Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 
-  Mübahisələrin  həlli  üzrə  Orqan  tərəfindən  yaradılan  xüsusi  qrup  (juri) 
çərçivəsində; 
 
- Apellyasiya üzrə Orqan səviyyəsində həyata keçirilir.  
 
Xüsusi  qruplar  və  Mübahisələrin  həlli  üzrə  Orqan  işə  iki  aspektdə-faktların 
öyrənilməsi  nöqteyi-nəzərindən  və  faktların  sazişə  uyğunluğu  (hüquqi)  nöqteyi-
nəzərindən baxılır.  
 
Jüri öz məruzələrində faktları müəyyən edərək təkliflər və tövsiyyələr verir. Bir 
qayda  olaraq  qanunsuz  daxili  tədbirləri  Dünya  Ticarət  Təşkilatı  hüququna 
uyğunlaşdırmaq  tövsiyə  olunur.  Apellyasiya  üzrə  Orqan  mərhələsində  əsas  məqsəd 
jüri  tərəfindən  təqdim  olunan  faktları  və  nəticələri  təsdiq  etmək  və  ya  ləğv  etmək, 
onlara hüquqi qiymət vermək və tədqiq etmək təşkil edir. Apellyasiya xüsusi qrupun 
– jürinin məruzəsi ilə məhdudlaşdırılır. Apellyasiya üzrə Orqan qərar qəbul etmir. O, 
yalnız Mübahisələrin  həlli  üzrə Orqana (Baş Şuraya)  işin  halları  üzrə, tövsiyyələrini 
və  zəruri  hallarda  təkliflərini  əks  etdirən  məruzə  təqdim  edir.  Beləliklə, 
Mübahisələrin  həlli  üzrə  Orqan  Apellyasiya  üzrə  Orqan  tərəfindən  məruzədə  təklif 
olunan məsələlərə, onların qanuniliyinə nəzarət edir.  
 
Mübahisələrin  tənzim  edilməsi  zərərçəkən  tərəfin  şikayətinə  əsasən  onun 
hüquqlarının  pozulması  səbəbindən  yaransa  da,  tənzimetmənin  əsas  məqsədi  digər 
beymnəlxalq məhkəmə prosesində olduğu kimi pozulmuş hüquqların birbaşa bərpası 
deyil,  Dünya  Ticarət  Təşkilatının  təsisi  haqqında  Sazişə  müvafiq  olaraq,  qarşılıqlı 
kompromisə  gəlməklə  beynəlxalq  iqtisadi  mübahisənin  həllidir.  Istənilən 
mübahisənin  həllində  olduğu  kimi,  Dünya  Ticarət  Təşkilatı  sistemində  də 
mübahisələrin ilkin həllində tərəflərin danışıqları nəzərdə tutulub.  
 
 
 
6.8. İnvestisiya mübahisələrinin həlli Mərkəzi 
 


 
Beynəlxalq  investisiya  münasibətlərində  də  stabilliyin  və  təhlükəsizliyin  təmin 
edilməsində  həlledici  məsələlərdən  biri  də  meydana  çıxa  biləcək  mübahisələrin 
davamlı həlli vasitələrinin təmin edilməsidir.  
 
Xarici  investisiyaların  müdafiəsi  və  mübahisələrin  həlli  prosedurunun  təsis 
edilməsi  problem  olaraq  XX  əsrdə  inkişaf  etmiş  dövlətlərlə  inkişafda  olan  dövlətlər 
arasında  qözğın  diskussiyaların  mövzusu  olmuşdur.  Nəticə  etibarilə  hər  hansı 
beynəlxalq və ya xarici arbitraj prosedurunu qəbul etməyə inkişafda olan dövlətlərin 
“Kalvo  doktirinası”  və  “Hall  formulasına”  əsaslanan  qərb  təminat  modeli  meydana 
gəlmişdir . Birinci konsepsiyanın təsiri  ilə  XX əsrin 70-ci  illərində  xarici  investisiya 
mübahisələrinin  arbitraj  həllinin  müstəsna  olaraq  milli  yuridiksiyaya  tabe  etdirən 
BMT-nin  məlum  (YBİQ-nin  müəyyən  edilməsi  üzrə  Proqram  və  Bəyannaməsi, 
həmçinin Dövlətlərin iqtisadi və hüquq vəzifələri Xartiyası) sazişləri qəbul edilir. Bu 
sazişlərin  qəbulunu  sürətləndirən  amillərdən  biri  Beynəlxalq  Yenidənqurma  və 
İnkişaf  Bankının  təşəbbüsü  ilə  hazırlanmış  və  1965-ci  ildə  qəbul  edilmiş  Dövlətlər 
digər dövlətin şəxsləri arasında investisiya mübahisələrinin həlli haqqında Vaşinqton 
Konvensiyasına  uyğun  olaraq  İnvestisiyaların  həlli  üzrə  beynəlxalq  Mərkəzin 
(İnternational  Center  For  Settlement  of  İnvesment  Disputes-ICSID)  təsis  edilməsi 
olmuşdur.  
 
XX  əsrin  60-cı  illərində  transmilli  arbitraj  praktikası  xarici  investisiya 
mübahisələrinin  həllinin  qeyri-milli  sistemlərinin  formalaşdırmağa  başladığı  zaman 
belə  bir  fikir,  mövqe  qəbul  edilməkdə  idi  ki,  xarici  kapital  qoyuluşunun  səmərəli 
müdafiəsi üçün dövlətdənkənar arbitraj proseduru yaradılmalıdır. Bunu həmin dövrdə 
bağlanan  arbitraj  qeyd-şərtləri  də  təsdiqləyir.  Transmilli  arbitraj  mexanizmlərinin 
təsis  edilməsi  istəyi  xarici  investorun  qəbul  edən  dövlətin  ərazisində  özünün 
əmlakının  milliləşdirmədən  və  həmçinin  analoji  tədbirlərdən  qorumaqla  bağlı  olub. 
Xarici  investorun  qəbul  edən  dövlətdə  qeyri-bərabər  hüquqi  vəziyyəti  bir  tərəfdən, 
müxtəlif  hüquqi  siyasi  rejimli  dövlətlərdə  mülkiyyət  hüquqlarına  olan  münasibətlə 
bağlı  olurdusa,  digər  tərəfdən  isə,  ənənəvi  olaraq  xarici  kapitallar  qeyri-normal 
münasibətdə  yaranırdı.  Xarici  investisiyaların  hüquqi  rejimi  üçün  ümumi  xaraqterik 


hal  ondan  ibarətdir  ki,  qəbul  edən  dövlətin  ərazisində  sahibkarlıq  fəaliyyəti 
təminatlandırılmalıdır.  Qəbul  edən  dövlətin  qanunvericilik  yurisdiksiyasında  olan 
xarici  investor  inzibati  tədbirlərdən  sığortalanmalı,  həmçinin  meydana  çıxa  biləcək 
mübahisələrin  ədalətli  həllinə  nail  olmalıdır.  Mübahisələrin  dövlətdaxili  həlli 
vasitələri  isə  buna  imkan  vermir.  Buna  görə  də,  bağlanan  beynəlxalq  kontraktlarda 
əksər  halda  istər  məhkəmə,  istərsə  də  qanunvericilik  yurisdiksiyası  beynəlxalq 
mexanizmlərə və beynəlxalq hüquq qaydasına tabe edilir .  
 
Qeyd  etdiyimiz  kimi  xarici  kapital  qoyuluşu  sferasında  yaranan  mübahisələrin 
həlli  vasitəsi  kimi  Vaşiqton  Konvensiyası  əsasında  İnvestisiya  mübahisələrinin  həlli 
üzrə  beynəlxalq  Mərkəz  təsis  edilmişdir.  Beynəlxalq  hüququn  mübahisələrin  dinc 
yolla  həlli  prinsipinə  əsasən  meydana  gələn  Vaşiqton  Konvensiyası  beynəlxalq 
iqtisadi  əməkdaşlığı  daha  da  genişləndirmişdir.  Konvensiya  46  dövlətin  iştirakı  ilə 
hazırlansa da, bağlandıqdan sonra qısa müddətdə onun hüquqi qüvv əkəsb etməsi bir 
daha onun xüsusi əhəmiyyətindən xəbər verir.  
 
Konvensiyanı  hazırlayanlar  belə  bir  məqsəd  güdmüşlər  ki,  investisiya 
mübahisələrinin  əhəmiyyətli  hissəsinə  obyektivliyi,  qərəzsizliyi  və  tərəfsizliyi  təmin 
etmək  üçü  milli  məhkəmələrdə  deyil,  beynəlxalq  Mərkəzdə  baxılmalıdır.  Müvafiq 
mübahisələrin  ICSID-ə  verilməsi  üçün,  Konvensiyaya  görə,  investisiya  kontraktları, 
sazişləri  əsasında  mümkün  olmalıdır.  Buradan  belə  bir  nəticə  hasil  olunur  ki, 
mübahisələrin  həlli  məqsədilə  Mərkəzə  müraciət  etmək  könüllü  xaraqter  daşıyır  və 
müvafiq  prosedur  mövcud  mübahisələrin  həlli  üzrə  qrumlardan  biri  kimi  çıxış  edir. 
Lakin  Konvensiyanın  analizi  belə  deməyə  əsas  verir  ki,  Konvensiyada  nəzərdə 
tutulan  arbitraj  proseduru  heç  də  könüllülük  prinsipinə  əsaslanmır.  Belə  ki, 
dövlətlərin  Konvensiyada  iştirakının  mütləq  şərtlərindən  biri  odur  ki,  dövlət  xüsusi 
investorla  bağladığı  kontrakta  özünün  təşəbbüsü  ilə  arbitraj  qeyd-şərti  edə  bilməz. 
Başqa sözlə desək, Konvensiyaya  görə,  investisiya kontraktında arbitraj qeyd-şərtini 
formalaşdırmaq  hüququ  dövlətə  deyil,  xüsusi  investora  məxsusdur.  Məhz  bu 
məsələni  nəzərə  alaraq  bir  çox  inkişafda  olan  dövlətlər  Konvensiyanı  imzalamağa 
meyilli olmamışlar. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə