Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 

24 


 

Likvidliyin uyğunsuzluğu 

 

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarına 27 saylı qeyddə açıqlandığı kimi, Qrupun 31 dekabr 

2012-ci il və 31 dekabr 2011-ci il tarixlərinə on iki aya qədərki dövr üzrə yığılan mənfi likvidlik kəsiri 

vardır. Rəhbərlik müddəti on iki aya qədər olan cəlb edilmiş öhdəliklərini qarşılamaq üçün lazımi 

vəsaitlərin əldə edə biləcəyini ehtimal edir. Xüsusilə də, rəhbərlik ehtimal edir ki, Qrupun səhmdarları 

tərəfindən edilən davamlı yardım və beynəlxalq maliyyə institutlarından borc vəsaitlərini cəlb etmək 

imkanları onun 27 saylı qeyddə açıqlanan öhdəliklərinin ödənilməsi tələb olunduğu təqdirdə lazımi 

vəsaitləri əldə etmək imkanlarını təmin edir.  



 

 

3. 



YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ 

STANDARTLARININ(MHBS) TƏTBİQİ   

 

Qrup Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MÜBSŞ”) və Beynəlxalq Maliyyə 



Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış yeni və ya düzəliş edilmiş aşağıdakı 

standart və şərhləri qəbul etmişdir ki, bunlar da 31 dekabr 2012-ci il tarixinə bitən il üzrə Qrupun illik 

maliyyə hesabatı üzrə qüvvəyə minmişdir: 

 

 



3 saylı MHBS (2008) “Müəssisə Birləşmələri” / 27 saylı MUBS “Konsolidə edilmiş və ayrıca 

maliyyə hesabatları” — MHBS-ə 2010-cu il may tarixli İllik Təkmilləşmələr nəticəsində 

düzəlişlər: 1) düzəliş edilmiş MHBS-in qüvvəyə minmə tarixindən əvvəl baş vermiş müəssisə 

birləşməsinin şərti nəzərə alınması üzrə keçid tələblər; 2) qeyri-nəzarət maraqlarının 

ölçülməsinin aydınlaşdırılması; 

 

7 saylı MHBS “Maliyyə Alətləri: Açıqlamalar” — MHBS-ə 2010-cu il may tarixli İllik 



Təkmilləşmələrdən nəticələnən düzəlişlər: açıqlamaların aydınlaşdırılması və təkrar 

müəyyənləşdirilmiş kreditlərə dair açıqlama tələbinin buraxılması; 

 

24 saylı MUBS “Əlaqəli Tərəf Açıqlamaları” — (2009-cu ildə düzəliş edildiyi kimi) əlaqəli tərəf 



anlayışını dəyişdirir və hökumət qurumları üçün açıqlamaları sadələşdirir. 

 

32 saylı MUBS “Səhm üzrə hüquq emissiyalarının təsnifləşdirilməsi”nə düzəliş  — bu düzəliş 



müəssisənin öz derivativ olmayan pay alətlərinin müəyyən sabit məbləğ qarşılığında istənilən 

valyutada alınması üçün emissiya etdiyi və kapilalın tərifinə uyğun gələn alətlərin hüquq 

emissiyalarının kapital kimi təsnifləşdirilməsini nəzərdə tutur. Qrup bu cür alətlərə malik 

olmadığından bu düzəlişin Qrupun konsolidə olunmuş maliyyə hesabatlarına təsiri yoxdur; 

 

19 saylı BMHŞK “Maliyyə Öhdəliklərinin Pay Alətləri ilə Ödənilməsi” — bu şərh borcverənin 



nöqteyi-nəzərindən borcların pay alətləri ilə dəyişdirilməsinin uçotu ilə bağlı təlimatları təqdim 

edir. Qrup bu cür əməliyyatlar həyata keçirmədiyindən bu şərh Qrupun konsolidə olunmuş 

maliyyə hesabatlarına təsir etmir.  

 

Yeni və ya düzəliş edilmiş standartların qəbul edilməsi Qrupun maliyyə vəziyyəti və ya fəaliyyətinə 



heç bir təsir göstərmədi və hamısı aşağıda başqa cür göstərilməyibsə 8 saylı MUBS “Mühasibat 

Uçotu Siyasətiı, Uçot qiymətləndirmələrində dəyişikliklər və Səhvlər”ə uyğun olaraq restrospectiv 

şəkildə tətbiq olunmuşdur. 

 

 MHBS 7yə düzəlişlər Açıqlamalar – Maliyyə aktivlərinin köçürülməsi  

Qrup bu il Açıqlamalar- Maliyyə aktivlərinin köçürülməsi haqqında MHBSyə edilmiş düzəlişləri tətbiq 

etmişdir. Düzəlişlər maliyyə aktivlərinin köçürülməsi zamanı yaranacaq risklərlə bağlı daha yüksək 

şəffaflığı təmin etmək üçün maliyyə aktivlərinin köçürülməsi əməliyyatları üzrə açıqlama tələblərini 

artırır.   

Maliyyə Alətləri: Açıqlamalar haqqında MHBS 7yə edilmiş düzəlişlərdəki keçid müddəalarına uyğun 

olaraq Qrup düzəlişlə tələb olunan müqayisəli məlumatı təqdim etməmişdir.   



 

25 


 

 

Digər məcmu gəlir maddələrının təqdimatı haqqında MUBS1 ə düzəlişlər  

Qrup Digər məcmu gəlir maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişləri qüvvəyə minmə 

tarixindən əvvəl tətbiq etmişdir. (1 iyul 2012-ci il tarixdə və ondan sonra başlayan illik dövrlər üçün). 

Düzəlişlər məcmu gəlirlər və mənfəət və zərər hesabatı üçün yeni terminologiyanı təqdim edir . Digər 

məcmu gəlir maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişlərə əsasən məcmu gəlirlər 

haqqında hesabatın adı mənfəət və ya zərər hesabatı və digər məcmu gəlirlər, mənfəət hesabatı isə 

mənfəət və ya zərər haqqında hesabat ilə əvəz olunur. Digər məcmu gəlir maddələrinin təqdimatı 

haqqında MUBS 1-ə düzəlişləri mənfəət və ya zərərin və digər məcmu gəlirlərinin bir hesabatda və 

ya iki hesabatda ayrıca, lakin ardıcıl qaydada təqdim olunması seçimini saxlayır. Lakin, MUBS 1-ə 

düzəlişlər digər məcmu gəlir maddələrinin digər məcmu gəlirlər hissəsində 2 kateqoriyada 

qruplaşdırılmasını tələb edir: (a) daha sonra mənfəət və ya zərər üzrə yenidən təsnifləşdirilməyən 

maddələr və (b) xüsusi şərtlərə əməl edilməklə daha sonra mənfəət və ya zərər üzrə yenidən 

təsnifləşdirilə bilən maddələr. Digər məcmu gəlir maddələri üzrə gəlir vergisinin eyni əsasda 

bölüşdürülməsi tələb olunur – düzəlişlər digər məcmu gəlir maddələrinin vergidən əvvəl yaxud  vergi 

çıxıldıqdan sonra təqdim edilməsi seçimi dəyişmir. Düzəlişlər geriyə şamil olunmaqla tətbiq olunur 

bunun nəticəsi olaraq , digər məcmu gəlir maddələrinin təqdimatına dəyişiklikləri əks etdirmək üçün 

düzəliş edilmişdir.  Yuxarıda qeyd olunan təqdimatla bağlı dəyişikliklərdən başqa, Digər məcmu gəlir 

maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişlərin tətbiqi mənfəət və ya zərər maddələrinə, 

digər məcmu gəlirlərə və cəmi məcmu gəlirlərə heç bir təsir etmir.    

 

Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1ə düzəlişlər  

(2012-ci ilin may ayında buraxılmış 2009-2011 dövrəsi üzrə MHBSlərə illik təkmilləşmələr) 

Qrup 2009-2011 dövrəsi üzrə MHBSlərə illik təkmilləşmələrin bir hissəsi kimi MUBS 1ə edilmiş 

düzəlişləri onların qüvvəyə minməsi tarixindən əvvəl (1 yanvar 2013-cü ildən başlayan və ya ondan 

sonrakı illik dövrlər üçün) tətbiq etmişdir.  

 

Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1 mühasibat qaydalarını retrospektiv qaydada 



dəyişən və ya retrospektiv düzəliş və ya yenidəntəsnifləşdirmə aparan  müəssisələrdən maliyyə 

vəziyyəti haqqında hesabatı növbəti dövrün əvvəlində (maliyyə vəziyyəti haqqında üçüncü hesabat) 

təqdim etməyi tələb edir. Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1ə düzəlişlər göstərir ki, 

müəssisə tərəfindən maliyyə vəziyyəti haqqında üçüncü hesabat yalnız retrospektiv tətbiq, düzəliş və 

ya yenidəntəsnifləşdirmə maliyyə vəziyyəti haqqında üçüncü hesabatdakı məlumata mühüm təsir 

etdikdə və ya maliyyə vəziyyəti haqqında üçüncü hesabatla tələb olunmayan qeydlərlə bağlı olduqda 

təqdim edilməsi tələb olunur.   

 

Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası” haqqında MUBS 12-yə 



düzəlişlər  

Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası” haqqında MUBS 12-yə düzəlişlər bu 

il tətbiq etmişdir.  Düzəlişlərə əsasən İnvestisiya mülkiyyəti haqqında MUBS40-a uyğun olaraq 

ədalətli dəyər modelini istifadə etməklə ölçülən investisiya mülkiyyətinin fərziyyə təkzib 

olunmayanadək təxirə salınmış verginin qiymətləndiyilməsi məqsədləri üçün satış vasitəsilə tam 

bərpa olunacağı ehtimal edilir. Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası” 

haqqında MUBS 12-yə düzəlişlərin tətbiqi Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına təsir 

etməmişdir.  



 

Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər   

 

Qrup buraxılmış lakin hələ qüvvəyə minməmiş aşağıdakı yeni və düzəliş edilmiş MHBSləri tətbiq 



etməmişdir: 

 

  MHBS 9 Maliyyə alətləri



3

; 

  MHBS 10 Konsolidə edilmiş maliyyə hesabatları



2

  MHBS 11 Birgə razılaşmalar



2

  MHBS 12 “Digər müəssisələrdə olan iştirak payının açıqlanması



2

  MHBS 13 Ədalətli Dəyərin Ölçülməsi



1

  MHBS 7 “Maliyyə Alətləri: Açıqlamalar” – maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin 



əvəzləşdirilməsi ilə bağlı açıqlamaları gücləndirən düzəlişlər

1

 



  Maliyyə alətləri haqqında MHBS 9-a və Maliyyə Alətləri:Açıqlamalar haqqında MHBS 7-yə 

düzəlişlər düzəlişlər  –  “MHBS9-un icbari tətbiq tarixi və keçid açıqlamaları

3



  

  Konsolidə edilmiş maliyyə hesabatları haqqında MHBS 10-na, Birgə razılaşmalar haqqında MHBS 



11-əvə Digər müəssisələrdə iştirak payının açıqlaması haqqında MHBS 12-yə düzəlişlər: Keçid 

təlimatı”

1

; 

  MUBS 19 (2011-ci ildə düzəliş edildiyi kimi) İşçilərin mükafatlandırılması

1




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə