Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 1.35 Mb.

səhifə9/39
tarix14.09.2018
ölçüsü1.35 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 

22 


 

 

Kredit və debitor borclarının dəyərsizləşməsi  

 

Qrup  dəyərsizləşməni  müəyyən  etmək  məqsədilə  kreditləri  və  debitor  borclarını  mütəmadi  olaraq 



nəzərdən  keçirir.  Qrupun  kreditlər  və  debitor  borcları  portfelində  baş  vermiş  dəyərsizləşmə  üzrə 

zərərin  tanınması  üçün  kreditlərin  dəyərsizləşməsi  üzrə  ehtiyatlar  yaradılır.  Qrup  kredit  və  debitor 

borclarının  dəyərsizləşməsi  üzrə  ehtiyatlara  dair  mühasibat  təxminlərini  qeyri-müəyyən  hesab  edir, 

ona görə ki, (i) onlar gələcək defolt dərəcələri barədə fərziyyələrin, eləcə də dəyərsizləşmiş kreditlər 

və  debitor  borcları  ilə  bağlı  potensial  itkilərin  qiymətləndirilməsinin  yaxın  keçmişdəki  fəaliyyət 

nəticələrinə  əsaslanması  səbəbindən  vaxtaşırı  olaraq  dəyişikliklərə  çox  məruz  qalır  və  (ii)  Qrupun 

hesabladığı  zərər  ilə  faktiki  zərər  arasında  hər  hansı  əhəmiyyətli  fərq  müqabilində  ondan  gələcək 

dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi 

tələb oluna bilər.  

 

Borcalanlar maliyyə  çətinlikləri ilə  üzləşdikdə  və  belə  borcalanlara  dair tarixi  məlumat  mənbələri  az 



sayda  olduqda,  Qrup  hər  hansı  dəyərsizləşmə  üzrə  zərərin  məbləğini  hesablamaq  üçün  rəhbərliyin 

mülahizələrindən  istifadə  edir.  Eyni  ilə,  Qrup  keçmiş  fəaliyyət  nəticələri,  keçmiş  müştəri  davranışı, 

qrup  daxilində  borcalanın  ödəniş  etmə  vəziyyətindəki  mənfi  dəyişiklikləri  göstərən  müşahidə  oluna 

bilən  məlumatlar,  eləcə  də  qrup  daxilində  aktiv  üzrə  öhdəliyin  yerinə  yetirilməməsi  halları  ilə  əlaqəli 

olan ölkə və yerli iqtisadi şəraitlərə əsaslanmaqla gələcək  pul axınlarındakı dəyişiklikləri hesablayır. 

Rəhbərlik  kredit  riski  ilə  səciyyələnən  aktivlər  halında  əvvəllər  baş  vermiş  zərər  üzrə  keçmiş 

təcrübəyə  və  kreditlər  qrupunda  olduğu  kimi  dəyərsizləşməyə  dəlalət  edən  obyektiv  sübutlara 

əsaslanan  ehtimallardan  istifadə  edir.  Qrup  tarixi  məlumatlarda  əksini  tapmamış  hazırkı  şəraitlərin 

qeyd edilməsi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün 

rəhbərliyin mühakimələrindən istifadə edir.  

 

Konsolidə edilmiş maliyyə hesabatlarında maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat 



müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Qrup 

Rusiya Federasiyasında belə şəraitlərdə hansı dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin 

gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara necə təsir göstərəcəyini 

qabaqcadan söyləmək iqtidarında deyil.  

 

31 dekabr 2012-ci və 2011-ci il tarixlərinə kredit və debitor borclarının ümumi məbləği müvafiq olaraq 



5,960,588 min manat və 4,697,693 min manat, dəyərsizləşmə zərəri üçün ehtiyatların məbləği isə 

müvafiq olaraq 699,752 min manat və 689,509 min manat təşkil etmişdir. 

 

Maliyyə alətlərinin qiymətləndirilməsi  

 

30  saylı  qeyddə  izah  edildiyi  kimi,  Qrup  müəyyən  növlü  maliyyə  alətlərinin  ədalətli  dəyərini 



hesablamaq  üçün  müşahidə  oluna  bilən  bazar  məlumatlarına  əsaslanmayan  giriş  məlumatlardan 

ibarət qiymətləndirmə üsullarından istifadə edir. 28 saylı qeyddə maliyyə alətlərinin ədalətli dəyərinin 

müəyyənləşdirilməsində  tətbiq  edilən  əsas  fərziyyələrə  dair  müfəssəl  məlumat,  eləcə  də  belə 

fərziyyələr  üzrə  həssaslıq  təhlilinin  təfərrüatları  göstərilir.  Rəhbərlik  hesab  edir  ki,  tətbiq  olunan 

seçilmiş qiymətləndirmə üsulları və fərziyyələr maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi 

üçün məqsədə uyğundur.  

 

 

Əmlak və avadanlığın faydalı istismar müddəti  

 

Yuxarıda 2 saylı qeyddə göstərildiyi kimi, Qrup hər hesabat ilinin sonunda əmlak və avadanlıqlarının 



hesablanmış faydalı istismar müddətlərini nəzərdən keçirir.  

 

Yenidən qiymətləndirilmiş məbləğlərlə uçotda əks etdirilən tikililər  

 

Tikililər uçotda təkrar qiymətləndirilmiş məbləğlərlə ölçülür. Sonuncu belə qiymətləndirmə 30 iyun 



2012-ci il tarixinə təsadüf etmişdir. Növbəti təkrar qiymətləndirmənin əsas etibarı ilə 30 iyun 2013-cü 

il tarixinə həyata keçiriləcəyi planlaşdırılır. Təkrar qiymətləndirilmiş əmlakın 31 dekabr 2012-ci və 

2011-ci il tarixlərinə balans dəyəri müvafiq olaraq 60,411 min manat və 48,634 min manat təşkil 

etmişdir. 




 

23 


 

 

Təxirə salınmış vergi aktivlərinin bərpa oluna bilməsi  

 

Qrup rəhbərliyi hesabat tarixində təxirə salınmış vergi aktivlərinə qarşı qiymətləndirmə ehtiyatının 



yaradılmasına ehtiyac olmadığına əmindir, ona görə ki, təxirə salınmış vergi aktivinin tamamilə 

realizə olunacağı daha çox ehtimal edilir. Təxirə salınmış vergi aktivlərinin 31 dekabr 2012-ci və 

2011-ci il tarixlərinə balans dəyəri müvafiq olaraq 22,369 min manat və 38,728 min manat təşkil 

etmişdir. 

 

Digər borc alınmış vəsaitlər  

 

Rəhbərlik 31 dekabr 2012-ci il tarixinə beynəlxalq maliyyə institutlarından alınmış 956,830 min manat 

(31  dekabr  2011-ci  il  tarixinə:  755,870  min  manat)  məbləğində  kredit  və  əlaqəli  kreditvermənin 

uçotda  ilkin  tanınması  ilə  bağlı  gəlir  və  ya  zərərin  yarana  biləcəyini  nəzərdən  keçirdi.  Bank 

beynəlxalq  maliyyə  institutlarından,  belə  institutların  inkişaf  etməkdə  olan  ölkələrə  təqdim  etdiyi 

kreditlər üzrə faiz dərəcəsi ilə uzun müddətli maliyyələşdirmə vəsaitləri əldə edir ki, bu faiz dərəcələri 

də Bankın yerli kredit təşkilatlarından əldə edə biləcəyi vəsaitlər üzrə təklif olunan faiz dərəcələrindən 

az  ola  bilər.  Belə  borc  götürülmüş  vəsaitlərin  31  dekabr  2012-ci  il  tarixinə  məbləği  260,685  min 

manat  (31  dekabr  2011-ci  il  tarixinə:  215,307  min  manat)  təşkil  etmişdir.  Belə  maliyyələşdirmə 

sayəsində Bank xüsusi müştərilərinə əlverişli faiz dərəcəsi ilə vəsaitlər təqdim edə bilər.  

 

Əməliyyatlar əlaqəli olmayan tərəflərlə həyata keçirildiyi üçün, rəhbərliyin mülahizəsinə görə belə 



vəsaitlər və əlaqəli kreditvermələr bazar faiz dərəcəsi ilə təqdim olunur və gəlir və zərərin ilkin 

tanınması baş verməməlidir. Belə mülahizələrini irəli sürərkən rəhbərlik həmçinin belə alətləri ayrı 

bazar seqmenti kimi nəzərdə tutmuşdur. 

 

Aşağı faiz dərəcəsi ilə kreditlər  



 

Rəhbərlik müəyyən kredit və avanslar üçün müqavilə üzrə faiz dərəcəsinin beş faiz və ya daha az 

təşkil etdiyi halda müvafiq bazar dərəcələrini nəzərdə tutmuşdur. Belə kreditlərin 31 dekabr 2012-ci il 

tarixinə məbləği 1,007,425  min manat (31 dekabr 2011-ci il tarixinə: 408,462 min manat) təşkil 

etmişdir. Rəhbərliyin hesablamalarına görə belə kreditlər üzrə müqavilə əsasında təqdim olunan faiz 

dərəcələri əksəriyyəti dövlət orqanları və dövlət müəssisələrinə verilmiş belə kreditlər üzrə təqdim 

olunan vəsaitlərin ən yüksək dəyərlə və ən səmərəli şəkildə istifadə alternativləri ilə eyni tutulur. 

Rəhbərlik sözü gedən borc götürülmüş vəsaitlər üzrə faiz dərəcələrinin təqdim olunmuş vəsaitlərin 

ən yüksək dəyərlə və ən səmərəli şəkildə istifadə imkanlarından fərqli olduğu qənaətinə gələrlərsə, 

bu kreditlər üzrə konsolidə edilmiş maliyyə hesabatlarında əks olunmuş balans dəyəri və kredit 

verildiyi anda faiz gəliri və zərəri hesabatında qeyd edilmiş məbləğlər fərqli ola bilərdi. 

 

Vergi qanunvericiliyi  

 

Azərbaycanın,  Rusiyanın  və  Gürcüstanın  vergi,  valyuta  və  gömrük  fəaliyyəti  haqqında 

qanunvericilikləri müxtəlif formada təfsir oluna bilir. 29 saylı qeydə müraciət edin.  

 

Əlaqəli tərəflərlə əməliyyatların uçotda ilkin tanınması  

 

Adi fəaliyyət gedişində Qrup əlaqəli tərəfləri ilə əməliyyatlar həyata keçirir. 39 saylı MUBS-ı maliyyə 

alətlərinin uçotda ədalətli dəyər əsasında ilkin tanınmasını tələb edir. Mülahizələrdən belə 

əməliyyatlar üçün fəal bazarın mövcud olmadığı şəraitdə onların bazar və ya bazardan kənar faiz 

dərəcələri ilə qiymətləndirilməsinə dair qərar verilərkən istifadə olunur. Mülahizələr əlaqəli olmayan 

tərəflərlə həyata keçirilən bənzər əməliyyatlar üçün qiymətlərin müəyyənləşdirilməsinə və effektiv faiz 

dərəcəsinin təhlilinə əsaslanır. Əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıq vəsaitlər haqqında 

məlumatlar 31 saylı qeyddə açıqlanır. 



 

Kapital adekvatlığı əmsalı 

 

Kapital  adekvatlığı  əmsalı  Kapitalın  Ölçülməsi  və  Kapital  Standarlarına  dair  Beynəlxal 



Konvergensiyasının  (1988-ci  ilin  iyul  ayı,  2005-ci  ilin  noyabr  ayına  yeniləşmiş  variantda)  (yaxud 

kapital  norması  haqqında  Bazel  razılaşması)  tələblərinə  müvafiq  olaraq  hesablanır.  Belə  tələblər 

müxtəlif cür təfsir oluna bilər  və buna görə də kapitalın adekvatlığı əmsalının hesablanmasına daxil 

edilmiş  məbləğlərin  əks  olunması,  çıxarılması  və  ya  təsnifləndirilməsinin  məqsədəuyğun  olub 

olmaması  rəhbərliyin  mülahizələrini  tələb  edir,  Məsələn,  riskə  qarşı  ölçülmüş  ümumi  aktivlərin 

hesablanması  məqsədilə  bloklaşdırılmış  müştəri  hesablarının  örtdüyü  balansdankənar  öhdəliklərin 

0%  dərəcəli  risk  daşıyıb-daşımadığının  müəyyənləşdiriliməsi  halında.  Hazırda  rəhbərlik  hesab  edir 

ki, balansdankənar belə öhdəliklər kapital adekvatlığının hesablanması məqsədləri üçün 0% dərəcəli 

risk daşıyır. 

 





Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə