Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə100/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

Sənaye  mülkiyyətinin  qorunması  haqqında  Paris  Konvensiyası.  Sənaye 
mülkiyyəti  sahəsində  əsas  çoxtərəfli  beynəlxalq  sazişlərdən  biri  ParisKonvensiyası 
hesab edilir; bu beynəlxalq-hüquqi sənədin qəbul edilməsinin iki əsas səbəbi var idi. 
Birinji  səbəb  ondan  ibarət  idi  ki,  sənaye  mülkiyyətinin  eyni  zamanda  bir  neçə 
dövlətdə qorunmasını təmin etmək tələb olunurdu; bundan ötrü isə, əlbəttə, çoxtərəfli 
beynəlxalq  konvensiya  qəbul  olunmalı  idi.  İkinci,  ayrı-ayrı  ölkələrin  patent 
qanunverijiliyi  bir-birindən  prinsipial  surətdə  fərqlənirdi.  Bu  hal  da,  öz  növbəsində, 
sənaye  mülkiyyəti  obyektlərinin  qorunmasını  çətinləşdirirdi.  Çətinliyi  aradan 
qaldırmaq  üçün  isə,  məlum  məsələdir ki, beynəlxalq konvensiya qəbul olunmalı  idi. 
1878-ci  ildə  Paris  şəhərində  sənaye  mülkiyyətinə  həsr  olunmuş  beynəlxalq  konqres 
keçirildi;  bu  konqres  sənaye  mülkiyyətinə  dair  çoxtərəfli  konvensiya  qəbul 
olunmasında  vajib  mərhələ  oldu.  Məhz  1883-cü  il  martın  20-də  həmin  konqres 
əsasında Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası imzalandı. 
Paris  Konvensiyası elə bir  beynəlxalq  müqavilədir ki, o, beynəlxalq  mühafizə 
sistemi  müəyyən  edir.  Onu,  haqlı  olaraq,  sənaye  mülkiyyətini  müasir  mühafizə 
sisteminin əsası hesab edirlər. 
Hal-hazırda  Paris  Konvensiyasında  160  dövlət  iştirak  edir;  Azərbayjan 
Respublikası  da  onun  iştirakçısıdır.  İstənilən  dövlət  Paris  Konvensiyasına  qoşula, 
onun  üzvü  ola  bilər.  Belə  ki,  Konvensiya  bütün  dövlətlərin  imzalamaları  üçün 
açıqdır.Paris  Konvensiyası  sənaye  mülkiyyətinin  geniş  dairə  obyektlərinə  tətbiq 
edilir; onun 1-ci maddəsində belə obyektlərin açıq siyahısı verilmişdir (ixtira, sənaye 
nümunəsi, əmtəə nişanı, firma adı və s.). 
Paris  Konvensiyası  milli  recim  prinsipindən  çıxış  edir.  Bu  prinsipi 
müəyyənləşdirməklə  o,  bir  sıra  sənaye  ölkəsində  mövjud  olan  əjnəbiləri 
diskriminasiya etmək problemini aradan qaldırdı. Belə ki, vətəndaşlar xariji ölkələrdə 
patent  alarkən  diskriminasiya  halları  ilə  üzləşirdi.  Paris  Konvensiyası  belə  halları 
aradan qaldırdı. 
Konvensiyada  nəzərdə  tutulan  bir  sıra  norma  patent  prioriteti  kimi  institut 
yaradır;  bu  instituta  görə,  patent  almaq  istəyən  şəxs  (iddiaçı  şəxs)
 
müəyyən  müddət 
ərzində  (1  il  və  ya  6  ay  müddəti  ərzində)  Konvensiya  iştirakçısı  olan  bütün 
dövlətlərdə bu dövlətlərin birində ərizə (patent alınması barədə ərizə) verdiyi tarixdən 
prioritetə malik olur: ixtira üçün – 1 il, sənaye nümunəsi və əmtəə nişanı – üçün 6 ay. 
Konvensiyaya  görə,  ayrı-ayrı  ölkələrdə  patentlər  alınması  bir-birindən  asılı 
deyildir  (patentlərin  bir-birindən  asılı  olmaması  prinsipi).  Bu  o  deməkdir  ki,  hər  bir 
iştirakçı-dövlətdə  bu  və  ya  digər  sənaye  mülkiyyəti  obyektinə  ayrıja  patent 


alınmalıdır.  Konvensiya  bütün  iştirakçı-dövlətlərdə  qüvvəsi  olan  vahid  beynəlxalq 
patentin  yaradılmasını  nəzərdə  tutmur.  Patent  kooperasiyası  barədə  Vaşiqton 
Müqaviləsi  (PKM).  Bu,  sənaye  mülkiyyəti  sahəsində  qəbul  olunan  əsas  çoxtərəfli 
beynəlxalq  sazişlərdən  biridir;  o,  yəni  PKM  ingilis  abreviaturası  ilə  «PJT»  kimi 
tanınır  (PJT  –  «Parent  Jooperation  Treaty»).  PKM  1970-ji  ildə  imzalanmış,  1978-ji 
ildə  qüvvəyə  minmişdir.  İndiyə  kimi  ona  110  dövlət  qoşulmuşdur;  Azərbayjan 
Respublikası PKM-in üzvüdür. 
PKM patent almaq üçün ərizə verilməsi prosedurunu asanlaşdırmaqda mühüm 
rol  oynayır.  Buna  görə  də  o,  bir  neçə  ölkədə  sənaye  mülkiyyətinin  qorunmasını 
sadələşdirən  beynəlxalq  müqavilə  sayılır.  Belə  ki,  iştirakçı-    dövlətlərdən  istənilən 
şəxs  başqa  iştirakçı-dövlətdə  patent  almaq  üçün  beynəlxalq  ərizə  verməlidir. 
Beynəlxalq ərizə ya milli patent idarəsi, ya da 
Beynəlxalq  Patent  Kooperasiyası  İttifaqı  vasitəsilə  verilir.  Ərizədə  (ona 
beynəlxalq  patent  ərizəsi  də  deyilir)  dəqiq  olaraq  göstərilməlidir  ki,  hansı  ölkədə 
qüvvədə  olan  patent  alınması  tələb  edilir;  başqa  sözlə,  patent  vasitəsilə  hüquqi 
mühafizənin  təmin  olunması  tələb  edilən  ölkənin  adı  göstərilməlidir.  Hər  bir  ərizə 
üzrə  beynəlxalq  axtarış  aparılır;  axtarışı  beynəlxalq  axtarış  orqanı  həyata  keçirir. 
Beynəlxalq axtarış orqanı qismində aşağıdakılar çıxış edə bilər: 
-milli patent xidmətləri; 
-hökumətlərarası təşkilatlar; 
-Beynəlxalq Patent İnstitutu. 
Axtarışın  nəticəsi  hesabatla  rəsmiləşdirilir;  ona  beynəlxalq  axtarış  barədə 
hesabat  deyilir;  həmin  hesabat  Beynəlxalq  Büroya  (BİRPİ)  göndərilir.  Beynəlxalq 
Büro  ərizəni  dərj  etdirir  və  onu  ərizəçinin  olduğu  ölkənin  milli  patent  idarəsinə 
göndərir. Həmin idarə patent verilməsi məsələsini həll edir. 
Əmtəə  nişanlarının  beynəlxalq  qeydiyyatı  haqqında  Madrid  Sazişi.  Madrid 
Sazişi  1891-ci  ildə  qəbul  edilmişdir;  60-a  yaxın  dövlət  bu  Sazişin  iştirakçısıdır. 
Azərbayjan Respublikası da Madrij Sazişinin üzvüdür. 
Bildiyimiz  kimi,  öz  əmtəə  nişanını  bir  neçə  ölkədə  qorumaq  istəyən  şəxs 
həmin  ölkələrin  milli  idarələrində  əmtəə  nişanını  qeydə  aldırmalıdır.  Bu  isə  kifayət 
dərəcədə  çətin  məsələdir  (müxtəlif  prosedurlar,  ərizənin  müxtəlif  dillərdə  verilməsi, 
müxtəlif mühafizə müddətləri və s.). Digər tərəfdən hər bir ölkədə ərizə verilməsi heç 
də  az  olmayan  müvafiq  xərjlərin  çəkilməsinə  səbəb  olur.  Belə  çətinlikləri  aradan 


qaldırmaq  üçün,  təbii  ki,  əmtəə  nişanlarının  beynəlxalq  qeydiyyatı  lazımdır.  Madrid 
Sazişi də məhz əmtəə nişanlarının beynəlxalq qeydiyyatına həsr olunmuşdur. 
Madrid  Sazişinə  görə,  iddiaçı  şəxs  fransız  dilində  Beynəlxalq  Büroya  ərizə 
verməlidir.  Ərizə  əsasında  beynəlxalq  qeydiyyat  aparılır;  belə  qeydiyyat  Madrid 
Sazişinin üzvü olan bütün ölkələrdə qüvvəyə malik olur. Əmtəə nişanlarının qorunma 
müddəti 20 ildir. 
Avrasiya  Patent  Konvensiyası.  Sənaye  mülkiyyəti  obyektləri  həm  də  regional 
səviyyədə  qorunur.  Belə  ki,  regional  çərçivədə  bir  sıra  beynəlxalq  sazişlər  qəbul 
olunmuşdur; onlara sənaye mülkiyyəti sahəsində beynəlxalq regional sazişlər deyilir. 
Avrasiya Patent Konvensiyası onlardan biridir. 
Avrasiya  Patent  Konvensiyası  1994-jü  ildə  qəbul  olunmuşdur;  bu 
Konvensiyada  MDB  üzvü  olan  9  ölkə,  o  jümlədən  Azərbayjan  Respublikası  iştirak 
edir.  Konvensiyanın  məqsədi  MDB  çərivəsində  sənaye  mülkiyyəti  obyektlərindən 
biri olan ixtiranı qorumaqdan ibarətdir; həmin Konvensiyaya uyğun olaraq, Avrasiya 
patenti  verilir  ki,  o,  bütün  iştirakçı-dövlətlərinərazisində  hüquqi  qüvvəyə  malikdir. 
Avrasiya  patentini  Avrasiya  Patent  İdarəsi  (APİ)  verir;  APİ  göstərilən  Konvensiya 
əsasında yaradılmışdır.  
Avrasiya patentinin qüvvədəolma müddəti 20 ildir; buna görə də onun köməyi 
ilə  ixtira  iştirakçı-dövlətlərin  ərazisində  20  il  qorunur.  Avropa  patentinin  verilməsi 
barədə  Konvensiya. Sözü  gedən  Konvensiya regional beynəlxalq sazişlərdən biridir; 
ona  Münxen  Avropa  Patent  Konvensiyası  və  yaxud  da,  sadəjə  olaraq,  Münxen 
Konvensiyası deyilir. 
Münxen Konvensiyası 1973-cü ilə qəbul olunmuşdur; bu Konvensiya əsasında 
Avropa  Patent  İdarəsi  yaradılmışdır.  Həmin  Konvensiyanın  əhəmiyyəti  bundan 
ibarətdir ki, onun  imzalanması  və  qəbul olunması  nəticəsində  Avropa patent sistemi 
yaradıldı. Avropa patent sisteminin mahiyyəti Konvensiya iştirakçısı olan dövlətlərin 
hamısında  ixtiranı  patentlə  qorumağın  mümkün  olmasından  ibarətdir.  Patent  almaq 
üçün isə ya Avropa Patent İdarəsinə, ya da iştirakçı-dövlətlərin milli patent idarəsinə 
vahid  ərizə  (iddia  sənədi)  verilməsi  tələb  olunur.  Ərizə  ingilis,  alman,  ya  da  fransız 
dilində tərtib edilməlidir; bunlar Avropa Patent İdarəsinin rəsmi dilləri hesab olunur. 
Avropa  patentini  Konvensiya  iştirakçısı  olmayan  dövlətlərin  şəxsləri  dəala  bilərlər. 
Belə  ki,  Avropa  patentinin  həm  Konvensiyaya  qoşulan,  həm  də  qoşulmayan 
dövlətlərin şəxslərinə verilməsi mümkündür. 


Göstərilən  Konvensiya  açıq  olub,  yalnız  Avropa  İttifaqının  üzvü  olan 
dövlətlərlə məhdudlaşmır; buna görə istənilən dövlət ona qoşula bilər. 
Ümumi Bazar ölkələri üçün Avropa patenti barədə Lüksemburq Konvensiyası. 
Bu  Konvensiya  1975-ji  ildə  Avropa  Birliyinin  üzvü  olan  bir  sıra  dövlət  tərəfindən 
imzalanmışdır.  Lakin  indiyə  kimi  lazımi  sayda  ölkə  tərəfindən  ratifikasiya 
olunmadığına görə o, qüvvəyə minməmişdir. 
Konvensiya  vahid  patent  verilməsini  nəzərdə  tutur  ki,  bütün  iştirakçı- 
dövlətlərin  ərazisində  bu  patentin  milli  patent  kimi  qüvvəsi  olajaqdır.  Hal-  hazırda 
göstərilən  Konvensiya  çərçivəsində  Avropa  İttifaqının  vahid  patenti    yaradılması 
istiqamətində  müəyyən  işlər  görülür.  Ona  görə  ki,  Münxen  Konvensiyası  əsasında 
belə patent yaradılmamışdı. 
 
14.10. TRİPS müqaviləsinin əhəmiyyəti və əsas cəhətləri 
 
TRİPS  müqaviləsinin  imzalanması  və  qəbul  edilməsi  əqli  mülkiyyətin 
beynəlxalq-hüquqi mühafizəsində vacib hadisə olmaqla irəliyə doğru atılan addımdır. 
Belə ki, o, əqli mülkiyyət, xüsusən də sənaye mülkiyyəti obyektlərinin ÜTT-nin üzvü 
olan ölkələrdə qorumasının vahid standartlarını müəyyənləşdirir; həmin ölkələr (həm 
inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr) öz milli qanunverijiliyini nəzərdə 
tutulan  konkret  müddətlərdə  bu  standartlara  uyğunlaşdırmalıdırlar  ki,  bu  barədə 
TRİPS müqaviləsində konkret göstəriş vardır; elə sözü gedən sazişin (TRİPS) xüsusi 
əhəmiyyətə malik olması da məhz bununla izah olunur. 
Digər  tərəfdən,  TİRPS  beynəlxalq-hüquqi  sənədi  əqli  mülkiyyət  hüquqlarının 
geniş spektrini tənzimləyir. Belə ki, TRİPS-in köməyi ilə həm ixtiraların, həm sənaye 
nümunələrinin,  həm  əmtəə  nişanlarının,  həm  əsərlərin,  həm  də  digər  obyektlərin 
beynəlxalq-hüquqi  qorunması  həyata  keçirilir.  Buna  görə  də  TRİPS  universal 
xarakterli sənəddir ki, onun əsasında əqli  mülkiyyət beynəlxalq səviyyədə kompleks 
şəkildə  qorunur,  mühafizə  edilir.  Bu  sənədin  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
onun  hüquqi  mühafizə  sferasına  əqli  mülkiyyətin  müxtəlif,  jürbəjür  obyektləri 
daxildir. Bildiyimiz kimi, TRİPS müqaviləsi qəbul olunana kimi patent və müəlliflik 
hüquqlarının beynəlxalq-hüquqi tənzimlənməsi ayrıja olaraq  nizamlanmışdır. TRİPS 
sənədinin  qəbul  edilməsi  ilə  formalaşmış  bu  ənənədən  imtina  olunmuşdur.  Belə  ki, 
TRİPS  ilə  həm  patent  hüququ  (sənaye  mülkiyyəti  obyektləri),  həm  də  müəlliflik 
hüququ(ədəbi-bədii  mülkiyyət  obyektləri)  qorunur.  Bu  da  patent  və  müəlliflik 


hüquqlarının  qorunmasında  ənənəvi  hal  deyildir.  TRİPS  müqaviləsi  ilə  həm  də 
əlaqəli  hüquqların  beynəlxalq  səviyyədə  qorunması  həyata  keçirilir.  Sözü  gedən 
Saziş  müəlliflik,  patent  və  əlaqəli  hüquqları  qorumaq  üçün  istinad  metodundan 
istifadə edir. Belə ki, burada həmin hüquqları qorumaq üçün üç çoxtərəfli beynəlxalq 
sazişə istinad olunur. Həmin sazişlərə bunlar aiddir: 
-Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası; 
-Ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası; 
-İfaçıların, 
fonoqram 
istehsalçılarının 
və 
efir 
verilişləri 
təşkilatlarınınmənafeyinin qorunması haqqında Roma Konvensiyası. 
Bu  yolla  məhz  göstərilən  konvensiyaların  əsas  müddəaları  TRİPS  sənədinin 
tərkibinə daxil  olmuş, onun tərkib  hissəsinə çevrilmişdir;  məhz bu baxımdan  TRİPS 
nadir beynəlxalq hüquqi sənəddir. TRİPS milli recim prinsipindən çıxış edir; bu Saziş 
həm də, eyni zamanda, ən əlverişli şərait yaratmaq prinsipini müəyyənləşdirir. Həmin 
prinsiplər  çoxtərəfli  əsaslarla  əqli  mülkiyyət  hüququnun  qorunması  kontekstində 
nəzərdə  tutulur  ki,  bu  da  onların  müəyyən  hüquqi  xüsusiyyətlərə  malik  olmasını 
şərtləndirir. 
      14.11. TRİPS müqaviləsi ilə qorunan əqli mülkiyyət obyektləri 
 
TRİPS  müqaviləsi  ilə,  hər  şeydən  əvvəl,  elm,  ədəbiyyat  və  injəsənət  əsərləri 
(müəlliflik  hüququ)  qorunur;  Sazişin  1-ci  bölməsi  məhz  müəlliflik  hüququnun 
qorunmasına  həsr  edilmişdir.  Bu  bölməyə  daxil  olan  normalar  əlaqəli  hüquqları 
qoruyur; əlaqəli hüquqların qorunma müddəti TRİPS ilə 50 il 
müəyyən  edilir.  Əmtəə  nişanı  TRİPS-in  beynəlxalq-hüquqi  mühafizə  sferasına  aid 
olan əqli mülkiyyət obyektlərindən biridir; Sazişin 2-ji bölməsi bu növ əqli mülkiyyət 
obyektinin  qorunmasına  aiddir.  Sazişə  görə,  əmtəə  nişanı  elə  birişarədir  ki,  onun 
köməyi  ilə  müəssisənin  istehsal  etdiyi  mal  və  ya  göstərdiyi  xidmət  başqa 
müəssisələrin  mal  və  ya  xidmətindən  fərqlənir.  TRİPS  sənədində  qorunan  və 
mühafizə  predmeti  olan  əmtəə  nişanlarının  siyahısı  verilir;  əmtəə  nişanları  7  il 
müddətinə qorunur. 
TRİPS-in  3-cü  bölməsi  coğrafi  göstərijilərin  qorunmasına  həsr  olunmuşdur; 
burada  ona  anlayış  verilir.  Belə  ki,  coğrafi  göstərici  malın  mənşəyini  (ölkəni, 
regionu)  müəyyənləşdirməyə  imkan  verən  vasitədir;  coğrafi  göstərici  elə  bir  yeri 


müəyyən edir ki, malin xüsusi keyfiyyətləri, şöhrəti və digər xarakterik xüsusiyyətləri 
bu  yerlə  bağlı  olur.  TRİPS  sənədi  saxta  coğrafi  göstərijilərdən  istifadə  etməklə  mal 
istehsalını qadağan edir; şərab və spirtli içkilərin coğrafi göstəriciləri də qorunur. 
TRİPS-in  4-cü  bölməsi  sənaye  mülkiyyəti  obyektlərindən  biri  olan  sənaye 
nümunələrinin  qorunmasına  aid  normalar  nəzərdə  tutur.  Bu  obyektlərin  qorunma 
müddəti 10 ildir.  
Patent (ixtira) da TRİPS  müqaviləsi ilə qorunan sənaye mülkiyyəti obyektidir; 
Sazişə  əsasən,  texnikanın  bütün  sahələrindəki  üsul  və  qurğulara  görə  patent  verilə 
bilər. Belə ki, həmin üsul və qurğular patent qabiliyyətli olarsa, ixtira hesab edilir və 
buna  görə  də  onlara  patent  verilir.  Bundan  ötrü  onlar  üç  şərtə  (patent  qabiliyyəti 
şərtlərinə) javab verməlidir: 
-yeniliyə malik olmalıdır; 
-ixtira səviyyəli olmalıdır; 
-sənaye baxımından tətbiq edilə bilən olmalıdır. 
TRİPS  müqaviləsinə  görə,  patent  ən  azı  20  il  müddətinə  qorunur;  patent 
başqasına  güzəşt  edilə,  verilə,  habelə  lisenziya  predmeti  ola  bilər.  TRİPS  əsasında 
həm  də  inteqral  sxemlərinin  topologiyası  qorunur;  onun  6-cı  bölməsi  bu 
topologiyanın qorunmasına həsr edilmişdir. Qorunma müddəti ən azı 10-20 ildir. 
TRİPS-in  hüquqi  mühafizə  sferasına  həm  də  qapalı  (məxfi)  informasiya 
daxildir;  onun  7-ci  bölməsi  qapalı  (məxfi)  informasiyanın  qorunması  və  hüquqi 
mühafizə  olunması  ilə  bağlı  münasibətləri  tənzimləyir.
 
TRİPS  müqaviləsi  tələb  edir 
ki,  üzv-ölkələr  öz  daxili  qanunvericiliyində  kommersiya  məqsədləri  ilə  əmtəə 
nişanlarının qəsdən saxtalaşdırılmasına və ya müəlliflik hüququnun pozulmasına görə 
jinayət jəzaları nəzərdə tutsunlar; belə jəza növlərinə aşağıdakılar aiddir: 
-həbsxana; 
-pul cəriməsi; 
-həbs qoyma; 
-kontrafakt (saxta) malların, habelə istənilən material və alətlərin 
müsadirə və məhv edilməsi. 


TRİPS  müqaviləsinin  iştirakçıları  ÜTT-nin  üzvü  olan  ölkələrdir.  Belə  ki, 
həmin  Saziş  bu  təşkilatın  hüquqi  bazasını  və  əsasını  təşkil  edən  sənədlərdən  biridir. 
ÜTT-yə  daxil  olan  istənilən  ölkə  TRİPS-i  imzalamalıdır.  Azərbayjan  Respublikası 
həmin  təşkilatın  üzvü  deyildir;  buna  görə  də  o,  təbii  ki,  TRİPS  müqaviləsinin 
iştirakçısı deyildir. 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. 
Sadıqov,  Əfsər  İsa  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq  :  dərslik  /  Ə.  İ.  Sadıqov.  - 
Bakı : Bakı Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
2. 
Əliyev  Etibar  Əli  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı:  “UniPrint” 
MMC nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
3. 
E.  Ə.  Əliyev  Beynəlxalq  iqtisadi  hüquq:  ümumi  müddəalar.  Bakı,  “Hüquq 
ədəbiyyatı” nəşriyyatı, 2011. – 240 səh.  
4. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
5. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
6. 
Шумилов В.М. Международное экономическое право в эпоху глобализации. 
- М.: Междунар. отношения, 2003 
7. 
Ç.M.  Abbasov  –  “  Azərbaycanın  dünya  iqtisadiyyatınainteqrasiya  yolları”.  Bakı 
2002; 
8. 
Андрей  Минков.  Международная  охрана  интеллектуальной  собственности. 
СПб. -M., 2004
 
9. 
Вельяминов  Г.М.  Международное  экономическое  право  и  процесс  ( 
Академический курс): Учебник. - М.: Волтерс Клувер 2004 
10. 
Кузьмин Э.Л. Международное экономическое право. М.:ТК Велби, Изд-во  
 
  
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə