Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə9/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

27 

 

Hər bir standarta daxildir: 



 

onun vəzifələrinin və konsepsiyalarının şərhi; 



 – onun əhatə etdiyi problemlər dairəsi; 

 



terminologiya; 

 



həmin standartın tətbiqi meyarları; 

 



qiymətləndirmə  bazaları  və  uçot  metodları;məlumatın  açıqlanması  üsulları  və 

izahlar. 

İdarə  heyəti  daxilində  konsensusa  nail  olmaq  (səslərin  2/3  və  3/4),  habelə 

təklif olunan

 

standartlara yerli uçot sistemlərinin uyğunlaşması zamanı kompromis 



axtarışları  tələb  olduğundan  standartların  qəbul  edilməsi  prosesi  uzunsürən  və 

mürəkkəbdir. Beynəlxalq standartlar çevikliyi ilə fərqlənirlər və bir qayda alaraq, 

eyni  məsələlərin  alternativ  həllərini  təklif  edirlər.  Lakin  bu  cür  uzlaşdırma  üsulu 

yetərincə səmərəli deyil, buna görə də öz təsirinin artması üçün Komitə alternativ 

variantların aradan götürülməsi üçün cəhdlər edir. 

Standartların tətbiqi müxtəlif şəkildə aparıla bilər: standartların bütövlükdə və 

ya  onun  ayrı-ayrı  müddəalarının  milli  qanunvericiliyə  daxil  edilməsi  yolu  ilə; 

onların milli mühasib assosiasiyalarının tövsiyələri ilə və müşahidəsi altında və ya 

fond birjalarının işi üçün məsul olan orqanların nəzarəti altında tətbiqi; nəhayət, ən 

liberal yolla – müəssisələrin təklif olunan normalarına əməl etməyə könüllü qərarı 

ilə. 

Komitə  peşəkar  mühasiblərin  regional  birliklərinin,  eləcə  də  Mühasiblərin 



Beynəlxalq

 

Federasiyasının  dəstəyindən  istifadə  edir.  Sonuncu  1977-ci  ildə 



yaradılmışdır. 

O,  Komitənin  fəaliyyətini  təkrarlamır,  mühasibat  fəaliyyətinin  etik  və  təhsil 

problemlərini,  həmçinin  auditor  məsələləri  ilə  məşğul  olur;  uçot  sənətini 

beynəlxalq  aləmdə  təmsil  edir,  maliyyə  hesabatının  mühasibat  uçotunun 

beynəlxalq standartlarına uyğunluğunu təsdiq edir. 

Beynəlxalq mühasibat standartları üzrə Komitənin BMT-nin hökumətlərarası 

ekspert  qrupu  tərəfindən  bəyənilmiş  standartları  gələcəkdə  məcburi  hesab  edilə 



28 

 

bilər və BMT-nin üzv-hökumətləri onların milli səviyyədə lazımi nizamlanmasını 



təmin etməlidirlər. 

Mühasibat uçotunun və hesabatın standartlaşdırılması işində BMT-dən fərqli 

olaraq,  əsasən,  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrlə  məşğul  olan  İƏİT  iştirak 

edir. 


Avropa birliyində ümumi inteqrasiya prosesləri çərçivəsində vergiqoyma, pul 

və  maliyyə  sistemləri,  şirkətlər  haqqında  qanunvericiliyin  uzlaşdırılması  prosesi 

gedir.  Uçot,  maliyyə  hesabatı  və  auditor  nəzarəti  sahəsində  tənzimləmənin 

uzlaşdırılması üzrə tədbirlər bu istiqamətin bir hissəsidir. Bu sahədə direktivlərin 

məqsədi  səhmdarların,  fəhlə  və  qulluqçuların,  şirkətlərə  nisbətən  üçüncü  olan 

şəxslərin  və  qrupların  bütün  birlik  çərçivəsində  tarazlaşdırmış  müdafiəsidir. 

Direktivlər təkcə fond birjalarında öz qiymətli kağızları məzənnələşdirən şirkətlər 

üçün nəşr olunmur, prinsipcə məhdud məsuliyyəti bütün şirkətlərə aiddir. 

Direktivlər  işlənib-hazırlanarkən  Komissiya  Avropa  diplomlu  mühasiblər 

assosiasiyası  ilə  sıx  əməkdaşlıq  edir,  direktivlərin  layihələrinin  müzakirəsində 

biznesin,  bankların,  birjaların  nümayəndələri,  hüquq  mütəxəssisləri  və  bütün 

marağı olan təşkilatlar və şəxslər iştirak edirlər. 

AB və Beynəlxalq uçot standartları üzrə Komitə arasında güclənən qarşılıqlı 

fəaliyyət  beynəlxalq  standartların  hüquqi  nizamlanması  prosesinə  müsbət  təsir 

göstərir. 

1990-cı  ilin  əvvəlində  Komissiya  uçotun  standartlaşdırılması  prosesində 

iştirak  edən  bütün  tərəflərin  nümayəndələrini  (milli  və  ümumavropa  təşkilatları, 

akademik  dairələr,  maliyyə  informasiyasının  istifadəçiləri)  birləşdirən  Uçot  üzrə 

Məsləhətçi Forumun təşkil olunması barədə qərar qəbul etmişdir. 

Forumun 


vəzifəsi 

–  Komissiyanı  dünya  təsərrüfatının  inkişafının 

tendensiyalarını  əks  etdirən  mühüm  problemlər  ilə  əlaqədar  (direktivlərə  kifayət 

qədər  tam  nəzərə  alınmamış,  məsələn,  xarici  valyutaya  əməliyyatlar,  maliyyə 

lizinqi, uzunmüddətli kontraktlar, hökumət qrantları, yeni maliyyələşdirmə alətləri 



29 

 

və s.) məsləhətləşmələr aparmaq, uçot və hesabatın uzlaşdırılması üçün səylərin bu 



tendensiyalarla eyni olmasını izləməkdir. 

Bəzi  mütəxəssislər  və  praktiklər,  ümumiyyətlə,  uzlaşdırmanın  nəticələrinə 

şübhə  ilə  yanaşırlar,  hesab  edirlər  ki,  uçot  sisteminə  prinsipial  dəyişiklər  daxil 

edilməmişdir.  Lakin  uçotun  inteqrasiyası  və  standartlaşdırılması  yolunda  mövcud 

olan  obyektiv  və  subyektiv  çətinliklərə  baxmayaraq,  bu  istiqamətdə  səylərin  və 

işlərin davam etməsinin zəruriliyini etiraf etmək lazımdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




30 

 

1.4. Azərbaycanda mühasibat uçotu standartlarına əsaslanan 



prinsiplər 

 

Mühasibat  uçotunun  aparılması  zamanı  Büdcə  Təşkilatları  üçün  Milli 



Mühasibat  Uçotu  Standartlarına  əsaslanan  ehtimallara  (prinsiplərə),  maliyyə 

hesabatlarının  keyfiyyət  xüsusiyyətləri  və  maliyyə  hesabatları  elementlərinin 

qiymətləndirmə  metodlarına  üstünlük  verilir.  Mühasibat  uçotunu  tənzimləyən 

qanunvericilik  aktlarında  əks  olunan  tələblərin  və  ya  təşkilatın  iş  xüsusiyyətinin 

dəyişdirilməsi  ilə  əlaqədar,  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatın  uçot 

siyasətinin  müvafiq  müddəalarında  da  düzəlişlər  aparılmalı  və  istifadəçilərin 

diqqətinə çatdırılmalıdır. 

Mühasibat uçotunun hesablama metodu dedikdə əməliyyatların, digər hadisə 

və  şərtlərin  onların  baş  verdiyi  zaman  (və  yalnız  pul  vəsaitinin  və  ya  onun 

ekvivalentinin  alınması  və  ya  ödənilməsi  zaman  deyil)    uçota  alınması  başa 

düşülür.  Mühasibat  uçotunun  hesablama  prinsipi  əsasında  uçota  alınan  maliyyə 

hesabatlarının  elementləri  (aktivlər,  öhdəliklər,  xalis  aktiv/kapital,  gəlirlər  və 

xərclər) onların baş verdiyi zaman aid olduğu dövrlər üzrə maliyyə hesabatlarında 

tanınır.  Təşkilatın  fəaliyyətinin  fasiləsizliyi  konsepsiyası  dövlət  büdcəsindən 

maliyyələşən  təşkilatın  fəaliyyətinin  davam  edəcəyini  və  onun  fəaliyyətinin 

dayandırılması  və  ya  fəaliyyətinin,  həcminin  əhəmiyyətli  dərəcədə  ixtisara 

salınması  zərurətinin  və  ya  niyyətinin  olmadığını  nəzərdə  tutur.  Dövlət 

büdcəsindən  maliyyələşən  təşkilatın  fəaliyyətinin  fasiləsizliyi  barədə  ehtimal 

aktivlərin  və  öhdəliklərin  ilkin  dəyəri  ilə  qiymətləndirilməsinin  tətbiq  edilməsinə 

zəmin  yaradır.  Əgər  təşkilatın  ləğv  olunacağı  ehtimal  olunarsa,  aktivlərin 

qiymətləndirmə  əsası  kimi  bu  aktivlərin  alınması  üçün  çəkilmiş  məsrəflər  deyil, 

onların  ehtimal  olunan  satış  dəyərindən  (yəni  satış  üzrə  xərclər  çıxılmaqla,  satış 

qiyməti) istifadə olunmalıdır.  

Maliyyə hesabatlarında təqdim edilən informasiyaları istifadəçilər üçün daha 

yararlı edən keyfiyyət xüsusiyyətləri aşağıdakı amillər hesab edilə bilər: 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə