Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

haqqında  şərtsiz  norma  nəzərdə  tutmur.  Lakin  öncə  də  qeyd  etdiyimiz  müəlliflərin 
fikrinin  əsası  kimi  müəyyən  sferalarda,  xüsusən  də  açıq  dənizə  şıxışı  olmayan 
qitədaxili  dövlətlərə  sahilyanı  qonşu  dövlətin  ərazisindən  sərbəst  çıxış  hüququnun 
tanınması  tranzitin  azadlığı  prinsipinin  adət  mənşəli  təbiətə  malik  olduğunu 
təsdiqləyir. İlk öncə 1958-ci il Açıq dəniz haqqında Konvensiyasında (m.3), bir qədər 
sonra  isə  1965-ci  il  Qitədaxili  dövlətlərin  tranzit  ticarəti  haqqında  Konvensiya  ilə, 
həmçinin  1982-ci  il  BMT-nin  Dəniz  hüququ  üzrə  Konvensiyası  ilə  müvafiq  adət 
norması məcəlləşdirilmişdir.  
 
Tranzitin  qayda  və  şərtləri  maraqlı  dövlətlərin  arasında  bağlanan  ikitərıfli  və 
çoxtərəfli sazişlərlə tənzimlənir. Həmin sazişlərdə tranzit xətti, şəxslərin və yüklərin, 
nəqliyyat  vasitələrinin  təhlükəsizliyi  ifadə  edilir.  Tranzit  xidmətləri  istisna  olmaqla 
tranzit  keçidi  kömtük,  vergi,  rüsum  və  yığımlarından  azaddır.  Tranziti  təşviq  etmək 
məqsədilə  rüsumsuz  zonalar  yaratmaqla  yanaşı  tranzit  dövləti  özünün  milli  və 
transmilli  maraqları  (xüsusəndə,  iqtisadi,  ekoloji,  enerji  təhlükəsizliyi)  tələb  etdikdə 
tranziti  məhdudlaşdırmaq və dayandırmaq  səlahiyyətinə  malikdir.  Lakin bu tədbirlər 
ayrı-seçkiliyə əsaslanmamalıdır. 
 
Tranzitin  azadlığı  dəniz  limanlarına  sərbəst  çıxış  hüququnu,  onlardan  istifadə 
bərabər  rejimi, sahilyani dövlətin  daxili  və ərazi sularından sərbəst keçid  hüququnu, 
eləcə  də,  açıq  dənizin  azadlıqlarına  dair  hüquqları  (gəmiçiliyi,  balıq  ovunu,  sualtı 
kabel  və  boru  kəmərlərinin  çəkilişini,  açıq  dəniz  üzərindən  uçuşların  azadlığına) 
nəzərdə tutur. 
 
Tranzitin  universal  qaydada  beynəlxalq  hüququn  tənzimlənməsi  I  Dünya 
müharibəsindən  sonra  Versal  Müqaviləsinə  (1919)  təsadüf  etsə  də  problemin  saha 
ətraflı və spesifik həlli üçün  
 
- Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası; 
 
- Elektirik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya (1923); 
 
- Tariflər və Ticarət üzrə Baş Saziş –GATT (1947); 
 
- Avropa İqtisadi Birliyinin təsisi edilməsi haqqında 1957-ci il Müqaviləsi; 
 
- Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci il Müqaviləsi;  


 
- Enerji Xartiyasına Müqavilə (1994);  
 
- Tranzit üzrə Avropa İttifaqının Direktivləri; 
 
- Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; 
 
- Enerji Xartiyasına Müqavilənin tranzit üzrə Protokol lahiyəsi; 
 
-  Avropa  –  Qafqaz  –  Asiya  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat 
haqqında əsas çoxtərəfli Bakı Sazişi (1998);  
 
- MDB iştirakçı-dövlətlərinin elektirik enerjisi və gücünü tranziti haqqında Saziş 
(2000) və s. qeyd edilə bilər. 
 
Tranzitin  azadlığı  prinsipi  Barselona  Konvensiyasından  sonra  daha  geniş 
formada Tariflər və Ticarət haqqında baş Sazişin (1947) V maddəsində, UNCTAD-ın 
Prinsiplərində, Qitədaxili dövlətlərin tranzir ticarəti haqqında Müqavilədə və s. ifadə 
edilib. Daha sonra isə spesifik beynəlxalq saziş kimi Enerji Xartiyasına Müqavilənin 
7-ci maddəsi bu problemə həsr edilib (464). 
 
4.6.  Preferensiya prinsipi 
 
 
Beynəlxalq  iqtisadi  hüquqda preferensiya  dövlətlərin  iqtisadi  inkişaf tarazlığına 
nail  olmaq  üçün  inkişafda  olan  ölkələrə  münasibətdə  təqdim  edilib.  Preferensiya 
prinsipi  UNCTAD-ın  1964-cü  il “Prinsiplərində”, GATT-1994-də, 1974-cü  il YBİQ 
ilə  bağlı  “sənədlər  üçlüyündə”,  Ticarət  preferensiyalarının  qlobal  sistemi  haqqında 
1988-ci  il  Belqrad  Müqaviləsində  və  d.  sənədlərdə  əks  olunub.  Dövlətlərin  qeyri-
bərabər  iqtisadi  tarazlığını  aradan  qaldırmaq  üçün  qeyd  olunan  prinsipin  tətbiq 
olunma  zərurətini  UNCTAD-in  Katibliyi  növbəti  qaydada  əsaslandırılıb.  Ənənəvi 
prinsip olan daha əlverişlik prinsipi subyektlərə rejimlərin bərabərliyini təmin etmək 
üçün  təqdim  olunur,  lakin  belə  bir  fakt  da  diqqətdən  yayınmamalıdır  ki,  iqtisadi 
cəhətdən  qeyri-bərabər  rejimin  təqdim  olunması  əslində  formal  bərabərliyin  təqdim 
olunmasıdır  ki,  bu  da,  öz  növbəsində  yenə  də  faktiki  olaraq  qetri-bərabərlik 
deməkdir.  Bunu  nəzərə  alaraq  beynəlxalq  iqtisadi  hüquqda  xarici  kapitala  zərurət 


duyan inkişafda olan ölkələr üçün prefeneiyalar ifadə edilib. Preferensiya prinsipinin 
inkişafı yeni beynəlxaql iqtisadi qayda (YBİQ) institutunu meydana gətirmişdir.  
 
Yeni  Beynəlxalq  İqtisadi  Qaydanın  konsepsiyası  sənayecə  inkişaf  etmiş 
ölkələrin  inkişafda  olan  ölkələrə  münasibətdə  əsaslı  dəyişikliklər,  o  cümlədən, 
inkişafda olan ölkələrin iqtisadi inkişafını surətləndirən və dünya iqtisadi sistemində 
onların da maraqlarının nəzərə alınması üzrə təkliflər paketi olaraq XX əsrin 60-70-ci 
illərində meydana gəlib.  
 
1974-cü ilin əvvəllərində BMT Baş Məclisinin xüsusi sessiyasında etiraf olunur 
ki,  fəaliyyətdə  olan  beynəlxalq  iqtisadi  qayda  inkişafın  tələblərinə  cavab  vermir, 
əksinə dünya  miqyasında qarşılıqlı asılılıq şəraitində dövlətlərin  inkişafının qarşısını 
alır.  Bunu  nəzərə  alaraq  Yeni  Beynəlxalq  İqtisadi  Qaydanın  yaradılması  haqqında 
fəaliyyət  Proqramı  və  eyni  adlı  Bəyannamə  qəbul  edilir.  Yenə  də  həmin  ildə  BMT 
Baş  Məclisi  özünün  növbəti  sessiyasında  YBİQ-nın  təsis  olunması  yolunda  irəliyə 
doğru  daha  bir  addım  atır  və  Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  haqqında 
Xartiyanı  qəbul  edir.  Xartiya  hər  bir  dövlətin  milli  sərvətləri  və  təbii  resusları 
üzərində müstəqil sərancam vermək, xarici investisiyanın dövlətdaxili qanunvericilik 
ilə  tənzimlənməsi  və  xarici  mülkiyyətin  milliləşdirilməsi  hüquqlarını  bəyan  edir. 
Xartiyada  eyni  zamanda  milliləşdirmə  zamanı  kompensasiyanın  ödənilməsi, 
mübahisələrin həlli qaydası da nəzərdə tutulurdu.  
 
1974-cü  il  BMT-nin  YBİQ-nın  yaradılması  haqqında  Bəyannaməsində  növbəti 
prinsiplər ifadə edilir: 
 
a) dövlətlərin suveren  bərabərliyi;  xalqların öz  müqəddaratını təyin etməsi;  güc 
tətbiq  edilməsinin  yolverilməzliyi;  ərazi  bütövlüyü;  dövlətlərin  daxili  işlərinə 
qarışmamaq;  
 
b)  dünya  iqtisadi  problemlərinin  bütün  ölkələrin  maraqları  çərçivəsində  həll 
olunmasında dövlətlərin hərtərəfli və səmərəli iştirakı;  
 
c)  hər  bir  dövlətin  təbii  sərvətləri  və  özünün  iqtisadi  fəaliyyəti  üzərində  tam 
suverenliyinin tanınması;  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə