Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 

59 


 

 

İnformasiya  və  Rabitə  texnologiyalarının  istifadəsi  strategiyasının  müəyyən  edilməsinə  görə 



cavabdehlik  daşıyan  İnformasiya  Texnologiyaları  Komitəsinə  İdarə  Heyəti  Sədrinin  birinci  müavini 

sədrlik edir.Bu Bankın strukturlarında müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün müasir 

texnologiyalardan  istifadə  edilməsini  təmin  edir.  İnformasiya  Texnologiyaları  komitəsi  İT 

prosedurlarını  müəyyən  edir.  İnformasiya  Texnologiyaları  ilə  bağlı  bütün  əsas  məsələlər  İdarə 

Heyətinin qabaqcadan razılığı ilə Müşahidə Şurasının müzakirəsinə verilir. 

  

Audit Komitəsi 

 

Audit  Komitəsi  Qrupun  daxili  nəzarət  sisteminin  nəzarət  və  monitorinqi,  eləcə  də  qrupun  daxili 



nəzarət  sisteminin  ayrılmaz  hissəsi  olan  risklərin  idarə  edilməsi  siyasəti  və  prosedurların 

adekvatlığının qiymətləndirilməsinə görə məsuliyyət daşıyır. Audit Komitəsinin üzvləri Qrupun işçiləri 

və ya idarəetmə strukturunun tərkibində ola bilməzlər. Onlar, daxili nəzarət sisteminin inkişafına dair 

İdarə  Heyəti,  Riskləri  İdarəetmə  Komitəsi  və  Müşahidə  Şurasına  təkliflər  verir  və  risklərin  idarə 

edilməsi  funksiyasınn  keyfiyyətinə  və  müəyyən  edilmiş  siyasət,  prosedurlar  və  limitlərə  riayət 

edilməsi  ilə  bağlı  rəy  bildirirlər.  Audit  Komitəsi  birbaşa  ona  hesabat  verən  Daxili  Audit 

Departamentinin fəaliyyətinə nəzarət edir. Daxili Audit Departamentinin iş planları, audit yoxlamaları 

və  hesabatları,  o  cümlədən  planlaşdırılmamış  audit  yoxlamalarının  qrafiki  Audit  Komitəsi tərəfindən 

diqqətlə  təhlil  və  təsdiq  edilir.  Audit  Komitəsinin  tövsiyələrinə  əsaslanan  icra  planları  və  auditin 

statusu haqqında hesabatlar İdarə Heyəti tərəfindən icra edilir və İdarə Heyətinə, Müşahidə Şurasına 

və Səhmdarların Ümumi Yığıncağına təqdim edilir. 

 

Kredit riski 



 

Kredit  riski  müştərinin  və  ya  qarşı  tərəfin  müqavilə  üzrə  öhdəliklərini  yerinə  yetirə  bilmədiyi  zaman 

Qrup  qarşısında  yaranan  maliyyə  zərəri  riskidir.  Kredit  riskinin  əsas  hissəsi  müştərilərə  və  banklara 

verilmiş  kreditlər  və  avanslardan,  balans  və  balansdankənar  kreditlər  üzrə  digər  risklərdən  yaranır. 

Risklər  üzrə  hesabat  hazırlayarkən  Qrup  müştərilər  və  ya  qarşı  tərəfin  ödəmə  qabiliyyətinin 

olmaması riski və sənaye riski kimi kredit riskinin bütün elementlərini tam şəkildə nəzərə alır. 

 

Hüquqi  şəxslər,  fiziki  şəxslər  və  maliyyə  təşkilatları  üçün  kredit  risklərin  təsdiqlənməsi  üzrə  ümumi 



struktur aşağıdakı kimidir: 

 

Müşahidə Şurası 



Müşahidə Şurası 1,5 milyon manatdan yuxarı olan kreditləri təhlil edir.  

İdarə Heyəti 

İdarə heyəti məcmu kapitalın 1%-dən 1,5 milyon manatadək olan kredit limitlərini 

təhlil edərək təsdiqləyir və müntəzəm olaraq iclas keçirir 

Kredit Komitəsi 

Kredit Komitəsi məcmu kapitalın 1%-dək olan kredit limitlərini təhlil edərək 

təsdiqləyir və müntəzəm olaraq iclas keçirir 

 

 



İdarə heyəti kredit limitlərini və risklər üzrə səlahiyyət səviyyəsini aşağıdakı qaydada təsdiqləyir: 

 

 



Filiallar üzrə; 

 

Təminatın növü və kreditin təminata nisbət əmsalı; və 



 

Fiziki şəxslərin səlahiyyəti üzrə. 

 

31 dekabr 2012-ci il tarixinə kredit portfelinin iqtisadi sektorlar və məhsullar üzrə təhlili 6 saylı qeyddə 



göstərilir. 

 



 

60 


 

Kredit risklərinin idarə edilməsi 

 

Kredit siyasəti Qrupun risk profili və strateji planlarına uyğun olaraq Riskləri İdarəetmə Departamenti 



və İdarə Heyəti tərəfindən hazırlanır. Kredit siyasəti Müşahidə Şurası tərəfindən təsdiqlənir. 

 

Kredit siyasətində aşağıdakılar əks etdirilir: 



 

 

Qarşı  tərəfin  risklərinin  yaradılması,  təhlil  edilməsi,  yoxlanılması  və  təsdiqlənməsi  üzrə 



prosedurlar; 

 

Qarşı tərəflər üzrə kreditin qiymətləndirilməsi metodologiyası;  



 

Qarşı tərəflər üzrə kredit reytinqi metodologiyası; 

 

Təminatın qiymətləndirilməsi və nəzarəti metodologiyası; 



 

Kreditlərin sənədləşdirilməsi üzrə tələblər; 

 

Kredit idarəedilməsi prosedurları; 



 

Kredit riskləri üzrə müntəzəm nəzarət prosedurları; və 

 

Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın yaradılması siyasəti. 



 

Kreditin alınması üçün sənədlər toplusu (ərizə) müştəri ilə iş üzrə menecerlər və kredit mütəxəssisləri 

tərəfindən  hazırlanır.  Bu  toplu  müəyyən  edilmiş  limitlər  çərçivəsində  filiallar  və  ya  müvafiq  biznes 

vahidləri  tərəfindən  təsdiqlənir.  Təsdiq  olunmuş  sənədlərin  surətləri  sonrakı  nəzarət  prosesi,  o 

cümlədən  reytinqin  müəyyən  edilməsi  və  monitorinq  cədvəlinə  daxil  edilməsi  üçün  müvafiq  olaraq 

Riskin  İdarə  edilməsi  Departamentinə  təqdim  edilir.  Bu  limitlərdən  yüksək  olan  kredit  riskləri  Kredit 

Komitəsinə göndərilir. Kredit Komitəsi təkrar təhlil aparır və hesabatı, retinqi və rəyi hazırlayır. Kredit 

ərizəsi  təsdiq  olunan  həddən  aşağı  olduqda,  Kredit  Komitəsi  tərəfindən  müsbət  rəy  alındıqda  və 

müvafiq  şəxslər  tərəfindən  imzalandıqda  bu  halda  ərizə  təsdiq  olunmuş  hesab  edilir.  Əgər  Riskləri 

İdarəetmə  Komitəsi  tərəfindən  mənfi  rəy  verilərsə,  kredit  ərizəsi  yenidən  baxılmaq  üçün  Kredit 

Komitəsinə geri göndərilir. Təsdiqlənmiş kredit ərizəsində nəzərdə tutulan məbləğ Kredit Komitəsinin 

səlahiyyətindən yuxarı olarsa, həmin ərizə təsdiqlənmək üçün İdarə Heyətinə təqdim edilir. Yuxarıda 

qeyd  edildiyi  kimi,  böyük  məbləğdə  kreditlər  üçün  ərizələr  təsdiqlənmək  üçün  Müşahidə  Şurasına 

təqdim edilir. 

 

Qrup  dörd  əsas  meyarın  təhlilinə  əsaslanan  reytinq  sistemindən  istifadə  edir:  kredit  ödəmə 



qabiliyyəti,  maliyyə  fəaliyyəti  göstəriciləri,  kredit  tarixçəsi  və  digər  risklər.  Qrup  bu  sistemdən  yeni 

borcalanların  kreditləşməsi  ilə  bağlı  qərarlar  vermək  üçün  istifadə  edir.  Mövcud  kredit  portfelinin 

keyfiyyətinin  qiymətləndirilməsi  üçün  isə  Qrup  hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatları  üzrə  6 

saylı Qeyddə göstərilən təsnifləşdirmədən istifadə edir. 

 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə  əməliyyatların  digər 



iştirakçısı  tərəfindən  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  zərərlərin 

yaranması  ehtimalı  kimi  müəyyən  edilir.  Qrup  şərti  öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə 

əlaqədar  əməliyyatların  təsdiqlənməsi  prosedurları,  riskləri  məhdudlaşdıran  limitlərdən  istifadə  və 

monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir. 

 

Fiziki şəxslərə verilmiş bəzi kredit məhsulları üçün qrup kreditinin qiymətləndirilməsi  sistemindən və 



potensial riskli müştərilərin müəyyən edilməsi üçün öz daxili prosedurlarından və ARMB-nın məlumat 

bazasındakı  məlumatlardan  istifadə  edir.  Kreditlər  portfel  üzrə  qiymətləndirilir  və  bu  zaman  kreditin 

məbləği  və  müddət  limitləri,  təsdiqləmə  prosedurları,  hədəf  qrupları,  məhsulun  növləri,  defolt 

haqqında  məlumatlar,  kredit  (girov)  əmsalları  (əgər  tətbiq  edilirsə)  və  qiymətləndirmə  kimi  amillərə 

daha çox diqqət yetirilir. 

 

Girov və digər kredit təminatları 

 

Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun,  girov qoyulmuş aktiv və qiymətli 

kağızların, eləcə də depozitlər, hüquqi və fiziki şəxslərə verilmiş zəmanətlər daxil olmaqla digər girov 

növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir. 



 

Kredit  riskinin  qiymətləndirilməsində  girovun  əsas  faktor  olmasına  baxmayaraq,  Qrupun  kredit 

siyasəti  ərizələri  müştərilərin  yalnız  təklif  etdiyi  girova  deyil,  onların  ödəniş  qabiliyyətinə  əsasən 

qiymətləndirməkdir.  Girov  kreditin  qaytarılması  üçün  ikinci  ödəniş  mənbəyi  hesab  edilir.  Kreditlər 

nadir  hallarda  müştərinin  maliyyə  vəziyyətindən  və  ya  kredit  məhsulunun  növündən,  yaxud 

həcmindən  asılı  olaraq  təminatsız  ola  bilər.  Qrup  risk  portfelinin  təminatsız  kreditləri  üzrə  müxtəlif 

limitlər müəyyən etmişdir: 

 

 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə