Bəxtiyar Tuncay azərbaycan xalqinin maddi



Yüklə 1,44 Mb.
səhifə8/15
tarix24.10.2017
ölçüsü1,44 Mb.
#6511
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

4-cü seriya

Yarıya qədər doğmuş günəşin fonunda hərəkət edən dəvə karvanının silu-eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik suitasının müşayiəti ilə cərəyan edir.

Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
Azərbaycanın maddi və mənəvi mədəniyyəti,incəsənəti,ədəbiyyatı xalqı-mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta Şərqin qədim tarixinin bütün istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf etdiyi ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib olan,eyni dildə danışan,eyni inancları paylaşan vahid bir etnosun yaşadığını birmə-nalı şəkildə sübut edən çox sayda əvəzsiz maddi mədəniyyət nümunəsi tapılmış-dır.”

Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:


Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dönyada insanın for-malaşdığı ilk məskənlərdəndir.Arası kəsilmədən yaşayış məskəni olmuş bu torpaq bəşər tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr ölkəsidir.

Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-nan zəngin folklor nümunələri əks etdirir.”

Ekranda Nizami Xudiyev görünür. Alt tərəfdə onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:



"Ön Asiyanın qədim dillərində - bir sıra yerli abidələrdə türk sözləri qeydə alınmışdır ki,bu, türk etnosunun Azərbaycanda,ümumən Ön Asiyada müəyyən rol oynadığını və həmin rolun ardıcıl olduğunu təsdiq edir."

Ekranda öncə Yusif Yusifovun şəkli görünür,sonra isə şəkli aşağıdakı yazı əvəz edir:


"Elam və türk dilləri arasında aparılmış müqayisələr bu dillərin nə vaxtsa yaxın kontaktda olmuş olduğunu sübut edir.Daha doğrusu həmin kontaktın eradan əvvəl 3-2-ci minilliklərdə İran ərazisində baş verdiyini söyləmək üçün əlimizdə kifayət qədər əsas vardır.

Yusif Yusifov."
Diktor yazılanları səsli olaraq təkrarlayır.

Ekranda dilçi alim İ.Məlikov peyda olur.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


"Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl 3-2-ci minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha sonra isə ,bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir."

Ekranda yazılır:


"Xatt dilində Türk dilində

------------------------------------------

kud qut (can,ruh)

takkıl taxıl

tek tik (tikmək)

aşaq acıq

kuru gör (görmək)

kuba qanmaq (anlamaq)

-------------------------------------------------------

Kadr arxasından alimin səsi eşidilir.O,sözünə davam edərək deyir:


"Kud. Xatt dilində bu söz əksər hallarda "li-kud" və "li-kuddu" formasında işlədilib ki, mənası onun canı, onun ruhu deməkdir.Türk dilindəki can, həyat gücü,ruh mənalarını verən "qut" kəlməsi ilə üst-üstə düşür.

Takkıl. Tədqiqatçı Dunayevskaya bu sözün kökünün tullamaq,səpmək mənasını verən "kıl" kəlməsi olduğunu,"tak" hissəciyinin isə sözönü olduğunu ehtimal etmişdir.Kammenhuber isə haqlı olaraq göstərmişdir ki,bu sadə sözdür və "səpmək", "dağıtmaq" mənalarında işlənmişdir. Bu söz türk dilində dağılmaq, dağıtmaq və dənli bitki mənalarında işlənən "taxıl" sözü ilə paralellik təşkil edir.

Başqa bir paralel isə ana dilimizdəki "tik" sözünün verdiyi mənanı verən "tek" kəlməsidir.Acıq mənasını verən "aşaq" və görmək mənasında olan "kuru" sözləri də bu qəbildəndir.

Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə "kar" və "kur" formalarında şu- mer dilində də rast gəlinir.

Qanmaq mənasında olan "kuba" kəlməsi şumer dilində "ka" şəklində qeydə alınmışdır."

Ekranda yenidən İ.Məlikov görünür və sözünə davam edir:


"Xatt dili ilə türk dilinin əlaqəsi təsadüfi ola bilməzdi və bu,böyük ictimai-siyasi nüfua malik iki dilin uzunmüddətli əlaqəsinin bəhrəsindən başqa bir şey deyildir.

Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında da müşahidə edilir.Eradan əvvəl 2--ci minilliyə aid hett mixi yazı mətnlərində də bir çox türk sözünə rast gəlmək mümkündür."

Ekranda yenidən yazılar peyda olur:


"Hett dili Türk dili

---------------------------------------------------

te de (demək,danışmaq)

tür dürmələmək

atta ata

anna ana"

-----------------------------------------------
Kadr arxasından alimin səsi gəlməkdə davam edir:
"Te. Bu kəlmə hett dilində danışmaq,söyləmək, demək anlamlarında işlənmiş, Urartu kitabələrində "ti" formasında qeydə alınmışdır.

Tür. Sözün hett dilindəki mənası bağlamaq,bükmək,sarımaq,üzləməkdir. Ana dilimizdəki "dürmələmək" sözü ilə üst-üstə düşür."

Ekranda "Yeddi oğul istərəm" filmindən öküzlə yer şumlanması və dən səpilməsi,eləcə də "Böyük dayaq" filmində taxıl biçilməsi səhnələri canlanır.

Diktor mətni:
"Qədim şumer kitabələrində bu gün də dilimizdə işlənməkdə olan "arpa", "saman", "su", "tum", "şum" və sairə bu kimi əkin-biçinlə bağlı kəlmələrin qeydə alınmış olması,eləcə də 5 min öncəyə aid şumer qaynaqlarında Arattada, yəni bugünkü Azərbaycan ərazisində buğda və noxud əkildiyinin bildirilməsi, hələ Neolit və Eneolit dövrlərindən zəngin əkinçilik mədəniyyətinə sahib olan xalqımızın üstəlik bu mədəniyyətin izlərini dilimizin qədim qatlarında faktlaşdırmış olması şübhəsiz ki,ana dilimizin geniş imkanlarından və konsevativliyindən xəbər verməkdədir. Məhz bu konservativlik sayəsində dilimizin daha qədim qatlarında əksini tapmış bir sıra arxetiplər dövrümüzədək qorunmuşdur.Bu hal dünyanın başqa dillərində ya müşahidə olunmur,ya da çox az müşahidə olunur.

Ön Asiyanın ən qədim dilləindən olmuş xatt dilində türk dilindən alınma taxıl kəlməsinin olması qədim xalqların əkinçilik mədəniyyətini məhz əcdadlarımızdan öyrəndiklərinin ən gözəl sübutudur.Təsadüfi deyil ki, qədim yunan tarixçisi Herodot iskitlərə, yəni tüklərə göydən endirilən hədiyyələr içərisində kotanın, xamıtın adlarını ilk yerdə çəkməkdədir.Ümumiyyətlə dilimiz istər əkinçilik.istərsə də heyvandarlıq terminologiyası baxımından başqa dillərlə müqayisəyə gəlməyəcək dərəcədə zəngindir."

Ekranda xalça toxuyan qızlar,ardınca da dulus çarxında qab düzəldən sənətkar görünür.

Diktor mətni:
"Eyni sözləri toxuculq və dulusçuluq sənətləri ilə bağlı treminologiya barədə də söyləmək mümkündür.Şübhəsiz ki,bu terminləin böyük əksəriyyəti Neolit və Eneolit,bir qismi isə Tunc dövrünün məhsuludur.Maraqlıdır ki,eyni dövrlərdə eyni məşğuliyyət növləri ilə bağlı çox sayda folklor nümunəsi yaranmışdır ki,onların bir qismi nəsildən-nəslə ötürülə-ötürülə müəyyən dəyişiklərlə dövrümüzədək gəlib çatmışdır.Daha çox "Əmək nəğmələri" adı altında tanınan bu nümunələrin qiymətini təsəvvür etmək belə çətindir."

Ekranda folkloşünas alim Vaqif Vəliyev görünür.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


"Azərbaycan xalq şerinin müəyyən hissəsi əmək nəğmələrindən ibarətdir. Əmək prosesi ilə əlaqədar olaraq yaranan folklor nümunələri ibtidai insanların ilk söz sənəti növlərindən biri olmuşdur.

Qədim dövrlərdən başlayaraq, xalqımız əkinçilik və maldarlıqla məşğul olduğuna görə,onun başqa əmək nəğmələrinə nisbətən, təsərrüfatın bu sahəsinin tə-rənnümünə həsr edilmiş nəğmələr üstünlük təşkil edir.Əkin,biçin və səpin zamanı oxunan nəğmələrə holavalar deyilir."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"Hütə,hütə,hütə,ho,

Hütə,hütə,hütə,ho.

Öküzüm,maralım,hütə,

Qaldı avalım,hütə.

Hütə,hütə.hütə,ho,

Hütə,hütə,hütə,ho.

Gün getdi,yağış gəldi,

Gəl,kəlça kalım,hütə.

Hütə,hütə.hütə,ho,

Hütə,hütə,hütə,ho."

Ekranda yenidən Vaqif Vəliyev peyda olur və deyir:


"Bu mahnıların qədim dövrdə yarandığı güman edilir.Öküzə qoşulmuş kotanla yer əkən zaman heyvanların hərəkətinə,alətlərin çıxartdığı səslərə uyğun olaraq oxunan holavarların ilkin forması və məzmunu bəsit idi."

Ekranda yenə də aktyor görünür və yenə də əlindəki kitabdan oxuyur:


" Ala kəlim,huş ho,

Qara kəlim,huş ho,

Ana kəlim,huş ho.

Huş ho,huş ho...

Huş ho,

Huş ho,

Huş ho..."

Ekranda təkrar görünən Vaqif Vəliyev sözünə davam edir:



"Holavarlar sadəcə əkinçinin mənəvi ehtiyacını ödəyən nəğmələr olaraq qalmır,dövrün ictimai-iqtisadi mənzərisini də özündə əks etdirir."

Ekranda peyda olan aktyor adəti üzrə kitabdan oxuyur:


" Ho-ho,ho-ho,öküzüm,

Ho-ho,ho-ho,öküzüm.

Budu bütə öküzüm,

Bir qarış yerim qalıb,

Ho,ho,ho,

Ho-ho,ho-ho,öküzüm."

Ekranda tarixçi alim İ.Cəfərov peyda olur.Ekranın alt tərəfində onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:


"İlk Tunc dövründə əkinçilik və maldarlığın inkişafında yeni mərhələ başlanır,toxadan xeyli müddət istifadə olunsa da tədricən toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur.Əkin sahələri genişlənir,şumlamada istifadə edilən sümük və daş toxalar tədricən sıradan çıxır.Qoşqu qüvvəsindən istifadə əkinçilikdə məhsuldarlığı xeyli yüksəldir.Yerli əhali əkinçilikdə Eneolit dövrü ənənələri ilə yanaşı yeni mütərəqqi üsullarda tətbiq edərək yeni bitki növlərini mənimsəyir."

Ekranda "Yeddi oğul istərəm filmindən öküzlə yer şumlanması və dən sə- pilməsi epizodu çanlanır.

Diktor mətni:
"Holavarların bir qisminin məzmunu onların məhz erkən Tunc dövründə yarandığını sübut edir.Bu halda əsasən cütçü nəğmələri nəzərdə tutulur.Bəzi nəğmələrdə isə ovsun elementləri çox güclü hiss edilir. Belə nəğmələr isə, təbii ki,daha qədim dövrün-Eneolit dövrünün məhsuludur."

Ekranda peyda olan aktyor oxuyur:


" Broy,broy,broy,

Broy,broy,broy,broy.

Torpağa atdım tumu,broy,

Torpağa qatdım tumu broy.

Broy,broy,broy,

Broy,broy,broy.

Göyər səmənim,broy,

Döyək səməni,broy.

Broy,broy,broy,

Broy,broy,broy.

Ekranda Vaqif Vəliyev görünür və deyir:


"Şifahi poeziya yaradıcılığımızda əkinçiliklə yanaşı,maldarlıq və qoyunçuluqla məşğul olanların yaradıcılığı da geniş yer tutur."

Ekranda Vaqif Vəliyevi əvəz edən aktyor əlindəki kitabdan oxuyur:


" Nənəm o şişək qoyun,

Yunu bir döşək qoyun,

Bulamanı bol elə,

Qırıldı uşaq qoyun.
Nənəm qaraqaş qoyun,

Qarlı dağlar aş, qoyun.
Ay qaranlıq gecədə,

Çobana yoldaş qoyun."

Ekranda folklorşünas alim Azad Nəbiyev peyda olur.Ekranın alt tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


"Xalqımızın qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri içərisində sağın nəğmələri mühüm yer tutur.Sağın nəğmələri saya nəğmələrindən fərqli olaraq tərəkəmələr-köçəri tayfalar içərisində yaranmış,fəqət oturaq tayfalar tərəindən də asanlıqla qəbul edilmişdir."

Ekranda Azad Nəbiyevin yerini tutan aktyor oxuyur:


" Dutum,dutum,

Nənəm,dutum.

Səni sağan

Dutum,dutum,

Mənəm dutum

Dutum,dutum,

Bacım,dutum.
Ucaboy maral inək,

Qarnı bir xaral inək,

Doymursan tayalardan

Südü bir aral inək."

Ekranda yenidən Azad Nəbiyev görünür və sözünə davam edir:


"Əmək nəğmələri qrupuna daxil olan ovçu nəğmələri də əcdadlarımızın ovçuluq həyaının müxtəlif cəhətlərinin öyrənmək baxımından faydalıdır."

Ekranda aktyor peyda olu və oxuyur:


" Ova gedən

Ovun tuş.

Ovun olsun

Maral,quş."

Ekranda xalça toxuyan qızlar görünür.

Diktor mətni:
"Peşə və məşğuliyyətlə bağlı əmək nəğmələri içərisində toxuculuq və xalçaçılıqla bağlı hana nəğmələri mühüm yer tutur.Hana nəğmələri bilavasitə əmək prosesində ,yəni ilmə vurularkən və döyülərkən söylənən nəğmələrdir:
Kəndəlaşı dərmişəm,

Dərib yerə sərmişəm.

Üzül boyağım,

Düzül boyağım,

Kətan içindən

Süzül boyağım.

Əzildi,

Üzüldü,

Qırx taxçaya

Düzüldü.
Əgər ovçu nəğmələrinin kökü mezolit dövrünə qədər uzanırsa,hana nəğmələri Neolitin sonları,Eneolitin əvvəllərində förmalaşmağa başlamışdır.Sayaçı və sağın nəğmələrinin isə formalaşma dövrü kimi ilk Tunc dövrü qəbul edilə bilər.Müəyyən vəznə və ritmə tabe olan bu tip nəğmələrin bir qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan və ya cüzi dəyişiklikərlə gəlib çata bilmişdir."

Ekranda Azad Nəbiyev görünür və deyir:



"Əmək nəğmələri içərisində balıqçı nəğmələrinin də özünə məxsus yeri var.Bu nəğmələrin dəniz və çay əttafında yaşayan tayfaların şifahi poeziyasında ilkin inkişaf mərhələlərində yarandığı ehtimal edilir.balıqçı nəğmələri çox qədim "Vətəgə nəğmələri" adlı 40 nəğmədən ibarət olmuşdur."

Ekranda "Əhməd haradadır?" filmindən Leylanın atası ilə birlikdə göldə balıq tutma səhnəsinin əks olunduğu süjet əks olunur.Bu səhnəni torla balıq tutan balıqçılarla bağlı başqa bir süjet əvəz edir.

Kadr arxasından alimin səsi eşidilməkdə davam edir:
"Vətəgəyə işə gələnlər bu nəğmələri öyrənməmiş balıq ovuna çıxmazlarmış. Bu nəğmələr ayın doğmasını tərənnüm edən nəğmə ilə başlayır."
Azad Nəbiyevin səsini aktyorun kadr arxasından eşidilən səsi əvəz edir:
" Yahu,hu,hu,

Hu,hu,Yahu.

Gecədən yola düş gəl,

Sübh üstü sala düş gəl.
Ay çıxsın tora baxsın,

Avarçım dora baxsın.

Yel babam nənnidədir,

Giriş ver kirişləyək.

Babamı nənni üstə,

Yelpik ver yelpikləyək."

Ekranda görünən Azad Nəbiyev deyir:


"Fitlə başlayan bu nəğmələr xüsusi nəqarətli xorlarla qurtarmışdı.Toru yığarkən,külək,firtina qoparkən oxunan balıqçı nəğmələi də olmuşdur.Toru atdıq-dan sonra ov gözləyən balıqçıların sevgi nəğmələri daha geniş yayılmışdır.Bu nəğmələr balıqçıların şəxsi arzu və istəkləri ilə bağlı motivləri əks etdirir.balıqçı nəğmələrində mifoloji təsəvvürlərin mühafizəsi-dəniz adamlarının,su pərilərinin, onqonların,tanrıların təsviri çox qüvvətli olmuşdur."

Ekranda peyda olan aktyor oxuyur:


" Tor doldu.

Tarım oldu.

Qayığım

Yarım oldu.

Toru atan,toru çək,

Doru açan,doru çək.

Salı salan,salı tut,

Toru salan,toru tut.

Hu,hu,yahu,

Yahu.hu,hu.

Tor doldu,tarım oldu.

Qayığım yarım oldu.

Yahu,hu,hu,

Hu,hu,yahu.

Ekranda baramadan ipək saplarının alınması, ipək şalların boyanması və üstlərinə bəzək vurulması prosesini əks etdirən süjet görüntülənir.

Kadr arxasından Azad Nəbiyev sözünə davam edir:
"Xalq arasında "gümçü nəğmələri" adı ilə tanınan ipəkçi nəğmələri də böyük maraq doğurmaqdadır.Bu nəğmələrdə barama,onun əhəmiyyəti ,barama qurdlarının bəslənməsi,onlara qulluq edilməsi,baramanın bəd nəzərdən qorunması , insan həyatına gözəllik gətirməsi, dolanacaq vasitəsi olması və sairə tərənnüm olunur.

Əldə edilən ipəkçi nəğmələrində baramaçılıq və ipəkçiliklə bağlı bir sıra etiqad və görüşlər əks olunmuşdur.Başqa janrlarda bəzən nəzərə çarpan bir xüsusiyyət gümçü-ipəkçi nəğmələrində də özünü göstərir.Gündəlik müşahidə zamanı söylənən nəğmə sonradan tapmaca şəklinə düşmüş və hafizələrdə belə yaşamışdır.

Bir quşum var alaca,

Gedib qonar ağaca.

Özünə bir ev tikər,

Nə qapı qoyar,nə baca."

Ekranda "yağış yağdırmaq" və "yağış dayandırmaq" ovsun-ayinlərinin əks olunduğu epizod təkrar göstərilir.Çay qırağında durmuş milli geyimli qızlar görünür.Onlar xorla deyirlər:


Suda daşım,

Baba daşım,

Gələr,getməz

Yağışım.
Suda daşım,

Yaş başım,

Yaş oldu

Üst-başım.”

Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:


Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.”

Sonra qızlar birlikdə oxuyurlar:

Budu daşı,



Bulutların

Kudu daşı,

Bişirmişəm

Xəmiraşı.

Qonaq gəlsin

Godu başı,

Gətirsin

Qızıl günü,

Aparsın

Yağışı.

Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.”

Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-dan diktorun səsi eşidilir:


"Folklorşünas alimlərimizin illərlə fədakarlıqla,böyük zəhmətlər bahasına

toplayıb yazıya köçürdükləri folklor nümunələri tariximizin minillər öncələrə aid mərhələlərinin inanc və təfəkkür tərzini öyrənmək baxımından nə qədər böyük önəm daşıyısa, dilimizin minillər öncəki vəziyyətini,onun terminologiya və leksikonunun,morfoloji və sintaktik quruluşunu tədqiq etmək baxımından da bir o qədər qiymətlidir.Sözügedən nümunələr xalq ədəbiyyatımızın,onun janrlarının inkişaf dialektikasını öyrənmək üçün zəngin material verməkdədir.Ən əsası isə, bu nünunələr türk dillərinin,onların ləhcə və şivələrinin praformasının,başqa sözlə ən qədim kökünün oğuz türkcəsinin Azərbaycan variantı olduğunu sübut etməkdədir."

Ekranda akademik N.Marrın şəkli görüntülənir.

Diktor mətni:
"Böyük dilçi alim,akademik Marr vaxtilə yazırdı..."
Şəklin fonunda yazılır:
"Türk dillərinin mənşəyi nəinki aydınlaşmayıb,bu məsələyə heç toxunulmayıb da.Türk dillərinin genezisi,yəni mənşəyi məsələsi əslində heç vaxt və heç kim tərəfindən diqqət mərkəzinə çəkilməyib.Hamıya bəllidir ki,türklər Asiyanın dərinliklərindən baş alıb gəliblər,deməli orada yaranıblar.Ədəbi fəallıqları ilə türklər 6-cı əsrdən bəllidir,çinlilər isə,türkləri ondan min il əvvəl də belə tanıyırmışlar,elə bunun əsasında da mütəxəssislər bizi öyrədirlər ki,türk dilləri öz konservatizmi ilə seçilir.Belə ki, 6-cı əsrə aid abidələr müasir dövrdə mövcud olan dialektləri özündə əks etdirir.Belə çıxır ki,türk dilləri min üç yüz il ərzində,demək olar ki.dəyişməyib.Onu da nəzərə alsaq ki,türk dilləri öz təbii mühafizəkarlığını əvvəlki minilliklərdə də hifz edə bilərdilər ,yəni çinliləin "zəhmət çəkib" onlar haqqında məlumat verdikləri dövrdə də,ondan qat-qat qədim dövrlərdə də.

Bu belədir.Hələ o da məlumdur ki,əsil izahın olmaması üzündən bu səbəb başqa dillərlə əlaqədar da tətbiq edilir...Lakin dillər təbiətin məhsulu deyil,dillərdə təbiətdən alınma xüsusi cəhətlər yoxdur.Hətta konservatorluğun da öz tarixçəsi var. Bir sözlə,türk dillərinin mənşəyi məsələsi çoxdan həlli çatmış elmi problemdir. Dilin öyrənilməsində və onun tam dərkində bunsuz irəli bircə addım atmaq mümkün deyil. Necə ki, türklərin kütləvi surətdə Asiyada yaşadığı faktı,- əslində,hec bunu da demək olmaz,-əsasında məhz Asiyanın onların əcdadlarının

vətəni olması ideyası ilə elmi cəhətdən razılaşmaq olmaz...Aydın məsələdir ki,türklərin və türk dilinin yaranması və inkişafı taleyi ilə müqayisədə bəşəriyyətin tarixi yaddaşının çox qısa bir dövrünə aid olan faktın əsasında Asiya türklərin ana kök vətəni kimi qəbul edilə bilməz... Deməli, türkoloqların ümumi rəyinə görə, türk dillərini fərqləndirən belə statik vəziyyətə və konservatorluğa nail olmaq üçün bu dillər böyük bir ictimai fəaliyyət və dinamik dil yaradıcılığı prosesindən keçməli idi."
Diktor kadr arxasında yazılanları oxuyur.

Ekrandakı yazılar itir şəkil isə qalır.Kadr aexasından diktorun səsi gəlir:


"Akademik Marr türk dillərinin tədqiqində hind-Avropa dilçiliyinin metafiziki metodlarının tətbiqinə etiraz edərək yazırdı..."

Ekrandakı təsvirin fonunda yazılır:


"Bu ki,"quyu"dur və hindavropaçıların "quyu"sundan onunla fərqlənir ki, hind-Avropa dilçiləri öz sahələrində çox dərin qatlara gedib çıxıblar və indi yoldan dönmək istəsələr də. öz dahilərini yerlə bir etmədən buna nai ola bilməzlər.Öz dil sistemlərinin dərinliklərinə enməyə macal tapmamış türkoloqların "quyu"su ilə ortada ümumi bir cəhət var;hər ikisinin metodu formal xarakter daşıyır,canlı və zəngin materiallar ümmanında səslərin maddi reallığına əsaslanır,hind-Avropa dilçiləri isə türklərin ayağı altında ləngər vuran insanın ilk doğuluş yerindən beşəlli yapışaraq, zəngin türk dilini türklərin...təsərrüfat və ictimai həyatı ilə əlaqələndirə bilmirlər."
Diktor kadr arxasından yazılanları oxuyur.

Ekrandakı təsviri növbə ilə görüntülənən Qobustan və Gəmiqaya təsvirləri əvəz edir.

Diktor mətni:
"Şübhəsiz ki,akademik haqlı idi.Onun türkoloqların türk dilini türklərin təsərrüfatı,ictimai həyatı ilə üzvi surətdə əlaqələndirməli olduqları fikri ilə razılaşmamaq olmur.Döğrudan da dilimizin ən qədim qatlarının üzə çıxarılmasında əcdadlarımızın ən qədim təsərrüfat,məişət və ictimai həyatları haqqındakı məlumatları incələməyin böyük rolu var və məhz qədim daş dövründən başlayaraq ulu babalarımızın həyat və fəaliyyətlərinin ayrı-ayrı sahələrini araşdırmaqla, çağdaş dilimizdə həmin sahələri ifadə edən sözlərin ilkin köklərini bərpa etmək,dilimizin ən ilkin qatlarına qədər enmək mümkündür.Əldə olan zəngin folklor nümunələrimiz bunun üçün ölçüyəgəlməz material verir.Bu baxımdan ovsunların verdiyi material daha qədim qatlara enməyə imkan yaradır."
Ekranda Azad Nəbiyev görünür və deyir:

"Ovsunların yaranmasında xalq inanclarından geniş istifadə edilmişdir. Ovsunların bəzilərini ilk baxışda inanca bənzər xüsusiyyətlərinə görə ayırmaq çox çətin olur.Onların toplanmasına nisbətən yeni başlanmışdaır.Əldə olan materiallar əsasında bu maraqlı janrı aşağıdakı mövzular üzrə qruplaşdırmaq olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar,insanın yaşayışını təmin edən bitki və heyvanları qorumaq üçün yaranan ovsunlar,insanların gündəlik məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar."

Ekranda peyda olan aktyor oxuyur:


" İt qapma. Nəzərbağlama ovsunu

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə