Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 296,46 Kb.
səhifə5/8
tarix14.12.2017
ölçüsü296,46 Kb.
#15584
1   2   3   4   5   6   7   8

______________________________________________________________________________________

İsmail Serageldinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin “Dostluq” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2015-ci il.


______________________________________________________________________________________

M.A.Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilsin.


İlham Əliyev 


Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 29 iyun 2015-ci il.


______________________________________________________________________________________

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əsgərzadə Cəmilə Fuad qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Əzimova Çinarə Mehman qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2015-ci il.

______________________________________________________________________________________

Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır.

Hal-hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust 2015-ci il.

______________________________________________________________________________________

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 

1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2015-ci il.

______________________________________________________________________________________


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qusar rayonu ərazisində, Qafqazın şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildən başlanılmışdır. Layihələndirmə, tikinti, təchizat və idarəolunma işlərinə bir sıra xarici ölkənin təcrübəli şirkətləri cəlb olunmuşdur.

Kompleksin ərazisində 3, 4 və 5 ulduzlu hotellərin, mehmanxanaların, kanat və xizək yollarının, idman qurğularının və digər sosial obyektlərin tikintisi nəzərdə tutulub. Hazırda Kompleksdə dünya standartlarına uyğun 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi turistlərin istifadəsinə verilmişdir. Kompleksə on kilometrlərlə uzunluqda yüksəkgərginlikli elektrik və fibro-lifli rabitə xətləri, qaz, su kəmərləri, avtomobil yolları çəkilmişdir. Kompleksdə layihə üzrə nəzərdə tutulan obyektlərin tikintisi tam başa çatdıqdan sonra hər gün 10 min turisti qəbul etmək mümkün olacaq, iş yerlərinin sayı isə 5 minə çatdırılacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədi ilə qərara alıram:



  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət)  yaradılsın.

  2. Müəyyən edilsin ki, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca  mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

  3. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1.    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 

3.2.    Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə: 

3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.2.  Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

3.2.3. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

3.3.    Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.



  1. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1.  Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etsin;

5.2.    Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin;

5.3.   Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etsin;

5.4.   Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etsin;

5.5.   Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.6.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7.   Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.8.   bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

  3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 sentyabr 2015-ci il.


Yüklə 296,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə