Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 

61 


 

Qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır: 

 

 

Kommersiya əmlakı 



 

Yaşayış binaları 

 

Korporativ kapital aktivləri 



 

Nəqliyyat vasitələri 

 

Müddətli depozitlər  



 

Digər, o cümlədən qiymətli metallar 

 

Qrupda  qəbul  edilmiş  bütün  girov  növləri  üzrə  dəqiq  qiymətləndirmə,  sənədləşdirmə,  əgər 



uyğundursa  qeydiyyat  prosedurları  mövcuddur.  Kreditlərin  girova  nisbəti  İdarə  Heyəti  tərəfindən 

təsdiqlənir və Riskləri İdarəetmə Komitəsi tərəfindən nəzarət edilir. 31 dekabr 2012-ci il tarixinə kredit 

limitləri aşağıdakılardır: 

 

Girovun növü 



Kredit 

məbləğinin 

girovun likvid 

dəyərinə 

nisbəti 

 

 



 

Daşınmaz əmlak 

60%-dək 

Qiymətli metallar 

80%-dək 

Maşın, avadanlıqlar 

50%-dək 

Mal-material ehtiyatları 

60%-dək 

Nəqliyyat vasitələri 

70%-dək 

Müddətli depozitlər 

90%-dək 

 

 



Buna baxmayaraq, rəhbərlik müəyyən vaxtlarda layihələrin kommersiya əhəmiyyətini əsas götürərək 

yuxarıda göstərilən limitləri nəzərə almışdır. 

 

Risklərin  İdarəedilməsi  Departamenti  monitorinq  nəticələri  üzrə  planın  hazırlanması,  onun  yerinə 



yetirilməsi  və  monitorinq  nəticələrinin  qənaətbəxş  olmadığı  təqdirdə  müvafiq  tərəflərin 

məlumatlandırılması  və  tədbirlər  planı  ilə  bağlı  tövsiyələrin  verilməsinə  görə  məsuliyyət  daşıyır. 

Risklərin  İdarəedilməsi  Departamenti  müəyyən  edilmiş  məbləğdən  yuxarı  olan  bütün  əməliyyatların 

monitorinqini  aparır  və  bu  məbləğdən  aşağı  olan  əməliyyatları  seçmə  üsulu  ilə  yoxlayır.  Müəyyən 

edilmiş məbləğdən yuxarı olan bütün əməliyyatlar üzrə monitorinq ilk olaraq kreditin ödənildiyi aydan 

əvvəl  və  ya  ən  azı  bir  ay  muddətində  aparılır.  Müvafiq  olaraq,  monitorinq  cədvəlinə  uyğun  olaraq 

risklərə nəzarət olunur. 

 

Risklərin İdarəedilməsi Departamenti qarşı tərəflərin kredit riskləri üzrə bütün məsələlər, o cümlədən 



bütün limitlərə uyğunluq, risklər üzrə konsentrasiyalar, portfel tendensiyaları, vaxtı keçmiş kreditlər və 

defolt  statistikası,  kreditlər  üzrə  ehtiyatlar  və  girov  statistikasına  dair  məlumatların  toplanması  və 

təqdim  edilməsinə  görə  cavabdehdir.  Müntəzəm  aylıq  hesabatlardan  başqa,  həmin  departament 

seçilmiş kredit prosedurlarına riayət edilməsinə dair hesabatlar tərtib edir. 



 

Əlaqəli tərəflərə verilmiş kreditlər 

 

ARMB  “əlaqəli  tərəflər”  kateqoriyası  ilə  bağlı  dəqiq  anlayışlar  müəyyən  etmişdir.  Bu  kateqoriyaya 

əsasən  səhmdarlar  və  ya  səhmdar  qismində  çıxış  edən  fiziki  şəxslər  və  yaxud  onların  yaxın  ailə 

üzvlərinin  mülkiyyətində  olan  (nəzarət  etdiyi)  hüquqi  şəxslər  daxildir.  Buraya  həmçinin  Qrupda  baş 

rəhbərlik, (səlahiyyətli vəzifələrdə çalışan) fiziki şəxslər daxildir. Fiziki şəxs olan əlaqəli tərəfə verilən 

ən  böyük  kreditlər  Qrupun  konsolidə  edilmiş  kapitalının  3%-dən  artıq  ola  bilməz.  Müvafiq  hüquqi 

şəxslər üzrə isə bu limit 10%-ni təşkil edir. Əlaqəli tərəflərə verilmiş kreditlər üzrə risklər üçün ümumi 

limit  20%-dir.Qiymətləndirmə  və  digər  şərtlər  tərəflərin  müstəqilliyi  prinsipi  əsasında  müəyyən 

edilməlidir.  Bank, bir sıra hallarda ARMB-nın əlaqəli tərəflərlə əməliyyatlardan yaranan qalıqlar  üzrə 

bəzi tələblərə riayət  etməmişdir. Həmin pozuntu hallarının potensial nəticələri haqqında məlumat 29 

saylı qeyddə açıqlanır. 



 

62 


 

 

Vaxtı keçmiş, qeyri-işlək kreditlər 

 

Qrup,  vaxtı  keçmiş  və  qeyri-işlək  kreditləri  onların  ödəmə  müddətinin  başa  çatdığı  ilk  gündən 

müəyyən  etmək  və  hesabatlarda  əks  etdirmək  üçün  prosedurlar  hazırlamışdır.  60  günədək  vaxtı 

keçmiş  kreditlər  əvvəlcədən  hər  hansı  problemin  müəyyən  edilmədiyi  təqdirdə,  müvafiq  biznes 

vahidləri  tərəfindən  nəzərdən  keçirilir.  Fiziki  şəxslərə  verilmiş  və  60  gündən  çox  vaxtı  keçmiş 

təminatsız  kreditlər  avtomatik  olaraq  Kredit  Fəaliyyətinə  Nəzarət  Departamentinə  ötürülür.  Hüquqi 

şəxslərə verilmiş və 90 gündən çox vaxtı keçmiş kreditlər eyni departamentə ötürülür. 90 gündən çox 

vaxtı  keçmiş  kreditlər  Mərkəzi Bankın  tələbinə  əsasən  yerli  standartlara  uyğun  hazırlanmış  maliyyə 

hesabatlarında faizləri hesablanmayan kreditlər statusuna aid edilir. Problemli Kreditlər Departamenti 

bu öhdəlikləri toplaya bilmədikdə hüquqi prosedurlar həyata keçirilir. Kredit geri qaytarıla bilmədikdə, 

müvafiq  məbləğlərin  silinməsinə  dair  təkliflər  Kredit  Komitəsinə  və  İdarə  Heyətinə  təqdim  edilir. 

Silinmə ilə bağlı son qərarı Müşahidə Şurası qəbul edir. 

 

Bütün vaxtı keçmiş kreditlər haqqında məlumat ən azı ayda bir dəfə Kredit Komitəsinə təqdim edilir. 



Hüquqi  şəxslərə  verilmiş  vaxtı  keçmiş  kreditlər  üzrə  bütün  məsələlər  barədə  bilavasitə  Kredit 

Komitəsinə hesabat verilir. 



 

Kreditin dəyəriszləşməsi ehtiyatı – ehtiyat siyasəti 

 

Qrup kreditlər üzrə zərərlər üçün ehtiyat yaradır ki, bu da risklə üzləşmədən yaranan təxmini zərərləri 

əks etdirir. 

 

Bundan əlavə, ARMB, banklar üçün minimum standart sayılan ehtiyat siyasəti müəyyən etmişdir. Bu 

ehtiyat tələbləri üzrə kateqoriyalar aşağıda göstərilir: 

 

Standart aktivlər 

2% 

Nəzarət altında olan aktivlər 



10% 

Qeyri-qənaətbəxş aktivlər 

30% 

Təhlükəli aktivlər 



60% 

Ümidsiz aktivlər 

100% 

 

 



Bu kateqoriyalar dəqiq müəyyən edilmişdir. 

 

MHBS-a uyğun hesabatların hazırlanması məqsədilə, Qrup MUBS 39 – Maliyyə Alətləri: Tanınma və 



Ölçülmə  Standartında əks etdirilən metodologiyadan istifadə edir. 

 

Kredit riskinin maksimal səviyyəsi 

 

Qrupun  balans  üzrə  məruz  qaldığı  kredit  riskinin  maksimal  səviyyəsi,  adətən  konsolidə  edilmiş 

maliyyə  vəziyyəti  haqqında  hesabatda  maliyyə  aktivlərinin  balans  dəyərində  əks  olunur.  Potensial 

kredit  riskinin  azaldılması  üçün  aktiv  və  öhdəliklərin  əvəzləşdirilməsi  imkanı  böyük  əhəmiyyət  kəsb 

etmir. 

 

Balansdankənar  maddələr,  xüsusilə  kreditlərlə  bağlı  öhdəliklər,  akkreditivlər  və  zəmanətlər  üzrə 



kredit  riskinin  maksimal  səviyyəsi  öhdəliyin  ümumi  məbləğini  əks  etdirir.  Qrupun  balansdankənar 

maddələr üzrə kredit riski 29 saylı “Şərti Öhdəliklər və Təəhhüdlər” qeydində açıqlanır. 

 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə  əməliyyatların  digər 



iştirakçısı  tərəfindən  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  zərərin 

yaranması  ehtimalı  kimi  müəyyən  edilir.  Qrup  şərti  öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə 

əlaqədar  əməliyyatların  təsdiqlənməsi  prosedurları,  riskləri  məhdudlaşdıran  limitlərdən  istifadə  və 

monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir. 

 

Sığorta risklərinin idarə edilməsi 

 

Sığorta riski

 

Hər  hansı  sığorta  müqaviləsi  üzrə  risk,  sığortalanmış  hadisənin  baş  verməsi  ehtimalı  və  yaranmış 

iddianın məbləğinin qeyri-muəyyən olmasıdır. Sığorta müqaviləsinin xarakterinə görə bu risk təsadüfi 

şəkildə baş verir, bu səbəbdən də hər sığorta müqaviləsi üçün riskin əvvəllcədən müəyyən edilməsi 

mümkün deyil.  



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə