Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   2   3   4   5   6   7   8   9   ...   100

Bu  münasibətlərdən  hər  biri,  ayrıca  olaraq,  konkret  beynəlxalq  hüquq 
normaları  ilə  tənzimlənir.  Həmin  normaların  məcmusuna  beynəlxalq  iqtisadi 
hüququn xüsusi hissəsi deyilir. 
Beynəlxalq  iqtisadi  hüququn  xüsusi  hissəsi  dedikdə  onun  nizamasalma 
predmetinə  daxil  olan  konkret  növ  dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətləri 
tənzimləyən beynəlxalq hüquq normalarının məcmusu başa düşülür. 
BİH-in  xüsusi  hissəsi  onunla  tənzimlənən  dövlətlərarası  beynəlxalq  iqtisadi 
münasibətlərin  konkret  növlərinə  uyğun  olaraq,  bir  neçə  yarımsahəyə,  yarımsahələr 
isə, öz növbəsində, hüquq institututlarına bölünür. Həm yarımsahələr, həm də hüquq 
institutları BİH-in xüsusi hissəsinin ayrılmaz  tərkibləridir. 
BİH-in  xüsusi  hissəsi  dedikdə  onun  yarımsahələri  başa  düşülür;  buna  görə  də 
xüsusi  hissə  özünün  yarımsahələri  –  beynəlxalq  iqtisadi  hüququn  yarımsahələri  ilə 
təmsil  olunur.  Odur  ki,  çox  vaxt  və  əksər  hallarda  BİH-in  xüsusi  hissəsi  əvəzinə 
«yarımsahələr» anlayışından istifadə olunur. 
BİH-in hansı yarımsahələrdən ibarət olmasına gəldikdə, qeyd etməliyik ki, bu, 
beynəlxalq  hüquq,  eləcə  də  beynəlxalq  iqtisadi  hüquq  elmində  (doktrinasında) 
mübahisə  predmeti  olan,  diskussiya  doğuran  məsələdir.  Belə  ki,  bu  məsələdə 
müəlliflərin mövqeləri üst-üstə düşmür. 
BİH-in  tərkibində  aşağıdakı  yarımsahələrin  olmasını  müəyyənləşdirmək 
mümkündür: 
-beynəlxalq ticarət hüququ; 
-beynəlxalq nəqliyyat hüququ; 
-beynəlxalq investisiya hüququ; 
-beynəlxalq maliyyə-valyuta hüququ; 
-beynəlxalq əqli mülkiyyət hüququ və digər yarımsahələr. 
Nəzəri  ədəbiyyatda  belə  bir  fikir  söylənilir  ki,  hüquq  sahəsinin  yarımsahəsi 
dörd şərtə cavab verməlidir: 
-birinci, yarımsahənin özünün ayrıca nizamasalma predmeti olmalıdır; 
-ikinci, yarımsahənin hüquqi tənzimetmə metodu olmalıdır; 
-üçüncü, yarımsahənin özünəxas hüquqi prinsipləri olmalıdır; 


-dördüncü, yarımsahənin ümumi hissəsi olmalıdır. 
Fikrimizcə,  yuxarıda  sadaladığımız  beynəlxalq  ticarət  hüququ,  beynəlxalq 
nəqliyyat hüququ və digərləri göstərdiyimiz hər dörd şərtə cavab verir. Buna görə də 
onlar BİH-in yarımsahəsi kimi tanınırlar. 
Beynəlxalq  ticarət  hüququ  dövlətlərarası  ticarət  münasibətlərini  tənzimlə-  yən 
beynəlxalq  hüquq  normalarının  məcmusuna  deyilir.  Maliyyə-valyuta  sahəsində 
dövlətlərarası  münasibətləri  nizama  salan  beynəlxalq  hüquq  normalarının  sisteminə 
beynəlxalq  maliyyə-valyuta  hüququ  deyilir.  Nəqliyyat  sahəsində  dövlətlərarası 
əməkdaşlıq  məsələlərini  qaydaya  salan  beynəlxalq  hüquq  normalarının  məcmusu 
beynəlxalq nəqliyyat hüququ adlanır. 
Beynəlxalq  investisiya  hüququ  dedikdə,  əsasən,  özündə  investisiya  sahəsində 
dövlətlərarası  münasibətləri  tənzimləyən  beynəlxalq  hüquq  normalarının  məcmusu 
başa  düşülür.  Beynəlxalq  əqli  mülkiyyət  hüququ  dövlətlərarası  beynəlxalq  əqli 
mülkiyyət münasibətlərini tənzimləyən beynəlxalq hüquq normalarından ibarətdir və 
s. 
 
1.5. Beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə 
qarşılıqlı əlaqəsi 
 
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  səmərəli  tənzimlənməsi  üçün  həlli  zəruri 
olan  məsələlərdən  biri  də  beynəlxalq  hüquq  normaları  ilə  dövlətdaxili  hüququn 
qarşılıqlı  vəhdət  probleminin  təmin  edilməsidir.  İteqrasiya,  qloballaşma  prosesin 
inteqrasiya  və  qlobal  hüquq  sisteminin  yaranmasını  şərtləndirir.  Bu  zaman 
dövlətdaxili  hüquq  normalarının  beynəlxalq  iqtisadi  münasibətlərin  beynəlxalq 
hüquqi  tənzimetmə  elementi  kimi  çıxış  etməsi  və  həmçinin  əksinə,  beynəlxalq 
iqtisadi  hüquq  normalarının  müəyyən  hallarda  dövlətdaxili  münasibətlərə  tətbiqi 
zərurəti  ortaya  çıxır.Beynəlxalq  iqtisadi  hüquq  tənzimetmədə  dəvlətdaxili  (məsələn, 
kömrük-tarif,  sanitar,  fitosanitar,  valyuta,  texniki  təhlükəsizlik  və  s.  qanunvericilik 
normalarının    çıxış  etməsi  beynəlxalq  hüquqla  milli  hüququn  qarşılıqlı  nisbət 
məsələsində  onlara  müxtəlif  hüquq  sistemləri  aspektində  deyil,  universal  hüquqi 
sistemin eyni təyinatlı, lakin müxtəlif sferalı normalardan ibarət yarımsistemlər kimi 


baxılmasını  zəruri  edir.Beynəlxalq  hüquq  ilə  dövlətdaxili  hüququn  qarşılıqlı 
nisbətində  ənənəvi  dualist  və  monist  konsepsiya  və  nəzəriyyələr  müasir  dövrün 
qlobal iqtisadi sisteminin hüquqi tənzimlənməsi üçün qəbul edilə bilməz. Ən azından 
müasir inkişaf tendensiyası buna yol vermir. 
Müasir  iqtisadi  inkişaf  tendensiyası,  əhalinin  kütləvi  miqrasiyası,  işçi 
qüvvəsinin,  xidmətin,  kapitalın  sərbəst  yerdəyişməsi  daha  zəif  iqtisadi  potensiala 
malik  dövlətlərin  maraqlarını  gözləmək  şərtilə  liberal  tənzimetməyə  əsaslanan 
universal  hüquq  qaydasını  formalaşdırmaqdadır.  Bir  tərəfdən,  ayrı-ayrı  regionlarda 
iqtisadi inteqrasiya qrumlarının, digər tərəfdən isə, universal beynəlxalq təşkilatlarda 
dövlətlərin  təmsil  olunma  səviyyəsinin  genişlənməsi  qeyd  etdiyimiz  fikri 
təsdiqləməkdədir. 
Müasir obyektiv iqtisadi reallıqlar beynəlxalq iqtisadi hüquqa dövlətlərin ümumi 
maraqlarının  təzahürü  kimi  baxmağı  zəruri  edirsə,  dövlətdaxili  hüquq  isə  müvafiq 
beynəlxalq  (iqtisadi)  hüquqa  uyğun  formalaşdırılmasını  və  tətbiqini  zəruri  edir. 
Müasir  konstitusiyaların  beynəlxalq  münasibətlərin  hamılıqla  qəbul  edilmiş 
prinsiplərindən  çıxış  etməsi  (AR  Konstitusiyası,  m.10)  belə  deməyə  əsas  verir  ki, 
tədricən  beynəlxalq  birlik  universal  hüquq  (H.  Kelsen)  qaydasına  daxil 
olmaqdadır.Digər  tərəfdən,  beynəlxalq  müqavilələrin  dövlətdaxili  qanunveicilik 
sisteminin  tərkib  hissəsi  kimi  elan  edilməsi  (AR  Konsitutisiyası,  m.  148),  ayrı-ayrı 
qanunvericilik aktlarında ( məsələn, Gömrük Məcəlləsində, Enerqetika haqqinda AR 
Qanunda,  Dövlət  satınalmalarl  haqqinda  AR  Qanunuda  və  s.)  beynəlxalq  müqavilə 
normalarını  prioritetinin  tanınması  ve  bundan  istisna  kimi  dövlət  suverenliyinə 
müvafiq olaraq konstitusiyon  normaların  və referendumla qəbul edilən aktların daha 
üstün  hüquqi qüvvəsi  (  AR  Konsitutisiyası,  m.151)  müvafiq  normaların bir sistemin 
qarşılıqlı asılılıqda və bağliliqda olan elementlərin olmasını sübut edir. 
 
 
ƏDƏBİYYAT  SİYAHISI 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə