BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 357,55 Kb.
səhifə9/13
tarix01.08.2018
ölçüsü357,55 Kb.
#60443
1   ...   5   6   7   8   9   10   11   12   13
Əgər bu sistemi xəritə üərində axtarmaq istəsək, ən münasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avrasiya məkanında isə belə bir yer yalnız İkiçayarasının quzeyindədir.

Aydınlıq olsun deyə, qədim mənbələrdə güney sularının “qırmızı”, doğu sularının isə “göy adlandığını xatırlayaq. Nil çayının doğusundakı Qırmzı dəniz kimi, qədimdə Fars körfəzinin də qırmızı dəniz adlanması bəllidir (Herodot, IV, 39; Strabon, XI, 9). Göyçə gölü kimi, Urmu gölünün adı da keçmişdə Göy-göl idi (Strabon, XI, 14, 8).” (Ağasıoğlu, 2005, s. 128-129).

Məhz bu ərazi türklərin ilkin ata yurdu hesab edilməlidir, Altay və ətrafı yox!

Sözügedən bölgənin, yəni Şərqi Anadolu və Azərbaycanın, başqa sözlə Ön Asiya və Qafqazların ilkin türk yurdu olduğunun ən gözəl sübutlarından biri də çuvaş türklərinin miflərində qorunub saxlanmış Ön Asiya tanrılarının adlarıdır ki, bu barədə tanınmış çuvaş etnoqrafı Dmitri Madurov “Çuvaşların ənənəvi dekorotiv sənəti və bayramları” adlı monoqrafiyasında (Мадуров, 2004, s. 4-5) məlumat verməkdədir. Alimin yazdığına görə, çuvaşların mədəniyyətində qədim əkinçi xalqların tanrılarının izləri görünməkdədir. Məsələn,

Tura // Tora (çuv.) – Tora (qədim Misir), Tara (hind).

Amatura (Messopatamiya) – Ama Tura (çuv.) – tanrıların anası.

Si Duru (Messopatamiyada tanrıların sahibəsi) – Si Turri (çuv. tanrıların üzərində olan).

Turtur (Mes. Tanrı Dumuzinin anası) – Tur Tur (çuv. Tanrılar tanrısı) (Дмитриев, 1997, с. 137).

Ereşkiqal (Mes. Ölüm dünyasının sahibi) – Esrel (çuv. Ölüm tanrısı).

Tiamat (Mes. Yeraltı dünyanın şər ruhlarından biri) – Xəyamat (çuv. Yeraltı dünyanın şər ruhlarından biri).

Apsu (Mes. Yeraltı şirinsulu okean) – Ap su (çuv. Şirin su).

Soxmet (Misir, yandırıcı günəş və müharibə tanrıçası, tanrı Ptaxın qızı) – Sexmet (çuv. Müharibə tanrıçası. Çuvaş mifologiyasında Messopatamiya ikonoqrafiyasına uyğun olaraq, aslan bədənli, qız başlı varlıq kimi təsvir edilir) (Мадуров, 2004, s. 4).

Bu uyğunluq sistem təşkil etdiyindən onu qətiyyən təsadüf saymaq mümkün deyil. Üstəlik də qədim mixi yazılar çuvaş türklərinin əcdadları hesab edilən suvarların Ön Asiyada, daha dəqiq desək, Messopatamiyada, yəni İkiçayarasında yaşamış olduqlarından soraq verir. Mövzu ilə bağlı F.Ağasıoğlu yazır:

Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar e. ə. IV-II minilliklərdə İkiçayarası adlanan ərazilərdə, Fəratla Dəclə arasında yaşayırmış… İkiçayarasına gələn samilər Akkad şəhəri ətrafında güclənib subarları daha yuxarılara sıxışdırdılar. Akkadlı Sarqonun (e. ə. XXIV əsr) yuxarı subar bölgələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun yaratdığı sami Akkad dövləti Şumer ölkəsini də ələ keçirmişdi… E. ə. II minilliyin əvvəllərində subar torpaqlarına assurların (aşşurların – B.T.) ekspansiyası gücləndi. Bu vaxt İkiçayarasının yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da yeni hurri axınları ilə qarşılaşdı. Beləliklə, aşağıdan sami asur tayfalarının, yuxarıdan qafqazdilli huri tayfalarının arasında qalan subarlar üç qola ayrıldı: batı, orta və doğu qollar. Batı subar boyları 38-ci paralel boyunca batıya çəkilib digər xalqların içində əridi, həmin paralel boyunca doğuya çəkilənlər Urmu hövzəsində yerləşdi, daha sonra xeyli hissəsi Sibir və Türküstan tərəflərə miqrasiya etdi” (Ağasıoğlu, 2005, 155-156).

Maraqlıdır ki, bu gün çuvaşlar arasında yayğın olan şəxs adlarının bir qismi qafqazdilli hurri adlarını təkrarlayan teomorf adlardır. Məsələn:

Savuşka (çuv.) – Şavuşka (Hurrilərin məhsuldarlıq və qələbə ilahəsi);

Tilə (çuv.) – Tilla (Hurrilərin şimşək tanrısı Tessobanın dana şəklində təsvir edilən oğlu);

Urey (çuv.) – Urey (Misir-hurri qoruyucu ruhu. İlan kimi təsvir edilir);

Şamakka (çuv.) – Şemike (Hurrilərdə günəş tanrısı) və s (Мадуров, 2004, s. 4).

Beləliklə, çuvaş türklərinin əcdaları hesab edilən suvarların mixi yazılarda haqlarında söz açılan subarlar olduğu anlaşılır və onların ata yurdunun Şərqi Anadolu olduğu anlaşılır.

Xatırladaq ki, bəzi oğuz etnoqonik rəvayətlərində oğuzların ilkin ata yurdu kimi xatırlanan və haqqında artıq söz açmış olduğumuz əfsanəvi Mahan ölkəsi də, qaraqalpaq – myütenlərin və özbək – matienlərin əski ata yurdu Mantiena da məhz həmin əraziləri əhatə etmişdir. Onu da xatırladaq ki, sözügedən ərazi Osmanlı-Səfəvi savaşlarına qədər Azərbaycanın tərkib hissəsi idi və yalnız XVl əsrdən etibarən Türkiyənin tərkibindədir.

Saxa-yakutlardan toplanan folklor nümunələri içərisində etnoqonik süjetlərə də az rast gəlinməmişdir. Bu süjetlərdən ən yayğını, şübhəsiz ki, “Ər Soqotox” dastanıdır. Dövrümüzədək bir neçə variantda ulaşan dastanın Middendorf variantının məzmunu belədir:
İnsanın atasının adı Ər Soqotoxdu,

Çoxlu əziyyət çəkmiş, dərdləri də lap çoxdu.

Ərəydex – Buruydaxçı ləqəbini vermişlər,

Yalqız yaşadığından ona belə demişlər.

Bir oba ortasında böyük bir evi varmış,

Bu evin dörd yanını gümüş köşəylə sarmış.

Bu ev əlli qapılı, qırx pəncərəli imiş,

Evin çatısı isə otuz girişli imiş.

Evdən içəri girib-gedənlər şərq yönünə,

Ağac Xaqana rastlar, gələrmiş lap önünə.

Çox əski bir əsinti əsərdi hey başında.

Ağac xaqan böyükdü, hər şeyin anasıydı,

Varlıq ona bağlıydı, göylə yer binasıydı.

Kökləri qapadardı yeraltı dünyasını,

Zirvəsi dələrdi göyün doqquz qatını.

Tam yeddi ayaq idi ağacın yarpaqları,

Ondan daha böyükdü sarqan qozaları.

Ağacın tam kökündə görünürdü bir qaynaq,

Həyat suyu idi bu, axıb gedirdi apağ.

Ağ və qara inəklər qopqoca olmuşdular,

Bu sudan içənlərsə yeni can bulmuşdular.

Ağacda uçan quşlar yorğun, bitab olurdu,

Gəlib bu sudan içən yeni qüvvət bulurdu.

Bu müqəddəs ağacın bir sahibi var idi,

Bir dişi tanrıçaydı, saçları da qar idi.

Özü çox qocalmışdı, köksü tam alaca,

Görənlər sanardı, bir kəklik kimi qırca.

Məmələri böyükdü, aşağı sallanırdı,

Uzaqdan baxan adam iki tuluq sanırdı.

Əslində isə bu ağac adi boyda, kiçikdi,

Ana tanrı gəlincə, ona görə böyürdü.

Böyüyərkən səs çıxar, gurultu qopardı,

Bu səs yavaş-yavaş, getdikcə çoxalardı.

Ər Soqotox adlı ər, yalqız yaşayan adam,

Yakut türkünə görə, bu da bir növü Adəm,

Düşünmüş, “görən məni kimlə doğdu” deyə,

Mənə bu canı verib, meydana qoydu” deyə.



Getmiş, sormuş ağacdan, “anam kimdir” deyə,

Əlbət bir atam vardır, atam kimdir” deyə.



Ağac da dilə gəlib, soyunu sayıb tökmüş,

Ər Soqotox utanıb, sayqıyla diz çökmüş.

Göy Tanrısı Ər Toyon onun atasıymış,

Arvadı Gübey xatun onun anası imiş.

Əslində insanoğlu göydə doğmuş imiş,

Vücudu bütün müqəddəsliklərlə dopdolu imiş.

Amma gəlmiş bir gün ki, demiş ata-anası,

Haydı burdan enib get, topla darağı, tası.

Anası ona derkən ona “haydı, get sən elinə”,

Bir tuluq həyat suyu tutuşdurmuş əlinə.

Demiş ki, sən bu suyu sol qoluna al, gəzdir,

Bu sənə həyat verər, vaxtı gələcəkdir.

Aradan zaman keçmiş, bu insan bir ər olmuş,

Hərb meydanında savaşlar edər olmuş.

Necə olmuşsa, biri köksünü oxla deşmiş,

Vermiş son nəfəsini, həyatı sona yetmiş.

Həyat suyundan Tanrı bircə damcı sıçratmış,

Bir kiçicik damcıcıq qəlbə qonub islatmış.

İnsan dərhal dirilib, canına həyat dolmuş,

Doqquz dəfə daha çox güclü, qüvvətli olmuş

(Ögəl, 2006, 112-114)

Ər Soqotox dastanının ən yaxşı mətni məşhur alman linqvisti O.Böhtlinq tərəfindən toplanmış variantı hesab edilir. Onun məzmunu belədir:

Ər Soqotox adlı bir adam varmış. Anası-atası yox imiş. Göydənmi endiyini, yerdəmi çıxdığını özü də bilmirmiş. Bir qərib adam imiş. Boyu on geniş qarış, eni dörd geniş qarış, bir çiynindən də o biri çiyninə qədər beş qarış olarmış. Qolları qurumuş qayın ağacı kimi, gözləri isə at qantarğasının halqaları kimi yupyumru imiş. Burnu da inəyin omba sümüyü qədər böyük imiş.



O ki qaldı gücünə, donmuş ağacları belə kökündən çıxartmaq onun üçün heç nə imiş. Quru, azman qayın ağacından tutub, qırmaq ona ləzzət verirmiş. Bitmiş ağacları kökündən çıxarıb atmaq onun üçün bir heç imiş. Sözləri göy gurultusunu, nəfəsi küləyi, səsi fırtınaları, baxışı isə ildırımları andırırmış. Yurdundakı çayırlar qalay kimi parlar, meşələr isə misdən qayrılmış bir yer parçasına bənzəyirmiş. Sular günəş kimi bərq vurarmış... Yurdunda bir süd dənizi varmış və heç qurumazmış. Ər Soqotox çaylarda yuyunar, meşələrdə ov edərmiş.

Həmin yurdun sərhəddində böyük bir dəniz də varmış. Bu dənizin qumları şüşə parçası kimi, dağları da eynən ağ gümüş kimi parlarmış... Meşələrində aslanlar dolaşır, acıqlı ayılar gəzir və boz qurdlar olurmuş. Onun yurdunda heç qış yoxmuş. Ağaclarn üstündə qartallar qıy vurar, quşlar ötərmiş. Ağaclar yarpaqlarını heç tökməzmiş.

Evi onun yurdunun üstündə eynən mavi duman kimi görünürmüş. Qırx pəncərəli, qırx köşəli ev imiş. Hər köşəsi gümüşdən qayrılıbmış. Evin ortasında böyük bir salon varmış. Bu salonda da üç ocaq yerləşir və hər ocağın da üstündə bir bacadan tüstü qalxarmış. Hər ocağın da başında bir qadın oturarmış...

Evin şərq tərəfində bir çayırlıq varmış. Evin lap qabağında isə böyük bir ağac yüksələrmiş. Bu ağaca “Xan ağac” deyirlərmiş. Bu ağac elə böyük, elə böyük imiş ki, ortadakı budaqları belə göydəki mavi duman kimi görünürmüş. Zirvəsi doqquz göyü dəlib keçirmiş. Onun dibində də insanlara ölməzlik sirrini verən əbədi həyat suyu qaynarmış. Qocalar, qüvvədən düşmüş inəklər gəlir, bunun dibində gəzir, bu sudan içdikdən sonra yenidən gəncləşib – qüvvətlənərək, geri dönərmiş. Uçan və qaçan vəhşi heyvanlar bu ağacın budaqlarında gəzir, qaçır, şirələrini əmərək müqəddəs bir qüvvəyə sahib olurlarmış.

Evdən çıxıb cənuba baxanda, güneydə də böyük bir qayın ağacının yüksəldiyi görünürmüş. Bu qayn ağacı o qədər gözəl imiş ki, lap gözəl bir qıza bənzəyirmiş. Bir təpə üzərində yüksəlir və sanki bir adacıq əmələ gətirirmiş.

Qərbdə kolluq uzanır, onun arxasını da lədin meşələri örtürmüş. Şimala gəldikdə burada qadın şamanlar olur, möcüzələr göstərib, dualar oxuyarmışlar. Şamanların arxasında da qoca bir ana oturarmış.

Ər Soqotoxun geyimləri də fövqəladə idi. Silahlarına gəlincə, bir yayı vardı ki, sümükdən qayrılmşdı və altı adam yığılsa, bu yayı çəkə bilməzdi. Oxları lap çəkicə oxşayırdı və ağacdan qayrılan balıqçı komaları qədər böyük idi. Sivri uclu bir oxunu bir obanın dəmirçisi, qaşığa bənzər oxunu da başqa bir obanın dəmirçisi çalışaraq qayırmışdı. Bunlardan başqa, ağır bir mizrağı, toppuzu və qılıncı da var idi. Onun atının tarixi isə çox uzundur...

Ər Soqotox 19 yaşına çatanda, ürəyi başqa cür vurmağa, qanı da için-için qaynamağa başladı... Dörd bir yanına baxdı, özünə yazığı gəldi. Dünya-aləmdə hamı cüt-cüt gəzirdi. “Belə olmaz, mən də öz tayımı tapmalıyam” deyib yola düşdü. Gedib evində yatdı, sabah qalxanda ilk işi “xaqan ağac”ın önünə getmək oldu. Ağacn önünə getməzdən öncə də Günəşə üz tutub, üç dəfə salam verdi. “Xaqan ağac”ın qarşısına çatan kimi diz çökdü və ağaca belə dedi:

- Mənim ağac Xaqanım! Ey müqəddəs ruh! Ey ulu xatun! Mənim yurdumun ruhu! Mən bir yetimdən başqa bir şey deyildim. Sən götürdün, məni böyütdün. Mən kiçik bir uşaq ikən, sən məni böyük bir adam etdin... Gəl mənim nə olacağımı, gələcəyimi də bildir. Mən nə edəcəyəm? Mən bundan sonra necə yaşayacağam? Ey ulu ana!..

İgid bunları söylədikdən sonra birdən göy üzü tutulmuş, buludlar yığılmış və göy müdhiş bir şəkildə gurlamağa başlamışdır. Az sonra iri-iri damlalı yağış yağmağa başlamış və ətrafı sellər basmışdır. Göydən ağ bir bulud uçmuş və bu buluddan da yerə ildırımlar enmişdir. Yer-göy titrəmiş, çaylar daşmış, dənizlər çalxalanmışdır. Az sonra ağ saçlı Ana Tanrı görünmüşdür. Yavaş – yavaş ağacın kökündən çölə çıxmış və oğlanın qarşısında durmuşdur. Eynən kəklik köksü kimi köksü, iki böyük tuluq kimi məmələri var imiş. Oğlana üz tutmuş və belə demişdir:

- Dinlə ey uşaq! Sənin atan Ər Toyon, anan isə Gübey xatun idi. Səni doğan və dünyaya gətirən onlardır. Göyün üçüncü qatından bir əmr gəldi və bu əmrdə sənin böyüdülmən və insanlara ata olmağın buyuruldu. Buna görə də mən səni götürüb böyütdüm. İndi atına min, güney tərəfə get. Bəlkə səfərin ağır və çətin olacaq. Ata Tanrı köməyin olsun. Hər şeydə müvəffəqiyyət səninlə olsun!

Ağ saçlı ana bu sözləri deyəndən sonra bir az da dirilik suyu vermişdir. Oğlan sarı atına minib yola düşmüşdür. Oğlan ayrıca 7 öküz və 7 inək də kəsmiş, ətlərini bişirmiş, dərilərindən tuluq qayırmış, ərzağın tuluqlara doldurmuş, tuluqları da atın qulağından asmış, acıdıqca əl atıb buradan yemək götürərək yemişdir.

Xeyli yol getdikdən sonra Qaya qapısına çatmış, ordan Dəmir dağı keçmişdir. Dəmir dağı aşdıqdan sonra Qan irmağına yetişmişdir. Bu çayda su yerinə qan axmış. Bu dəfə at çarə tapmış, uçaraq sahibini çayın o tərəfinə keçirmişdir.

Oradan Qara xanın ölkəsinə gəlmişdir. Bu Qara xan Ulu Toyonun nəslindən idi. Xan Tanqranın da əqrabasıymış. Qara xann 10 oğlu və 9 qızı varmış. Qızlar o qədər gözəl imişlər ki, bu qızların gözəlliyinə hamı heyran imiş. Ər Soqotox başdan- ayağa dəmir paltarda gəlmiş və Qara xanın ölkəsinə girmişdir...

Bundan əvvəl də Qara xanın ölkəsində bəzi qəribə şeylər olmuşdu. Göylər qaralmış, yerlər titrəmiş, cəhənnəm sahibi Buura – Doxsun gəlmiş və Qara xanın canını almaq istəmişdi. Qızlar ağlamış, oğlanlar çığırmışdılar. Tam bu vaxt Ər Soqotox gəlib çıxdı...

Qızlar belə bir igidin gəldiyini gördükdə, tez qabağını kəsmişlər, olan-bitən hər şeyi ona deyərək, ondan kömək istəmişlər. Oğlan cəhənnəm sahibi Buura- Doxsunu görüncə, tez hücum etmiş və başlamışlar döyüşməyə. Amma cəhənnəm zəbanəsi çox qüvvətliymiş, üstün gəlməyə başlamışdır. Oğlan lap heydən düşəndə görmüş ki, damarlarnda Tanrıya məxsus qan, bədənində də getdikcə coxalan bir qüvvət dolaşmağa başlayır... Get-gedə güclənmiş və tutub cəhənnəm zəbanəsinin başını kəsmiş, vücudunu parça-parça edərək, göylərə sovurmuşdur. Zəbanənin ürəyinin yalnız bir qismi qalmış, o da bir qarğa olub uçmuşdur. Onun üçün bu quş pis-pis bağırır.

Qara xan bu fəlakətdən qurtulduğuna görə kiçik qızını Ər Soqotoxa vermişdir. Onlar da yer üzünə enərək yakut türklərini dünyaya gətirmişdir (Ögəl, 2006, səh. 119-121).

Təqdim olunan süjetlərin çox-çox əski zamanlarda formalaşdığı heç bir şübhə oyatmır. Bu, süjetlərin alt qatlarında yatan animistik təsəvvürlərdən açıq-aydın görünür. Eyni zamanda, dastanda nəsli ağaca bağlamaq hadisəsinin şahidi oluruq ki, bu da totemizmin ən ilkin mərhələsinin məhsuludur. Məsələyə belə yanaşma Altaydan toplanmış miflər üçün də xarakterikdir. Bu baxımdan “Yaradılış” dastanının V.V.Radlov variantı da istisna deyil:



Günlərdən bir gün idi, Tanrı dolanır idi,

Baxdı, bir ağac gördü, göyə uzanır idi.

Qəribə ağac idi, qolsuz, budaqsız idi.

Tanrı bunu görüncə öz-özünə söylədi:

Çılpaq qalmış bir ağac, belə qolsuz, budaqsız,



Gözləri heç oxşamır, görkəmi də çox dadsız”.

Tanrı buyurdu: “Bitsin doqquz qolu hələlik”.

Bitdi dərhal doqquz qol, doqquz budaq üstəlik.

Heç kim bilmir, Tanrının düşüncəsi nə idi,

Soylar törəsin deyə belə bir əmr verdi:

Doqquz kişi qılınsın doqquz qolun kökündən,



Doqquz oymaq törəsin həmin doqquz kişidən!

(Ögəl, 2006, səh. 113)

Eyni halla, yəni insanın həyat ağacı ilə bağlılığı motivinə bir qədər dəyişik formada İ.A.Xudyakovun qeydə aldığı, saxa-yakutlara aid başqa bir mifoloji mətndə də rast gəlirik:

Yakuta görə, dünya səkkiz guşəli imiş,

Yerin ortası isə sarı göbəkli imiş.

Dünyanın göbəyində bir də ağac var imiş,

Bu ağac böyük imiş, göylərə çıxar imiş.

Bu ağacın hər tərəfi Tanrıdan süslü imiş,

Qabıqları, kötüyü, sanki, gümüşlü imiş.

Ağacın gövdəsindən bir cür şirə axarmış,

Bu qutsal suyun rəngi altun kimi parlarmış.

Ağacın budaqları ta göylərə uzanmş,

Görən elə bilirmiş doqquz qollu şamdanmış,

Yarpaqları böyükmüş, budağından sarqarmış.

Yarpaqların hər biri at dərisi qədərmiş.

Ağacn təpəsindən bir cür şirə çıxarmış,

Köpüklənib, qaynayb sarı rəngdə axarmış.

Bu ağacın yanına kimsə gedəmməzmiş,

Şirədən içən adam heç aclıq hiss etməzmiş.

Bu sudan içən artıq məsud olarmış,

Hər şeyə çatarmış, Tanrıdan qut bularmış.

İlk insanın atası burada yaradılınca,

Həyatı əldə edib, dadını da alınca,

Dərhal ağacı görmüş, qaçıb altına girmiş,

Sudan doyunca içmiş, həyat əldə etmiş.

Bu ağacın zirvəsi lap göylərə yetərmiş,

Göylərin üç qatına çatıb, onu dələrmiş

(Ögəl, 2006, səh. 114)

A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac da türk dini və mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asırdılar (Сагалаев, 1991, c. 87).

N.Qoroxov tərəfindən toplanaraq yazıya alınmış variantdakı ağac obrazı da çox maraqlıdır:



...Dünyadan göyə çıxan bir dəmir ağac vardı,

O qədər böyükdü ki, yerlə göyü bağlardı.

Göylərin göbəyində qəm, kədər əskik idi,

Burada nə günəş batar, nə də ki ay əskik idi.

Bu göbəkdə qış yoxdu, həmişə yaz olurdu,

Bircə qu quşu vardı hər kəsə saz olurdu.

İlk insanın atası yaradılmışdı burda,

Adı Ağ oğlan idi, göz açmışdı orda.

Gözünü açar-açmaz ətrafına baxmışdı,

Mən haradayam” deyərək, oyanıb qalxmışdı.



Bir ova uzanırmış uzaq şərqin yönünə,

Çox yüksək bir dağ çıxmış onun önünə.

Bu dağın üzərində böyük bir ağac varmış,

Ağacın şirələri parlaqmış, xoş qoxarmış.

Bu ağacın nəmli qabığı heç qurumazmış,

Suyu gümüş kimiymiş, yarpağı da solmazmış.

Süslü-süslü bardaqlar budaqlardan saqarmş,

Bunu görənlər onu bir tumurcuq sanarmış.

Bu ağacın zirvəsi yeddi göyü dələrmiş,

Göylər üstünə çıxıb, lap Tanrıya gedərmiş.

Ürünq Ayığ Toyon ki, yaradan Tanrı idi,

İnsanlara can verən, yaşadan Tanrı idi.

Bu Tanrı sahibiydi göylərin üst qatının,

Ağaca at bağlardı, qazığıydı atının.

Bu ağacın kökləri yer dibinə gedərmiş,

Tanrının məskəninə dikilmiş bir dirəkmiş,

Ağ oğlan güneylərə “Nə var” deyə baxmış,

Bir süd dənizi görmüş, rəngi süddən də ağmış.

Dənizin kənarında bəyaz çamurlar varmış,

Sanki süd turşuyaraq, köpüklənib qabarmış.

Quzey tərəflərisə qaranlıq meşə sarmış,

Yarpaqları titrəşib heyvan kimi oynarmış.

Bir dağ yüksəlirmiş ormanın arxasında,

Bəyaz papaq kimi ağlıq varmış başında.

Bir zirvə ki, bənzərmiş ağ dovşan dərisinə,

Rüzgarı durdurarmış, qoymazmış gerisinə.

Günbatan yönlərisə çox gözəl bolluq imiş,

Bu ovanın hər yeri çayır ilə dolu imiş,

Böyük şamlqlar varmış bu ovanın ardında,

Yayğın təpələr varmış şamlığın arxasında.

İnsanın ilk atası gözünü ilk açınca,

Günəşin aydınlığı hər tərəfə saçınca,

Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,

Ağaca üz tutaraq ona belə səslənmiş:

Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,



Mənə həyatı verən, ey mənim böyük anam.

Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,

Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur.

Amma elə yalqızam, o qədər yalqız, bilsən,

Nolar mənə bənzəyən bir dost, bir qadın versən.

Dolaşıram dünyanı işsiz, gücsüz, başıboş,

Mənim gücümə görə bir yar ver, et məni xoş.

Mən də insan oğlunu tanımaq istəyirəm,

Mən də bir insan kimi yaşamaq istəyirəm.

Sənə sığınıram mən, qutunu əsirgəmə,

Mənə ümid ver, məni yalnız bəsləmə.

Başqa bir tanrım yoxdur, ancaq səni görürəm,

Qəlbim sayqıyla dolu, qarşında diz çökürəm”.

Bu sözlər üzərinə yarpaqlar yaşıllaşmış,

Üstünə su çilənib, hər tərəfi nəmlənmiş.

Yarpaqlar ağlar kimi sulanmış, daşmış tamam,

Bir nur kimi axaraq, oğlanı aşmış tamam.

İsti bir külək əsmiş, qəlbləri sərinlətmiş,

Ağacdan gələn bir səs hər tərəfi inlətmiş.

Ağacın tam kökündən bir yarpaq yarılınca,

Bu yarıqdan ağaca bir dəlik açılınca,

Bir qadın çıxıb gəlmiş ağacın dəliyindən,

Ağacın kökündəymiş aşağısı belindən.

Qadının gur saçları uçuşaraq yanırmış,

İri məmələrindən süd axıb qaynayırmış.

Oğlan yaxınlaşmış ona, süd əmmiş məməsindən,

Əmmiş, əmmiş, doyaraq vaz keçmiş yeməsindən.

Südü əmən Ağ oğlan ilk dəfə doymuş imiş,

Vücudunun hər yeri qüvvəylə dolmuş imiş.

Bundan sonra anası ona demiş: qutlu ol!

Səadətlə dolub daş, həyatda sən mutlu ol!

Ağ oğlana anası su, od, dəmir vermiş,

Sonra da qeyb olaraq təkrar yerinə girmiş.

(Ögəl, 2006, səh. 115-117)

Sözün bu yerində Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasından bir sitatı yenidən təkrar etməyə ehtiyac var:

Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər” (Seyidov, 1983, s. 37-38).

Azərbaycandan toplanmış “Keçəl və dayısı” adlı bir əfsanədə bildirilir:

...Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən” (Azərbaycan folkloru antologiyası, 2005, s. 309).

Qoroxovun qeydə aldığı mifdən belə görünür ki, ağac təkcə insanın əcdadı kimi yox, bütün canlı varlqların, o cümlədən heyvanların ulu əcdadı kimi gözdən keçirilir:

Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,

Ağaca üz tutaraq ona belə səslənmiş:

Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,



Mənə həyatı verən, ey mənim böyük anam.

Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,

Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur

(Ögəl, 2006, səh. 115-117)

Bu fakt Azərbaycan dekorativ sənətinin, xüsusən də xalçalarımızın əsas və əvəzsiz bəzək elementlərindən biri kimi çıxış edən “vağ-vağı” naxışının daşıdığı mifoloji semantikanın məzmununu daha yaxşı dərk etməyimizə kömək edir. Ağac budaqlarını və hər budaqda meyvəni əvəz edən quş və heyvan başlarından ibarət olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat vermişdir (Керимов, 1983, с. 92-93).

B.Ögəl türklərin (qərbi hunların və altaylıların) göy tanrısının məkanını göstərəndə «Dünya və Göy Ağacı»nın təsvirini verir:

Gök yüzüne doğru büyük bir çam ağacı yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu” (Ögel, 1989, s. 90-91).

Xakasların təsəvvüründə də ağac “insan”, “insanın canı”, “soy uruq” məfhumlarını ifadə edir (Bəydili, 2003 b, s.18). Telenqitlər də inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var. Оnların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir (Seyidov, 1984, s. 31).

Mövzumuz baxımından Minusinsk tatarlarından qeydə alınmış bir dastanda söylənilənlər də xüsusi maraq doğurur, belə məlum olur ki, sözügedən ağacın aşağı hissəsi yeraltı dünyada - cəhənnəmdə yerləşir:

Çox-çox əski çağlarda qəhrəman bir qız varmış,

Adı Kubayko imiş, yer üzündə yaşarmış.

Bir gün savaş zamanı qızın qardaşı ölmüş,

Qız bu halı görüncə, sanki, dəliyə dönmüş.

Ölülərin xanıymış İrlə xan adlı bir xan,

Heç bir kimsə yox imiş məskənini tanıyan.

Qardaşının meyidi üstündə ağlar ikən,

Heç bir kimsə yox imiş məskənini tanıyan.

Qırx başlı bir öküzə İrlə xan minib gəlmiş,

Ölən ərin başını oğurlayaraq getmiş.

Cəsəd başsız olanda ölülər dirilməzmiş,

Nə bir həyat iksiri, nə də can verilməzmiş.

Qız qardaşını qoyub, xanın dalnca düşmüş,

Yerin altına enmək belə ağlına düşmüş.

Amma necə gedim mən?” deyə hər yana qaçmış,



Yurddan biri gələrək bu fikri qıza anlatmış:

Bu yolla düz gedərsən, sapma bu yoldan,” demiş,

Gedərkən baxma, saqın, heç sağa-sola” demiş:

Sən bu yolla gedib bir çaya varacaqsan,

Cayın hər iki yanında dağlar görəcəksən.

Bu, çox böyük çaydır, dağlar arasından axır,

Sahilindəki dağlar, sanki, göylərə ucalır.

Bu dağın kənarında sular axır hikkəli,

Daşdan bir ev də vardır, ətrafı qırx köşəli.

İrlə xanın evidir, xan özü orda durur,

Bu xanı axtaranlar ancaq orada bulur.

Bir qara ağac vardır bu evin lap önündə,

Doqquz ağac yüksəlir bu ağacın kökündə.

Bu doqquz ağacın da hamısı xan malıdır,

Bu xanın qazığıdır, atı ona bağlayır”.

Bu sözlərdən sonra qız yola çıxır, yol alır,

Az-uz gedir, yorulur, nəhayət, evə varır.

Evə girməzdən əvvəl ətrafa yaxşı baxır,

Ağacın üzərində bir yazı görüb oxur.

Tanrı qutsal ağaca kitabə vurmuş imiş,

Bura gələnlərə belə buyurmuş imiş:

Bil ki, Böyük Tanrıdr bu ağacı yaradan,



Yaradıldı bu ağac göylə, yerlə həmzaman”.

Heç kimsə görməmişdir bu yerə canlı gəlsin,

Hələ insan oğlunun ayağı bura dəysin...

(Ögəl, 2006, səh. 127-128)

Məlum olduğu kimi, animizm ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhlilini verən E.Teylor təlim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vurğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu, daşıdığı cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir, ikincidə isə bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır. Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir. Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə də mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu başlanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, əncir ağacını kəsəndə “Ruhu səni tutacaq” qənaətinə gəlirlər. Gecə yerə qaynar su atanda “Torpağın ruhunu incitdin” deyirlər. Quşa daş atanda “Onun ruhundan qorx!..” xəbərdarlığını edirlər (Qafarov, 2010, s. 15).

“Kitabi-Dədə Qorqud” eposunun “Basat Dəpəgözi öldürdigi boyu”nda totemizmin mahiyyətində duran əsas məsələ («qanqohumluğu») özünə əsaslı yer alır. Basat Təpəgözə (Dəpəgözə) öz nəslini təqdim edəndə deyir ki, «Anam adın sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan Aslan!» R.O.Qafarov haqlı olaraq qeyd edir ki, burada ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsinə - matriarxat (anaxaqanlıq) dövrünə aidliyinə işarə olunur. Belə ki, Basat anasının adını birinci çəkir. Bu oğuz adətlərinə tamamilə zidd idi. Ancaq anaxaqanlıq dövrünün təsəvvürləri ilə üst-üstə düşür (Qafarov, 2010, s. 26).

Alim yazır:

Totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni bar verməməsi. Maraqlıdır ki, Şimali Azərbaycanda yaşayan hunlar da barsız palıd ağacını totem saymışlar. Pir kimi götürülən «xan çinar» da bəhrə vermir. Xalq inanışlarında söyüd ağacını kəsən adam bədbəxt olur. Söyüd ağacı da meyvəsizdir. Bu, tabu ilə bağlı seçimdən irəli gəlirdi, yəni totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı əməl edə bilsin.



Ağac toteminin Azərbaycan mifoloji sistemində böyük əhəmiyyət kəsb etməsini əsaslandırmaq üçün yüzlərlə misal gətirmək olar. Təsadüfi görünsə də, oğuz mifoloji sistemində toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox (eposda “iç oğuz”, “dış oğuz” şəklində verilir) motivlərində Azərbaycan türklərinin soy-kökündə duran qurumların əksəriyyəti Oğuzun gölün ortasındakı ağac koğuşunda rastlaşdığı gözəldən doğulan oğlanların adı ilə (Göy, Dağ və Dəniz) bağlanır. Burada da məhz ana xətt ağacla əlaqələndirilir. Eləcə də “Salur Qazanın evi yağmalandığı boy»da dar anında oğuz igidi ağacdan kömək umur: «Məni sana asarlar götürməgil, ağac!” Özü də bunu islam yolunda vuruşduğu və Allahın birliyinə şübhə etmədiyi halda edir. Yaxud «Baybörə oğlı Bamsı Beyrək boyu»nda totemizmə söykənən “Kölgəlicə qaba ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq” etirafında bir qızın demək istədiyi belə bir fikir ifadə olunmuşdur: qardaşım Beyrəyin yoxa çıxması ilə nəslimizin kökü yerdən üzülmüşdür”(Qafarov, 2010, s. 26-27).

Ağacın ana başlanğıc kimi çıxış etməsi və bu halın anaxaqanlıq dövrünün məhsulu olması heç bir şübhə oyatmır. Təsadüfi deyil ki, arxeoloji qazıntılar Azərbaycanda ağac-ana (Umay ana) bağlılığının köklərinin ən azı Eneolit, yəni Mis-Daş dövrünə qədər uzandığını göstərmişdir.

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır. Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Məsələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır (Azərbaycan tarixi, 1994, s. 31-32).

Azərbaycan və türk dünyasının mifologiyasının böyük bilicisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir:

Ağacın doğum piri olması, onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamətidir. Bir çox axtarışlar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi - mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan əvvəl 4-3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içərisində bir əl - üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.

Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki, burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar." (Seyidov, 1983, s. 37-38).

Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. Belə inam hökm sürürdüsə, deməli,uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi:

Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal XIX-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir” (Seyidov, 1983, s. 38).

Bu sitatdan göründüyü kimi, qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığını sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Məsələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. “Qədim türk lüğəti”ində də təsbit edilmişdir (ДТС, 1969, с. 631). Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər.

Məshəti İsmayıl Rüstəm qızı yazır:

Xalq inamına görə «hər bir şeyin, ağacın, suyun əyəsi var», «nə ki, görürük hamısı əyəlidi» ifadələri, «gecə ağac altına getməzlər əyəsi səni vırar» kimi inamlar, ümumilikdə ağacla bağlı inanclar sisteminin bir hissəsidir” (İsmayıl Rüstəm qızı, 2008, s. 65).

Alim daha sonra bildirir:

Xalq arasında qələmə ağacının əsməsi ilə bağlı müxtəlif fikirlər var. Dеyirlər ki, günüsü оlan qadın qələmə ağacına söykəndiyinə görə qələmə həmişə əsir. Bu dеyimlə bağlı tоpladığımız bir əfsanə isə dini rəvayətdən qaynaqlanır. Əfsanəyə görə Sara İbrahim pеyğəmbərin еvlənməsindən çоx məyus оlur. Günlərin bir günü fikirli-fikirli qələmə ağacının altında оturur. Оnun ürəyinin əsməsi bu ağaca kеçir. Еlə о zamandan qələmə ağacı əsim-əsim əsir” (İsmayıl Rüstəm qızı, 2008, s. 66).

Rəvayətə görə Anadoludakı qızılbaş şiələr ziyarət etdikləri görklü ağaca baş endirər, ildə bir dəfə orada mərasim keçirər və qurban verərmişlər (Bəydili, 2003 b, s. 19). Yaxud Kiçik Asiya qızılbaşlarında müqəddəs ağacın ilahi vəsf daşıdığını bildirmək üçün həmin ağaclar sadəcə olaraq “dədə ağacı” adlandırılırdı (Bəydili, 2003, s. 18). Türklərin mifoloji düşüncəsinə görə müqəddəs “övliya ağac” Tanrıya qovuşmağın yolu idi (Bəydili, 2003, s. 17).

Mövzumuz baxımından uyğurların genezisi ilə bağlı Güveyninin təqdim etdiyi bir mifik süjet də çox maraqlıdır:

...Qaraqorum çaylarından sayılan iki çay var idi. Bunlardan birinə Toğla, digərinə də Selenqa adı verilmişdi. Bu çaylar axaraq, Kamlança adlı bir yerdə birləşirdilər. Bu iki çayın arasında iki dənə ağac var idi. Bu ağaclardan biri fısdıq, digəri isə farsların nay dedikləri ağaca bənzəyirdi. Bunların yarpaqları qışda da sərv kimi tökülməzdi. Meyvələrinin dadı və şəkli isə eyniylə fısdığınkinə bənzəyərdi. O biri ağaca da Tur ağacı deyirdilər. Bu iki ağac iki dağın arasında yüksələrək böyümüşdü.

Bir gün bu iki ağacın ortasına göydən bir işıq düşdü. Buna görə də hər iki tərəfdəki dağlar yavaş-yavaş böyüməyə başladılar. Bunu görən xalq isə heyrətlər içində qalmışdı. Qəlblərində ehtiram hissi baş qaldıran uyğurlar oraya yaxınlaşdılar. Tam yaxınlaşdıqları vaxt qulaqlarına zərif və gözəl musiqi səsləri gəlməyə başladı. Hər gecə buraya işıq düşməyə və işıqla birlikdə şimşək çaxmağa başladı. Başqa bir gün isə eyni yerdə beş ayrı yerdə qurulmuş çadır gördülər. Çadırların hər birində bir uşaq oturmuşdu. Hər uşağın da qarşısında onları doyuracaq qədər süd dolu əmziklər asılmışd. Çadırn döşəməsi isə yuxarıdan aşağıya qədər gümüşlə bəzədilmişdi.

Bütün boyların rəisləri və xalqları bu qəribə şeyi görmək üçün yerlərini buraxb gəlmişdi. Bu mənzərəni görüncə ehtiramla diz çöküb salam verdilər. Bir az sonra da uşaqları götürüb çölə çıxdılar. Bəslənib böyümələri üçün onları süd analarına və dayələrə verdilər. Hamı fürsət düşəndə onlara ehtiram göstərir, hər şey hədiyyə edirdi. Uyğurlardan ata və analarının kim olduğunu soruşdular, onlar da o iki ağacı göstərdilər. Buna görə xalq uşaqları götürüb ağaclarn yanına getdi. Uşaqlar ağacları görən kimi eyniylə övladın ataya göstərdiyi ehtiramı göstərdilər, qarşılarında diz çöküb yeri öpdülr.

Ağaclar dilə gəlib belə dedilər:

- Gözəl xasiyyət və yaxşı xüsusiyyətlə bəzədilmiş uşaqlar belə olurlar və ana ilə atalarına belə hörmət göstərirlər. Ömrünüz uzun, adınz ünlü, şöhrətiniz də daimi olsun!

O bölgələrdə yaşayan qövmlər bu uşaqlara hökmdar oğullarına layiq ehtiram göstərdilər. Uşaqlar doğulduqları yerdən şəhərə gəldikdə onların hər birinə ad qoydular. Ən böyüyünün adı Sonqur Təkin, ikincisinin ad Qotur Təkin, üçüncüsünün adı Tükəl Təkin, dördüncüsünün adı Or təkin, beşincisinin ad isə Bögü təkin oldu.

Uşaqların doğuluşundakı müqəddəsliyi görənlər bunlardan birinin hökmdar seçilməsi qərarına gəldilər. Çünki onlar Tanrı tərəfindən bu iş üçün göndərilməli olmalydılar... (Ögəl, 2006, səh. 87-88).

Əldə olan təkzibedilməz faktlar dünya okeanı motivi kimi həyat ağacı motivinin də Azərbaycan, başqa sözlə, Qafqaz və Ön Asiya mənşəli olduğunu söyləməyə tam əsas verir. Vəli Baxşəliyev Gəmiqaya rəsmlərində həyat ağacının yanında duran iki keçi və bir oğlaq təsvirini, habеlə ağac budağının yanında üzbəüz duran iki keçi təsvirlərini qədim insanların məhsuldarlıq inancları ilə bağlamış, Ön Asiya incəsənətinin ən populyar təsviri adlandırmışdır (Baxşəliyev, 2002, s. 42). Həyat ağacı təsvirinə II Kültəpə qazıntılarından tapılmış boyalı qablar, Şahtaxtı və Muncuqlutəpədən aşkar оlunan silindir möhürlər üzərində də rast gəlinir (Baxşəliyev, 2002, s. 24).

Sibir və Altayın türk xalqları içərisində mənəvi mədəniyyəti, inanc sistemi daha yaxşı öyrənilmiş xalqalrdan biri və bəlkə də birincisi saxa-yakutlardır. Əsasən Rusiya Federasiyasının Yakutiya-Saxa Muxtar Respublikasında, eləcə də Evenk və Taymır milli dairələrində, qismən də Maqadan, Saxalin və Amur vilayətlərində yaşayan və ümumi sayları yarım milyon civarında olan saxaların (yakutların) etnogenezinin əsas elementini sak türklərinin təşkil etdiyi heç bir şübhə oyatmır. Elə saxa etnonimi də bilavasitə sak adından qaynaqlanır.

Maraqlıdır ki, Güney Azərbaycandan tapılan və “Manna incəsənəti” kimi təqdim edilən dekorativ sənət nümunələri içərisində də həyat ağacının yanında duran iki keçi təsvirinə rast gəlinmişdir (Barnett, 1962, p. 77-95; Дандамаев, Луконин, 1980, c. 90-91). Bu motiv iskit-sak incəsənəti abidələrində də geniş yayılmışdır. İrəlidə görəcəyimiz kimi, sakların adının keçdiyi ən qədim yazılı mənbələrdə onlar məhz Manna, yəni Azərbaycan sakinləri kimi qeyd edilmişlər.

Beləliklə, saxa-yakutların əfsanəvi soy babası hesab edilən Ər Soqotoxun genezisinin ağacla bağlı olması bu dastanın çox-çox minilliklər öncə formalaşdığını söyləməyə əsas verir. Ər Soqotoxun adına gəlincə, hələ 2500 il öncə Herodot bu adı “Skuth” kimi qeydə almış, onu iskitlərin əcdadı adlandırmış və iskit (skuth) adının da buradan qaynaqlandığını yazmışdır. Məlumat üçün bildirək ki, yunanlar sakları “iskit” (skuth) çağırırdılar ki, bu barədə bir qədər sonra söhbət açılacaqdır.

Herodotun qələmə aldığı “Herakl və iskitlər” adlı mifdə göstərilir ki, Herakl öküzlə boya-başa çatdığı diyarda yer şumlayırmış. Toxumları səpib qurtarır, dincini almaq istəyir. Hava soyuq imiş, onu göy çəmənlikdə qəflətən yuxu tutur. Ayılanda görür ki, atı və arabası yoxdur:

Peşimançılıq çəkən Herakl axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə bir məxluq çıxır ki, bədəni beldən yuxarı gözəl qız, kəmər yerindən aşağı isə ilan idi. Təəcüblənərək ondan soruşur:

- Sən kimsən?

İlan-qadın cavab verir:

- Mən Apa tanrıçayam.

Herakl xəbər alır:

- Apa tanrıça, sən mənim atımı görməmisən?

İlan-qadın deyir:

- Atın və araban məndədir. Onları ancaq bir şərtlə sənə qaytararam: bir müddət burada qalıb mənim ərim olacaqsan.

Herakl payi-piyada dünyanın o biri başında yerləşən vətəninə dönə bilməyəcəyini anlayır və Apa tanrının yanında qalmağa razılaşır. Amma ilan-qadın atı və arabanı qaytarmağa tələsmir, ona görə ki, Herakla vurulmuşdu. Onlar o vaxta qədər birlikdə yaşayırlar ki, üç uşaqları dünyaya gəlir. Bundan sonra Apa atı və arabanı Herakla verib deyir:

- Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını duyuram. Verdiyim sözün üstündə dururam. Atını və arabanı geri qaytarıram. Ancaq söylə görüm, oğlanların böyüyəndən sonra nə edim? Onları sənin yanına yollayım, yoxsa öz ölkəmdə saxlayım?

Herakl belə qərara gəlir: üstü qızıl kasalı kəmərini belindən açır, sonra yayını dartıb gərilmiş ipi bağladığını və oxu necə atdığını göstərir. Onları Apa tanrıya verib bildirir:

- Oğlanlarım böyüyüb kişiləşəndə qoy kəmərimi bellərinə bağlasınlar və yayımı çəkib sahmanlasınlar. Kəmərim onlardan hansının belinə gəlsə və kim yay-oxumu mənim kimi sahmanlaya bilsə, yanında saxla. Yayımın gərilmiş ipini bağlamağı bacarmayanı və kəmər belinə gəlməyəni qov getsin.

İllər keçir. Heraklın oğlanları böyüyürlər. Apa tanrı atalarının kəmərini və ox-yayını gətirib övladlarının qarşısına qoyur. Kəmər iki oğlun belinə çox geniş olur. Onlar qızıl kasaların ağırlığını daşıya bilmir. Böyük və ortancıl qardaşın yayın gərilmiş ipini də çəkib bağlamağa gücləri çatmır. Hər ikisini ölkədən qovurlar. Heraklın kəməri üçüncü oğlun belinə gəlir və o, yayı atası kimi qaydasına salıb oxu sərrast atır. Bu, kiçik oğul Skuth (rusdilli mənbələrdə ad yanlış olaraq Skif kimi yazılır – B. T) idi. Skuth ölkədə Apa tanrının himayəsində qalır və ondan iskit tayfası törəyir (Qafarov, 2010, s. 42).

Herodot bu əfsanəni Qara dəniz sahillərində qeydə almışdır. Onun yazdığına görə, bu iskit-sakların mənşəyinə dair yunanlar tərəfindən söylənilən variantdır. Bu variantla saxa-yakut variantının arasındakı daha bir ortaq nöqtə mədəni qəhrəmanın atası ilə bağlıdır. Məlum olduğu kimi, yunanların mifik təsəvvürlərinə görə, Hüraklın atası Zevs, yəni yunan panteonunun baş tanrısı idi (Ağasıoğlu, 2000, 92-93). “Ər Soqotox” dastanında isə qəhrəmanın atası Ər Toyon, başqa sözlə Uluu Toyon // Ürünq Ayığ Toyondur:



Dinlə ey uşaq! Sənin atan Ər Toyon, anan isə Gübey xatun idi. Səni doğan və dünyaya gətirən onlardır (Ögəl, 2006, səh. 120).

Uluu Toyon // Ürünq Ayığ Toyon isə, bilindiyi kimi, saxa-yakut panteonunun başçısıdır və saxa-yakut yaradılış dastanında Tanrı ilə eyniləşdirilir:



Ürünq Ayığ Toyon ki, yaradan Tanrı idi,

İnsanlara can verən, yaşadan Tanrı idi.

Bu Tanrı sahibiydi göylərin üst qatının,

Ağaca at bağlardı, qazığıydı atının

(Ögəl, 2006, səh. 122)

Bilavasitə iskit-sakların öz dilindən qeydə alınmış variantda isə əsas qəhrəman Herakl yox, Tarqitay adlanır. İskitlərin də əcdadı kimi məhz o, təqdim edilir. Tarqitay təmiz türk adıdır. Həmin adı Vl əsrdə yaşamış Avar türklərinin diplomatlarından biri də daşımışdır. Onun adı tarixi mənbələrdə Tarqitiy şəklində qeyd olunmuşdur (Гейбуллаев, 1991, с. 305).

Herodotun təqdim etdiyi və bilavasitə iskitlərin özlərinə şamil etdiyi ikinci variantda qəhrəmanın, yəni ulu əcdadın – Tarqitayın atası Papay (Baba Ay), anası isə Api adlanır (Мизиев, 1991, с. 41). Bu adların İslamdan çox-çox öncə Azərbaycanda qələmə alınan Uluq xan Ata Bitikçi “Oğuznamə”sindəki adlarla yaxınlığı diqqət çəkir:



...Tam doqquz ay keçincə ondan bir insan çıxmış,

Nədənsə adını da “Ay Atam” deyə almış.

Ay Babayla, Ay Dədə türkcəyə burdan qalır,

İnsanın ilk cəddi də kökünü aydan alır...

(Ögəl, 2006, səh. 479)


...Birincisi Ay Atam necə idisə kişi,

Bu ikinci şəxs də yaradılmışdı dişi.

Ay Va demişdir hər kəs bu dişinin adına,

Ağ üzlü” anlamı var ad qoymuşlar qadına...

(Ögəl, 2006, səh. 480)

Sözügedən variantda Tarqitayın // Heraklın oğulları içərisində Skuth // Ər Soqotox adını daşıyanına rast gəlinmir. Onun oğlanlarının adları Arpaksay, Lipoksay və Kulaksaydır. İ.Miziyev bu adları Arpaçay, Lıppıq çay (qaraçay – balkar türklərinin dilində “dolanbac çay”) və Qolaq çay (qaraçay – balkar türklərinin dilində “çay qolu”) kimi şərh etmişdir. Buradakı adlardan birincisinin Araz çayının qollarından biri olan Arpa çayının adı ilə üst-üstə düşməsi də diqqətəlayiqdir.

Tarixən “sak” adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz kimi, müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kimmer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir.

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. VIII əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar (Дьяконов, 1968, c. 169-175; Пиатровский, 1959, c. 232). Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar (Дьяконов, 1956, c. 242). Aşşurlara ayrıca saklar da məlum idi (Тадмор, 1949, c. 241). Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qimirri", (yəni kimmer) yazılmışdır. M.A.Dandamayev və V.Q.Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər olmuşlar (Дандамаев, Луконин, 1980, c. 75).

Herodotun yazdığına görə, farslar bütün iskitləri "sak" adlandırırdılar (Дандамаев, Луконин, 1980, c. 75). Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları "iskit" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün "İskit-saklar", digərləri isə "kimmer-iskit-saklar" terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) "umman manda" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 69).

İlk öncə ondan başlayaq ki, yunanların "iskit", farsların isə "sak" adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklərindən Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahillərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.

Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ.M.Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır (Орансий, 1963, c. 90).

Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən R.Fray yazmışdır:



"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər... Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsrlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar." (Фрай, 1972, c. 221-222).

B.Q.Qafurov bildirir:



"İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur." (Гафуров, 1971, c. 13).

E.A.Qrantovski yazmışdır:



"E.ə. I minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ-nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər (Грантовский, 1974, c. 3).

Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözügedən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.

Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ.Abayev (Абаев, 1979, c. 121) olmuşdur. Bütün bu müəlliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (Ağasıoğlu, 2005, s. 85) iskitlərin ilkin vətəni kimi qeyd etdikləri məkanda axan Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdur (Гейбуллаев, 1991, s. 277). Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək yazmışdır:



"Buradan bir qədər şərqdə-Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan... qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlərin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdilər." (Смирнов, 1966, c. 43).

A.İ.Terenojkin isə başqa, gerçəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:



"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar." (Тереножкин, 1971, c. 17-18).

İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu (Гейбуллаев, 1991, s. 124) Herodotun öz yazdıqları sübut edir:



"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..."

"(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..." (Алиев, 1987, c. 14).

İkincisi ona görə ki, iskit-sak dairəsinə daxil olan xalqların-kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazılarda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:



"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır...

(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər." (Алиев, 1987, c. 13-14).

Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:



"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər" (Гейбуллаев, 1991, s. 277).

Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə VII əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir (İsmayıl, 1955, c. 10; Гейбуллаев, 1991, c. 124). Yəni iskitlər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi (Гейбуллаев, 1991, s. 106).

Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947-ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R.Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (Excavations in Kaluraz..., 1973).

M.A.Dandamayev və V.Q.Lukonin xəzinə barədə yazmışlar:



"Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əşyalar, ilk növbədə də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır." (Дандамаев, Луконин, 1980, c. 90-91).

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən,103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir (Ghrishman, 1973, p. 445-452). Bir vaxtlar İranın Arxeolyi Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. "Heyvani üslub" terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaları çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin "Manna" incəsənəti olduğunu bildirmişdir (Godard, 1950). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, II Sarqonun kitabəsində (Luckenbill, 1927, II, p. 5) "Zubie qalası" kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (Дандамаев, Луконин, 1980, c. 91).

R.Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Gü-ney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqanlarından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını iddia etmişdir (Barnett, 1962, p. 77-95).

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır (Кузьмина, 1987, c. 3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir (Кузьмина, 1987, c. 8).

İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söyləmişlər. Bu baxımdan A.Alfoldi, D.Karter, E.Farkaş, V.Abayev, K.Şefold, İ.Yat-senko, Q.Fyodorov-Davıdov, A.Xazanov, A.Şkurko, M.Rostovtsev, İ.Braginski, K.Trever, S.Tolstov, Q.Puqaçenkova, S.Rudenko, B.Litvinski, V.Lukonin, D.Ra-yevski, Q.Bonqard-Levin, A.Akişev, B.Mazolevski, V.Qolmsten, A.Qraç, L.Dyula (Кузьмина, 1987, c. 4), Q.Qeybullayev (Гейбуллаев, 1991, s. 283) və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.

Məsələn, A.M.Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə (Рыбаков, 1979, c. 225), B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir:

"Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.VII-VI əsrlərə aiddir. Beləliklə aydın olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən, Amu-Dərya və Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb." (Техов, 1980, c. 17-18).

İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov "heyvani üslubun" əsas motivinin maral motivi olduğunu göstərmişdir (Артомонов, 1974, c. 25). Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində "iskit maral daşları" adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və "iskit maral daşları"nın kökləri e.ə. lX əsrdə formalaşan "heyvani üslub"dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.

Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova deyir:

"Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir. 20-ci əsrin 70-ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir. Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumıniyada, Dinoqeti-Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstanda, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.

Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.” (Махмудова, 2005, s. 125).

Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.

Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyidir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar (Rzayev, 1985, s. 41-43).

Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit-sak mədəniyyətinin köklərinin bilavasitə Azərbaycan ərazisi ilə bağlı olduğunu söyləməyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.

Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir (Ağasıoğlu, 2005, s. 121, şəkil).

R.Qafarov bildirir ki, Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılmışdır. Dünyanın ən mötəbər arxeoloji ensiklopediyalarını bəzəyən maral fiqurlarının totemlə bağlananları qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə və saklar yaşayan Şimali Qafqazda) aşkar edilmişdir:

Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb uzaqlaşması insan qəlbinin daşa dönməsinə bərabər sayılır. Maralın Azərbaycan türklərinin əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir. Qeyd edək ki, üç yerdən - Şəki, Şamxor və Ağdaşdan totem maral fiqurları tapılmışdır. Bu tapıntıların nə qədər əhəmiyyətli və mühüm olduğunu nəzərinizə çatdırmaq üçün arxeologiya tarixinə müraciət edib nəticələri əldə edəndə görürük ki, dünyada ancaq bir neçə yerdə totem maral aşkar edilmişdir” (Qafarov, 2010, s. 42).

Məlum olduğu kimi, eramızdan əvvəl VI minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü Eneolit, yəni Mis-Daş dövrü əvəz etmişdir. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması və sürətli inkişafı ilə xarakterizə olunur. Bu dövrü tarixin əvvəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları ilə yanaşı, metaldan istifadə olunmağa başlanmasıdır.

Arxeoloq Rəşid Göyüşov deyir:

Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü eramızdan əvvəl 6-4-cü minillikləri əhatə edir. Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sıradan çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü deyilir.



İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar. Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız 6-cı minilliyin sonlarında məlum olmuşdur. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi,soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas vermiş, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.” (Göyüşov, 1986, s. 24-25).

Yüklə 357,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə