Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   2   3   4   5   6   7   8   9   ...   39

 

10 


 

Azərbaycan  Respublikasında  qeydiyyatdan  keçmiş  Bank  və  onun  konsolidə  edilmiş  şirkətləri 

mühasibat  uçotunu  yerli  mühasibat  uçotu  qaydalarına  uyğun  olaraq  aparırlar,  lakin  bankın  xarici 

konsolidə edilmiş şirkətləri fəaliyyət göstərdikləri ölkənin qanuna uyğun yerinə yetirirlər. Bu konsolidə 

edilmiş maliyyə hesabatları məcburi mühasibat uçotu siyasətlərinə istinadən hazırlanmış və MHBS-a 

uyğunlaşdırılması üçün tərtibatında düzəlişlər edilmişdir. 

 

Qrup maliyyə vəziyyəti haqqında hesabatını likvidlik ardıcıllığı ilə geniş şəkildə təqdim edir. Maliyyə 



vəziyyəti haqqında hesabatın verilməsi tarixindən sonra 12 ay ərzində (cari) və 12 aydan çox müddət 

(uzunmüddətli) ərzində hesablaşmalar və ya ödəniləcək məbləğlər üzrə təhlil 27 saylı qeyddə 

göstərilir.  

 

Maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  yalnız  uçotda  tanınmış  məbləğlərin  əvəzləşdirilməsi  üçün 

qanuni  hüquq  mövcud  olduqda  və  xalis  məbləğ  əsasında  hesablaşmalar  aparılması,  yaxud  da  eyni 

vaxtda  aktivlərin  satılması  və  öhdəliyin  yerinə  yetirilməsi  nəzərdə  tutulduqda  bir-birinə  qarşı 

əvəzləşdirilir, xalis məbləği isə maliyyə vəziyyəti  haqqında hesabatda açıqlanır. Gəlir və  xərclər hər 

hansı  bir  mühasibatlıq  standartları,  yaxud  şərhlərində  və  Qrupun  mühasibat  qeydlərində  xüsusi 

olaraq  açıqlanması  tələb  və  qəbul  olunmadığı  halda  məcmu  gəlir  haqqında  konsolidə  olunmuş 

hesabatda əvəzləşdirilmir.

 

 

 



Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır. 

 

Konsolidasiyanın əsasları 

 

Konsolidə  edilmiş  maliyyə  hesabatlarına  Bankın  və  Bank  tərəfindən  nəzarət  edilən  müəssisələrin 



(onun  törəmə  müəssisəsi)  maliyyə  hesabatları  daxildir.  Nəzarət  o  zaman  həyata  keçirilir  ki,  Bank 

müəssisənin  fəaliyyətindən  mənfəət  əldə  etmək  məqsədilə  onun  maliyyə  və  əməliyyat  siyasətini 

tənzimləmək iqtidarında olsun. 

 

Lazım  olduqda  törəmə  müəssisələrdə  tətbiq  edilən  mühasibat  uçotu  qaydalarının  Qrupdakı  digər 



müəssisələr  tərəfindən  istifadə  olunan  mühasibat  uçotu  qaydalarına  uyğunlaşdırılması  üçün  törəmə 

müəssisələrinin maliyyə hesabatlarına düzəlişlər edilir. 

 

Qruparası bütün əməliyyatlar, qalıqlar, gəlir və xərclər konsolidasiya zamanı tam çıxarılır.  



 

Qeyri-nəzarət payı 

 

Qeyri-nəzarət payı törəmə müəssisələrinin Bankın birbaşa və ya dolayısı ilə sahib olmadığı mənfəət 



və zərəri, habelə xalis aktivlərinin bir hissəsidir.  

 

Qeyri-nəzarət payı məcmu gəlirlər haqqında konsolidə edilmiş hesabatda və maliyyə vəziyyəti 



haqqında konsolidə edilmiş hesabatda ana müəssisənin səhmdar kapitalından ayrıca kapital üzrə 

göstərilir. 

 

Faiz gəliri və xərclərin tanınması  

 

Faiz  gəliri  və  xərci  effektiv  faiz  metodundan  istifadə  etməklə,  hesablama  metodu  ilə  uçot  əsasında 



tanınır.  Effektiv  faiz  metodu  maliyyə  aktivi  və  ya  maliyyə  öhdəliyinin  (yaxud  maliyyə  aktivləri  və  ya 

öhdəlikləri qrupunun) amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri, yaxud faiz xərcinin 

müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur. 

 

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət 



ərzində  hesablanmış  nağd  pul  daxilolmalarını  (o  cümlədən,  effektiv  faiz  dərəcəsinin  ayrılmaz 

hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər 

mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdıran 

dərəcədir. 

 

Gəlir  ƏDMZ  (ədalətli  dəyəri  mənfəət  və  zərərdə  tanınan)  kimi  təsnif  edilən  maliyyə  aktivləri  istisna 



olunmaqla borc alətləri üzrə effektiv faiz dərəcəsi əsasında uçotda tanınır.  

 

Maliyyə  aktivi,  yaxud  analoji  maliyyə  aktivləri  qrupu  ehtimal  olunan  zərərin  baş  verməsi  nəticəsində 



hesabdan  qismən (bir hissəsi  qismən) silinərsə, faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin 

ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq 

edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.  

 

Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir. 



 

Gəlirin tanınması – digər  

 

Haqq və komissiya gəlirinin tanınması 



 


 

11 


 

Kreditlərin verilməsinə görə komissiya haqları birbaşa xərclər ilə  birlikdə təxirə salınır və  kredit  üzrə 

effektiv  faiz  dərəcəsinə  düzəliş  kimi  uçotda  tanınır.  Kreditin  ayrılması  xüsusi  kredit  razılaşmasının 

bağlanmasına  gətirib  çıxaracağı  ehtimal  edilən  hallarda,  kreditin  alınmasına  görə  komissiya  haqqı 

birbaşa  xərclər  ilə  birlikdə  təxirə  salınır  və  nəticədə  verilən  kreditin  effektiv  faiz  dərəcəsinə  düzəliş 

kimi  uçotda  tanınır.  Kreditin  alınması  xüsusi  kredit  razılaşmasının  bağlanması  ilə  nəticələnəcəyi 

ehtimal  edilmədiyi  hallarda,  kreditin  alınmasına  görə  komissiya  haqqı  kreditin  verilmə  müddətinin 

qalan  dövrü  üzrə  mənfəət  və  zərər  uçotunda  tanınır.  Kreditin  ayrılması  öhdəliyinin  müddəti  kredit 

verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və 

zərər  uçotunda  tanınır.  Kreditə  xidmət  etmə  haqqı  kredit  üzrə  ödənişlər  yerinə  yetirildiyi  təqdirdə 

gəlirlər  kimi  uçotda  tanınır.  Sindikasiya  başa  çatdığı  zaman,  kreditin  sindikasiya  haqları  mənfəət  və 

zərərdə tanınır. Bütün digər komissiya haqları yalnız xidmətlər göstərildikdən sonra tanınır. 

 

Maliyyə alətləri  

 

Qrup  maliyyə  aləti  üzrə  müqavilə  öhdəliyinə  tərəf  olduğu  halda,  maliyyə  aktivləri  və  öhdəlikləri 



maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adi 

alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.  

 

Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülür. Maliyyə aktivləri və maliyyə 



öhdəliklərinin alınması və buraxılmasına aidiyyəti olan birbaşa əməliyyat xərcləri (ədalətli dəyəri 

mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna edilməklə) uçotda ilkin 

tanınma anında maliyyə aktivləri yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə 

edilir və ya bu dəyərdən çıxılır. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin mənfəət və zərər uçotunda 

ədalətli dəyərlə alınması ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər uçotunda 

tanınır.  



 

Maliyyə aktivləri 

 

Qrupun maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnif edilir: “Ədalətli dəyəri mənfəət və 



ya  zərərdə”  (ƏDMZ)  tanınan  maliyyə  aktivləri,  “ödəniş  müddətinə  qədər  saxlanılan”  investisiyalar, 

“satıla  bilən”  maliyyə  aktivləri  və  “kreditlər  və  debitor  borcları”.  Təsnifləşdirmə  maliyyə  alətinin 

mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən olunur.  

 

Ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri 



 

Maliyyə  aktivləri,  maliyyə  aktivi  ticarət  məqsədləri  üçün  saxlanıldıqda  və  ya  ədalətli  dəyəri  mənfəət 

və ya zərərdə tanınan kimi təyin edildikdə ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan aktivlər kimi 

təsnif edilir. 

 

Maliyyə aktivləri ticarət məqsədləri üçün saxlanılan kimi təsnif edilir, əgər: 



 

 

Bu yaxın müddətdə satış məqsədilə əldə edilibsə; yaxud 



 

İlkin  tanınma  zamanı  Qrupun  birlikdə  idarə  etdiyi  və  qısa  müddətə  əldə  olunmuş  mənfəətin 

faktiki əlaməti olan, müəyyən olunmuş maliyyə alətləri portfelinin bir hissəsidirsə; və yaxud 

 

Hedc aləti kimi təyin olunmamış və səmərəli olmayan törəmədirsə.  



 

Ticarət  məqsədilə  saxlanılan  maliyyə  aktivlərindən  başqa  digər  bütün maliyyə  aktivləri  ilkin  tanınma 

zamanı ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan aktiv kimi təyin oluna bilər: 

 

 



Belə təyinat başqa cür yarana bilən ölçmə və ya tanıma uyğunsuzluğunu aradan qaldırır və ya 

əhəmiyyətli dərəcədə azaldır; yaxud 

 

Maliyyə  aktivi  maliyyə  aktivləri  və  ya  maliyyə  öhdəliklərinin  və  ya  hər  iki  qrupun  bir  hissəsini 



formalaşdırır,  onun  idarə  edilməsi  və  fəaliyyətinin  qiymətləndirilməsi  Qrupun  sənədləşdirilmiş 

risklərin  idarə  edilməsi  və  ya  investisiya  strategiyasına  uyğun  olaraq  ədalətli  dəyər  əsasında 

aparılır və qruplaşdırılma haqqında məlumat o əsasda daxildən təmin edilir; yaxud 

 

Bu  bir  və  ya  daha  çox  əlaqədar  törəmələr  və  MUBS  39  Maliyyə  Alətlərinin  daxil  olduğu 



müqavilənin  bir  hissəsini  formalaşdırır:  Tanınma  və  Qiymətləndirmə  bütövlükdə  birləşdirilmiş 

müqavilənin  (aktiv  və  ya  öhdəlik)  ədalətli  dəyəri  mənfəət  və  ya  zərərdə  tanınan  kimi  təyin 

olunmasına imkan verir. 

 

Ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri mənfəət və ya zərər kimi tanınan 



yenidən qiymətləndirmə zamanı yarana bilən istənilən gəlir və ya itki ilə ədalətli dəyərlə qeydə alınır. 

Mənfəət və ya zərərdə tanınan xalis gəlir və ya itki maliyyə aktivi əsasında qazanılmış istənilən 

dividend və ya faizi özündə birləşdirir və konsolidə edilmiş mənfəət və zərər hesabatında “mənfəət 

və ya zərərdə ədalətli dəyərlə uçota alınan maliyyə aktivləri üzrə xalis gəlir və ya zərər” kimi daxil 

olunur. Ədalətli dəyər 30 saylı qeyddə təsvir olunmuş qaydada müəyyən edilir. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə