Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə134/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   134

 

438 


 

təşkilatları  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarını  qrupun 

göstəriciləri  (illik  gəliri,  hesabat  ili  ərzində  işçilərin  orta  sayı  və  balansın  yekun 

məbləği),  həmin  hesabatların  tərtib  olunduğu  tarixə  müvafiq  icra  hakimiyyəti 

orqanının  müəyyən  etdiyi  müvafiq  meyar  göstəricilərinin  (illik  gəliri,  hesabat  ili 

ərzində  işçilərin  orta  sayı  və  balansın  yekun  məbləği)  ikisindən  yuxarı  olduqda, 

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edir.  

10.3.  İctimai  əhəmiyyətli  qurumlar  və  kiçik  sahibkarlıq  subyektləri  istisna 

olmaqla,  bir  və  ya  daha  çox  törəmə  cəmiyyətlərə  malik  olan  kommersiya 

təşkilatlarından,  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarının  bu 

qanunun  10.2-ci  maddəsinə  əsasən  Maliyyə  Hesabatlarının  Beynəlxalq 

Standartlarına  uyğun  tərtib  edilməsi  tələb  olunmadıqda,  onlar  bu  hesabatları 

Kommersiya  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarına  uyğun  tərtib 

edir.  


10.4.  İctimai  əhəmiyyətli  qurumlar  və  kiçik  sahibkarlıq  subyektləri  istisna 

olmaqla,  bir  və  ya  daha  çox  törəmə  cəmiyyətlərə  malik  olan  kommersiya 

təşkilatları,  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarını  aşağıda 

göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:  

10.4.1.  qurum  törəmə  cəmiyyət  olduqda  və  onun  bütün  mülkiyyətçiləri 

(iştirakçıları,  səhmdarları),  səsvermə  hüququ  olmayanlar  da  daxil  olmaqla, 

birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarının  təqdim  edilməməsi  üzrə 

yekdilliklə razılığa gəldikdə;  

10.4.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;  

10.4.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;  

10.4.4.  qurumun  bilavasitə  və  ya  son  nəticədə  tabe  olduğu  əsas  cəmiyyət 

Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  və  ya  Kommersiya  Təşkilatları 

üçün  Milli  Mühasibat  Uçotu  Standartlarına  uyğun  birləşdirilmiş  (konsolidə 

edilmiş)  maliyyə  hesabatlarını  bu  qanunun  12-ci  maddəsinin  tələblərinə  müvafiq 

olaraq dərc etdirdikdə.  

M a d d ə   1 1 .  Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün 



hesabat dövrü  


 

439 


 

11.0.  Kommersiya  təşkilatlarının  illik  maliyyə  hesabatları  üçün  aşağıdakı 

hesabat dövrləri müəyyən edilir:  

11.0.1.  İl  ərzində  oktyabr  ayının  1-dək  yeni  yaradılan  mühasibat  uçotunun 

subyektləri  üçün  birinci  hesabat  dövrü  onların  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;  

11.0.2.  Oktyabr  ayının  1-dən  sonra  yeni  yaradılmış  mühasibat  uçotunun 

subyektləri  üçün  isə  birinci  hesabat  dövrü  onların  qanunvericiliklə  müəyyən 

edilmiş  qaydada  dövlət  qeydiyyatına  alındığı  tarixdən  növbəti  ilin  dekabr  ayının 

31-i də daxil olmaqla;  

11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 

1-dən dekabr ayının 31-i də daxil olmaqla.  

M a d d ə   1 2 .  Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təqdim 

və dərc edilməsi qaydası  

12.1.  Kommersiya  təşkilatları  illik  maliyyə  hesabatlarını  və  birləşdirilmiş 

(konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları 

ilə,  digər  şəxslərə  isə  nizamnamələri  ilə  müəyyən  olunmuş  hallarda, 

qaydada  və 

müddətlərdə

  təqdim  edir.  Kommersiya  təşkilatlarının  illik  maliyyə  hesabatlarının 

və  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarının  təqdim  edilməsi  və 

dərc  olunması  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.  

12.2.  Dövlət  zəmanəti  ilə  kredit  alan  və  ya  dövlət  borcunun  xərclənməsi  ilə 

bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və 

ya  müəyyən  səlahiyyətlərin  yerinə  yetirilməsi  ilə  bağlı  büdcə  vəsaiti  ayrılan 

kommersiya  təşkilatları  illik  maliyyə  hesabatlarını  və  birləşdirilmiş  (konsolidə 

edilmiş)  maliyyə  hesabatlarını  qanunla  müəyyən  edilmiş  hallarda  auditor  rəyi  ilə 

birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanına  bu  Qanunun  12.1-ci  maddəsinin  ikinci  cümləsində 

nəzərdə tutulmuş qaydada təqdim edir.  




 

440 


 

12.3.  İctimai  əhəmiyyətli  qurumlardan  və  birləşdirilmiş  (konsolidə  edilmiş) 

maliyyə  hesabatlarını  hazırlayan,  habelə  bu  Qanunun  12.2-ci  maddəsində  qeyd 

kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:  

12.3.1.  qurumun  İnternet  səhifəsi  olduqda,  həmin  məlumatlardan  sərbəst 

istifadə  edilməsini  təmin  etmək  şərtilə,  illik  maliyyə  hesabatının  və  birləşdirilmiş 

(konsolidə  edilmiş)  maliyyə  hesabatlarının,  qanunla  müəyyən  edilmiş  hallarda 

auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması;  

12.3.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) 

maliyyə  hesabatlarının  qanunla  müəyyən  edilmiş  hallarda  auditor rəyi  ilə birlikdə 

mətbu orqanda dərc olunması;  

12.3.3.  qurumun  illik  maliyyə  hesabatlarının  və  birləşdirilmiş  (konsolidə 

edilmiş)  maliyyə  hesabatlarının  nüsxəsinin  qanunla  müəyyən  edilmiş  hallarda 

auditor  rəyi  ilə  birlikdə  hər  hansı  şəxsə,  onun  müraciəti  əsasında  pulsuz  təqdim 

olunması.  

12.4.  Mühasibat  uçotu  subyektinin  nizamnaməsi  ilə  müəyyən  olunmuş 

idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə 

edilmiş)  maliyyə  hesabatlarının  hazırlanmasına,  təqdim  və  dərc  olunmasına 

cavabdehdir.  

V   F Ə S İ L    



QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI 

M a d d ə   1 3 .  Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının 



tərtib edilməsi  

13.1.  Bələdiyyə  orqanları,  büdcə  təşkilatları  və  büdcədənkənar  dövlət  fondları 

bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli 

Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir.  

13.2.  Qeyri-hökumət  təşkilatları  bu  qanuna  əsasən  tələb  olunan  maliyyə 

hesabatlarını  Qeyri-hökumət  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartlarına uyğun tərtib edir.  



 

441 


 

M a d d ə   1 4 .  Qeyri-kommersiya təşkilatları üçün hesabat dövrü, maliyyə 



hesabatlarının təqdim və dərc edilməsi qaydası  

14.1.  Büdcə  təşkilatları  və  büdcədənkənar  dövlət  fondlarının  maliyyə 

hesabatlarının  təqdim  edilməsi,  hesabat  dövrləri  və  dərc  edilməsi  qaydaları 

mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata  keçirən  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

14.2.  Bələdiyyə  orqanlarının  maliyyə  hesabatlarının  təqdim  edilməsi,  hesabat 

dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən edilir.  

14.3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu qanuna uyğun 

olaraq təqdim etdikləri maliyyə hesabatları "Büdcə sistemi haqqında" Azərbaycan 

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  illik  dövlət  büdcəsi 

haqqında  qanunları  və  büdcə  sisteminə  aid  olan  digər  müvafiq  normativ  hüquqi 

aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir, onlara əlavə edilir.  

14.4.  Qeyri-hökumət  təşkilatının  illik  maliyyə  hesabatının  forması,  məzmunu 

və  təqdim  edilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.

 

14.5.  Qeyri-hökumət  təşkilatları  illik  maliyyə  hesabatlarını  bu  qanunun  12-ci 



maddəsinin tələblərinə uyğun olaraq dərc etdirirlər.  

V I   F Ə S İ L    



YEKUN MÜDDƏALAR 

M a d d ə   1 5 .  Mühasibat məlumatlarının məxfiliyinin qorunması  

15.1.  İlkin  uçot  sənədlərinin,  mühasibat  uçotu  reyestrlərinin  və  digər  uçot 

sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.  

15.2.  Dövlət  orqanlarının  qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada 

mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış olmaq hüququ vardır.  

15.3.  Mühasibat  uçotu  subyekti  tərəfindən  audit  yoxlamasına  cəlb  olunmuş 

auditorun  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  bütün  mühasibat  uçotu 

sənədləri ilə tanış olmaq hüququ vardır.  



 

442 


 

M a d d ə   1 6 .  Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə 



məsuliyyət  

Mühasibat  uçotu  subyekti  tərəfindən  maliyyə  hesabatlarının  və  birləşdirilmiş 

(konsolidə  edilmiş)  maliyyə  hesabatlarının  hazırlanması,  təqdim  olunması,  dərc 

edilməsi, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına 

görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

M a d d ə   1 7 .  İcra müddəti  

17.0.  Mühasibat  uçotu  subyektləri  bu  qanunun  8-ci,  9-cu,  10-cu  və  13-cü 

maddələrində  göstərilmiş  tələbləri  aşağıda  müəyyən  edilmiş  tarixlərdən  gec 

olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidirlər:  

17.0.1.  bu  qanunun  8-ci  və  10-cu  maddələrində  göstərilmiş  bütün  mühasibat 

uçotu subyektləri – 2008-ci il 1 yanvar tarixdən;  

17.0.2.  bu  qanunun  9-cu  maddəsində  göstərilmiş  bütün  mühasibat  uçotu 

subyektləri – 2006-cı il 1 yanvar tarixdən;  

17.0.3.  bu  qanunun  13-cü  maddəsində  göstərilmiş  bütün  mühasibat  uçotu 

subyektləri – 2009-cu il 1 yanvar tarixdən.  

M a d d ə   1 8 .  Keçid müddəaları  

18.1. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları və uçot 

qaydaları  qüvvəyə  minənədək  mühasibat  uçotu  ilə  bağlı  mövcud  olan  normativ 

hüquqi aktlar qüvvədə qalır.  

18.2. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları qüvvəyə 

mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ hüquqi aktlar ilə 

Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları arasında ziddiyyət yarandığı 

halda, Milli Mühasibat Uçotu Standartları və ya uçot qaydaları tətbiq edilir.  

18.3.  Milli  Mühasibat  Uçotu  Standartları  bütövlükdə  qüvvəyə  minənədək 

hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətləri 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

18.4.  2008-ci  il  1  yanvar  tarixinə  qədər  Maliyyə  Hesabatlarının  Beynəlxalq 

Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim 




 

443 


 

etməli  olan  ictimai  əhəmiyyətli qurumların  siyahısı bu  qanun qüvvəyə  mindikdən 

sonra  bir  il  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir.  

M a d d ə   1 9 .  Qanunun qüvvəyə minməsi  

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 29 iyun 2004-cü il



 

№ 716-IIQ 



 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

1.

 

28  oktyabr  2008-ci  il  tarixli  711-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    14  dekabr  2008-ci  il,  №279,  Azərbaycan  Respublikasının 

qanunvericilik toplusu, 2008-ci il, №12, maddə 1049)

 

2.

 

12  fevral  2010-cu  il  tarixli  952-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan”  qəzeti  18  aprel  2010-cu  il,  №82,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, №4, maddə 265)

 

3.

 

5  mart  2010-cu  il  tarixli  972-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan”  qəzeti,  17  aprel  2010-cu  il,  №81,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, №04, maddə 276)

 

4.

 

1  may  2012-ci  il  tarixli  350-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Respublika” qəzeti, 06 iyun 2012-ci il, №123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci 

il, №124) 

 

 

 



 

 



 

444 


 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.



 

Azərbaycan Respublikasının Konstitusiyası 

2.

 

“Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı-2004 



3.

 

Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı-2003 



4.

 

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri” 



haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli fərmanı. 

5.

 



“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu və onun tətbiq edilməsi ilə 

əlaqədar qüvvəyə minmiş normativ-hüquqi aktların TOPLUSU. Bakı-2010 

6.

 

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu 



standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”. Bakı-2012 

7.

 



“A.R.Vahid  büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 №-li Qərarı. Bakı-

2004 


8.

 

“Büdcə təşkilatlarında uçot və hesabat” tədris proqramı. Bakı-2012 



9.

 

B.A.Xankişiyev “Büdcə idarələri və müəssisələrində mühasibat uçotu”. Bakı-1979 



10.

 

B.A.Xankişiyev “Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı-1987 



11.

 

B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərs 



vəsaiti). Bakı-1992 

12.


 

B.A.Xankişiyev “Maliyyə orqanlarında büdcə uçotu və nəzarəti” (dərs vəsaiti), Bakı-1996 

13.

 

B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərslik). 



Bakı-1996 

14.


 

B.A.Xankişiyev, M.Mirzəyev “Dövlət maliyyəsi” dərs vəsaiti. Bakı-1998 

15.

 

B.A.Xankişiyev “Büdcə uçotu” dərs vəsaiti. Bakı-2000 



16.

 

B.A.Xankişiyev “Maliyyə nəzarəti” dərs vəsaiti. Bakı-2002 



17.

 

B.A.Xankişiyev “Büdcə prossesi və büdcə təsnifatı”. Bakı-2002 



18.

 

Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” dərs vəsaiti. Bakı-2011 



19.

 

Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov “Büdcə sistemi” (dərslik). Bakı-2003 



20.

 

N.R.Quliyev “Beynəlxalq maliyyə kredit və valyuta münasibətləri”. Bakı-2010 



21.

 

H.X.Əsədov, S.T.Talıbov “Dövlət Xərclərinin idarə edilməsi və xəzinədarlığın təşkili problemləri”. 



Bakı-2005 

22.


 

M.Novruzov, E.İbrahimov “Büdcə sistemi” (dərslik). Bakı-2012 

23.

 

A.Q.Mirzəyeva “Maliyyə hüququ” (dərslik). Bakı-2008 



24.

 

А.С.Бакаев  «Нормативное обеспечение бухгалтерского учета». Москва-1996 



25.

 

С.Г.Борисова «Бухгалтерский учет в бюджетных организациях» (учебное пособие). Москва-



2007 


 

445 


 

26.


 

В.Ф.Палий «Теория бухгалтерского учета: современные проблемы». Москва-2007 

27.

 

 В.В.Ковалев “Финансы” учебник. Москва, 2012 



“Şərq-Qərb”'>Bəybala Xankişiyev, Şahrza Əliyev 

BÜDCƏ TƏŞKILATLARINDA 

UÇOT VƏ HESABAT 

 

“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur 

www.eatwest.az 

www.fb.com/eatwest.az

 

 



 

 

 



Buraxılışa məsul  SEVİL İSMAYILOVA 

    Texniki redaktor  GÜLTƏKİN YUSİFOVA 

             Səhifələyici  XƏQANİ RƏRZALIYEV 

         Dizayner  ELYAS ZEYNALOV 

            Korrektor  FƏRİDƏ SƏMƏDOVA 

                                          Nəşriyyat direktoru  RASİM MÜZƏFFƏRLİ 

 

 

 



 

Çapa imzalanmışdır: 29.12.2012. Format 70x100 1/16. Ofis çapı 

Fiziki çap vərəqi 20,0. Sifariş N 12 136. Tiraj 1500 

 

 



“Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur. 

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17 

Tel. (+99412) 974 83 43, Faks: (+99412) 370 18 49 

 

 




 

446 


 

“Şərq-Qərb” Nəşriyyat Evinin bütün kitablarının toplusu: 

                     http://www.eastwest.az/az/books/ ünvanda 



BƏYBALA ASLAN OĞLU XANKIġIYEV 1939-cu ildə Sabirabad rayonunun 

Qalaqayın kəndində anadan olmuĢdur. Orta təhsilini doğma kəndində almıĢdır. 

1958-ci ildə Maliyyə-kredit texnikumunu, 1965-ci ildə isə Azərbaycan Dövlət 

Universitetini bitirmiĢdir. 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı 

Ġnstitutunun aspiranturasını bitirərək iqtisad elmləri namizədi alimlik dərəcəsini 

almıĢdır. 1976-cı ildə dosent və 1991-ci ildə professor elmi adına layiq 

görülmüĢdür. 

1958-1961-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində, 1961-1999-

cu illərdə isə Təhsil Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalıĢmıĢdır. 1999-

2008-ci illərdə Maliyyə Nazirliyində müĢavir, Ģöbə müdiri vəzifələrində çalıĢmıĢdır. 

1990-cı ildə Respublikanın əməkdar iqtisadçısı fəxri adına layiq görülmüĢdür. 1966-cı ildən Azərbaycan 

Dövlət Ġqtisad Universitetində əvəzçilik üzrə əvvəl müəllim, sonralar dosent və professor vəzifələrində 

çalıĢmıĢdır. 

Hazırda həmin universitetin professorudur. Çoxsaylı elmi məqalələrin, dərslik və dərs vəsaitlərinin 

müəllifidir. 

 

 

 

ƏLIYEV ġAHRZA HACI OĞLU (1961) iqtisad elmləri üzrə fəlsəfə doktoru. 

1997-ci ildə Azərbaycan Dövlət Ġqtisad Universitetində “Azərbaycan 

Respublikası Təhsil Nazirliyi sistemində kadr hazırlığına xərclərin uçotu və 

təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiĢdir. 1 dərsliyin, 2 

dərs vəsaitinin və 25-dən artıq elmi məqalənin müəllifidir. 

Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasında, 

xüsusilə də ümumi təhsil müəssisələrində və ali təhsil müəssisələrində 

adambaĢına maliyyələĢdirmə prinsipi əsasında yeni maliyyələĢmə 

mexanizmlərinin həyata keçirilməsi, bu mexanizmlərin hüquqi, təĢkilatı və metodoloji əsaslarının 

hazırlanması, təhsil müəssisələrində beynəlxalq standartlar əsasında Milli Mühasibat Uçotu 

Standartlarının tətbiqi iĢində xüsusi xıdmətləri vardır. 

“Ġqtisadiyyat və həyat”, “Azərbaycan məktəbi” jurnallarının və bir çox dövri nəĢrlərin redaksiya 

heyətinin üzvüdür. 

Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ġqtisadiyyat Ģöbəsinin müdiridir, qabaqçıq təhsil 

iĢçisidir. 

Azərbaycan təhsilinin inkiĢafında xidmətlərinə görə 2010-cu ildə “Dövlət qulluğuna fərqlənməyə görə” 

medalı ilə təltif edilmiĢdir. 


 

447 


 

 

Document Outline

  • Binder1.pdf
    • 1
    • 2
    • 3
    • 4
    • 5

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə