Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

Mövzu 6. Beynəlxalq iqtisadi mübahisələrin həlli 
hüququ  
 
6.1     Beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsinin danışıqlar  mərhələsi 
6.2     Beynəlxalq  iqtisadi  mübahisələrin  beynəlxalq  hüquqi  həllində    xeyirxah  xidmətlər  və 
vasitəçilik mərhələsi 
6.3     Beynəlxalq təhqiqat və barışdırma prosedurları  
6.4     Beynəlxalq 
iqtisadi 
mübahisələrin 
beynəlxalq 
təşkilatlar 
çərçivəsində 
həlli 
xüsusiyyətləri 
6.5     BMT Beynəlxalq Məhkəməsi 
6.6     Beynəlxalq arbitraj və məhkəmə proseduru  
6.7     Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi mübahisələrin həlli qaydası  
6.8     İnvestisiya mübahisələrin həlli Mərkəzi  
6.9  Enerji Xartiyasına Müqavilə çərçivəsində mübahisələrin həlli qaydası  
6.10  Enerji  resuslarının  boru  kəmərlərilə  tranzit  nəqlində  mübahisələrin  həlli  qaydasının 
proseduru  
6.11  Beynəlxalq iqtisadi mübahisələrin həllində iqtisadi gücün tətbiqi 
 
 
  
 
6.1 
 
Beynəlxalq iqtisadi  mübahisələrin tənzim 
edilənməsinin danışıqlar mərhələsi 
 
 
Beynəlxalq iqtisadi mübahisələrin həlli hüququ beynəlxalq hüququn beynəlxalq  
mübahisələrin  dinc  həlli  prinsipindən  daha  geniş  məzmuna  malikdir.  Bu  halda 
beynəlxalq  mübahisələrin  dinc  həllinin  vasitəsi  kimi  beynəlxalq  arbtraj  və  eləcə  də, 
beynəlxalq  hüquq  normalarını  pozmuş  dövlətə  qarşı  beynəlxalq  məhkəmə  və 
beynəlxalq  təşkilatların  qərarlarının  icra  edilmədiyi  halda  beynəlxalq  hüquqa  uyğun 
məcburiyyət tədbirlərinin də tətbiqini tənzim edən prinsip və normalar çıxış edir.  
 
Beynəlxalq  iqtisadi  mübahisələrin  həlli  vasitəsi  kimi,  ilk  növbədə,  danışıqlar, 
xeyirxah  xidmətlər  və  vasitəçilik,  beynəlxalq  təhqiqat  və  barış  prosedurları,  arbitraj 
və  məhkəmə  baxışı,  eləcə  də,  beynəlxalq  təşkilatlar  çərçivəsində  kvazi  arbitraj, 
məhkəmə vasitələri nəzərdə tutulur.  
 
 


 
Beynəlxalq  iqtisadi  mübahisələrin  dinc  vasitələrlə  tənzim  edilməsinin  ilkin 
mərhələsini  birbaşa  danışıqlar  təşkil  edir.  BMT  Nizamnaməsinin  33-cü  maddəsinin 
1-ci  hissəsində  və  beynəlxalq  mübahisələrin  dinc  vasitələrlə  həlli  üzrə  digər 
çoxtərəfli beynəlxalq-hüquqi aktlarda danışıqlar beynəlxalq  mübahisələrin  dinc  həlli 
vasitələrinin  ilkin  qaydası  kimi  əks  olunub.  Bu  zaman  tərəflər  yaranmış  beynəlxalq 
mübahisəni  birbaşa  əlaqə  yaratmaq  və  ümumi  razılıq  əsasında  həll  etməyə  çalışır. 
Danışıqlar prosesinin mübahisələrin dinc həllinin digər vasitələrindən əsas üstünlüyü 
ondan ibarətdir ki, vasitəçi olmadan, birbaşa danışıqlar prosesində tərəflər bir-birinin 
mövqeyi  və qarşılıqlı  iddiaları  ilə  daha  yaxından tanış  olmaq  imkanına  malik olalaq 
mübahisəli məsələlərin həllində ümumqəbul edilən nəticə üçün razılığa gəlirlər.  
 
Danışıqlar  prosesinin  qəbul  oluna  bilən  nəticə  ilə  yekunlaşması  üçün  proses 
iştirakçıları  beynəlxalq  hüququn  prinsiplərinə,  o  cümlədən,  dövlətlərin  suveren 
bərabərliyi,  dinc  yanaşı  yaşamaq,  güc  tətbiq  etməmək  və  güc  tətbiq  etməklə 
hədələməmək prinsipinə əsaslanmalıdır. 
Danışıqlar 
prosesində 
beynəlxalq 
iqtisadi  mübahisələrin  tərəfləri  arasında  qarşılıqlı  qəbul  edilə  biləcək  nəticənin  əldə 
edilməsinin əsas şərti kimi beynəlxalq  hüququn  ümumtanınmış prinsipləri  ilə  yanaşı 
mübahisə  tərəfi  olan  dövlətlərin  mübahisənin  həllinə  münasibətdə  xeyirxah  iradəsi, 
tərəflərin  beynəlxalq  mübahisənin  nizama  salınması  yollarının  axtarılmasında 
vicdanlı  fəaliyyəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Danışıqların  təşəbbüskarı  kimi 
konkret  dövlətlə  yanaşı,  dövlətlər  qrupu,  üçüncü  dövlət,  eləcə  də,  beynəlxalq 
təşkilatlar çıxış edə bilər. Danışıqlar tərəflərin sayına görə ikitərəfli və çoxtərəfli ola 
bilər.  Ikitərəfli  danışıqlar  vasitəçi  olmadan,  birbaşa  əlaqələrin  yaradılması  ilə  təmin 
edilir. Çoxtərəfli danışıqlar isə özünü  müxtəlif formalarda biruzə versə də, bir qayda 
olaraq, beynəlxalq təşkilatlar vasitəsi ilə təzahür edir.  
 
Mübahisənin  xaraqterindən  asılı  olaraq  danışıqlar  müxtəlif  səviyyələrdə  həyata 
keçirilə  bilər.  Dövlət  nümayəndələrinin  iştirak  səviyyəsindən  asılı  olaraq  danışıqlar 
da  dövlət,  hökumət  başçıları,  nazırlər,  eləcə  də  ayrı-ayrı  qrumların  rəhbərliyi 
səviyyəsində  həyata  keçirilə  bilər.  Sonuncu  səviyyədə  danışıqlar  diplomatik  və  ya 
texniki  xaraqter  daşıya  bilər.    Danışıqlar  müxtəlif  qaydada,  şifahi  və  ya  yazılı 


formada  aparıla  bilər.  Diplomatik  praktikada  rəsmi  yazışmaların  bir  neçə  forması  – 
məktub,  nota  (kollektiv  nota,  verbal  nota),  memorandum  və  s.  mübadiləsi  işlənib 
hazırlanmışdır.  
 
Danışıqlar prosesinin prosedur məsələləri əsas etibarilə razılıq əldə edilməsinin, 
yəni  danışıqların  əsas  məqsədinin  texniki  vasitəsidir.  Danışıqlar  prosesinin  bütün 
mərhələlərində  tərəflər  tam  məsuliyyət  və  vicdanla  hərəkət  etməli,  qarşılıqlı 
maraqları  nəzərə  alaraq,  güzəşt  və  razılıq  əsasında  ümumqəbul  edilə  bilən  nəticəni 
təmin etməlidirlər.  
 
Mübahisənin subyektləri tərəfindən müvafiq şərtlərə və tələblərə riayət edilməsi 
əksər  hallarda  müsbət  nəticələrlə  müşayiət  olunur.  Əgər  danışıqlar  prosesində 
beynəlxalq  iqtisadi  mübahisənin  subyektləri  müəyyən  razılığa  gələ  bilməsələr  və 
beynəlxalq  iqtisadi  mübahisəni  aradan  qaldırmaq  mümkün  olmazsa  bu  halda 
beynəlxalq mübahisələrin həlli sistemində digər mexanizmə müraciət edilməlidir.  
 
6.2  Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq  
hüquqi həllində xeyirxah xidmətlər və vasitəçilik mərhələsi 
 
 
BMT Baş Məclisinin 1970-ci il Beynəlxalq təhlükəsizliyin  möhkəmləndirilməsi 
haqqında  Bəyannamədə  qeyd  edilir  ki,  mövcudluğu  beynəlxalq  sülhə  və 
təhlükəsizliyə  xələl  gətirən  beynəlxalq  mübahisə  və  ya  istənilən  situasiya  zamanı 
üzv-dövlətlər BMT Nizamnaməsində nəzərdə tutulan bütün dinc və vasitələrdən tam 
şəkildə istifadə etməlidirlər.  
 
Müvafiq  sistemdə  növbəti  mərhələni  təşkil  edən  xeyirxah  xidmətlərin 
beynəlxalq hüquqda  müdafiəsi XIX əsrin sonları XX əsrin əvvəllərində qəbul edilən 
Haaqa  Konvensiyalarına  təsadüf  etsə  də,  məsələyə  daha  ciddi  münasibət  XX  əsrin 
30-40-cı  illəri  üçün  xaraqterikdir.  Xeyirxah  xidmətlərin  prosedurunun  beynəlxalq 
hüquqi tənzimlənməsi Xeyirxah xidmətlər haqqında 1936-cı il və Mübahisələrin dinc 
vasitələrlə  tənzimlənməsi  haqqında  1948-ci  il  tarixli  Amerika  Müqavilələrində  öz 
əksini  tapmışdı.  Xeyirxah  xidmətlərin  təklif  edilməsi  dövlətlərdən  xeyirxah 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə