Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 

28 


 

 

İşçilərin mükafatlandırılması haqqında MUBS 19-a düzəlişlər – İşçilərin mükafatlandırılması 

haqqında MUBS 19-a düzəlişlər müəyyən olunmuş müavinət planları, işdən çıxma müavinətləri və 

qısamüddətli müavinətlər anlayışı üçün uçot qaydalarını dəyişir.Ən mühüm dəyişikliklər müəyyən 

olunmuş müavinət öhdəliklərində və planlaşdırılan aktivlərdə dəyişikliklərin uçotu ilə bağlıdır. 

Düzəlişlər  - müəyyən olunmuş müavinət öhdəliklərində və planlaşdırılan aktivlərin ədalətli dəyərində 

onlar yarandıqları zaman dəyişikliklərin tanınmasını tələb edir ki, bu da nəticə etibarilə İşçilərin 

mükafatlandırılması haqqında MUBS 19-un əvvəlki versiyasında icazə verilən “dəhliz yanaşması”nı 

ləğv edir və keçmiş xidmət xərclərinin tanınmasını tezləşdirir. Düzəlişlər maliyyə vəziyyəti haqqında 

konsolidə edilmiş hesabatda tanınmış xalis pensiya aktivinin və ya öhdəliyinin plan kəsirinin və ya 

artığının tam dəyərini əks etdirməsi üçün bütün aktuar mənfəət və zərərlərin dərhal digər məcmu 

mənfəətdə tanınmasını tələb edir.  

Bundan əlavə,  İşçilərin mükafatlandırılması haqqında MUBS 19-un əvvəlki versiyasında istifadə 

olunmuş faiz xərci və planlaşdırılan aktivlər üzrə gözlənilən gəlir xalis faiz məbləği ilə əvəz olunur ki, 

bu da xalis müəyyən olunmuş müavinət öhdəliyinə və ya aktivinə diskont dərəcəsini tətbiq etməklə 

hesablanır.  

 

İşçilərin mükafatlandırılması haqqında MUBS 19-a düzəlişlər retrospektiv qaydada tətbiqi tələb edir. 



Qrupun müəyyən olunmuş müavinət planları olmadığından Qrupun rəhbərliyi İşçilərin 

mükafatlandırılması haqqında MUBS-a düzəlişlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına 

mühüm təsir göstərəcyini ehtimal etmir.  

 

32  saylı  MUBS  Maliyyə  Alətlərinə  Düzəlişlər:  Təqdimat  -  əvəzləşdirmə  qaydalarının  tətbiqinə 

aydınlıq gətirir və dörd əsas sahəyə yönəlmişdir: 



 

 

“hazırda hüquqi cəhətdən əvəzləşdirmə üzrə qüvvəyə minmə hüququ”nun mənası 



 

eyni vaxtda realizə etmə və hesablaşmanın tətbiqi  

 

girov məbləğlərinin əvəzləşdirilməsi  



 

əvəzləşdirmə tələblərinin tətbiqi üzrə hesab vahidi  

 

7 saylı MBHS Maliyyə Alətləri: Açıqlama hissəsində açıqlama tələblərinə edilən müvafiq düzəlişlər 32 

saylı  MUBS-nın  42  saylı  bəndinə  uyğun  olaraq  bütün  tanınan  maliyyə  alətləri  barədə  məlumatın 

verilməsini  tələb  edir.  Düzəlişlər  həmçinin  hətta  32  saylı  MUBS  çərçivəsində  əvəzləşdirilməsə  də, 

qüvvəyə  minə  bilən  qarşılıqlı  kompensasiya  (netting)  razılaşmaları  və  oxşar  müqavilələrin  predmeti 

olan  uçota  alınan  maliyyə  alətləri  barədə  məlumatların  açıqlanmasını  tələb  edir.  Bu  açıqlamalar 

qurumun  tanınan  maliyyə  aktivləri  və  öhdəlikləri  ilə  bağlı  əvəzləşdirmə  hüquqları  daxil  olmaqla 

istifadəçilərə  nettinq  razılaşmalarının  potensial  təsirinin  Qrupun  maliyyə  vəziyyətinə  təsirini 

qiymətləndirmək imkanını verir. 



 

Qrup bu düzəlişlərin konsolidə edilmiş maliyyə hesabatlarına təsirini və onların tətbiq müddətini 

nəzərdən keçirir. 

 

 



4. 

PUL VƏSAİTLƏRİ VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİ  

 

   



 

 

31 dekabr  

2012-ci il 

 

31 dekabr  

2011-ci il 

 

 



 

 

Kassadakı qalıqlar 



136,694 

 

137,361 



Milli/Mərkəzi banklarda yerləşdirilmiş nağd pul vəsaitlərı (məcburi 

ehtiyatlardan başqa) 

73,014 

 

42,099 



Müxbir hesablar və digər banklarda yerləşdirilən overnayt depozitlər: 

 

 



 

- Azərbaycan Respublikasında 

39,718 

 

2,766 



- Digər ölkələrdə 

239,716 


 

209,155 


 

 

 



 

Cəmi pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 

489,142 

 

391,381 

 

 



31  dekabr  2012-ci  il  tarixinə  Milli/Mərkəzi  banklarda  yerləşdirilmiş  vəsaitlərin  qalıqlarına  (məcburi 

ehtiyat  depozitlərindən  başqa)  Bankın  və  onun  törəmə  müəssisələri  olan  ABB  Moskva  və  ABB 

Gürcüstanın  ARMB,  RFMB  və  GMB-də  yerləşdirilmiş  müxbir  hesabları  üzrə  müvafiq  olaraq  52,563 

min  manat,  20,167  min  manat  və  284  min  manat  (31  dekabr  2011-ci  il  tarixinə:  müvafiq  olaraq 

26,427 min manat, 14,443 min manat və 1,229 min manat) məbləğində qalıq vəsaitlər daxil olmuşdir. 

 



 

29 


 

31 dekabr 2012-ci il tarixinə digər banklarda yerləşdirilmiş overnayt depozitlər illik 0.16 % ilə  39,250 

min  manat  məbləğində  olmuşdur  (31  dekabr  2011-ci  il  tarixinə:  illik  0.01%-0.25  ilə,  89,705 

məbləğində digər banklarda yerləşdirilmiş overnayt depozitlər).  

 

 

31  dekabr  2012-ci  il  tarixinə  pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  kredit  keyfiyyətinə  görə  təhlili    



aşağıdakı cədvəldə göstərilir: 

 

 



Milli/Mərkəzi 

banklarıdakı 

qalıqlar 

 

Digər banklardakı 

müxbir hesablar və 

overnayt depozitlər 

 

Cəmi 

 

 



 

   


 

Cari və dəyərsizləşməmiş: 



 

 

   

 

- Azərbaycan Respublikasının Mərkəzi Bankı 

52,563   

-   


52,563 

- Rusiya Federasiyasının Mərkəzi Bankı 

20,167   

-   


20,167 

- Gürcüstan Milli Bankı 

284   

-   


284 

Digər bankların kredit reytinqləri: 

   

   


 

- AAA 


-   

-   


- AA 


-   

18,289   

18,289 

- A 


-   

162,325   

162,325 

- BBB 


-   

56,604   

56,604 


-   

40,977   

40,977 

- reytinqsiz 



-   

1,239   


1,239 

 

   

   

 

Cəmi cari və dəyərsizləşməmiş pul vəsaitləri və 

onların ekvivalentləri, nağd pul çıxılmaqla 

73,014   

279,434   

352,448 

 

 



Azərbaycan Respublikasına təyin edilən  ən son beynəlxalq reytinq Fitch Ratings beynəlxalq reytinq 

agentliyi  tərəfindən  müəyyən  edilmiş  BBB-/Positive  (27  yanvar  2012-ci  il),  Rusiya  Federasiyasına 

təyin  edilmiş  BBB/Sabit  (16  yanvar  2012-ci il)  və  Gürcüstan  Respublikasına  təyin  edilmiş  BB-/Sabit 

(15 dekabr 2011-ci il) reytinqləridir. 

 

31 dekabr 2011-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili 



aşağıdakı cədvəldə göstərilir: 

 

 



Milli/Mərkəzi 

banklarıdakı 

qalıqlar 

 

Digər banklardakı 

müxbir hesablar və 

overnayt depozitlər 

 

Cəmi 

 

 



 

   


 

Cari və dəyərsizləşməmiş: 



 

 

   

 

- Azərbaycan Respublikasının Mərkəzi Bankı 

26,427   

-   


26,427 

- Rusiya Federasiyasının Mərkəzi Bankı 

14,443   

-   


14,443 

- Gürcüstan Milli Bankı 

1,229   

-   


1,229 

Digər bankların kredit reytinqləri:: 

   

   


 

- AAA 


-   

13   


13 

- AA 


-   

123,044   

123,044 

- A 


-   

76,929   

76,929 

- BBB 


-   

376   


376 


-   

4,743   


4,743 

- reytinqsiz 

-   

6,816   


6,816 

 

   



   

 

Cəmi cari və dəyərsizləşməmiş pul vəsaitləri və 

onların ekvivalentləri, nağd pul çıxılmaqla 

42,099 

 

211,921 

 

254,020 

 

 



Yuxarıdakı  cədvəllərdə nağd pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlilii 

üçün  rəhbərlik  daxili  nəzarət  və  qiymətləndirmə  məqsədləri  üçün  bankları  yüksək  kredit 

keyfiyyətindən ən aşağı kredit keyfiyyətinə malik olanlar şəklində sıralamışdır. 

 

Nağd pul vəsaitləri və onların ekvivalentlərinin coğrafi, valyuta, likvidlik və faiz dərəcələri üzrə təhlili 



27 saylı qeyddə açıqlanır. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 31 saylı qeyddə açıqlanır. 

 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə