Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə7/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   134

20 

 

məlumatlarının  etibarlığını    təsdiq  edən  və  –  nəzəri  mühasibat  uçotu  



metodologiyasının  mənasını göstərir.  

Peterburq  məktəbinin  görkəmli  nümayəndələri  A.M.Volf,    E.E.Sivers,  

N.A.Blatov, N.A.Leontyev  olan, mühasibat  təcrübələri haqqında   “Hesabdarlıq” 

biliklərini  müəyyən    etmiş,    mühasibat  uçotu    və  elmini  “Hesabdarlıq”  kimi 

müəyyən  etmişdirlər.  

Bu məktəb ikili qeydləri  mühasibat uçotu metodunun  heç bir elementi  deyil,   

mübadilənin  və  qanunun    nəticəsi  kimi    izah  edir  (E.Sivers).  Sankt-Peterburq  

məktəbinin  alimləri  balans tərtib edərək, hesabların  sistemi, hesabların təsnifatı, 

sənədləşmə, inventarlaşma, texnika və uçot forması kimi  anlayışları izah edirdilər 

(Leontyev N.). Məktəbin nümayəndələri dəyərləri 3 qrupa ayırır: maddi, maliyyə 

və şərti, mümkün olan  bütün pul vəsaitlərinin axını, arasında aşkar edilən  iqtisadi 

dəyərlərin  hərəkəti  ifadə  edilir    (Blatov  N.).  N.Blatov  balansdan  hesaba  deyil, 

hesabdan balansa öyrənməsinin tərəfdarı idi. O, iddia edirdi ki, ikili qeydlər  təbii 

mübadilənin  dəyərlərini  hər zaman əks etdirir.  

Qeyd etmək lazımdır ki, nəzəri baxımdan mühasibat uçotu məktəbləri bir-birinə 

zidd deyildir.

 

 



1.2. Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar 

münasibətləri şəraitində aparılan uçota keçid 

 

Hal-hazırda  keçmiş  sosialist  ölkələri  islahat  və  təsərrüfatın  mərkəzləşmiş 



planlaşma sistemindən bazar iqtisadiyyatına keçid prosesini həyata keçirirlər. 

Bu istiqamətdə ilk addım qərb partnyorlar ilə birgə müəssisələrin yaradılması 

idi.  Bir  çox  ölkələrdə  özəlləşdirmə  proqramının  həyata  keçirilməsi,  bazar 

münasibətlərinə müvafiq dövlət müəssisələrin özəlləşdirilməsi aparılır, iqtisadi və 

hüquqi  infrastruktur  yaranır.  Bazar  iqtisadiyyatının  mərkəzləşmiş  planlaşma 

iqtisadiyyatından 

fərqi 

resursların 



qiymət 

mexanizmi 

vasitəsi 

ilə 


bölüşdürülməsindən ibarətdir. 


21 

 

Xammal,  material,  əmtəə  və  xidmətlər,  iş  gücü,  maliyyə  resursları  bazarda 



rəqabət şəraitində alınıb satılır. 

Müəssisələrin  uğurları  və  mövcudiyyəti  ayrı-ayrı  sazişlərin  səmərəliliyindən 

asılıdır.  Bu  şəraitdə  mühasibat  uçotu  iqtisadi  informasiyanın  əlaqələndirici  və 

ötürücü  formasıdır,  mühasibat  uçotunun  standartları  isə  sahibkarlıq  fəaliyyətinin 

ümumi iqtisadi və hüquqi şərtlərini əks etdirir. 

Hal-hazırda bu şərtlərin dəyişdirilməsi, şübhəsiz, mərkəzləşdirilmiş idarəetmə 

və planlaşma sistemində yaradılmış uçot sistemini qəbul etmir. 

Uçotun  islahatı  hüquq  və  iqtisadi  sahələrdə  mühüm  islahat  elementi  sayılır, 

maliyyə  bazarlarına  çıxış  üçün  zamindir,  xarici  investisiyaların  cəlb  edilməsi, 

şirkət  və  firmaların  uğurlu  fəaliyyətini  təmin  edir.  Şərqi  Avropa  ölkələrində  elə 

uçot  standartlarını  işləyib  hazırlamaq  lazımdır  ki,  onlar  bazar  iqtisadiyyatı 

ölkələrində olan ümumi qəbul edilmiş prinsiplərə uyğun gəlsin. 

Mühasibat  uçotunun  məqsədi  –  maliyyə  informasiyasını  istifadə  edənə 

qərarlar  qəbul  etmək  üçün  məlumat  verməkdən  ibarətdir.  Mühasibat  uçotu 

sistemini hansı dərəcədə istifadəçinin ehtiyacını ödəməyə təyin olunması müvafiq 

iqtisadi  sistemin  təsiri  ilə  formalaşan  mühasibat  uçotu  və  hesabdarlığın  əsas 

konsepsiyası və vəzifələri məsələləri asılıdır. 

Mərkəzləşdirilmiş 

planlaşdırma  sistemində  iqtisadiyyatda  mühasibat 

uçotunun  və  hesabdarlığın  məqsədi  –  xalq  təsərrüfatında  mərkəzləşdirilmiş 

planlaşma  və  nəzarət  həyata  keçirmək  üçün  informasiya  təqdim  edilməsidir. 

Maliyyə  uçotu  isə  dövlət  orqanlarında  planlaşma,  resursların  bölgüsü  və  planın 

yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinə köməklik göstərən informasiya 

sisteminin  elementidir.  Beləliklə,  müəssisələrin  hesabatı  ilk  növbədə  dövlət 

orqanları  üçün  nəzərdə  tutulur.  Əksər  hallarda  hesabatlar  –  hökumət  orqanlarına 

kəmiyyət  göstəricilərinin  səmərəliliyinə  nəzarəti  həyata  keçirməyə  imkan  verən 

statistik məlumatlardan ibarətdir. 

Bu  səbəbdən  də  mərkəzləşdirilmiş  planlaşma  sistemi  olan  ölkələrdəki  əsas 

uçot  prinsipləri  bazar  iqtisadiyyatında  olan  uçot  prinsiplərindən  fərqlənir.  Misal 



22 

 

üçün, təsərrüfat sazişləri həyata keçirilən zaman nəticələrin qəbul edilməsini təmin 



edən hesablama üsulu bütün hallarda tətbiq edilmir. 

Çox  hallarda  təsərrüfat  əməliyyatlarının  uçotu  kassa  üsulu  ilə  aparılır,  yəni 

gəlir  və  xərclər  pul  vəsaitlərinin  daxilolma  və  ödənilməsi  ilə  nəzərə  alınır.  Bu 

halda mənfəətin hesablanması bazar iqtisadiyyatında istifadə edilən uçot sisteminə 

uyğun gəlmir. 

Bazar  iqtisadiyyatında  maliyyə  uçotu  və  hesabdarlığın  əsas  vəzifəsi 

müəssisənin  ümumilikdə  fəaliyyət  nəticələri,  onun  maliyyə  vəziyyəti,  ayrı-ayrı 

istifadəçilərə,  fəaliyyət  göstərən  və  potensial  investorlara,  malgöndərənlərə  və 

alıcılara,  fəhlə  və  qulluqçulara,  dövlət  orqanlarına  bu  vəziyyətin  dəyişdirilməsi 

barədə informasiya təqdim etməkdən ibarətdir. 

Maliyyə  mühasibatlığından  daxil  olan  informasiya  müəssisə  daxilində  də 

istifadə  olunur  və  ilk  növbədə  müəssisəyə  qarşı  kənar  hesab  edilən  istehlakçı 

qrupuna  yönəldilir.  İstehlakçıların  hər  bir  qrupu  öz  mənafeyini  gözləyir  və 

müəssisələrin fəaliyyəti haqda informasiyaya qarşı müəyyən tələblər irəli sürürlər. 

Şirkətin  sahibkarı  olan  səhmdarları  qoyulmuş  vəsaitlərin  gəlirlik  səviyyəsi 

maraqlandırır.  Maliyyə  hesabatının  göstəriciləri  əsasında  onlar  fond  bazarında 

fəaliyyətə  dair  qərar  qəbul  etməlidirlər:  həmin  müəssisənin  səhmlərini  saxlamaq, 

satmaq və ya almaq. 

Səhmdar kapitalının potensial investorları da zəruri informasiyanı almalıdırlar. 

Müəssisələr üçün bu qrup istifadəçilər çox vacibdir, belə ki, fond bazarında yeni 

buraxılmış  səhmlərin  alınmasında  əlavə  kapitalın  akkumulyasiyasının 

mümkünlüyünə  imkan  yaradır.  Müəssisələrin  kreditorlarını  verilmiş  ssudaların 

bazar şəraitinə uyğun faizlərlə qaytarılmasının mötəbərlik dərəcəsi maraqlandırır. 

Alıcılar  zəruri  məhsulun  alınma  şərtlərini  və  perspektivlərini  bildirməlidilər. 

Müəssisədə çalışan fəhlə və qulluqçu üçün iş yeri, əsas yaşayış vasitəsi və sosial 

təminatı olduğuna görə işçi heyət də fəaliyyət nəticələri ilə tanış olmalıdır. 

İstifadəçilər maliyyə hesabatından aşağıdakı informasiyaları almaq istəyirlər: 

 



Müəssisənin gəlirliyi və mənfəətlilik potensialı haqqında informasiya


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə