Bəxtiyar Tuncay Eneolit dövrü kurqanlarımız Azərbaycan türklərinin sübut oluna bilən etnik tarixinin başlanğıc nöqtəsi kimi



Yüklə 149,61 Kb.
tarix21.06.2018
ölçüsü149,61 Kb.

Bəxtiyar Tuncay

Eneolit dövrü kurqanlarımız Azərbaycan türklərinin sübut oluna bilən etnik tarixinin başlanğıc nöqtəsi kimi

E.ə. IV minillikdə Azərbaycan ərazisində peya olan və radiokarbon analizləri nəticəsində bölgənin ən qədim kurqanları kimi qəbul edilən dəfn abidələri 11 №-li (2005) Soyuqbulaq kurqanı (e.ə. 3930-3760-cı illər), Üçtəpə kurqanı (e.ə. 3932-3363-ci illər), 8 №-li (2005) Soyuqbulaq kurqanı (e.ə. 3790-3710-cı illər), eləcə də 14 (2005, e.ə. 3700-3640-cı illər) və 9 (2005, e.ə. 3650-3639-cu illər) №-li Soyuqbulaq kurqanlarıdır. Digər Soyuqbulaq kurqanları e.ə. IV minilliyin ortalarına aiddir.

Bu və ümumiyyətlə e.ə. IV minilliyə aid olan kurqanlardan mövzumuz baxımından bizim üçün ən önəmliləri Üçtəpə, 1 №-li (2006) Soyuqbulaq və 1 №-li Telmankənd kurqanlarıdır. Həmin kurqanların hər birindən at başlı skipeter tapılmışdır ki, bu da həmin kurqanlarda dəfn edilmiş şəxslərin qəbilə başçısı, başqa sözlə bəy (bəlkə də xan) olduğunu, qəbiləyə məxsus at ilxısının onun nəzratinədə olduğunu göstərir.

Üçtəpə və 1 №-li Telmankənd kurqanlarının önəmi isə ondadır ki, onlarda daş baltalara rast gəlinib ki, bu da Sügə toyon (Balta ağa), deməli, həm də Ceseqey ayıı kultlarının artıq e.ə. IV minillikdə formalaşmağa başladığını, Ağ ana kultunun öz önəmini itirmisinin də təqribən eyni dövrdə baş verdiyini söyləməyə əsas verir. Bundan başqa, Döyüş baltaları mədəniyyətinin köklərinin Cənubi Qafqaza uzandığını söyləyə bilərik. Üstəlik də 1 №-li Telmankənd kurqanında dəfn edilmiş mərhumun sağ böyrü üzərində, bükülü vəziyyətdə uzadılmış olması bu kurqanın R1a Y-xromosomunu daşıyan protoqıpçaq-bulqarlara aid olduğundan xəbər verir.

Konik formalı bu kurqan Bakı-Astara şosse yolunun yaxınlığında aşkar edilmişdir. Onun örtüyünün hündürlüyü 2.3 m, diametri 14 m, daş kromlexinin diametri isə 6.9 m. idi. Kurqan örtüyü müxtəlif ölçülü daşlardan qurulmuşdu. Qəbir kamerası kurqanın mərkəzində, örtüyün altında, 1 m dərinlikdə qazılmışdı, uzunluğu 1 m, eni isə 0.7 m idi, Kamera ölçülərinə görə cox da boyuk olmayan daşlarla əhatə edilmişdi. Burada rast gəlinmiş insan qalıqları güclü cürüntü və aşınmaya məruz qaldığından onun basdırılma vəziyyətini müəyyənləşdirmək mümkün olmayıb. Onun sağ böyrü üstə, bükülü vəziyyətdə basdırıldığı ehtimal edilir. Fikrimizcə bu ehtimal doğru deyil. Qəbirdən at başlı skipeterin çıxması orada basdırılanın R1b Y-xromosomunun daşıyıcı, yəni protooğuz olma ehtimalını artırır. Protooğuzlar isə ölülərini arxası üstə basdırardılar.

Qəbir kamerasında 2 ədəd 27 və 15,5 sm uzunluqlu nizə ucluqları, at başlı skipeter, iki araba təkəri modeli və iki balta aşkar edilib. Nizə ucluqlarının Ön Asiya-Qafqaz tipli olduğu hesab edilir (Махмудов Ф. Р., 2008, s. 38-40).




1 №-li Telmankənd kurqanı
2 №-li Telmankənd kurqanı 1 №-li kurqandan 1 km cənubda, Bakı-Astara şosse yolunun kənarında, Drankeş adlı yerdə aşkar edilib. Hündürlüyü 2 m, diametri 11 m olan və təpəsində cuxur olduğu müəyyən edilən bu kurqanın daş kromlexinin diametri 6.9 m kimi qeydə alınıb. Dördbucaqlı formalı dəfn kamerasının ölçüləri isə 3.5 x 2.4 x 1.2 idi. Kamera böyük ölçülü sal və çay daşlarından qurulmuşdu. Burada insan qalıqlarına, eləcə də talan edilmiş olması səbəbindən heç bir arxeoloji mədəniyyət nümunəsinə rast gəlinməyib. F. Mahmudovun yazdığına görə, sözügedən kurqanlar örtük və kromlexlərinin ölçüləri baxımından Xankəndi, Xacıncay, Gəncəcay, Oğuz, Qobustan və Qəbələ kurqanlarının bənzəridir. Bu tip kurqanlar Lənkəran və Masallı ərazilərində də qeydə alınıblar (Махмудов Ф. Р., 2008, s. 40 – 43).

Tədqiqatcılar bu kurqanların e.ə. III minilliyin ikinci yarısına aid edirlər, amma nə qədər ki, radiokarbon analizi aparılmayıb, bu tarix şübhəli olaraq qalacaq.

Elmi ədəbiyyata “Üçtəpə kurqanları” kimi daxil edilmiş üç kurqan da Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında aşkar edilmişdir. Əzəmətli görkəmləri ilə diqqət çəkən bu kurqanlardan nisbətən daha kiçik olanının (3 №-li Üçtəpə kurqanı) diametri 130 m, hündürlüyü isə 13 m-dən artıq olub. 1960-cı ildə abidənin tədqiqinə başçılıq etmiş A. İessen azərbaycanlı həmkarı Q. İsmayılzadə ilə birlikdə torpaq örtüyünü götürdükdən sonra onun altında diametri 25 m, hündürlüyü isə 2 m-ə yaxın olan daş yığını aşkar etmişdilər. Cənub-qərb, şimal-şərq istiqamətli qəbir kamerası bu onun altında qazılmışdı, uzunsov-oval formaya sahib idi. Kameranın uzunluğu 13,89-14, 30 m, eni 2.20-2.6 m arasında, dərinliyi isə 2.60 m kimi qeydə alınmışdır. Onun kənarı, eynən Borsunlu kurqanlarında olduğu kimi bir cərgə çay daşı ilə əhatələnmişdi. Kameranın üst örtüyü iki qat cərgə halında uzadılmış muxtəlif ölçülü ağaclardan qurulmuşdu. Ağacları uzunluğu 24 m-ə catırdı.


Azərbaycan ərazisindən tapılmış skipeterlər: 1) 3 №-li Se Gerdan kurqanı Urmiyə, Cənubi Azərbaycan); 2) Muğan ərazisindən təsadüfi tapıntı; 3) 1 №-li (2006) Soyuqbulaq kurqanı; 4) 1 №-li Telmankən kurqanı
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 3 №-li Üçtəpə kurqanı hələ qədim dovrlərdə talan olunmuşdur. Talandan sonra isə burada yanğın baş vermişdir. Alimlər hesab edirlər ki, bu, təsadufən baş vermişdi. Maraqlıdır ki, VII əsrinin 30-cu illərində kurqanın örtüyündə küyül açılmış və kurqanda sallama yolla varlı bir xəzər sərkərdəsi basdırılmışdır.

Üçtəpə kurqanlarının bəzi materiallarının Maykop keramikası ilə uyğun olduğunu yazan R. Muncayev abidəni e.ə. III minilliyin axırlarına aid etmiş (Мунчаев Р. М.,1982, s. 31-32) və bu fikir bugünə qədər Azərbaycan arxeologiyasında hakim mövqeyə çevrilmişdir. Halbuki kurqandan götürülmüş komur qalıqlarının radiokarbon analizləri kurqanın e.ə. 3932-3363 əsrlərə aid olduğunu göstərir (Кореневский С. Н., 2012, s. 105). Fikrimizcə, içində skeletə rast gəlinməyən bu abidənin tarixinin yenidən müəyyənləşdirilməsinə ehtiyac var.



1 №-li (2006) Soyuqbulaq kurqanının üst örtüyü götürüldükdən sonra şərq tərəfdən görünrüsü
1 №-li Üçtəpə kurqanı da 3 №-li kurqan kimi konik formada idi. Onun hündürlüyü 13,1-13, 2 m, diametri isə 132 m-ə çatırdı. Qazıntılar nəticəsində məlum oldu ki, örtüyün təqribən 1,5 m-i torpaq altında qalmışdır və qurulduğu an əslində abidənin hündürlüyü 14,75-14,8 m olubmuş.

Kurqanın torpaq qatı götürüldükdən sonra onun aldında diametri 26 m, hündürlüyü 2 m olan meydança formalı daş yığını aşkar edilmişdir. Uzunsov düzbucaqlı formasında olan qəbir kamerası onun altında yerləşirdi və şimal-şərq – cənub-qərb istiqamətli idi. Kameranın uzunluğu 14,3 m, eni 2,2-2,7 m, dərinliyi isə 2,6 m idi. Kameranın üstü, eynən 3 №-li kurqanda olduğu kimi, iki qatlı cərgə şəklində ağacla örtülmüşdü. Aşağıdakı ağaclar kameranı əhatə edən daşların və onların üzərinə döşənmiş qamışların üzərində qurulmuşdu. Ağacların uzunluğu 7,5-8 m-ə çatırdı. Kənardakı ağaclar istisna olunmaqla, örtük, demək olar ki, bütünlüklə yanmışdı.

Kameranın dibinə bol şəkildə oxra səpilmiş, içinə yanmış ağaclar və ağacların üzünə yığılmış daşlar dolmuşdu. Qəbrə qoyulmuş saxsı qablar daşların içəri dolması zamanı çilik-çilik olmuşdu. Keramika qırıqları nəticəsində onların özündə Leylatəpə ənənəsini daşıdığı məlum oldu (Иессен, 1965). Qəbirdən at başlı skipeterin çıxması, eləcə də orada bol oxraya rast gəlinməsi orada basdırılan və hansısa səbəbdən yoxa çıxan meyitin R1b Y-xromosomunun daşıyıcı, yəni protooğuz olma ehtimalını artırır.

1 №-li (2006) Soyuqbulaq kurqanının planı (B. Lyonnet)
N. Müseyibli Üçtəpə kurqanlarının mədəni mənsubiyyəti barədə dolğun məlumatın olmadığını bildirərək haqlı olaraq qeyd edir ki, bunu dəqiqləşdirmək üçün həmin kurqanlardan daha biri müasir elmi üsullarla yenidən qazılmalıdır. «Yalnız bundan sonra Üçtəpə kurqanları barədə diskussiyalar öz həllini tapa bilər. Əgər nəzərə alsaq ki, Azərbaycanda bu tip nəhəng kurqanlar artıq çoxlu sayda məlumdur, o zaman onlardan birinin qazılması ilə mühüm elmi məsələlərdən birini həll etmək mümkündür» (Müseyibli N. Ə., 2014, s. 10).

Alim daha sonra yazır ki, Astara rayonunda F. Mahmudovun XX əsrin 60-cı illərində qazılmış Telmankənd kurqanları barədə bəhs etmək lazımdır. «Qazıntının müəllifi tədqiq etdiyi iki kurqanı erkən tunc dövrünə aid etmişdir. Lakin bəzi nəşrlərdə Telmankənd kurqanları Leylatəpə mədəniyyətinə aid edilmişdir» (Müseyibli N. Ə., 2014, s. 10).



Mövzumuz baxımından ən maraqlı kurqanlardan biri də 1 №-li (2006) Soyuqbulaq kurqanıdır. Onun örtüyü qazıntı dövründə ərazidəki digər kurqanlara nisbətən yaxşı qalmışdı və bu üzdən də nisbətən böyük idi. Onun diametri şimal-cənub istiqamətində 16 m-ə, şərq-qərb istiqamətində isə 17 m-ə çatırdı. Hündürlüyü isə ərazinin maililik dərəcəsindən asılı olaraq, 0,55-0,75 m arasında dəyişirdi.
2005-ci ildə qazılmış 1-18 №-li Soyuqbulaq kurqanlarının əsas xarakteristikaları (qəbir kameraları materikin üstündə qurulan kurqanlar sarı, qəbir kamerası olmayanlar qırmızı rənglə işalənmişdir)


Sıra nömrəsi

Hündürlüyü

(m)

Diametri

(m)

Kromlexinin diametri (m)

Kamerasının

ölçüləri (m)

1

-

-

-

2,4 x 1,5 x 1

2

0,3

-

-

0,8 x 1,60 x 1

3

0,4

14




?

4

0,4-0,45

13-14

-

-

5

-

-

-

1,65 x 0,96 x 0,5 (?)

6

0,4

6-7

-

1,25 x 1,65 x 1

7

0,3

13-15

-

-

8

0,2

7,5-8

-

2,2 x 1,7 x 0,95

9

0,3

11-12

-

2 x 1,35 x 0,8

10

0,4

11-12

-

1,7 x 1-1,1 x 0,3

11

-

12

? (eni 1,7-2)

?

12

-

12

-

1,9 x 1,2 x 1,6

13

-

10

-

4,4 x 2,5 x 1,2

14

0,3

10

?(eni 1,5-1,7)

2,5 x 1,95 x 1

15

-

6 x 3,6

-

1,8 x 1,3 x 1

16

-

9-10

44,8 (eni 1,6-3)

2,6 x 2 x 0,7

17

-

-

-

1,8 x 1,6 x 0,9

18

-

12,7-15,5

5,3 x 41 (eni 1,7-18)

2,3 x 1.4 x 0,7

Daşdan tökülmüş kurqan örtüyünün aşağı hissəsi daha böyük daşlardan və daha sıx qurulmuşdu. Kurqan örtüyü götürüldükdən sonra kromlex aşkar edildi. O, daş və qaya parçalarından qurulmuşdu. Eni təqribən 1,1 m, daxili diametri 11 m idi.

Qəbir kamerası daş düzümündən ibarət meydançanın altında, 1.5 dərinliyində qazılmışdı. Ölçüləri 2,5 x 3,5 m. idi. Kameranın aşağı hissəsi çiy kərpiclərdən hörülmüş divarla əhatələnmişdi. Kərpiclər 30-50 x 25 x 9 sm ölçülsündə idilər. Hörgünün üstünə gil qarşıqlı çınqıldan ibarət suvaq vurulmuşdu.

Qəbirdə insan skeleti və ya sümük aşkar edilməyib. Oradan sadəcə 25 sm uzunluqlu at başlı skipeter və mis xəncər çıxıb (Лионне Б…, 2002, s. 51-52).



5 №-li Soyuqbulaq (2005) kurqanından aşkar edilmiş mis xəncər (N. Müseyibli)
Qeyd etmək lazımdır ki, bu kurqan 2006-сı ildə B. Lionnet və T Axundovun başçılıq etdikləri beynəlxalq Azərbaycan-Fransa müştərək arxeoloji ekspedisiya tərəfindən Soyuqbulaq nekropolunda qazılmış 9 kurqandan (№№ 1, 2, 3A, 3B, 3C, 3D, 4, 5, 6) birincisidir. Ekspedisiyanın tədqiq etdiyi kurqanlar kromlexlərlə əhatələnmiş kameralara sahib idilər. Kameralar düzbucaqlı formada idilər və iri çay daşlarından qurulmuşdu.

Azərbaycan-Fransa birgə ekspedisiyasına daxil olan arxeoloqlar tərəfindən dəqiq plan və təsvirləri cızılan bu kurqanlar eyni quruluşa malik idilər. Kameraların küncləri 4 coğrafi cəhət istiqamətinə yönləndirilmiş vəziyyətdə qurulmuşdu. B. Lionnetin yazdığına görə, sözügedən dəfn abidələrini bir-birindən fərqləndirən əsas xüsusiyyətlərindən biri onların bəzisinin qəbir çalalarna sahib olması, digərlərinin isə olması idi. Belə ki, bu kurqanlardan sadəcə 1, 3 C və 4 №-li kurqanların 1-1,5 m dərinlikdə qazılmış qəbir çalaları olub (Lyonnet B…, 2008, s. 28).

Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın eneolit və erkən tunc dövrü kurqanlarını təkcə at başlı skipeterlər deyil, həm də bu abidələrin böyük əksəriyyətində kurqanaltı qəbir çalalarının (çuxurların) olması Cuxur mədəniyyətinin əsasını Cənubi Qafqazdan köçənlərin qoyduğunu göstərir. Söhbət Leylatəpə və Kür-Araz mədəniyyətlərinin daşıyıcılarından gedir.

Qeyd etmək lazımdır ki, arxeoloqlar Soyuqbulaq kurqanlarının qəbir kameralarını, materiküstü (yerüstü) qurulmuş qəbir kameraları (2005 № 3, 11, 18; 2006 № 2, 3A, 3B, 3D, 5, 6) və materikdə qazılmış qəbirlər olmaqla, iki tipə bölürlər. Materikdə qazılmış qəbir kameralarını da struktur özəlliklərinə görə iki yerə ayırırlar:

1) ciy kərpicdən qurulanlar;

2) adi torpaq qəbirlər;

3) cay daşları düzümü ilə əhatələnmiş qəbir kameraları;

4) döşəməsi küllə qatışıq zolaq və ya xəndəklə əhatələnmiş qəbir kameraları (Müseyibli N. Ə., 2014, s. 42 - 43).

Eyni bölgü Xvalınsk, Çuxur və Döyüş baltaları mədəniyyətlərinə aid kurqanlar üçün də keçərlidir.

Söhbət hər hansı bir ərazinin və ya ölkənin tarixindən gedirsə, bu halda həmin ərazidə mövcud olmuş bütün mədəniyyətlər, hansı etnosa aid olduğundan asılı olmayaraq, xronoloji ardıcıllıqla öyrənilir və təqdim edilir. Bu baxımdan Azərbaycan tarixi də istisna deyil. Azərbaycan tarixi paleolit dövründən başlayır və həmin dövr özündə Quruçay mədəniyyətini, Azəx, Damçılı və s. mağara düşərgələrini əhatə edir, Qobustan qayaüstü təsvirlərinin ortaya çıxdığı mezolit dövrünə qədər davam edir. Sonra ardıcıllıqla mezolit, neolit və eneolit dövrü mədəniyyətləri gəlir.

Etnosların tarixi isə dövlət sərhəddlərini tanımır, çox zaman iki və daha çox ölkənin ərazisini əhatə edir və hər şeydən əvvəl genetik analizlərin və bu analizlərlə tam sübut edilmiş mədəniyyət formalarının araşdırılması və təsviri ilə müşaiyət olunur. Məsələyə sırf bu kontekstdən yanaşdıqda Azərbaycan türklərinin və ya da türklərin Azərbaycandakı tarixinin hələlik tam sübut edilə bilən tarixi Soyuqbulaq və Üçtəpə kurqanları ilə başlayır.

Arxeoloq P. Qasımov haqlı olaraq yazır ki, müəyyən fərqli yanaşmalara baxmayaraq artıq elmdə qəbul edilən ümumi fikirə görə, Şimali Azərbaycanda erkən kurqanlar e.ə. IV minilliyin I yarısında peyda olurlar. «Radiokarbon analizlərinə görə dövrü müəyyənləşdirilmiş bu çeşiddən olan abidələr sırasında ilk növbədə Soyuqbulaq xalkolit (eneolit - B. T) kurqanlarını göstərmək lazımdır…

Azərbaycan arxeologiyasına müstəqillik dövrundə dünya üzrə ciddi maraq doğurmuş abidənin məhz son xalkolitə aid Soyuqbulaq kurqan tipli qəbir abidələri olduğunu desək yanılmarıq. Soyuqbulaq kurqan nekropolu 2004-2005-ci illərdə… Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində, Soyuqbulaq kəndindən 1 km şimalda, Kəcvəli kəndindən 1,5 km şərqdə 265 – 278 m mütləq hündürlukdə… Ərazi Kur cayından solda, Kur cayının şimal sahili boyunca uzanan Qarayazı çölünün şimal sərhədində, Ceyrançöl alçaq dağ silsiləsinin qərb və cənubda duzənliklə qovuşduğu bir sahədir. Antropogen səbəblərdən örtukləri pozulmuş 35 abidənin diametrləri 5 – 10 metrə catırdı. Onların çay daşından örtükləri zəif sezilirdi» (Qasımov P., 2017).

Bu kurqanların doqquzu, yuxarıda qeyd edildiyi kimi, 2006-cı ildə B. Lionnet və T Axundovun başçılıq etdikləri beynəlxalq Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiya tərəfindən tədqiq edilmişdir (Лионне Б…, 2002). Onlardan bir il öncə, yəni 2005-ci ildə N. Müseyiblinin başçılıq etdiyi ekspedisiya 18 (1-18 №-li kurqanlar), 2007-ci ildə isə daha 3 (19-21№-li kurqanlar) dəfn abidəsində qazıntılar aparmışdır (Müseyibli N. Ə., 2014).



Qaynaqça


  1. Lyonnet B., Akhundov T., Almamedov K., Bouguet L., Jelilov B., Huseynov F., Loute S., Makharadze Z. and Reynard S. Late Chalcolithic Kugans in TransCaucasia. The Ceneteri from Soyug Bulag (Azerbaijan) // Arxaologicshe Mittelungen aus İran und Turan. Band 40, 2008, pp. 27-44.

  2. Qasımov P. Şimali Azərbaycanın tunc dövrü kurqan dəfn ənənəsinin mədəni mənsubiyyəti. Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2017.

  3. Müseyibli N. Ə. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, Nafta-Press, 2014, 140 s.

  4. Иессен А.А. Раскопки большого Кургана в урочище Уч-тепе. МИА, 125, М-Л, 1965, səh, 153-193.

  5. Кореневский С. Н. Рождение кургана (погребальные памятники энеолитического времени Предкавказья и Волго-Донского междуречья), М: ТАУС, 2012, 256 s.

  6. Махмудов Ф. Р. Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа, Баку, 2008, «Нафта-Пресс», 216 с.

  7. Мунчаев Р. М. Энеолит Кавказа // Археология СССР. Энеолит. М. 1982.

  8. Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джелилов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С. Могильник эпохи энеолита Союг Булаг в Азербайджане // Российская Археология, 2002, № 1, М, c. 48-61.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə