Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 

18 


komplekslər yerləşən ərazilərdə yaradılmışdır və təbiətin mühafizəsi, maarifləndirmə, elmi, mədəni 

və  digər  məqsədlər  üçün  istifadə  olunur.  Bunlardan  regionda  mövcud  olan  bəziləri  aşağıda 

göstərilib. 

 

 

Göygöl milli parki

 

Göygöl  Milli  Parkı  2008-ci  il  Aprel  ayının  1-i  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı ilə Xanlar  (indiki Göygöl), Daşkəsən  və Goranboy rayonlarının inzibati ərazisində 

Göygöl  Dövlət  Təbiət  Qoruğunun  bazasında  yaradılmışdır.  Milli  Park  status  aldıqdan  sonra 

Göygöl  Dövlət  Təbiət  Qoruğunun  ərazisi  6739  hektardan  12755  hektara  qədər 

genişləndirildi(Mənbə ETSN). 

 

Göygöl  Milli  Parkı  Kiçik  Qafqazın  Şimal-Şərq  hissəsində,  Kəpəz  Dağının  Şimal  yamacında, 



dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir, orta və yüksək dağ-meşə yarımzonaları, 

dağ meşə-çəmən, subalp və alp zonalarını əhatə edir. Bu səbəbdən gölün şəffaf suyu onu əhatə 

edən yaşıl meşələri və mavi səmaları güzgü kimi əks etdirir(Şəkil 1.3). 

 

 



Şəkil 1.3 Göygölün görüntüsü (Mənbə ETSN) 

Göygöl Milli Parkının yaradılmasının əsas məqsədi endemik və nəsli kəsilməkdə olan flora və 

fauna  növlərinin  mühafizəsi,  təbii  komplekslərin  sabitliyinin  tənzimlənməsi,  elmi-tədqiqat 

işlərinin,  ətraf  mühitin  monitorinqi,  əhalinin  ekoloji  maarifləndirilməsi  və  potensial  turizm 

zonalarında ekoturizmin inkişaf etdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır. 

Göygöl Milli Parkında ən uzun çay Kürəkçayın sağ qolu olan Ağsuçayıdır. Ərazidə ən böyük 

göl Azərbaycanın ən gözəl və ecazkar göllərindən biri olan Göygöldür. 1939-cu ildə Gəncədə 

baş  verən  zəlzələ  nəticəsində  Kəpəz  dağı  uçaraq  Ağsuçayın  qarşısını  kəsmiş  və  Göygöl 




 

19 


yaranmışdır.    Ərazidə Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamlıgöl və s. kimi kiçik göllər də 

var. Milli parkın əsas hissəsinin zəngin bitki örtüyü var. Ərazidə dağ-meşə, dağ-bozqır, subalp 

və alp dağ-çəmən bitki ekosistemi yayılmışdır. 

1100-


2200 m hündürlüyü əhatə edən dağ meşələrinin çox zəngin bitki örtüyü var və 80 ağac və 

kol  növlərini  əhatə  edir.  Meşələrin  əsas  hissəsi  şərq  fısdığı,  şərq  palıdı,  Qafqaz  vələsi, 

ağcaqayın, göyrüş, itiyarpaq ağcaqayın kiçik yarpaqlı cökə, iynəyarpaqlı və kox şam ilə təmsil 

olunur.  Kollardan  zoğal,  zirinc,  itburnu,  əzgil,  milağacı,  böyürtkən,  Qafqaz  bənövşəsi, 

oduvançik, cançiçəyi, nəcib romaşka, çayırotu, mat ot, çəmən ot və s. kimi dərman bitkilərinə 

rast gəlinir. Onlar xüsusən subalp çəmənliklərdə yayılmışdır. 

Göygöl Milli Parkı həmçinin öz heyvanlar aləmi ilə də zəngindir. Məməlilərdən – Qafqaz nəcib 

maralı,  cüyür,  qonur  ayı,  təkə,  porsuq,  meşə  pişiyi,  samur,  vaşaq,  dovşan,  dələ,  tülkü,  kirpi, 

köstəbək və s., quşlardan – bildirçin, göyərçin, ağac xoruzu, saqqallı leşyeyən, qaya leşyeyən, 

Misir  leşyeyəni,  qartal,  bayquş,  su  quşu,  qara  ağacdələn,  qızıl  sarıköynək,  meşə  torağayı, 

qaratoyuq və s. ərazidə yayılmışdır. Nadir – Qafqaz nəcib maralı və Forel balığı (göldə) Milli 

Parkda  qorunmaqdadır.  Göygöl  Milli  Parkının  gözəl  və  rəngarəng  təbiəti,  zəngin  flora  və 

fauna

sı  turist  və  qonaqları  cəlb  etməklə  ərazidə  ekoturizmin  təşkili  və  inkişafına  imkan 



yaradacaq.

 

Qarayazı Dövlət Təbiət Qoruğu 

Qarayaz


ı  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  hökumətinin  2  mart  1978-ci  il  tarixli  qərarına 

əsasən  Qazax  rayonu  ərazisində  —  Ağstafa  meşə  təsərrüfatının  Kürətrafı  meşələrində  6000 

hektara  yax

ın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 

hektar  torpaq  fondu  Qazax  rayonunun  Sad

ıqlı  üzümçülük  sovxozuna  verildi  və  4855  hektar 

ərazisi qaldı. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 

qoru


ğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.  

Qoruqda  m

əşhur  Qarayazı  meşələrinin  təbiət  kompleksi  qorunur.  Azərbaycanın  düzən 

me

şələrinin  xeyli  hissəsi  Kür  çayı  boyunca  yerləşmişdir.  Bu  meşələr  uzun  müddət  ciddi 



mühafizə edilməmiş, qırılma, otarılma və kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq 

sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.  

Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri 

sahəsində həyata keçirilməyə başlanmışdır.  

Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı 

düzünün  xeyli  hissəsini  əhatə  edir.  Qoruğun  şərqə  davamı  Qarayazı-Ağstafa  Dövlət 

Y

asaqlığıdır.  Qərbdə  Gürcüstan,  şimalda  Bakı—Tbilisi  dəmiryolu,  cənubda  Kür  çayı  ilə 



sərhədlənir.  

Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bununda çox hissəsini meşə ilə örtülü, az hissəsini 

isə  meşə  ilə  örtülü  olmayan  sahə  təşkil  edir.  Meşəsiz  sahə  əsasən  qumluqlardan,  su 

sahələrindən, bataqlıqlardan və s. ibarətdir. 

 

 

 



Eldar Şamı Dövlət Təbiət Qoruğu 


 

20 


Eldar  Şamı  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü il 16 dekabr 

tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-

tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, 

bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin 

(ardıc,saqqızağacı və s.), dünyada yeganə vətəni olan Ellər oyuğunda Eldar şamı meşəliyinin təbii 

vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət  ərazilərinin mühafizəsini həyata keçirməkdir.  

Hələ  1910-cu  ildə  3,5  min  hektar  sahədə  Eldar  şamı  sahəsi  botaniki  yasaqlıq  elan  edilmiş  və 

qorunmuşdur.  Samux  rayonu  ərazisində  dünyada  yeganə  təbii  Eldar  şamı  meşəliyinin  qorunması 

məqsədi  ilə  Azərbaycan  hökumətinin  5  may  1948-ci  il  tarixli  qərarı  ilə  «Eldar  şamı»  yasaqlığı 

yaradıldı.  Eldar  şamı  respublikamızın  və xarici  ölkələrin  müxtəlif  regionlarının  quraq  sahələrində 

əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti 

hərtərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay 

qoruğunun,  1967-ci  ildə  Göygöl  qoruğunun  filialına  çevrildi  və  dövlət  meşə  torpaqları  hesabına 

1978-


ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.  

Eldar şamı qoruğunun yerləşdiyi ərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə 

uzanan  alçaq  dağlıq  sahədir.  Torpaq  örtüyü  şiddətli  eroziyaya  uğramış,  çox  yerdə  torpaq  əmələ 

gətirən  suxurlardan  azfərqlənən  qəhvəyi  arid  meşə  torpaqlarıdır.  Burada  yarımsəhra  və  quru 

bozqırların yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.  

E

ldar  şamı  Ellər  oyuğunda  özünəməxsus  arid  meşə  landşaftı  yaratmışdır.  Burada  meşələr  əsasən 



Eldar  şamı,  ardıc,  saqqızagacı,  murdarça,  doqquzdon,  nar,  efedra,  zirinc,  qarağan,  dovşanalması, 

qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 

m, diametri 10-

28 sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı 

kitab»ına daxil edilmişdir.  

Qoruğun  ərazisinin  əsas  hissəsini  meşə  sahəsi,  qalan  hissəsini  isə  yarğanlar  və  sıldırım  yamaclar 

təşkil edir.  

Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan 

isə kəklik diqqəti cəlb edir.  

Cədvəl 1.4. Dövlət təbiət yasaqlıqları(Mənbə ETSN) 

No 

DTY adı 


İnzibati ərazi 

Sahəsi 


Yarandığı il 

Korçay DTY 



Goyg

ol və Goranboy rayonları 

15 000 

1961 


Şəmkir DTY 

Şəmkir rayonu 

10 000 


1964 

Qarayazi-



Ağstafa DTY 

Ağstafa rayonu 

10 000 

1964 


Qizilca DTY 

Gədəbəy rayonu 

5135 


1984 

 

 



 

1.2.4

 

 

Geologiya və topoqrafiya 

Gəncə-Qazax  region  respublikamızın  iki  əsas  oroqrafik  ərazilərində  yerləşir.  Onlardan  biri  Kiçik 

Qafqaz, digəri isə Kür çökəkliyidir. 

Gəncə-Qazax region çaylarında hövzələrinin geoloji quruluşu aşağıdakı kimidir: 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə