Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə5/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   134

14 

 

Ulm  şəhərində  mövcud  olan  və  bütün  Cənubi  Almaniya  şirkətinin  çox 



tanınmış  sahibi  Otto  Rulandın  ticarət  kitabları  mövcud  idi.  Onlar  1444-cü  ildən 

1463-cü ilə qədər olan dövrü əhatə edir və xronoloji qaydada qeydləri, borc sayları 

haqqında məlumatları, hətta pul vəsaitlərinin hərəkətini özündə əks etdirmirdi. 

Bu üç qədim abidə (yəni məşhur  olan  Viko Van Geldersen, Anton Fugger və 

Otto  Ruland    kimi  şirkətlərin  ticarət  kitabları)  XV  əsrin  birinci  yarısına  qədər 

hesabdarlıq  tarixi  üçün  qalan  bütün  əlyazma  materialları  hesab  edilir.  O  vaxtın 

bütün hesablarında gəlir və xərclər, borc və öhdəliklər qeydlərlə məhdudlaşdıraraq  

asan aparılırdı. Bir sözlə, sadə mühasibat adlanan və az-çox uyğun gələn, kitab 



formalarının  tərtibatı  nəzərdə  tutulmuşdur.  Lakin  ticarət  əlaqələrinin  sürətli 

inkişafı XV əsrdə belə zəngin olan kəşflər və ixtiralarla aparılan  bu cür qeydlərin 

əsassız olduğunu tezliklə aşkar etdi, mühasibatlıqda əsaslanmış və müvafiq zəruri 

düşüncə isə getdikcə özünə yol açmağa başladı. 

 Kitabların tərtibatının  qənaətbəxş aparılmasında maraqlı olan bir şəxs kimi, 

tacirlər artıq onların tələblərinə cavab verməyən uçotu təkmilləşdirmək istəyirdilər. 

Onların hər biri öz təcrübəsini təklif edir, yeni fikir irəli sürür, bir çoxları isə, çox 

güman  ki,  elm  adamlarının    göstərişi  və  məsləhətlərindən    istifadə  edirdilər.  

(Mühasibat  uçotunun  düzgün  qurulmuş  formalarını  yalnız  ikili  qeyd  sisteminin 

ümumi şəklini açıq-aydın göstərən mühasibat qanunu əsasında izah etmək olar.)  

Bu formalar bir çox  nəsillərin gərgin əməyi və səyi nəticəsində yaradılmış və 

ilk dəfə  İtaliya tacirləri tərəfindən tətbiq edilmişdir.  

İkili mühasibat qeydləri üzrə çap kitabının meydana gəlməsindən xeyli əvvəl, 

bir çox tacirlər Genuyada, Florensiya və Venesiyada qeydlərini daxil edərək ondan 

istifadə edirdilər. Florensiya dövlət arxivində 1382-ci ilin kitabları bu günə qədər 

saxlanılır  və  şübhəsiz,  sübut  olunur  ki,  o  vaxtlar  artıq  ikili  qeydlər  tətbiq 

olunurdu.  

 Qeyd  olunan  kitabların  birinin  başlığında  göstərilir  ki,  bu  kitab  kimə 

məxsusdur, nə üçün nəzərdə tutulub və o Venesiya üsulu ilə tərtib olunub, yəni bir 




15 

 

tərəfdən  –  “debet”  və  əks  tərəfdə  -  “kredit”. Məlum  olduğu  kimi,  ikili  mühasibat 



işlərinin ilk nəşri meydana gəlmişdi. 

Qorunub saxlanmış qədim kitablardan görmək olar ki, ticarət evləri tərəfindən 

hansı müxtəlif əməliyyatlar aparılmışdır: bunlarda söhbət  daşınmalardan, gəmi və 

malların  sığortalanmasından,  natural  mübadilədən,  malların  nağd  və  kreditlə 

alınması  və  satılmasından,  özünün  və  özgəsinin  hesabından,  başqaları  ilə  

paylaşmasından,  veksellərdən,  bank  hesabları  üzrə  qeydlərdən,  komisyon 

əməliyyatlardan və s. gedir. 

1436-cı ildə ixtira olunan kitab çapının ümumilikdə elmin sürətlə və geniş  

yayılmasına  olan  yardımı  mühasibat  uçotuna  təsir  etməyə  bilməzdi.  Təxminən 

yarım  əsr  keçmişdir  ki,  artıq  çap  olmuş  və  hamı  üçün  əlçatan  ikili  mühasibat 

dərsliyi  meydana  çıxmış;  sonuncu  alim  Paçolinin  şəxsində  bilikli  və  təcrübəli 

təfsirçini tapmışdır.  

İkili  qeydiyyatın  kəşfinə  gəlincə,  şübhəsiz,  bu,  bir  şəxsin  ixtirası  deyil,  

əsrlərlə tərtib olunmuşdur  – təbiilik prinsipi sayəsində bu mühasibat uçotu sistemi 

qurulmuşdur. 



Luka Paçoli bu günə qədər ikili mühasibat kitabının  ilk müəllifi olaraq 

qalır.  Onun  kitabı  başlıca  olaraq  riyaziyyata  həsr  olunmuş,  amma  kitaba  ikili 

mühasibat  haqqında  bölmə  də  daxil  edilmişdi.  Kitab  uçot  qeydlərinin  mənasını 

açıqlayır,  lakin  təfsiri  bu  gün  üçün  çox  müvafiq  və  uyğundur,  baxmayaraq  ki,  

onlar  500  il  əvvəl  qəbul  edilib.  Lakin  kitabın  yarandığı  vaxtda  bütün  müasir 

mühasibat mexanizmi artıq məlum idi və işləyirdi, çünki uçotun yaranması üçün, 

yuxarıda  qeyd  olunduğu  kimi,  iki  faktor  lazımdır:  iqtisadiyyat  böyük  ölçüyə 

çatmalıdır, ona görə ki, haqq-hesab tələb olunsun və riyaziyyat – uçot aləti olaraq 

mövcud olsun. 

Bir  çox  tədqiqatçılar  hesab  edirlər  ki,  ikili  qeydiyyat  1250-1350-ci  illərdə  

İtaliyada meydana gəlib. İkili qeydiyyat – hesabat haqqında məlumatlara  nəzarət 

etmək  üçün  istifadə  etməyə  imkan  verən  üsuldur.  Sahibkarın  hesabı      (kapital 

hesabı)  mühasibat  uçotunu  müəyyən  etmək  üçün  maliyyə  nəticələrini    müəyyən 



16 

 

etməyə imkan verir. İkili qeydiyyatın yaranması bir elm kimi mühasibat uçotunun 



əsasını qoymuş və mühasibat uçotu statistikadan ayrılmışdır. 

İkili mühasibat termini meydana gəlmişdir. İkili mühasibatın mahiyyəti – öz 

hesabına  vəsaitinin    sadə  mühasibatda  tətbiq  edilməsidir.  Nəticədə  təsərrüfat 

fəaliyyətinin bütün faktları iki dəfə qeydə alınır. İkili mühasibatın meydana gəlmə 

zəruriliyi aşağıdakılardır:  

– Avropa ölkələrində iqtisadi artım və kapitalist  münasibətlərinin  yaranması; 

– kreditin inkişafı; 

– şirkətlərin yaranması (fiziki şəxslərin  hüquqi şəxslərdən  ayrılması);  

–  ikitərəfli  hesabın  aparılması  formasının  tədricən  inkişafı  debet  və  kredit  

dövriyyəsinin  nəticələrini balanslaşdırmaq zərurətinə gətirib çıxarmışdır. 

İkili  mühasibatın  meydana  gəlməsi  şərtləri  –  ərəb  rəqəmlərinin  və  onluq 

sisteminin  geniş yayılmasıdır.  

Mühasibatın  formalaşması  orta  əsrlərdə  Avropada  müxtəlif  növ 

inventarizasiyanın    inkişafı  ilə  başladı.  VIII  əsrin  sonuna  və  IX  əsrin  əvvəllərinə 

aid  olan    inventarizasiyaya    klassik  misal  Böyük  Karlın    kapitulyariyasını 

göstərmək olar. Orada kənd təsərrüfatı uçotunu aparmağa dair təlimat var idi. 

Digər  məsələlərlə  yanaşı,  kapitulyariyada  ildə  bir  dəfə  gəlir  haqqında 

hesabatın,  Milad  günü  üçün  gəlirlər  haqqında  haqq-hesab  təqdim  edilməsinin, 

müəyyən  olunmuş    qaydada  sahibkara  pul  köçürməsinin  və  müəyyən  xərclərin 

uçotunun  aparılmasının  iki  növü  göstərilmişdir:  sahibkarlıq  və  təsərrüfat 

xərclərinin məbləği. Burada xüsusi olaraq  bildirilir ki, qalıqları ayrı-ayrı siyahıda 

müəyyən etmək, hesablamaları isə qiymət növləri üzrə aparmaq lazımdır. 

Maraqlı bir detal diqqəti cəlb edir: xərc əməliyyatlarını bir şəxs, daxilolmaları 

digər, göstərilən qalıqları üçüncü şəxs yerinə yetirə bilər. Bu, o zamanın tipik bir 

nəzarət forması idi. Heç kəs, sahibi istisna olmaqla (çox vaxt məhz o üçüncü şəxs 

qismində olur),  işlərinin əsl vəziyyətini bilməməli idi.  

Uçot  məlumatlarına  nəzarət  formalarının  inkişafı  təsərrüfat  fəaliyyətinin 

yüksəlməsinə  təkan  vermişdir.  Auditorlar  bu  cür  yaranmışdır.  Bu,  XIII  əsrin 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə