Bəxtiyar Tuncay Kür-Araz mədəniyyətinin və ilk dövlətimizin qurulmasında hansı protooğuz boyları iştirak ediblər?



Yüklə 81,92 Kb.
tarix16.11.2017
ölçüsü81,92 Kb.
#10490

Bəxtiyar Tuncay

Kür-Araz mədəniyyətinin və ilk dövlətimizin qurulmasında hansı protooğuz boyları iştirak ediblər?

1381294_668874056471275_391523959_n
Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mahmud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır. Müasir Orta Asiya türkmənlri də 24 tayfaya bölünürlr. Ancaq onların adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Karqın) saxlamışdır. Maraqlıdır ki, Türkmənistanda yaşayan türkmənlərdən fərqli olaraq, Ön Asiya türkmənlərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir” (Koroğlu, 1999, s. 15-16).

S. P. Tolstov və ona istinad edən X. Koroğlu Səlcuqluların Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni oğuzların yaşadığını etiraf etmişlər (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15). Şübhəsiz ki, bunlar «Kür-Araz eneolitini» və Kür-Araz mədəniyyətini quran, damarlarında R1b Y-xromosomunu daşıyan (İain Mathieson, et al., 2016) ən qədim oğuzların nəsilləridir. Onlar hələ Kür-Araz mədəniyyəti dövründə öz damğalarını qayaların üzərinə həkk etmişlər və bunun da sayəsində biz Kür-Araz mədəniyyətinin, o cümlədən e.ə. 3300-3200-cü illərdə təməlləri Arslantəpədə atılan ilk dövlətimizin (Frangipane M.,2002) məhz hansı protooğuz, eləcə də protoqıpçaq boy və soyları tərəfindən qurulduğunu çətinlik çəkmədən müəyyənləşdirə bilirik.

Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boylarının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin tamğaların müstəsna əhəmiyyəti vardır. Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələri kimi qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtəlif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya təsvirləri, Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı tamğalardan söhbət açmışlar (Cəfərov, 1987, s. 29-36).

Mövzumuz baxımınadan e.ə. III minilliyə aid edilən, İranın şimal-qərbində yerləşən Timərə (Teymərə) qayalıqlarında rast gəlinən oğuz boylarına məxsus damğaların (Naserfərd M., 2016) müstəsna əhəmiyyəti var. Bu damğalar protooğuzların bu ərazilərin ən qədim avtoxton sahibləri olduğunun, buralarda ən azı Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasiyasında önəmli mərhəllərdən biri olan Kür-Ataz mədəniyyətinin yaradıcıları qismində çıxış etdiklərinin təkzibedilmz sübutudur.



1380470_683579151667432_926989227_n
Şumer və Akkad mənbələri «Kür-Arazlı»ları, yəni protooğuzları «kuti» // «quti» adı ilə tanıyır. Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır ki, Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsinin bu ərazidə olmaları hələ III minilliyə aiddir. II minillikdə xeyli zəifləmişdilər (İsmayıl, 1955, s. 5).

Yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix "Oğuznamə"lərdə söylənilənlərlə üst-üstə düşür. "Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi" adlı çox maraqlı monoqrafiyanın müəllifi J. Dögin (1721-1800) yazır ki, Oğuz xan İraqı (İkiçayarasını) fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu. «Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır» (Tahirzadə,1991, s. 63).

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür: «Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır» (Tahirzadə,1991, s. 64).
994650_683939388298075_1198831721_n
Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L. Helpen e.ə. 2622-ci ili, E. Meyer, Ş. Günaltay e.ə. 2550-2374 ci illər arasını göstərirlər. İ. Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki , F. Ağasıoğlu da bu fikrə şərik çıxır.

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151).

Firidun Ağasıoğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah edərək yazır ki, kuti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. «Ona görə də İ. M. Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alış-madıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük. İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.
1379356_683011011724246_1873155759_n
Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu - Tirikan devrilmiş, digər 4-ü isə, görünür, ya vəzifədə ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar...» (Ağasıoğlu, 2005, s. 150-151).

Alimin bu sözləri ilə razılaşmamaq mümkün deyildir: «Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "El" sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki, Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur» (Ağasıoğlu, 2005, s. 147-148).

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin "pri-mitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan türk – oğuz ölkəsinin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir: «Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur» (Koroğlu, 1999, s. 9).

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq, hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur (Bayat, 1993, s. 19).



1383013_681656025193078_9833017_n

1379226_680258075332873_1495943596_n
Füzuli Bayat mövzu ilə bağlı yazır ki, bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da ulu toyla qurtarır. «Dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur» (Bayat, 1993, s. 310).

Süleyman Əliyarov izlərinə "Dədə Qorud"da rast gəlinən demokratiya və parlament sistemi barədə deyir: «Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı "kəngəş bəyləri"nə tam uyğundur; Rəşidəddinin "kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası) oğuz tarixində doqquz "qocadan" - kəngəş bəylərindən ibarət olmuşdur." (Əliyarov, 1991, s. 151).



999656_679841412041206_164267639_n
Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn "El" termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən "toy" və "qurultay" terminləri ilə yanaşı "kengəş" (şura, parlament) (ДTC, 1969, c. 299) kəlməsinin də olması və Avropa dillərindəki "konqres" (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir. Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər.

M. Frangipane e.ə. IV minilliyin ikinci yarısında «Kür-Arazlı»ların, yəni protooğuz-qıpçaqların Arslantəpədə qurduqları dövləti (Frangipane M.,2002) şəhər dövləti adlandırır. Amma, bu dövləti quranların folklor yaddaşında həmin dövlətin nüfuz dairəsi çox günişdir və Avropaya (Çuxur, Döyüş baltaları və Maykop mədəniyyətləri) qədər uzanır: «Bayandır xan padşahlığı dövründə İranı, Turanı, Rumu, Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı, Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda öz nümayəndəsi təyin etdi. Özü qışlamağa Qarabağa, yaylamağa Göyçə gölünə getdi» (Koroğlu, 1999, s. 66).

Mətndə Göyçə gölünün adının çəkilməsi, buraların protooğuzların yaylaq yerinin olmasının qeyd edilməsi çox maraqlıdır. Bu sözlər Qərbi Azərbaycandan tapılmış ilk tunc dövrünə, yəni Kür-Araz mədəniyyəti dövrünə aid kurqanlarla da öz təsdiqini tapır. Bu baxımdan qazıntıları 1985-1991-ci illərdə gerçəkləşdirilmiş 7, 10, 11, 12 №-li Alagöz (Talin) kurqanlarını misal çəkə bilərik. Bu abidələr Talin şəhəri yaxınlığında, Alagöz dağının ətəklərində aşkar edilmişlər. Onlar IV minilliyin sonu-III minilliyin əvvəllərinə aid edilirlər.

Alagöz (Talin) abidələrindən 7 №-li kurqanın üst örtüyü daşdan olub, hündürlüyü 0,8 m, diametri isə 13 m kimi qeydə alınıb. Kurqan örtüyünün aldından çıxan və kromlexlə əhatələnən daş düzümüün altında aşkar edilən 2,3 x 1,2 x 1,4 ölçülü qəbir kamerasının divarları bazalt daş pilitələrdən qurulmuşdu. Düzbucaqlı formada olan cənub-şərq – şimal-qərb istiqamətli kameranın küncləri oval şəkildə idi. O, dromosa sahib idi və onu dromosdan daş pilitə ayrırdı.

Kamerada, dromosa yaxın tərəfdə insan skeleti və xırdabuyunuzlu heyvana aid on ədəd sümük qalığı aşkar edilib.

Hündürlüyü bir metr olan 10 №-li Alagöz (Talin) kurqanının örtüyü daşlardan qurulmuşdu və sanki, iki hissədən ibarət idi. Bunlardan kiçik hissənin diametri 11 m, örtüyün ümumi diametri isə 25 m idi.

Kurqan örtüyünün altında daş yığınına rast gəlinib. O, iki cərgə kromlexlə əhatələnmişdi. Kromlexin diametri 7,5 m idi. Qəbir kamerası daş yığımının altında, qərb tərəfdə aşkar edilib. Cənub-qərb – şimal-şərq istiqamətli kamera 2,1 x 2 x 1 m ölçüsündə idi. Burada skeletə rast gəlinməyib, sadəcə keramika fraqmentləri, tunc bəzək əşyaları və pastadan hazırlanmış muncuqlar tapılıb.

7 №-li Alagöz (Talin) kurqanına tam bitişik olan 11 №-li Alagöz (Talin) kurqanının da örtüyü digərləri kimi daşlardan qurulmuşdu. Hündürlüyü 1,5 m, diametri isə 20 m idi. Onun 2,1 x 2,4 x 1,5 m ölçülü, cənub-şərq - şimal-qərb istiqamətli qəbir kamerasında 5 insan skeleti aşkar edilib. Kameraya bitişik dromosun ölçüləri 6,2 x 0,6 x 0,6 m olub.

Daşdan qurulmuş örtüyü iki hissəli olan 12 №-li Alagöz (Talin) kurqanının hündürlüyü 1 m və 1,5 m, diametri isə 16 m və 23 m kimi qeyd edilib. Bu kurqan mürəkkəb struktura sahib idi və bu səbəbdən də məzarlıqdakı digər kurqanlarından fərqlənirdi. Onun cənub-qərb – şimal şərq istiqamətli qəbir kamerası yer səthində qurulmuşdu. Xüsusi dəhliz onu şimal-şərq tərəfdən «T» hərfini xatırladan formaya sahib xüsusi daş konstruksiya ilə möhkəmləndirilmiş dromosla birləşdirirdi.

Kameranın düz yanında, meydança formalı qurbangah inşa edilmişdi. Meydançanın hündürlüyü 1 m, sahəsi 4,8 x 10 m idi. Onun üzərində iki dairəvi çala vardı. Qurbangahdan bir qədər aralı ikinci bənzər meydançaya da rast gəlinib. İkinci meydançanın sahəsi 5,9 x 9 m olub.

Kamerada aşkarlanan insan skeleti həddən artıq çox çürümüş və aşınmaya məruz qalmışdı. Onun yanında saxsı fraqmentləri və bir ədəd möhür aşkar edilib (Avetisyan P., Muradyan F., Sargsyan G., 2006, p. 161-164).

Yeri gəlmişkən qeyd edək ki, bu kurqanlardan tapılan sümük qalıqlarının da DNT analizləri keçirilib və onların da R1a haploqrupunun daşıyıcısı olduğu üzə çıxıb (İain Mathieson, et al., 2016).

Qərbi Azərbaycanda aşkar edilmiş ilk tunc dövrü kurqanlarından söz düşmüşkən, P. Carkovskinin rəhbərliyi altında 1896-cı ildə tədqiq olunmuş iki kurqanı da unutmamaq lazımdır. Söhbət İrəvan yaxınlığındakı Zənçiqala şəhərində aşkar edilən, böyük ölçüləri ilə seçilən, sonrakı illərdə tədqiqi E. Resler tərəfindən davam etdirilən kurqanlardan gedir. İçlərində skeletə rast gəlinməyən bu kurqanlardan boyalı saxsı qab nümunələri, bir ədəd gil qab və bir ədəd daş sancaq çıxıb (Avşarova İ. N., Pirquliyeva Q. Ə., 2010, s. 62-63).

Gürcüstan kurqanları da Qərbi Azərbaycandakı həmdövr abidələrdən geri qalmır. Onlara da əsasən qədim köç yolları yaxınlığında rast gəlinib.

Maraqlıdır ki, Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsində yazılmışdır: «Qışı türklər...Tiflislə Bərdə arasında keçirirlər... Yazda isə onlar Somxet və Ararat (Ağrı) dağlarına qalxırlar» (Tuncay B., 2012 a., s. 102).

Bu kiçik yazıda Azərbaycan türklərinin tərəkəmə hissəsinin Kür-Araz mədəniyyəti dövründən XX əsrin sonlarına qədər mövcudluğunu qoruyan və minilliklər ərzində dəyişməyən yaylaq-qışlaq marşrutlarından biri təsvir edilmişdir. Həmin marşrutların əsasının ən azı Kür-Araz mədəniyyəti dövründə qoyulduğunu Gürcüstan ərazisindən tapılmış ilk tunc dövrü kurqanları da sübut etməkdədir. Bu baxımdan Gürcüstan Milli Muzeyinin arxeologiya qrupunun 2012-ci ildə tədqiq etdiyi 3 №-li Ananauri kurqanı deyilənlərə ən gözəl misaldır. Alazan çayının sol sahilində yerləşən bu kurqanın diametri 100 m, hündürlüyü 12 m-dir. Z. Maxaradzenin yazdığına görə, kurqanın örtüyü gildən ibarət idi, üst sahəsi daş düzümü ilə bərkidilmişdi.



E.ə. XXIV-XXII əsrlərə aid olan bu kurqanın örtüyünün altında, onun mərkəzi hissəsində iki cərgə palıd tirlərdən qurulmuş 25 x 15 m genişliyində meydançaya rast gəlinmişdir. Meydançanın üzərinə 0,2 m qalınlığında yonqar tökülmüş, onun üstünə isə bol şəkildə oxra səpilmişdi. 2,2 m dərinlikdə qazılmış qəbir kamerası meydançanın altında aşkar edilmişdir. Meydança onun üst örtüyü rolunu oynayır və kameranın döşəməsində quraşdırılmış üç ağac tir üzərində qərar tapmışdı. Bu tirlər sütun kimi çıxış edirdi. Yonulmuş ağaclardan konstruksiya edilmiş qəbir kamerası 9,5 x 6 m ölçülərində idi.

Divarları və döşəməsi bütünlüklə ağacdan olan kameranın qədim zamanlarda qarət edildiyi məlumdur. Buna rəğmən, orada bir çox maraqlı arxeoloji materiala rast gəlinib. Bunlar iki dörd təkərli arabadan, ağacdan düzəldilmiş taxtdan, müxtəlif saxsı və taxta qablardan, qiymətli daşlardan və qızıldan düzəldilmiş bəzək əşyalarından, kəhrəba boyunbağıdan ibarət idi. Kamerada qızılla üzlənmiş ox ucluqları da aşkar edilib. Onlar dəvəgözü və çaxmaq daşından hazırlanmışdılar (Махарадзе З., 2015, с. 110-111).

Gürcüstan ərazisində qeydə alınmış Kür-Araz mədəniyyəti dövrünə aid digər kurqan da Matkopi kurqanıdır. Onun örtüyü inşaat işləri zamanı dağıdılmışdı, bu üzdən də onun ölçüləri barədə heç bir məlumat yoxdur. Burada da mərkəzi hissədə iki cərgə palıd tirdən düzüımüş meydança, onun altıbda isə 4-5 m dərinlikdə qazılmış qəbir kamerası aşkar edilmişdir. Kameranın ağac örtüyünü döşəmədə quraşdırılmış ağac tirlər saxlayırdı. Bu kurqanın da kamerası yonulmuş ağaclardan düzəldilmişdi. Onun döşəməsinin sahəsi 45-50 kv. m təşkil edirdi. Kameranın divarları da, döşəməsi də ağacdan qurulmuşdu. Onun ayrıca giriş qapısı və qapıya çöldən uzanan yolu vardı. Kurqandan heç nə tapılmamışdır (Sherazadishvili Z., 2009, p. 90).



Bu sırada Bedeni vadisindəki daha iki kurqanı da misal çəkmək olar. E.ə. III minilliyin sonlarına aid edilən, ərazidəki digər çoxsaylı kurqanlardan öz böyük ölçüləri ilə fərqlənən bu kurqanlardan biri elmi ədəbiyyatda «Böyük Tsnori kurqanı», digəri isə «Kiçik Tsnori kurqanı» adları ilə məşhurdur.

Kiçik Tsnori kurqanının örtüyü dağıdıldığından onun ölçüləri haqqında məlumat yoxdur. Amma dəqiq məlmdur ki, o, nisbətən kiçik idi. Onun kanerası 8 m dərinlikdə qazılmışdı, döşəməsinin sahəsi 8 x 14 m olub. Burada da dörd təkərli araba aşkar edilmişdir. Kurqanda qızıl və gümüş bəzək əşyaslarına da rast gəlinib (Гобеджишвили Г. Ф., 1981, с. 6; Дедабришвили Ш. Ш., 1979, с. 19).

Qərbi Azərbaycan və Gürcüstanda çox sayda kurqanın olmasına rəğmən, onların sayı Cənubi Qafqazın şərqində, yəni Azərbaycan Respublikası ərazisində daha çoxdur ki, bu da bir vaxtlar K. Kuşnaryovanın təəccübünə səbəb olmuş və o, Kür-Araz kurqan mədəniyyətinin şərq arealında bu qədər geniş yayılmasının səbəblərinin dəqiq müəyyən etməyin çətin olduğunu yazmış və bildirmişdi ki, bilinən yeganə şey odur ki, Cənub-Şərqi Qafqazda kurqanda dəfn ənənəsi eneolit dövründən gec yaranmamışdır (Кушнарева К. Х.,1993, s. 60).

Kurqanlara əsasən yayalaq-qışlaq, yəni köç yolları üzərində, əsasən qışlaq yerlərinə yaxın ərazilərdə rast gəlindiyi sübuta ehtiyacı olmayan aksiomadır. Təsadüfi deyil ki, kurqan abidələrinin böyük əksəriyyətinin erkən maldarlığın inkişafı ilə əlaqələndirən C. Çernikov yazır ki, onlar daha çox qışlaqlara yaxn yerlərdə - dağətəyi zonalarda və çay sahillərində ucaldılmışdır. O bildirir ki, kurqanlara açıq çöllərdə və yaylaq yerlərində, demək olar ki, rast gəlinmir (Черников С. С., 1951).

Kür-Araz dövrünə aid kurqanlara Azərbaycan respublikasının demək olar ki, bütün bölgələrində rast gəlinir. Bu baxımdın Talış-Muğan zonası da istisna deyil. Bu zonanın kurqanlarından bəhs edən F. Mahmudovun sözlərinə görə, bölgədə tək dəfnli məzarların üzərində gözəgəlimli kurqan örtüyün quraşdırılması və dəfn inventarındakı zənginlik e.ə. III minilliyin ortasında bu ərazidə tayfa elitasının varlığından xəbər verir. «Oxşar kurqanlar Lənkəran və Masallı rayonlarında da var» (Махмудов Ф., 2008, c. 42).

Bənzər kurqanlara bölgənin hər tərəfində rast gəliməsi təsadüfi deyil. Çünki bu bölgə də ən azı Kür-Araz dövründən etibarən əsas köç yollarından birinin yerləşdiyi bölgələrdən olub və bu hal bu gün də beləcə davam edir.

Eyni sözləri respublikanın şimal-şərq və şərq bölgələri haqqında da söyləmək mümkündür. Bu bölgədə də Kür-Araz mədəniyyəti dövrünə aid bir neçə önəmli kurqan aşkar edilmişdir. Bu sırada Q. Qoşqarlının rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın 2009-cu ildə Xızı rayonu ərazisində aşkarladığı 20-dən çox kurqanı misal çəkmək olar. «Sitalçay kurqanları» kimi tanınan bu kurqanlarda qazıntı işləri 2011-ci ildə aparılmış və tədqiqatlar nəticəsində onlardan üçünün (1, 2 və 5 №-li Sitalçay kurqanları) məlum olmuşdur.

Sözügedən dəfn abidələrindən 1№-li Sitalçay kurqanının diametri şimaldan cənuba 13,1 m, qərbdən şərqə 15,5 m, hündürlüyü isə 0,53 m olub. Kurqanın örtüyü daş qarışıq torpaqdan quraşdırılmışdı. onun mərkəzində, 0,55 m dərinlikdə qəbir qazılmışdı. Qəbir kamerasının döşəməsinə nazik lay daşlar döşənmişdi. Daşlar içəridə qalanmış ocağın təsirindən kövrək hala düşmüşdü. Döşəmədə aşkar edilmiş kül qatı burada ocaq qalandığından xəbər verir.

2 №-li Sitalçay kurqanının diametri 8,5 m, hündürlüyü isə 0,25-0,30 m-ə yaxın olub. Daş pilitələrdən inşa edilmiş qəbir kamerasının uzunluğu 1,85 m, eni 1,5 m, dərinliyi isə 0,8 m idi. Kamerada 25-30 sm qalınlığında torpaq və kül qatına rast gəlinib. Heç bir avadanlıq aşkar edilməyib.

Diametri isə 9 m olan kromlexlə əhatələnmiş 5 №-li Sitalçay kurqanının öz diametri 22 m, hündürlüyü 0,80 m olub. Örtüyü daş qarışıq torpaqdan ibarət idi. Örtüyünün mərkəzi hissəsində qəbir kamerası aşkar edilmişdir. Kameranın üstü iri sal daşlarla örtülmüşdü. Bu daşlara 0,40 m dərinlikdə rast gəlinmişdir. Onlar hələ qədim zamanlarda qəbir qarət edilərkən yerindən oynadılmışd.

Dərinliyi 0,70 m, uzunluğu 1,65 m, eni isə 0,80-85 m olan kameranın şimal-şərq hissəsində insana məxsus olduğu düşünülən sümük fraqmentləri tapılmışdır. Onlar həddən artıq cürümüşdülər.

6 №-li Sitalçay kurqanının dağılmış örtüyünün diametri 7,5 m, kromlexin diametri isə 3,7 m idi. Hündürlüyü məlun deyil. Kurqanın qəbir kamerası nazik lay daşlarla döşənmişdi. Kamerada 40 cm diametrində kül qatı aşkar edilib. Uzunluğu 2,1 m, eni isə 1,55m olan qəbirdə arxeoloji material tapılmayıb (Qoşqarlı Q. O., Əsədov V. A., Babayev T. D., 2012, s. 139-145).
Qaynaqça



  1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.

  2. Avetisyan P., Muradyan F., Sargsyan G. Early Bronze Age burial mounds at Talin // Von Majkop bis Trialeti. Gewennung und Verbreitug von Metallen und Obsidan in Kaukasien im 4.-2. Jt. v. Chr. Beitrage des Internationalen Symposiums in Berlin vom 1.-3. June 2006, p. 161-166.

  3. Avşarova İ. N., Pirquliyeva Q. Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 248 s.

  4. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, Sabah, 1993. 194 s.

  5. Cəfərov C. Bəzi damğa və işarələrin etimoloji izahı. Türk dillərinə dair etimoloji və tarixi - morfoloji tədqiqatlar. ADU-nun nəşriyyatı, B.,1987.

  6. Əliyarov S. "Kitabi Dədəm Qorqud" əlyazmaları üzərində çalışmalar. AFM, lll. "Elm", B.,1991.

  7. Frangipane M. Yakındoğuda devletinin doğuşu. İstanbul, 2002. 560 s.

  8. İain Mathieson, et al. The genetic structure of the world's first farmers // BioRxiv, June 16, 2016.

  9. İsmayıl M. Azərbaycan xalqının yaranması. "Azərbaycan Dövlət Nəşriyyatı", B.,1955.

  10. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. "Yurd", B., 1999.

  11. Qoşqarlı Q. O., Əsədov V. A., Babayev T. D. Sitalçay kurqanları (Xızı rayonu) // Azərbaycanda arxeoloji tədqiqatlar – 2011. Bakı, «Xəzər Universiteti» nəşriyyatı, 2012, s. 139-145.

  12. Naserfərd M. Səngneqarehaye-İran: Zəbane moştərəke cəhani. Qum. Moəsseyi çap və nəşre-Vasef, 1395 (2016).

  13. Sherazadishvili Z. Rituals of burying in kurgans in the Southern Caucasus // İnternational archeology student conference on «Spritualy in Pre and Protohistory». 3-5 april 2009, Albalulia, Romania, p. 90.

  14. Tahirzadə Ə. Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirçəldilməsi.ll. Azərbay-can filologiyası məsələləri.lll. "Elm", B., 1991.

  15. Tuncay B. Azərbaycan imperatorluğu (Əlyazma hüququnda), Bakı, 2012a.

  16. Дедабришвили Ш. Ш. Курганы Алазанской долины. Тбилиси, 1979. 259 c.

  17. Гобеджишвили Г. Ф. Бедени - культура курганных погребений (на груз. яз.). Тбилиси, 1981. 260 c.

  18. Кушнарева К. Х. Южный Кавказ в IX–II тыс. до н. э. СПб.1993.

  19. Махарадзе З. Курганы раннего бронзого века Восточной Грузии // Кавказ как связующее звено между Восточной Европой и Передним Востоком: диалог культур, культура диалога (к 140-летию Александра А. Миллера) Материалы Международной научной археологической конференции и Гумбольдт-лектория (5–8 октября 2015 года, Санкт-Петербург), Санкт-Петербург, 2015, c. 107-109.

  20. Махмудов Ф. Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа, Баку, 2008.

  21. Толстов С. П. Основные вопросы Древней истории Средней Азии. ВДИ, 1938, № 1.

  22. Черников С. С. Восточноказахстанская экспедиция.// КСИИМК. Вып. XXXVII. 1951, c. 144-150.



Yüklə 81,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə