Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   2   3   4   5   6   7   8   9   ...   39








 

 



AZƏRBAYCAN BEYNƏLXALQ BANKI  

 

31 DEKABR 2012-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ HESABATA QEYDLƏR 

(min Azərbaycan Manatı ilə) 

 

1. 



ÜMUMİ MƏLUMAT 

 

Azərbaycan Beynəlxalq Bankı 1991-ci ildə tam dövlətə məxsus olan bank kimi təsis olunmuş və 



Azərbaycan Respublikasında yerləşir. 28 oktyabr 1992-ci ildə Bank səhmdar kommersiya bankına 

çevrilmiş və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (MN) Bankın əsas səhmdarı olmuşdur. 31 

dekabr 2012-ci il tarixinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bankın ümumi ödənilmiş 

nizamnamə kapitalının 51.60% hissəsinə (31 dekabr 2011-ci il tarixinə: 50.20% hissəsinə) sahib 

olmuşdur. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən tənzimlənir və 30 

dekabr 1992-ci il tarixində verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. 1 mart 2005-ci 

il tarixdə Bankın nizamnamə kapitalında dövlətə məxsus payların özəlləşdirilməsi prosesini 

müəyyənləşdirən Prezident Fərmanı qüvvəyə minmişdir. Bankın əsas fəaliyyəti kommersiya 

bankçılığı, qiymətli kağızlar, xarici valyuta və derivativ maliyyə alətləri ilə ticarət əməliyyatları, kredit 

və zəmanətlərin verilməsi və sair əməliyyatların aparılmasından ibarətdir. 

 

Bankın hüquqi ünvanı aşağıdakı kimidir: Nizami küçəsi 67, Bakı şəhəri, AZ 1005, Azərbaycan 



Respublikası. 

 

31 dekabr 2012 və 2011-ci il tarixlərinə Bankın Azərbaycan Respublikasında 37 filialı, London, 



Frankfurt, Dubay, Lüksemburq və Nyu-Yorkda 5 nümayəndəliyi fəaliyyət göstərmişdir. 

 

Bank maliyyə hesabatlarında konsolidə edilmiş aşağıdakı təşkilatlardan ibarət olan qrupun (“Qrup”) 



ana müəssisəsidir: 

 

 



 

Təsisçi payı / səsvermə 

hüququ (%) 

 

Adı 

Fəaliyyət göstərdiyi ölkə 

2012 

2011 

Əməliyyat növü 

 

 



 

  

Azərbaycan Beynəlxalq 

Bankı ASC 

Azərbaycan Respublikası 

Ana müəssisə 

Bankçılıq 

 

 



 

 

 



Törəmə müəssisələr: 

 

 



 

 

ABB Moskva MMC 



Rusiya Federasiyası 

100.0 


100.0 

bankçılıq 

 

 



 

 

 



Beynəlxalq Sığorta Şirkəti 

ASC 


Azərbaycan Respublikası 

100.0 


100.0 

sığorta 

 

 



 

 

 



Azərikard MMC 

Azərbaycan Respublikası 

100.0 

100.0 


plastik kartlar 

 

 



 

 

 



ABB Gürcüstan SC 

Gürcüstan Respublikası 

75.0 

75.0 


bankçılıq 

 

 

 

 



 

Assosiasiya olunmuş 

müəssisələr: 

 

 

 



 

Joint Lizinq Şirkəti MMC 

Azərbaycan Respublikası 

47.6 


47.6 

lizinq 

 

 



 

 

 



Bakı Banklararası Valyuta 

Birjası 


Azərbaycan Respublikası 

20.0 


20.0 

valyuta mübadiləsi 

 

Qrupun son nəzarətçi tərəfi Azərbaycan Respublikasının Hökümətidir.  



 

24 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində 100% Qrupa məxsus olan 

“Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC törəmə müəssisəsi (ABB Moskva) qeydiyyatdan 

keçmişdir. ABB Moskvanın nizamnamə kapitalı 10,000,000 Avro təşkil etmişdir. ABB Moskva Rusiya 

Federasiyasının Mərkəzi Bankı (RFMB) tərəfindən 25 yanvar 2002-ci il tarixində verilmiş lisenziyaya 

əsasən fəaliyyət göstərir. Lisenziyaya əsasən ABB Moskvaya hüquqi şəxslərlə rus rublu və digər 

xarici valyutalarda bank əməliyyatlarının həyata keçirilməsi imkanı verilir.Qeydiyyata alındıqdan 

sonra ilk iki il müddətində Rusiya Federasiyasının qanunvericilik tələblərinə əsasən ABB Moskvaya 

fiziki şəxslərdən depozitlərin cəlb edilməsi qadağan edilmişdir. 1 dekabr 2004-cü il tarixində ABB 

Moskva RFMB-dan fiziki şəxslərə tam həcmdə bank xidmətləri göstərmək üçün lisenziya almışdır. 

ABB Moskvanın əsas fəaliyyəti kommersiya bank xidmətlərindən ibarətdir. ABB Moskva 2 dekabr 

2004-cü il tarixindən etibarən Rusiya Federasiyasının Əmanətlərin Sığortalanması Agentliyinin 

üzvüdür. ABB Moskva bankının qeydiyyatdan keçmiş ünvanı aşağıdakı kimidir: Rusiya Federasiyası, 

Moskva şəhəri, 105062, Tverskaya küç. 6, bina 2. ABB Moskva 28 May 2003-cü il tarixdə Rusiya 

Federasiyasının Sankt-Peterburq, 24 avqust 2005-ci il tarixdə isə Yekaterinburq şəhərlərində 

filiallarını açmışdır.  

 



 

 



Qrupun Müşahidə Şurasının 30 dekabr 2006 və 18 may 2011-ci il tarixli qərarlarına əsasən, ABB 

Moskvanın nizamnamə kapitalı 31 dekabr 2007 və 31 dekabr 2011-ci il tarixlərində bitən illər ərzində 

müvafiq olaraq 4 milyon Avro və 10 milyon AZN artırılmışdır. 

 

5  fevral  2002-ci  il  tarixdə  100%  həcmdə  Qrupa  məxsus  törəmə  müəssisə  olan  Beynəlxalq  Sığorta 



Şirkəti  (bundan  sonra  -  “Törəmə  sığorta  müəssisəsi”)  Azərbaycan  Respublikasının  Ədliyyə 

Nazirliyində  qeydiyyata  alınmışdır.  Törəmə  sığorta  müəssisəsi  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin  15  oktyabr  2009-cu  il  tarixli  yenilənmiş  sığorta  lisenziyasına  əsasən  fəaliyyət  göstərir. 

Şirkət  33  növ  sığorta  fəaliyyəti  göstərməsi  məqsədilə  lisenziya  əldə  etmişdir.  Törəmə  sığorta 

müəssisəsinin  həyata  keçirdiyi  fəaliyyətə  tibbi  sığorta,  nəqliyyat  vasitələrinin  sığortası,  gəmi 

sahiblərinin  məsuliyyətinin  sığortası,  gəmiçilik  üzrə  üçüncü  tərəflər  qarşısında  sığorta,  gəmilərin 

sığortası,  əmlak,  bədbəxt  hadisələrin  sığortası,  həyat  sığortası,  fərdi  sığorta,  bank  risklərinin 

sığortalanması,  yanğından  icbari  sığorta,  öhdəliklərin  yerinə  yetirilməməsinə  görə  məsuliyyət 

sığortası, təkrarsığorta və digər sığorta növləri daxildir. Törəmə sığorta müəssisəsinin hüquqi ünvanı 

aşağıdakı kimidir: C. Cabbarlı küçəsi 40C, Bakı şəhəri, AZ 1065, Azərbaycan Respublikası. 

 

Banka 100% məxsus olan “Azərikard” MMC 3 may 1996-cı il tarixdə məhdud məsuliyyətli şirkət kimi 



təsis  edilmişdir.  “Azərikard”  MMC  4  iyul  1996-cı  il  tarixdə  Azərbaycan  Respublikasının  Ədliyyə 

Nazirliyində  qeydiyyatdan  keçmiş  və  1997-ci  ildə  fəaliyyətə  başlamışdır.  “Azərikard”  MMC 

MasterCard  və  Viza  beynəlxalq  elektron  ödəmələr  xidmətlərinin  üzvüdür  və  Azərbaycan 

Respublikasında plastik kart əməliyyatları üzrə klirinq və avtorizasiya mərkəzi kimi fəaliyyət göstərir. 

 

“Azərikard” MMC hazırda Azərbaycan Respublikasında plastik kart əməliyyatları üzrə avtorizasiya və 



klirinq  xidmətləri  göstərən  ən  iri  şirkətlərdən  biridir.  “Azərikard”  MMC-nın  hüquqi  ünvanı  aşağıdakı 

kimidir: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1005, Nizami küç, 67. 

 

16 noyabr 2006-cı il tarixdə Qrup Gürcüstan Respublikasının Tbilisi şəhərində ona 75% məxsus olan 



törəmə müəssisəni – “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ı (“ABB Gürcüstan”) qeydiyyatdan 

keçirmişdir. ABB Gürcüstanın nizamnamə kapitalı 12,000,000 Gürcüstan Larisi məbləğində müəyyən 

edilmişdir ki,  bunun  da  3,000,000  Lari  məbləğində  qeyri-nəzarət  payı  rezident  Azərbaycan  bankına 

və Gürcüstan vətəndaşı olan fiziki şəxsə məxsusdur. ABB-Gürcüstan Gürcüstan Milli Bankı (“GMB”) 

tərəfindən  verilmiş  5  fevral  2007-ci  il  tarixli  lisenziyaya  əsasən  fəaliyyətə  başlamışdır.  ABB-

Gürcüstanın  hüquqi  ünvanı  belədir:  Xetaqurova  küçəsi  36,  Tbilisi,  Gürcüstan  Respublikası.  Qrupun 

Müşahidə Şurasının 

18 may 2011-ci

 il tarixli qəra

r

ına əsasən ABB-Gürcüstanın nizamnamə kapitalı 31 



dekabr  2011-ci  il  tarixində  bitən  il  ərzində  3,750  min  manat  məbləğində  artırılmışdır.  Nizamnamə 

kapitalındakı ümumi artım 5,000 min manat təşkil etmişdir, belə ki, artımın yerdə qalan hissəsi ABB-

Gürcüstanın digər səhmdarları tərəfindən ödənilmişdir.  

 

Bu  konsolidə  edilmiş  maliyyə  hesabatlarının  buraxılması  12  mart  2013-cü  il  tarixində  İdarə  Heyəti 



tərəfindən təsdiq edilmişdir. 

 

 



2. 

MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ  

 

Uyğunluq haqqında bəyanat 



 

Bu maliyyə hesabatları Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MÜBSŞ”) tərəfindən 

buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Beynəlxalq Maliyyə Hesabatlarının 

Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən verilmiş şərhlərə müvafiq olaraq hazırlanmışdır. 

 

 

Təqdimat meyarlarının digər əsasları 



 

Bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun proqnozlaşdırıla bilən gələcəkdə fasiləsizlik 

prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır.  

 

Bu  konsolidə  edilmiş  maliyyə  hesabatları,  başqa  cür  qeyd  edilməyənə  qədər,  min  Azərbaycan 



manatı  (manat)  ilə  təqdim  olunur.  Konsolidə  edilmiş  maliyyə  hesabatları  aşağıda  göstərilən 

mühasibat uçotu siyasətlərində qaydalarında izah edildiyi kimi yenidənqiymətləndirmə məbləğində və 

ya  ədalətli  dəyərlə  ölçülmüş  binalar  və  bəzi  maliyyə  alətləri  istisna  olunmaqla,  ilkin  dəyər  əsasında 

tərtib  edilmişdir.  Tarixi  (ilkin)  dəyər  ümumi  olaraq  aktivin  mübadilə  edilə  biləcəyi  ədalətli  dəyərə 

əsaslanır. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə