Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 1.35 Mb.

səhifə4/39
tarix14.09.2018
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

 

12 


 

Ödəmə müddətinə qədər saxlanılan investisiyalar  

 

Ödəmə  müddətinə  qədər  saxlanılan  investisiyalar  Qrupun  ödəmə  müddətinə  qədər  saxlanılacağına 



əminliyi və imkanları olan qeyri-derivativ maliyyə aktivləridir ki, bu aktivlər üzrə ödəmələr sabit və ya 

müəyyən  oluna  bilir,  eləcə  də  ödəniş  müddəti  dəyişməz  qalır.  Ödəmə  müddətinə  qədər  saxlanılan 

investisiyalar  hər  hansı  dəyərsizləşmə  çıxıldıqdan  sonra  effektiv  faiz  dərəcəsindən  istifadə  etməklə 

amortizasiya olunmuş dəyərdə ölçülür. 

 

Qrup ödəmə müddətinə qədər saxlanılan investisiyaların cüzi bir hissəsindən artıq miqdarını müddət 



başa çatmamışdan öncə satmalı və ya yenidən təsnif etməli olduğu hallarda (bəzi xüsusi şəraitlər 

istisna edilməklə) bütün kateqoriya təsirə məruz qalmış və nəticə etibarı ilə satıla bilən kimi yenidən 

təsnif edilməli olur. Bundan başqa, Qrupa sonrakı iki il ərzində hər hansı maliyyə aktivlərini ödəmə 

müddətinə qədər saxlanılan kimi təsnifləşdirmək qadağan edilir.  

 

Satıla bilən maliyyə aktivləri  

 

Satıla  bilən  maliyyə  aktivləri  satıla  bilməsinə  görə  müəyyən  edilmiş  yaxud  da  (a)  verilmiş  kreditlər  və 



debitor borcları, (b)  ödəmə müddətinə qədər saxlanılan investisiyalar və ya (c) ədalətli dəyəri  mənfəət 

və ya zərərdə tanınan maliyyə aktivləri kimi təsnif olunmayan qeyri-derivativlərdir.  

 

Qrupa məxsus olan və aktiv bazarda alınıb-satılan səhmlər və qaytarılabilən istiqrazlar satılabilən 



investisiyalar kimi təsnifləşdirilir və ədalətli dəyərlə ölçülür. Ədalətli dəyərin müəyyən edilməsi 30 saylı 

Qeyddə izah olunur. Müvvəqəti olmayan dəyərsizləşmə zərəri, effektiv faiz metodu ilə hesablanan faiz 

gəliri və xarici valyuta əməliyyatları üzrə mənfəət və zərər istisna olmaqla, ədalətli dəyərin dəyişməsi 

üzrə yaranan qazanc və itkilər digər məcmu gəlirdə tanınır. İnvestisiyanın silindiyi və ya dəyərsizləşdiyi 

halda investisiya üzrə ehtiyatda yığılmış kumulyativ qazanc və itkilər mənfəət və zərər köçürülür. 

 

Xarici  valyutada  olan  monetar  satılabilən  investisiyalar  həmin  valyutada  müəyyən  edilir  və  hesabat 



tarixinə  olan  məzənnə  ilə  ifadə  olunur.  Mənfəət  və  zərərdə  tanınmış  xarici  valyuta  əməliyyatları  üzrə 

qazanc və itkilər aktivin amortizasiya olunmuş dəyəri əsasında ölçülür. Digər xarici valyuta əməliyyatları 

üzrə qazanc və itkilər digər məcmu gəlirdə tanınır. 

 

Fəal  bazarda  qiyməti  bəyan  edilməmiş  və  ədalətli  dəyəri  düzgün  ölçülə  bilməyən  satıla  bilən 



investisiya  qiymətli  kağızları  hər  hesabat  dövrünün  sonunda  müəyyən  olunmuş  hər  hansı  ehtimal 

olunan zərər çıxılmaqla ilkin dəyərində ölçülür.  



 

Müştərilərə verilmiş kreditlər və debitor borcları  

 

Sabit və ya müəyyən oluna bilən ödənişli və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət debitor 



borcları, müştərilərə verilmiş kreditlər və digər debitor borcları “müştərilərə verilmiş kreditlər və 

debitor borcları” kimi təsnif edilir. Müştərilərə verilmiş kreditlər və debitor borcları effektiv faiz 

dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra amortizasiya olunmuş 

dəyərdə ölçülür. Faiz gəliri, faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi qısamüddətli kreditlər istisna 

edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır. 

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 

 

Ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan maliyyə aktivlərindən başqa digər belə aktivlər 



dəyərsizləşmənin müəyyən edilməsi məqsədilə hər hesabat dövrünün sonunda qiymətləndirilir. 

Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində 

investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığına isbat edən obyektiv sübut yaranarsa, 

maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.  

 

Fond birjalarında qeydiyyatdan keçmiş satıla bilən kimi təsnifləşdirilən kapital investisiyalarının 



ədalətli dəyərinin balans dəyərindən əhəmiyyətli və ya uzun müddət davam edən azalması 

dəyərsizləşmə üçün əsas ola bilər.     

 

Bütün digər maliyyə aktivləri üçün, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aiddir: 



 

 

Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud  



 

Əsas  borc  məbləği  və  ya  faizlərin  vaxtında  ödənilməməsi  və  ya  ödəmə  öhdəliyinin  yerinə 

yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması  

 

Borcalanın  müflisliyə  uğrayacağı  və  ya  maliyyə  strukturunun  yenidən  təşkil  edəcəyi  güman 



olunduqda; yaxud da 

 

Maliyyə  çətinlikləri  səbəbindən  qeyd  olunan  maliyyə  aktivinin  təqdim  edildiyi  fəal  bazar 



məkanlarının yox olması. 

 



 

13 


 

Verilmiş kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda 

dəyərsizləşməyəcəyi qiymətləndirilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müəyyən olunması 

məqsədilə kollektiv şəkildə təhlil edilir. Müştərilərə verilmiş kreditlər və debitor borcları portfelinin 

dəyərsizləşdiyini göstərən obyektiv sübutlara Şirkətin ödənişlərin yığılması ilə bağlı keçmiş təcrübəsi, 

portfeldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, eləcə də borc öhdəliyinin yerinə yetirilməməsi 

ilə əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərdə müşahidə olunan dəyişikliklər aid edilə bilər. 

 

Amortizasiya  olunmuş  dəyərlə  qeyd  edilən  maliyyə  aktivləri  halında,  hesabatda  tanınmış  ehtimal 



olunan  zərərin  məbləği  aktivin  balans  dəyəri  ilə  maliyyə  aktivinin  ilkin  effektiv  faiz  dərəcəsində 

diskontlaşdırılmış  təxmin  edilən  gələcək  pul  vəsaiti  hərəkətinin  cari  dəyəri  arasındakı  fərqdən 

ibarətdir. 

 

İlkin dəyəri ilə qeyd edilən maliyyə aktivləri halında isə, ehtimal olunan dəyərsizləşmə zərərinin bütün 



məbləği aktivin balans dəyəri ilə bənzər maliyyə aktivləri üçün tətbiq olunan cari bazar gəlirlilik 

norması dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri 

arasındakı fərqlə ölçülür. Belə dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilmir.  

 

Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutan verilmiş 



kreditlər və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal 

olunan zərəri məbləğində azaldılır. Müştərilərə verilmiş kreditlər və ya debitor borcu yığıla bilməz 

hesab edildikdə, belə məbləğlər ehtiyatlar hesabına qarşı silinir. Əvvəl silinmiş məbləğlər sonradan 

toplandığı təqdirdə, belə məbləğlər üzrə ehtiyatlar hesabına kredit yazılışı verilir. Ehtiyatlar hesabının 

balans məbləğindəki dəyişikliklər mənfəət və zərər haqqında hesabatda tanınır. 

 

Satıla bilən maliyyə aktivlərinin dəyərsizləşməsi zamanı digər məcmu gəlirlər olaraq tanınmış 



kumulativ gəlir və zərərlər dövr üzrə mənfəət və zərər şəklində yenidən təsnifləşdirilir.  

 

Amortizasiya olunmuş dəyərlə ölçülən aktivlər halında, sonrakı dövrdə ehtimal olunan zərəri azalarsa 



və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə ilə obyektiv 

şəkildə əlaqələndirilə bilərsə, bundan qabaq uçotda tanınmış ehtimal olunan zərəri mənfəət və zərər 

hesabına əvəzləşdirilir bu şərtlə ki, dəyərsizləşmənin əvəzləşdirildiyi tarixdə investisiyanın balans 

məbləği dəyərsizləşmə uçotda tanınmadığı təqdirdə amortizasiya dəyərindən artıq olmasın.  

 

Satılabilən kapital qiymətli kağızlarına gəldikdə, əvvəllər mənfəət və zərər müddəalarında tanınmış 



dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabında əvəzləşdirilmir. Dəyərsizləşmə üzrə zərərdən 

sonra ədalətli dəyərdə baş vermiş hər hansı artım digər məcmu gəlirlər hesabatında tanınır və 

investisiyaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatlar başlığı altında toplanılır. SB borc qiymətli 

kağızlar halında isə, investisiyaların ədalətli dəyərindəki artım dəyərsizləşmənin tanındığı andan 

sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirildikdə, dəyərsizləşmə üzrə zərər mənfəət və 

zərər hesabına əvəzləşdirilir. 

 

Şərtləri təkrar razılaşdırılmış kreditlər  

 

 



Mümkün  olan  hallarda  bank  girova  sahib  çıxmaq  əvəzinə  kredit  şərtlərinin  təkrar  razılaşdırılması 

məqsədini  güdür.  Bu,  ödəniş  müddətinin  uzadılması  və  yeni  kredit  şərtlərinin  razılaşdırılmasını 

nəzərdə tuta bilər. Şərtlər yenidən razılaşdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin 

edilməsindən  əvvəl  hesablanmış  ilkin  effektiv  faiz  dərəcəsindən  istifadə  etməklə  ölçülür  və  kredit 

vaxtı  ötmüş  hesab  edilmir.  Rəhbərlik  bütün  meyarlar  üzrə  tələblərin  yerinə  yetirildiyini  və  gələcək 

ödənişlərin  baş  tutacağını  təmin  etmək  məqsədilə  şərtləri  təkrar  razılaşdırılmış  kreditləri  nəzərdən 

keçirir.  Kreditlərin  ilkin  effektiv  faiz  dərəcəsindən  istifadə  etməklə  hesablanan  fərdi  və  ya  birgə 

dəyərsizləşmə qiymətləndirilməsinin obyekti olmaqda davam edir. 



 

Kreditlərin və avansların silinməsi  

 

Kreditlər və avanslar yığılması mümkün olmadıqda ehtimal olunan zərər üçün ehtiyatlara qarşı 



hesabdan silinir. Rəhbərlik Qrupa ödənilməli olan borcların yığılması üçün bütün mümkün 

vasitələrdən istifadə etdikdən və Qrup saxladığı bütün girov vəsaitlərini satdıqdan sonra kreditlər və 

avanslar hesabdan silinir. Əvvəllər hesabdan silinmiş məbləğlərin sonradan bərpa edilməsi 

ödənişlərin qaytarılması dövründə məcmu gəlirlər haqqında konsolidə edilmiş hesabatda maliyyə 

aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə