Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   2   3   4   5   6   7   8   9   ...   39

 

16 


 

 

ARMB, RFMB və GMB-də saxlanılan məcburi ehtiyatlar  

 

ARMB,  RFMB  və  GMB-də  saxlanılan  məcburi  ehtiyatlar  uçotda  amortizasiya  edilmiş  dəyərlə 



göstərilir  və  faiz  hesablanmayan  məcburi  ehtiyatları  əks  etdirir  ki,  onlar  da  Qrupun  gündəlik 

əməliyyatlarını  maliyyələşdirmək  üçün  nəzərdə  tutulmamışdır.  Bu  səbəbdən  də  pul  vəsaitlərinin 

hərəkəti  haqqında  konsolidə  edilmiş  hesabatda  onlara  pul  vəsaitləri  və  onların  ekvivalentləri  kimi 

baxılmır. 

 

Binalar və avadanlıqlar 

 

Məhsulun  istehsalı  və  ya  xidmətlərin  təchizatı,  yaxud  da  inzibati  məqsədlər  üçün  istismar  edilən 



binalar  sonrakı  dövrlərin  yığılmış  köhnəlmə  və  yığılmış  dəyərsizləşmə  zərəri  çıxılmaqla  maliyyə 

vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatda  yenidənqiymətləndirmə  dəyərində  qeyd  edilirlər  ki, 

bu  dəyər  də  onların  yenidənqiymətləndirmə  tarixinə  olan  ədalətli  dəyərini  təşkil  edir. 

Yenidənqiymətləndirmə  balans  məbləğinin  hər  hesabat  dövrünün  sonunda  ədalətli  dəyəri  tətbiq 

etməklə  müəyyən  oluna  biləcək  balans  dəyərindən  əhəmiyyətli  dərəcədə  fərqlənməyəcəyini  təmin 

etmək üçün kifayət qədər müntəzəm qaydada həyata keçirilir.  

 

Binaların  yenidən  qiymətləndirilməsindən  irəli  gələn  hər  hansı  yenidənqiymətləndirmə  artımı  digər 



məcmu  gəlirlər  hesabatında  tanınır  və  kapitalda  yığılır,  hərçənd  ki,  belə  artımın  bundan  əvvəl 

mənfəət və zərər uçotunda tanınmış eyni aktivin yenidənqiymətləndirmə azalmasını əvəzləşdirdiyi və 

nəticə  etibarı  ilə,  öncədən  xərclənmiş  azalma  həcmində  mənfəət  və  zərər  hesabının  kreditinə 

yazıldığı  hal  istisna  edilir.  Binaların  yenidənqiymətləndirilməsindən  yaranan  balans  dəyərinin 

azalması,  bu  məbləğ  həmin  aktivin  əvvəlki  yenidənqiymətləndirilməsi  ilə  bağlı  əmlakın  yenidən 

qiymətləndirmə  ehtiyatındakı  qalıqdan,  əgər  varsa,  artıq  olduğu  halda  mənfəət  və  zərər  uçotunda 

tanınır. 

 

İstehsal, təchizat, yaxud da inzibati məqsədlər üçün istismar ediləcək tikintisi başa çatmamış əmlak 



vasitələri  hər  hansı  tanınmış  ehtimal  olunan  zərər  çıxılmaqla  uçotda  maya  dəyəri  ilə  qeyd  edilir. 

Dəyərə  peşəkar  xidmət  haqqı  və  müvafiq  aktivlər  halında,  Qrupun  mühasibat  uçotu  siyasətinə 

əsasən  kapitalizasiya  edilmiş  borclanma  xərcləri  daxildir.  Belə  əmlak  aktivləri,  onların  tikintisi  başa 

çatdıqda  və  təyinatı  üzrə  istismara  verilməsi  üçün  hazır  olduqda,  müvafiq  əmlak  və  avadanlıq 

kateqoriyaları  üzrə  təsnif  edilir.  Bu  əmlak  aktivlərinin  köhnəlməsi,  digər  əmlak  vasitələri  halında 

olduğu  kimi,  təyinat  üzrə  istismara  hazır  vəziyyətdə  olunduğu  andan  etibarən  hesablanmağa 

başlanır. 

 

Yenidən  qiymətləndirilmiş  binalar  üzrə  amortizasiya  mənfəət  və  ya  zərər  uçotunda  tanınır.  Yenidən 



qiymətləndirilmiş əmlak satıldıqda yaxud istismardan çıxarıldıqda, bununla əlaqədar əmlakın yenidən 

qiymətləndirilməsi  ehtiyatındakı  qalıq  yenidən  qiymətləndirmə  gəliri  birbaşa  bölüşdürülməmiş 

mənfəət hesabına köçürülür 

 

Şəxsi torpaq sahəsinə amortizasiya hesablanmır. 



 

Daşınmaz mal-material  və avadanlıq yığılmış köhnəlmə və  yığılmış dəyərsizləşmə  zərəri çıxılmaqla 

ilkin dəyərdə uçotda qeyd edilir. 

 

Köhnəlmə  düz  xətt  metodundan  istifadə  etməklə  aktivlərin  faydalı  istismar  müddətində  qalıq  dəyəri 



çıxıldıqdan sonra ilkin dəyəri və  ya qiymətləndirilməsinin (azad mülkiyyət təşkil edən torpaq sahəsi, 

habelə  tikintisi  başa  çatmamış  əmlak  vasitələri  istisna  edilməklə)  hesabdan  silinməsi  məqsədilə 

uçotda  tanınır.  Təxmin  edilən  faydalı  istismar  müddəti,  qalıq  dəyər  və  köhnəlmə  metodu  perspektiv 

əsaslarla  uçotu  aparılan  hesablamalarda  hər  hansı  dəyişikliklərin  aşağıdakı  illik  dərəcələrlə  təsiri 

nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlili edilir: 

 

Binalar 



2.5-5%

İcarədə olan əmlakın təkmilləşdirilməsi 

5-10%

Ofis və kompüter avadanlığı 



25%

Bank avadanlığı, mebellər, qurğular, nəqliyyat vasitələri və   

digər 

20-25%


 

Bina və avadanlıqlar hesabdan silindikdə və ya onların davamlı istifadəsi artıq iqtisadi fayda 

gətirmədikdə, belə aktivlərin tanınması dayandırlılır. Əmlak və avadanlıq vasitələrinin satılaraq 

hesabdan silinməsi və ya istismardan çıxarılımasından irəli gələn hər hansı gəlir və ya zərərlər belə 

aktivlərin balans dəyəri ilə satışdan əldə olunmuş gəlirlər arasında fərq kimi müəyyən edilir və 

mənfəət və zərər hesabatında tanınır. 




 

17 


 

 

Qeyri-maddi aktivlər  



 

Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər  

 

Müəyyən istismar ömrü olan ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər yığılmış köhnəlmə və yığılmış 



dəyərsizləşmə  zərəri  çıxılmaqla  ilkin  maya  dəyəri  ilə  uçotda  qeyd  edilir.  Köhnəlmə  aktivin  təxmin 

edilən  faydalı  istismar  ömrü  ərzində  düz  xətt  metodundan  istifadə  etməklə  uçotda  tanınır.  Təxmin 

edilən faydalı istismar ömrü və köhnəlmə metodu perspektiv əsaslarla uçota alınan təxminlərdəki hər 

hansı dəyişikliklərin təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir. 



 

Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması  

 

Qeyri-maddi  aktivlər  satılaraq  hesabdan  silindikdə,  yaxud  onların  sonrakı  istismarı  və  ya  satılması 

gələcəkdə  iqtisadi  mənfəət  gətirmədikdə,  belə  aktivlərin  tanınması  dayandırılır.  Qeyri-maddi 

aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya zərər, belə aktivlərin balans dəyəri ilə 

satışdan  əldə  olunan  xalis  gəlir  məbləği  arasındakı  fərq  kimi  ölçülür  və  aktivin  tanınması 

dayandırıldığı zaman mənfəət və zərər hesabatında tanınır. 

 

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi 

 

Qrup  maddi  və  istismar  ömrü  müəyyən  olunmuş  qeyri-maddi  aktivlərin  dəyərsizləşməyə  məruz 



qalaraq  qiymətlərinin  düşüb  –  düşmədiyini müəyyənləşdirmək  üçün  hər  hesabat  dövrünün  sonunda 

belə  aktivlərin  balans  dəyərini  təhlil  edir.  Dəyərsizləşmənin  baş  verdiyinə  dəlalət  edən  hər  hansı 

hallar mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) həcmini müəyyən etmək üçün aktivin 

bərpa  dəyəri  hesablanır.  Aktivin  fərdi  hallarda  bərpa  dəyərini  hesablamaq  mümkün  olmazsa,  Qrup 

belə  aktivin  aid  olduğu  gəlir  gətirən  aktivlər  qrupunun  bərpa  dəyərini  müəyyən  edir.  Aktivin 

yerləşdirilməsinə  müvafiq  və  ardıcıllığı  gözlənilən  əsaslar  müəyyən  edildiyi  hallarda,  korporativ 

aktivlər,  həmçinin,  fərdi  gəlir  gətirən  aktivlər  qrupunda  yerləşdirilə  bilər  yaxud,  başqa  cür,  müvafiq 

qaydada  və  ardıcıllığı  gözlənilməklə  yerləşdirilmə  əsasları  müəyyən  edilmiş  ən  kiçik  gəlir  gətirən 

aktivlər qrupunda yer alır. 

 

Qeyri-müəyyən istifadə müddəti olan və istifadə üçün hazır olmayan qeyri-maddi aktivlər ən azından 



ildə bir dəfə və ya dəyərsizləşmə əlaməti olduqda dəyərsizləşmə üzrə yoxlamadan keçirilməlidir. 

 

Bərpa  dəyəri  ədalətli  dəyərdən  satış  və  istifadə  dəyərlərini  çıxıldıqdan  sonra  alınan  daha  yüksək 



məbləğdir. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək dövrlərin pul axınları pulun vaxt 

üzrə dəyərinin və gələcək pul axınları ilə bağlı təxminlərə düzəliş edilməmiş aktiv üçün səciyyəvi olan 

risklərin hazırkı  bazar qiymətləndirilməsini özündə əks etdirən vergiyə  qədərki diskont dərəcəsindən 

istifadə etməklə cari dəyərinə diskontlaşdırılılır. 

 

Aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun)  bərpa  dəyərinin  onun  balans  dəyərindən  az  olduğu 



hesablanarsa, belə aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans  dəyəri bərpa  dəyərinə kimi 

azaldılır.  Dəyərsizləşmə  zərərinin  yenidən  qiymətləndirmədən  irəli  gələn  azalma  kimi  hesab  edildiyi 

hal olaraq müvafiq aktiv uçotda yenidənqiymətləndirilmiş dəyərdə əks olunmayana qədər, belə zərər 

dərhal mənfəət və zərər hesabatında tanınır.  

 

Dəyərsizləşmə üzrə zərər sonradan əvəzləşdirilərsə, aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) 



balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpa dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış 

belə balans dəyəri aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) dəyərsizləşmənin tanınmadığı 

keçmiş illərdə müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Dəyərsizləşmə üzrə zərərin 

yenidənqiymətləndirmədən irəli gələn artım kimi hesab edildiyi hal olaraq müvafiq aktiv 

yenidənqiymətləndirilmiş dəyərlə uçotda əks edilməyənə qədər, belə zərərin əvəzləşdirilməsi dərhal 

mənfəət və zərər hesabatında tanınır. 

 

Vergiyə cəlb olunma  

 

Mənfəət vergisi xərcləri ödənilməli olan cari vergi və təxirə salınmış vergidən ibarətdir. 



 

Cari vergi  

 

Ödənilməli  olan  cari  vergi  il  üzrə  vergiyə  cəlb  olunan  mənfəət  əsasında  tutulur.  Vergiyə  cəlb 

olunan  mənfəət  digər  illərdə  vergiyə  cəlb  olunmuş,  yaxud  gəlirdən  çıxarılan  və  heç  vaxt  vergiyə 

cəlb  olunmayan,  yaxud  gəlirdən  çıxarılmayan  gəlir  və  xərclər  müddəaları  ilə  əlaqədar  konsolidə 

edilmiş məcmu gəlir haqqında hesabatda əksini tapmış mənfəətdən fərqlənir. Qrupun cari vergi ilə 

bağlı öhdəliyi hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və ya tam həcmdə minmiş vergi 

dərəcələrindən istifadə etməklə hesablanır. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə