BəxtiyarTuncay Kimmerlərə aid Yassıhöyük kurqanları və amerikalıların uydurduğu böyük yalan



Yüklə 66,58 Kb.
tarix23.01.2018
ölçüsü66,58 Kb.
#22121

BəxtiyarTuncay

Kimmerlərə aid Yassıhöyük kurqanları və amerikalıların uydurduğu böyük yalan

http://img-fotki.yandex.ru/get/6703/32225563.a0/0_afebc_c518bc12_orig

Avrasiyanın əksər ərazilərində olduğu kimi, Anadoluda da çox sayda kurqan var və onların bir qismi tədqiq edilsə də, bir çoxu indiyə qədər öz tədqiqatçılarının yolunu gözləyir. Sanki, kimlərsə Anadoludakı Səlcuqlulara qədərki türk izini yox etmək, tədqiqatçıları həqiqətdən yayındırmaq üçün bu kurqanları «Friqiya kurqanları», «Lidiya kurqanları», «Kral Midasın kurqanı», «Kral Qordinin kurqanı» və s. bu kimi saxta və qeyri-elmi adlarla tanıtmaqla məşğuldur.

Məsələn, bu gün tam dəqiq məlumdur ki, friqiyalılar öz ölülərini qayalarda oyulan mağara-məzarlarda dəfn edərdilər. Bu baxımdan Türkiyədəki Aslantaş və Yılantaş adlı friq məzarları məşhurdurlar (Фригийская долина).

Kiçik Asiyanın qərbindəki qədim ərazilərdən biri kimi tarixə düşmüş Friqiya ərazisində güclü bir dövlətin qurulduğu, paytaxtının öncə Kelen, e.ə. X əsrdən etibarən isə Qordion olduğu hesab edilir (Drew-Bear T. and Naour C., 1990, p. 1924-1926).

«Friqiya» adı təqribən e.ə. 1200-ci ildə Balkanlardan Anadolu ərazisinə köçən friqlərin (və ya briqlərin) adı ilə bağlıdır. Zamanla Friqiya, Likaoniya və Qalatiya birləşərək «Böyük Friqiya»nı əmələ gətirmişlər. Dövrümüzədək iki qüdrətli Friqiya şahının adı gəlib çıxmışdır ki, bunlardan biri Qordi, digəri isə onun oğlu Midasdır.

Belə hesab edilir ki, Friqiya şahlığının əsası e.ə. II minilliyin sonlarında qoyulmuş, friqlər het dövlətinin yıxılmasında önəmli rol oynamışdır (Mallory J. P., Douglas Q. Adams., 1997, p. 419). Yunan miflərinə əsasən, friqlər yunanlarla müharibə zamanı Troyaya yardım edirdilər.

Yarandığı dövrdən Assurlarla rəqabət aparmağa məcbur olan Friqiya e.ə. VII əsrin 70-ci illərindən etibarən kimmerlərə qarşı da müdafiə olunmaq zərurəti ilə üz-üzə qalmışdı.

E.ə. VI əsrin əvvəllərində Lidiya hökmdarı Qiq (Qiqes) Friqiyanın bir hissəsini, ortalarında isə Krez tamamını ələ keçirərək Lidiya dövlətinə birləşdirdilər. Daha sonra isə Friqiya Lidiya ilə birlikdə kimmerlərin hakimiyyəti altına keçdi (Brixhe C., 2008, p. 72).
http://img-fotki.yandex.ru/get/6620/45129718.7/0_8afcd_25e67f26_xl.jpg
Friqiya şahlarının qayalarda oyulmuş məzarları
Qədim yunan miflərinə görə, Friqiya şahı Qordinin oğlu Midasın şahlığı dövründə Assuriya və kimmerlərlə savaşlara baxmayaraq, Friqiya özünün çiçəklənmə dövrünü yaşamışdır. Onun anası yarı insan-yarı ilahə Kebela idi. O, uşaq ikən qarışqalar onun ağzını buğda ilə doldurmuşdular. Böyüdükdən sonra Ankira (Lövbər) şəhərini salmış, Orfiya ona öz sirrlərini açmışdır. Əfsanəyə görə, o, Zevsin qəzəbinə tuş gəlmiş, Zevs də onun qulaqlarını eşşək qulaqları ilə əvəz etmişdi (Мифы народов мира, c. 149-150; Любкер Ф., 2001, c. 393-395; Гордий, 1890-1907).

Əslində Friqiya şahları Qordi də, oğlu Midas da tarixi şəxsiyyətlərdən daha çox əfsanəvi mifik qəhrəmanlar kimi məlumdurlar. Bununla belə, elmi ədəbiyyatda onlar haqqında real tarixi şəxsiyyətlər kimi söz açılır, e.ə. VII əsrdə yaşadıqları bildirilir.

Maraqlıdır ki, Türkiyə ərazisində aşkar edilən və şübhəsiz ki, kimmerlərə aid olan əzəmətli bir qədim kurqan bu şəxslərin adı ilə əlaqələndirilir. Heç bir sağlam məntiqə sığmayan bu ideyanın müəllifi həmin qazımış amerikalı alimlərdir.

1857-ci ildə R. Yanqın rəhbərlik etdiyi amerikalı arxeoloqlar qrupu Türkiyədəki ən böyük kurqanlardan birinin qazıntılarına başladılar. Onlar kurqanın qəbir kamerasına girər-girməz, bütün dünyaya kral Midasın məzarını tapdıqlarını car çəkdilər.

Xoşbəxtlikdən kurqan talan edilməmişdi və oradan çox sayda zəngin arxeoloji material əldə edilib. Hazırda bu materiallar Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyində qorunur və nümayiş etdirilirlər. Bu kurqan qədim Friqiyanın paytaxtı Qordiaonun bir vaxtlar yerləşdiyi yer hesab edilən Yassıhöyük adlı yaşayış məskəninin yaxınlığında yerləşir. Burada ümumilikdə 80 civarında kurqan qeydə alınmışdır. Hazırda onlar elmi ədəbiyyatda daha çox «Yassıhöyük kurqanları» və ya «Qordion kurqanları» adı ilə tanınırlar.
http://img-fotki.yandex.ru/get/9154/32225563.a1/0_afece_19ceaa7d_orig
Kimmerlərə aid Yassıhöyük kurqanları
Amerikalıların kral Midasa aid olduğunu bəyan etdikləri kurqan MM Anadolunun və ümumiyyətlə dünyanın ən böyük kurqanlarından biridir. Hazırda onun hündürlüyü 50 m olsa da, əvvəllər 60-70 m-ə çatdığı hesab edilir. Diametri isə 300 m kimi qeydə alınmışdır. Aparılmış radiokarbon analizlərinin nəticələrinə görə, kurqan e.ə. 750-740-cı illərə aiddir (Курганы Годриона, 2013).

Ətrafdakı digər kurqanlar kimi bu dəfn abidəsinin də kimmerlərə aid olduğu şübhə oyatmır. Çünki kimmerlərin artıq e.ə. VII əsrin 70-ci illərindən etibarən bu ərazilərdə at oynatmağa başladıqları məlumdur.

Kurqan MM-in qəbir kamerasına uzunluğu 100 m olan yol aparırdı. Onun dromosu yox idi. Qəbir kamerasının içi skif kurqanlarında olduğu kimi, ağac tirlərdən qurulmuşdu.

Qəbir kamerasında kimmer xanlarından birinin skeletinə rast gəlinmişdir. Bu skelet əsasında onun heykəl-maketi düzəldilmişdir və hazırda bu heykəl, daha doğrusu, büst kral Midasın büstü kimi məşhurdur.

İşin ən maraqlı tərəfi isə budur ki, kurqanda qazıntı aparan və onu dünyaya kral Midasın qəbri kimi tanıdan Pensilvaniya Universitetinin arxeoloqları Friqiya əhalisinin öz şahlarını qayalarda oyduqları mağaralarda basdırdıqlarını bilsələr də, öz fikirlərini əsalandırmaq üçün bu faktı gözardı etməyə üstünlük vermişlər. Məntiqləri isə ona əsaslanırdı ki, kurqanlar Qordion yaxınlığında yerləşdiyi üçün Friqiya şahlarına aid olmalıdır. Midas ən tanınmış hökmdar olduğu üçün ən böyük kurqan da onundur.
http://img-fotki.yandex.ru/get/6718/32225563.a1/0_afec0_92cc59f3_orig
Kurqan MM. Qəbir kamerasına aparan daş divarlı 100 m-lik dəhliz
Lakin radiokarbon analizlərinin nəticələri kurqan MM-in Midasın şahlığından öncəki illərə aid olduğunu üzə çıxardı. Bu, amerikalı alimləri qətiyyən ruhdan salmadı və onlar yazdılar ki, deməli, kurqan Midasın yox, atası Qordinin məzarıdır (Курганы Годриона, 2013).

Yassıhöyük kurqanlarından ən qədim e.ə. 800-cü ilə aid edilir. Elmi ədəbiyyatda adı «kurqan W» kimi çəkilən həmin kurqan ortaya bir çox sualların çıxmasına səbəb olub. Məsələ burasındadır ki, onun yaşı kimmerlərin bölgəyə gəlişindən söz açan mənbələrin göstərdiyi tarixdən daha qədimdir. Lakin bu məsələyə də aydınlıq gətirmək çətin deyil. Məsələ burasındadır ki, alimlər kimmerlərin Qordionu yandırdıqlarını və bunun e.ə. 700-cü ildə baş verdiyini yazırlar. Lakin son tədqiqatlar şəhərin e.ə. 800-cü ildə yandırıldığını üzə çıxarmışdır ki, bu da sözügedən kurqanın yaşı ilə üst-üstə düşür (Курганы Годриона, 2013).

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Assur sərhədlərində qeydə almışlar (Дьяконов И. М., 1968, s. 169-175; Пиатровский Б. Б.,1959, s. 232). Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Assurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar (Дьяконов И. М.,1956, s. 242). Assurlara ayrıca saklar da məlum idi (Тадмор Х.,1949, s. 241). Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qimirri" (kimmer) yazılmışdır. M. Dandamayev və V. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər olmuşlar. (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 75).
http://img-fotki.yandex.ru/get/6718/32225563.a1/0_afec3_18da0cbb_orig
Kurqan MM. Ağac konstruksiyalı qəbir kamerası
Herodotun yazdığına görə, farslar kimmerləri və bütün skifləri "sak" adlandırırdılar (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 75). Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları "skif" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün "skif-saklar", digərləri isə "kimmer-skif-saklar" terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) "umman manda" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 69). Məsələn, Nabopallasarın "Xronika"sında Midiya hökmdarı Kiaksar "umman manda" hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə "madayya" (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə "manda hökmdarı" ünvanı başqa bir Midiya hökmdarına - Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə "umman manda"lıların məğlub edildiyi göstərilir (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 80).

Ayrı-ayrı assur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme (Toxtamış) bir yerdə "Umman manda hökmdarı" adlandırılır. İ. Dyakonova görə, buradakı "umman manda" adı kimmerlərə verilən addır. Onun fikrincə, "Umman manda" və "Maday" Midiyanın fərqli adları olmuşdur (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 75, 80). Kameron isə hesab edirdi ki, "umman manda"lılar skiflər idilər və Kiaksar e.ə. 612-ci ildə skifləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır (Cameron G.G.,1936, p. 216).


http://img-fotki.yandex.ru/get/9150/32225563.a0/0_afeb7_bf534aa7_orig
Kurqan MM. Kimmer xanının rekonstruksiya edilmiş siması
"Manda" kəlməsini "kim bilir" kimi tərcümə edən B. Landsberqer və T. Bauer bildirirlər ki, bu adla bir çox xalqların koalisiyası ifadə edilmişdir (Landsberger B., Bauer Th., 1927, p. 88). B. Piatrovski və İ. Əliyevin fikrincə "umman manda" adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 80).

Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı-ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları irandilli hesab etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri o qədər əsassız və məntiqsizdir ki, həmin versiya üzərində durmaq belə mənasızdır. İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan böyük önəm daşımaqdadır.



Qaynaqça


  1. Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.

  2. Brixhe C. Phrygian // The Ancient Languages of Asia Minor. New York: Cambridge University Press, 2008.

  3. Cameron G.G. History of early İran.New-York,1936.

  4. Drew-Bear T. and Naour C. «Divinités de Phrygie» ANRW II. 18. 3, 1990, p. 1924-1926.

  5. Landsberger B., Bauer Th. Zu neuveröffentlchten Berichsquellen der Zeit von Assarhaddon bis Nabonid.-ZA. Bd 37. 1927.

  6. Mallory J. P., Douglas Q. Adams. Encyclopedia of Indo-European culture. — London: Fitzroy Dearborn Publishers, 1997.

  7. Гордий // Энциклопедический словарь Брокгауза и Ефрона в 86 т. (82 т. и 4 доп.).  СПб., 1890-1907.

  8. Дандамаев М. А., Луконин В. Г. Культура и экономика древнего Ирана."Наука", М.,1980.

  9. Дьяконов И.М. История Мидии от древнейших времен до конца lV в. до н.э., Москва-Ленинград,1956.

  10. Дьяконов И. М. Предыстория армянского народа. Ереван, 1968.

  11. Курганы Годриона (авт. Maxsimus 101) // Livejournal, 3. 06. 2013 (http://adventure-guild.livejournal.com/1545370.html).

  12. Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т. 2.

  13. Мифы народов мира. М., 1991-1992. В 2 т. Т. 2.

  14. Пиатровский Б. Б. Ванское царство. М.,1959.

  15. Тадмор Х. Три последних десятилетия Ассирии. "Труды 25-го Международного конгреса востоковедов",т.1, М.,1949.

  16. Фригийская долина. Ч.7. Асланташ и Йыланташ (http://marmara-calypso.livejournal.com/14059.html).

.



Yüklə 66,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə