Bəxtiyar Tuncay Şimali Qara dəniz bölgəsinin skif öncəsi və klassik skif dövrü kurqanları. İlk Turan xaqanlarının məzarları



Yüklə 156,81 Kb.
tarix30.12.2017
ölçüsü156,81 Kb.
#18825

Bəxtiyar Tuncay

Şimali Qara dəniz bölgəsinin skif öncəsi və klassik skif dövrü kurqanları. İlk Turan xaqanlarının məzarları
Siciliyalı Diadorun sözlərinə görə, skiflər öncə «Qafqaza qədər dağlarda , okean və Meotiy (Azov) dənizi sahillərindəki düzlərə», yalnız bundan bir müddət sonra «Tanais çayından o tərəfdə Trakiyaya qədər ərazilərə», yəni Qara dənizin şimal və qərb sahillərinə (Ağasıoğlu F., s. 2005, s.101) sahib olmuşdular. Onun bu sözlərinin həqiqəti əks etdirdiyini Şimali Qara dəniz sahillərində aşkar edilərək tədqiq edilmiş çox sayda skif kurqanı və onların yaşı sübut etməkdədir. Lakin skiflər bu ərazilərdə məskunlaşan ilk türk xalqı deyildilər və həmin ərazilər ən azı eneolit dövründən etibarən türklərlə, yəni ölülərini kurqanda basdıran «kurqan etnosu» ilə məskun idi.
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3b/pektoral111.jpg/800px-pektoral111.jpg
Üzərində insan və heyvan təsvirləri olan qızıl sinəbənd. Tolstaya moqila kurqanı
Hazırki məqamda bizi Şimali Qara dəniz bölgəsinin bütün kurqanları deyil, yalnız skif öncəsi və klassik skif dövrü kurqanları və onların tarixi maraqlandırır.

Ərazinin ən maraqlı skif öncəsi kurqanlarından biri yerli türk-tatar əhalinin «Uzun-Oba», rusların isə «Vısokaya Moqila» adlandırdıqları dəfn abidəsidir. Bu abidə elmi ədəbiyyata məhz rusların adlandırdıqları şəklidə, yəni «Vısokaya Moqila» adı altında düşmüşdür. Biz isə ondan həqiqi adı ilə bəhs edəcəyik.

Uzun-Oba kurqanı Aşağı Dnepin sol sahilində, Ukraynanın Zaparojye vilayətinin Balki kəndi ərazisində yerləşirdi. 1971-ci ildə E. Yakovenko və V. Bidziley tərəfindən qazılan kurqanda iki məzar aşkar edilmişdir. Bunalardan birincisi kimmerlərə aid edilən son Çernoqorovsk, ikincisi isə yenə kimmerlərə aid edilən Novoçerkassk mədəniyyətlərinə aid edilir (Тереножкин, 1976, c. 28-34).

Sözügedən kurqanın yaşı barədə arxeoloqlar arasında vahid fikir yoxdur. Məsələn, A. Terenojkin hələ 41 il öncə kurqandakı qəbirləri e.ə. VIII əsrin ortalarına aid olduğunu yazmışdır. S. Skorıy isə bir çox digər arxeoloqlar kimi kurqandakı 2 №-li qəbrin tarixini e.ə. VIII əsrin sonları-VII əsrin əvvəllərinə çəkmişdir (Скорый, 1999, c. 62). B. Erlixin fikrincə isə, kurqan e.ə. IX əsrin sonu-VIII əsrin əvvəllərinə aiddir. Arxroloqların çoxu e.ə. VIII əsrin əvvəllərini daha inandərəcə tarix kimi qəbul edirlər (Эрлих, 2005).


http://img1.liveinternet.ru/images/attach/c/1/55/419/55419311_000003_copy.gif
Qızıl dolça. Çertomlık kurqanı
Radiokarbon analizlərinin nəticələrinə görə, 1 №-li qəbrin tarixi 2765±50 BP kimi müəyyən edilmişdir ki, bu isə onu e.ə. 980-950, 940-830 (1σ); e.ə. 1020-800-ci illər (2σ) kimi geniş intervala sahib taqrixə aid etməyə imkan verir. 2 №-li qəbir üçün isə bu göstərici 2740±50 BP kimi müəyyən edilmişdir. Bu da müqabil olaraq, e.ə. 920-820 (1σ) və e.ə. 1000-800-ci illərə (2σ) uyğun gəlir. Bu nəticələri təhlil edən A. Alekseyev Uzun-Oba kurqanının hər iki qəbrinin yaşının e.ə. VIII əsrdən cavan olmadığını bildirməkdədir (Алексеев А. Ю., 2005, c. 126).

Bölgənin skif dövrünə aid edilən və yaşının müəyyən edilməsi üçün radiokarbon analizləri keçirilmiş olan kurqanı Steblev məzarlığında (Dneprin sağ meşə-çöl sahili) aşkar edilmiş 15 №-li kurqandır. 1983-cü ildə məzarlıqda qazıntılar aparmış V. Kloçko burada 11 skif məzarını tədqiq etmişdir, bunlardan birini birinci xronoloji, digərlərini isə üçüncü xronoloji dövrlərə aid etmişdir. Onun təsbitinə görə, 15 №-li kurqan Şərqi Avropanın ən qədim skif dairəsi kurqanlarından biridir. Tədqiqatçıların bir qismi onu erkən skif dövrü kimi xarakterizə edilən e.ə. VIII əsrə aid edirlər (Клочко, Скорий, 1993). Bu fikirlə A. İvançik də razıdır. O da e.ə. VIII əsrin erkən skif dövrü olduğunu hesab edir (Иванчик, 2001, c. 117, 118).


http://www.bizslovo.org/content/images/stories/torop/istoriya_nikopolya/skifski_kurgany45.jpg
Qızıl daraq. Solox kurqanı
Bu fikirdə olan alimlər skiflərin bu bölgəyə Orta Asiya-Qazaxıstan bölgəsindən gəldiklərini hesab edirlər. Amma onların bu fikri ilə heç də bütün skifşünaslar razı deyil. Məsələn, B. Erlix dəmir zirehlərin Şimali Qara dəniz sahillərində ilk dəfə peyda olması tarixi kimi e.ə. VIII əsri götürməyin mümkün olmasını inkar etməsə də, dəmir üzəngiləri həmin dövrə aid etməyin doğru olmayacağını bildirir (Эрлих, 1994; Алексеев, 2003, c. 59-60). İ. Bruyakonun fikrincə isə, sözügedən kurqan e.ə. VII əsrin ikinci yarısından daha qədim ola bilməz.

Mübahisələrə radiokarbon analizlərinin nəticələri də bir çözüm gətirə bilməmişdir. Əldə edilən 2660±50 BP (920–760 Cal BC) nəticəsi e.ə. IX əsrdən VI əsrin əvvəllərinə qədər uzanan geniş zaman intervalını əhatə edir.

Alekseyev kombinə edilmiş 2577±25 BP tarixini orta tarix kimi götürərək, 15 №-li kurqanın yaşının e.ə. 690-660-cı illərdən daha qədim olma ehtimalının çox az olduğunu bildirir (Алексеев А. Ю., 2005, c. 127). Biz isə yazılı mənbələrdən çıxış edərək sözügedən kurqanın ən yaxşı halda Şimali Qafqazın erkən skif kurqanları ilə yaşıd ola biləcəyi fikrindəyik. Rusiayalı alimlərin hər vəchlə skiflərin ilkin ata yurdunun Ön Asiya və Cənubi Qafqaz (Araz çayı sahilləri) deyil, Şərqi Avropa ərazisi olduğunu «sübut» etmək üçün bölgənin abidələrini süni surətdə qədimləşdirmək cəhdi isə, fikrimizcə, elmə yox, geosiyasi və siyasi maraqlara xidmət edir. Həqiqət isə budur ki, Şimali Qara dəniz bölgəsinin skif kurqanlarının yaşı Şimali Qafqazdakı skif kurqanlarının yaşından daha cavandır və onların demək olar ki, hamısı skif kurqanları üçün müəyyən edilmiş üçüncü xronoloji dövrə, yəni e.ə. V-IV əsrlərə aiddir. Eyni sözlər Steblev məzarlığındakı digər 10 skif kurqanı üçün də keçərlidir.
http://historic.ru/books/item/f00/s00/z0000055/pic/000009.jpg
Üzərində ilahə təsviri olan qızıl at alınlığı. Kiçik Tsimbalka kurqanı
Steblev məzarlığındakı kurqanların üçüncü xronoloji dövrə, başqa sözlə, klassik skif dövrünə aid olduğu arxeoloqlar arsında heç bir şübhə oyatmır və onların, demək olar ki, hamısı S. Skorının göstərdiyi e.ə. V-IV əsrlər tarixi ilə razıdırlar. Qeyd edək ki, S. Skorı bu kurqanlardan çıxan sırf skif və yunan mənşəli inventara əsasən onların tarixini e.ə. 500-350-ci illər kimi müəyyən etmişdir (Скорый, 1997).

Alimin gəldiyi bu nəticəni radiokarbon analizlərinin nəticələri də qismən təsdiq etməkdədir. Belə ki, həmin nəticələrə əsasən Steblev məzarlığındakı ən cavan kurqanların yaşı e.ə. 400-390-cı illərə təsadüf edir. Belə ki, 1 №-li Steblev kurqanının yaşı e.ə. 410-400-cü illər, 2 №-li Steblev kurqanının yaşı isə e.ə. 400-390-cı illər kimi təsbit qəbul edilə bilər (Алексеев А. Ю., 2005, c. 191).

S. Skorıy tərəfindən müəyyən edilmiş xronoloji cədvələ əsasən, 3 №-li Steblev kurqanı sözügedən 10 kurqanın ən erkəni hesab edilir və e.ə V əsrin birinci yarısına aid edilir. A. Alekseyev də həmin kurqandan tapılan arxeoloji material əsasında onun e.ə. 480-475 – ci illərdən daha əvvələ aid olmadığını yazmışdır (Алексеев, 2003).

C. Monaxov kurqandan əldə edilmiş amforanın təhlili əsasında kurqanın e.ə. 440-cı ilə aid olduğu fikrini irəli sürmüşdür (Монахов, 1999, c. 120-121). Sümük və ağac qalıqlarının radiokarbon analizinin kombinə edilmiş nəticəsi e.ə. V əsr tarixini inkar etməsə də, əldə edilən zaman intervalının e.ə. IV əsrin ortaların qədər uzandığını da qeyd etmək lazımdır (Алексеев А. Ю., 2005, c. 192).


http://archeonews.ru/wp-content/uploads/2014/08/%d1%84%d0%b8%d0%b0%d0%bb%d0%b0.jpg
Qızıldan məişət əşyası. Solox kurqanı
7 №-li kurqan S. Skorıy tərəfindən e.ə. V əsrin II yarısına aid edilməkdədir. Radiokarban analizlərinin nəticələri isə bu tarixi e.ə. V əsrin I yarısna çəkməyə imkan verir.

11 №-li kurqan e.ə. V əsrin sonu – IV əsrin I yarısına aid edilir. Analizlər terminus post quem «əminliyi» ilə bu tarixi e.ə. 400-cü il kimi göstərir.

12 №-li kurqan yazı müəllifi tərəfindən e.ə. V əsrin II yarısı ilə tarixləndirilmişdir (Скорый, 1997). Belə düşünmək üçün alimə tunc ox ucluları və biri «Samom dairəsi»nə daxil olan iki yunan amforası əsas vermişdir. S. Monaxov həmin amforaların tarixinin daha erkən olduğunu və e.ə. 480-470-ci illərə aid olduğunu bildirir (Монахов 1999, s. 99-101).

Kurqandan götürülən və radiokarbon analizinə cəlb edilən yeganə nümunədən isə gözlənilmədən fərqli nəticə alınmışdır. Məlum olmuşdur ki, abidənin yaşı e.ə. 390-cı ildən daha qədim deyil. Maraqlıdır ki, S. Skorıy əsasən e.ə. IV əsrə aid olan ox ucluqları üzərində durmuşdur, hərçənd ki, eyni ox ucluqlarına, nadir hallarda da olsa, V əsr abidələrində də rast gəlinmişdir. Beləliklə, ortada iki bir-birini inkar edən tarix var, onlar arasındakı məsafə isə təqribən 50 ildir. Fikrimizcə, onlardan ikincisinə üstünlük vermək lazımdır.

Beləliklə, Stebelev kurqanları, bir kurqan istisna edilməklə, skiflərin həmin ərazidə e.ə. V əsrdən tez peyda olmadıqlarını göstərir.

Aşağı Dneprin sol sahilində yerləşən Kiçik Tsimbalka (Malaya Tsimbalka) kurqanı 1868-ci ildə İ. Zabelin tərəfindən tədqiq edilmişdir. Burada müxtəlif dövrlərə uyğun gələn bir neçə qəbrə rast gəlinmişdir ki, onlardan biri skif öncəsi, başqa biri isə klassik skif dövrünə (e.ə. V əsr) uyğun gəlir. İkinci qəbirdə dəmir nizə və tunc ox ucluqlarına, taxta qabın üzərini bəzəyən qızıl bəzək elementlərinə, dəmir və tunc at nəsnələrinə, tunc qazana, «taxta çəlləyə», qızıl qrivnaya rast gəlinmişdir (Алексеев A., 1995).

Aşkar edilmiş bu əşyaların, ilk növbədə də at üzəngilərinin və tunc ox ucluqlarının xüsusiyyətlərinə görə bu qəbir xronoloji baxımdan 4 №-li Yeddi qardaş (Semibratnıye) kurqanı (e.ə. V əsr) ilə Solox kurqanı (e.ə. V-IV əsrlər) arasında yer alır.

http://shukach.com/sites/default/files/imagecache/node-gallery-display-clean/post_images/31382.jpg
Qızıl lövhələrlə bəzədilmiş taxta qab. Berdyansk kurqanı
Kurqandan radiokarbon analizi üçün götürülmüş təyinatı naməlum ağac parçasının anlizi nəticəsində qəbrin e.ə. 400-390-cı illərə aid olduğu müəyyən edilmişdir (Алексеев А. Ю., 2005, c. 195).

1890-cı ildə N. Veselovski tərəfindən Mərkəzi Krımda, Simferopol yaxınlığında tədqiq edilmiş Altun kurqan (kurqan Zolotoy) dəmir zirehdə dəfn edilmiş döyüşçüyə aid idi. Döyüşçünün belində qızıl qrivenli yığma kəmər vardı. Kəmərə qını qızılla bəzədilmiş qılınc bərkidilmişdi. A. Alekseyev kurqanı e.ə. 475-ci ilə (Алексеев А. Ю., 2003, c. 296), Artomonov isə e.ə. V əsrin II rübünə aid etmişlər (Артомонов, 1966, с. 30). Radiokarbon analizlərinin nəticəsi çox geniş bir zaman intervalı göstərdiyi üçün dəqiq fikir söyləmək mümkün olmayəb. Odur ki, kombinə edilmiş tarix kimi e.ə. 480-ci ilin üzərində durmaq qərarına gəlinib.

Aşağı Dneprin sol sahilində yerləşən Solox kurqanı skiflərə aid ən möhtəşəm kurqanlardan biridir. Bu abidə 1912-1913-cü illərdə N. Veselovski tərəfindən qismən öyrənilmiş, kurqan örtüyünün altında növbəli dəfndən xəbər verən iki qəbrə rast gəlinmişdir. Mərkəzi (ilk) qəbir, çox güman ki, qədim zamanlarda qarət edilmişdir. Əldə edilmiş materiallar içərisində dəqiq tarixi müəyyənləşdirməyə yardımçı ola biləcək material çox azdır. Müəyyən fikrə gəlmək üçün sadəcə qızıl suyuna çəkilmiş kilikə, üzəngi detallarına və əl formalı tunc lövhəciklərə istinad etmək lazım gəlmişdir. Arxeoloqlar bu kimi əşyalara e.ə. V əsrin II yarısına aid abidələrdə rast gəlmişlər. Bununla belə, daha çox analogiya təşkil edə biləcək əşyalar e.ə. 400-380-ci illərə aid materiallar içərisindən tapılmışdır. Odur ki, mütəxəssislər daha çox bu tarix üzərində dururlar (Монахов 1999, c. 243).
http://pro.berdyansk.biz/pubimg/2015_5/2015_05_18_028613_09.jpg
Qızıldan bəzək əşyaları. Berdyansk kurqanı
Maraqlıdır ki, bu tarix radiokarbon analizlərinin nəticələri ilə də təsdiq edilir. Belə ki, analizlər mərkəzi məzar üçüm kombinə edilmiş 2333±28 BP tarixini ortaya qoymuşdur ki, bu da e.ə. 404-385-ci illərə uyğun gəlir. Yan qəbir üçün isə bu göstəricilər müqabil olaraq 2325±18 BP və e.ə. 400-389-cu illərdir (Алексеев А. Ю., 2003, c. 198).

Xronoloji baxımdan Solox kurqanına ən yaxın kurqan Şimali Azov sahillərində yerləşən Berdyansk kurqanıdır. E.ə. IV əsrə aid edilən bu dəfn abidəsi 1970-ci illərin sonunda tədqiq edilmişdir (Фиалко 1987, c. 75-77; Чередниченко, Фиалко, 1988; Болтрик, Фиалко, Чередниченко, 1994, 140 сл.; Мурзiн, Фiалко, 1998; Монахов 1999, c. 284-289; Полiн, Ковальов, Череднiченко, 2000).

Kurqada eyni dövrə aid üç məzar aşkar edilib. Onlardan birindən tapılan əşyalar Solox kurqanının materialları ilə ya birbaşa analogiya təşkil edir, ya da onlarla çox bənzərdir (Алексеев 1992, c. 148; Болтрик, Фиалко, Чередниченко, 1994, c. 154-155).

Buradan analizlər üçün əldə edilmiş yeganə ağac parçasının radiokarbon üsulu ilə analizi e.ə. 350-ci ilə (1 σ) işarə etməkdədir.

Mərkəzi Krımda yerləşən və 1891-ci ildə N. Veselovski tərəfindən tədqiq edilən Talayevsk kurqanı silahları ilə birlikdə dəfn edilmiş skif döyüşçüsünə aid idi. Kurqanda aşkar edilmiş qızıl və gümüş bəzəkli silahları, su buynuzunu və müxtəlif qabları təhlil edən A. Manseviç abidəni e.ə. IV əsrin II rübünə aid etmişdir (Манцевич 1957, c. 167). S. Monaxova görə isə, kurqan e.ə. 360-cı illərə aiddir (Монахов 1999, c. 401).

Radiokarbon analizinin nəticələri geniş interval göstərdiyi üçün alimlər Manseviçin verdiyi tarix üzərində durmağı daha doğru hesab edirlər.


поясной крючок. мастюгинский курган. ювелирные изделия в эрмитаже / www.kulturamira.ru
Qızıldan hazırlanmış kəmər qarmağı. Mastyuqino kurqanı
N. Vesilovskinin Şimali Qara dəniz bölgəsində qazıdığı kurqanlardan biri də Dörd-Oba (Pastaka) kurqanıdır. 1892-ci ildə tədqiq edilmiş bu dəfn abidəsi də Mərkəzi Krımda, Simferopol yaxınlığında olub. Kurqanda kişi döyüşçü dəfn edilmişdir. Buradan da çоx sayda qızıl əşya tapılmışdır (Мартынов, 1991, с. 33-36).

Dörd-Oba kurqanı arxeoloqlar tərəfindən e.ə. 390-cı illərin sonu-380-ci illərin əvvəllərinə aid edilmişdir (Монахов 1999, c. 209-210). Radiokarbon analizinin nəticələri isə kurqanın tarixini e.ə. 350-ci il kimi göstərməkdədir.

Mövzumuz baxımında maraq çəkən dəfn abidələrindən bir də 1 №-li Mastyuqino kurqanıdır. Orta Donda, Voronejdən cənubda aşkar edilmiş bu kurqan 1905-ci ildə yerli kəndlilər tərəfindən qarət edilmişdir. Kurqanda qazıntı aparan A. Spitsın kurqan örtüyünün altında iki qəbirdən ibarət taxta konstruksiyalı qəbir kamerası və qızıldan bir neçə bəzək əşyası, şüşə muncuqlar, eləcə də tunc və dəmir ox ucluqları aşkar etmişdir (Манцевич, 1973). Həmin əşyaları təhlil edən A. Mantseviç kurqanı e.ə. IV əsrin I yarısına aid etmişdir (Манцевич 1973, c. 12–16).

Kurqandan əldə edilmiş ağac və parça nümunələri əsasında aparılan radiokarbon analizi 2440±35 BP (GrA-27900) tarixini ortaya qoymuşdur ki, bu da çox böyük intervallı zaman kəsiyinə uyğun gəlir (e.ə. 770-400 cü illər) ki, bu da qəti söz deməyə imkan vermir. Odur ki, alimlər e.ə. IV əsrin I yarısını daha optimal tarix hesab edirlər.



толстая могила
Skif xaqanının xanımının baş tacı. Tolstaya moqila kurqanı
Klassik skif dövrünə aid edilən kurqan abidələrindən biri də örtüyünün altında iki məzara rast gəlinmiş Tolstaya Moqila kurqanıdır (Мозолевський, 1979). Bu abidənin mərkəzi kamerasında xaqan, yan qəbrində isə xaqanın xanımı və oğlu, eləcə də onların qulluqçuları dəfn edilmişdilərr. Xaqanın qəbrindən, qədimdə qarət edilməsinə rəğmən, qızıl sinəbənd və üç qulplu amfora, eləcə də toxunulmamış qalan uşaq və qadının qəbrindən şüşə fiala əldə edilmişdir. Bu əşyaların analoqlarına L. Qalaninanın e.ə. 325-300-cü illərə aid etdiyi Kurcip kurqanında və e.ə. IV əsrin sonlarına aid edilən 4 №-li Böyük Bliznitsa sərdabəsində də rast gəlinmişdir. Qəbir kamerasının memarlıq xüsusiyyətləri və at nəsnələri isə Böyük Tsimbalka kurqanındakılara yaxın idi. Geyim əşyalarına tikmə aplikasiya kimi nəzərdə tutulmuş qızıl lövhələrdən bəzisi – üzərində uzanmış dana, maralı parçalayan aslan və iki lotos təsvirləri olan qızıl lövhələr Solox kurqanının yan qəbrindən tapılmış analoji əşyalara çox yaxındır.

Bütün bu analogiyalar Tolstaya Moqila kurqanını e.ə. 350-320-ci illərə aid etməyə imkan verir. Maraqlıdır ki, radiokarbon analizləri də eyni tarixi göstərməkdədir (Алексеев А. Ю., 2005, c. 204).

Əldə olan radixronometrik məlumatlara görə, Tolstaya Moqila kurqanı Solox və Berdyansk kurqanlarından sonra, Çertomluk kurqanından daha əvvəl ucaldılmışdır.

Çertomluk kurqanı Oğuz kurqanı ilə birlikdə ən monumental skif məzarlarından biri hesab edilir. Bu abidə Aşağı Dneprin sağ sahilində yerləşir. Onun tədqiqi ilə 1862-1863-cü illərdə İ. Zabelin, 1970-1980-ci illərdə isə B. Mozolevskiy, V. Murzin və R. Rollenin başçılıq etdikləri Ukrayna-Almaniya birgə arxeoloji ekspedisiyası məşğul olmuşdur (Алексеев, Мурзин, Ролле 1991).

Hündürlüyü 21 m olan kurqan örtüyünün altında mərkəzdə və şimal tərəfdə olmaqla, iki qəbir kamerasına rast gəlinmişdir.


http://images.vfl.ru/ii/1480862924/b146ccd5/15211764_m.jpg
Qazan. Solox kurqanı
İ. Zabelnıy kurqan örtüyünün altında, tam mərkəzdə mürəkkəb yeraltı dəfn tikilisi aşkar etmişdir. Burada 11 m dərinliyində quyu və ondan dörd tərəfə ayrılan dörd kamera üzə çıxmışdı. Bunlardan birində xaqanın ya arvadı, ya da kənizi olduğu ehtimal edilən çox zəngin bir qadın öz qulluqçusu ilə birlikdə dəfn edilmişdi. Kameradan gümüşdən kult xarakterli qab-qacaq, o cümlədən çömçəsi və boşqabı olan gümüş amfora və yunan mənşəli olduğu hesab edilən saxsı amforalar tapılmışdır. Qonşu kameralardan birində bər-bəzəkli və müxtəlif silahlı iki döyüşçü dəfn edilmiş, digərində isə divardan dəbdəbəli baş geyimləri asılmış və yunan amforaları, tunc qazan və müxtəlif qablar düzülmüşdü. Dördüncü kamera isə xaqana məxsus idi və təəssüf ki, o hələ qədim zamanlarda qarət edilmişdi. Qaətçilər kameraya uzun bir lağım atmaqla girə bilmişdilər.

Bununla belə, bu kamerada da bəzi qızıl əşyalar qalmışdı. Bunlar əsasən xəncər və qılınclardan ibarət idi.

Mərkəzi qəbrin yanında atlar üçün daha üç kamera inşa edilmişdi. Onların ümumi sayı 11 idi. Kameraların ikisində 4, birində isə 3 at dəfn edilmişdi. Onların bütün nəsnələri qızıl və gümüşdən idi.

Kurqanın perefiriyasında yerləşən şimal kamerası da talan edilmişdi. Oradan sadəcə naxışlı tunc qazan, iki gümüş qab, saxsı amfora və tunc ox ucluqları qalmışdı (Алексеев А. Ю., 2005, c. 205).


http://ru-sled.ru/wp-content/uploads/2016/10/%d1%87%d0%b5%d1%80%d1%82%d0%be%d0%bc%d0%bb-1-.jpg
Melitopol kurqanından tapılmış sənət əsəri
Bu kurqanın tarixləndirilməsi e.ə. IV əsrə aid skif abidələrinin xronologiyasının düzgün təyin edilməsi baxımından çox böyük önəm daşıyır. Qeyd edək ki, Çertomluk kurqanının yaşının müəyyənləşdirilməsinin meyarı kimi Attika istehsalı olan qara qablar (e.ə. 350-320-ci illər), amforalar və üzərində Ksanfın (ən son əsərləri e.ə. 315-310), Boriyanın (e.ə. 350-325) və başqa məşhur ustaların damğaları olan saxsı qablar çıxış edir (Монахов 2003, s. 94, qeyd. 46).

Y. Boltrik və Y. Fialko kurqanın əsas qəbrinin e.ə. 329-cu ilə və skif (Turan) xaqanı Ateyə, A. Alekseyev isə e.ə. 329-328-ci illərə və haqqında Arrianın bəhs etdiyi adı məlum olmayan skif (Turan) xaqanına aid olduğunu ehtimal etmişlər (Алексеев 2003).

Kurqanın hər iki kamerasından, eləcə də örtüyündən götürülmüş üzvi materialların radikarbon analizləri bir-birinə çox yaxın vaxtlar göstərir: 2217±20 BP, 2217±42 BP, 2228±26 BP (Алексеев А. Ю., 2005, c. 206).

Çox təəssüflər olsun ki, radikarbon analizlərinin hazırki səviyyəsi arxeoloji abidələrin yaşını tam dəqiqliklə müəyyən etməyə imkan vermir. Bu səbəbdən adları Herodotun «Tarix»indən məlum olan və bir qisminin nə zaman yaşadıqları tarixçilər tərfindən dəqiqləşdirilmiş olan ilk skif (Turan) xaqanlarının məhz hansı kurqanlarda basdırıldığını 100 faizlik dəqiqliklə müəyyən etmək olmur. Hərçənd ki, xaqan kurqanlarının çoxu dövrümüədək gəlib çatmışdır. Onların əsas özəlliklərindən biri xaqanların sarkofaqlarda basdırılmasıdır. Məhz bu özəllik bizə Alp Ər Tonqanın məhz Ziviyə kurqanında dəfn edildiyini əminliklə söyləməyə əsas verir.

Alp Ər Tonqanın oğlu Madisin də Kelermes kurqanlarından birində (ehtimal ki, 2 №-li kurqanda) yatdığı şübhə oyatmır.

Heradotun və digər antik müəlliflərin əsərlərindən adlarını və təqribi hakimiyyət illərini bildiyimiz skif (Turan) xaqanları bunlardır:


http://arheologija.ru/wp-content/uploads/2014/05/kul-oba-zoloto-11.jpg
Qızıl qolbağ. Kül-Oba kurqanı


  1. Adı assur mənpələrində Partatua, Herodotda isə Prototiy kimi çəkilən Alp Ət Tonqa – e.ə. 624-cü ildə öldürülmüşdür.

  2. Madis və ya Madiy – Alp Ər Tonqadan sonra hakimiyyətdə olub. Midiya şahı Kiaksarın Alp Ər Tonqanı öldürməsindən və skiflərin (işquzların) Asiya üzərində 28 illik hakimiyyətinə son qoyulmasından sonra, çox güman ki, Qafqaz dağlarından şimala çəkilməli olmuşdu.

  3. Savli (Çavlı). Anaxarsisin qardaşı olduğu və e.ə. 589-cu ildə hakimiyyətdə olduğu məlumdur. Fikrimizcə, onun da məzarını Kelermes kurqanları içərisində axtarmaq lazımdır.

  4. İdantirs – e.ə. 516-cı ildə Daraya qarşı savaşmışdır. Onun da kurqanı Kelermesdə olmalıdır.

  5. Atey. Bu xaqana gəldikdə onun e.ə. 330-larda hökm sürdüyü və e.ə. 329-cu ildə öldüyü hesab edilir. Onun dəfn edildiyi kurqan ya Y. Boltrik və Y. Fialkonun ehtimal etdikləri kimi, Çertomluk kurqanı, ya da xronoloji cəhətdən ondan bir qədər daha qədimə aid edilən Tolstaya Moqila kurqanı ola bilər. Bunu dəqiq müəyyən etmək mümkün olsa, ondan öncəki xaqanların da, yəni İdantirslə onun arasındakı dövrdə hökm sürmüş xaqanların da basdırıldıqları kurqanların hansılar olduğunu müəyyən etmək çətin olmaz.

http://evpatori.ru/wp-content/uploads/2016/01/%d0%ba%d1%83%d1%80%d0%b3%d0%b0%d0%bd-%d0%9a%d1%83%d0%bb%d1%8c-%d0%9e%d0%b1%d0%b0-szkitabracelet.end_.jpg
Qızıl bəzək əşyası. Kül-Oba kurqanı
E.ə. IV əsrin II yarısında Turanın (skiflər ölkəsinin) Avropa hissəsində yüksək mənsəb sahibi olan türklərə (skiflərə) məxsus onlarla kurqan ucaldılmışdır. Onlardan çıxu elmi ədəbiyyata «Xaqan kurqanları» (Çar kurqanları) adı altında daxil olmuşdur. Şübhəsiz ki, bunlardan bir qismi yerli xanlara məxsus da ola bilər. Təəssüf ki, radiokarbon üsulu ilə belə onların dəqiq tarixlərini müəyyənləşdirmək mümkün olmayıb. Əldə olan məlumatlar bu məsələ və ümumiyyətlə e.ə. IV-II əsrlərə aid kurqanların dəqiq xronologiyası barədə birmənalı söz deməyə yetəcək səviyyədə deyil. Bununla belə, təqribi hesablamalar həqiqətdən çox da uzaq deyil. Bu baxımdan Aşağı Dneprdə B. Mozolevski tərəfindən 1974-1975-ci illərdə tədqiq edilmiş üç kurqanı misal çəkmək olar. Onlardan birinin – Sarı-Taş (Jeltokamenka) kurqanının (Мозолевский, 1982) yaşı Fassos amforalarına əsasən e.ə. 340-320-ci illər kimi təsbit edilmişdir (Алексеев, 1987, c. 37; 1987а). S. Monaxov onun yaşını e.ə. 330-cu il kimi yazmışdır (Монахов, 1999, c. 405). Əldə olan radiokarbon analizlərinin nəticələri isə e.ə. 360-cı illərə işarə edir.

Sarı-Taş (Jeltokamenka) kurqanına xronoloji baxımdan yaxın olan digər kurqan Oğuz kurqanıdır. Xaqan kurqanları kateqoriyasına daxil olan bu abidənin tədqiqinə hələ 1890-cı illərdə N. Veselovski başlamış,1970-1980-cı illərdə onun başladığı işi A. Leskov və Y. Boltrik davam etdirmişlər. Hündürlüyü 21 m olan kurqan örtüyünün götürülməsindən sonra daş sərdabə formalı qəbir kamerası və bir neçə yan qəbir aşkar edilmişdir. Həmin dövrdə bu tip abidələrin hamısı e.ə. IV əsrin sonlarına aid edilmişlər (Алексеев, 1982а). Y. Fialkonun tədqiqatları da bu nəticəni təsdiq edir (Фiалко, 1993, c. 15).

Kurqanın şimal tərəfindəki qadın qəbri mərkəzi qəbrin tarixindən fərqlənir və oradan tapılmış amforalara əsasən e.ə. IV əsrin III rübünə aid edilir. S. Monaxov həmin qablara əsasən qəbrin yaşının e.ə. 330-320-ci illər olduğunu yazmışdır (Монахов, 1999, c. 406).
http://s.fishki.net/upload/post/201502/23/1439694/71b57f83d99f8d794a08442751373153.jpg
Qızıl qab. Kül-Oba kurqanı
Y. Fialkonun tədqiqatları nəticəsində Oğuz kurqanının Çertomlukdan daha cavan, başqa bir xaqan kurqanı olan Aleksandropol kurqanından daha qədim olduğu məlum olmuşdur (Фiалко, 1993, c. 16). Bu fakt bizə Ateydən sonrakı xaqanların təqribi də olsa, ölüm tarixlərini müəyyən etməyə imkan verə bilər. Bununla belə qeyd etmək lazımdır ki, Oğuz və Çertomluk kurqanlarının yaş nisbətinin dəqiqləşdirilməyə ehtiyacı var. Belə ki, bu iki abidənin mərkəzi qəbirlərinin tarixləri arasındakı məsafə o qədər kiçikdir ki, hətta Oğuzun Çertomlukdan daha qədim olması da mümkündür.

Hündürlüyü 17-20 m olan Aleksandropol kurqanı 1851-1856-cı illərdə qazılmışdır. Onun örtüyünün altında iki və ya, ola bilsin, üç qəbir olub. Onların növbəli və ya eynivaxtlı olmaları məlum deyil. Kurqanın iki deyil, üç məzarın olduğu və dəfn edilənlərin eyni vaxtda dəfn edildikləri fikri Y. Boltrikə aiddir (Болтрик, 1997).

Belə hesab edilir ki, bu kurqan Çertomluk və Oğuz kurqanlarından bir qədər cavandır. Bunu dəfn abidəsindən tapılmış amforaların yaşı sübut edir (Алексеев, 1986, c. 35). V. Pruqlonun fikrincə isə, bu kurqan e.ə. IV əsrin 20-ci illərindən daha cavan ola bilməz. S. Monaxov da buna yaxın vaxt söyləmişir və abidəni e.ə. IV əsrin 30-cu illərinə aid etmişdir (Монахов, 1993; Monahov 1995/1996, c. 48). Doğrudur, sonradan o bu fikrinə düzəliş etmiş və kurqanın e.ə. IV əsrin sonlarına aid olduğunu yazmışdır (Монахов, 1999, c. 438).
http://arheologija.ru/wp-content/uploads/2014/05/kul-oba-zoloto-10.jpg

Qızıl qab nümunələri. Kül-Oba kurqanı
Mərkəzi məzarın giriş quyusunda və yan kameralarda АΨΟΓ(О) damğalı Herakley amforaları aşkar edilib ki, onların da yaşı e.ə. IV əsrin sonlarına aiddir (Алексеев, 1986, c. 35-36). Radiokarbon analizlərinin kombinə edilmiş nəticəsi (2150±51 BP) deyilənlərlə ziddiyyət təşkil etmir.

Turanın (skiflər ölkəsinin) Avropa hissəsindən tapılmış ən gənc Xaqan kurqanlarından biri Böyük Rıjanov kurqanıdır. O. Qismən XIX əsrin sonlarında, tam olaraq isə 1995-1997-ci illərdə S. Skorıy və Y. Xoxoxrovskinin başçılıq etdikləri Ukrayna-Polşa birgə ekspedisiyası tərəfindən tədqiq edilmişdir (Бобринский, 1894; Самоквасов, 1908; Ossowsky, 1888; Chohorowski, Grigor’ev, Skoryj, 1996; Chohorowski, Skoryi, 1997; Chochorowski, Skoryj, Grigor'ev, Rydzewski 1997; Скорый, 1998). Bu abidənin əsas (kişi) və asma (qadın) qəbirlərində zəngin metal və saxsı məmulatı, o cümlədən amforalar, silahlar, qazanlar və bəzək əşyaları tapılmışdır. Bu materiallar hər iki məzarı e.ə. IV əsrin sonlarına (Алексеев, 2003) və ya e.ə. III əsrin əvvəllərinə (Chohorowski, Skoryi, 1997, c. 39; Chochorowski, Skoryj, Grigor'ev, Rydzewski, 1997, c. 90; Chohorowski, Kovaljuch, Skripkin, 1998; Chohorowski, Kovaljuch, Skripkin, 1999; Скорый, 1998) aid etməyə imkan verir.


http://images.vfl.ru/ii/1441372218/7264c095/9796370_m.jpg
Qızıldan bəzək əşyaları. Kül-Oba kurqanı
Radiokarbon analizlərinin nəticələri isə e.ə. 260-250 və e.ə. 235-175-ci illərə işarə edir. Odur ki, hazırda alimlər çox geniş intervalla sahib tarix (e.ə. 360-270-ci illər) üzərində durmaq qərarına gəliblər (Kovaliukh, Skripkin, Khokhorovsky, Skory, 2003).

Skif xaqanlarının kurqanlarından danışarkən Krımda, Kerç şəhəri yaxınlığında yerləşən, e.ə. IV əsrə aid edilən Kül-Oba kurqanından da söz açmağa ehtiyac var. 1830-cu ildə aşkar edilərək tədqiq edilmiş bu kurqanın örtüyünün altında bütünlüklə ağacdan qurulmuş sərdabə tipli qəbir kamerasına rast gəlinmişdir. Burada dəfn edilən şəxs ağacdan hazırlanmış sarkofaqda, geyimli-keçimli basdırılmışdı. Önun bütün geyimi, o cümlədən papağı tikmə qızıl lövhələrlə bəzədilmişdi. Boynunda atlı skiflərin əks olunduğu qızıl sinəbənd, qollarında qızıl bilərziklər, eləcə də yanında çox sayda silah vardı.

Əsas kameradan kənardakı yan kamerada xaqanın arvadı dəfn edilmişdi. Qadının bütün geyimi və bəzəkləri, eləcə də yanındakı qab qızıldan idi. Qabın üzərində skif döyüşçülər təsvir edilmişdi. Sərdabənin cənub divarının yanında isə nökər dəfn edilmişdi.

Kurqandan çox sayda qızıl və gümüş qab tapılmışdır. Bu abidə öz strukturuna və dəfn adətinə görə e.ə. IV-III əsrlərə aid Aşağı Don kurqanlarını xatırladır.


http://rec.gerodot.ru/kul-oba/img/kul-oba01.jpg

Kül-Oba kurqanı

P. Dübriksin hələ XIX əsrdə səsləndirdiyi bir fikir – kurqanda skif xaqanının dəfn edildiyi fikri bu gün hamı tərəfindən qəbul edilir və heç bir şübhə oyatmır.


Qaynaqça


  1. Ağasıoğlu F. Azər xalqı, B.2005.

  2. Chohorowski J., Grigor’ev V., Skoryj S. Badania wykopaliskowe Wielkiego Kurhanu Ryzanowxkiego w Ryzanowce na Ukraine // Materialy i Sprawozdania Osrodka Archeologicznego.T. XVII Rzeszow. 1996, s. 239-261.

  3. Chohorowski J., Skoryj S. Prince of the Greet Kurgan // Archeology/ Septrmber / October, 1997.

  4. Chohorowski J., Skoryj S., Grigor’ev V., Ryzdewski J. Centralny pochywek Wirlkiego Kurhanu Ryzanowxkiego // Materialy i Sprawozdania Osrodka Archeologicznego. T. XVIII. Rzeszow. 1997, s. 77-92.

  5. Chohorowski J., Kovaljuch N., Skripkin V. Subkalibrowane datowanie radioweglowe grobowca «ksiecia» scytyjskogo z Wielkiego Kurhanu Ryzanowxkiego // Materialy i Sprawozdania Rzeszowskirgo Osrodka Archeologicznego. T. XIX. Rzeszow. 1998, s. 88-118.

  6. Chohorowski J., Kovaljuch N., Skripkin V. Nowe dane do chronolgii radioweglowej kurhanow grupy Ryzanowskij // Materialy i Sprawozdania Rzeszowskirgo Osrodka Archeologicznego. T. XX. Rzeszow. 1998, s. 298-308.

  7. Kovaliukh N., Skripkin V., Khokhorovsky Ja., Skory S. On the age of Greet Pyzhanovsky burial-mound // Impakt of the environment on human migration in Eurasia/ 15-18 Novomber 2003. St. Peterburg, Russia. Book of abstracts and programme. St. Peterburg, 2003, p. 37.

  8. Monahov S. Yu. La cronologie de quelques kourganes de la noblesse scythe du IV siecle av. N. E. du littopal septentrional de la mer Noire // II mar Nero. II. 1995/1996.

  9. Ossowsky G. Wielki kurhan Ryzanowski wedlung badan dokopanych w latach 1984. 1887. Krskow, 1888.

  10. Алексеев А. Ю. Курган Цимбалка и его датировкв // СГЭ. Вып. 47, 1982, с. 33-35.

  11. Алексеев А. Ю. Бкртомлыкский курган и его место среди погребений скифской знати IV- начала III в. до н. э. Автореф. дис. канд. ист. наук. Л., 1982а.

  12. Алексеев А. Ю. Греческая керамика из Александропльского кургана // СГЭ. Вып. 51. 1986, с. 35-38.

  13. Алексеев А. Ю. Заметки пр хронологии скифских степных древностей IV в. до н. э. // СА. № 3, 1987, с. 28-40.

  14. Алексеев А. Ю. Хронография Скифии второй половины IV в. до н. э. // АСГЭ. Вып. 28, 1987а, с. 38-49.

  15. Алексеев А. Ю. Скифская хроника (Скифы ы VII-IV вв. до н.э., историко-археологический очерк). СПб. 1992. 210 с.

  16. Алексеев А. Ю. Погребение V в. до н. э. в кургане Малая Цимбалка (раскопки И. Е. Забелина в 1868 г.) // АСГЭ. Вып. 32, 1995, с. 53-59.

  17. Алексеев А. Ю. Хронография Европейской Скифии VII-IV вв. до н. э. СПб, 2003. 410 с.

  18. Алексеев А. Ю. и др. Еврвзия в скифскую эпоху. Радиоуглеродная и археологическая датировка. Санкт Петербург, 2005.

  19. Алексеев А. Ю., Кузнецова Т. М. Келермесс (1990 г. – курган № 31) // Северный Кавказ: историко-археологические очерки и заметки (МИАР. № 3). 2001, с. 71-85.

  20. Алексеев А. Ю., Мурзин В. Ю., Ролле Р. Чертомлык. Скифский «царский» курган IV в. до н.э. Киев, 1991. 416 с.

  21. Артомонов М. И. Сокровища скифских курганов в собрании Государственного Эрмитажа. Прага-Ленинград, 1996. 120 с.

  22. Бобринский А. А. Курганы и случайные археологические находки близ м. Смелы. Т. 2. СПб, 1894. 229 с.

  23. Болтрик Ю. В. Про мiсце жiночих похавань в курганах скiфско елiтi // Археология. № 1. 1997, с. 28-32.

  24. Болтрик Ю. В., Фиалко Е. Е., Чередниченко Н. Н. Бердянский курган // РА, № 3, 1994, с. 140-156.

  25. Иванчик А. И. Киммерийцы и скифы. Культурно-исторические и хронологические проблемы археологии Восточноевропейских степей и Кавказа прел- и раннескифского времени // Степные народы Евразии, Т. 2,М., 2001. 324 с.

  26. Клочко В. I., Скорий С. А. Курган № 15бiля Стеблева у Пороссi // Археолгiя, № 2, 1993, с. 71-84.

  27. Манцевич А. П. Ритон Талаевского кургана // История и археология древнего Крыма. Киев, 1957, с. 155-173.

  28. Манцевич А. П. Мастюгинские курганы. По материалам из собрания Государственного Эрмитажа // АСГЭ. Вып. 15, 1973, с. 12-48.

  29. Мартынов А. к. Горит из могильника Дорт-Оба (опыт реконструкции) // СГЭ. Вып. 55, 1991, с. 33-36.

  30. Мозолевський Б. М. Товста Могила. Киiв, 1979.

  31. Мозолевский Б. М. Скифский царский курган «Желтокаменка» // Древности степной Скифии. Киев, 1982, с. 179-222.

  32. Монахов С. Ю. К хронологии Александропольского кургана // 2-я Кубанская археологическая конференция. Тезисы докладов. Краснодар, 1993.

  33. Монахов С. Ю. Гречкские амфоры в Причерноморье. Комплексы керамической тары VII-II веков до н. э. Саратов, 1999,. 678 с.

  34. Монахов С. Ю. Гречкские амфоры в Причерноморье. Типология амфор ведуших центров – экспортеров товаров в керамической таре. Каталог – опредилитель. Москва – Саратов, 2003, с. 647-672.

  35. Мурзiн В. Ю. Фiалко О. Е. Зброя з Бердьянского кургану // Археологiя. № 3, 1998, с. 103-113.

  36. Полiн С. В., Ковальов М. В., Череднiченко М. М. Про латуванная Бердьянского кургану (за керамiчними матерiалами) // Археологiя. № 1, с. 94-112.

  37. Самоквасов Д. Могилы Русской земли. М., 1908. 279 с.

  38. Скорый С. А. К вопросу о «надкультурном характере» древностей типа Новочеркасского клада // Древнейшие общности земледельцев и скотоводов Северного Причерноморья (V тыс. до н. э. — V в. н. э.). Материалы международной конф. Кишинев, декабрь 1990 г. Киев. 1991.

  39. Скорый С. А. Стеблев: Скифский могильник в Поросье. Киев. 1997.

  40. Скорый С. Основы археологического датирования Большого Рыжановского кургана // Materialy i sprawozdania. Rzeszowskiego Ośrodka Archeologicznego. T. XIX. Rzeszуw. 1998.

  41. Скорый С. А. Киммерийцы в Украинской Лесостепи. Киев — Полтава. 1999. 135 с.

  42. Тереножкин А. И. Киммерийцы. Киев, 1976. 223 с.

  43. Фиалко Е. Е. Оружие Бердянского кургана // Киммерийцы и скифы. Тезис докладов Всесоюзного семинара, посвяшенного памяти А. И. Тереножкина. Ч. 2. Кировоград, 1987.

  44. Фiалко O. Е. Скiфский царьский курган Огуз. Автореф. дис. канд. iст. наук. Киiв, 1993.

  45. Чередниченко Н. Н., Фиалко Е. Е. Погребение жрицы из Бердянского кургана // СА. № 2, 1988.

  46. Эрлих В. Р. У истоков раннескифского комплекса. М., 1994. 196 с.

  47. Эрлих В. Р. Северо-Западный Кавказ в начале железного века (протомеотская группа памятников). Автореф. дис. канд. ист. наук. М., 2005.




Yüklə 156,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə