BəXTİyar tuncay



Yüklə 0,56 Mb.
səhifə1/9
tarix14.12.2017
ölçüsü0,56 Mb.
#15625
  1   2   3   4   5   6   7   8   9

BƏXTİYAR TUNCAY



ALBAN (QAFQAZ) TÜRKCƏSİ SÖZLÜYÜ

÷

(ƏLYAZMA HÜQUQUNDA)

V Bölüm (H –xzıl )


BAKI 2012


Ц

Qeyd: Bu səs alban dilində olmayıb.Yalnız XV-XVI əsrlərdən sonra slavyan dilləri başda olmaqla, Avropa dillərindən mühacir albanların dilinə keçən sözlərdə rast gəlinən bu səsi ifadə etmək üçün alban (mühacir albanların) əlifbasına yeni işarə əlavə olunmuşdur. Yəni, X-XIII əsrlrdə qələmə alındığı şübhə doğurmayan albandilli mətnlərin sonradan (XVI – XVII əsrlrdə) əl gəzdirilməmiş orijinal hissələrində (Qriqori Hamama, Mxitar Qoş, Kirakos Gəncəli və s.) bu hərfə rast gəlinmir.



цex (-ninq, -qa, -ta, -ı, -ına, -ımızğa) // цeax (-mıznınq, -mızğa, -mızda) // цiax (-nınq, -ğa, -da, -mıznnq, -mizgə, -mıznı, -mızda) ism. (slv) – sex. Müacir albanların dilinə slavyan dillərindən keçmiş bu söz kiçik istehsalat müəssisəsi, iş yeri, emalatxana anlamlarında işlənmişdir: Цixası etikçilərninq. Çəkməçi emalatxanası.

цexmistır (-nınq, -ğa, -dan, -lar, -larnınq, -larğa, -larnı) // цexmistr (-nınq, -lar) ism. (slv.) – sex rəisi

Цelios // Цelius x. ism. (yun.) – Tsels. II əsrdə yaşamış yunan filosofu

цentnar // цəntnar // цətnar // цetnar ism. (lat.) – sentner, çəki vahidi.

цeremoniya (-lar, -larnı, -larda, -lardan) // цeremonia (-lar) // цerimoniya (-lar) // цerimonia (-nı) // цiremoniya (-nı, -larnı) // цirimoniya (-larnı) ism.(lat) – təntənə, təntənəli məclis

цeroqraf (-nı, -ım, -ı, -ına, -larnı) // цeroqrav // цeroqravf // цirograf (-nı, -ı) ism. (yun.) - əlyazma, sənəd: Цeroqraf ündəlir ki yazarlar padşahlar zarar ya suç etkənlərgə da möhürləp saxlarlar çax tolağınça suçuna körə. Tseroqraf o sənədlər adlanır ki, zərər verən və ya suç işləyənlr barədə padşahların cəza qərarları yazılıb möhürlənər və cəza müddətincə saxlanılır.

цerüv Bax: çerüv

цesar (-nınq, -ğa, -nı, -dan, -ı, -lar, -larnınq, -lardan, -ları) // цezar // цısar (-nınq, -ğa, -nı, -da, -dan, -ı, -lar, -larnınq, -larğa, -larnı, -lardan, -ları, -larınınq) ism. (lat.) – çar

цesarka ism. (slv) – çarın qadını, mühacir albanların dilində işlənmiş bu kəlmənin alban türkcəsində qarşılığı olsa da, zamanla bu kəlmə öz sələfi ilə uzun müddət yanaşı işlənmişdir. Bu özünü “Zəbur”un müxtəlif dövrlərə aid tərcümələrində də göstərir: Tursar xaniça sağınqda seninq, kiyiniş bilə altunlu tüzülgən da şöhrətləngən // Turğay цesarka onqunqa seninq, kiyinişinə altınlı körkəytkən da arıtqan (Məz. 44/45: 10).

Xanbanu olacaq qız sağ qoluna girib,

Ofir qızıllarına bürünüb.

Bax: xaniça



цina Bax: ax l

цirkul // цırgel (-gə) // цırkel ism. (lat.) – pərgar:

цına (-nı) Bax: xalay

цınamun ism. (lat.) – darçın

цısar Bax: цesar

цıtara // цıtra Bax: nahara


Dz

Qeyd: İlk başda alban türkcəsində və əlifbasında olmayan və “d” ilə “z” səslərinin qarışığı olan bu səs təqribən ərəb əlifbasındakı “dal” hərfinin ifadə etdiyi səslə üst-üstə düşür. Onun alban əlifbasına sonrakı əsrlrdə erməni əlifbasından əxz edilməklə daxil edildiyini düşünürük. Məsələ bundadır ki, Musa Kağankatlının verdiyi məlumata görə, xəzərlər albanların bütün ədəbiyyatını yandrmışdılar. Odur ki, dini kitabları yenidən alban dilinə tərcümə etmək zərurəti yaranmışdı. Nəzərə alsaq ki, müxtəlif xristian məzhəbləri xristian ədəbiyyatına öz məzhəblərinin tələbatına uyğun olaraq bir sıra dəyişikliklər etmişdilər və həmin dəyişikliklər digər məzhəblər tərəfindən heç də xoş qarşılanmırdı, albanlar “Bibliya”nı, eləcə də müxtəlif dua kitablarını onlarla eyni məzhəbdən olan erməni (hay) dilindən tərcümə etmək məcburiyyətində idilər. Çünki artıq arami dili çoxdan ölü dilə çevrilmiş, gürcülər isə monofizitlikdən imtina edərək ortodoks (pravoslav) olmuşdular. Bu səbəbdən də alban türkcəsinə çox sayda, əksəriyyəti dini məzmun daşıyan erməni (hay) sözü keçmişdir və onların bəzisində rastlanan “dz” səsini ifadə etmək üçün yeni hərfə ehtiyac var idi. Elə bu da sözügedən hərfin erməni (hay) əlifbasından əxz edilərək, alban əlifbasına daxil edilməsinə səbəb olmuşdur. Düşünmək olar ki, bu “yeniliyin” müəllifi Azərbaycanın şimalında alban məktəblərini bərpa edən, dini ədəbiyyatı yenidən alban dilinə çevirtdirən, özü də alban məktəblərində oxudulmaq üçün ana dilində “Qrammatika” əsəri yazan alban xanı Qriqori Hamama (Kirkor Amam) olub. Lakin başqa ehtimal da mövcuddur. Ola bilsin ki, bunu mühacir albanlar etmişlər. Çünki onlar da XIII-XIV əsrlərdə Azərbaycanı tərk edərək indiki Ukrayna ərazisinə yerləşdikdən sonra dini ehtiyaclarını qarşılamaq üçün həmməzhəbləri olan ermənilərin (hayların) dilindən çox sayda tərcümələr etmişlər. Bu baxımdan “Zəbur”u sözügedən dildən alban (qarqar-qpçaq) türkcəsinə çevirən Lusiqi misal çəkmək olar.

İkinci ehtimal bizə daha doğru görünür. Çünki əldə olan, X-XIII əsrlrdə qələmə alındığı şübhə doğurmayan albandilli mətnlərin sonradan (XVI – XVII əsrlrdə) əl gəzdirilməmiş orijinal hissələrində (Qriqori Hamama, Mxitar Qoş, Kirakos Gəncəli və s.) bu hərfə rast gəlinmir.

Sevgidəyər oxucularda müəyyən təsəvvür yaratmaq üçün, onlardan çox - çox üzr istəyərək, bu hərflə başlayan bir neçə erməni (hay) mənşəli sözü də Sözlüyə daxil etməyi lazım bilmişik.



dzadzğoц ism. (erm.) – xristianların dini mərasimlərdə istifadə etdikləri örtük: İski (ve dzadzğoцları) dzadzğoцu bilə, sırmalı, ax yezdi üsnə işləngən, ortası – Krisdosnunq badgerkidir, 4 köşəsi – 4 avedaraniç ve çövrəsi pullar gümüştən. Əski (və örtüklər) örtük ilə tikməli ağ yəzdi parçasındandır ki, ortasında Məsihin, dörd ucunda isə dörd İncil katibinin rəsmləri əks olunub. Kənarları isə gümüş pullarla bəzədilib.

Dzağqazart (-nınqdır) Bax: Çubuxuruşqan

dzağradzu Bax: kültküçi

dzağun Bax: kültkü

dzixel // dzxel et ~ fel. (erm. + alb.) – tüstü etmək, tüstülətmək. Söhbət keşişin dini mərasim zamanı ətrafı tüstülətməsindən gedir.

dznunt (-nunq, -qa, -nu, -ta, -una, -undan) // dzinunt (-ta, -tan, -ununq) // cnunt // dznnt ism. – Milad, Həzrət İsanın (ə) doğum günü.

H
habaş Bax: abaş

habat (-ğa) ism. (< azərb. < ər.) - qəbahət bax: suç

hadağa (-da) ism. (< azərb. < ər.) – dəqiqə: Da ol hadağada, ki Bandalevon bu sağışnı etiyir edi, keltirdilər anqar bir soxurnı, xolundan tutup. Həmin dəqiqədə ki Pantalemn bu barədə düşünürdü, onun yanına bir şikəsti (koru) qolundan tutaraq gətirdilər.

hadir (-men, -dir, -biz, -dirlər, -ni, -də, -ləri) // hadır ism. (< azərb. < ər.) – hazır: Xumaş hadirdə sayılğan. Qumaş hazır sayıla bilər. Hadir bolgin. Hazır ol. Xolarmen, yarlığovuçı da yaxşı etüçi Biy ki, saxtlıxta da aruvluxta hadir bolğaymen. Xahiş edirəm, ya rəhmli və mərhəmətli Rəbb, qoy həmişə təmizlikdə və düzlükdə hazır olum.

hadirlə ~ (-mə, -məgə, -gin, -nqiz, -mənqiz, -dim, -dinq, -di, -dilər, -pmen, -ptir, -rmən, -rsen, -r, -rsiz., -məs, -r edinq, -gəymen, -gəysen, -gəy, -gəylər, -sərsen, -sər, -gən, -gəndir, -məxi, -p, -miyin) , ğadirlə ~ (-nqiz) // xadirlə ~ (xadirliyirlər) fel. – hazırlamaq

hadirlən ~ (-mə, -sin, -iyix, -dim, -di, -dix, -dik, -dilər, -ipmen, -ipsen, -iptir, -ip edi esə, -ip edilər esə, -ir, -məssiz, -iy edilər, -iyirsen, -iyirlər, -miyirmen, -gəy, -sə, -gən, -gənlərgə, -məx, -ip, -ginçə) fel. – hazırlanmaq: Hadirləngən temyan körklü isli (Çıx. 30: 31). Məsh yağı hazırlanıb.

hadirlik (-ninq, -imni, -i, -inə, -in) ism. – hazırlıq: Da hali men tapunıyım sanqa hadirliki bilə salmoslarnınq // Xaytıp men da tapungaymen sanqa hadirlikinə salmosnunq, könü Tenqri (Məz. 70/71: 22). Və indi Sənə tam hazırlqla və məzmur oxuyaraq tapnıram.

hadır Bax: hadir

hafta (-dır, -nınq, -ğa, -nı, -da, -dadır, -dan, -sı, -sına) // havta (-nı, -da, -sına) ism. (< azərb. < frs.) – həftə: Hafta oruçunda. Həftə orucunda.Ulu hafta. Böyük Pasxa bayramı həftəsi. Əvalgi künnü yixkün haftagi. Bazar günü – həftənin ilk günü.

haftalıx sif. – həftəlik: Xarclıx haftalıx kləməymen. Həftəlik xərçliyimi tələb etməyəcəyəm.

Hağan x. ism. – Xaqan, albanlar arasında yayğın şəxs adlarından biri: Tanışıyım xatunum bilə, şahat bolğaymen hağanğa keltirməgə öv üçün. Mən arvadımla birlikdə ərz edirəm ki, evlə bağl sənədlri xaqana təqdim edəcəyəm.

hağın Bax: hax

hairabed Bax: hayrabed

hakiət Bax: hakiyət

hakiətlə ~ Bax: hakiyətlə ~

hakim (-men, -dir, -ninq, -gə, -ni, -də, -i, -idir, -ininq, -in, -imiz, -lər, -lərninq, -lərgə, -lərni, -lərdən) // jakim ism. (< azərb. < ər.) – həkim: Bar edi bir cuhut Gesariyada atlı Jovsep, ulu hakim (yakim). Qeysəriyyədə yovsep adında bir böyük yəhudi həkim vardı.

hakimçilik Bax: hakimlik

hakimlik ism. – həkilmlik, çarə: Hakimçilikinq seninq kerəkməs manqa. Sənin həkimliyin mənə gərək deyil. Yaman hakimliki bilə movamnı buzdu. Səriştəsiz həkimliyi ilə nitqimi pozdu (qüsurlu etdi). Xoy hakimlik yaralanğan da yirinləngən canıma. Yaralanmış və iein bağlamış canıma çarə et.

hakiyət // hakiət // çakiət // həkiyət (-ni, -lər) ism. (< azərb. < ər.) – hekayət: Hakiyət alıp etiyirmen. Alıb hekayət edirəm.

hakiyətla ~ // hakiətlə ~ fel. – hekayətləmək, nəql etmək, söyləmək, dastan söyləmək

hax // ğax ism. (< azərb. < ər.) – haqq: Sattı çağır da haxın da tamam aldı. Çaxır satdı, haqqını da tam aldı. Arzanisiz canımnı menim Biy Tenqrininq xoluna beriyirmen da arzanisiz tenimni – hax yerimə menim kömülməxkə. Öz ləyaqətsiz canımı Rəbbimizin-Tanrının əlinə verirəm, ləyaqətsiz bədənimi isə haqq yerimə-qəbir evinə.

haxlaş ~ (-tım, -maslar, -qay) fel. – haqlaşmaq, bir-birinin haqqını ödəmək və ya halal etmək: Hesebləşip haxlaştım. Heasblaşıb haqlaşdım.

hal (-də, -dəsen, -inə) ism. (< azərb. < ər.) – hal, əhval, vəziyyət: Ne xadar ziyan da hal keldi menim başıma, bu Kirkordan keldi manqa. Başıma nə qədər ziyan və (xoşagəlməz) hal gəldisə, Kirkordan gəldi. Halinq nedir? Halın necədir? Kim ki xasta bolsa ölüm halinə, ne türlü bolur xosdovanel bolma da tum alma? Kim ki ölümcül xəstədir (ölüm halındadır), o nə cür tövbə və ibadət etməlidir?

halalaş ~ Bax: halallaş ~

halbata Bax: həlbəttə

Halcuxna x. ism. – albanlar arasında yayğın qadın adlarından biri: Halcuxna Holub xatunu. Halcuxna Holubun arvadı. Halcuxna Tuman xızı. Halcuxna Tuman qızı.

hali (-gə, -dən) // ğali zrf. (ər.) – hal-hazırda, hazırda, indi, hələ: Hali, ya haliğaç, budur, budur Tenqri, Tenqrisi eyəmninq menim Elianınq (IV Psd. 2: 10). İndi, indi, budur Tanrı, Tanrsı ağam İlyanın. Ayttı Zadiq ki, borçlumen. Oşta, hali bardır aumaşım. Zadiq dedi ki, borcluyam və (borcumu ödəmək üçün) hələ də qumaşım var.Tenqrim menim, övrəttinq meni igitlikimdən (oğlanlıxımdan) menim da hali da aytıyım (ayttım) toğruluxunqnu seninq (da xaytıp aytqaymen artarlıxınqnı seninq (Məz. 70/71: 17).

Ey Tanrm, gəncliyimdən bəri mənə təlim vermisən,

Sənin xariqələrini indiyədək elan edirəm.

Bolsun atı Eyəmizninq alğışlı halidən menqilikkə dirə (Məz. 112/113: 2).

İndidən sonsuzadək

Rəbbin isminə alqış olsun!

Heçtir sizgə turma ertərək, hali turunquz, negə dinqrə ki, yuxlamıyırsız, xaysılarınqız ki, yiyirsiz ötmək ağrıxlı, zamanına, neçik berilgəy yuxu sövüklülərinə kendininq (Məz. 126/127: 2).

İndi erkən qalxıb gec yatmağınız,

Azuqə üçün özünüzü çox yormağınız faydasızdır.

Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.



Hali tursunlar, boluşsunlar da bolsunlar sizgə arxa (Qan. 32: 38). Qoy indi sizə kömək etmək üçün dursunlar,

halidagi sif. – hal-hazırki, hazırki, indiki

halidaş sif. – çağdaş, müasir

haliğaç // haliğac zrf. - bu an, bu dəqiqə, bu saat: Hali, ya haliğaç, budur, budur Tenqri, Tenqrisi eyəmninq menim Elianınq (IV Psd. 2: 10). İndi, indi, budur Tanrı, Tanrsı ağam İlyanın.

haliğənçə zrf. – bu ana qədər, bu dəqiqəyədək

haligi (-də, -dən, -lər) // haliki Bax: halidagi

halikə // halikkə Bax: haliğaç // haliğac

halx ism. (< azərb. < ər.) – xalq

hamaşa Bax: həməşə

hanız Bax: hanuz

hanus Bax: hanuz

hanuz // hanus // hanız // hanqız // hamquz zrf. – hənuz, hələ: Egər ötməkni hanuz bolsa bermə ol bizgə (Məz. 77/78: 20). O, hələ də çörək verə bilərsə, bizə verməsin. Hanuz kelingə yuvux barmınça. Nə qədər ki, hələ gəlinə yaxın durmayıb.

hanqız Bax: hanuz

hanquz Bax: hanuz

harlan ~ (ğaylar, -mağaylar, -ğanımnı, -maxnı, -maxından) // harlan ~ (-mağaylar) fel.

(ər.) – utanmaq: Harlanmağaylar (uyalmağaylar) menim üçün, kimlər izdərlər seni, Tenqrisi Israyelninq (xolarlar Tenqrini Israyelninq) (Məz. 68/ 69: 7).

Mənə görə qoy utanmasınlar,

Ey İsrailin Tanrısı, Səni axtaranlar.



harlilik ism. – utancaqlıq, xəcalət

harlıx Bax: barlıx

harman (-da, -ları, -larına, -larından) // xarman (-ları, -larından) ism. (< azərb. < frs.) – xırman: Çıxarır bulutlarnı xırığından (uçundan) yerninq, yaşnamaxın kensininq (yaşnatmaxın kendininq) yağmur etti da çıxarır yelni harmanlarından (xarmanlarından) kensininq (kendininq) (Məz. 134/135: 7).

Yerin ucqarlarından buludları qaldırar,

Şimşəkləri çaxdırar, yağış yağdırar,

Küləkləri öz xırmanından çıxarar.



harsız I (-dırlar, -lar, -larğa, -lardan) sif. (< azərb. < ər.) – arsız, həyasız, abırsız: Ayttı fəhamsiz yürəkinda kendininq (Ayttı harsız yürəkinə kensininq ki, yoxtur Tenqri (Məz. 13/14: 1). Arsız ürəyində dedi ki, Tanrı yoxdur. Harsız xatunlar. Abır-həyasız qadınlar.

harsızlıx (-tan, -ımnınq, -ıma, -ımnı, -ınq, -ına, -ları, -larına) // harsuzlux (-umnunq) ism. – abırsızlıq, həyasızlıq, arsızlıq: Kimninq yüzününq uyatı bar, ol tatlıdır, zera ki barça nemə harsızlıxtan toğar. Kiminki üzündə abır-həya var, o xoşagəlimlidir, çünki bütün pisliklər abırsızlıqdan doğar.

hasil (-dirlər, -gə, -i, -in, -ləri, -lərindən) ism. (< azərb. < ər.) - hasil, nəticə: San edi manqa ki, erigiy edim da axın keçkiy edim, neçik ölü toğqan oğlan, xaysı ki hanuz tügəl hasil bolmas anasınınq xarnında, ne ki bununki xorxulu avaznı işitkəy edim tatlı gələcili xutxaruçımnınq ağzından! Mənim üçün şərəf olardı ki, anasının qarnında hələ tam hasil olmamış körpə kimi əriyim və axım, nəinki şirindilli Xilaskarımızın ağzından çıxan qorxulu avazı eşidim. Xalğan altun törə xaldırdı Butax yanına ki, bolğan xatına oğlanları Indcbeyninq, neçik Kirkor, alay Edilbey hasil bolgınça. Məhkəmə himayəsindəki uşaqlar – İncbəy, Kirkor və edibey həddi-büluğa çatana qədər olan yerdə qalan qızılları Budaxda qalmasına qərar verdi. Aprahamnınq oğlu boluptır Sahağ ki, ermeni cınsı mundan boluptır hasil... anınq Sahağ oğlundan arttı ermeni. İbrahimin oğlu vardı İshaq ki, arami xalqı bundan hasil olub. Aramilər onun oğlu İshaqdan törəyib. Yağop nahabedninq cnsından boldu cuhutlux, Esavnınq inisindən, mundan hasil ilgəri keliptir bu dayfa, xaysı ki “Eski Törə” ündəlir. Yəhudilər Yaqubun soyundan hasi olublar, onun kiçik oğlu İsavdan “Əhdi-Ətiq” xalqı kimi tanınan bu xalq artı-törəyib.Tezindən kettilər bütün salanınq eli surp Jağopnunq artından da xaytardılar kensin ki, suvnu hasilgə keltirgəy. Da ol Tenqrininq xuvatı bilə xuruğan suvnu yənəçi hasilgə keltirdi. Bütün kənd əhli yubanmadan Yaqubun ardınca getdilər və onu geri qaytardılar ki, o suyu yenidən hasil etsin və o da Tanrının qüdrəti ilə qurumuş çayı yenidən bolsulu etdi.Yarlığa, Biyim, can u ten sartın atalarımızğa bizim, xaysıları ki üstümüzgə bizim emgənip, hasilgə keltiriptirlər bizni, ber kendilərina keçövsüz tölövnü. Bizim həm vücudən, həm də ruhən atamız olanlara, üzərimizdə əmək sərf edrək bizi böyüdənlərə rəhm et, Ya Rəbb, və onlara əbədi hüzur bəxş et.

hasillik (-i) ism. – hasilat, nəticə, məhsul: Keltirip (Eltip) çıardı (çıxardılar) alarnı xuvatina yerninq da yedirdi alarnı hasili (hasilliki) bilə tarlovlarnınq (yemişi bilə tüzlərninq) (Qan. 32: 13).

Onu yer üzünün yüksəkliklərinə çıxartdı,

Zəminin məhsulundan yedirtdi.
hasrət (-men, -sen, -tir, -tirlər, -indən, -lərni) ism (< azərb. < ər.) – həsrət: Necyik hasrattir birmunquzlu çövrəx suvlarına, ol türlü hasrəttir canım menim sanqa, Tenqri (Məz. 41/42: 2).

Maral axar sulara həsrət qalan kimi,

Ey Allah, könlüm Sənin həsrətini çəkir!

hava I (-nınq, -ğa, -nı, -da, -dan, -sı, -lar) ism. (< azərb. < ər.) – hava, iqlim:

-Xaysılardırlar egriyürügənlər ekiayaxlılar?

-Uçanlardırlar ki, dırlar inçkətirnaxlılar da ititırnaxlılar tırmavuçıayaxlılar da sıxyumlular

da havada yürügənlər; da dır padşah alarnınq xaraxuş; da ayrılırlar toğruburunlarğa da toğrutırnaxlılarğa da egriburunlarğa da egritırnaxlılarğa.

-Əyri gəzən ikiayaqlılar hansılardırlar?

-Bunlar uçanlardır ki, incədırnaqlı və itidırnaqlılara bölünürlər, çəngəlayaqlı və sıx tüklüdürlər və havada süzürlər. Onların şahı qaraquşdur. Onlar düzdimdikli və düzdırnaqllara, eləcə də əyridimdiklilərə və əyridırnaqlılara bölünürlər.

hava II Bax: havəs

havəs (-si, -in, -ləri) // havəz (-ni) ism. (< azərb. < ər.) – həvəs: Umsanmanqız egirlikkə, xapmaxqa (sapmaxqa) suxlanmanqız; da ululux ki, ne bilə kelgəy, havəs etməsin yürəkinqiz sizninq // Umsanmanqız egirlikninq damahlıkına, suxlanmanqız; ululux ki, xaydan kelgəy, tarıxmasın yürəkinqiz sizninq (Məz. 61/62: 11).

Heç zaman zorakılığınıza güvənməyin,

Talan malına boş yerə həvəs salmayın,

Var-dövlətiniz artsa da, ona arxalanmayın



havəsli sif. – həvəsli:

havəz Bax: havəs

havılda ~ Bax: havulda ~

havta Bax: hafta

havulda ~ fel. – hürmək (hav-hav etmək)

hay ism. – hay (erməni): Ya ne xılındı atamız bizim burungi Hayğn, xaysı ki biz anınq atı bilə hay ündəldix? (Hay dilindən alban dilinə tərcümə edilmiş müəllifi bilinməyən bir kitabdan) Ulu babamız Hayk nə etdi ki, indi biz onun adı ilə “hay” adlanırıq?

Qeyd: Qafqazşünas alim İ. Şopen haqlı olaraq bildirir ki, ermənilər (haylar) öz dillərində özlərini düzgün olaraq "hay", vətənlərini də "Hayıstan" adlandırırlar. Ancaq, "ermənişünasların" onlara verdikləri "erməni" və "Ermənistan" adlarından çox məharətlə istifadə edirlər: “Hazırda erməni mənbələri kimi tanınan mənbələr isə haylara deyil, məhz ermənilərə məxsusdur. Erməni dili ilə bu mənbələri ayıran ciddi fərqlər də buna sübutdur... Qədim erməni dili kilsə dili, yəni mədəni dil olub. Kilsə xadimi Narses bu dil haqqında yazmışdır: "Köhnə erməni dilinin quruluşu, konstruksiyası əksəriyyət etibarilə tatar dilinə uyuşur. Köhnə erməni dilinin halları var, yeni erməni dilində sözlər arasında ədatlar qoyulur".



Hayasdan Bax: Hayastan

Hayastan (-da) x. ism. – Hayastan - haylar ölkəsi. Kiçik Armeniyanın erməni-hay və alban mənbələrindəki adı. Ərəb müəlliflərinin verdiyi məlumatlara əsasən, tarixən Van gölünün şimalında mövcud olmuş və şimal sərhəddi Kür çayının mənsəbinə (Kürün Türkiyədən keçəm hissəsi), şərq sərhəddi isə Araz çayının bugünkü Ermənistanla və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasından axan hissəsi təşkil edirdi. Hər iki çayın mənsəbi bu ölkənin ərazisində yerləşirdi. Həm şimaldan, həm də şərqdən Azərbaycan (Atropatena) ilə sərhəd idi. Həmin dövrdə qərbdə Ərzincana qədər uzanan Azərbaycan ərəblərin “Ərməniyyə”, antik müəlliflərin “Kiçik Armeniya” adlandırdıqları bu ölkə ilə Qara dəniz arasında (sərhəd Kür çayının yuxarı axarı, yəni bugünkü Türkiyədə qalan hissəsi), eləcə də qərbdə Araz çayından (onun şimaldan cənuba doğru axdığı hissəsi nəzərdə tutulur ) Xəzər dənizinə qədər olan əraziləri əhatə edirdi ki, həmin ərazidə Azərbaycanın bəzən müstəqil olan Arran (Albaniya) vilayəti yerləşirdi. Hayastan isə tarixi Urartu (Ararat) şahlığının ərazisini əhatə etmişdir. Ararat (Urartu) şahlığı midiyalılar tərəfindən aramilərin ölkəyə kütləvi köçürülməsindən sonra “Kiçik Armeniya” (Arman, Ərməniyyə) və daha sonralar hayların kütləvi köçündən sonra yeni köçənlərin dilində isə “Hayastan” adlandırılmağa başlamışdır. Ağrı dağı da bu ölkənin ərazisində idi: Ağrı tağı Hayastanda bolınıyır. Ağrı dağı Hayastandadır.

Hayğ x. ism. – hayların (ermənilərin) əfsanəvi ulu babası: Ya ne xılındı atamız bizim burungi Hayğn, xaysı ki biz anınq atı bilə hay ündəldix? (Hay dilindən alban dilinə tərcümə edilmiş müəllifi bilinməyən bir kitabdan) Ulu babamız Hayk nə etdi ki, indi biz onun adı ilə “hay” adlanırıq?

hayatı sif. (< azərb. < ər.) – həyati: Xaçan çıxarmalı bolsanq kensin, hayati yüz axçanı kendinə bergəysen. Nə zaman onu (evdən, işdən) çıxarmalı olsan, onun üçün həyati (önəm daşıyan) yüz axçanı verərsən.

haybat (-tır, -nnq, -qa, -nı, -ta, -tadır, -tan, -tandır, -ınq, -ınqnınq, -nqa, -ınqnı, -ınqda, -ınqdan, -ım, -ımnınq, -ımnı, -ımdan, -ı, -ıdır, -ınınq, -ına, -ın, -ını, -ında, -ından; -ımız, -ımızdır, -ımızğa, -ımıznı, -ınqız, -lar, -larnınq, -larım, -larınqnı, -ların, -larından) ism. (< azərb. < ər.) – heybət, şan, şöhrət, izzət: Haybat Atağa da Oğulğa da Ari Canğa hali da hər kez menqi menqilik. Ataya, Oğula və Müqəddəs Ruha hər dəfə əbədi olaraq izzətlər olsun! Egər ki tanığaylar edi, Biyin haybatnınq xaçqa çıxarmaslar edi (1 Коr. 2: 8). (Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki) anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. Alğışlıyıx Biyni ki, haybat bilədir haybatlanğan (Çıx. 15: 1). Şöhrətlə izzətlnmiş Rəbbi alqışlayaq (Rəbbə dua edək). Haybat biyiklikkə (biyikliktə) Tenqrigə da yergə (dunyağa) eminlik (eminlik dunyağa), adamlarğa bazlıx (biyənçlik) (adamilarğa biyənməxlix) (biyənçlik adamilərgə) (bazlıx adamlarğa)! Alğış sanqa, biyiklikkə alğışlısen, Biy Tenqrimiz bizim (Luk. 2: 14). Ən ucalarda Allaha izzət, yer üzündə Onun razı olduğu insanlara sülh olsun!

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə