Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti


Mövzu 4. Beynəlxalq iqtisadi hüququn subyektləri



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
 
Mövzu 4. Beynəlxalq iqtisadi hüququn subyektləri 
 
4.1.  Beynəlxalq iqtisadi hüququn subyektləri anlayışı 
4.2  Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin xüsusiyyəti 
4.3. Beynəlxalq iqtisadi təşkilatlar 
4.4. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli korporasiyalar 
4.5. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin məşğulluq problemi 
 
 
4.1.  Beynəlxalq iqtisadi hüququn subyektləri anlayışı 
 
Əgər hər hansı subyekt beynəlxalq iqtisadi hüquqla tənzimlənən dövlətlərarası 
beynəlxalq iqtisadi münasibətlərdə iştirak edərsə və bunun üçün lazım olan hüquq və 
vəzifələrə malik olarsa, o, beynəlxalq iqtisadi hüququn subyekti sayılır. Buna görə də 
dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin müəyyən hüquq və vəzifələrə malik 
olan iştirakçıları beynəlxalq iqtisadi hüququn subyektləri sırasına aid edilir. 
Beynəlxalq  iqtisadi  hüququn  subyektləri  dedikdə  beynəlxalq  dövlətlərarası 
iqtisadi  münasibətlərin  elə  mümkün  iştirakçıları  başa  düşülür  ki,  bundan  ötrü  onlar 
beynəlxalq iqtisadi hüquq və vəzifələrə malik ola bilirlər. 
Hər  hansı  qurumun  (dövlətin,  beynəlxalq  təşkilatın  və  s.)  beynəlxalq  iqtisadi 
hüququn subyekti kimi tanınması həmin qurumun nə hüquqi status və təbiətindən, nə 
də  onun  malik  olduğu  beynəlxalq  iqtisadi  hüquq  və  vəzifələrin  həjmindən  asılıdır. 
Əsas  və  başlıca  şərt  ondan  ibarətdir  ki,  belə  qurum  beynəlxalq  iqtisadi  hüquqla 
bilavasitə tənzimlənən münasibətlərdə iştirak etmək qabiliyyətinə və imkanına malik 
olmalıdır. 


«Beynəlxalq  iqtisadi  hüququn subyektləri» anlayışı  «dövlətlərarası beynəlxalq 
iqtisadi  hüquq  münasibətlərinin  subyektləri»  anlayışından  fərqlənir.  Belə  ki,  bir  az 
əvvəldə deyildiyi kimi, beynəlxalq iqtisadi hüququn subyektləri dedikdə elə qurumlar 
başa  düşülür  ki,  onların  dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətlərdə  iştirak 
etmək qabiliyyəti vardır. 
Dövlətlərarası  beynəlxalq  iqtisadi  hüquq  münasibətlərinin  subyektlərinə 
gəldikdə  isə,  qeyd  etməliyik  ki,  onlar  həmin  münasibətlərin  realiştirakçısıdırlar; 
beynəlxalq  iqtisadi  hüququn  subyektləri  belə  münasibətlərin  real  deyil,  mümkün 
(potensial)  iştirakçılarıdır.  Onların  arasında  mövcud  olan  münasibət  fəlsəfi  planda 
«imkan»  və  «gerçəklik»  kimi  kateqoriyalar  (anlayışlar)  arasındakı  əlaqə  kimidir. 
Əgər  «beynəlxalq  iqtisadi  hüququn  subyektləri»  imkandırsa,  «beynəlxalq 
dövlətlərarası  iqtisadi  hüquq  münasibətlərinin  subyektləri»  gerçəklikdir,  reallıqdır. 
Bu  baxımdan,  müəlliflərdən  R.O.Xalfina  çox  düzgün  olaraq  qeyd  edir  ki,  «hüquq 
münasibətinin  iştirakçısı»  anlayışı  artıq  «hüququn  subyekti»  anlayışıdır.  Bu  və  ya 
digər  qurumun  beynəlxalq  iqtisadi  hüququn  subyekti  kimi  tanınması  üçün  onun 
beynəlxalq hüquq subyektliyinə malik olması tələb edilir. 
Hüquq  subyektliyi  (o  cümlədən  beynəlxalq  hüquq  subyektliyi)  şəxslərin 
özündən ayrılmaz olub, onların ictimai-hüquqi xüsusiyyətidir.  
Beynəlxalq  hüquq  subyektliyi  dedikdə  subyektlərin  beynəlxalq  hüquq 
normaları  ilə  tənzimlənən  münasibətlərdə,  yəni  dövlətlərarası  beynəlxalq  hüquq 
münasibətlərində  iştirak  etmək  qabiliyyəti  (imkanı)  başa  düşülür.  Başqa  sözlə, 
beynəlxalq  hüquq  subyektliyi  beynəlxalq  hüququn  subyekti  olmaq  imkanı, 
beynəlxalq hüquq və vəzifələr daşımaq, onları həyata keçirmək qabiliyyəti deməkdir. 
Beynəlxalq  hüquq subyektliyi  ümumiləşdirilmiş anlayışdır. Bu o deməkdir  ki, 
onun  strukturu  ayrı-ayrı  elementlərdən  ibarətdir.  Belə  ki,  beynəlxalq  hüququn 
subyektliyi özündə üç əsas struktur elementi birləşdirir. Həmin elementlərə aiddir: 
-beynəlxalq hüquq qabiliyyəti; 
-beynəlxalq fəaliyyət qabiliyyəti; 
-beynəlxalq delikt qabiliyyəti.  


Beynəlxalq  hüquq  qabiliyyəti  dedikdə  beynəlxalq  hüquq  subyektinin 
beynəlxalq  hüquqlara  malik olmaq  və beynəlxalq  vəzifələr daşımaq qabiliyyəti  başa 
düşülür;  əgər  beynəlxalq  hüquq  subyekti  beynəlxalq  hüquq  və  vəzifələr  daşımaq 
imkanına  (burada  söhbət  hüquqi  imkandan  gedir)  malik  olarsa,  bu  o  deməkdir  ki, 
həmin  subyekt  beynəlxalq  hüquq  qabiliyyətlidir.  Təsadüfi  deyil  ki,  «beynəlxalq 
hüquq subyekti» anlayışı üçün xarakterik olan əsas əlamətlərdən biri onun beynəlxalq 
hüquq və vəzifələr daşıyıcısı olmaq imkanıdır. 
Beynəlxlaq  fəaliyyət  qabiliyyəti  dedikdə  beynəlxalq  hüquq  subyektinin  öz 
müstəqil  beynəlxalq  hərəkətləri  ilə  beynəlxalq  hüquqlar  əldə  etmək  və  həyata 
keçirmək,  özü  üçün  beynəlxalq  vəzifələr  yaratmaq  və  icra  etmək  qabiliyyəti  başa 
düşülür. 
Beynəlxalq  hüquq  qabiliyyəti  özündə  iki  elementi  birləşdirir  ki,  həmin 
elementlər bunlardan ibarətdir: 
-beynəlxalq hüquqlara malik olmaq qabiliyyəti; 
-beynəlxalq vəzifələr daşımaq qabiliyyəti. 
Beynəlxalq  fəaliyyət  qabiliyyətinə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,o, 
beynəlxalq hüquq qabiliyyətindən fərqli olaraq, özündə dörd elementibirləşdirir: 
-öz  müstəqil  xarakterli  beynəlxalq  hərəkətləri  ilə  beynəlxalq  hüquqlar  əldə 
etmək qabiliyyəti; 
-əldə etdiyi beynəlxalq hüquqları həyata keçirmək qabiliyyəti; 
-öz müstəqil xarakterli beynəlxalq hərəkətləri ilə özü üçün beynəlxalq vəzifələr 
yaratmaq qabiliyyəti; 
-özü üçün yaratdığı beynəlxalq vəzifələri icra etmək qabiliyyəti. 
Beynəlxalq  hüquq  subyektləri  beynəlxalq  hüquq  normaları  əsasında  öz 
beynəlxalq  fəaliyyət  qabiliyyətini  realizə  edirlər,  yəni  beynəlxalq  hüquqlar 
əldəsubyektliyinin  dairəsini  dəqiq  olaraq  müəyyənləşdirə  bilərik.  Beynəlxalq  hüquq 
subyektliyinin dairəsini müəyyənləşdirmək isə vacib məsələdir.  
Bildiyimiz  kimi,  beynəlxalq  hüququn  başlıca  funksiyası  dövlətlərarası 
beynəlxalq  münasibətləri  tənzimləməkdən  ibarətdir;  dövlətlərarası  beynəlxalq 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə