Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə4/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   134

11 

 

İnsan    fəaliyyətinin  bir  növü  kimi   



mühasibatın 

yaranması  üçün    iki  əsas 

tələb vacib idi:  

1)

 

təsərrüfat  xeyli  ölçüyə  nail    olmalıdır  (faktiki  olaraq  onun  hesabı  tələb 



olunurdu); 

2)

 



əlifbanın və ibtidai  hesabın  yaranması. 

Hesabdarlıq  –  insanların  müəyyən  qədər  təcrübi  tələbini  ödəyən  biliklərdən 

biri olaraq ilk dəfə özünün tətbiqini  qədim dövrlərə təsadüf edir, bəşəriyyətin ilk 

mülkiyyəti olmuş və həmişəlik həlledilməz problem olaraq qalacaq. 

Şübhə yoxdur ki, o vaxtlar insanlar arasında ticarət əlaqələri, təbiət və əmək 

vasitələrinin qarşılıqlı  mübadiləsi  məhdud  idi, heç  bir hesabdarlıq    yox  idi və ola  

da bilməzdi. 

Mədəniyyətin  ilkin  əlamətləri,  ticarətin  daha  çox    maddi  forma  aldığı  və 

ümumi  mübadilə aləti  zərurətini  doğurduğu zaman əmələ gələ biləcək  hər hansı 

bir  qeydlərin    zəruriliyi  haqqında    fikir  əmələ  gəlirdi.  Bu  qeydlər  asanlıqla 

unudulan    faktların  izlərini  yalnız  qorumağa  xidmət  edirdi,  çubuqlar  və  ya  daş 

üzərində,  çərtiklərdən  daxili  bərk  olan  mum  kafellərə  basılan  kəsiklər  onların 

rəmzi  nişanlarından ibarət idi – onsuz da hesabdarlığın  başlanğıcı qoyulmuşdu. 

Fərz  olunur  ki,  hesabdarlıq  qədim  Misirdə  meydana  gəlmişdir.  Bu,  klassik 

ölkənin tədqiqatçı alimləri tərəfindən  qismən dəstəklənir və nəticə etibarilə cəbrin 

misirlilər  tərəfindən    ixtira  olunması  yekdilliklə    qeyd  edilir,  belə  ki,  riyazi 

elmlərin  yüksək  dərəcədə    inkişafına  baxmayaraq,  Misirin  geniş  ticarət  əlaqələri 

hər hansı bir qeyd aparılmadan çətin ki, fəaliiyət göstərə bilərdi. 



Qədim  Misirdə    mühasibat  uçotunun    şəffaf,  təbii  konsepsiyası  artıq 

yaranmışdır  (daha  dəqiq  hesab).  Papirus  vərəqləri  üzərində  yazılar:  vərəqlərin 

üzərində  qeydlərin  aparılması  –  buradan  götürülmüşdür.    Babilistanda  uçot  gil  

lövhəciklər    üzərində  aparılırdı.  Əmək  fəaliyyətinin  uçotu  inkişaf  etmişdi  (əmək 

haqqı, adam-gün). 



12 

 

Tarixi  hadisələrin  gedişində  hesabdarlıq  biliklərini  geniş  yayan,  təbii  ki, 



sələfləri tərəfindən onlara  irsən keçən, öz malları üçün  əsas bazarları və dünyanın 

üç hissəsində  geniş  ticarət əlaqələri  olan yunanlar və romalılar idi.  



Qədim  Yunanıstanda  qeydlər  gipslə  ağardılmış  lövhəciklər  üzərində  

aparılırdı.  Pul  mühasibat  uçotunun,  birincisi,  sərbəst,  müstəqil  obyekti    kimi 

mövcuddur,  ikincisi, hesablamalarda bir vasitə kimi çıxış edir. 

Təsərrüfat  fəaliyyətinin  bütün  faktları  xronoloji    qeydlərlə    aparılır,  sonra 

sistematik  paylanma  və  əməliyyatların  bütün  qeydləri  xronoloji  qaydada  yerinə 

yetirilirdi.  Dövlətin  gəlirləri  –  xərclərinə  nəzarət  edən  vəzifəli  şəxslər  var  idi. 

Vaxtaşırı  ictimai hesabatlar var idi. Mühasib və audit ayrılması baş verdi. 

Yeni terminlər meydana gəlmişdi:  debet – o, borcludur,  kredit – o, inanır. 

Dövlətin  smeta  təxsisatlarını  qeydə  almaq  və  icra  etmək  üçün  büdcə  uçotu 

meydana gəldi (dövlət balansının tərtibi). 



Romada  mühasibat  uçotunu  ilk  olaraq  ayrı-ayrı  vərəqələrdə  aparmağa  

başladılar, sonralar mühasibat kitablarının qarşılıqlı sistemi tətbiq edilirdi:  

 Ödəyici  və  alıcı  arasında  əlaqələr  hesab  birkası  nəzərə  alınmaqla  tərtib  edilir: 

yazılar birka üzərində  aparılır və sonradan sındırılaraq yarıya bölünür. Bir hissəsi 

(gəlir orderi) vergi ödəyicisinə verilir, digəri isə (ödəniş qəbzi) alıcıda qalır. 

Maddi  məsul  şəxsin  birindən  digərinə  dəyərlərin  hərəkətini  əks  etdirməsi 

üçün  birkalı  hesab  təsərrüfatın  daxilində  geniş  istifadə  edilirdi.  Birkalar  azad 

dövriyyədə  “veksel”,  “qəbz”  və  nağd  pul  əvəzinə  borcların  ödənilməsi  vasitəsi 

kimi    xidmət  edirdi.  Bəzi  hallarda  sahiblər  birkaları  saxtalaşdırmağa  cəhd  etmiş, 

lakin tez bir zamanda da ifşa olunmuşlar. 

Birkalı uçot uzun müddət ərzində  müxtəlif  ölkələrdə  yayılmışdır. Məsələn, 

İngiltərədə o,  XIX əsrin əvvəllərinə qədər  mövcud olub. 



Səyyar  vergi  yazarı   peşəsi  yaranır (haqq olaraq hesabat tərtib edirdi).  O 

zamanlar bəzi qaydalar üzrə  ticarət kitablarının olması və onlarda qeydlərin hansı 

formada    tərtib  edilməsi  bizim  üçün  sirr  olaraq  qalırdı,  lakin  bəzi  Roma  



13 

 

yazarlarında    rast  gəlinən    ifadələr  gəlir  və  xərc    hesab  kitablarının    olmasını  



qeyd edir.  

Xoşbəxt  təsadüf  nəticəsində  qorunub  saxlanmış  ticarət  kitabları  artıq  XIV 

yüzilliyin  ikinci yarısına aiddir və bunlar arasında  1367-ci ildən 1408-ci ilə qədər  

birinci  yeri  tutan  Hamburq  şəhər  arxivində  saxlanılan  kitablardır.  Onlar  o  vaxt 

məşhur  olan    Viko  van  Geldersen  holland  şirkətinin  müxtəlif    mallarının  geniş 

ticarətini  aparır  və  özünün    bir  çox  gəmilərinə  sahiblik  edir,  kommersiya 

məsələlərinə    müəyyən  aydınlıq  gətirirdilər.    Bu,  Hansa  Birliyinin    çiçəklənmə 

dövrü idi, onun üzvləri onlara verilən imtiyazlardan istifadə edərək öz məhsullarını 

sərbəst  halda  İngiltərəyə,  Danimarkaya,  İsveçə  və  Novqorod  istisna  olmaqla, 

Rusiyaya  idxal  edirdilər  (1272-ci  ildən).    Bütün  Avropada  özlərinin  idarə  və 

agentlikləri  vardı.  

1413-cü  ildən    1427-ci  ilə  qədər  Auqsburqda  yaradılan  xüsusi    kitabxanada  

mühasibat tarixi üçün  məşhur olan Fugger  ticarət  evinin  kitabları hesab edilir. 

Özünün  hesaba  gəlməyən  sərvəti  ilə  tanınan,  haqqında  əfsanələr  qoşulan  Fugger 

ticarət  tarixində  satış  şirkətinin  baş  rəhbəri  kimi  məşhurdur.  Yeri  gəlmişkən, 

deyirlər ki, imperator  V  Karl 1530-cu ildə  Auqsburqda olan müddətdə Fuggerin 

evində mənzil tutmuşdu və ona qəbzə görə xeyli məbləğdə, bir milyon talerə yaxın 

(12  çəllək  qızıl)  borcu  vardı.  Sahibdən  üzr  istəyərək,  ona  olan  borcunu  vaxtında 

ödəyə  bilməyəcəyini  söyləyərkən,  imperator  onunla  söhbət  əsnasında  müşahidə 

etdi ki, Fugger heç bir söz demədən, dərhal əmr etdi  ki, o zamanlar olduqca bahalı 

sayılan bir neçə bağlama  darçın gətirsinlər  və  o dəqiqə sobanı qaladı, sonra isə 

borc qəbzini oda ataraq imperatorun gözü qarşısında onu yandırdı. 



“Fugger və K” ticarət evinin kitabları o həcmdə və o formada bizim dövrə 

qədər  qorunub  saxlanmışdır.  Edilən  qeydlərin,  ödəniş  maddələri  yanında  bəzən 

müxtəlif  kitablarından  ibarət  transfer  üzrə  qeydlərin,  satılan  malların  siyahılarına  

rast  gəlinir.  Bu  kitablar  arasında  ədədlərlə  dolu  bir  neçə  yazılı  səhifə  var:  “əsas 

hesabatlar” və onlarda  faiz hesablanması ilə əmlak və mənfəətin məbləği göstərilir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə