Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə6/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   134

17 

 

sonlarında  İngiltərədə  baş  vermişdir.  Belə  ki,  o  zamanlar  vəzifəli  şəxslərin 



əksəriyyəti savadsız idi, sənədlər yoxlanmaya o qədər də məruz qalmırdı, belə ki, 

şifahi  ifadələrin  yoxlanılması  (“auditor”)  sözü  də  burdan  götürülüb.  Nəticə  belə 

sözlərlə başlanırdı: “aşağıda imzalanan auditorlar tərəfindən dinlənilib”. 

1492-ci  ildə,  Paçolinin  kitabları  işıq  üzü  görməmişdən  iki  il  öncə,  Xristofor 

Kolumb  ispan  gəmisində  Amerika  sahillərinə  yola  düşdü.  Maraqlısı  odur  ki, 

Kolumb əslən  Genuyadan idi və bizə məlum olan ilk mühasibat qeydləri məhz bu 

şəhərdə tapılmışdır, daha maraqlısı isə, bu səyahətdə onu saxtakarlığın qarşısının 

alınması üçün ispan məhkəməsi tərəfindən təyin olunan auditor müşayiət edirdi.  

XIX  əsrin  sonlarında  nəzəriyyə  praktikadan  ayrılmışdır,  ilk  hesablayıcı 

cihazlar meydana çıxmış, uçotun iqtisadi baxışları güclənmişdir.  

1944-cü  ildə  mühasiblərin  beynəlxalq  gerbi  təsis  olunmuşdur:  çevrənin 

kənarında  –  “Elm.  Vicdan.  Müstəqillik”  sözləri  yazılmışdır.  Gerbin  içində  təsvir 

edilmiş günəş – “mühasibat uçotu bütün təsərrüfat fəaliyyətini işıqlandırır”; tərəzi 



–  “balans”;  Bernulli  əyrisi  – bax:  Bernullinin sitatı  “mühasibat  uçotu  bir  dəfə 

meydana gələrək, həmişə mövcud olacaq” mənasını verir. 

Buxalter  sözünün  əmələ  gəlməsi  maraq  doğurur.  Kitablarda  hesab  aparılır 

(“kitab sahibi” – mühasib). Mühasibat uçotu – “kitabları tərtibetmə bacarığıdır”. 

1494-cü  ilə  qədər  Almaniyada  hesablama  işlərinin  tərtib  edilməsini    idarə 

edən  şəxslər yazar adlanırdılar (Schreiber, ... Camerschreiber) və yalnız bu ildən 

“mühasib” adı  tədricən  “vətəndaşlıq” hüququnu  qazanmışdır, hansı ki, XVI əsrdə  

hesablama üzrə ədəbiyyatların  bir çoxunun  inkişafına  imkan yaratmışdır. 

Müqavilə  münasibətləri    mühasibin  görünüş  dairəsindən  “vətəndaşlıq” 

şəxsiyyəti  tədricən  yox  etdi,  hüquqi  konstruksiya  yararlığının  gələcək  inkişafını 

tapmadı.  Bunun  əvəzinə  müəyyən  olundu  ki,    mühasib  hüquqşünas  deyil  – 



iqtisadçıdır.    Bu  baxışları  daha  dolğun  fransız  məktəbi  ifadə  etdi,  o,  öz 

başlanğıcını Jak  Savarinin  (1622-1690)  təlimindən almışdır. Savarinin  tədqiqat 

mərkəzində hesabların sintetik və analitik hesab bölgüsü aparılırdı.  



18 

 

Cari  qiymətlərlə  qiymətləndirilən  balansa  sahibkarın  xüsusi  mülkiyyəti  də 



daxil  edilirdi,  belə  ki,  sahibkarın  bütün  mülkiyyətinə  iddia  ilə  müraciət  oluna 

bilərdi.  Savari  də  fərdi  müəssisənin    elmi  banisi  oldu.  O,  idarəetmə  funksiyası 

kimi  mühasibat  təfsirini    qəbul  edirdi  və  idarəetmə  uçotu  yaradıcılarından    biri  

hesab  edilə    bilər.  Prudon  P.J.,    Leote  E.,    Gilbo  A.,  Dümarşe  J.B.,  Panqlo  Ş., 

Delaport R., Burnisyon J., Tom A. fransız məktəbinin  baxışlarını hərtərəfli qəbul 

etdilər.  

 Bütün dəyərlər maya dəyəri üzrə qeydə alınır. Fransız məktəbinə görə, gəlir 

yalnız pul daxilolmaları hesab edilə bilər. Məsələn,  alıcıya göndərilən mal satılmış, 

gəlir isə qəbul olunmuş hesab edilə bilməz, belə ki, onlar ödənilməyib. Mühasibat 

uçotunun  əhatə  dairəsinin  siyasi  iqtisadiyyatın    sərhədlərinə  qədər 

genişləndirilməsi və milli iqtisadiyyatın yaradılması fransız məktəbini məcbur etdi 

ki,  xalq  təsərrüfatının  bütün  sahələri  üçün  uçot  qurulanadək  mühasibat  uçotu 

metodologiyasını təkmilləşdirsin. 

Əgər  İtaliya  məktəbi  mühasibat  uçotunu    hüquq  əsasında    izah  edirdisə 

(“Uçot  –  bu,  cəbri  hüquqdur”),  fransız  məktəbi  siyasi  iqtisad  (“Uçot  –  dəqiq 

iqtisadi siyasətdir”) əsasında izah edirdi.  



Alman  məktəbinin  elmi  tərəfi  mühasibat  uçotunun  təsərrüfat  prosesinin 

hesablama  üsulunu    xüsusi    riyazi  dilə  çevirmişdir.  Belə  ki,  mühasibat  üsulunun  

əsasında  balans bərabərliyi  durur: 

                                                  aktivlər =  passivlər,       

 Alman  məktəbində  olduğu  kimi  hesablamada    dəyişikliklər  balansdan  

hesaba  aparılıb.  Tərəflərin  məzmununa  ziddiyyət  kimi  baxılırdı:  aktiv  hesabların 

debeti  –  çoxalma,  krediti  –  azalma,  passiv  hesablarda  isə  əksinə.  Lakin  ödəniş 

hesabı üzrə qeydlərin izahı verilmirdi.  

Yanaşmanı bütövlükdə “uçot strukturu” adlandırmaq  alman müəllifləri üçün  

daha düzgündür. Onun fərqli xüsusiyyəti – bütöv strukturun  öyrənilməsi hadisəsi 

kimi    baxılmasıdır.  Əgər  italyan  və  fransız  məktəbləri    xüsusilikdən  ümumiliyə 

doğru,  yəni  induksiya  yolu  ilə  addımlayırdısa,  almanlar  isə    təsərrüfat  həyatının  




19 

 

əsaslarını  ümumilikdən xüsusiliyə  hərəkət edərək öyrənirdi, yəni deduksiya yolu 



ilə  hesabdan  balansa  deyil,  balansdan  hesaba  doğru.  Alman  məktəbinin 

nümayəndələri    bir  çox  müəssisənin    istehsal  toplusunu    bütünlüklə    3  qrupda 

təsnifləşdirmişdi:  birməhsullu  birdəyişənli,  birməhsullu  çoxdəyişənli  və  paralel  

tsiklli,  sonradan toplanmış  istehsallar (Şer İ.F.). 

1910-1940-cı  illər  ingilis-amerikan  məktəbinin    inkişaf  dövrünün  

başlanğıcıdır.  Onların  arasında  Şpruqa  Ç.E.,  Littlton  A.Ç.,  Paton  B.E.,  Mey  O., 

Harrison  Ç.,  Piksel  F.,  Sviney  Q.,  Hiqqins  D.,  Entoni  R.  kimi  görkəmli 

nümayəndələri qeyd  etmək vacibdir.  



Rusiyada  mühasibat  uçotu  nəzəriyyəsi  XIX-XX  əsrin  əvvəllərində  alman 

məktəbi ideyalarına uyğun olaraq inkişaf etmişdi.  

Maraqlıdır  ki,  mühasibat  uçotu  haqqında  ilk  kitab  Rusiyada  Sankt-

Peterburqda  1783-cü  ildə  rəmzi  ad  “Ticarət  açarı”  adı  ilə  nəşr  edilib.  Milli 

Mühasibat  Uçotu  tarixi  məhz  ondan  başlanır.  Məktəbin  yaranması  A.P. 

Rudanovskinin,  L.İ.Qomberqin,  A.M.Qalaqanın  adları  ilə  bağlıdır.  Məktəbin 

nümayəndələri  hesabdarlığın  predmetini ayrı-ayrı təsərrüfatda  görürdülər. 

L.Qomberq  birincilərdən  biri  kimi    qiymətləndirmə    növlərinin    təsnifatını 

işləyib hazırlamışdır:  

A.Rudanovski bir sıra ideyalar irəli sürərək  bütün Rusiya mühasiblərinə  

örnək oldu: 

– köhnə  “kapital” əvəzinə, “fond” anlayışını təklif etdi;  

–  “satış”  hesabının  bütün  hesablar  planının  tərkib  hissəsi  olduğunu 

əsaslandırdı;  

          –    ən  məşhur  mühasiblərdən    biri  kimi    yığım  cədvəlinin    prinsipini  tətbiq 

etmişdir.  O,  inflyasiya  indeksini  nəzarətə  alaraq,  balans  maddələrinin  yenidən 

qiymətləndirilməsinin əksinə olaraq bütün  iqtisadi dəyərləri və həyatda baş verən 

faktları  uçota  götürməyi    nəzərə  aldı.  Rudanovski  tərəfindən  balans  təhlili  dörd 

metoda ayrılıb: eksperimental – hesablar arasında əlaqələrin yaradılması; müqayisə 

əsasında    maliyyə  nəticələrinin    hesablanması;  texnologiya  –  mühasibat 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə