Bəxtiyar Tuncay Idil bulqarlarının mənəvi mədəniyyəti Giriş


İdil bulqarlarının xalq təbabəti və Tibbi elmlər sahəsindəki bilikləri



Yüklə 2,67 Mb.
səhifə3/3
tarix17.11.2018
ölçüsü2,67 Mb.
#80064
növüYazı
1   2   3

6. İdil bulqarlarının xalq təbabəti və Tibbi elmlər sahəsindəki bilikləri

İdil bulqarlarından Kazan tatarlarına, eləcə də çuvaş və türklərinə xalq təbabəti sahəsində zəngin biliklər miras qalmışdır. Bu gün də İdil-Ural bölgəsində yaşamaqda olan xalqlar gündəlik həyatlarında əsrlər boyu nəsildən-nəslə öterelən bu biliklərdən faydalanmaqdadırlar.

Məlum olduğu kimi, Xalq təbabəti xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət formasıdır.

Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı , öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s. bu kimi təbii məhsullardan istifadə edərdilər (Xalq təbabəti, 1987, s. 30).

İdil-Ural bölgəsində yaşayan Türk xalqlarının, o cümlədən bulqarların xalq təbabəti ilə bağlı ilk yazılı qeydlərə XVIII-XIX əsrlərdə yaşamış rus səyyah alimlərinin əsərlərində rast gəlirik. Bu baxımdan İ. G. Georgi (1779), P. S. Pallas (1773), İ. İ. Lepexin (1802) və başqalarının adını çəkə bilərik.

Bu sırada bilavasitə bulqar-tatarların Xalq təbabəti sahəsindəki biliklərdən söz açmış F. Losevskiy və K. Fuks kimi tədqiqatçıların da adını xüsusi çəkmək lazımdır. Onlardan birincisinin sadə xalq arasındakı müalicə üsullarına həsr etdirdiyi və 1866-cı ildə nəşr etdirdiyi kitab İdil bulqarlarının Xalq təbabəti sahəsindəki biliklərini tam şəkildə əks etdirən samballı elmi əsərdir. Eyni sözləri K. Fuksun "Kazan tatarları etnoqrafik və statistik münasibətlər işığında" (1844) kitabı haqqında da söyləmək olar. S. Şaripovanın yazdığına görə müsəlman müəlliflərin də eyni mövzuda çox sayda kitabları olmuş, fəqət onlar Qorxunc İvanın kazana hücumu sırasında yandırılmışdır. Onlardan yalnız XII əsrə aid olan biri sağ qalmışdır ki, O da ABŞ-ın İraqı işğal etməsinə qədər Bağdadda qorunmaqda idi. Hazırda onun barədə heç bir məlumat yoxdur (Şaripova S., 1994, s. 69).

İ Lepexinin verdiyi məlumata görə, bulqarlarda xalq təbabəti ilə məşğul olanlara "abız" (apasu) deyirdilər. Onlar bazarlarda oturur və elə orada satılan dərman birkiləri vasitəsilə əhalini sağaltmaql məşğul olurdular (Lepexin İ. İ., 1741, с.365).

Y. Koblov 1908-ci ildə qələmə aldığı "Müsəlman tatarların adət və ənənələri" adlı məqaləsində müsəlman bulqar uşaqların sünnət edilməsinə toxunaraq bu işlə mollaların deyil, "babay" adlandırılan xüsusi xalq həkimlərinin məşğul olduğunu söyləyir (Koblov Ya. D., 1909, s. 521-564).

Dövrümüzədək İdil bulqarlarının bəzi xəstəliklərin sağalması üçün istifadə etdikləri bitkilər barədə məlumatlar çatmışdır ki, hazırda eyni üsullardan bulqarların varisləri olan Kazan tatarları da istifadə etməkdədirlər. Onlardan bəzilərini gözdən keçirək. Məsələn, məlumdur ki, bulqarlar nəfəs orqanlarının soyuqdəyməsi zamanı əzvaydan geniş istifadə etmiş, onun ağ ciyər vərəmindən ən yaxşı dərman olduğunu hesab etmişlər. Eyni xəstəlik zamanı qayın qozasını qaynadaraq içmişlər. Turp suyunun da xeyirli olduğu söylənilir. Qırmızı yabanı meyvəsinin suyunun balla içilməsinin də vərəmdən kömək etdiyi hesab edilir (Tatarı Sredneqo.., 1967, s. 340; Kuznetsova M. A., Bayqildeyeyva M. Q., 1970, s. 27). Bataqlıq labradorunun isə astma və öskürəyə kömək etdiyi söylənilir. Öskürək zamanı qırmızı və qarağatdan da istifadə edilmişdir (İvanova R. Q., 1988, s. 14; Qumarov V. Z., 1985, s. 32).

İdil bulqarlarına qan dövranını yaxşılaşdıran bitkilər də məlum olub. Bu məqsədlə onlar yonca gülündən, isırğandan, itburnu çiçəyindən (Qumarov V. Z., 1985, s. 32) istifadə edərdilər. Onların digər xəstəliklərə qarşı effektiv mübarizə aparmaq üçün başqa bitkilərdən istifadə etdikləri də məlumdur (Nikonova L. İ., 2000).

İdil Bulqar dövlətində və onun yerində qurulan Kazan Xanlığında peşəkar tibblə məşğul olan təbiblərin də olduğu və xəstələri dövrün elmi bilikləri əsasında müalicə etdikləri də bilinməkdədir. Onlardan biri XII əsrdə yaşamış məşhur təbib Bürhanəddin İbrahim ibn Yusif əl-Bulğari idi. Onun ilahiyyat, bələğat kimi elm sahələri ilə yanaşı tibb sahəsində də kitablar yazdığı məlumdur ki, onlardan birinin adı dövrümüzədək ulaşmışdır. Bu, "Sadə dərmanlar" adlı risalədir. Hazırda həmin rislənin yeganə nüsxəsi Özbəkistan Elmlər Akademiyasının kitabxanasında qorunmaqdadır.

XII əsrdə yaşamış başqa bir təbib də Bulqar şəhərinin qazısı Əbülulla Həmid ibn İdris əl-Bulğari olub. Onun dini-didaktik və fəlsəfi əsərlərlə yanaşı Tibb elminə aid əsərlərinin də olduğu bilinməkdədir. Bu barədə XII əsrin böyük ensiklopediyaçı alimi Süleyman ibn Davud əs-Saksini-Suvari məlumat verməkdədir. Sonuncu onu Tibb elmlərinin ustadı adlandarmaqla yanaşı, onun embiralogiya səhəsində yazdığı kitab barədə də məlumat vermişdir.

Adı dövrümüzədək ulaşmış bulqar mənşəli tibb alimlərindən biri də Dasiddin bin Mölla Maxiliddindir. Onun 1893-cü ildə nəşr etdirdiyi "Xolera: Ondan qorunma üsul və vasitələri" məşhurdur (Nikonova L. İ., 2000, s. 7-8).

7. İdil bulqarlarıda fəlsəfə

Bulqarların İslamı qəbul edtməsindən sonra İdil Bulqar dövlətində müxtəlif elm sahələri ilə yanaşı fəlsəfə elminin də inkişaf etdiyi məlumdur. Bulqar alimlərindən Bürhanəddin İbrahim ibn Yusif əl-Bulğari (XII əsr), Əbülulla Həmid ibn İdris əl-Bulğari (XII əsr) və Süleyman ibn Davud əs-Saksini-Suvari (XII əsr) kimi elm adamlarının fəlsəfəyə aid əsərlər yazdığı məlum olsa da, təəssüf ki, onlar haqqında hələlik heç bir məlumata sahib deyilik.

Bulqar fəlsəfi fikrinin formalaşmasında Yusif Balasaqunlu (XI əsr), Əhməd Yasəvi (XII əsr) və Qul Qali (XII-XIII əsrlər) kimi böyük Türk alimlərinin önəmli rolu olmuşdur.

Sonradan, yəni Qızıl Orda və Kazan Xanlığı dövrlərində bu ideyalar Mahmud Bulğari (XIV əsr), Qütub (XIV əsr), Xüsam Kətib (XIV əsr), Rabquzi (XIV əsr), Seyf əs-Sarai (XIV əsr), Mahmud Mühəmmədya (XV-XVI əsrlər) tərəfindən daha da inkişaf etmişdir. Həmin dövrlərdə bulqar fəlsəfi fikrinin əsasını Tövhid inancı və İslam fəlsəfəsi təşkil edirdi (Sabirov A. Q., 2017).

XVII əsrin II yarısından sonra bulqar fəlsəfə elminin inkişafında yeni bir mərhələ başladı. Həmin dövrün fəlsəfəsinin əsas istiqamətini Allahın varlığının isbatı təşkil etməkdəydi və bu xətt Mövla Qolıy (XVII əsr) və Qabderrəhim Utız İmani (1754-1834) kimi filosofların əsərinin əsər motivini təşkil edirdi.

XVIII əsrin sonlarından XIX əsrin ortalarına qədərki dövrdə bulqar fəlsəfəsinin yönvericiləri rolunda Əbu Nəsr Kursavi (1776-1812), Hüseyn Faizxanov (1828-1866) və Qəyyum Nəsiri (1825-1902) çıxış etmişlər. Onlar dində islahatçılıq (cədidçilik) cərəyanının əsasını (Yuzeyev A. N., 2001, s. 189).

Sonrakı dövrlərdə bu cərəyanın çoxsayda davamçısı yetişmişdir. Onları cədidçilər adlandırırdılar. Şihabəddin Mərcani (1818-1889), Qalimcan Barudi (1857-1921), Ziya Kamali (1843-1942) və başqalarının adını çəkmək olar. Bu filosofların əsərlərinə Avropa və Türkiyə filosoflarının, xüsusən də maarifçi filosofların güclü təsiri olmuşdur (Kamalov T. R., 1997, s. 133).

8. Nəticə

Rusiyada folklorşünaslıq sahəsində basılmış bütün kitablarda İdil bulqarlarına aid folklor nümunələri "Tatar folkloru" və ya "Kazan tatarlarının folkloru" adı ilə təqdim edilir. Bu isə o deməkdir ki, Kazan tatarları mədəni və genetik baxımdan İdil bulqarlarının birbaşa varisləri olduğu kimi, onların zəngin folklor nümunələrinin də birbaşa varisləridirlər.

İdil bulqarları X əsrin I yarısından etibarən İslam dinini qəbul etsələr də, uzun müddət əski mifoloji təsəvvürlərini də qoruyub saxlamış və xələfləri olan Kazan tatarlarına ötürə bilmişlər. Bu inancların bir qismi bu gün də tatar xalqının inanclarının mühüm tərkib hissəsini təşkil edir. Bu düşüncə İslamiyyətin qəbulundan sonra əldə edilmiş yeni baxışlar sistemi ilə birlikdə sadə xalq içərisində yaşamaqda davam etmiş, bəzi hallarda ona İslamdan qaynaqlanan cin, şeytan, Fatimeyi-Xəhra, Xızır Nəbi və s. kimi obrazlar daxil olmuşdur.

Əski İnancların və düşüncə sisteminin izlərinə mərasim folkloru nümunələrində, əfsanə və rəvayətlərdə, xalq nəğmələrində, eləcə də bəzi dastalarda rast gəlinir.

Bulqar-tatar dastanlarının çox hissəsi Altın Orda dövrünə aid olsa da, öncəki dövrdə ərsəyə gəlmiş bəzi dastanlar haqqında da əlimizdə müəyyən məlumatlar bulunmaqdadır. Dastanlarda bir çox hallarada gerçək tarixi olaylar və gerçək tarixi şəxsiyyətlərlə rastlaşırıq. Bu fakt İdil bulqarlarının dərin tarixi biliklərə sahib olduqlarından xəbər verməkdədir. Bu da İdil Bulqar dövlətində və onun davamı olan Kazan Xanlığında tarix elminin inkişafı ilə sıx bağlı olmuşdur.

İdil bulqarlarından Kazan tatarlarına, eləcə də çuvaş və türklərinə xalq təbabəti sahəsində zəngin biliklər miras qalmışdır. Bu gün də İdil-Ural bölgəsində yaşamaqda olan xalqlar gündəlik həyatlarında əsrlər boyu nəsildən-nəslə öterelən bu biliklərdən faydalanmaqdadırlar.

İdil Bulqar dövlətində və onun yerində qurulan Kazan Xanlığında peşəkar tibblə məşğul olan təbiblərin də olduğu və xəstələri dövrün elmi bilikləri əsasında müalicə etdikləri də bilinməkdədir.

Bulqarların İslamı qəbul edtməsindən sonra İdil Bulqar dövlətində müxtəlif elm sahələri ilə yanaşı fəlsəfə elminin də inkişaf etdiyi məlumdur. Bulqar fəlsəfi fikrinin formalaşmasında Yusif Balasaqunlu (XI əsr), Əhməd Yasəvi (XII əsr) və Qul Qali (XII-XIII əsrlər) kimi böyük Türk alimlərinin önəmli rolu olmuşdur.



Özet
İtil Bulgarları, 10. yüzyılın ilk yarısından beri İslam dinini benimsemiş, ancak eski mitolojik hayallerini uzun süre korumuş ve onu miras almış olan Kazan Tatarlarına iletmeyi başarmışlar. Bu inançların bir kısmı bugün Tatar halkının inancının önemli bir bölümünü oluşturmaktadır. Bunlardan en önemlilerinden biri, “Kir İyesi” (yeryüzünün ruhu) ya da “Yul İyesi” (yolun ruhu, yolun sahibi) denilen mitolojik varlıktır, eski bulgarlar bunu özel ayinlere adamıştır. İslam’dan sonra bu mitolojik varlık, Hıdır İlyas’ın imgesiyle değiştirildi.

Azerbaycan'da "Su Eyesi" veya "Su Eyesi Karı Nene" olarak bilinen su ruhu, Bulgarlarda və Kazan Tatarlarında "Su İyesi", "Su Annesi" olarak bilinir.

Bulgarların inandığı bir başka mitolojik varlık Öy İyesi'ydi. Her evin bir ruhu (Öy İyesi) olduğu ve onun sakinleri ile yaşadığı varsayılmıştır.

Bulgar-Tatar efsanelerindeki ve masallarındaki en yaygın mitolojik varlıklardan biri de Abzar'dır. Bu ruhun bahçede ya da çadırda yaşadığına inanılmaktadır. Bazı evcil hayvanları sevdiği ve başkalarını sevmediği düşünülmektedir. Bir hayvandan hoşlanmıyorsa, hayvanın hayatta kalamayacağına ve kesilmesi gerektigine inanılır.

Dışarıda veya ormanda yaşadığına inanılan başka bir mitolojik varlık da Şürale olarak bilinir. Ona Urman İyesi (Ormanın ruhu) de denir.

Albasti, Bulgar-Tatar mitolojisinin en yaygın karakterlerinden biridir. O, tüm Türk halklarında bulunur. İslam sonrası masallarda bazen bir cin gibi davranır.

Bulgar-Tatar destanlarının çoğu, Altın Ordu dönemine ait. Onlardan Edigey destanı, zengin bir kültürel geleneğine sahip bulgarların sözlü edebiyatında eşsiz bir yere sahiptir.

Bulgarlar halk tıbbı konusunda zengin bilgiye sahiplerdi. Bugün, Itil-Ural bölgesinde yaşayan Türkler, bu bilgi birikiminden günlük yaşamlarında yararlanmaktadırlar.

İslamiyyetin kabul edilmesinin ardından, çeşitli bilim alanları ile birlikte felsefi bilimlerin de geliştiği bilinmektedir. Yusuf Balasagunlu (XI. Yüzyıl), Ahmed Yasavi (XII. Yüzyıl) ve Qul Qali (XII-XIII. Yüzyıllar) gibi büyük Türk akademisyenler, bulgarların felsefi fikrini şekillendirmede önemli rol oynamışlardır.

Anahtar Kelimeler: Bulğar-Tatar Türkleri, Folklor, Efsane, Rivayet, Destan, Halk Türküleri, Bilim, Tarih, Tıp, Felsefe.
Faith, Thought and Science in the Itilian Bulgarians
Abstract
The Bulgarians have adopted Islamic religion since the first half of the 10th century, but have succeeded in conveying their ancient mythological dreams to the Kazan Tatars, who have long protected and inherited it. Some of these beliefs today constitute an important part of the belief of the Tatar people. One of the most important of these is the mythological entity called "Kır İyesi" (the spirit of the earth) or "Yul İyesi" (the spirit of the path, the proprietor of the path). After Islam, this mythological entity was changed by the image of Hıdır İlyas.

The water spirit known as "Su Eyesi" or "Su Eyesi Karı Nene" in Azerbaijan is known as "Su İyesi" (water spirit), "Water Mother" in Bulgarians and Kazan Tatars.

Another mythological asset that the Bulgarians believed was the "Öy İyesi". Every house is supposed to have a soul (Öy İyesi) and to live with its inhabitants.

One of the most common mythological beings in the Bulgarian-Tatar myths and in their fairy tales is Abzar. This soul is believed to live in the garden or in the tent. It is thought that he loves some pets and does not like others. If an animal does not like it, it is believed that the animal can not survive and should be cut off.

Another mythological entity believed to live outside or in the forest is also known as the Shurale. It is also called "Urman İyesi" (the spirit of the forest).

Albasti is one of the most common characters of Bulgarian-Tatar mythology. He is found in all Turkish peoples. He sometimes acts like a goblin in post-Islamic tales.

Most of the Bulgarian-Tatar epics belong to the Golden Horde period. During these epics the "Edigey" legend has a unique place in the oral literature of bulgarians with a rich cultural tradition.

The Bulgarians had rich knowledge of folk medicine. Today, Turkes living in Itil-Ural region benefit from this knowledge in their daily lives.

After the acceptance of Islam, it is known that philosophical sciences developed along with various scientific fields. Major Turkish academicians such as Yusuf Balasagunlu (XI century), Ahmed Yasavi (XII century) and Qul Qali (XII-XIII centuries) have played an important role in shaping the philosophical idea of bulgarians.

Keywords: Bulgarian-Tatar Turkes, Folklore, Legend, Rumor, Epic, Folk songs, Science, History, Medicine, Philosophy.
Qaynaqça

Alekseyev N. A. Traditsionnıye reliqioznıye verovaniya tyurkoyazıçnınx narodov Sibiri. Novosoborsk: Nauka, 1992, 240 s.

Alpamış // Kitabi-Dədə Qorqud ensiklopediyası: I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000. 622 s.

Aygül Gabaşi. Şurale // Jurnal "Tatarskiy Mir", № 3, 2005.

Babayeva X. Ə. Azərbaycan folklorunda Xızır Nəbi (İlyas) obrazı (türk folkloru kontekstində): monoqrafiya, Bakı, 2013, 174 səh.

Bakirov M. X. Üzənçəlekle janr bularak böetlər // A. Q. Yaxin, M. X. Bakirov. Folklor janrlarının sistema itep tikşerü təjrebese. Kazan, 1979, s. 82-197.

Bakirov V. H. Qenezis i drevneyşie formı obşetyurkskoy poezii. ADD. Kazan, 1999.

Basilov V. N. Albastı // Mifoloqiçeskiy slovar. M., "Sovetskaya Ensiklopediya", 1990. 672 s.

Bayazitova F. Keräşennär. Tel Üzençälekläre Häm Yola İcatı, “Matbuqat Yortı” näşriyatı, Kazan, 1997.

Beydili C. Türk Miföloji Sözlüyü. Yurt Kitap-Yayın, Ankara, 2004.

Bəyrəmnər. Tuylar Öçen. Tamaşa ürnäkläre. S. Sävbanova tuplavında, „Rannur“ näşriyatı, Kazan, 1999.

Borınqı törki həm tatar ədəbiyatının çaqanakları. Kazan, "Kazan Un-tı nəşriyatı, 1981.

Çulpan Zaripova Çetin. Tatar Folklor ve Halk Edebiyatında kayın ağacı // Turkish Studies. International Periodical For the Languages, Literature and History of Turkish or Turkic. Volume 4/3 Spring 2009, s. 583-601.

Davletşina L. X. "Xızır İlyas" v traditsionnoy kulture tatar // Vestnik Başkirskoqo Universiteta. 2011, T. 16, № 3, s. 779-781.

Dırenkova N. P. Umay v kulte turetskix piemyon // Kultura i Pismennost Vostoka". Kniqa 3. Bakü, 1928, s. 134-139.

Dünya Mifı narodov Mira. M., 1988.

Dyroff Carl. Wer ist Chadhir // Zeitshrift Assyridadie, VII. 1892, s. 319-327.

Əxmetcanov M. Tatar Şecerelere. Kazan, 1995.

Əxmətcanov M. Yanqura batır bulqan // Şəhri Kazan, 2005a, 7 iyun.

Əxmətcanov M. Yanqura batır turında cır // Şəhri Kazan, 2005b, 7 iyun.

Əxmətcanov M. Söembikə sıktavı // Söembikə, 2010, № 10, s. 28-30.

Əxmətova F. V., Nadirov İ. N., Yəqfərov R. F. Tatar Xalkınınq böetlere həm mönejetlere // Böetlеr. Kazan, 1983, s. 5-22.

Əxmətova F. V. Tatar Xalık dastannarı // Tatar xalık İicaiı. Dastannar. Kazan, 1984, s. 5-28.

Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). Bakı: “ ” nəşriyyatı, 2014. 350 s.

Georgi İ. G. Оpisamiye vsex obitayuşix v Rossiyskom qosudarstve narodov. SPb., 1799.

Gilyazutdinov S. Tatarskiye istoriçeskiye istoriçeskiye predaniyai leqendı i ix xudojestvennıye osobennosti. AKD. Kazan, 2000. 32 s.

Hüseynova D. Azərbaycan mərasim folklorunda mifik obrazlar (doğum mərasimləri ilə bağlı məqamlar). Bakı, 2012 (http://bsu-edu.org/images/Folklor. pdf).

Xakimov R. F. İstoriçeskiye pesni v tatarskom folklore. Аvtoreferat diss. na soiskaniye uç. stepeni kan. fil. nauk. Kazan, 2012.

Xalikov A. X. Çto, başnya, v imeni tvoem? // Tatarstan. 1992. № 11-12, s. 60-65.

Xalq təbabəti // Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.

Xürrəmqızı A. Azərbaycan mərasim folkloru, Bakı, 2002. 210 s.

Istoriya Kazani. I Kniqa. Kazan, "Tatarskoye knijnoye izd-vo", 1988.

İvanova R. Q. Slovar-spravoçnik po flore Tatarii. Kazan, 1988.

Jirmunskiy V.M. Tyurkskiy qeroiçeskiy epos. M., 1974.

Kalafat Y. “Edige Destanında Olağanüstü Tipler”, Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi, 2003, 13, s. 345-353.

Kamalov T. R. Ziya Kamali: mıslitel, prosvetitel, reliqioznıy deyatell. Kazan, "İman", 1997. 53 s.

Karamzin N. M. Rusiya Devletinin Tarihi. Cilt 3. SPb, 1818. Rus dilinde. (Карамзин Н. М. "История государства Российского", СПб, 1818, т.3).

Kazanskaya Istoriya. M. - L., 1954.

Koblov Ya. D. Reliqioznıye obryadı i obıçai tatar maqometan // İOAİE. T. XXIV, Vıp. 1. Kazan, 1909, s. 521-564.

Korşunov M., Terexova V. Podzemnıy xod v Kreml // Vokruq Sveta, 01. 05. 1993.

Kuçemezov B. X. Zemledeliye u balkartsev // Etnoqarafiçeskoye obozreniye. 2001, №1.

Kuznetsova M. A., Bayqildeyeyva M. Q. Dikorastuşie lekarstvennıye rasteniya Tatarii i ix resursı. Kazan, Tatş kn. izd-vo, 1970.

Kvilenkova Y. N. Xesrlez // "Nezavisimaya Moldova", 4 Mayis, 2001.

Qafarov R. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın Avtoreferatı. Bakı, 2010.

Qumarov V. Z. Başkirskaya narodnaya meditsina. Ufa. Başk. kn. izd-vo, 1985.

Lepexin İ. İ. Dnevnıye zapiski putişestviya doktora Akademii Nauk adyunkta İvana Lepexina po raznım provintsiyam Rossiyskoqo Qosudarstva v 1768 və 1769 qq. SPb., 1741.

Lepexin İ. İ. Dnevnıye zapiski puteşedtviya po raznım provintsiyam Rossiyskoqo qosudarstva v 1770 qodu. Ç. 2. SPb, 1802.

Məxmütov H. Ş. Yazılmaqan kanunnar. Kazan, 1995.

Meşkov A. Straşnaya tayna ozera Kaban // Komsomolskaya Pravda. 18. 04. 2018.

Muxametzyanova L. X. Knijnıy dastan v tvorçestve kazanskix tatar // Vestnik TQTPU, 2011, № 4(26), s. 247-249.

Мухаметзянова Л.Х. Книжный дастан в творчестве казанских татар // Вестник ТГГПУ. 2011. № 4 (26). С. 247 – 249.

Nadirov İ. Tatar xalkınıq tarixi cırları həm lirik ozın cırları turında // Tarixii həm lirik cırlar. Kazan, 1988, s. 5-32.

Nikişenkov A. A. Тraditsionnıy etiket narodov Rossii. XIX - naçalo XX vv. M., "Starıy Sad", 1999.

Nikonova L. İ. Traditsionnaya meditsina tyurkskix narodov Povoljya i Priuralya kak çast sistemı ix jizneobespeçeniya. Ruzayevka, 2000. 160 s.

Niqmətcanov М. Ерак çaqanaklar // Sovet ədəbiyati. 1963. № 2.

Pallas P. S. Putişestviye po raznım provintsiyam Rossiyskoqo qosudarsyva v 1772–1773 qq. SPb.: İmperat. Akad. nauk, 1788. 480 s.

Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, «Nurlan», 2008. 188 s.

Sabirov A. Q. Tatarskaya filosofiya v kontekste personalistskoqo podxoda // Filosofckiye nauki. № 9, 19. 09. 2017 http://novaum.ru/public/p351

Schmitz A. Edige Destanı (Çev: Can Bulut), İzmir: Edebiyat Fakültesi Yayınları. 2004.

Sedekov M. R. Tatarskiy folklor perioda Kazanskoqo xanstva v russkix istoriçeskix istoçnikax. Avtopeferat diss. na sosisk. uç. stepeni kand. fil. mauk. Kazan, 2001.

Seyfettin Erşahin. Rusya'da Müslümanlar: Tatar Kavimlerinin Tarihçesi // Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi. Cilt: 35 Sayı: 1 DOI: 10.1501/Ilhfak_0000000859 Yayın Tarihi: 1996.

Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. B., Yazıçı, 1989.

Simokatta F. İstoriya. M., 1957.

Sinitskaya O. A. Başkirskiy prazdnik sabantuy v trudax uçyonlx i isslegovateley // Vestnik Çelyabinskoqo qosudarstvennoqo unuversiteta. 2014. № 8 (337). İstoriya. Vıp. 59. s. 106-110.

Snesaryov Q. P. Reliktı domusulmanskix verovaniy i obrayadov u uzbekov Xorezma. M., "Nauka", 1969. 336 s.

Sulti R. Edigey Destanı. Ankara, Türksoy Yayınları, 1998.

Şarafutdinov D. Obşebolqarskiye istoriçeskiye korni Sabantuya // "Qasırlar Avazı", 2008, № 1.

Şarifullina F. Kasimovskiye tatarı: İstoriko-etnoqrafiçeskoye issledovaniye tradiysionnoy narodnoy kulturı XIX-XX vekov. Ryazan, 2004.

Şaripova S. Xrani menya moy talisman // İdel. № 9-10. Kazan, 1994, s. 68-71.

Tatar Halık İcatı. Yola häm Uyın Cırları. Tatarstan Kitap Näşriyatı, Kazan 1980,

Tatar Halık İcatı. Rivayatlär häm Legendalar. Tatarstan Kitap Näşriyatı, Kazan 1987.

Tatar Mifları. II Kitap. G.Gıylmanov hikäyalävendä, Tatarstan Kitap Neşriyatı, Kazan 1999.

Tatarı Sredneqo Povoljya i Priuralya, M., İzd-vo "Nauka", 1967.

Tatarskoye narodnoye tvorçestvo. Dastanı. Kazan, Kn. izd-vo, 1984. 384 s.

Taylor H. B. Pervobıtnaya kulturoloqiya. M., "Politizdat", 1989. 574 s.

Tukay А. "Vodyanaya" // Lenta Tısyaçaletiya Kazani. 10, 07. 2018. http://www.1000kzn.ru/article/ru/65/76/2/.

Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011 (OTRS: CC BY-SA 3.0).

Urazmanova R. Tatar Halkınıñ Yolaları häm Bäyrämnäre, Kazan 1992.

Urmançe F. Tatar xalık icatı. Yuqarı uku yortları həm kollekollecler öçen dəreslek // Fatix Urmançe. Kazan, Məqarif, 2002.

Urmançeyev F. Tarixi cırlar // Kazan utları. 1969, № 3.

Urmançeyev F. N. Epiçeskiye skazaniya tatarskoqo naroda. Kazan, 1980.

Urmançeyev F. N. Qeroiçeskiy epos tatarskoqo naroda. Kazan, 1984.

Urmançeyev F. N. Çura Batır // Miras. Kazan, 1995, №№ 7-12; №№ 1-2.

Urmançeyev F. N. İdegey, Nursoltan, Soyembike. Kazan, 1997.

Usmanov M. A. Tatarskiye istoriçeskiye istoçniki XVII-XVIII vv. Kazan. İzd-vi Kazanskoqo universiteta, 1972.

Wollers K. “Chider” Archiv Fur Religion wis, XII, 1909.

Yaşar Ahmed OCAK. Islam Türk Inanclarında Hızır, yahut Hızır-İlyas kultu. Ankara, 1985. 229 s.

Yedem v Kazan // Turistiçeskoye aqentsvo "Druqoe İzmereniye. Dərc edildiyi son tarix: 2018. http://drugoe-tours.ru/kazan/tour/legends/

Yıldırım R. Y., Yıldız Ç. Edigey Destanında Hayvanların Fonksiyonları // "Avrasiya" Uluslararası Araştırmalar Dergisi. Cilt:1, Sayı:1, Temmuz 2012, Türkiye. s. 67-77.

Yuldıbayeva G. V . Türk Soylu Halkların Folklorunda Hızır İlyas Tipi // TDD/JofEL. Summer/Winter. Volum e 3, Issue 4-5, 2014.

Yuzeyev A. N. Tatarskaya filosofskaya mısl kotsa XVIII-XIX vv. Kazan. Tatar. kn. izd-vo, 2001. 192 s.

Zakirova İ. Narodnoye Tvorçestvo Perioda Zolotoy Ordı: Mifoloqiçeskiye i İstoriçeskiye Osnovı. Kazan, İYaLİ in. Q. İbraqimova. 2011.



Zamaletdinov L. Obrazı zmeya i podobnıx yemu personajey v tatarskix skazkax // Folklor narodov RSFSR. Ufa, 1986. s. 45-49.

Zeynalov İ. Mifoloji təfəkkürün formaları // Azərbaycan təbiəti, 1994, № 1, səh. 31-34.
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə