Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   2   3   4   5   6   7   8   9   ...   40

 

 



1.

 

HÖVZƏNİN ÜMUMİ İCMALI 

 

1.1

 

Ümumi icmal  

 

    


Pilot  ərazi  mürəkkəb  relyefi  və  9  inzibati  rayonu  olmaqla  Gəncə-Qazax iqtisadi-coğrafi 

rayonunda  yerləşir. Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, 

Samux,  Şəmkir,  Tovuz  inzibati  rayonlarını  və    Gəncə  və  Naftalan  şəhərlərini  əhatə  etməklə 

Azərbaycanın  qərb  hissəsində  yerləşir.  Iqtisadi  rayon  çox  əlverişli  iqtisadi  –  coğrafi  mövqeyə 

malikdir. (

Mənbə: RSIIDP) 

 

    2012-



ci  ilin  əvvəlində  əhalinin  ümumi  sayı  1  milyon  205.2  min  nəfər  olub  ki,  bu  da  ölkə 

əhalisinin  13.4%  -  ni  təşkil  edir.  İqtisadi  rayonun  əhalisinin  46%-i  şəhərlərdə,  54  %-i  kəndlərdə 

yaşayır, Əhalinin orta sıxlığı hər km



də 97 nəfər təşkil edir, bu da ölkə əhalisinin  orta sıxlığından 

azdır (107 nəfər). Ovalıq ərazilərdə əhalinin sıxlığı daha çoxdur (100 – 120 nəfər). (Mənbə: DSK ) 

 

 

 



Şəkil 1 . 1.  Gəncə-Qazax iqtisadi rayonunun xəritəsi 

 

    



Azərbaycanın  ikinci  sənaye  rayonu  olaraq  ölkənin  ümumi  sənaye  məhsulunun  12-13 %-i bu 

iqtisadi rayonun payına düşür. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. 

Gəncədə  və  Daşkəsən  rayonunda  qara  və  əlvan  metallurgiya  üçün  xammal    və  onların  emalı 

müəssisələri  var.  Ağır  sənayenin  regionun  iqtisadiyyatında  mühüm  rolu  var.  Elektrik  cihazları  və 

rabitə avadanlıqları istehsalı müəssisələri, maşın təmiri və maşınqayırma müəssisələri var. İqtisadi 

rayonun yüngül sənayesi (Dəliməmmədlidə yarımfabrikat pambıq, pambıq parça, yun parça, Gəncə 

tekstil mallar istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalçaçılıq müəssisələri) yerli xammalın emalı 

üzərində qurulub. Yeyinti sənayesi istehsalı kənd təsərrüfatı məhsullarının emalına əsaslanır – şərab, 

gündəlik  ət  məhsulları,  qənnadı  məmulatları,  konserv  məhsulları  istehsalı  əsasən  yerli  tələbatı 



 

ödəyir.  Tikinti  sənayesinin  əsas  müəssisələri  böyük  panel  binaların  tikilməsi  üzrə  şirkət,  metal-



beton, kərpic,  keramika və mərmər zavodlarıdır.  

 

    



Regionun  əlverişli  təbii  şəraiti,  mülayim  iqlimi,  mənzərəli  dağ  və  meşə  landşaftları,  müalicəvi 

mineral suları burada mühüm beynəlxalq istirahət və müəlicə müəssisələri yaratmağa imkan verir. 

Dəniz  səviyyəsindən  1566  m  hündürdə  Göy-Göl  və  Hacıkənd  istirahət  zonası  yaradılmışdır.  

Naftalan istirahət və müalicə kompleksi isə dünya əhəmiyyətlidir. 

 

    


Regionun  sosial  infrastrukturu  Azərbaycanın  şimal-qərbinin  sosial-iqtisadi  inkişafında  və  bu 

ərazidə məskunlaşmış əhalinin əsas sosial-maddi (səhiyyə, elm, mədəniyyət və təhsil) ehtiyaclarının 

ödənilməsində mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Tədqiqat Mərkəzi və 

digər  tədqiqat  müəssisələri  Gəncə  şəhərində  fəaliyyət  göstərirlər.  Kənd  Təsərrüfatı  Akademiyası, 

Texnologiya  İnstitutu,  Gəncə  Dövlət  Universiteti    region  və  ölkənin  digər  bölgələri  üçün  yüksək 

ixtisaslı      kadrlar  hazırlayırlar.  Regionda  ictimai  kitabxanalar,  muzeylər,  xəstəxanalar  və  başqa 

infrastruktur obyektləri vardır.  

 

    



Regionun çayları mənbəyini Kiçik Qafqaz dağlarından götürür. Ərazinin əsas çayları birbaşa Kür 

çayına  və  ya  Kür  çayı  üzərində  olan  su  anbarlarına  tökülən  Ağstafaçay,  Tovuzçay,  Əsrikçay, 

Zəyəmçay,  Şəmkirçay,  Gəncəçay,  Kürəkçay,  Tərtərçay  çaylarıdır.  Regionun  bir  çox  ərazilərində 

çaylar  içməli  su,  suvarma  və  sənaye  üçün  yeganə  su  mənbəyidirlər  ki,  bu  səbəbdən  su  regionda 

prioritet təşkil edən sektorlardan biridir. Su qıtlığı və çirklənməsi idarəetmə problemləri ilə birlikdə 

(SEİİ  yönlü  yanaşmanın  olmaması,  istifadəçilər  arasında  inteqrasiyanın  olmaması  və  s.)  regionda 

davamlı su təhcizatı üçün əsas maneələrdir. Bu məsələlərin qarşısını almaq və bütün su ehtiyaclarını 

təmin  etmək  üçün  yuxarıda  göstərilən  çayların  hər  birinin  hövzələrində  ekosistem  yanaşılmasına  

ehtiyac var. 

 

 



1.1.1

 

Hövzədə beynəlxalq əməkdaşlıq və koordinasiya 

 

    


Gəncə -Qazax regionundan axan qollar  da  daxil olmaqla Kür hövzəsi çaylarının su ehtiyatları 

ciddi  deqradasiyaya  uğramış  və  bu  ciddi  bir  problem  olaraq  qalır.  Su  qıtlığı,  çay  sisteminin  çox 

hissəsində ciddi   bir məsələyə çevrilib. Suyun keyfiyyət və kəmiyyət məhdudiyyətləri növbəti illər 

ərzində su istifadəçiləri arasında mübahisələrin artmasına səbəb ola bilər. 

    

Kür  çayı  regiona  Gürcüstan  ərazisindən  daxil  olur  və  regionun  bəzi  çayları  isə  Ermənistan 



ərazisindən  başlayır  (Ağstafaçay,  Tovuzçay  və.s.).  Regionun  transsərhədd  çaylarında  suyun 

kəmiyyət və keyfiyyəti ilə bağlı ciddi problemlər vardır. 

    

Azərbaycan  su  ehtiyatlarının  idarə  olunması  və  mühafizəsi  üzrə  bir  neçə  Beynəlxalq 



Konvensiyalara  qoşulmuşdur  və  bu  sazişlərdən  öz  qonşuları  ilə  ikitərəfli  səviyyədə  əməkdaşlıqda 

istifadə etməyə çalışır. 

 



 



Su  resurslarından  istifadə  haqqında  Azərbaycan  Hökumətinin    nümayəndə  heyəti  ilə 

Gürcüstan  Hökumətinin  nümayəndə  heyətləri  arasında  danışıqlarıın  nəticəsinin  protokolu 

(Tbilisi, 25-

26/12/1997). Bu yaxınlarda iki ölkənin Hökumət nümayəndə heyətləri yenidən 

görüşmüş və transsərhəd su ehtiyatlarının birgə istifadəsi və mühafizəsi məsələsini müzakirə 

etmişlər (mövcud olan məlumata əsasən iki ölkə arasında saziş hazırlanıb). 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə