Bəxtiyar Tuncay Şumer və Misirin hakimləri: Araslantəpədə aparılan qazıntılar prototürklərin dövlətçilik ənənələrinin əsasının Kür-Araz mədəniyyəti dövründə qoyulduğunu təsdiq edir



Yüklə 166,18 Kb.
tarix01.02.2018
ölçüsü166,18 Kb.
#23301

Bəxtiyar Tuncay

Şumer və Misirin hakimləri: Araslantəpədə aparılan qazıntılar prototürklərin dövlətçilik ənənələrinin əsasının Kür-Araz mədəniyyəti dövründə qoyulduğunu təsdiq edir

dosya:cilindro-sello trillo.png

Mütəxəssislər Eneolit dövründə Qafqaza Yaxın Şərqdən miqrasiya edən Ubeyd mədəniyyəti təmsilçilərindən söz açarkən onların gəldikləri ərazilər sırasında Türkiyədəki Arslantəpənin də adını xüsusi çəkirlər (Андреева М. В., 1977; Черных Е. Н., 2009, s. 212, 219). Məsələn, 18 №-li Soyuqbulaq kurqanında aşkar edilmiş «Coba bowl» tipli kasadan söz açan N. Müseyibli onun paralellərinin Şərqi Anadolu-Şimali Mesopotamiyanın Uruka qədərki xalkolit abidələrindən – Arslantəpə, Oylum Höyük (Helwing 2012, p. 2012), Hammam at Türkman (Akkermans 1988, p. 312-313) və s. abidələrdən məlum olduğunu diqqətə çatdırır (Müseyibli N. 2014, s. 45). Ümumiyyətlə, «Kür-Araz eneoliti»nin, eləcə də Kür-Araz mədəniyyətinin etno-mədəni bağlarının dəqiqləşdirilməsində Malatyada yerləşən Arslantəpədə aparılmış qazıntılar nəticəsində aşkar edilmiş arxeoloji materialların böyük rolu olmuşdur. Bu materialların A. Palmeri tərəfindən dərcindən sonra (Palmiery A, 1973) eneolit və ilk tunc dövrlərində Şərqi Anadolu-Qafqaz etno-mədəni birliyi barədə fikirlər ortaya çıxmışdır.

Qazıntılarına hələ 1933-cü ildən başlanılan Arslantəpədə öncə hetlər (hithitlər) dövrünə aid üst mədəni təbəqələrindən biri öyrənilmiş, sonrakı illərdə L. Laportyenin rəhbərlk etdiyi bir fransız heyət (Laporte L., 1933, s. 119-254; Laporte L., 1934, s. 257-285; Laporte L., 1939, s. 43-56) buranın e.ə. V minillikdə məskunlaşdığını, şəhərdə həyatın kəsintiyə uğramadan b.e. XI əsrinə qədər davam etdiyini təsbit etmişdir (Palmieri, 1981, s. 101-119).

1960-cı illərdən etibarən başlanılan işi italyan arxeoloqlar davam etdirmişlər. Qazıntıları bundan sonra Romanın La Sapienza Universitetindən olan arxeoloqlar qrupu aparmışdır. Qrupa 1970-ci illərə qədər A. Palmieri (Palmieri, 1981, s. 101-119), ondan sonra isə M. Frangipane başçılıq etmişlər (Burney C., 1993, s. 311-317; Frangipane M., 1997).

Belə hesab edilir ki, son Uruk dövrü ilə eyni dövrə təsadüf edən dövrdə, yəni e.ə. 3400-3200-cü illərdə burada geniş yanğınlar olmuşdur. Həmin dövrdən etibarən yaşayış məskəni Qafqazdan gələn yarımköçəri tayfaların hakimiyyəti altına keçmiş və bura əvvəlkindən xeyli böyük bir şəhərə çevrilmişdir (Palmieri, 1981, s. 101-119). M. Frangipanenin yazdığına görə, sözügedən yarımköçərilər Kür-Araz mədəniyyətinin daşıyıcıları idilər (Frangipane M., 2014, p. 169 -182).


c:\documents and settings\администратор\рабочий стол\arslantepe-133081-75.jpg

Arslantəpədən bir görüntü
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Arslantəpədə e.ə. 3600-3500-ci illərə aid bir məbədin qalıqlarına, eləcə də e.ə. 3300-3000-ci illərə aid saray kompleksinə rast gəlinmişdir. Buradan xeyli miqdarda möhür, mis, gümüş və qızıldan hazırlanmış müxtəlif təyinatlı əşyalar tapılmışdır. Bütün bunllar arxeoloqlara həmin dövrdə Arslantəpənin önəmli bir siyasi, dini və mədəni mərkəzə çevrildiyini söyləməyə əsas vermişdir (Burney C., 1993, s. 311-317). 

Şübhəsiz ki, bütün bu tapıntılar içərisində 2015-ci ildə Arslantəpə sarayından üzə çıxan, e.ə. IVminilliyin sonlarına aid edilən kərpicdən hörülmüş hökmdar taxtı daha böyük önəm daşıyır. Maraqlıdır ki, taxtın arxasında, divarda iki pəncərəyə, daha doğrusu onların qalıqlarına rast gəlinib ki, bu da çox maraqlı tapıntılardan biri hesab edilir (Frangipane M., 2014, p. 169 -182).

Mövzumuz baxımından ən maraqlı tapıntı isə Sarayın yaxınlığında aşkar edilən, e.ə. 2900-cü ilə aid olan kurqandır. Alimlər onun hökmdarlardan birinin məzarı olduğu fikrindədirlər. Maraqlıdır ki, kurqanın qəbir kamerasının daş örtüyü üzərində oturdulmuş vəziyyətdə dəfn edilmiş dörd gənç yaşlarında insan skeletinə də rast gəlinmişdir ki, onların qurban edildikləri sanılır (Palmieri, 1981, s. 101-119).



Ərazidə uzun illərdən bəri arxeoloji qazıntılar aparmış arxeoloqların dediklərdən belə aydın olur ki, Arslantəpəyə təqribən e.ə. 3400-cü illərdə Güney Qafqazdan gələn Kür-Araz mədəniyyəti (R1b) daşıyıcıları hakim olmuş, təqribən e.ə. 3300-cü ildə burada dövlət qurulmuş və hökmdar sarayı mövcud olmuşdur. Sarayda oturan hökmdarlar kurqanlarda dəfn edilərdi və dövrümüzədək e.ə. 2900-cu illərə aid belə kurqanlardan, yəni hökmdar kurqanlarından biri gəlib çıxmışdır. Bu isə o deməkdir ki, artıq ən azı e.ə. 3300-3200-ci illərdə burada bir prototürk dövləti mövcud idi. Daha doğrusu bu şəhər bütün «Kür-Arazlı»ların bir növ paytaxtı, mədəni və siyasi mərkəzi idi.
c:\documents and settings\администратор\рабочий стол\3395069.jpg
Arslantəpədə hökmdar sarayının qazıntıları
Qeyd edək ki, Arslantəpənin qalıqları hazırda Malatyanın 7 km şimal-şərqində, Fərat çayı üzərində qurulmuş su anbarının qərbində yerləşir. Elə bu da bizə əski şumer mətnləri əsasında şəhərin və dövlətin həmin dövrdə necə adlandığını müəyyən etməyə imkan verir. Həmin şəhər və dövlətin adı şumer mənbələrində Mahan (Mağan) kimi çəkilir. S. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan toponimidir:

«Ölkələr... Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən "mahilum" yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura» (Oğuz, 2002, s. 42-43).

Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:

«Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. Bu yeri "Axlat məhəlləsi" adlandırırlar» (Koroğlu, 1999, s. 62-63).

c:\documents and settings\администратор\рабочий стол\1315423487_tutanxamon-.jpg
Misir fironu Tutamxamon (e.ə. 1332-1323). Genetik tədqiqatlar onun R1b1a2 (oğuz-qıpçaq) Y-xromosomunu daşıdığını üzə çıxarmışdır
Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin "Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də, bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (Церен, 1986, c. 140).

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında (Koroğlu, 1999, s. 60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.
https://upload.wikimedia.org/wikipedia/commons/e/e6/hyksos.jpg
Hiksoslar. Qədim Misir freskası
Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

«Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında… Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, …Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir. Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Kitabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir." (Koroğlu, 1999, s. 63).

Maraqlıdır ki, “Kitabi-Dədəd Qorqud”da Bayandır xanın Amid (Diyarbəkr) sahillərindən olması qeyd edilir. Qazan xan da Amid (Diyarbəkr) soylu adlandırılır. Qədim Amid şəhərinin, yəni bugünkü Diyarbəkrin isə həmin bölgədə yerləşdiyi məlumdur.

Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi (Koroğlu, 1999, s. 63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Qeyd edək ki, bəzi alimlər Şumer-Akkad mənbələrində adlarına "kuti" (quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edirlər və irəlidə görəcəyimiz kimi, onlar səhv etmirlər.


akhenaten statue.jpg
Firon IV Amenxotepin Karnakdakı Amon məbədində ucaldılmış heykəli
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdə "kuti" kimi çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III-II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir.

Tədqiqatçı B. Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B. Landeberqerin fikrini təsdiqləmişdir (Azərbaycan tarixi, 1994, s. 81-82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarının daşıdıqları “Yarlaq” adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın, “İbra” adını "Kitabi-Dədə Qorquddakı İmrənin, “Kurum” adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum xanın, “Elulameş” adını Elalmışın (İlalmışın) adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (Ağasıoğlu,2005, s. 148).

Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər (Azərbaycan tarixi, 1994, s. 81-82).

Bu nüans mövzumuz baxımından o qədər önəmlidir ki, onun üzərində xüsusi durmamıza ehtiyac var. İş burasındadır ki, Əbülqazi Bahadır xan “Oğuznamə”sində (“Şəcərəye - Tərakimə”) türkeşlərin soy babası, bu türk soyuna öz adını vermiş olan Türkeş bəyin də adı keçməkdə və o, Div Yavqunun vəzirlərindən biri kimi qeyd edilməkdədir. Əbülqazi Bahadır xanın yazdığına görə, Türkeş bəy Div Cıngüşümün oğludur və Div Yavqunun vəzirlərindən olub (Ögəl, 2006, s. 237). Sözügedən “Oğuznamə”də Div Yavqu haqqında isə bunlar yazılıb:

«Qayı xanın (Söhbət Oğuz xanın oğlu Gün xanın oğlu Qayı xandan gedir) oğulları çox idi. Qayı xan bir oğluna ulu babalarından birinin – Div Yavqunun adını vermişdi. O, öldükdən sonra elin kiçiyi də, böyüyü də, bir sözlə, hamı sözü bir yerə qoyub, Div Yavqunu taxta çıxardılar.

Günlərin bir günü Div Yavqu xan xalqdan soruşdu:

Bizimlə yaşayanlar arasında Oğuz xanı görən adam varmı?

Sualına cavab olaraq ona bildirdilər:

-Bir nəfər qalmışdır. Bu da Salur elindən Ulaş adlı birisidir.

Xan bunu eşitcək tez bir adam göndərdi və Ulaşı gətirtdi.Ondan Oğuz xanın yurdda necə yaşadığını, necə iş gördüyünü, dostlarına necə mürəvvət göstərdiyini düşmənlərinə qarşı necə hərəkət etdiyini soruşdu. Ulaş da nə bilirdisə, hamısını danışdı. Xan buna görə ona çoxlu hədiyyə verdi və yurduna göndərdi.

Div Yavqu xanın uluq (böyük) bəyləri yazır elindən Alan və Arlan, dügər elindən də İrkıl Xoca idilər. Xan bir gün ov ovlayıb, yurd quranda atdan yıxıldı, kəllə sümüyü qırıldı və elə bundan da öldü” (Ögəl, 2006, s. 237).

F. Ağasıoğlunun yazdığına görə, «Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir» (Ağasıoğlu,2005, s. 147).

Alimin yazı ki, «miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir» (Ağasıoğlu,2005, s. 147).

Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı (Azərbaycan tarixi, 1994, s. 69).

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdı:

«Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi» (Ağasıoğlu,2005, s. 148).

Əldə olan məlumatlara əsasən, həmin dövrdən bir neçə əsr sonra oğuzlar (kutilər), daha dəqiq desək, genetik yapısının əsasını R1b Y-xromosomu təşkil edən «Kür-Arazlı»ların varisləri, başqa sözlə, protooğuz-qıpçaqlar Misirə də hakim olmuşdular. Söhbət elmi ədəbiyyatda «hiksoslar» kimi yad edilən xalqdan gedir.

Bəri başdan qeyd edək ki, «hiksos» etnik ad deyil. Çoxları bu termini etnonim kimi qəbul etdiyindən məsələnin mahiyyətini dərk edə bilmir. Bu adla elmi ədəbiyyatda e.ə. XVII-XVI əsrlərdə, başqa sözlə, XIII-XVII sülalələr dövründə Misiri öz hakimiyyəti altına alan və XV Misir sülaləsinin əsasını qoyan gəlmələr nəzərdə tutulur. Onlara qədər Misirdə döyüş arabaları və at məlum deyildi.

«Hiksos» termini qədim Misir (qibti) dilindəki «Hqa xAswt» (yad ölkənin hökmdarı) kəlməsindən törəyib və onu indiki şəkildə Menefon işlətmişdir. İosif Flaviy hiksosları «çoban hökmdarlar» adlandırmışdır (Hyksos. Egyptian dynasty).

Misir genetiklərinin firon Tutamxamonun (e.ə. 1332-1323) cəsədi üzərində apardıqları genetik tədqiqatlar onun R1b1a2 (oğuz-qıpçaq) Y-xromosomunu daşıdığını üzə çıxarmışdır. Bu barədə məlimatı yayan «Reuters» agentliyi dərc etdirdiyi məqaləsində misirli alimlərə istinadən yazır ki, R1b1a2 haplotipinin daşıyıcısı, eləcə də Tutamxamonun və müasir avropalıların ulu babaları olan xalq eradan 7,5 min il əvvəl Qafqazda yaşamış və təqribən e.ə. 5 minillikdə Avropaya mühacirət etmişdir (Тюняев А. А., 2011).

Eyni Y-xromosomu, təbii ki, onun atası, firon IV Amenxotep (e.ə. 1375-1336) də daşımışdır və bu fakt da genetik tədqiqatlar nəticəsində təsdiqlənmişdir (Hawass, Zahi et al).

Qeyd edək, Arslantəpə (Mahan) e.ə. II minillikdə hatlar (hattilər) tərəfindən işğal edilmişdir və görünür ki, Kür-Araz mədəniyyətinin çöküşünə də elə bu səbəb olmuşdur. Misirin R1b-lilər tərəfindən tutulması bu hadisədən sonra olmuşdur. Ondan əvvəl isə «Kür-Arazlı»lar Şumeri belə hakimiyyətləri altına almağı, ondan da öncə isə təsir dairələrini Maykop və Xvalınsk mədəniyyətlərinin yayıldığı ərazilərə qədər genişləndirməyi bacarmışdılar. Artıq e.ə. 3300-3220-cü illərdən etibarən dövlət qurmuş və bu dövlət hatların (hattilərin) bölgəyə gəlişinə qədər davam etmişdir.
Qaynaqça



  1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.

  2. Akkermans P.M. M.G. The period V pottery. İn M.N. van Loon (ed.) // Hammam et-Turkman I. Report on the University of Amsterdams 1981-84 Excavations in Syria I. Nederlands Historisch-Archeologisch İnstitut te İstanbul. 1988.

  3. Azərbaycan tarixi, B.,"Azərnəşr", 1994.

  4. Burney C. Arslantepe as a gateway to the highland: a note on periods VI A-VI D. In: M. Frangipane, H. Hauptmann, M. Liverani, P. Matthiae & M. Mellink (eds.), Between the Rivers and over the Mountains, Archaeologica Anatolica et Mesopotamica Alba Palmieri dedicata, Rom, 1993, s. 311-317.

  5. Frangipane M. Yakındoğuda devletinin doğuşu. İstanbul, 2002. 560 s.

  6. Frangipane M. Continuity and Disruption in the settlement by Kura-Araxes-linked pastoral groups at Arslantepe-Malatya (Turkey). New data //  Paléorient, vol. 40.2, 2014, p. 169 -182.

  7. Hawass, Zahi et al. Ancestry and Pathology in King Tutankhamun's Family // The Journal of the American Medical Association (http://jamanetwork.com/journals/jama/fullarticle/185393)

  8. Helwing B. The Oylum Höyük western terrace Post-Ubaid assemblage and its plase within the late Chalcolithic of Western Asia // Varia Anatloica XXVII. Affer the Ubaid: interpreting change from the Caucasus to Mesopotamia at the down of urban civilization (4500-3500 Bc). Ed. by C.Marro. Paris 2012.

  9. Hyksos. Egyptian dynasty // Encyclopædia Britannica.

  10. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. "Yurd", B., 1999.

  11. Laporte L. Malatya - Céramique du Hittite Recent, Review Hittites et Asian, vol. 2, no. 15, 1934, s. 257-285.

  12. Laporte L. La Troisième Campagne de Fouille è Malatya, Review Hittites et Asian, vol. 5, no. 34, 1939, s. 43-56.

  13. Müseyibli N. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, Nafta-Press, 2014, 140 səh.

  14. Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri. "Azərbaycan Milli Ensiklopediyası" NPB.,B., 2002.

  15. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.

  16. Palmiery A. Scavi nell'Area Sud-Occidentale di Arslsntepe. // Origini, vol. YII. 1973. p. 36-44.

  17. Palmieri A. Excavations at Arslantepe (Malatya), Anatolian Studies, vol. 31, 1981, s.101-119.

  18. Тюняев А. А. Генетические исследования Тутанхамона и этническая принадлежность правителя // Мидград-Инфо, 7 сентября 2011.

  19. Церен Э. Библейские холмы. "Правда", Москва,1986.




Yüklə 166,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə