Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 

20 


 

müəyyənləşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkin dəyərlə xarici 

valyutada ölçülmüş qeyri-monetar müddəaların valyuta mövqeyi təkrar qiymətləndirilir. 

 

Pul  vəsaitlərində  mövcud  olan  valyuta  fərqləri  baş  verdiyi  dövrdə  aşagıdakı  hallar  istisna  olmaqla 



mənfəət və ya zərərdə tanınır: 

 

 



Gələcək dövr üçün nəzərdə tutulmuş aktivlərlə əlaqəli xarici valyutada olan borclarda məzənnə 

fərqləri,  xarici  valyutalarda  olan  borclarda  həmin  aktivlərə  edilən  düzəlişlərin  faiz  xərclərində 

daxil edilir; 

 

Müəyyən  xarici  valyuta  risklərinin  qarşısını  almaq  üçün  aparılan  əməliyyatlar  üzrə  valyuta 



fərqləri (aşağıda hecinqin uçotu qaydalarına baxın); və 

 

Hesablaşmanın  olmadığı  və  olacağı  güman  edilməyən  xarici  əməliyyatlarda  olan  debitor  və 



kreditor  borclarında  olan  valyuta  fərqləri  (ona  görə  də  xarici  əməliyyatda  xalis  investisisya 

formalaşdırır)  hansı  ki  ilk  əvvəl  digər  gəlirlərdə  göstərilir  və  daha  sonra  səhmdar  kapitalından 

pul vəsaitlərinin mənfəət və zərər hesabına təsnif edilir. 

 

Konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi məqsədi ilə Qrupun xarici əməliyyatlarının 



aktiv  və  öhdəlikləri  hər  hesabat  müddətinin  sonunda  qüvvədə  olan  valyuta  mübadilə  məzənnələri 

əsasında  manata  çevrilir.  Gəlir  və  xərc  elementləri  müəyyən  müddət  üçün  orta  valyuta  mübadilə 

məzənnələri əsasında çevrilir, istisna hallarda valyuta mübadilə məzənnələri həmin müddət ərzində 

əhəmiyyətli dərəcədə tərəddüd etdiyi halda sövdələşmələrin tarixində qüvvədə olan valyuta mübadilə 

məzənnələri istifadə olunur. Hər hansı valyuta mübadilə fərqləri meydana gəldiyi halda digər məcmu 

gəlirlər  haqqında  olan  hesabatlarda  tanınır  və  kapitalda  toplanırlar  (münasib  olduqda,  qeyri-nəzarət 

payına aid edilir). 

 

Xarici  əməliyyatın  silinməsi  zamanı  (Qrupun  xarici  əməliyyatdakı  bütün  faizinin  silinməsi  və  ya 



özündə  xarici  əməliyyat  daxil  edən  törəmə  müəssisənin  nəzarətinin  itirilməsi  ilə  əlaqəli  silinmə, 

özündə xarici əməliyyat daxil edən birgə müəssisənin nəzarətinin itirilməsi ilə əlaqəli silinmə, özündə 

xarici  əməliyyat  daxil  edən  asılı  müəssisənin  əhəmiyyətli  itirilməsi  ilə  əlaqəli  silinmə),  Bankın 

səhmdarlarına aid səhmdar kapitalında yığılmış bütün valyuta fərqləri mənfəət və zərər kimi yenidən 

təsnif edilir. 

 

Qismən  silinmə  Qrupun  özündə  xarici  əməliyyat  daxil  edən  törəmə  müəssisənin  nəzarətinin 



itirilməsilə  nəticələnməyən  halda,  yığılmiş  valyuta  fərqlərinin  proporsional  hissəsi  yenidən  qeyri-

nəzarət paylarına aid edilir və mənfəət və ya zərər kimi tanınmır. Qalan bütün qismən silinmələr üçün 

(Qrupun  mülkiyyətində  olan  asılı  və  birgə  müəssisələrdə  olan  və  Qrupun  həmin  müəssisələr  üçün 

əhəmiyyətli  təsirinin  itirilməsi  ilə  nəticələnməyən  azalmalar),  valyuta  fərqlərinin  proporsional  hissəsi 

mənfəət və ya zərər kimi yenidən təsnifləşdirilir. 

 

Xarici əməliyyatın alınmasından irəli gələn müəyyən olunan aktiv və öhdəliklər üzrə qudvil və ədalətli 



dəyər  düzəlişləri  xarici  əməliyyatın  aktiv  və  öhdəliyi  kimi  tanınır  və  həmin  dövrün  sonuna  üstünlük 

təşkil edən valyuta məzənnəsi ilə köçürülür. Valyuta mübadiləsi fərqləri səhmdar kapitalında tanınır. 

 

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında Qrupun ilin sonunda tətbiq etdiyi valyuta 



mübadiləsi məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr 2012-

ci il 

  31 dekabr 2011-

ci il 

 

 



 

 

AZN/1 ABŞ dolları 



0.7850 

 

0.7865 



AZN/1 Avro 

1.0377 


 

1.0178 


AZN/1 Rusiya rublu 

0.0258 


 

0.0245 


 

 

Girov  



 

Qrup məqsədəmüvafiq hesab edildiyi hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov 

adətən müştəri əmlakının həbs olunmasını nəzərdə tutur və Qrupa müştərinin həm cari, həm də 

gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.  

 

Geri alınmış girov əvvəlki balans dəyərinin ən aşağı məbləğində və ədalətli səyərdən satış dəyərini 



çıxmaqla ölçülür. 

 

Kapital ehtiyatı 

 

Qrupun  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatında  kapital  daxilində  qeyd  edilən 

ehtiyatlar (digər məcmu gəlir): 

 



 

21 


 

 

‘Məcmu  köçürmə  ehtiyatı’  hedcinqin  xalis  təsiri,  xarici  əməliyyatlarda  xalis  investisiyaların 



çevrilməsindən yaranan məzənnə fərqlərini qeyd etmək üçün istifadə olunur; 

 

‘Binaların  ədalətli  dəyərində  dəyişikliklərdən  ibarət  olan  “binaların  yenidənqiymətləndirmə 



ehtiyatı”nı əks etdirir. 

 

Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları  

 

Assosiasiya  olunmuş  müəssisə  üzərində  Şirkətin  əhəmiyyətli  dərəcədə  təsiri  olan  və  nə  törəmə 



müəssisəsi kimi fəaliyyət göstərən, nə də ki, birgə müəssisədə iştirak payını nəzərdə tutan müəssisə 

formasıdır.  Əhəmiyyətli  dərəcədə  təsir  deyildikdə,  investisiya  obyektinin  maliyyə  və  əməliyyatlar 

siyasətlərinə  nəzarət və ya birgə nəzarətin həyata keçirilməsi deyil, belə siyasətlər üzrə  qərar qəbul 

edilməsi prosesində iştirak etmək səlahiyyətinə malik olmaq nəzərdə tutulur.  

 

Assosiasiya  olunmuş  müəssisələrin  fəaliyyət  nəticələri,  habelə  aktiv  və  öhdəlikləri  5  saylı  MHBS: 



Uzunmüddətli  Aktivlər  və  Dayandırılmış  Əməliyyatlar  müddəasına  müvafiq  qaydada  uçota  alınması 

nəzərdə  tutulmuş investisiyaların  satış  üçün  saxlanıldığı  kimi  təsnif  edildiyi  hallar  istisna  olunmaqla, 

kapital  metodu  ilə  mühasibat  uçotu  üsulundan  istifadə  etməklə  bu  konsolidə  edilmiş  maliyyə 

hesabatlarında  öz  əksini  tapmışdır.  Kapital  metoduna  əsasən,  assosiasiya  olunmuş  müəssisəyə 

investisiya  qoyuluşu  ilkin  olaraq  konsolidə  edilmiş  maliyyə  vəziyyəti  haqqında  hesabatda  dəyəri  ilə 

əks etdirilir və bu məbləğə sonradan Qrupun mənfəət və  zərərdəki  payının və assosiasiya olunmuş 

müəssisənin  digər  məcmu  gəlirlərinin  uçotda  tanınması  üçün  düzəlişlər  edilir.  Qrupun  assosiasiya 

olunmuş müəssisənin zərərində payı onun həmin müəssisədəki iştirak payından (mahiyyətcə Qrupun 

assosiasiya  olunmuş  müəssisəyə  xalis  investisiya  qoyuluşlarının  bir  hissəsini  təşkil  edən  uzun 

müddətli iştirak payları daxil olmaqla) çox olarsa, Qrup sonrakı zərərlərdə payını uçotda tanınmasını 

dayandırır.  Yaranmış  əlavə  zərərlər  yalnız  Qrupun  hüquqi  yaxud  konstruktiv  öhdəlikləri  yaranan  və 

ya assosiasiya olunmuş müəssisə adından ödənişlər edilən həddə qədər uçotda tanınır.  

 

Satınalınma  dəyərinin  assosiasiya  olunmuş  müəssisənin  satınalınma  tarixində  uçotda  tanınmış 



müəyyən  oluna  bilən  aktivlər,  öhdəliklər  və  şərti  öhdəliklərinin  xalis  ədalətli  dəyərində  Qrupun 

payından artıq olan hər hansı hissəsi uçotda qudvil kimi tanınır və investisiyanın balans dəyərində öz 

əksini tapır. Təkrar qiymətləndirmədən sonra Qrupun müəyyən oluna bilən aktivlər, öhdəliklər və şərti 

öhdəliklərin  xalis  ədalətli  dəyərindəki  payının  satınalınma  dəyərindən  artıq  olan  hissəsi  dərhal 

mənfəət və zərər hesabatında tanınır.  

 

39  saylı  MUBS-ın  tələbləri  Qrupun  assosiasiya  olunmuş  müəssisələrə  investisiya  qoyuluşları  üzrə 



dəyərsizləşmə  zərərinin  uçotda  tanınmasının  zəruri  olub-olmamasını  müəyyən  etmək  üçün  tətbiq 

olunur.  Zərurət  yarandıqda,  investisiyaların  bütün  balans  dəyəri  (o  cümlədən  qudvil)  “Aktivlərin 

dəyərsizləşməsi”  36  saylı  MUBS  əsasən  vahid  bir  aktiv  formasında  onun  bərpa  dəyərinin  (istismar 

dəyəri  ilə  satış  xərcləri  çıxılmaqla  ədalətli  dəyərdən  daha  yüksəyi)  balans  dəyəri  ilə  müqayisəsi 

vasitəsilə dəyərsizləşməni müəyyən etmək üçün yoxlanılır. Uçotda tanınmış hər hansı dəyərsizləşmə 

zərəri  investisiyaların  balans  dəyərininin  bir  hissəsini  təşkil  edir.  Dəyərsizləşmə  zərərinin  bərpa 

olunması  istənilən  halda  36  saylı  MUBS-a  əsasən  investisiyaların  bərpa  dəyərinin  sonradan  artan 

həddə qədər uçotda tanınır.  

 

Qrup  müəssisə  ilə  onun  assosiasiya  olunmuş  müəssisəsi  arasında  əməliyyatlar  baş  tutduğu  halda, 



belə  əməliyyatlar  nəticəsində  yaranmış  mənfəət  və  zərərlər  yalnız  Qrupun  assosiasiya  olunmuş 

müəssisədə Qrupa aidiyyəti olmayan iştirak payı həddində konsolidə edilmiş maliyyə hesabatlarında 

tanınır.

 

 

Mühüm mühasibat uçotu mülahizələri və qeyri-müəyyən təxminlərin əsas mənbələri  

 

Yuxarıda  əks  olunan  mühasibat  qaydalarını  tətbiq  edərkən,  Qrup  rəhbərliyindən  digər  mənbələrdən 



əldə  edilməsi  üçün  hazır  olmayan  aktiv  və  öhdəliklərin  balans  dəyərinə  dair  mülahizələr, 

hesablamalar və təxminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqədar təxminlər keçmiş 

təcrübəyə  və  müvafiq  hesab  edilən  digər  amillərə  əsaslanır.  Faktiki  nəticələr  həmin  təxminlərdən 

fərqli ola bilər.  

 

Təxminlər  və  əsas  götürülən  fərziyyələr  davamlı  qaydada  təhlil  edilir.  Mühasibat  təxminlərinə  olan 



düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövrə təsir göstərdikdə həmin dövrdə, cari və gələcək 

dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrdə tanınır. 



 

Qeyri-müəyyən təxminlərin əsas mənbələri  

 

Aşağıda  gələcək  dövrlərə  aid  əsas  fərziyyələr  və  hesabat  dövrünün  sonuna  qeyri-müəyyən 



təxminlərin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans 

dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır.  




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə