Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   31   32   33   34   35   36   37   38   39

 

68 


 

Digər risk cəmləşmələri 

 

Risk  cəmləşmələrinin  idarə  edilməsi  prosesi  çərçivəsində  rəhbərlik,  kredit  riski  üzrə  cəmləşmələrə 

ARMB-nın müəyyən etdiyi aşağıdakı limitlər əsasında nəzarət edir: 

 

 



Kredit üzrə təminatın ədalətli dəyəri bu kreditin balans dəyərindən artıq olan kreditlərin məcmu 

məbləği  ARMB-nın  təlimatlarına  uyğun  hesablanmış  məcmu  kapitalın  20%-dən  çox 

olmamalıdır;  

 

Kredit  üzrə  təminatın  ədalətli  dəyəri  bu  kreditin  balans  dəyərindən  az  olan  kreditlərin  məcmu 



məbləği ARMB-nın təlimatlarına uyğun hesablanmış məcmu kapitalın 7%-dən çox olmamalıdır; 

və 


 

İri  kreditlərin  (balans  dəyəri  1  milyon  manat  və  yuxarı  olan  kreditlər)  məcmu  məbləği  Bankın 

ARMB-nın təlimatlarına uyğun hesablanmış məcmu kapitalının 8 mislindən çox olmamalıdır. 

 

MHBS-ə  uyğun  maliyyə  hesabatlarının  hazırlanması  məqsədilə,  Qrup,  verilmiş  kreditlərin  ümumi 



məbləği  xalis  aktivlərin  10%-dən  yuxarı  olan  borcalanlar  haqqında  məlumatları  əks  etdirən 

hesabatlara  əsasən  kredit  riski  üzrə  konsentrasiyaya  nəzarət  edir.  Qrup  hər  hansı  bu  cür 

cəmləşmələr  haqqında  məlumatı  konsolidə  edilmiş  maliyyə  hesabatlarında  müvafiq  qeydlərdə 

açıqlayır.  



 

Likvidlik riski 

 

Likvidlik  riski  Qrupun  maliyyə  öhdəliklərini  yerinə  yetirməsi  zamanı  çətinliklərlə  üzləşəcəyi  riskdir. 

Buraya  depozitlərin  geri  götürülməsi  tələblərinə  cavab  vermək  və  faktiki  olaraq  ödəmə  vaxtı  çatmış 

maliyyə  alətləri  ilə  bağlı  digər  maliyyə  və  Sığorta  öhdəliklərini  yerinə  yetirmək  üçün  kifayət  qədər 

vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin 

öhdəliklər  üzrə  əməliyyatların  ödəmə  müddətləri  ilə  uzlaşmadığı  hallarda  ortaya  çıxır.  Aktiv  və 

öhdəliklərin  ödəmə  müddətlərinin  və  faiz  dərəcələrinin  uyğunluğu  və/və  ya  nəzarət  olunan 

uyğunsuzluğu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir. 

 

Likvidlik  risklərinin  idarə  edilməsi  məqsədilə,  Qrup  aktiv/öhdəliklərinin  idarə  edilməsi  prosesi 



çərçivəsində  müştərilərin  və  bankların  əməliyyatları  üzrə  gözlənilən  gələcək  pul  vəsaitlərinin 

hərəkətinə hər gün nəzarət edir. Depozitlərin geri götürülməsi tələblərinə cavab vermək və həmçinin 

normal  və  gərgin  vəziyyətdə  depozitlərin  ödənilməsini təmin  etmək  üçün  İdarə  Heyəti  və  Müşahidə 

Şurası  banklararası  və  digər  borc  vəsaitlərinin  minimum  səviyyəsi  üzrə  və  ödəmə  müddəti  başa 

çatan  vəsaitlərin  minimum  səviyyəsi  üzrə  limitlər  müəyyən  etməlidir.  Onlar  həmçinin  öhdəlik 

bazasının diversifikasiya riski üzrə parametrlər müəyyən edir.  

 

ARMB minimum likvidlik səviyyəsini müəyyən etmişdir. Bundan əlavə, beynəlxalq maliyyə təşkilatları 



ilə  Qrup  arasında  bağlanmış  kredit  sazişlərində  minimum  likvidlik  tələbləri  nəzərdə  tutulur.  29  saylı 

qeyddə  göstəriləndən  başqa,  rəhbərlik  31  dekabr  2012-ci  il  tarixinə  Qrupun  bu  tələblərə  riayət 

etdiyini hesab edir. 

 

Qrupun likvidlik siyasəti aşağıdakılardan ibarətdir: 



 

 

Pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin 



edilməsi üçün lazımı likvid aktivlərin səviyyəsinin saxlanması;  

 

Qrupun strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması; 



 

Müxtəlif  maliyyələşdirmə  mənbələrinin  saxlanması  və  beləliklə,  Qrupun  ölkədaxili  və  xarici 

mənbələrdən borc almaq imkanlarının artırılması; 

 

Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması; 



 

Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması; 

 

Yerli qanunvericilik tələblərinə uyğun olaraq likvidlik əmsallarına gündəlik monitorinq; 



 

Aktiv və öhdəliklərin strukturunun vaxt çərçivələrində daimi monitorinqi. 

 

Qrupda Baş Maliyyə Direktoru, Mərkəzi Xəzinədarlıq və Mühasibatlıq və büdcə  proqnozlaşdırılması 



Departamentlərinin aşağıdakılara cavabdehdirlər: 

 

 



ARMB-nın  likvidlik  tələbləri,  eləcə  də  xarici  borcverənlərlə  imzalanmış  sazişlərdəki  likvidlik  ilə 

bağlı xüsusi şərtlərə riayət edilməsi; 

 

Rəhbərliyə  gündəlik  hesabatlar,  o  cümlədən  əsas  valyutalarda  (AZN,  ABŞ  dolları,  Avro)  pul 



vəsaitlərinin  hərəkəti  ilə  bağlı  proqnozların  səviyyəsi,  pul  vəsaitlərinin  mövqeləri,  balansdakı 

dəyişikliklər haqqında rəhbərliyə hesabatların hazırlanması; 




 

69 


 

 

Likvid aktivlərin səviyyəsinə daimi nəzarət/monitorinq; 



 

Depozit və digər öhdəliklərin konsentrasiyaları üzrə monitorinq; 

 

Gərgin  vəziyyətlərdə  likvidliyin  təmin  edilməsi  üçün  pul  vəsaitlərinin  ani  artım  üzrə  planının 



tərtib edilməsi. 

 

AÖİK, Qrupun konsolidə edilmiş likvidlik mövqeyinin Mühasibatlıq və Büdcə Proqnozlaşdırılması 



Departamenti tərəfindən düzgün şəkildə idarəedilməsini təmin edir. Likvidlik mövqeləri və onların 

idarəedilməsi ilə bağlı qərarlar İdarə Heyəti tərəfindən qəbul olunur. Maliyyələşdirmə Planları 

Müşahidə Şurası tərəfindən təsdiqlənir. 

 

31 dekabr 2012-ci il tarixinə öhdəliklərinin diskontlaşdırılmamış ödəmə müddətlərinə görə təhlili 



aşağıdakı cədvəldə göstərilir: 

 

 



Tələb 

edilənədək 

və 1 aydan 

az 

 

1-3 ay 

ərzində 

 

3-12 ay 

ərzində 

  12 ay -5 il 

ərzində 

  5 ildən çox   

Cəmi 

 

   


   

   


   

   


 

Öhdəliklər 

   


   

   


   

   


 

Digər banklara 

ödəniləcək vəsaitlər 

552,335   

409,178   

252,902   

-   

-   


1,214,415 

Müştəri hesabları 

1,722,642   

294,401   

693,287   

1,001,643   

16,268   

3,728,241 

Buraxılmış borc qiymətli 

kağızları 

589   

1,231   


6,495   

2,872   


4,001   

15,188 


Borc alınmış digər 

vəsaitlər 

89,079   

152,319   

424,558   

285,073   

90,090   

1,041,119 

Digər maliyyə və sığorta 

öhdəlikləri 

49,007   

26,164   

218   

1,391   


5,189   

81,969 


Subordinasiya borcu 

1,933   


3,867   

17,400   

372,276   

110,600   

506,076 

Kreditlərin verilməsi üzrə 

öhdəliklər və istifadə 

edilməmiş kredit xətləri 

143,690   

3,698   


9,796   

15,199   

-   

172,383 


İdxal akkreditivləri 

60,260   

47,150   

203,855   

21,518   

-   


332,783 

Verilmiş zəmanətlər 

61,415   

88,641   

212,739   

255,246   

125,412   

743,453 


 

     


   

   


   

 

 



Cəmi maliyyə 

öhdəlikləri üzrə 

mümkün gələcək 

ödənişlər 

2,680,950   

1,026,649   

1,821,250   

1,955,218   

351,560   

7,835,627 

 

 



31 dekabr 2011-ci il tarixinə öhdəliklərinin diskontlaşdırılmamış ödəmə müddətlərinə görə təhlili 

aşağıdakı cədvəldə göstərilir: 

 

 

Tələb 

edilənədək 

və 1 aydan 

az 

 

1-3 ay 

ərzində 

 

3-12 ay 

ərzində 

  12 ay -5 il 

ərzində 

  5 ildən çox   

Cəmi 

 

   


   

   


   

   


 

Öhdəliklər 

   

   

   

   

   

 

Digər banklara 

ödəniləcək vəsaitlər 

388,862   

293,916   

211,855   

59,738   

9,953   


964,324 

Müştəri hesabları 

1,535,356   

150,822   

639,459   

556,398   

7,156   

2,889,191 

Buraxılmış borc qiymətli 

kağızları 

169   

1,439   


1,032   

2,640   


8,193   

13,473 


Borc alınmış digər 

vəsaitlər 

363,744   

95,620   

257,507   

68,741   

16,688   

802,300 


Digər maliyyə və sığorta 

öhdəlikləri 

39,384   

5,136   


1,099   

508   


-   

46,127 


Subordinasiya borcu 

347   


694   

3,122   


16,649   

51,954   

72,766 

Kreditlərin verilməsi üzrə 



öhdəliklər və istifadə 

edilməmiş kredit xətləri 

97,551   

-   


174   

-   


-   

97,725 


İdxal akkreditivləri 

559,640   

-   

-   


-   

-   


559,640 

Verilmiş zəmanətlər 

767,062   

612   


2,294   

707   


-   

770,675 


 

   


   

   


   

   


 

Cəmi maliyyə 

öhdəlikləri üzrə 

mümkün gələcək 

ödənişlər 

3,752,115   

548,239   

1,116,542   

705,381   

93,944   

6,216,221 


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə