Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   31   32   33   34   35   36   37   38   39

 

71 


 

 

Aktiv və öhdəliklər üzrə ödəniş müddətləri və faiz dərəcələrinin üst-üstə düşməsi, yaxud da nəzarət 



olunduğu  halda  üst-üstə  düşməməsi  Qrup  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Banklar  üçün  həyata 

keçirilən  biznes  sövdələşmələrinin  bir  çox  hallarda  müxtəlif  növdə  olduğu  və  müddətləri  bəlli 

olmadığına  görə  tam  üst-üstə  düşmə  imkanları  adi  xarakter  daşımır.  Üst-üstə  düşməyən  mövqe 

potensial  olaraq  gəlirlilik  dərəcəsini  artırmaqla  yanaşı  zərər  risklərini  də  artırır.  Aktiv  və  öhdəliklər 

üzrə  ödəniş  müddətləri,  habelə  faiz  hesablanan  öhdəliklərin  müddəti  bitdiyi  halda  məqbul  sayılan 

dəyərdə  əvəzlənməsi  imkanları  Qrupun  likvidliyinin,  eləcə  də  onun  faiz  dərəcələri  və  valyuta 

mübadiləsi  məzənnələrinin  dəyişkənliyinə  məruz  qalmasının  qiymətləndirilməsində  vacib  faktor 

hesab edilir. 

 

Rəhbərlik  hesab  edir  ki,  müştəri  hesablarının  əksəriyyətinin  tələb  üzrə  ödənilməli  olduğuna 



baxmayaraq, belə hesabların sayı və növü üzrə müxtəlifləşdirilməsi, habelə Qrupun keçmiş təcrübəsi 

bu müştəri hesablarının Qrup üçün uzun müddətdə maliyyələşdirmə vəsaitlərini təmin edə biləcəyini 

göstərir. Müştəri hesabları yuxarıdakı təhlildə müqavilə üzrə ödəniş müddətləri əsasında təsnif edilir. 

Lakin,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əsasən  fiziki  şəxslər  yığılmış  faizlərin 

müəyyən  hissəsini  əldə  etmək  hüququndan  məhrum  olduğu  təqdirdə  onlara  depozitləri  ödəniş 

müddətindən əvvəl banklardan çıxarmaq hüququ verilir. 

 

Zəmanətlər üzrə ödəniş tələblərini təmin etmək üçün likvidlik tələbləri və ehtiyat akkreditivləri öhdəliyi 



qəbul edilmiş məbləğlərdən əhəmiyyətli dərəcədə azdır, çünki Qrup üçüncü tərəflərin müqavilə  üzrə 

vəsaitləri  çıxaracağını  güman  etmir.  Kreditin  ayrılması  ilə  bağlı  öhdəliklərin  müqavilə  üzrə  ümumi 

məbləği mütləq  olaraq  gələcək  nağd  ödəniş  tələblərini  nəzərdə  tutmur,  ona  görə  ki,  bu  öhdəliklərin 

əksəriyətinin müddəti bitmiş olacaq, yaxud da vəsait ayrılmadan xətm ediləcəkdir. 

 

Bu müqavilə üzrə Qrupun ödəmə müddətləri üzrə individual müddətli borc vəsaitləri 16 saylı qeyddə, 



subordinasiyalı borc öhdəlikləri isə 19 saylı qeyddə göstərilib.    

 

 

28.  KAPİTALIN İDARƏ EDİLMƏSİ  

 

Qrup  kapitalını  idarə  edərkən  rəhbərliyin  məqsədi:  (i)  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı 



tərəfindən təyin edilmiş tələblərə riayət etmək, (ii) Qrupun gələcək fəaliyyətini qorumaq və (iii) Bazel 

Razılığı  əsasında  kapitalın  adekvatlığı  əmsalına  nail  olmaq  üçün  ən  azı  6%  həcmində  kapital 

saxlamaqdır.  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  təyin  edilmiş  kapitalın  adekvatlığı 

əmsalı  ilə  uzlaşmanı  əks  etdirən  hesablamalar  hər  ay  Audit  Komitəsinin  rəhbəri,  Bankın  Maliyyə 

Direktoru,  İdarə  Heyəti  Sədrinin  birinci  müavini,  Daxili  Audit  və  Mühasibat  və  Nəzarət 

Departamentinin  rəhbərləri  tərəfindən  imzalanmış  hesabatlarda  öz  əksini  tapır.  Kapital 

idarəedilməsinin digər əsasları hər il qiymətləndirilir.

 

 



Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  təyin  edilmiş  cari  kapital  tələblərinə  əsasən 

banklar: (a) minimum olaraq 10,000 min manat məbləğində cəmi kapital saxlamalı (31 dekabr,2011: 

10,000 min manat) ; (b) məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“nizamnamə 

kapitalı  nisbətini”)  12%  həcmində  və  ya  daha  yüksək  əldə  etməli  (31  dekabr,2011:12%)  və  (c)  1-ci 

dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbətini 6% və ya daha yüksək həcmdə 

saxlamalıdır (31 dekabr,2011: 6%).  

 

Rusiya  Federasiyası  Mərkəzi  Bankı  tərəfindən  təyin  edilmiş  kapital  tələblərinə  əsasən  banklar:(i) 



Rusiya  Federasiyası  Mərkəzi  Bankı  tərəfindən  təyin  edilmiş  kapital  tələblərinə  cavab  verməli,  (ii) 

Qrupun  gələcək  fəaliyyətini  qorumalı  və  (iii)  Bazel  Razılığı  əsasında  kapitalın  adekvatlığı  əmsalına 

nail  olmaq  üçün  ən  az  8%  həcmində  və  cəmi  kapital  və  4%  həcmində  1-ci  dərəcəli  kapital 

saxlamalıdırlar. 

 

31  dekabr  2012-ci il  tarixinə  Bank  ARMB-nın  kapital  adekvatlığına  dair  olan  bütün tələblərinə  riayət 



etmişdir.  (31  dekabr  2011-ci  il  tarixinə  Bank  ARMB-nın  kapital  adekvatlığına  dair  olan  tələblərinə 

riayət etməmişdir). 

 

Qrup  və  Bank  kredit  müqaviləsinin  tələb  olunan  maliyyə  şərtlərinə,  həmçinin  kapitalın  adekvatlığı 



şərtlərinə  riayət  etməlidir  (Kapitalın  Həcmi  və  Kapital  Standartları  üzrə  Beynəlxalq  görüşdə  (aprel, 

1998) və Bazel  I kimi tanınan bazar risklərinə aid Kapital Sazişinə düzəlişdə qəbul edilmiş və Bazel 

Sazişinin  tələblərinə  əsasən  kapital  adekvatlığı  səviyyəsi  daxil  olmaqla).  Qrupun  kapitalı  Bazel 

Sazişinə əsasən hesablanmış və konsolidə edilmiş maliyyə hesabatlarında əks olunmuşdur: 




 

72 


 

 

 



31 dekabr 

2012-ci il 

 

31 dekabr 

2011-ci il 

 

 



 

 

1-ci dərəcəli kapital 

 

 

 



Səhmdar kapitalı 

330,834 


 

240,000 


Bölüşdürülməmiş mənfəət/(yığılmış zərər) 

58,503 


 

13,694 


Qeyri-nəzarət payı 

2,326 


 

2,037 


Çıxılsın: qeyri-maddi aktivlər 

(5,295) 


 

(5,860) 


 

 

 



 

Cəmi müəyyən edilmiş 1-ci dərəcəli kapital 

386,368 

 

249,871 

 

 



 

 

2-ci dərəcəli kapital 

 

 

 



Ehtiyatlar (cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 1.25 %-i) 

71,440 


 

63,077 


Binalar üzrə yenidən qiymətləndirmə ehtiyatı  

28,244 


 

21,074 


Subordinasiya borcu 

193,184 


 

50,139 


 

 

 



 

Cəmi müəyyən edilmiş 2-ci dərəcəli kapital (1-ci dərəcəli kapitalın 

100% həcmindən çox olmamaqla) 

292,868 

 

134,290 

 

 

 



 

Çıxılsın: kapitalda iştirak payına qoyulmuş investisiyalar  

(575) 

 

(649) 



 

 

 



 

Cəmi idarəetmə kapitalı 

678,661 

 

383,512 

 

 



 

 

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər: 

 

 



 

Balans üzrə  

5,257,262 

 

4,009,597 



Balansdankənar  

457,918 


 

1,036,549 



 

 

 



 

Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər 

5,715,180 

 

5,046,146 

 

 



 

 

Kapital dərəcələri:  

 

 



 

1-ci dərəcəli kapital 

6.76% 

 

4.95% 



Cəmi kapital 

11.87% 


 

7.60% 


 

 

Bankın  kapital  idarəedilməsinin  vacib  bir  hissəsi  kimi Maliyyə  Direktoru mütəmadi  olaraq   kənardan 



tətbiq  edilən  kapital  tələblərinin  monitorinqini  aparır  və  nəticədə  monitorinq  hesabatları  Audit 

Komitəsinin  Sədri,  İdarə  Heyətinin  Sədri  və  Daxili  Audit  Departamentinin  Direktoru  tərəfindən 

nəzərdən  keçirilir  və  təsdiqlənir.  31  dekabr  2012-ci  il  tarixinə  Qrup  və  Bank  kənardan  tətbiq  edilən 

bütün kapital tələblərini yerinə yetirmişdir. 

 

 

 



29.  ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR  

 

Məhkəmə prosesləri – Qrup vaxtaşırı olaraq və adi fəaliyyəti müddətində müştərilər və müqavilə 

tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik belə düşünür ki, heç bir yığılmamış maddi itkilər 

baş verməyəcək və müvafiq olaraq bu maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır. 

 

Vergiqoyma – Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi birdən çox 

təfsirlərə yol verə bilər. Bundan başqa, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz 

mülahizələrinə görə qərar vermələri riski də mövcuddur. Qrup rəhbərliyinin biznes fəaliyyəti ilə 

əlaqədar mülahizələrinə əsaslanan müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı 

qarşılanmadıqda, Qrup üçün əlavə vergilər, cərimələr və faizlər hesablana bilər.  

 

Belə qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə üzrə zərər üçün 



ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola 

bilər. Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması 

olaraq ehtiyat üzrə müvəqqəti fərqin qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və 

debitor borcları ilə bağlı dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola 

bilər. Qrup rəhbərliyi ödəniləcək vergi məbləğlərinin hesablandığını düşünür və buna görə də maliyyə 

hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.  

 

Ümumiyyətlə vergi ödəyiciləri hər üç təqvim ilində bir dəfə vergi auditi yoxlamasından keçirlər. Lakin, 



tamamlanmış audit yoxlamaları yuxarı səviyyəli vergi müfəttişlərinin aşağı dərəcəli vergi müfəttişləri 

tərəfindən əldə olunan vergi auditinin nəticələrini yoxlamaq məqsədilə həyata keçirilən sonrakı əlavə 

audit yoxlamalarının olması ehtimalını istisna etmir. Cinayət işinin araşdırılması zamanı məhdudiyyət 

qaydası məhkəmənin qərarına əsasən yeddi ilədək uzadıla bilər.  

 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə