Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 

63 


 

 

Ehtimal  nəzəriyyəsinin  qiymətlərə  və  ehtiyatlara  tətbiq  edildiyi  müqavilələri  özündə  əks  etdirən 



sığorta  portfelində  Qrupun  öz  sığorta  müqaviləsi  üzrə  məruz  qaldıgı  əsas  risk  -  faktiki iddiaların  və 

mənfəət  ödənişlərinin  sığorta  öhdəliklərindən  artıq  olmasıdır.  Bu  iddiaların  və  gəlirlərin  nəzərdə 

tutulandan daha artıq olması nəticəsində baş verə bilər. Sığortalanmış hadisələr təsadüfən baş verir 

və  iddialar  və  ödənişlərin  faktiki  sayı  və  məbləği  hər  il  statistik  metodlara  görə  müəyyən  edilmiş 

səviyyədən fərqlənir. 

 

Qrup sığorta riskini anderraytinq (underrating) səlahiyyəti səviyyəsi, qiymət siyasəti, təsdiqlənmiş 



təkrar sığortaçılar siyahısı və nəzarəti özündə əks etdirən daxili prosedurlar vasitəsilə idarə edir. 

 

Sığorta üzrə zərər üçün ehtiyatın təxmin edilməsi. 

 

Zərər üçün ehtiyatlar Qrupun əvvəlki dövrlərə aid məlumatlarına əsasən hesablanır. Ödənilməmiş 



iddiaların (hesabat olunan və hesabat olunmayan) təxmini dəyərini hesablayarkən Qrup, zərər 

nisbətinə əsaslanan təxminləri (zərər nisbəti, Sığorta iddialarının məcmu dəyəri və bu cür iddialarla 

bağlı müəyyən maliyyə ilində qazanılmış Sığorta mükafatları arasında nisbət kimi müəyyən edilir) və 

faktiki iddialar təcrübəsinə əsaslanan təxminlərdən istifadə edir. Həmin təxminlər müəyyən edildikdə 

istifadə edilən formulalar vasitəsilə faktiki iddialar təcrübəsinə daha çox əhəmiyyət verilir. 

 

Zərər nisbəti üzrə ilkin təxmin hesablama üsulunun vacib tərəfidir və sığorta haqqının səviyyəsindəki 



dəyişikliklər,  gözlənilən  bazar  təcrübəsi  və  iddialar  üzrə  əvvəlki  dövrün  inflyasiyası  kimi  faktorları 

nəzərə alan keçmiş illərin təcrübəsinə əsaslanır. Cari il üçün istifadə edilən zərər nisbətləri üzrə ilkin 

təxmin  (təkrar  sığortadan  əvvəl),  cari  və  əvvəlki ildə  qazanılmış  sığorta  haqlarının  risk  növünə  görə 

təhlil edilir. 

 

Gələcək iddialar üzrə ödənişlərin hesablanmasında qeyri-müəyyənlik mənbələri.  



 

Sığorta  müqavilələri  üzrə  iddialar  onların  yarandığı  zaman  ödənilir.  Sığorta  müqaviləsinin  müddəti 

ərzində  baş  vermiş  bütün  sığortalanmış  hadisələrə  görə  Qrup  məsuliyyət  daşıyır.  Nəticə  etibarilə, 

məsuliyyətlə bağlı iddialar müqavilənin müddətinin başa çatmasından etibarən 3 aydan çox olmayan 

qısa  müddət  ərzində  ödənilir. Sığorta  müqavilələrindəki  pul  vəsaitləri  axınının  məbləğinə  və  vaxtına 

təsir  göstərən  bəzi  dəyişikliklər  mövcuddur.  Onlar  əsasən  müqaviləni  imzalayan  hüquqi  və  fiziki 

şəxslərin  həyata  keçirdiyi  fəaliyyətlərə  xas  olan  risklərə  və  qəbul  etdikləri  risklərin  idarəedilməsi 

prosedurlarına  aiddir.  Şirkətin  müqavilələri  üzrə  ödənişlər  əsasən  aşağıdakılar  üzrə  verilmiş  pul 

mükafatlarını əks etdirir: 

 

 



Tibbi sığorta; 

 

Avtomobillərə dəymiş fiziki zərər (avtomobillərin sığortalanması üçün); və  



 

Üçüncü  şəxslərə  dəymiş  maliyyə  itkisi,  bədən  xəsarəti  və  fiziki  xəsarət  (nəqliyyat  vasitəsi 

sahibləri tərəfindən yaranmış). 

 

Bu  cür  ödənişlər  birdəfəlik  aparılır  və  itirilmiş  gəlirin  və  bədbəxt  hadisə  nəticəsində  zərər  çəkmiş 



tərəfin çəkəcəyi reabilitasiya xərclərinin cari dəyəri kimi hesablanır. 

 

Təkrarsığorta siyasəti 

 

Qrupun  avtomobil,  əmlak,  üçüncü  şəxslər  qarşısında  məsuliyyət,  işəgötürənin  məsuliyyəti  və  yük 



sığortası  üzrə  portfelinin  bir  hissəsi  Qrupun  üzləşdiyi  potensial  maksimum  riskləri  azaldan  təkrar 

sığorta müqavilələrinə əsasən yerli və xarici sığorta şirkətlərində təkrar sığortalanır. 

 

Diversifikasiya. 

 

Təcrübə  göstərir  ki,  analoji  sığorta  müqavilələri  üzrə  portfel  nə  qədər  böyük  olarsa,  gözlənilən 



nəticənin  nisbi  dəyişkənliyi  bir  o  qədər  az  olar.Bundan  əlavə,  daha  çeşidli  portfelin  elementlərində 

baş  verən  hər  hansı  dəyişikliyin  portfelə  təsiri  daha  az  ehtimal  olunur.  Qrup  qəbul  edilmiş  sığorta 

risklərini diversifikasiya etmək və bu kateqoriyaların hər biri üzrə gözlənilən nəticələrdəki dəyişiklikləri 

azaltmaq  üçün  kifayət  qədər  risklərə  nail  olmaq  məqsədilə  anderraytinq  (underrating)  strategiyasını 

hazırlamışdır. 



 

64 


 

 

Bazar riski 



 

Qrup  bazardakı  ümumi  və  spesifik  dəyişikliklərə məruz  qalan  faiz,  valyuta  və  pay  alətləri  üzrə  açıq 

mövqelər  ilə  əlaqədar  bazar  risklərinə  məruz  qalır.  Qrup  bazar  riskini  bu  cür  risklərə  çox  az  məruz 

qalmaq  siyasəti  vasitəsilə,  eləcə  də  həmin  risklərlə  baglı  Qrupun  mövqelərini  mütəmadi  olaraq 

qiymətləndirməklə tənzimləyir. 

 

Qrup  maliyyə  alətləri  ilə  hər  hansı  dilinq  əməliyyatları  aparmır.  Qrupun  qiymətli  kağızlar  bazarında 



məruz  qaldığı  risk  onun  konsolidə  edilmiş  likvidlik  mövqeyinin  daha  səmərəli  idarəedilməsi 

məqsədilə,  vaxtaşırı  olaraq  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  notları,  Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  istiqrazları  və  digər  bankların  emissiya  etdiyi  qiymətli  kağızlara 

investisiya  qoyuluşundan  yaranır.  Qrup  valyuta  svop  müqavilələri  ilə  əməliyyatlar  istisna  olmaqla, 

adətən derivativlərlə əməliyyat aparmır. 

 

Valyuta riski 

 

Qrup yerli/xarici valyuta məzənnələrindəki  dəyişikliklərin onun konsolidə edilmiş maliyyə  vəziyyətinə 



təsiri  ilə  əlaqədar  xarici  valyuta  riskinə  məruz  qalır.  Valyuta  riski  valyuta  məzənnələrindəki 

dəyişikliklərin Qrupun mənfəətinə və ya maliyyə alətləri üzrə portfelin dəyərinə təsir göstərdiyi zaman 

yaranan riskdir. 

 

Xarici  valyuta  riski  ilə  əlaqədar  Qrupun  risk  siyasətinin  əsas  elementi  hər  hansı  valyuta  üzrə  dilinq 



əməliyyatlarının  aparılması  üçün  planlaşdırılmış  cəhdin  olmamasıdır.  Nadir  hallarda  açıq  valyuta 

mövqelərinin  baş  verməsi  yalnız  fəaliyyətin  normal  nəticəsində  ortaya  çıxır.  Qrup  aktiv  və 

öhdəliklərini valyutalar üzrə uyğunlaşdırmaq üçün bütün səylərdən istifadə edir. 

 

Bankın  məruz  qaldığı  xarici  valyuta  riski  həmçinin  ARMB-nin  normativ  tələblərinə  uyğun  olaraq 



tənzimlənir.  Bu  normativlərə  əsasən  Bankın  hər  hansı  bir  xarici  valyuta  üzrə  açıq  valyuta  mövqeyi 

Bankın məcmu kapitalının 10%-dən, bütün xarici valyutalar üzrə isə 20%-dən artıq olmamalıdır. 

 

Xarici  valyuta  riski Mühasibatlıq  və  Büdcə  Proqnozlaşdırılması  Departamenti  tərəfindən tənzimlənir. 



Açıq  valyutada mövqeləri üzrə Mühasibatlıq  və Büdcə Proqnozlaşdırılması Departamenti hazırladığı 

hesabatlar AÖİK tərəfindən nəzərdən keçirilir. 

 

Aşağıdakı cədvəl Qrupun ilin sonunda xarici valyuta riskinə məruzqalma həddini göstərir: 



 

 

31 dekabr 2012-ci il 



 

 

31 dekabr 2011-ci il 

 

 

Pul 

maliyyə 

və sığorta 

aktivləri 

 

Pul 

maliyyə 

və sığorta 

öhdəlikləri 

 

Valyuta 

svop 

müqavilələri

 

Xalis 

mövqe 

 

Pul 

maliyyə 

və sığorta 

aktivləri 

 

Pul 

maliyyə 

və sığorta 

öhdəlikləri 

 

Valyuta 

svop 

müqavilələri

 

Xalis 

mövqe 

 

   



   

   


   

   


   

   


 

Manat 


2,313,380    1,681,234   

-   


632,146    1,601,215    1,090,152   

-   


511,063 

ABŞ 


dolları 

2,654,131    2,610,253   

(98,325)   

(54,447)    2,151,016    2,226,926   

(211,036)   

(286,946) 

Avro 

689,669    1,032,304   



98,582   

(244,053)   

646,357    1,072,306   

203,560   

(222,389) 

Rusiya 


Rublu 

219,139   

170,133   

-   


49,006   

155,814   

107,675   

-   


48,139 

Digər 


67,339   

240,997   

-   

(173,658)   



65,317   

55,564   

6,062   

15,815 


 

   


   

   


   

   


   

   


 

Cəmi 

5,943,658    5,734,921   

257   

208,994    4,619,719    4,552,623   

(1,414)   

65,682 

 

 

Yuxarıdakı  cədvəldə  pul  maliyyə  və  sığorta  aktiv  və  öhdəlikləri  sütununda  valyuta  svop 



müqavilələrindən  yaranan  maliyyə  aktiv  və  öhdəlikləri  əks  etdirilmir.  Valyuta  svop  müqavilələrindən 

yaranan maliyyə aktiv və öhdəlikləri sütunda göstərilir. 

 

Valyuta  svop  müqavilələrini  əks  etdirən  98,582    min  manat  məbləğində  Avro  və  Böyük  Britaniya 



funtu  olan  debitor  borcu  və  98,325  min  manat  məbləğində  ABŞ  dollarında  olan  kreditor  borcu 

derivativlər üzrə 257  min manat məbləğində xalis ədalətli dəyər gəliri yaratmışdır (2011-ci ildə: svop 

müqavilələrini əks etdirən 209,622 min manat məbləğində Avro və Böyük Britaniya funtu olan debitor 

borcu və 211,036 min manat məbləğində ABŞ dollarında  olan kreditor borcu  derivativlər üzrə 1,414  

min manat məbləğində  xalis ədalətli dəyər gəliri yaratmışdır). 11 və 17 saylı Qeydlərə baxın. Bütün 

valyuta  svop  müqavilələri  qısamüddətlidir  və  müddəti  2013-ci  ilin  yanvar  ayında  başa  çatır. 

Yuxarıdakı  cədvələ  yalnız  pul  aktivləri  və  öhdəlikləri  daxildir.  Qrup  hesab  edir  ki,  səhm  alətləri  üzrə 

investisiyalar və qeyri-maddi aktivlər əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə