Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə14/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

43 

 

Nazirliyinin  hazırladığı  büdcə  göstəricilərinin  tərtibinə  dair  təlimat  məktubuna 



müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları  əhatə 

edir: 


 

büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş 



tədbirlərin  büdcə  gəlirlərinə  təsiri  (tədbirin  həyata  keçirilməsində  mütləq 

ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi); 

 

büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş 



tədbirlərin  qiymətləndirilməsinə  dair  hesablamalar  (vergi  ödəyiciləri  və  gəlir 

qrupları  üzrə  əhatə  dairəsi  və  bu  göstəricilər  üzrə  tədbirlərin  həyata 

keçirilməsində yaranacaq dəyişiklik). 

Digər zəruri göstəricilər dedikdə keçən il və cari ilin 5 ayı üçün kodlar üzrə 

malların  idxalı  və  ixracına  dair  göstəricilər  (o  cümlədən  vergi  və  gömrük 

rüsumlarından  azad  olunan,  habelə  dərəcələr  üzrə  vergi  və  gömrük  rüsumlarına 

cəlb olunan idxal və ixrac mallarının kodları üzrə strukturu, aksizə cəlb olunan və 

azad  olunan  malların  idxalının  strukturu,  nəqliyyat  vasitələrinin  sresifık 

xüsusiyyətlərinə görə vergiyə cəlb olunan və vergidən azad olunan avtomobillərin 

sayı  və  s.),  vergi  və  gömrük  rüsumlarının  haqq-hesab  cədvəlləri,  büdcə-vergi 

siyasətində  vergi  və  gömrük  rüsumları  üzrə  nəzərdə  tutulmuş  tədbirlərin  həyata 

keçirilməsinin  keçən  ildə  faktiki  və  cari  ildə  gözlənilən  nəticələrini  əks  etdirən 

haqq-hesab  cədvəlləri,  vergi  və  rüsumlar  üzrə  güzəştlərin  qiymətləndirilməsinə 

dair haqq-hesab cədvəlləri və s. nəzərdə tutulur.    

Dövlət  Statistika  Komitəsi  və  onun  müvafiq  orqanları  müəyyən  olunan 

göstəricilər  üzrə  son  üç  ili  və  cari  ilin  ötən  dövrünü  əhatə  edən  statistik 

məlumatları  cari  ilin  fevral  ayının  5-dək  Azərbaycan  Respublikasının  İqtisadi 

İnkişaf  Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  təqdim 

edirlər. 

Torpaq  sahələrinin  qeydiyyatını  aparan  orqanlar  tərəfindən  Maliyyə 

Nazirliyinin  təlimat  məktubuna  uyğun  olaraq  təqdim  olunan  məlumatlarda 

aşağıdakılar göstərilməlidir: 




44 

 



 

hüquqi şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları 

və ora daxil olan inzibati rayonlar üzrə strukturuna keyfiyyət qrupları (ümumi 

torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ 

və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri); 

 



fiziki  şəxslərin  torpaq  sahələrinin  respublikanın  kadastr  qiymət  rayonları 

və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi 

torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ 

və düzən torpaqlar, biçənək, örüş və otlaq sahələri; 

 

sənaye,  tikinti,  nəqliyyat,  rabitə,  ticarət,  məişət  xidməti  və  digər  xüsusi 



təyinatlı  yaşayış  fondlarının  həyatyanı  sahələri  və  vətəndaşların  bağ 

sahələrinin  tutduğu  torpaq  sahələri  və  onların  respublikanın  şəhərləri  üzrə 

bölgüsü. 

 

Dövlət əmlakının və torpaqların icarəyə verilməsi ilə məşğul olan orqanlar 



tərəfindən  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  təlimat 

məktubuna  uyğun  olaraq  təqdim  olunan  məlumatlarda  aşağıdakılar  öz  əksini 

tapmalıdır: 

 



dövlət əmlakının və torpaqların icarə sahələri; 

 



dövlət  əmlakının  və  torpaqların  icarəsi  üzrə  müqavilələrin  sayı  və  onun 

dinamikası; 

 

keçən  ildə  əldə  edilmiş  və  cari  ildə  gözlənilən  dövlət  əmlakının  və 



torpaqların icarə haqlarının məbləği; 

 



hesablanmış  dövlət  əmlakının  və  torpaqların  icarə  haqlarının  keçən  ildə 

faktiki və cari ildə gözlənilən məbləğləri; 

 

dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari 



ilin sonuna gözlənilən qalığı; 

 



növbəti  il  üçün  təklif  olunan  dövlət  əmlakının  və  torpaqların  icarə 

haqlarının həcmi, ödənilməli olan icarə haqlarının məbləği; 

 

sonrakı  üç  il  üçün  dövlət  əmlakının  və  torpaqların  icarəsi  üzrə  nəzərdə 



tutulmuş haqların və tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər


45 

 



 

digər zəruri göstəricilər. 

İqtisadi  İnkişaf  Nazirliyi  tərəfindən  müəyyən  olunmuş  göstəricilər 

büdcədən  maliyyələşən  təşkilatlar,  kommersiya  prinsipləri  əsasında  fəaliyyət 

göstərən  təşkilatlar  və  xarici  diplomatik  qurumlar  üzrə  ayrı-ayrılıqda  təqdim 

edilir. 


İqtisadi  İnkişaf  Nazirliyi  tərəfindən  təqdim  olunan  dövlət  əmlakının  və 

torpaqların  icarəsi  üzrə  nəzərdə  tutulmuş  tədbirlərin  qiymətləndirilməsinə  dair 

göstəricilər  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  hazırladığı  büdcə 

göstəricilərinin tərtibinə dair təlimat  məktubuna müvafiq olaraq tərtib olunur və 

təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir: 

 



dövlət  əmlakının  və  torpaqların  icarəsi  üzrə  nəzərdə  tutulmuş  tədbirlərin 

büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan 

dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi); 

 



dövlət  əmlakının  və  torpaqların  icarəsi  üzrə  nəzərdə  tutulmuş  tədbirlərin 

qiymətləndirilməsinə  dair  hesablamalar  (icarəçilərin  və  icarədarların  əhatə 

dairəsi  və  bu  göstəricilər  üzrə  tədbirlərin  həyata  keçirilməsində  yaranacaq 

dəyişiklik). 

Naxçıvan  Muxtar  Respublikası,  respublikanın  şəhər  və  rayonlarının  icra 

hakimiyyəti 

orqanları  tərəfindən  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyinin  təlimat  məktubuna  uyğun  olaraq  təqdim  olunan  büdcə  layihəsində 

aşağıdakı məlumatlar olmalıdır: 

 



keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği; 

 



hesablanmış  büdcə  gəlirlərinin  keçən  ildə  faktiki  və  cari  ildə  gözlənilən 

məbləğləri; 

 

büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; 



 

növbəti  il  üçün  təklif  olunan  büdcə  gəlirlərinin  həcmi,  ödənilməli  olan 



vergi və ödənişlərin məbləği; 

 



büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair 

göstəricilər; 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə