Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 

26 


 

  MUBS 27 (2011-ci ildə düzəliş edildiyi kimi) Fərdi maliyyə hesabatları

2



  MUBS 28 (2011-ci ildə düzəliş edildiyi kimi) Asılı və Birgə Müəssisələrə İnvestisiyalar



2

  Maliyyə alətləri: Təqdimat – “Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi”



haqqında MUBS

 

32-yə düzəlişlər 



  MHBSlərə düzəlişlər  – MUBS 1-ə düzəlişlər istisna olmaqla (yuxarı baxın) 2009-2011 dövrəsi 

üzrə MHBSlərə təkmilləşmələr

1



 

1

 Daha erkən tətbiqinə icazə verilməklə, 1yanvar 2013-cü il tarixdə başlayan və ondan sonrakı illik 



dövrlər üçün qüvvədədir. 

2

 Beş standartın hər biri 1 yanvar 2013-cü il tarixində və ya ondan sonrakı illik dövrlər üzrə qüvvəyə 



minir, lakin bu “beşliyə” daxil olan bütün standartlar erkən tətbiq olunarsa daha erkən tətbiqə icazə 

verilir (erkən tətbiq edilə bilən 12 saylı MHBS istisna olmaqla). 

Daha erkən tətbiqinə icazə verilməklə, 1 yanvar 2015-ci il tarixdə başlayan və ondan sonrakı illik 



dövrlər üçün qüvvədədir. 

Daha erkən tətbiqinə icazə verilməklə, 1 yanvar 2014-cü il tarixdə başlayan və ondan sonrakı illik 



dövrlər üçün qüvvədədir.  

 

9 saylı MHBS Maliyyə Alətləri – 2009-cu ilin noyabrında buraxılıb və 2010-cu ilin oktyabrında edilən 

düzəliş maliyyə aktivləri və maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi və tanınmanın dayandırılması 

üzrə yeni tələbləri təsbit edir. 

 

 



9 saylı MHBS 39 saylı MUBS Maliyyə Alətləri: Tanınma və Ölçülmənin tətbiq dairəsinə daxil 

olan bütün tanınmış maliyyə aktivlərinin son nəticədə amortizasiya edilmiş ədalətli dəyər 

qiymətində ölçülməsini tələb edir. Daha konkret desək, əsas məqsədi müqavilədən irəli gələn 

pul vəsaitlərinin toplaması olan biznes modeli çərçivəsində saxlanılan və “principal outstanding” 

üzrə yalnız “principal” və faiz ödənişləri olan müqavilədən irəli gələn pul vəsaitlərinə malik borc 

investisiyaları adətən növbəti mühasibat uçotu müddətinin sonunda amortizasiya edilmiş 

qiymətlə ölçülür. Bütün digər borc investisiyaları və kapital investisiyalar növbəti mühasibat 

uçotu müddətinin sonunda ədalətli dəyər əsasında ölçülür.  

 

 

9 saylı MHBS-nın maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə dair ən əhəmiyyətli təsiri həmin 



öhdəliyin kredit riskində olan dəyişikliklərə aid olan maliyyə öhdəliyinin (mənfəət və ya zərər 

vasitəsilə ədalətli dəyər kimi müəyyən edilir) ədalətli dəyərində dəyişikliklər üzrə mühasibt 

uçotuna aiddir. 9 saylı MHBS-a əsasən mənfəət və zərər uçotunda ədalətli dəyərlə nəzərdə 

tutulmuş maliyyə öhdəlikləri halında belə maliyyə öhdəliyi üzrə kredit riskindəki dəyişikliyə aid 

edilən onun ədalətli dəyərində baş vermiş dəyişiklik digər məcmu gəlirlər hesabatında tanınır, 

əgər öhdəlik üzrə kredit riskində baş vermiş dəyişikliyin təsir nəticələrinin digər məcmu gəlirlər 

hesabatında tanınması mənfəət və zərər üzrə mühasibat uçotu qeydlərində uyğunsuzluqların 

baş verməsi yaxud artmasına gətirib çıxarmazsa. Maliyyə öhdəliyi üzrə kredit riskinə aid edilən 

ədalətli dəyərdə baş vermiş dəyişiklik sonradan mənfəət və zərər hesabında təkrar təsnif 

edilmir. Əvvəllər, 39 saylı MHBS-a əsasən mənfəət və zərər hesabatında ədalətli dəyərlə 

nəzərdə tutulmuş maliyyə öhdəliyinin ədalətli dəyərindəki dəyişikliklərin məbləği bütövlüklə 

mənfəət və zərər uçotunda tanınırdı.  

 

Qrup rəhbərliyi güman edir ki, 9 saylı MHBS 1 yanvar 2015-cü il tarixindən başlayan illik dövrlər üzrə 



konsolidə  edilmiş  maliyyə  hesabatlarında  qəbul  ediləcək  və  yeni  standartın  tətbiqi  Qrupun  maliyyə 

aktivləri  və  öhdəlikləri  üzrə  açıqlanmış  məbləğlərə  əhəmiyyətli  dərəcədə  təsir  göstərəcək.    Lakin, 

müfəssəl  icmal  başa  çatmayana  qədər  belə  nəticələr  ilə  bağlı  əsaslı  təxminlərin  verilməsi  praktiki 

hesab edilmir. 

 

10  saylı  MHBS  Konsolidə  Edilmiş  Maliyyə  hesabatları  –  sərmayə  alanın  təbiətindən  asılı 

olmayaraq  (yəni,  quruma  səsvermə  hüquqları  və  ya  xüsusi  məqsədli  qurumlarda  digər  müqavilə 

razılaşmaları  vasitəsilə  nəzarətə  əsaslanan)  bütün  qurumlar  üçün  tək  konsolidasiya  modelini  tətbiq 

etməklə  27  saylı  MUBS  və  SŞK-12-də  nəzarət  və  konsolidasiya  üzrə  bütün  istiqamətləri  əvəz  edir. 

10 saylı MHBS çərçivəsində geniş tətbiq istiqaməti ilə nəzarətin tək anlayışı sərmayədarın  

aşağıdakılara malik olub olmamasına əsaslanır: 

 

Sərmayə alan üzərində səlahiyyət; 



 

Sərmayə alanla iş birliyindən müxtəlif gəlirlər əldə etmə və ya əldə etmə hüququ; və 

 

Gəlirlərin həcminə təsir etmək üçün sərmayə alan üzərində səlahiyyətlərindən istifadə etmək 



bacarığı. 

 


 

27 


 

11  saylı  MHBS  Birgə  Razılaşmalar – 31 saylı MUBS müştərək fəaliyyət və ya müştərək müəssisə 

kimi  təsnifləndirməklə  birgə  razılaşmalar  üzrə  yeni  mühasibat  uçotu  tələbləri  ilə  əvəz  edir  (“birgə 

nəzarət edilən aktivlər” təsnifatı artıq mövcud deyildir). 

 

 



Razılaşmadan  irəli  gələn  hüquq  və  öhdəlikləri  tanıyaraq,  tərəflər  birgə  razılaşmanın  hüquqi 

strukturuna deyil, hüquq və öhdəliklərin onlarla necə bölüşməsinə diqqət yetirməlidirlər. 

 

Birgə fəaliyyət  tərəflərə öhdəliklər üzrə aktiv və passivlərə birbaşa hüquq  razılaşması təmin 



edir.  Beləliklə,  birgə  operator  birgə  fəaliyyətdə  olan  iştirak  faizinə  deyil,  bu  fəaliyyətdə  olan 

iştirakına əsaslanan marağını tanıyır (yəni birbaşa hüquq və öhdəliklərə əsaslanaraq). “Birgə 

fəaliyyət”in  tərəfi  razılaşmadan  irəli  gələn  aktivləri,  passivləri,  gəlir  və  xərcləri  tanıyır  (qəbul 

edir). 


 

Müştərək  müəssisə  tərəflərə  razılaşmanın  xalis  aktiv  və  ya  nəticəsini  (mənfəət  və  ya  zərər) 

əldə  etmək  hüquqlarını  verir.  Müştərək  müəssisələr  28  saylı  MUBS  “İnvestisiya 

Tərəfdaşları”na  uyğun  olaraq  kapital  metodundan  istifadə  etməklə  hesablanır.    Qurumlar 

artıq  proporsional  konsolidasiya  metodundan  istifadə  etməklə  müştərək  müəssisədə  faizə 

arxalana bilərlər. “Birgə müəssisə” tərəfi investisiyanı qəbul edir/tanıyır. 



 

12  saylı  MHBS  Digər  müəssisələrdə  iştirak  paylarının  açıqlanması  –  Törəmə  müəssisələr, 

tərəfdaşlar,  birgə  razılaşmalar  və  konsolidə  edilməmiş  strukturlu  qurumlarda  qurumun  maraqları  ilə 

əlaqədar məzmun, risk və maliyyə təsirlərini qiymətləndirməkdə maliyyə hesabatı olan  istifadəçilərə 

imkanın  yaradılması  üçün  qurumun  iştirakı  olduğu  hər  konsolidə  edilmiş  və  edilməmiş  qurumlarda 

açıqlamaların  təkmilləşməsini  tələb  edir.  Beləliklə,  12  saylı  MHBS  iki  yeni  standart  olan  10  saylı 

MHBS və 11 saylı MHBS çərçivəsində hesabat verən qurumlar üçün tələb olunan açıqlamaları təsbit 

edir və 28 saylı MUBS-da hazırda müəyyən olunan açıqlama tələblərini əvəz edir. 

 

13  saylı  MHBS  Ədalətli  Dəyər  Ölçülməsi  –  ədalətli  dəyərin  dəqiq  anlayışı,  ədalətli  dəyərin 

ölçülməsinin  tək  mənbəyi  və  MHBS-lər  üzrə istifadə  etmək  üçün  açıqlama tələblərini  təmin  etməklə 

ardıcıllığı təkmilləşdirmək və mürəkkəbliyin azaldılmasına yönəlmişdir. Standart: 

 

 

ədalətli dəyəri müəyyən edir;  



 

ədalətli dəyərin ölçülməsinin tək MHBS çərçivəsini təsbit edir;  

 

ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları tələb edir.  



 

13 saylı MHBS “Pay Alətləri əsasında ödəmə” haqqında MHBS 2 çərçivəsində pay alətləri əsasında 

ödəmə  əməliyyatları,  “İcarə”  haqqında  MHBS  17  çərçivəsində  lizinq  əməliyyatları  istisna  olmaqla 

ədalətli dəyər ölçülmələri ilə bağlı belə dəyərin ölçülməsi və açıqlanması tələb olunduqda və ya buna 

icazə  verildikdə,  habelə  ədalətli  dəyərin  ölçülməsinə  (həmin  ölçülmələr  ədalətli  dəyərə  və  ya 

açıqlamalara  əsasən  ədalətli  dəyərdən  satış  dəyərini  çıxmaqla  aparılır)  oxşar  olan,  lakin  ədalətli 

dəyər  olmayan  məsələn,  “Ehtiyatlar”  haqqında  MUBS  2-də  xalis  satış  dəyəri  və  ya  ”Aktivlərin 

dəyərsizləşməsi” haqqında MUBS 36-da istifadə dəyəri kimi ölçülmələr tətbiq olunur.    

 

Qrup hazırda düzəliş edilmiş standartın maliyyə hesabatlarına təsirini qiymətləndirir. 



 

Maliyyə alətləri: Açıqlamalar haqqında MHBS 7yə və Maliyyə alətləri: Təqdimat- Maliyyə 

aktivlərinin və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi və aidiyyatı açıqlamalar haqqında MUBS 

32yə düzəlişlər 

 

Maliyyə Alətləri: Açıqlamalar haqqında MUBS 32-yə düzəlişlər maliyyə aktivlərinin və maliyyə 

öhdəliklərinin əvəzləşdirilməsi tələbləri ilə bağlı hazırkı tətbiq məsələlərinə aydınlıq gətirir. Xüsusilə 

də, düzəlişlər “hazırda əvəzləşdirmə üçün hüquqi qüvvəyə malik olan” və “eyni zamanda satış və 

hesablaşmanın aparılması” ifadəsinin mənasına aydınlıq gətirir.  

 

Maliyyə Alətləri: Açıqlamalar haqqında MHBS 7yə düzəlişlər müəssisələrdən maliyyə alətləri üçün 



icbari əvəzləşdirmə müqaviləsi və ya oxşar razılaşmalar əsasında əvəzləşdirmə hüquqları və 

aidiyyatı planlar (girovun qeydi edilməsi üçün tələblər) barədə məlumatın açıqlanmasını tələb edir.  

Açıqlamalar bütün müqayisəli dövrlər üçün keçən dövrlərə şamil olunmaqla təqdim olunmalıdır. 

 

Qrupun rəhbərliyi MUBS 32 və MHBS 7-yə edilmiş bu düzəlişlərin tətbiq edilməsinin gələcəkdə 



maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi ilə bağlı daha çox açıqlamaların 

verilməsi ilə nəticələnəcəyini ehtimal edir.   




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə