Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə3/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   134

 

14.3. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə 



tələb olunan informasiyanın açıqlanması .............................................................. 365

 

14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və 



uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması ............................ 369

 

Əlavələr ............................................................................................................................... 386 



İstifadə olunmuş ədəbiyyat ............................................................................................... 444 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 



 

GIRIŞ 

 

Siyasi  və  iqtisadi  müstəqilliyini  əldə  etmiş  Azərbaycan  Respublikasının 



gələcək iqtisadi və sosial inkişafı eyni zamanda dövlət büdcəsinin tərtibi, təsdiqi və 

icrasında  zəruri  dəyişikliklərə  səbəb  olmuş,  respublikada  kiçik  və  orta 

sahibkarlığın  və  bazar  iqtisadiyyatının  inkişaf  etdirilməsinə  şərait  yaratmışdır. 

Nəticədə  dövlət  büdcəsinin  əhəmiyyəti  və  rolu  heç  də  azalmamış,  əksinə,  onun 

bazar  iqtisadiyyatı  tələblərinə  cavab  verə  biləcək  səviyyədə  inkişaf  etdirilməsi 

ciddi zərurət kəsb etmişdir. 

Dövlət büdcəsi xalq təsərrüfatı kompleksinə daxil olan külli miqdarda idarə, 

müəssisə  və  təşkilatların  iqtisadiyyatının  və  təsərrüfat  fəaliyyətinin  bütün 

cəhətlərini  əhatə  etməklə  onların  bir-biri  ilə,  eləcə  də  dövlətlə,  digər  təsərrüfat 

təşkilatları  ilə,  maliyyə-kredit  sistemi  ilə  qarşılıqlı  əlaqələrini  əhatə  edir,  onlara 

nəzarət edir və bu əlaqələri nizamlayır. 

Məlumdur  ki,  Respublikada  bütün  sosial-mədəni  tədbirlər  və  elmin  inkişafı 

ilə  bağlı  xərclər  hazırda  Azərbaycan  Respublikasının  Dövlət  Büdcəsindən 

maliyyələşdirilir. 

Hal-hazırda Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin çox geniş şəbəkəsi 

mövcuddur.  Respublikada  çoxlu  sayda ümumtəhsil  məktəbləri, ali və orta  ixtisas 

təhsili müəssisələri, geniş elmi-tədqiqat və təcrübə-konstruktor təşkilatları, onlarla 

şəhər, kənd xəstəxanası, poliklinikalar, digər tibb ocaqları, klublar və s. mövcuddur. 

Əmək  qabiliyyətli əhalinin  əksər hissəsi  bu  sahələrdə  çalışır və  əhaliyə  bu və  ya 

digər  formada  xidmət  göstərir.  Respublikanın  indiki  vəziyyətində  bu  nəhəng 

şəbəkənin inkişafı və saxlanması üçün tələb olunan maliyyə vəsaitinin mənbələri 

və  onların  xərclənməsi  istiqaməti  ciddi  uçot  və  nəzarət  tələb  edir.  Ona  görə  də 

yaxşı  təşkil  edilmiş  mühasibat  uçotu  ehtiyat  və  imkanların  üzə  çıxarılmasına, 

qənaət rejiminin gözlənilməsinə, maliyyə intizamının qorunmasına şərait yaradır. 

Dövlət  büdcəsinin  proqnozlaşdırılması  büdcənin  icrası  prosesində  mühüm 

əhəmiyyət  kəsb  edir.  O,  büdcə  gəlirlərinin  daxil  olması,  vəsaitlərin  xərclənməsi, 




 

uçot və hesabatın, ilk, cari və sonrakı nəzarətin təşkili, sosial və iqtisadi inkişafın 



tələblərinə  uyğun  olaraq  milli  gəlirin  səmərəli  surətdə  bölüşdürülməsinə  imkan 

yaradır. 

İndiki  şəraitdə  ölkənin  milli  ictimai  prosesində  yeni  mərhələlər,  bəzən  çətin 

dərk edilə bilən, lakin mütləq və zəruri olan sosial inkişafın səviyyəsindən asılıdır. 

Dövlət büdcəsi bu proseslərin hər biri ilə əlaqəlidir. 

Bu  dərslik  yazılarkən  müəlliflər  mövcud  metodiki  göstərişlərlə  yanaşı,  hal-

hazırda bazar iqtisadiyyatı şəraitində və yeni tipli mülkiyyət formasına  əsaslanan 

müxtəlif  təşkilat  formalarının  meydana  çıxması  ilə  əlaqədar  olaraq  büdcə 

sisteminin  təşkili  və  idarə  edilməsi,  maliyyələşdirmə,  uçot,  maliyyə  nəzarəti  və 

digər  fəaliyyət  sahələrində  baş  verməkdə  olan  dəyişiklikləri  də  nəzərə  almağa 

çalışmışlar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



10 

 

 



 

I FƏSİL. Büdcə təşkilatlarında uçotun nəzəri və metodoloji əsasları 

 

1.1. Hesabdarlıq və mühasibat uçotu tarixindən; 1.2. Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan 



uçotdan  bazar  münasibətləri  şəraitində  aparılan  uçota  keçid;  1.3.  Uçot  və  hesabat  standartlarının 

hazırlanmasında  beynəlxalq  təşkilatlar  və  onların  rolu;  1.4.  Azərbaycanda  mühasibat  uçotu 

standartlarına əsaslanan prinsiplər 

“İkili hesabdarlıq! Bu, insan zəkasının    

ən gözəl kəşflərindən biridir.” 

                            Höte 

“Bir dəfə yaranan mühasibat   

uçotu əbədi mövcud olacaq.” 

 

 

  Bernulli 

              

 

 

1.1. HESABDARLIQ VƏ MÜHASİBAT UÇOTU TARİXİNDƏN 



 

Müasir tədqiqatçılar mühasibat uçotunun yaranmasının müxtəlif dövrləri 

haqqında danışırlar. 

Biz  heç  vaxt  mühasibat  uçotunun  əsl  başlanğıcının  yaranmasını 

bilməyəcəyik,  çünki  heç  kim  bir  “şey”  baş  verən  zaman  həyata  “heç  nə”nin 

meydana gəlməsinin  dürüstlüyünə əmin deyildir. 

Əslində,  “mühasibat  nə  vaxt    yaranmışdır”  sualına  cavab  vermək  

çətindir. Lakin onların hamısı  1340-cı il tarixli  ikili mühasibat sisteminin  ilkin 

sübutu  kimi,  Genoanın    bələdiyyə    qeydləri  ilə    yekdilliklə  razılaşırlar.  1494-cü 

ildə  Venesiyada    nəşr  olunmuş    “Hesablara  və  qeydlərə  dair    traktat”  əsərində 

Fransisko  rahibi    Luka  Paçoli  tərəfindən  mühasibat  uçotunun    sistemləşdirilməsi  

danılmaz faktdır. 

1994-cü ildə ikili mühasibat haqqında  ilk nəşr olan Paçolinin traktatının işıq 

üzü görməsinin  500 illiyi qeyd olunmuşdur.  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə