən,ev-eşiyindən əl çəkib gəmi düzəldir.Ən vacib olan şeyləri,külfətini,nəslini,heyvanları gəmiyə yığıb xilas edir.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Mən biyara çağırdım elin ərənlərini,

Evlərimi sökdülər,hasarı dağıtdılar.

Uşaqlar da işləyir,qətran daşıyırdılar,

Güclülər ağır yükü çəkib aparırdılar.

Beşcə günün içində mən banı düzəltdirdim,

Sahəsi bir hektarın üçdə biri olardı.

Yanların hündürlüyü düz iyirmi dirsək,

Üst yanların hərəsi,ayrılıqdaca tək-tək,

Olardı nə az-nə şox,düz yüz iyirmi dirsək.

Naxışlar da düzəltdim,cızdım quruluşunu.”

Ekranda yenidən Elməddin Əlibəyzadə görünür və deyir:


“ “Bilqamıs dastanı”nda gəmini ərənlər,uşaqlar el və əl birliyi ilə qururlar.

Bibliya”da bu işi Nuhun üç oğlu görür. Gəminin uzunluğu üç yüz,eni əlli,hündür-lüyüotuz dirsək kimi göstərilir.”

Ekranda görünən akyor kitabdan oxuyur:

Altı gün,yeddi gecə küləklər əsir,



Tufanlar yer üzünü daşqınlara bürüyür.

Bu cürə qovğa ilə gəlib yeddi gün oldu,

Daşqın tamam dayandı,qasırğalar sovuşdu,
Mən nəfəsliyi açdım,üzümə işıq düşdü.

Baxdım sakit dənizə,gördüm qəzəbi sönüb,

Bütün bəşəriyyətsə tamam torpağa dönüb.

Yerlə yeksan olmuşdu dünya dümdüz dam kimi,

Mən diz çökdüm,yaş tutdu gözlərimi...”
Ekranda Elməddin Əlibəyzadə görünür:
““Bibliya”ya əsasən Nuh gəmini Tanrının göstərişi ilə düzəldir,onun bütün yırtıqlarını içdən və çöldən qətranlayır.,heyvanları və ərzaqla birlikdə ailəsini gəmiyə yığır.7 gündən sonra yağış tökür və 40 gün davam edir. “Bilqamıs dastanı”nda da eyni şeylər təsvir edilir.”

Ekranda alimi əvəz edən aktyor oxuyur:


Mənim nəyim var idisə,o gəmiyə yüklədim,

Nə gümüşüm vardısa, o gəmiyə yüklədim,

Nə qızılım vardısa, o gəmiyə yüklədim,

Nə heyvanım vardısa,o gəmiyə yüklədim.

Külfətimi,nəslimi yığışdırdım gəmiyə,

Çöl heyvanlarını da yerləşdirdim gəmiyə...”

Elməddin Əlibəyzadə aktyoru əvəz edir.


““Bibliya”da deyilir ki,yağış kəsdikdən sonra Nuh qırx gün də gözləyir,sonra pəncərədən qarğa buraxır. Bilmək istəyir ki,su çəkilibmi,quru yer varmı?Qarğa uçub gedir,quru yer tapmayıb yenidən geri dönür.Bir müddət sonra yenidən qarğanı buraxır və o,axşam dimdiyində zeytun budağı ilə qayıdır.Nuh başa düşür ki,artıq su çəkilməyə başlayıb.Qarğanı növəti dəfə buraxanda o gedib qayıtmır.Şu-mer dastanında da bənzər olay təsvir edilib.”

Yenidən aktyor görünür:


Baxırdım sahillərə,görüm nə var orada.

On iki mənzillikdə göründü bir ada.

Həmin Nisir dağında dayandı bizim gəmi,

Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi.

Düz iki gün gəmini qoymadı tərpənməyə,

Üç-dörd gün qoymadı,dağ gəmini saxladı,

Beş-altı gün də keçdi gəmini buraxmadı.

Yeddinci gün gələndə mən göyərçin çıxarıb buraxdım göyə,

Göyərçn uçdu,uçdu,gedib döndü geriyə,

Qonmağa yer tapmadı bir də geri qayıtdı.
Qaranquşu çıxarıb,onu buraxdım göyə,

Qaranquş uçdu,uçdu,gedib döndü geriyə,

Qonmağa yer tapmadı bir də geri qayıtdı.

Mən quzğunu çıxarıb, onu buraxdım göyə,

Quzğun yol gedib tapdı suyu çəkilmiş yeri.

Orda yedi,qığladı,daha dönmədi geri.

Mən çıxıb dörd tərəfin dördünə qurban verdim,

Qalxıb dağın başına göylərə alqış dedim.”

Ekranda peyda olan Elməddin Əlibəyzadə deyir:


Dastanda deyilənlərdən göründüyü kimi,Ubar Tutunun oğlu Utnapişti gəmini tərk edər-etməz qurban verir.”Bibliya”da eyni şeyi müşahidə edirik.Nuh gəmidən çıxıb,səcdəgah düzəldir,Tanrıya qurban kəsir.”

Ekranda Naxçıvaın mənzərələri bir-birini əvəz edir və ən sonda Həzrət Nu-hun məzarı nümayiş etdirilir.

Diktor mətni:
Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı dağı olduğu bildirilir.Qurani –Kərimədə isə söhbət Cudi dağından gedir.”Bilqamıs dastanı”nda isə bu dağ Nisir dağıdır.Bu halda söhbət Naxçıvandakı Nəhcir dağından gedir.Azərbaycan rəvayətlərində isə belə deyilir:

Nuhun gəmisi öncə Cudi dağına,daha sonra Ağrı dağına yan alır,sonra Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhcir dağna ilişib dayanır.Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir.Hər halda,fakt budur ki,Nuhun qəbri Naxçıvandadır və minillərdir ki,xalq tərəfindən ziyarət edilir.Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də 1-2-ci əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır.O, Nuhun Nuksua-nada,yəni Naxçıvanda yaşayıb burada öldüyünü,burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir.

Maraqlıdır ki,Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə,yəni təqribən Həzrət Nuh dövründən duz çıxarıldığını göstərmişdir ki,bu da Ptolomeyin məlumatını təsdiq edir.

Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini,sonrakı əsrlərdə bir çox səyyahların bu sərdabəni ziyarət edərək əsərlərində bu barədə qeydlər etdiklərini əlavə etmək lazımdır.Yəni bu şəxsin heç də mifik şəxsiyyət deyil,real tarixi şəxsiyyət olduğu heç bir şübhə oyatmır.”

Ekranda dəvə karvanını hərəkətini göstərən süjet nümayiş etdirilir və Soltan Hacıbəyovun “karvan simfonik suitasının sədaları eşidilir.


Ekranda Leonard Vullinin “Haldeylərin Ur şəhəri”kitabının üz qabığı,sonra isə müəllifin şəkli görüntülənir.

Diktor mətni:
İkiçayarasında uzun müddət arxeoloji qazıntılar aparmış və şumerlərin qədim Ur şəhərinin qalıqlarını üzə çıxarmaqla məşhurlaşmış görkəli amerikalı arxeoloq Leonard Vulli qazıntılar zamanı “Nuh tufanı”nın izlərini aşkarlamış və beləcə sözügedən olayın mif olmadığını sübut emişdir.Deməli, Həzrət Nuh gerçək tarixi şəxsiyyət olduğu kimi,tufan da qədimdə baş vermiş geçək bir hadisədir. Madam ki,bu belədir,deməli,xristian və müsəlman tarixçilərin Yafəsin tüklərin ilk şahı olması və böyük bir dövlətə başçılıq etməsi barədə söylədiklərinə tam ciddi yanaşmaq lazımdır."

Ekranda üzərində mixi yazılar olan gil kitabələrin təsvirləri canlanır.

Diktor mətni:
Təsadüfi deyil ki, qədim şumer mənbələri ölkəmizin ərazisində mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr saxlayan bir dövlətdən söz açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir.”

Ekranda Yusif Yusifovun “Qədim Şərq tarixi”kitabı, ardınca isə alimin öz şəkli görüntülənir.

Diktor mətni:
Görkəmli Azərbaycan alimi,qədim şərq tarixinin gözəl bilicisi,mərhum Yusif Yusifovun yazdığna görə,Eramızdan əvvəl 3-cü minillikdə Azərbaycanda dövlət qurmlarının meydana gəldiyi müşahidə olunur.”

Ekranda peyda olan aktyor alimin şəklinin fonunda əlindəki kitabdan oxu-yur:


Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi.İkiçayarası-nın qədim Azərbaycan tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi yazılarında əks olunmuşdur.Bu qaynaqlar göstərilən hadisələrlə əlaqədar Aratta ölkəsini,kuti,lullu və su tayfalarını yad edir.Uruk şumer şəhə dövləti Aratta ilə iqtisadi əlaqələr yaratmaq və hətta ölkəni özünə tabe etmək istəyirdi.Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına müdaxiləsiniə qarşı mübarizə aparırdılar.Şumerlər və akkadlar Cənubi Azərbaycan,onun təbii sərvətləri barədə müəyyən təsəvvürə malik idlər.”

Ekranda Firidun Ağasıoğlu peyda olur.Altda onun adı,soy adı və elmi dərə-cəsi yazılır. O deyir:


Aratta dövləti Azərbaycan ərazisində yerləşirdi.Şumer və Aratta dövlətləri arasında əlaqələr barədə “En-Merkar və Aratta hökmdarı”, “En-Merkar və En-Sukuşsiranna”, “En-Merkar və Luqlbanda”, “Luqalbanda və Hurrum dağı” kimi bir neçə şumer dastanında əks olunmuşdur. Sözügedən dastanların və digər mənbələrin təhlili Arattanın ərazisinin Cənubi Azərbaycanın ərazisi ilə üst-üstə düşdüyünü,onun cənub sınırlarının Qəzvin və Həmədandan keçdiyini söyləməyə əsas verir.”

Ekranda mixi yazılar görünür.

Diktor mətni:
Aratta Cənubi Aərbaycanda miladdan öncə 3-cü minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlt qurumu idi.Bu dövlətin Şumer dövləti ilə diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya diplomatiya,siyasət və iqtisadi əlaqələr tarixinin başlanğıc nöqtəsidir.Aratta və Şumer şahları arasındakı yazışma isə tarixin ilk diplomatik sənədləridir.”

Ekranda Şumer və Arattanın xəritəsi görünür.

Diktor məni:
Mixi yazılardan belə aydın olur ki, Şumerə hökmranlıq edən Uruk sülaləsindən En-Merkar,bugünkü dillə desək, Merkar xan Aratta xanından Uruka tabe tabe olmağı tələb etmiş,Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer şəhərlərini özünə tabe etmək üçün tədbirlər görmüşdür.Mənbələrin məlumatına görə,Şumer xanı Arattanı ziyarət etmiş,bu iki dövlətin başçıları arsında daim məktublaşma aparılmış,sami tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına kömək üçün müraciət etmiş,o da Şumerdən yardım əlini əsirgəməmişdir.Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti materialları və sənətkarlar göndərmişdir.”

Ekranda Yusif Yusifovun şəkli görünür.

Diktor mətni:

Yusif Yusifovun yazdığına görə, Arattada çoxtanrıcılıq mövcud idi.Şumerdə olduğu kimi,Arattada da İninni və Utu kultları geniş yayılmışdı.Məh-suldarlıq və çobanlar tanrısı Dumuzi də böyük hörmət görməkdə idi.Bundan başqa Lama adlı bir ilahəyə də sitayiş edilirdi.İldırım və şimşək tanrısı İşkur da sitayiş edilən tanrılardan idi.”


Ekranda yenidən Firidun Ağasıoğlu görünür və deyir:
Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl,gümüş, qur-ğuşun, mis, dağ daşı, lacivərd istehsal edirdi. Qiymətli metallardan hazırlanan əşyalar və lacivərd Şumerə ixrac edilirdi.”

Ekranda mixi yazılar görüntülənir.

Diktor mətni:
Şumer mənbələrindən belə görünür ki,həmin dövrdə Arattada yazıdan istifadə edilirmiş.Şumerdə olduğu kimi burada da dövlət institutları fəaliyyət göstərir,elm və təhsilə xüsusi əhəmiyyət verilirdi.Şumerlər Arattanı “saf ənənələr ölkəsi” adlandırırdılar ki,bu da əcdadalarımızın yüksək əxlaqi və mənəvi keyfiyyətlərindən xəbər verir.Mənbələrdən o da məlum olur ki,ölkədə buğda və noxud becərilirmiş.”

Ekranda Şumer və Arattanın xəritələri canlanır.

Diktor mətni:
Mənbələrdən belə aydın olur ki,Şümerlə Aratta arasındakı sərhəddə “Qaradağ” adlı dağ yerləşirmiş.Bu halda söhbət bugünkü İraqla İran sınırında, Süleymaniyyə zonasında yerləşən Qaradağdan gedir.”

Ekranda yenidən mixi yazılar görüntülənir.


Arattada mədəniyyət,incəsənət və sənətkarlıq o qədər yüksək səviyyədə idi ki, Şumer şahları saray və məbədlərin tikintisində arattalı ustalara üstünlük verirdilər.En-Merkar,yəni Merkar xan ilahə İninniyə dua edərək ondan arattalı usataların onun üçün çalışmalarını xahiş etməkdə idi.”

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


Ey mənim xanım ağam ilahə İninni!

Qoy Aratta adamları mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından ,qızıl-gümüş qatışığından,təmiz lacivərddən Urukda-açıq təpədə,sən yaşadığın “Anşan evində” qoy məbəd tiksinlər!

İşıqlı “Kiparın” ortasını-sən yaşadığın yeri Aratta adamları qoy mənim üçün bəzəsinlər!

Aratta adamları dağlardan dağ daşlarını qoy mənim üçün gətirsinlər,qoy mənim üçün böyük ibadətgah tiksinlər!

Qoy mənim üçün böyük məbəd ucaltsınlar!

Böyük məbədi - tanrılar məbədini qoy mənim üçün parıldatsınlar!

Qoy mənim ayinlərimi Kulabda mənim üçün düzgün ifa etsinlər!

Qoy mənim üçün işıqlı dağa bənzər “abzu” qursunlar!

Qoy mənim üçün meşəli dağa bənzər “eredu” təmizləyib hazırlasınlar!

Qoy mənim üçün dərin uçuruma bənzər işıqlı ibadədgah-”abzu” düzəltsin-lər !”

Ekranda mixi yazılar görüntülənir.

Diktor mətni:
Maraqlıdır ki,En-Merkar qasid vasitəsilə Aratta şahına məktub göndərərək ondan özünə tabe olmasını, Uruka qızıl,gümüş, lacivərd və çox sayda usta gön-dərməyi tələb etmişdi.Aratta hökmdarı En-Sukuşsiranna, yəni Sukuşsiranna xan ağsaqqallar şurasını toplamış,onlardan məsləhət istəmişdi,şura da ona tabe olmağı məsləhət görmüşdü.Fəqət Aratta hökmdarı bununla razı olmur və kahin Urqirnuna-nı Uruku ələ keçirmək məqsədi ilə qoşunun başında Şumerə göndərir.Lakin ən son məqamda Aratta ordusu məğlub olur.

Buna baxmayaraq Aratta hökmdarı yenə tabe olmur və Şumer elçisi Luqal-bandaya diplomatiya tarixinin ilk siyasi bəyanatlarından biri hesab edilən siyasi bir cavab verir.”

Ekranda yenidən aktyor peyda olur və oxuyur:


Mən ali kahinəm və təmiz əl,yəni ilahə İninni tərəfindən təyin olunmuşam. Xoşsifət İninni həqiqətən məni Arattaya – saf ənənələr ölkəsinə gətirdi,məni sanki, böyük darvaza kimi onun önündə qoydu.Məgər Aratta Uruka tabe ola bilərmi?”

Yenidən mixi yazılar görünür.

Diktor mətni:
Gördüyümüz kimi,arattalılar siyasətdə din faktorundan çox məharətlə istifadə edirdilər.Maraqlıdır ki,Uruk hökmdarının qasid vasitəsilə göndərdiyi ultimatumda da eyni motivlərdən istifadə edilmişdir.”

Mixi yazıları aktyor əvəz edir və oxuyur:


Qasid, mənim adımdan Arattanın ali kahininə de ki,onun şəhərinin əhalisini vəhşi göyərçinlər kimi ağacdan hürküdərəm,onları quş kimi yuvada tutaram,satılmış qul kimi mən onu öldürərəm.,dağılmış şəhər kimi onun toz torpağını yığaram.Arattanın əhalisi tanrı Enlilin lənətinə gəlmişdir,ilahə İninninin Arattaya qəzəbi tutmtşdur.”

Ekranda Aratta və Şumerin xəritəsi görünür.

Diktor mətni:
Şumer mənbələrindən göründüyü kimi,Aratta xanı həm də baş kahin olmuş-dur.Bu isə o deməkdir ki,həmin dövlət teokratik bir dövlət imiş.Mixi yazıların

təhlili göstərir ki,Arattanın Şumer şəhər dövlətləri üzərində dini hökmranlığı mövcud imiş və əsas dini ibadətgahlar da bu ölkədə yerləşirmiş.Bu üzdən də bir dünyəvi hökmdar olan Uruk xanı baş məbədlərin öz ölkəsinə daşınmasında və ya da Arattanı özünə tabe etməklə dünyəvi güclə yanaşı dini hakimiyyət gücünə də sahib olmaqda maraqlı idi.Başqa sözlə,Uruk hökmdaı Arattanın dini-siyasi basqısından qurtulmağa çalışırdı.”

Ekranda Yusif Yusifovun şəkli görünür.

Diktor mətni:
Yusif Yusifovun yazdığına görə,mixi yazılarda Aratta dövlətinin adına era-dan əvvəl 3-ci minilliyin birinci yarısından başlayaraq 1-ci minilliyə qədər vaxtaşırı məlumat verilmişdir.Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta” kəlməsinin mənası dağ deməkdir.Eradan əvvəl 8-ci əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.”

Ekranda yenidən xəritə çanlanır:

Diktor mətni:
Yusif Yusifov qeyd edir ki, qədim dillərin heç birində dağ mənası verən belə söz olmayıb.”

Ekranda masa üstündə Yusif Yusifovuv “Qədim Şərq Tarixi” kitabı görüntü-lənir.Masaya yaxınlaşan aktyor kitabı götürüb açır və oxuyur:


Bu sözlərə oxşar oronimlər dağ,dağ silsiləsi mənalarında ancaq türk dillərin-də işlənmişdir.Məsələn; Alatta, Alatuu, Alatoo kimi dağ bildirən türk mənşəli adları göstərmək olar.Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir.

Bundan başqa,türk dillərində Altay,Alatey, Alada,Alatau və sairə formalar da vardır.Çox güman ki,Aratta,eləcə də arattu,aratu sözləri erkən prototürk forması olmuş,sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış,yəni Alataa,Alatuu, şəklinə düşmüşdü.Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür etmişdi.Eradan əvvəl 8-ci əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi.Alatey türk dillərində işlənən Alatay,Altay, Alatey və Alatau dağ,dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər.Bu sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır.”

Ekranda filoloq-alim,millət vəkili Nizami Cəfərov görünür.Ekranın alt tərə-fində onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:


"Ən qədim Azərbaycan mədəniyyətinin tipologiyası arxeoloji tədqiqatlar əsasında müəyyən olunur,-əlbəttə,həm maddi,həm də mənəvi mədəniyyətin öz arxeologiyası var; maddi arxeologiya göstərir ki,Azərbaycan xalqı ən qədim dövrlərdən bütün maddi - mənəvi varlığı ilə indiki Azərbaycan ərazisinə bağlıdır,mənəvi arxeologiya - folklorşünaslıq da eyni həqiqəti təsdiq edir.

"Milli mədəniyyət" dedikdə, əsasən millətin formalaşması ilə bağlı olaraq müəyyənləşən mədəniyyət başa düşülür. Millət birdən - birə formalaşmadığı kimi,

kimi,milli mədəniyyət də birdən - birə müəyyənləşmir.Hər iki proses tədricən, eyni zamanda dialektik vəhdətdə gedir."

Ekranda professor Nizami Xudiyev peyda olur.Alt tərəfdə onun adı,soy adı və elmi dərəcəsi yaılır.O deyir:


"Artıq eradan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycan ərazisində prototürk etnosları yaşayırdılar.Cənubi Azərbaycanda meydana gəlmiş ilk qədim dövlət olan Aratta Şumer ilə iqtisadi,siyasi və mədəni əlaqələr saxlayırdı.Həmin dövrdə Azərbaycan əhalisindən söz açan Yusif Yusifov belə bir nəticəyə gəlir ki, Aratta əhalisi türk dilində danışırdı. Son illərin araşdırmaları türk etnoslarının eradan əvvəl 3-cü minillikdə və bəlkə də əvvəl Ön Asiyada və Azərbaycan ərazisində məskun olduqlarını aşılayır."

Ekranda Nizami Xudiyevi tanınmış şərqşünas alim Ədalət Tahirzadə əvəz edir. Ekranın alt tərəfində onun adı, soy adı və elmi dərəcəsi yaılır.O deyir:


"Professor Helmoltun ümumi redaksiyası altında 120 tarixçi alimin birgə yazdığı "Ümumi bəşəriyyət tarixi" əsərinin 2-ci cildində,Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir: "Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır."

Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir.Məsələn,Übeyd ibn Şəriyyə əl-Cürhuminin 7-ci əsdə qələmə aldığı "Xəbərlər"əsərində yazılır ki,xəlifə 1-ci Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş,o da cavab vermişdir ki,Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır.

1126-cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir."

Ekranda Musa Kağankatlının "Alban tarixi" kitabı görünür.Kitab açılır və vərəqlər bir-birini əvəz edir.

Diktor mətni:
"8-ci əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı özünün "Alban tarixi" kitabının Albaniyanın,yəni Aəbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh

oğlu Yafəsin,ikinci yerdə onun oğlu Qamərin , dördüncü yerdə isə onun nəvəsi Toqarmanın adını çəkir."

Ekranda Artomonovun "Xəzələrin tarixi" kitabının üz qabığı görünür.

Diktor mətni:
"Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki,xəzələr Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər.Maraqlıdır ki, xaqan İosif Toqarmanın,yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğulla-

rının da adını cəkmişdir.Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soybabası olmuşdur."
Ekranda dilçi alim Firidun Ağasıoğlu görünür.Alt tərəfdə onun adı,soy adı,atasının adı yazılır.O deyir:
"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını çəkir.Həmin soylar bunlardır: Uyğur,Turis,Avar,Oğuz,Bizal,Trna,Xəzər,Yanur, Bulqar və Savir."

Ekranda Abbasqulu Ağa Bakıxanovun şəkli görünür:

Diktor mətni:
"Abbasqulu Ağa Bakıxanova görə isə, Türk, Bulqar və Xəzər Yafəsin oğul-larıdır.O,daha 6 oğulun adını çəkir ki,onların adları xaqan İosifin ondan təqribən 1000 il öncə çəkmiş olduğu adlardan fərqlənir."

Ekrandakı şəkli mixi yazı mətnlərinin təsvirləri əvəz edir.

Diktor mətni:
"Xəzər xaqanının çəkdiyi türk soy adlarından erkən mixi yazılarda,yəni eradan əvvəl 3-2-ci minilliklərə aid mətnlərdə subarların adına rast gəlirik.Əslində İosifin məktubunda bu soyun adı "savir" şəklindədir.Fəqət sözügedən soyun adına müxtəlif mənbələrdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir.Eradan əvvəl 3-cü minilliyə aid mətnlərdə "subir" forması işlənməkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir."

Ekranda Biləsuvar rayonu və şəhərindən mənzərələr canlanır.

Ekranda yenidən Firidun Ağasıoğlu görünür və deyir:
"Mixi yazılardan belə aydın olur ki,subarlar İkiçayarsının şimlında yaşayırdılar və şumerlərin qonşusu olmuşlar.Şumerlər ikiçayarasının cənubuna Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər."

Ekranda yenidən mixi yazılar görüntülənir.

Diktor mətni:
"Mixi yazılarda subarlarla eyni dövrdə "türk" adını daşıyan xalqdan da söh-bət açılır. Eradan əvvəl 2-ci minilliyə aid aşşur mixi yazılarında onların adı "turukku" kimi çəkilir.Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar."

Ekranda tanınmış Azərbaycan alimi,mərhum Zelen Yampolskinin şəkli görüntülənir.

Diktor mətni:

"Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelen Yampolski olmuşdur. O,türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus-sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki,akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı,eyni ərazinin sakinləri kimi qeyd edilmişdir.Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çəkilr."

Ekranda yenə də Firidun Ağasıoğlu peyda olur və deyir:


"Aşşur mənbəlrində rast gəlinən "turukku"etnonimi "türk"etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır.İlk dəfə Zelen Yampolski tərəfindən söylənilən fikrə sonralar Yusif Yusifov,Qiyasəddin Qeybullayev kimi Azərbaycan alimləri də şərik çıxmışlar."Türk"adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka", Xotan mətnlərində "ttrruki",Tibet mənbələrində "druq" və "druqu" formasında rast gəlmək mümkündür."

Ekranda Yusif Yusifovun şəkli görüntülənir.

Diktor mətnu:
"Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə,eramızdan əvvəl 2-ci minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır.Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular.Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə

çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar."

Ekranda mixi yazılar görüntülənir.

Diktor mətni:
"Aşşur mixi yazılarından belə məlum olur ki,aşşur hökmdarı 1-ci Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir,lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir.Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər.Aşşur hökmdarı 1-ci İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir."

Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


"O ki qalda Şuşarra olkəsinə,siz mənə yazırsınız ki,bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar.Mən oraya əlavə qoşun gətirdim,onlar dağlara çəkildilər.Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz."

Ekranda Firidun Ağasıoğlu görünür və deyir:



"Pratürk mərhələsindən sonrakı dövrdə türkdilli etnoslar iki əsas qola ayrılmış ,bunlardan biri Ön Asiyanın müxtəlif yerlərinə səpələnmiş, digər qolu isə şərq istiqamətində hərəkət edərək oradakı pramonqol,pratunqus-mancur,prakoreya və sairə etnoslarla uzun müddət kontaktda olmuşlar ki, həmin kontakt nəticəsində ortaya çıxan paralelləri Altay nəzəriyyəsi qohumluq kim təqdim edir.Doğrudur,həmin paralellərin toplanması və şərhi türkologiya elminin inkişafına təkan vermişdir,lakin bu nəzəriyyə türk dillərinin daha qədim dövrünə enməyə imkan vermir.Altayşünaslıqda qəbul edilmiş "dil qohumluğu" ifadəsi əvəzinə "dil paralelləri" ifadəsinin işlənməsi daha doğru olar.Bu halda gerçəklik ortaya çıxmış olar.Eyni sözləri qədim Ön Asiya dilləri barədə də deməliyik.Turk dillərinin şərq qolları şərq dilləri ilə kontaktda olduğu kimi,qərb qolları da ondan çox-çox qədim zamanlardan Ön Asiya dilləri ilə kontaktda olmuşdur."

Ekranda karvanın getməsini əks etdirən süjet canlanır.Süjeti Soltan

Hacıbəyovun “Karvan simfonik” suitası müşayiət edir və süjetin fonunda

yazılır:


ÜÇÜNCÜ SERİYANIN SONU


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə