Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 
d)  milli  iqtisadiyyatın  maraqları  nəzərə  alınmaqla  transmilli  korporasiyaların 
fəaliyyətinin tənzimlənməsi və onun üzərində nəzarət;  
 
e) inkişafda olan dövlətlərə ixrac edilən məhsulların qiymətləri ilə inkişafda olan 
dövlətlərdən idxal edilən məhsulların (xammal, hazır məmulatlar, yarımfabrikatlar və 
s.) qiymətləri arasında ədalətli və bərabərhüquqlu münasibətlərin yaradılması.  
 
Sonradan həmin tələblər daha da dəqiqləşdirilir və  
-  beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin suveren bərabərliyi; 
-  dövlətlərin təbii sərvətləri üzərində ayrılmaz suveren hüquqlarının tanınması; 
-  beynəlxalq iqtisadi problemlərin həllində demokratik əsaslarla iştirak; 
-  bazarın bölüşdürülməsinin məhdudlaşdırılması; 
-  inkişafda  olan  dövlətlərə  müasir  texnologiyanın  verilməsi,  onların  xeyrinə 
ticarətdə  güzəştlərin  və  mədaxil  bölgüsünün  yeni  mexanizminin  tətbiq 
olunması;  
-  xarici borclar probleminin həlli;  
-  inkişafda  olan  dövlətlər  arasında  qarşılıqlı  əməkdaşığın  genişləndirilməsi  və 
s. 
məsələlər irəli sürülür.  
 
1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində “77-lər qrupu” təsis 
edilir  ki,  bunun  əsas  vəzifəsi  beynəlxalq  iqtisadi  əlaqələrin  yenidən  qurulması 
proqramını  hazırlamaqdan  ibarət  idi.  Bu  təşkilat  inkişafda  olan  dövlətləri  özündə 
birləşdirir  və  onlar  beynəlxalq  iqtisadi  problemlər  üzrə  müxtəlif  beynəlxalq 
forumlarda  və  BMT-nin  sessiya  və  konfranslarında  bir  mövqedən  çıxış  etməyə 
başlayırlar.  
 
YBİQ  uğrunda  mübarizə  BMT  çərçivəsində  xüsusi  təsis  olunmuş  konfransda 
UNCTAD-da  aparılırdı.  UNCATD-ın  fəaliyyətinin  nəticəsi  kimi  Beynəlxalq  ticarət 
və  beynəlxalq  siyasətin  prinsipləri  (1964),  Ümumi  preferensiya  sisteminin 
yaradılması  haqqında  qərar  (1970),  Xammal  üzrə  inteqrasiya  proqramı  çərçivəsində 
ümumi fondun təsis edilməsi haqqında qərar (1980) və daha az inkişaf etmiş ölkələrə 
yardım proqramını qeyd etmək olar.  


 
Asiya,  Afrika  və  Latın  Amerikası  ölkələrinə  texniki  kömək  və  sənayeləşmə 
prosesinə  yardım  etmək  məqsədilə  1966-cı  ildə  UNIDO-  Sənaye  inkişafı  üzrə  BMT 
Təşkilatı təsis olunur.  
 
UNIDO-nın fəaliyyəti nəticəsində Lima Bəyannaməsi və sənayenin tərəqqisi və 
əməkdaşlıq  üzrə  fəaliyyət  proqramı  qəbul  olunur.  Əsas  məqsəd  və  qarşıda  duran 
məsələ  dünya  sənaye  istehsalında  inkişafda  olan  dövlətlərin  payını  artırmaq  təşkil 
edirdi.  Bunun  üçün  UNIDO-nun  fəaliyyəti  sənaye  planlaşdırılması,  yeni 
müəssisələrin tikilməsi, kənd təsərrüfatına texniki yardım, kadırların hazırlanması və 
digər  layihələri  həyata  keçirməyə  yönəldilmişdi.  Əsas  maliyyə  mənbələri  isə  BMT-
nin  Daimi  texniki  yardım  proqramı  və  inkişaf  üçün  BMT  büdcəsindən  müntəzəm 
olaraq  ayrılan  məbləğlər  və  həmçinin  BMT-nin  sənaye  inkişafı  fonduna  könüllü 
ödəmələr təşkil edirdi.   
 
YBİQ-yə görə  
 
-  inkişaf  etmiş  sənaye  ölkələrinə  şamil  edilmədən  inkişafda  olan  dövlətlər 
arasında qarşılıqlı preferensiyaların tətbiqi;  
 
-  bir  tərəfli  qaydada  sənayecə  inkişaf  etmiş  dövlətlər  tərəfindən  inkişafda  olan 
dövlətlərə preferensiyaların verilməsi;  
 
-  inkişafda  olan  dövlətlərə  təqdim  edilən  preferensiyanın  müəyyən  müddətlə 
məhdudlaşdırılması;  
 
-  inkişafda  olan  dövlətlərə  verilən  güzəştlərin  tədricən  həmin  dövlətlər 
tərəfindən  ləğvi  istiqamətində  tədbirlərin  həyata  keçirilməsi  öhdəliyi  və  s.  nəzərdə 
tutulur. 
 
3.7. Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi 
 
 
Beynəlxalq iqtisadi təhlükəsizlik qlobal iqtisadi sistemdə bir-biri ilə sıx əlaqədə 
olan  ayrı-ayrı  dövlətlərin  iqtisadi,  ticarət,  təsərrüfat,  sosial  təminat  sisteminin  xarici 
və  daxili  təhdidlərdən  fasiləsiz,  davamlı  və  proqnozlaşdırıla  bilən  müdafiə 
qabiliyyətinə  malik  olamasıdır.  Beynəlxalq  iqtisadi  təhlükəsizliyin  prinsipi  ayrı-ayrı 


milli  iqtisadi  sistemlərin  qarşılıqlı  iqtisadi  inkişaf  təminatını  formalaşdıran 
beynəlxalq hüquq normalarını öüzndə təsbit edir. AR-in Milli təhlükəsizlik haqqında 
2004-cü il Qanununun 24-cü maddəsində qeyd edilir ki, AR öz milli təhlükəsizliyini 
sərancamında olan bütün siyasi,  iqtisadi, hərbi, hüquqi və digər vasitə  və  metodlarla 
birtərəfli qaydada və yaxud beynəlxalq müqaviləlrə müvafiq olaraq təmin edir.  
 
Beynəlxalq  iqtisadi  təhlükəsizli  yeni  çağırışların  (problemlərin)  fonunda  daha 
çox  aktuallıq  kəsb  edib.  Xüsusən  də,  enerji  təhlükəsizliyi,  iqtisadi  fəaliyyətin 
transmilli  ekoloji  problemləri,  nüvə  və  d.  enerji  resuslarından  istifadənin  neqativ 
halları,  aclıq  və  yoxsulluğun  nəticələri,  miqrasiya,  qida  məsulları  ilə  dünya  əhali 
artımında  tərs  mütənasiblik,  dünya  gəlirlərinin  dünya  əhalisinin  sayına  nisbətdə 
qeyri-bərabər  bölgüsü  və  d.  məsələlər  beynəlxalq  iqtisadi  təhlükəsizliyə  yeni  bir 
məzmun vermişdir. 
 
Dünyanın  böyük  əksəriyyətini  təşkil  edən  ayrı-ayrı  kasıb  dövlətlərdə  əhalinin 
yaşayış  həddi  təmin  edilmədikcə  etnik  separatizm,  terrorizm,  narkobiznes,  silah 
ticarəti,  korrupsiya,  transmilli  mütəşəkkil  cinayətkarlıq  və  s.  problemlər  daha  da 
genişlənəcək. 
 
Beynəlxalq iqtisadi təhlükəsizlik problemi II Dünya müharibəsindən sonra daha 
çox aktuallıq kəsb etməklə, BMT təhlükəsizlik sisteminin, o cümlədən, Bretton-Vuds 
valyuta-maliyyə sisteminin  təsis edilməsini, GATT-ın qəbulunu  həll etmiş oldu. XX 
əsrin  70-ci  illərində  baş  verən  enerji  böhranı  ilə  beynəlxalq  iqtisadi  təhdidlərin 
dərinləşməsi  beynəlxalq  ictimaiyyəti  daha  kəsərli  addımlar  atmağa  sövq  edir. 
Bretton-Vuds  sisteminin  təsis  edilməsi  dövlətlərin  formal  suveren  bərabərliyinə 
faktiki  iqtisadi  məzmun  vermək  istiqamətində  tədbirlər,  o  cümlədən  YBİQ-nın
Dünya Ticarət Təşkilatının yaradılmasıqlobal iqtisadi təhlükəsizliyin təmin edilməsi 
istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. 
 
BMT  Nizamnaməsi  (1945),  BMT  Nizamnaməsinə  uyğun  olaraq  dövlətlər 
arasında əməkdaşlıq  və dostluq  münasibətlərinə dair beynəlxalq  hüququn prinsipləri 
haqqında  1970-ci  il  Bəyannaməsi,  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Müşavirəsinin (1975) Yekun Aktı, Yeni Beynəlxalq İqtisadi Qaydaya aid beynəlxalq 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə