Bəxtiyar Tuncay Kərtmə mədəniyyəti



Yüklə 87,91 Kb.
tarix29.01.2018
ölçüsü87,91 Kb.
#22918

Bəxtiyar Tuncay

Kərtmə mədəniyyəti

c:\documents and settings\администратор\рабочий стол\800px-srubna_culture01.jpg

Elmi ədəbiyyatda «Kərtmə mədəniyyəti» adı ilə tanınan mədəniyyət son tunc dövrünə, daha dəqiq desək, e.ə. XVIII–XII əsrlərə aid edilir. Bu fikirlə razılaşmayaraq, onun e.ə. XVI-XII əsrləri əhatə etdiyini söyləyənlər də var (Mallory J. P., Adams Q., 1997). Şərq Avropanın çöl və çöl-meşə zonalarında, əsasən Ural və Dnepr çayları arasında ortaya çıxdığı hesab edilən (Срубная культура, 1990) Kərtmə mədəniyyətinin bəzi abidələrinə Şimali Qafqaz və Qərbi Sibirdə də rast gəlinmişdir. Bu mədəniyyəti kəşf və elmi ədəbiyyata daxil edən V. Qorodtsov olmuş (Городцов В. А., 1905, c. 174-341), sonralar onun fikirlərinə N. Merpert və Y. Çernıx tərəfindən bəzi korrektələr edilmişdir (Мерперт Н. Я., 1968; Черных Е. Н., 1970). Sonuncular Kərtmə mədəniyyətin daxilində bir-birindən bəzi xüsusiyyətlərinə görə fərqlənən iki lokal mədəniyyəti – Pokrovsk və Brejnovsk-Mayevsk mədəniyyətlərini ayırmışlar (Отрощенко В. В., 1994, c. 150-153).

Sözügedən mədəniyyəti çox sayda nekropol, emalatxana, filiz mədəni, xəzinə və tək-tək tapıntılar təmsil edir. Evlər əsasən qazma, yarımqazma və yerüstü olub. Nekropollar kurqanlar və torpaq qəbirlərlə zəngindir. Kurqanlarda ölülər yerdə qazılmış çalalarda, əsasən kərtilmiş ağaclardan düzəldilmiş qəbir kameralarında dəfn edilərdilər. Mədəniyyət də öz adını məhz bu kərtilmiş (yonulmuş və çərtilmiş) ağac konstruksiyalardan almaqdadır.

Ölülər kurqanlarda sol yanı üstə (hamısı qadın? Amazonkalar?), bükülmüş vəziyyətdə dəfn edilmişlər. Kremasiya hallarına da rast gəlinmişdir. Qəbir inventarı əsasən keramik qablardan, nadir hallarda isə metal alətlərdən ibarət idi (Срубная культура, 1990).



Kurqan nekropolları əsasən terraslarda və çay qırağındakı yüksəkliklərdə, bəzənsə çay ayrıclarında yerləşirdi. Kurqanlar əsasən bir neçə qatlı örtüklərdən ibarət olurdu. Uzun kurqanlar dəbdə idi (Отрощенко В. В., 2003, c. 68-96).

Belə hesab edilir ki, iqlimin sərtləşməsi Kərtmə mədəniyyətinin daşıyıcılarının sayının azalmasına səbəb olmuşdur (Етнічна історія.., 2000).

Mədəniyyətin mənşəyi barədə fikirlər haçalanır. Bu barədə ilk fikrin müəllifi V. Qorodtsov olmuşdir. O, kəşf etdiyi mədəniyyəti quranların bu ərazilərə Volqaboyundan gələ biləcəklərini ehtimal etmiş (Городцов В. А., 1907, c. 211-285), sonralar onun bu ehtimalından çıxış edən O. Krivtsova-Qrakova Volqaboyu nəzəriyyəsini əsaslandırmağa çalışmışdır (Кривцова-Гракова О. А., 1955). М. Bıçkaryova isə bu nəzəriyyəni bir qədər də genişləndirərək onu Volqa-Ural nəzəriyyəsi kimi təqdim etmişdir (Бочкарёв В. С., 1995, c. 24-27).
c:\documents and settings\администратор\рабочий стол\800px-srubna_culture04.jpg
Kərtmə mədəniyyətinə aid bıçaq nümunələri
Qeyd etmək lazımdır ki, bu mədəniyyətin mənşəyi barədə mövcud olan nəzəriyyələrin heç biri birmənalı qarşılanmamış, sonda hər hansısa bir miqrasiyanın olduğu barədə mövcud fikirlərin hamısı rədd edilmiş, sözügedən mədəniyyətin avtoxton olduğu barədə fikir söylənmişdir. Bu fikri N. Çeredniçenko ortaya atmışdır (Чередниченко Н. Н., 1979, с. 6-8). Lakin bu fikir də şübhə ilə qarşılanmış və nəticədə V. Otroşenko 1990-cı illərdə yeni bir konsepsiya ilə çıxış edərək, Kərtmə mədəniyyətinin Sintaşta, Don və Volqa çayları arasındakı Abaşev və Babin mədəniyyətlərindən qaynaqlandığını irəli sürmüşdür ki, hazırda bu fikrə tərəfdar olanlar az deyil (Отрощенко В. В., 1990, c. 107-112; Евразийская степная.., 2007; Цимиданов В. В., 2006, c. 70-102).

Arxeoloqların vahid fikrə gələ bilməməsinin səbəbi, şübhəsiz ki, etno-mədəni birlikləri araşdırarkən, xüsusən də onların mənşəyi və miqrasiya marşrutları barədə fikir söyləyərkən, əsasən keramikaya əsaslanmalarıdır ki, bu da tamamilə səhv metoddur. Bu gün bu kimi məsələlərə ən düzgün cavabı, əlbəttə ki, genetika elmi verə bilər və verir də. Kərtmə mədəniyyəti kurqanlarındakı skeletlərdən götürülmüş DNT nümunələrinin analizi Kərtmə mədəniyyətini quranlarla «Sintaştlı»ların eyni genləri daşıdığını ortaya qoymuşdur. Belə ki, analizlər «Kərtməli»lərin də eynən «Sintaştlı»lar kimi  R1a1a1b2a2a-Z2123 haploqrupunun daşıyıcıları olduğunu üzə çıxarmışdır.



Məlumat üçün bildirək ki, 3900-3200 il bundan əvvəl yaşadıqları radiokarbon üsulu ilə müəyyənləşdirilmiş 6 skeletdən əldə edilmiş DNT nümunələrinin analizləri nəticəsində onların R1a (R1a1, R1a1a, R1a1a1b2, R1a1a1b2a2a-Z2123) Y-xromosomuna sahib olduqları müəyyə edilmişdir. Daha 14 skeletdən alınan nümunələr nəticəsində «Kərtməli»lərin ana xatti ilə U5a1 (2 nəfər), U5a1f2, U5a2a1, K1b2a, I1a1, T1a1, T2b4, J21a2a, H2b, H3g (iki nəfər), H5b, H6a1a mitoxondrial haploqruplarına aid olduqları məlum olub (İain Mathieson et al., 2015).
srubna culture05.jpg
Kərtmə mədəniyyətinə aid döyüş baltaları
«Kərtməli»lərin təsərrüfatının əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi. Üstünlük iribuynuzlu heyvanlara, qismən də atlara verilirdi (Археологія України, 2005). Dağ mədənçiliyi və metallurgiya da geniş yayılmışdı. Mis külçələrini əsasən Qarğalı (Karqalı) və Baxmut yataqlarından əldə edirdilər (Черных Е. Н., 1997; Татаринов С. И., 2003). Başqa yataqlar da məlum idi.

Yuxarıda qeyd etdiyimiz kimi, arxeoloqlar Kərtmə mədəniyyətini Pokrovsk və Brejnovsk-Mayevsk lokal mədəniyyətlərinə ayırırlar. Bunlardan e.ə. XVIII-XV əsrlərə aid edilən birincisi daha qədim hesab edilir və Ural çayı ilə Şimali Donets çayları arasındakı ərazini əhatə edir. Onun əsas abidəsi kimi XX əsrin 20-ci illərində P. Rıkov tərəfindən aşkar edilən Pokrovsk (hazırki adı Engels) məzarlığı çıxış edir (Rykov P., 1927, p. 112-142). Bundan başqa, Natalinsk, Boradayevsk (Kalmık dağı), Altundağ (Zolotaya qora), Koçetnoye, Staroyuryevsk, Əski Yablaklı (Staroyablaklinsk), Selezni, Luzanovsk və Novopavlosk məzarlıqlarını misal çəkmək olar. Bu məzarlıqlardakı kurqanların örtükləri bir neçə qatlıdır. Qatların sayı 2 ilə 15 arasında dəyişir. Tək dəfnli kurqanlara və iri nekropollara çox nadir hallarda rast gəlinir. Onlarda əsasən 2-dən 100-ədək adamın dəfn edildiyi məlumdur.


file:srubna culture03.jpg
Kərtmə mədəniyyətinə aid keramika nümunəsi
Kurqanlar ilk dövrlərdə memorial komplekslərin (kenotaf, təkrar dəfn) ətrafında qurulardı. Sonralar bu qayda əhəmiyyətini itirmişdir (Отрощенко В. В., 2003, c. 68-96).

Brejnovsk-Mayevsk lokal mədəniyyəti (e.ə. XVII-XII ısrlər) İnqulets və Volqa çayları arasındakı ərazisini əhatə etmişdir. Bu lokal mədəniyyət öz adını Volqa yaxınlığındakı Brejnovsk və Dnepr yaxınlığındakı Mayevsk kurqan məzarlıqlarından almaqdadır. Bunlardan birincisini N. Kaçalova (Качалова Н. К., 1977, c. 23-28), ikincisini isə N. Kovalyova (Ковальова І. Ф., 1976, c. 3-22) elmi ədəbiyyata gətirmişlər.


Qaynaq


  1. İain Mathieson et al. Eight thousand years of natural selection in Europa, 2015.

  2. Mallory J. P., Adams Q. Encyclopedia of İndo-European Culture.  London, 1997. 829 p.

  3. Rykov P. Die Chvalinsker kultur an der Unteren Volga // ESA. Helsinki, 1927.  T. 1, p. 112-142.

  4. Археологія України: Курс лекцій. К., 2005. 504 с.

  5. Бочкарёв В. С. Волго-уральский очаг культурогенеза эпохи поздней бронзы // Социогенез и культурогенез в историческом аспекте. СПб., 1995, c. 24-27.

  6. Городцов В. А. Результаты археологических исследований в Бахмутском уезде Екатеринославской губернии 1903 года // Труды XIII АС. М., 1907. Т. 1, c. 211-285.

  7. Городцов В. А. Результаты археологических исследований в Изюмском уезде Харьковской губернии, 1901 года // Труды XII АС. М., 1905. Т. 1, c. 174-341.

  8. Евразийская степная металлургическая провинция // БРЭ. Т.9. М., 2007.

  9. Етнічна історія давньої України. Київ. 2000. 280 с.

  10. Качалова Н. К. О локальных различиях в лесостепной срубной культуре // Археологический сборник Государственного Эрмитажа. Л., 1977. Вып. 18, c. 23-28.

  11. Ковальова І. Ф. Маївський локальний варіант зрубної культури // Археологія. 1976, Вип. 20, c. 3-22.

  12. Кривцова-Гракова О. А. Степное Поволжье и Причерноморье в эпоху поздней бронзы // Материали и исследования по археологии СССР. 1955. № 46.

  13. Мерперт Н. Я. Древнейшая история степной полосы Восточной Европы III — начало II тыс. до н. э.: Автореф. дис. … д-ра ист. наук. М., 1968. 84 с.

  14. Отрощенко В. В. О возможности участия полтавкинских и катакомбных племён в сложении срубной культуры // Советская археология. 1990. № 1, c. 107-112.

  15. Отрощенко В. В. О двух линиях развития культур племён срубной общности // Проблемы скифо-сарматской археологии Северного Причерноморья.  Запорожье, 1994. Вып. 2, c. 150-153.

  16. Отрощенко В. В. К истории племен срубной общности // Доно-Донецкий регион в эпоху бронзы. Воронеж, 2003. Вып. 17, c. 68-96.

  17. Срубная культура // Археологический словарь. М., 1990. 368 с.

  18. Татаринов С. И. Древние горняки-металлурги Донбасса. Артёмовск, 2003. 136 с.

  19. Цимиданов В. В. Срубная общность в свете циклических теорий развития // Донецкий археологический сборник. Донецк, 2006.  12, c. 70-102.

  20. Чередниченко Н. Н. О некоторых проблемах срубной культуры // Проблемы эпохи бронзы юга Восточной Европы. Донецк, 1979, с. 6-8.

  21. Черных Е. Н. Древнейшая металлургия Урала и Поволжья // Материалы и исследования по археологии СССР. 1970.  172. 180 с.

  22. Черных Е. Н. Каргалы забытый мир. М., 1997. 176 с.




Yüklə 87,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə