6
Semestr
Cəmi
Mühazirə
Məşğələ
Attestasiya
lll
75
14
61
imtahan
lV
75
14
61
imtahan
Cəmi
150
28
122
Proqram aşağıdakı təxmini təqvim-mövzu planı təqdim edilir.
Laboratoriyadakı reaktivləri,ləvazimatlazı digər şərtəri nəzərə alaraq muvaffiq
dəyişikliklər aparmaq mümkündür.
P R O Q R A M
1.
Üzvi birləşmələrin quruluşu.
1.1
Üzvi kimyanın mövzusu. Üzvi birləşmələrin quruluşu haqqında anlayışın
inkişafı. Kimya elminin sənayedə,kənd təsərrüfatında və təbabətdə əhəmiyyəti.
Əczaçılıq elmində üzvi kimyanın yeri.
1.2
Üzvi birləşmələrin təsnifatı funksional qruplar və karbohidrogen radikal-ları.
Üzvi birləşmələrin əsas sinifləri.
1.3
Üzvi birləşmələrin adlandırılması. Müasir nomenklaturanın əsas prin-sipləri.
1.4
Üzvi birləşmələrdə kimyəvi rabitənin növləri. Kovalent σ- və π-rabitələr, ikiqat
və üçqat rabitələr.
1.5
Molekulda atomların qarşılıqlı təsiri və onun ötürülmə üsulları. İnduksiya
effekti. Benzoid (benzol), qeyri-benzoid (tsiklopentadienion) və heterotsiklik
(pirrol, piridin) birləşmələrinin aromatikliyi. Mezomer effekti. Elektrondonor
və elektronakseptor əvəzedicilər.
1.6
. Üzvi birləşmələrin fəza quruluşu.
Konformasiya-molekulyar modellərin növləri. Stereokimyəvi formullar.
Molekulların simmetriya elementləri (ox, müstəvi, mərkəz) və simmetriya
əməliyyatları (fırlanm, əksetmə). Xiral və axiral molekullar, assimetrik karbon
7
atomu-xirallıq mərkəzi. Bir, iki və çox xiral mərkəzli molekulların
stereoizomerliyi. Enantiomerlər və diastereomerlər. Enantiomerlərin optiki
fəallığı. Rasematlar. σ-rabitəsi ətrafında fırlanma nəticəsində konformasiyanın
yaranması. Fırlanmanı çətinləşdirən faktorlar. Nyumenin proyeksiya formaları.
Fəza quruluşunun bioloji fəallıqla əlaqəsi.
1.7
Üzvi birləşmələrin turşuluq və əsaslıq xassələri. Brenstet və Lyuis
nəzəriyyələri. Üzvi turşular və əsasların növləri.Turşuluğu və əsaslığı təyin
edən faktorlar.Turşu və əsas mərkəzləri atomunun elektromənfiliyi və
polyarlaşması, əvəzedicilərin elektron effektləri, solvatlaşma effekti. Cod və
yumuşaq turşular və əsaslar konsepsiyası.
1.8
Üzvi reaksiyaların nəticəyə görə təsnifatı (birləşmə, əvəzolma, ayrılma,
qruplaşma). Reaksiya mexanizmi haqqında anlayış. İon (elektrofil, nukleofil)
və sərbəst radikal reaksiyalar. Fəal aralıq hissəciklərin. (karbokationlar,
karboanionlar, sərbəst radikallar) quruluşu. Keçid vəziy-yəti. Katalitik
proseslərdə enerji maneələrinin azalması. Kimyəvi reak-siyaların müasir
nomenklaturası haqda anlayış.
2.
Üzvi birləşmələrin tədqiqat üsulları.
2.1.
Ayırma və saflaşdırma üsulları. Ekstraksiya, yenidən kristallaşdırma,
müxtəlif qovma növləri, xromatoqrafiya. Maddələrin təmizlik kriteriyası, ərimə
temperaturu, qaynama temperaturu, sıxlıq, şüasındırma göstərcisi, xromatoq-
rafiyanın göstəriciləri. Funksional kimyəvi analiz.
2.2. Quruluşu təyin etmək üçün müasir fiziki-kimyəvi üsullar. Elektron və infra-
qırmızı spektroskopiya. Elektron keçidinin növləri və enerjisi molekulunda
atomların titrəyiş növləri (valent, deformasiya). Udma zolağının əsas parametr-
ləri, səciyyəvi tezliklər. Nüvə maqnit resonansı (NMR) spektroskopiyası.
Proton maqnit rezonansı (PMR).
Kimyəvi yerdəyişmə. Spin-spin parçalanması.
8
3. Homofunksional üzvi birləşmələrin əsas sinifləri.
3.1. Karbohidrogenlər.
3.1.1 Alkanlar. Adlandırılması. İzomerliyi. Alınması, fiziki və kimyəvi
xassələri. Alkanların spektral xüsusiyyətləri. Radikal əvəzolmanın
mexanizmi. Sərbəst radikalların əmələ gəlməsi üsulları. Sərbəst
radikalların davamlılığına təsir edən amillər. Radikal əvəzolmanın
seçiciliyi. Zəncirvari proses haqqında anlayış. Vazelin yağı, parafin
3.1.2 Tsikloalkanlar. Adlandırılması. Kiçik tsikillərin elektron quruluşu və
kimyəvi xassəsinin xüsusiyyəti (birləşmə reaksiyaları). Tsikloalkanların
alınması və kimyəvi xassələri.
Tsikloheksanın konformasiyası. Gərilmə növləri(bucaq, torsion-gövdə,
Van-Der-Vaals). Tsikloheksan konformasiyalarının (kreslo, vanna,
yarım-kreslo)enerji fərqləri. Aksial və ekvatorial rabitələr.
Tsikloalkanların təyini.
3.1.3. Alkenlər. Adlandırılması. π-diastereomerlik. Alınması, fiziki və
kimyəvi xassələri. Elektrofil birləşmə reaksiyalarının mexanizmi. Birləş-
mənin istiqaməti. Karbokationların quruluşu. Radikal birləşmə reaksiyaları
haqqında anlayış. Alkenlərin oksidləşməsi (hidroksilləşmə, ozonlaşma).
Katalitik hidrogenləşmə Alkenlırin təyini.
3.1.4. Dienlər. Dienlərin növləri. Adlandırılması. Butadien. İzopropen. Elektrofil
birləşmə reaksiyaları. Hidrogenləşmə, hidratlaşma, polimerləşmə,
polikondensləşmə və s. reaksiyaları.
3.1.5. Yüksək molekullu birləşmələr haqqında anlayış. Polietilen, polipro-pilen,
polibutadien, sintetik və təbii kauçuklar.
3.1.6 Alkinlər.Adlandırılması. Alınması və xassələri. Alkinlərin spektral
xarakteristikası. Elektrofil birləşmə reaksiyaları (halogenləşmə, hidrohalo-
genləşmə ,hidrogenləşmə). Kuçerov reaksiyası. Alkin və alkenlərin elektrofil